138
Çay dərəsində zaman-zaman baş verən sellər düzənlik ərazidə olduqca geniş gətirmə konusu
əmələ gətirmişdir. Çaylar, xüsusilə Sələsüzçay, Gömürçay, Salvartıçay eləcə də Cəhriçay sel
gətirmələri miqdarına görə xüsusilə fərqlənirlər. Məsələn 18 avqust 1949–cu ildə Cəhriçayda baş
verən sel hadisəsi diametri 2 m - ə çatan daşları hərəkət etdirərək Naxçıvan-Şahbuz yolunun
müəyyən hissəsini tamamilə dağıtmış, əkin sahələrinə, yaşayış məntəqələrinə xeyli ziyan
vurmuşdur. Çayın qidalanmasında əhəmiyyətli rol oynamayan Sirab, Qahab, Nəhəcir çaylarından
keçən sellər bəzi vaxtlarda eyni adlı kəndlərin təsərrüfat sahələrini yerlə yeksan etmişdir. 1966-cı
ildə Zərnətün çayında baş verən dağıdıcı sel yeni tikilmiş beton körpünü dağıtmış və onun
bütövlükdə Naxçıvançay dərəsinə qədər daşınmışdır. (6,7).
Mart-aprel aylarında başlayıb iyun ayına qədər davam edən yaz-yay bolsululuq dövründə,
xüsusilə qarların əridiyi may ayında Naxçıvançayda maksimal səviyyə müşahidə olunur. May
ayında baş verən intensiv yağışlar səviyyənin kəskin dəyişməsinə səbəb olur və bu zaman axımın
miqdarı illik axımın kəmiyyətindən 30-35 dəfə çox olur. Göstərilən dövrdə çayda su sərfi 160
m
3
/saniyəyə qədər yüksələ bilir. İyul ayının əvvəlində səviyyə sürətlə yenməyə başlayır. Yayda
çayın mejen vəziyyətini bəzən yağışlar pozur və buna görə də bu dövrdə su sərfi qış mejen dövrünə
nisbətən daha yüksək olur. (2) (cədvəl 1).
Dostları ilə paylaş: