10
I FƏSİL
QARAQOYUNLULARIN VƏ AĞQOYUNLULARIN MƏNŞƏYİ PROBLEMİ
1. Qaraqoyunluların mənşəyi.
Azərbaycan xalqı ziddiyyətli, çoxəsrlik inkişaf yolu keçmiş və bəşər mədəniyyəti sistemində, insanlıq
tarixində mühüm mövqe qazanmışdır. Bu obyektiv tarixi həqiqəti bir sıra qədim mö"təbər mənbələr, aparılmış
arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş mədəniyyət nümunələri təsdiq etməkdədir.
Xalqımızın təşəkkülündə iştirak etmiş qədim tayfa birliklərindən biri də Qaraqoyunlulardır.
Qaraqoyunlu tayfasının mənşəyi problemi uzun illər ərzində tarixşünaslığımızda tədqiqat obyekti olmamış, bu
tayfa birliyini təşkil etmiş tayfaların və boyların Azərbaycanın, Şərqi Anadolunun həm türkləşməsində, həm də
siyasi tarixində oynadığı rol lazımi səviyyədə öyrənilməmişdir. Tarixi qaynaqlardan mə"lum olur ki, bu tayfa
birləşməsi "Türkman" adlanan etnik qrupa mənsub idi. Müasir dövrdə türkmən türkman şəklinə düşmüş bu ad
tarixi mənbələrdə öz əksini hansı fonetik variantlarda tapmışdır? Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı
İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir və bu səbəbdən də
xalacları "türk manənd" (türkə bənzər) adlandırmışdır. Beləliklə də ilk dəfə "Türkmən/türkman" ifadəsi
meydana çıxmışdır.
1
V.V.Bartold yazır: "Türkmənlər" ... bu ad XI əsrdən ilk əvvəl İran tarixçiləri Qardizi və
Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinin cəmində - "Türkmanan" formasında, türklərin "oğuz", ərəblərin "quzz"
mənasında işlənmişdir.
2
"Türkmən" istilahı ilk dəfə ərəb coğrafyaşünası əl-Müqəddəsinin əsərində "ət-türkman" və yaxud
"türkmaniy-
[18-19]
yun" şəklində xatırlanmışdır.
3
V.V. Bartold F.Xirtin verdiyi mo"lumatlara istinad edərək
türkmən ifadəsinin hələ VIII əsr Çin ensiklopediyası "Tundyan"da "te-qomen" formasmda işləndiyni
göstərmişdir.
4
"Türk manənd" - əsil məkanı və mənşəyi çox da aydın olmayan bu sözü Mahmud Qaşğari fars
etimologiyasına əsasən "türkə bənzər", "türkə oxşar" şəklində təqdim etmişdir.
5
Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara
"türkmən/türkman" deyilmişdir. V.V.Baritold yazır: "... müsəlman - ğuzlar həmçinin 'türkman" (türkmənlər)
adlandırılmağa başlandılar.
6
Eyni fikri V.İ.Jirmunski də izhar etmişdir. V.İ.Jirmunski qeyd edir: 'Türkmən" etnik
istilahına ərəb mənbələrində X əsrin II yarısından e"tibarən təsadüf olunur. İlk əvvəl, görünür o, bu dövrə yaxın
müsəlmanlığı qəbul etmiş oğüz qrupunu ifadə etmişdir."
7
Türk tədqiqatçısı F.Köprülü də Mahmud Qaşğarinin
ınə"lumatlarına əsaslanmış və "türkman" adını müsəlman əqidəli oğuzlara verildiyini göstərmişdir.
8
Bu fıkri
Orxan Şaiq müdafiə edir.
9
Faruq Sümer də Biruninin verdiyi mə"lumatlara osaslanaraq islamı qəbul etmiş
oğuzlara "türkman" deyildiyini qəbul edir."
10
. Lakin türk tarixçilərindən İ.Qafəsoğlu belə qənaətə gəlir ki,
türkman terminini islamı qəbul etmiş oğuzlara şamil edilməsini qəbul etmək olmaz. Çünki qaynaqlarda
oğuzlardan öncə islamı qəbul etmiş türk tayfalarında öz adını dəyişdirməsi haqqında qeydlər yoxdur. Onun
fikrincə, 'türkman" sözü siyasi termin kimi IX əsrdən e"tibarən işlənilməyə başlamış və "əsil", "böyük türk"
mə"nasını ifadə etmişdir.
