71
onun sinir-damar kötükləri, həyati vacib orqanlar yaxınlığında, oynaq daxilində, ətrafların işlək
və dayaq nahiyələrində yerləşməsi, miqrasiya etmək, üzvün funksiyasına mane olmaq, ətraf
toxumaları infeksiyalaşdırmaq, hətta maliqnizasiya etmə ehtimalı və s. kimi ilkin və gecikmiş
fəsadlar 90-95% hallarda yad cisimlərin toxumalardan xaric edilməsinə birbaşa göstəriş
sayılır (6).
Odur ki, yad cisim məsələsində tibbi taktika aşağıdakı ardıcıllıqla təşkil edilməlidir. İlk
olaraq, anamnez, palpasiya, rentgen, ERQ, KT, USM və b. vasitələrlə toxumalarda yad cismin
olub-olmaması təsdiq edilməlidir. Belə ki, tibb təcrübəsində ətrafa iynə batdığı iddia edilən
deşilmiş yaralar zamanı toxumalarda yad cisim (iynə) olmadığı halda, kəsik aparılaraq, uzun
müddətli hədər axtarışlara vaxt itirilməsi, sonradan iynə qırığının evdə döşəmə üzərində
tapılması; guya, sağrıda qalmış inyeksion iynənin porşen daxilində aşkarlanması, ovuca batmış
iynənin saiddə; baldır nahiyəsindəki kor yaralanmadan sonra güllənin ürək boşluğunda
aşkarlanması, yaxud, əksinə, deşib-çıxan odlu silah yaralanmaları zamanı toxumalarda müxtəlif
xarakterli yad cisimlərin təsadüfən tapılması halları heç də az olmur.
Yad cisimlərin mövcudluğu təsdiq olunduqdan sonra, ən vacib və məsuliyyətli mərhələ
onun növü, xarakteri, ölçüləri və xüsusilə sonrakı cərrahi taktikanı müəyyənləşdirmək üçün
lokalizasiyasının – yeri, istiqaməti, dərinliyi və s.-nin dəqiqləşdirilməsidir.
Bu məqsədlə ədəbiyyatda onlarla müxtəlif üsullar işlədildiyi qeyd olunur. Bunların hər
birinin müsbət cəhətləri ilə yanaşı, müəyyən çatışmazlıqları da aşkarlanmışdır. Məsələn, yad
cismin rentgen şüaları altında uzun müddət axtarılması həm xəstə, həm də həkim üçün
şüalanma baxımından arzuolunmazdır. Belə bir əməliyyatdan sonra, hətta cərrahın əllərinin
amputasiya olunması hadisəsi də qeyd edilir (13). Eyni məqsədlə tətbiq edilən yüksək
həssaslıqlı ferrozond maqnito-merləri, radioşup, elektromaqnit lokatoru isə təcrübədə geniş yer
tuta bilmədilər (2, 3, 4, 5, 15, 17 və s.).
M.A.Topçubaşovun, neqativ korset fonunda 3 metal milin kəsilməsinə əsaslanan yad
cismin lokalizasiya üsulu əsasən daxili üzv yad cisimləri üçün daha effektlidir, eyni zamanda
hazırlıq dövrünün yoruculuğu və əməliyyatın mürəkkəbliyi ilə səciyyələnir (16).
Üsulların geniş yayılanı yad cisim axtarılan nahiyəyə müxtəlif rentgen kontrast
nişanələrin qoyulmasına əsaslanır. Bunlardan, müayinə olunacaq nahiyənin karandaşla işarə
olunmuş 2 nöqtəsi üzərinə qoyulan metal parçaları, bucaq-koordinat cihazı, metal tor, həlqələr,
çarpazlaşdırılan 2 məftil, kəsik kanalına müxtəlif istiqamətdə inyeksion iynə və s. qoyulmasının
qeyri-dəqiqliyi göstərilir (2, 3, 4).
Biz bu məqsədlə toxumalardakı yad cismin kənar nöqtələrinin dəri üzərinə proyeksiya
olunması prinsipindən istifadə edirik (Rusiyanın “Patoloji ocağın dəri üzərinə köçürülməsi” adlı
ixtiraya 20.04.1995-ci il 2033083 №-li Patent).Bunun üçün deşiklərlə nömrələnmiş rentgen
kontrast material zolaqlarının L və ya П şəklində quraşdırılmasından alınan ştangen-koordinat
adlanan qurğu (şəkil 2a) tətbiq edirik (Удостоворение на рац.предложение Минздрава
Азерб. ССР за № 2 от 05.XI.1983).
Materialın nisbətən çətin tapılması, baha başa gəlməsi, həcmli olmasını nəzərə alaraq,
həmin lövhələrin uşaq “konstruktor” oyuncağının, lazımi
tələblərə