Naxçivan döVLƏt universiteti 1967


Şəkil 3. Koordinat çərçivələrlə iş qaydası



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə77/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   73   74   75   76   77   78   79   80   ...   190
                        Şəkil 3. Koordinat çərçivələrlə iş qaydası. 
a – rentgen şəkli üzərində koordinat qurulması; 
b – koordinatların dəri üzərinə köçürülməsi 
Yad  cismin  həmin  proyeksiyasına  və  başqa  göstəricilərə  əsaslanaraq,  sonrakı  cərrahi  
taktika – anesteziyanın  növü, kəsik  xəttinin  istiqaməti, forması  və  toxumalarda  axtarılma  üsulu 
əməliyyatın  ən  məsuliyyətli  mərhələsidir. 
Hədər    deyil  ki,    cərrahlar      А.З.Амелин,  Л.М.Ванцевич  (1969)    ovuc    toxumalarından  
iynə  qırığının  axtarılması əməliyyatını  qastro.- və enterotomiya  kimi  ağır  əməliyyatlardan, sağrı 
əzələsində  iynə  qırığının  tapılmasını  isə  buğda  kisəsi  içərisində  bir  ədəd  arpanın  axtarılmasından  
çətin  hesab  edir (1). 
Yad  cismin  çıxarılması  əməliyyatı  əksər  hallarda  naqili  və  infiltrasion  keyləşdirmə  
altında    aparılır.  Ənənəvi    infiltrasion    keyləşdirmə    zamanı    yüksək    təzyiqlə    yeridilən  
anesteziyaedici    məhlulun    təsirindən    kiçik,  itiuclu    yad    cisim  yerini    müxtəlif    istiqamətlərdə  
dəyişə    bilir  ki,  bu   da    əlavə    hədər   axtarışlara  səbəb   olur (12).  Bu   halların  qarşısını    almaq  
məqsədilə  yeni  əhatəedici-bloklayıcı infiltrasiya  üsulundan  istifadə  edirik (Удостоворение  на  
рац.предложение  Бакинского  НИИТО  за  № 20  от  11.II.1991 с соавт.В.Г.Вердиева). Bunun  
üçün    novokainin    ilk    payları    yad    cisim    yerləşdiyi    dərinliyə  –  onun    altına,  sonra    ətraf  
toxumalara    yeridilir    və    nəhayət,  nəzərdə    tutulan    kəsik    xətti    keyləşdirilir  (şəkil  4).  Nəticədə,  
yad    cisim    daha    səthi  qatlara    tərəf    itələnir,  hətta    iynə    ucunun    yaradan    görünməsi    halı    da  
müşahidə  edilmişdir (12). 
 
 
 
 
 


73 
 
 
Şəkil 4. Əhatəedici-bloklayıcı 
                  
anesteziya 
 
 
 
 
 
 
 
 
 
Kəsik  xəttinin  istiqaməti  və  forması  məsələsi  də  olduqca  mübahisəlidir. Belə  ki, yad  
cismin  uzun  oxuna  paralel  və  düzxəttli  kəsiklər, adətən, əməliyyatı  çətinləşdirir. Bəzən  lansetin  
təzyiqi  ilə   yad  cisim  daha  dərinə  itələnir, yaxud  aralayıcı  ilə  əməliyyat  sahəsindən  kənara  
çəkilərək, onun  altında  “saxlanılır” ki, bu  da  hədər  axtarışlara  səbəb  olur, bəzən  də  kiçik, dar  
yara    kanalında    başqa    alətlərin    metal    aralıyıcılara    toxunması    nəticəsində    yaranan    aldadıcı  
metal  “yad  cisim səsi” cərrahı  çaşdırır (5, 6, 8). 
Bunları  nəzərə alaraq, biz   yad   cisim  dəri  üzərinə  pryeksiya   olunduqdan  sonra, onun  
uzun  oxu  ilə  hər  hansı  bucaq  altında  kəsişən  kəsik  xətti  təklif  etmişik, belə  halda  lanset   
müəyyən   dərinlikdə   mütləq   yad  cisimlə          kəsişir (5, 6, 8, 10). Düzxəttli  kəsikdən alınan  
ensiz, kənarlara  doğru  büzüşən  ellipsvari  əməliyyat  kanalı  dərin  toxumalara  sərbəst  çatmağa  
imkan  vermir. Bu  amili  aradan  qaldırmaq  üçün  biz, düzxəttli  kəsiyin  hər  2  ucunda  müxtəlif  
istiqamətdə, açıq  bucaq  altında  əlavə  kəsiklər  apararaq, düz  xətti  ikiuclu  xokkey  ağacı, yaxud  
Z  hərfi    formasına    salırıq  (şəkil  5a)  (SSRİ  İxtiralar  Komitəsinin  08.03.1986-cı  il  1242144  №-li 
Müəllif Şəhadətnaməsi). 
Bu cür  kəsiklə  mərkəzi   yad  cismə  uyğun  paraleloqram  şəkilli  dərinliklərə  çatmağa  
imkan  verən  geniş  əməliyyat  yarası  alınır. 
 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin