COĞRAFİYA
MÜBARİZ NURİYEV
mubariznuri@mail.ru
ƏLİ HƏSƏNOV
alihasanov51@mail.ru
HİLAL QASIMOV
hilal_1964@mail.ru
Naxçıvan Dövlət Universiteti
UOT:911.3
DARIDAĞ MİNERAL SUYU HƏYAT ÜÇÜN BİOLOJİ
STİMULYATOR EHTİYATIDIR
Açar sözlər: Naxçıvan MR, müalicəvi su, kimyəvi xammal, bioloji stimulyator
Key words: Nakhchivan AR, medical water,chemical raw material, biological stimylator
Ключевые слова: Нахчыванской АР, лечебная вода, химическое сырьё, биологический
стимулятор
Darıdağ Culfa rayonu ərazisində Əlincəçayla Qaradərə arasında, dəniz səviyyəsindən 1927 m
hündürlükdə yerləşir. Darıdağ ərazisində 1920-1930-cu illərdə aparılmış tədqiqatlar nəticəsində
suxurların fiziki və kimyəvi tərkibi öyrənilmişdir.
Naxçıvan mineral bulaqlarının hidrokimyəvi xüsusiyyətlərini ilk dəfə (1927-1936-cı illərdə)
V.İ. Vernadski öyrənmiş və onların təsnifatını vermişdir. Sonrakı illərdə A.E.Fersman (1934, 1937,
1939), N.İ.Xitareva (1937), P.V.Pustovalova (1940, 1956), Ə.H.Əsgərov (1949, 1954, 1956, 1970),
A.P.Vinoqradov (1950), L.B.Ruxin (1956), V.V.Şerbin (1962), N.M.Straxova (1962,1963),
A.Q.Kossovski və V.D.Şupova (1963), A.V.Kopelnoviç (1965), A.İ.Perelman (1965, 1966),
A.V.Şerbakova (1966, 1968 ), A.M.Ovçinnikov (1974), E.V.Posoxova və N.İ.Tolstuxin (1975),
V.S.Somarin (1977) və s. öyrənmişlər [3, s. 90].
Xalq etimologiyasına görə dağın yuxarı hissəsi əkin üçün yararlı olduğundan qədimdən
burada dəmyə şəraitində darı əkərmişlər. Ehtimal olunur ki, Darıdağ adı məhz bununla əlaqədardır
[5, s. 68].
Darıdağ yaylasının üst hissəsi eosenin üfüqi yatan qumdaşı və konqlomeratlarından
ibarətdir. Bunların altında senonun mergelli qatı, qərb və şimal-qərb yamaclarda isə oliqosenin
tufogen çöküntüləri yerləşir. Tektonik cəhətdən bu yayla üstü düzəlmiş antiklinaldan ibarət olub
zəif parçalanmış denudasion səthdir. Yayladan şimalda relyef təpəli dağarası düzənliyə keçir.
Ondan cənubda isə monoklinal tirələr yerləşir [1, s. 123].
Darıdağ yaylasının şərq yamacı quru dərələr və yarğanlarla kəskin parçalanaraq tipik
bedlend relyefi əmələ gətirir. Gilançayla Qaradərə çayları arasında olan yayla senonun üfüqi
vəziyyətə yaxın yatan mergelli-qumlu çöküntülərindən ibarətdir. Yaylanın səthini örtən əhəngli
qumdaşları möhkəm olduğuna görə onun ətraflarında dik uçurumlar, ətəyində isə qalın şöküntülərlə
örtülən sahələr vardır. Bu yaylanın cənub və şərq ətəkləri, xüsusən Darıdağ mineral bulağının ətraf
hissələri bitki örtüyündən demək olar ki, tam məhrumdur. Darıdağ mərgümüşlü bulağı da məhz bu
yaylanın yamaclarında yerləşir (Şəkil 1).
Darıdağ mineral su yatağı Culfa şəhərində 15 km şimal-şərqdə, Darıdağın ətəyində, dəniz
səviyyəsindən 800-900 m hündürlükdədir. Suyu karbon qazlı , mərgümüşlü, yüksək minerallaşmış
xlorlu – hidrokarbonatlı - natriumludur. Darıdağ arsenli termal suyunun bir çox dəri
133
xəstəliklərində: qoturluq, sarıyara və piyadermeyanı, qanazlığı xəstəliklərinin müalicəvi və
qanyaradıcı əhəmiyyəti vardır. Həmin xəstəliklərin müalicəsi üçün müxtəlif saylarda Darıdağ
suyundan vanna qəbul edilməlidir. Hər seansdan sonra orqanizmanın müalicəsi-inkişafı üçün stimul
yaranır.
Şək.1. Darıdağ
Darıdağ arsenli termal suyunun temperaturu 52
0
S-dir. Ancaq müalicə vannalarına gələn
suyun temperaturu 37
o
-39
0
S dərəcəyə qədər soyudulur. Darıdağ termal suyunun sutkalıq debiti
450000 mln.l-dir. Mütəxəssislərin fikrincə ən yaxşı sular tərkibində qələvi – duz qarışığı olan
arsenli sulardır. Bütün bu xüsusiyyətlər Darıdağ mineral suyunun tərkibində olduğundan bu su
nəinki Qafqazda, hətta bütün dünyada olan arsenli sular içərisində birinci yeri tutur.
Mütəxəssislərin fikrincə, “Darıdağ” mərgümüşlü suyu bu qəbildən dünyada məşhur olan
İtaliyadakı “Cənubi Tirol”, “Ronçenyo”, Fransadakı “Lya Bürbül” arsenli sularından həm
keyfiyyətinə, həyat üçün bioloji stimul oynamağına, həm də gündəlik debitinə görə xeyli üstündür.
İçməli mineral sulardan müalicə məqsədilə XIII əsrdə İtaliyada, Fransada, XIV əsrdə
Çexoslovakiyada, XVIII əsrdə isə Rusiyada istifadə edilmişdir. Xalq etimologiyasına əsaslansaq
Naxçıvanda mineral sulardan istifadənin tarixi lap qədimlərə gedib çıxır.
Muxtar respublika bulaqlarında karbon qazı üstünlük təşkil edir. Karbon qazının miqdarı
97,5 - 99,9 faizdir. Oksigen, metan, azot və digər qazlar çox azdır. Mikroelementlərdən yod, brom,
dəmir, mışyak, stronsium, barium, marqans, mis və s. var.
Darıdağ arsenli su mənbəyindən xalq təbiblərinin (türkəçarə həkimlər, loğmanlar) məsləhəti
ilə ibtidai üsullarla istifadə edilməsinə baxmayaraq, 20- ci əsrin ortalarından elmi şəkildə tədqiq
edilmiş və müalicə məqsədi ilə istifadəsinə başlanılmışdır. Ərazidə 1978-cı ildə ilk dəfə 5 vanna
həcmində müalicəxana tikilmişdir. 1977-ci ildən fəaliyyət göstərən Darıdağ karbonqazı zavodunda
yeni avadanlıqlar quraşdırılaraq sutkalıq istehsal gücü 30 tona çatdırılmışdır. Zavod Naxçıvan MR
Mineral Sular Birliyinin öhdəsindədir. 2005-ci ildə regionların sosial – iqtisadi inkişafı Dövlət
proqramı əsasında beynəlxalq standartlara cavab verə bilən müalicəxana korpusu inşa olunmuşdur.
Darıdağ ərazisində hal-hazırda 2 yeni müalicəxana korpusundan istifadə edilir. Korpuslarda tibbi
yardım göstərməyə geniş şərait və imkanlar vardır. Burada Darıdağ mineral suyu ilə müxtəlif ürək-
damar sistemi xəstəlikləri, dayaq-hərəkət orqanları, perisefik əsəb sistemi, dəri, ginekoloji və s.
xəstəliklər, daxilə qəbul etməklə anemiya xəstəliyi müalicə olunur.
134
Rayonun ərazisində 40-a yaxın bulaq mövcuddur. Onlardan tərkibinə görə ən zəngini və
əhəmiyyətlisi Darıdağın ətəyində yerləşən eyni adlı bulaqdır ki, bu bulaq gündə 500 min litrə yaxın
güclü minerallaşmış su verir. [2, s. 139].
Culfa şəhərinin 8 km.- liyində, Culfa-Ordubad avtomobil yolunun solunda, Darıdağın
ətəyində, Darıdağ mineral su mənbəyinin ərazisində Darıdağ karbon qazı zavodu fəaliyyət göstərir.
Bu zavod əvvəllər Azərbaycan Respublikası yeyinti sənayesi nazirliyinin nəzdində olmuş, sonrakı
dövrdə mineral su yatağının bazası əsasında karbon qazı alınması üçün kəşfiyyat işləri aparılmış,
1977-ci ildə Azərbaycan MEA nəzdində karbon qazı zavodu tikilmişdir. 1970-ci illərdə zavodun
istehsal gücü çox aşağı olmuşdur [2, s. 98]. Zavodda yenidənqurma işləri aparılmış müasir tələblərə
cavab verən yeni zavod Azərbaycan Mineral sular və Naxçıvan mineral sular birliyinin sərəncamına
verilmişdir (Şəkil 2)
Şəkil 2 . Darıdağ karbon qazı zavodu
Darıdağ mineral suyu rekreasiya ehtiyatları sırasına daxildir. Rekreasion latın dilində
“Rekreatio” sözündən olub “bərpaetmə” deməkdir. Bu söz 1960-cı illərdən etibarən dilimizə və
sosial-iqtisadi, coğrafi, tibbi və fizioloji ədəbiyyatlarımıza, gücün və sağlamlığın bərpa olunması
problemlərindən danışan söz kimi daxil edilmişdir [6, s. 18].
Ölkə ərazisinin mineral sularının 60%-ni təşkil edən muxtar respublikamız müalicə məqsədli
rekreasiya və turizm üçün əlverişli region hesab olunur.
Bu sular ölkəyə valyuta gətirmək qabiliyyətinə malikdir. Son illər Azərbaycanda, o
cümlədən muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər bunun üçün münbit şərait
yaradıbdır.
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq muxtar respublikada
həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin nəticəsində Darıdağ arsenli su mədəni ətrafında
yeni müalicəxana obyekti tikilib istifadəyə verilib. Hər gün onlarla xəstə bu balneoloji
müalicəxanadan istifadə edirlər.
Darıdağ arsenli su mədəni turizm baxımından da əlverişli şəraitdə yerləşməsi buraya gələn
xəstələr üçün münasib hesab olunur. Ümumiyyətlə, Naxçıvan MR-də mineral suların bolluğu,
özünəməxsus iqlim xüsusiyyətlərinin, dağlıq sahələrdə gözəl abu-havalı, mənzərəli və bağ-bağatlı
yerlərin olması burada beynəlxalq əhəmiyyətli kurortlar yaratmağa imkan verir.
135
Yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, Darıdağ mineral suyundan alınan mineral
duzlardan-onun çöküntüsündən quşçuluqda quş yeminə qaışdırıb istifadə etdikdə yüksək
məhsuldarlıq əldə edilir [3, s.107].
Müalicə bulağına gediş-gəlişin çox böyük problemləri var. Ora getmək üçün ya öz şəxsi
maşınından, ya da taksi xidmətindən istifadə edilməlidir. Bu isə böyük çətinliklərə səbəb olur.
Yaxşı olar ki, oraya müəssisənin öz hesabına və ya sponsor şirkətlər hasabına avtobus marşrutları
açılsın.
Vanna qəbul edən insanların ən çox şikayətləri vannadan çıxdıqdan sonra durulanmaq üçün
(duş almaq) duşların olmamasıdır. Ən mühüm problemlərdən biri orada şirin suyun olmamasıdır.
Sanitariya baxımından qeyd etmək lazımdır ki, sudan istifadə üçün gələnlərin vannaya alt
paltarları ilə girmələri sanitariya gigenik baxımdan düzgün deyildir. Yaxşı olar ki, insanlar vannaya
təmiz steril paltarlarla daxil olsunlar. Daha yaxşı olar ki, vannaya girməmişdən əvvəl insanlar
gigenik sabunlarla yuyunub sonra vannaya girsinlər. Həmçinin vannadan istifadə zamanı insanların
yaş hədləri nəzərə alınmaqla vanna və istirahət otaqları yaradılmalıdır [4, s. 62].
Naxçıvan MR zəngin təbii sərvətlərə malikdir. Bu sərvətlərin daha ətraflı öyrənilib, aşkara
çıxarılması və xalqın istifadəsinə verilməsi üçün, xüsusən alternativ enerji mənbəyi olan Darıdağ
mineral suyunun yenidən tədqiq edilməsi, onun kimyəvi tərkibinin yenidən tədqiq olunması, suyun
tərkibində olan mikroelementlərdən istifadə, insan sağlamlığının bərpasına xidmət etmək sahəsində
və s. üçün geniş tədqiqat işləri aparılmalıdır.
Dostları ilə paylaş: |