NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2015, № 7 (72) NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2015, № 7 (72)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2015, № 7 (72) HƏSƏN QƏNBƏROV Naxçıvan Dövlət Universiteti E- mail: hesenqenberov@yahoo.com UOT 576.121 CULFA RAYONU ƏRAZİSİNDƏ QOYUNLARIN FASSİOLYOZUNA QARŞI ANTHELMİNT PREPARATLARIN MÜQAYİSƏLİ TƏSİRİNİN ÖYRƏNİLMƏSİ Açar sözlər: helmint, fassiola, alben, vilpar, anthelmint səmərə Key words: helminthes, fasciolas, alben, vilpar, anthelminthes effect Ключевые слова: гельминт,фасциола, альбен, вилпар, антигельминтный эффект Kənd təsərrüfatı heyvanlarının bəslənilməsində və məhsuldarlığının artırılmasında başlıca
şərtlərdən biri, heyvanların düzgün yemləndirilməsi və müxtəlif xəstəliklərdən qorunmasıdır. Lakin,
bir çox invazion və infeksion xəstəliklər hələ də ev heyvanlarında kəskin fəsadlar törətməklə
yanaşı, məhsuldarlığın aşağı düşməsinə, bəzən də kütləvi tələfata səbəb olur.
Belə parazitar xəstəliklərdən olan fassiolyoz muxtar respublikadakı fərdi və fermer
heyvandarlıq təsərrüfatlarında intensiv müşahidə edilir. Bu helmint xəstəliyinə yoluxmuş heyvanlar
inkişafdan qalır, kökəlmə qabiliyyətini itirir, ət və yun məhsuldarlığı aşağı düşür. Helmintə
yoluxma nəticəsində heyvanlarda damazlıq keyfiyyəti aşağı düşür, daxili orqanlar çıxdaş edilir və
müalicənin aparılmasına xeyli vəsait sərf edilir [2, s. 3].
Heyvan sağlamlığı üçün həmişə təhlükəli xəstəlik hesab edilən fassiolyozun və onun
törədicilərinin öyrənilməsi, müasir tələblərə cavab verən səmərəli mübarizə tədbirlərinin işlənib
hazırlanması, mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan respublikamızda
fassiolyoza qarşı dərman maddələrinin işlənib hazırlanması və tətbiqinə dair müxtəlif araşdırmalar
aparılmışdır. Lakin, Culfa rayonu ərazisində qoyunların fassiolyozunun yayılma səviyyəsinin və
onlara qarşı anthelmint təsirli dərman preparatlarının müalicəvi təsirinin öyrənilməsi istiqamətində
əsaslı tədqiqat işləri aparılmamışdır. Ona görə də bu istiqamətdə aparılan tədqiqat işləri öz
aktuallığı ilə seçilir.
Muxtar respublikada aparılan bir sıra tədqiqat işlərində ərazidəki heyvanlarda fassiolaların 2
növünün - F. hepatica (L. 1758) və F. gigantica (C. 1856) yayıldığı müəyyən edilmişdir [1, s. 12].