139
Şəkil 1. Su sərfinin qrafiki
Çay üzərində tikilmiş Azərbaycanın mühüm su anbarlarından olan Heydər Əliyev su anbarı
aşağı hissələrdə axımın ümumi rejimini tamamilə dəyişmiş və bu dəyişmə Cəhriçayın mənsəbinə
qədər özünü göstərməkdədir. Okean səviyyəsindən 1060 metr hündürlükdə çay yatağında tikilmiş
su anbarından ayrılan 24 km uzunluğa malik sağ və 27 km uzunluğa malik sol sahil kanalları 16830
hektar əkin sahələrini suvarmaq imkanına malikdirlər. Bu kanalların ümumi su sərfi müvafiq olaraq
20 m
3
/san və 13 m
3
/saniyədir.
Orta illik su sərfi Qarababa məntəqəsində 6,3 m
3
/san və ya 12 l/san km
2
modul təşkil edir.
Bu orta göstərici il ərzində dəyişir. Çay dərəsindən keçən suyun təqribən 75% mart-iyun aylarında
axır, suya tələbatın artdığı iyul-avqust aylarında isə ümumi axımın 7%-ni təşkil edir. Suya olan
tələbatın ilbəil artması, xüsusilə yay aylarında su qıtlığı hövzədə bir sıra su anbarlarının tikilməsinə
səbəb olmuşdur. Bunlardan Qanlıgöl, Batabat su anbarları çayın axımının tənzimlənməsində
mühüm rol oynayır (cədvəl 2).
Axımın orta illik paylanması
(Qarababa məntəqəsi)
cədvəl 2
Aylar
Or
ta ill
ik su
sə
rf
i, m
3
/san.
I
II
III
IV
V
VI
VII
VIII IX
X
XI
XII
2,7
3,7
7,8
23,4
32,6
11,9
4,4
2,7
1,7
3,4
2,8
2,9
5,27
Naxçıvançayda bərk axının miqdarı çaydan keçən suyun miqdarından asılı olaraq dəyişir.
Gətirmələrə eyni zamanda çayın düşməsi və meyilliyi də təsir edir. Belə ki, yuxarı axarlarda daha
iri hissələr daşındığı halda, düzənlik zonada çay gətirmələri miqdarı xeyli azalır və yalnız çox kiçik
hissəciklər Araza qədər daşına bilir. Araz çayına daşınan gətirmələr yalnız Cəhriçayın hövzəsindən
daxil olur. Gətirmələrin 90 % bolsulu yaz-yay dövründə müşahidə olunur və bunun da 42 % may
ayının payına düşür. Payız-qış mejen dövründə çayda lillənmə minimal miqdarda olur. Ayrı-ayrı
illərdə güclü payız yağışları bu qanunauyğunluğu pozur.
Gətirmələrin orta illik miqdarının sərfi 1,5 kq/san və ya 4800 ton/ il miqdarındadır. Eroziya
modulu 106 ton/m
2
-ə çatır. Asılı gətirmələrin təxminən 80 %-nin diametri 0,05 mm-dən aşağıdır.
Çay dərəsində baş verən sel hadisələri zamanı çox böyük süxur kütlələri hərəkət edir və
təsərrüfatlara əsaslı ziyan vururlar. Y. N. Bababəylinin araşdırmalarına görə çay yatağında Qışlaq
kanyonu yaxınlığında kütləsi 60 ton olan qaya parçası müşahidə olunmuşdur. ( 2 )
Naxçıvançayın termik rejimi Muxtar Respublikanın digər çayları ilə oxşarlıq təşkil edir.
Adətən buz örtüyü daimi olmur, yalnız sahillərdə suyun hərəkətinin passiv olduğu yerlərdə buzun
qalınlığı 5 sm-i keçmir və adətən suyun donması Şahbuzçayın mənsəbindən aşağıda suyun axımının
zəiflədiyi yerlərdə, eləcə də Heydər Əliyev su anbarının dayaz sahillərində müşahidə olunur. Buz
qaysağı yuxarı axarlarda dekabrın əvvəllərində, aşağı axınlarda isə dekabrın axırı və yanvarın
əvvəllərində görünür və bunların ümumi davamiyyət müddəti 30-45 gün arasında olur. Çayda
buzun hərəkəti ümumiyyətlə müşahidə edilmir, belə ki, yaranmış buz yalnız öz yerində əriyir.
Martın əvvəlində çay tamamilə buzdan təmizlənir. İyul-avqust aylarında suda maksimum
temperatura müşahidə olunur və bu da 18
0
C –yə yaxın olur. Aşağı axarlarda tək-tək hallarda suyun
temperaturu 25
0
C - ni keçə bilir. (8) (cədvəl 3).