Biznesin təşkilati mütərəqqi formaları
İri miqyaslıbiznesə son dərəcə kiçik miqyaslı biznes üçün xarakterik olan formalardan fərqlənən təşkilatı formalar –assosiativ fomalar xasdır.Müəsissələrin və şirkətlərin müştərək ,inteqrasiya olunmuş strukturarda birləşməsi yolu ilə ümumiləşdirilşiş assosiativ formalar yaradır.
Korporasiya – bir neçə şirkətinümumi məqsədlərini və ya üstünlüklərini mühafizə etmək üçün fəaliyyətlərini birləşdirdiyi səhmdar cəmiyyətdir.Hüquqi şəxs kimi korporasiya ona daxil olan bütün müəsisələrin borcları və vergiləri üzrə məsuliyyət daşıyır və müstəqil sahibkarlıq fəaliyyəti subyekti qismində çıxış edir.
Korporasiya- sahibi olan konkret şəxslərdən fərqlənən və ayrılmışbiznesin hüquqi formasıdır.Dövlət tərəfindən tanınmış bu “Hüquqi şəxslər” resurslar əldə edə,aktivlərə sahib ola,borc götürə,kredit verə və iddiya qaldıravə məhkəmədə cavabdeh kimi çıxış edə bilər.
Korperasiyanın üstünlükləri:
1. Pul kapitalının cəlb olunması məsələlərində biznesin təşkilinin ən effektiv formasıdır.
2. Korporasiyaların üstünlüyü məhdud məsuliyyətli olmasıdır.
3. Bir halda ki ,korporasiya hüquqi şəxsdir,o onun sahiblərindən,bu səbəbdən də öz vəzifəli şəxslərindən asılı olmayaraq mövcuddur.
Dostları ilə paylaş: |