11
Bu dəlillər bir daha göstərir ki, etnik mə"na kəsb edən "türkman" istılahı tarixən daha geniş anlam
olmuşdur. Həmin ıstilah islam dinini qəbul etmiş bütün oğuz tayfalarına şamil olunmuş bir ad idi. Orta əsr
müəllifləri də bu fikrin gerçəklıyini təsdiq etmişlər. Mahmud Qaşğari yalnız oğuzlan deyil, hətta qarluqların
özünü də "türkman" adlandırmışdır.
12
Belə-
[19-20]
-lıklə orta əsr mənbələrində etnik səciyyə daşıyan
"türkmən" istilahını hər yerdə istisnasız olaraq müasir mə"nada anlamaq elmi cəhətdən düzgün deyildir.
Təsadüfı deyildir ki, tarixən istər Mahmud Qaşğari (XI əsr) və istərsə də F.Rəşidəddin (XIV əsr) türkmənləri
tayfa kimi təqdim etməmiş və onların yayıldığı ərazilər haqqında dəqiq bir mə'lumat verməmişlər.
13
Çünki hər
iki müəllif "türkmən" sözünü islam dinini qəbul etmiş oğuzlara verilmiş bir ad kimi işlətmişdir.
Mə"lumdur ki, XI əsrdə Azərbaycana və Kiçik Asiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini
oğuzlar və türkmənlər təşkil etmişdir.
14
Türk alimi Z.V.Toğana görə, oğuzların "oğuz" və "türkmən" adları ilə
iki qismə bölünməsi də məhz səlcüqların hökmranlığı dövründə meydana gəlmişdir.
15
Tarixən "türkmən" istilahı həm də oğuzların daha çox köçərilik etmiş hissəsinə şamil edilmişdir.
V.V.Bartold və V.M Jirmunski də "türkmən" istilahını oğuz tayfalarının göçəri həyat tərzi keçirmiş hissəsinə
verilmiş bir ad kimi işlətmişdir.
16
"Bir çox mə"xəzlərdə türkmənlərin yalnız Türkmənistanın indiki ərazisində
deyil, eləcə də Qafqaz, Cənubi Azərbaycan, Kiçik Asiya və müasir İran ərazisində də yaşadıqlarını və onların
oturaq azərbaycanlılardan fərqləndiyini qeyd edirlər. Bundan belə nəticə çıxarmaq olar ki, türkmənlər qədim
oğuzların daha çox köçəri həyat keçirən hissəsinə deyilir və bunun izləri müasir Azərbaycan dilində "tərəkəmə"
kəlməsində qalır".
17
Maraqlıdır ki, orta əsrlərin Bizans müəllifləri də Kiçik Asiyadakı köçəri oğuzları "türkmən"
adı ilə təqdim etmişdir.
18
11
Z.M.Bünyadov və O.Ə.Əfəndiyev yazırlar ki, XTV-XV əsrlərdə "qaraqoyunlu" və "ağqoyunlu" adlarını
almış tayfalar və qəbilələr özlərini vahid türkman xalqının hissələri hesab edirdilər. Onlar özlərini Kiçik
Asiyanın (Osmanlı, Rumlu) və Orta Asiyanın (Cığatay) türkmənlərindən fərqləndirirdilər. Həmin dövrdə
Azərbaycan türkmanları Orta Asiyadan köçmüş
[20-21]
uzaq əcdadlarından dilinə, mədəniyyətinə görə güclü
şəkildə fərqlənirdilər və yerli əhali ilə qaynayıb-qarışmışdılar.
19
Oarııqoyunlu tayfasının adı və mənşəyi məsələsilə əlaqədar olaraq türk tarixşünaslığında müxtəlif
mülahizələr irəli sürülmüşdür. Faruq Sümer yazır: "Qaraqoyunlu tayfasının adı bu gün hakim olan ümumi
qənaətə görə, totemlərinin qoyun olması ilə əlaqəli sayılsa da qədim türklərdə digər tayfalarda oldııgu kimi
totem olan heyvanların ətinin yeyilməsi qəbul olunmadığına görə bu adın onlara aid sürülərinin rəngi ilə bağlı
verilmiş olması mümkündür"
20
Əbdülxaluq Çay Faruq Sümerin bu fikrini müdafiə edir və başlıca məşğuliyyəti
heyvanıdarlıq olan Qaraqoyunlulara bu adın bəslədikləri heyvanların rənginə görə verildiyini əsaslandırmağa
çalışır.
21
Türklərdə qoyunun totem mahiyyətində olmasına dair Türkiyə tarixçiləri arasında fıkir ayrılığı vardır.
Məsələn O.Turan
22
, E.Esin
23
ve H.Z.Koşay
24
qoyunun (QOÇ) əski türklərdə başlıca totemlərindən biri olması
fikrindədirlər.
Yurdumuzda qoyunun (QOÇ) əski zamanlarda əhali arasında totem səciyyəsi daşıdığını R.Əfəndiyev
25
və M.Seyidov
26
da qeyd edirlər. Bu adın qaraqoyunlulara verilməsi ilə əlaqədar olaraq M.Seyidov yazır:
"Qaraqoyunluların adları onların fəlsəfi mifoloji görüşləri, inamları, ictimai quruluşları ilə sıxı bağlıdır.
Qaraqoyunluların adlarının qoyulması ibtidai qəbilə quruluşundan qabaqkı dual təşkilatın qanunları ilə
səsləşir".
27
Qoyunun "onqon" olduğunu "Oğuznamə" də aydın göstərir. Dastanda qeyd edilir ki, "Oğuz xaqan
böyük ordugah ... sağ tərəfdə qırx qulac ucalığında ağac dikəltdi: onun başına bir qızıl toyuq qoydu, ayağına bir
ağ qoyun bağladı. Sol tərəfdə qırx qulac ağac dikəltdi. Onun başına bir gümüş toyuq qoydu, ayağına bir qara
qoyun bağladı. Sağda Bozoqlar oturdu. Solda Üçoqlar oturdu".
28
Dastandan məlum olur ki, Oğuz Xağan
oğlanlarını iki soya - Bozoqa və Üçoqa bölmüş və hərəsinə də ayrıca onqon - ağqoyun və qaroqoyun, qızıl
toyuq,
[21-22]
gümüş toyuq vermişdi. M.Seyidovun fikrincə, ağ və qara qoyuna tapınmış Bozoq, Üçoq
qəbilələrində toyuq zoomorfiq onqonu zəifləmiş və tədricən sıradan çıxmışdır. Hər iki tayfa birləşməsi sonralar
yalnız ağ və qara qoyuna tapındıqları üçün Ağqoyunlu və Qaraqoyunlu adlanmışlar.
29
Arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisindən eradan əvvəl X-III əsrlərə aid olan qoç təsvirlərinin
və fıqurlarının tapılması, qəbir daşlarına qoyun (qoç) təsvirlərinin qoyulması bir daha sübut edir ki, qoyun
yurdumuzun əhalisinin qədim totemlərindən biri olmuşdur.
Fransız şərqşünası J.Dögininin fıkrincə, Qaraqoyunlu türkmənləri bayraqlarındakı qara qoyun rəsminə
görə Qaraqoyunlu adlanmışlar.
30
XVIII əsrin ortalarında irəli sürülmüş bu fikir Türkiyə, Azərbaycan və Sovet
tarixşünaslığında qəbul olunmuşdur.
31
Bu fıkirlə razılaşmaq mümkün deyildir. Çünki tayfa və sülalənin öz adını
bayraqdakı qara qoyun rəsminə görə alması fikri həqiqətdən uzaqdır. Belə nəticəyə gəlmək olar ki, Qaraqoyunlu
tayfa birləşməsində qoyun artımla bağlı olan zoomorfık onqon imiş və ona görə də tayfa bayraqlarında bu
onqonun (qoç) şəkli çəkilirmiş. F.Kırzıoğlu da belə qənaətə gəlir ki, qaraqoyunlular bayraqlarına qoç başı
təsvirləri qoyaraq qədim onqonlarının xatirəsini yaşatmışlar.
32
Ş.Q.Səfəroğlu və Ə.Müdarrisoğlu da belə hesab
edirlər ki, Qaraqoyunlu adı türklərin islamaqədərki dövrdə inandıqları Qoyun toteminə əsaslanır.
33
Faruq Sümer yazır ki, bayraqlarında qoyun rəsmi olduğu üçün qaraqoyunluların bu adı almasına aid
Qərb müəlliflərinin iddialarının heç bir əsası yoxdur. O, öz fikrini orta əsr qaynaqlarında bununla bağlı heç bir
mə"lumatın olmaması ilə əlaqələndirir.
34
Qaraqoyunlu tayfasının mənşəyi məsələsi, onların Azərbaycanda və Şərqi Anadoluda məskunlaşması ilə
bağlı türk tarixçiləri arasında müxtəlif fıkirlər mövcuddur. Azərbaycanda, Şərqi Anadoluda monqol
hakimiyyətinin zəiflə-
[22-23] -
məyə başlaması ilə fəallaşmış türkmanların ən məşhur qolu olan
Qaraqoyunluların Oğuz və ya türkman elini təşkil edən 24 boydan hansına mənsub olması haqqında mənbələrdə
müəyyən bir mə"lumata rast gəlmirik. Yalnız, XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullah
Qaraqoyunlu tayfasının mənşəyini Oğuz xanın oğlu Dəniz xanla əlaqələndirmişdir. Şükrullah yazmışdı:
"852/1449 - cu ildə sultan II Murad bu binəvanı elçiliklə Mirzə Cahanşahın yanına göndərmişdi. Söhbət
əsnasında buyuruldu ki, tarixi oxuyan Mövlana İsmayılı çağırsınlar və Oğuz tarixini də gətirsinlər. Mövlana
İsmayıl gəldi və Monqol yazısı ilə yazılmış bir kitab gətirdi. O, kitabdan anlaşıldı ki, Sultan Muradın nəsəbi
Oğuz oğlu Göyalpa, Qara Yusifinki isə 41-ci nəsildən Dənizalpa bağlanır".
35
Faruq Sumer yazır ki, Şükrullahın bu qeydinə əsasən Qaraqoyunlular Oğuz nəslindən Dəniz xanın
oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olmuşdur. Bunlardan Yıvə boyu ilə
Qaraqoyunlular arasında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bə"zi izlər görünür.
36
Bu fikri Ə.Çay da
müdafiə edir.
37
F.Sümer Yıvə türklərinin Səlcuq yürüşləri dövründən e"tibarən Azərbaycanda
məskunlaşdıqlarını və XII əsrin II yarısında Həmədan bölgəsində öz bəyliklərini yaradaraq onu Monqol
yürüşlərinə qədər qoruyub saxladıqlarını qeyd edir.
38
Monqol istilasından əvvəl Bərçəni adlı bir bəyin rəhbərliyi altında olan Yıvələrin yaşadığı Həmədan
ətrafında Qaraqoyunlu dövlətinin dayağı olan və hökmdar ailəsi ilə qohumlaşmış Baharlu tayfası yurd
12
salmışdı.
39
V.F.Minorskinin fıkrincə, bu tayfanın daşıdığı adın Həmədan yaxınlığındakı Bahar qalası ilə əlaqəsi
olması ehtimalı vardır.
40
V.F.Minoski bu məkan birliyinə, Qaraqoyunlu sikkələrində olan damğaların da Oğuz
damğalarından daha çox Yıvə damğasına bənzədiyinə əsaslanaraq Qaraqoyunluların Yıvə boyundan olduğunu
göstərir.
41
F.Sümer isə buna az əhəmiyyət verir. Qaraqoyunlu
[23-24]
sikkələrində görünən damğaların bir
naxış olduğunu bildirir. Onun qənaətinə görə, qaraqoyunluların Monqol istilası nəticəsində Türküstandan İran
və Şərqi Anadoluya gəldikləri haqqında rəvayət də bu qohumluq münasibətinə daha zəif bir ehtimal
verdirməkdədir.
42
Ə.Çay yazır ki, baxmayaraq ki, F.Sümer Qaraqoyunlu sikkələrində görünən damğanı naxış
kimi qəbul edir, bu həqiqətən Yıvələrin qoç başı rəsminin piktoqramı şəklində olan damğasıdır.
43
F.Sümer
"Oğuzlar" adlı əsərində Qaraqoyunluların Yıvə boyundan olduğunu göstərmiş, Minorskinin fıkrini müdafıə
etmişdir.
44
C.A.Boyl belə qənaətə gəlir ki, Qaraqoyunluların mənşəyi məsələsi hələlik tamamilə
aydınlaşdırılmamışdır. Lakin o da, V.Minorskinin fıkrinə şərik çıxaraq bildirir ki, qaraqoyunlular Səlcuqlularla
birlikdə gəlmiş Yıvə türklərinin nəsilləridir. Onların varlığı XIII əsrdə monqol işğallarından sonra "Fatehlərin
yeni təbəqəsi tərəfindən müvəqqəti olaraq maskalanmışdı".
45
Ə.Çay belə hesab edir ki, Baharlu-Yıvə münasibəti
Qaraqoyunluların oğuzların Yıvə boyundan olduğunu təsdiq edir.
46
Osman Turan Qara Yusiflə oğlu Pir-Budağm Ərzincanda birgə zərb etdirdiyi sikkələr üzərində görülən
işarənin Rəşidəddinin Oğuz boyları cədvəlindəki Yazır boyunun damğasına oxşadığını əsas tutaraq
Qaraqoyunluların Oğuzların Yazır boyundan olduğunu güman edir.
47
F.Sümerin fikrincə, bunu tə"yin edəcək
heç bir dəlil yoxdur və Qaraqoyunlu hökmdarlarının zərb etdikləri digər sikkələr üzərində həmin işarəyə təsadüf
olunmamışdır.
48
M.X.Yınanç qaraqoyunluların mənşəyi məsələsi ilə əlaqədar olaraq maraqlı mülahizə irəli sürür. Onun
təbirincə, "əskidən bəri qoyun toteminə bağlı olan və müsəlman olduqdan sonra da bu totemi tərk etməyən
Qaraqoyunlular ilk çağ ilə orta çağın bir qismində böyük rol oynadığını bildiyimiz qon (yəni "qoyun") türk
elindən qalmışdır və əski adları olan Qoyun adını mühafizə etmişlər. Azərbaycanda və Anadoluda
[24-25]
məskunlaşmış Qaraqoyunlular buradakı Oğuzların Baranlu boyuna daxil olmuşlar".
49
F.Kırzıoğlu isə
qaraqoyunluların mənşəyini erməni mənbələrinə və "Dədə Qorqud Oğuznamə"lərinə əsaslanaraq III əsrdə Şərqi
Anadoluya Türkistandan gəlmiş Mamik və Qonaq adlı türk bəyləri sülaləsi ilə əlaqələndirir.
50
Qaraqoyunluların Azərbaycana və Şərqi Anadoluya gəlişi ilə bağh Türkiyə tarixçiləri arasında fərqli
fikirlər vardır. M.X.Yınanç yazır ki, orta əsr Osmanlı tarixçiləri Əlinin və Cənnabinin verdiyi mə"lumata görə,
Qaraqoyunlular Elxanilərdən Arğun xanın (1284-1291) dövründə Azərbaycana və Şərqi Anadoluya gəlmişlər.
Bu mə'lumat sonralar Hammer və başqa tarixçilər tərəfindən də qəbul olunmuşdur. M.X.Yınanç XV əsrin fars
mənbələrinin mə"lumatlarına əsaslanaraq Osmanlı tarixçilərinin "Oğuzu" "Arğun" oxumaqla səhvə yol
verdiklərini təsdiq etmişdir.
51
F.Sümer də qeyd olunmuş rəvayətin həqiqətlə əlaqəsi olmadığını göstərmiş və
M.X.Yınançın fikrini müdafiə etmişdir.
52
Kamıran Kürün belə hesab edir ki, Azərbaycana və Anadoluya hakim
olmuş Elxanilərin geniş yaylaqlara, qışlaqlara ehtiyacı olduqları halda Türkistandan çoxsaylı türkmanların
buraya köçürülməsinə icazə verməyəcəkləri düşünülərsə, bu rəvayətin doğru olmadığı aşkar olur".
53
Dövlətşah Səmərqəndi öz təzkirəsində Qaraqoyunlulara dair mə"lumat vermişdir. O, Qaraqoyunlu
hökmdarı İskəndər haqqında yazmışdı: "İskəndərin soyuna gəlincə o, Qara Yusifin, Qara Yusif də Qara
Məhəmmədin oğludur. Bunların əsli uzaq Türküstanda Qazqurd dağlarındadır. Əski zamanlarda Azərbaycan və
Bitlisə gəlmişlər. Köçəridirlər".
54
Hindistanda yazılmış və Qaraqoyunluların tarixindən bəhs edən "Tarixi-Türkməniyyə" və "Tarixi sultan
Qütbşahi" əsərlərində Qaraqoyunluların 599 (1202-1203) cu ildə Qara Yusifin 7-ci ulu babası Oğuz nəslindən
olan Törə bəyin rəhbərliyi altında 30 min çadırdan ibarət kütlə halında Türküstan-
[25-26]
- dan İrana və Şərqi
Anadoluya gəlməsi və onların burada daim gürcülərə və tatarlara qarşı mübarizə aparması göstərilir.
55
Faruq
Sümer bu mə"lumatın doğru olduğunu güman edir. O, öz fikrini Monqol istilasına qədərki dövrdə
Qaraqoyunlulara aid heç bir mə"lumatın olmaması ilə əsaslandırır.
56
F.Kırzıoğlu isə bu mə"lumatdakı 599
rəqəminin hicri tarixi olmadığı qənaətinə gəlir. O, belə güman edir ki, bu tarix həmin dövrdə Ön Asiyada geniş
yayılmış "İskəndər təqviminə" əsaslanmışdır. Çünki 1202-1203-cü illərdən az sonra Anadoluda "Gürcülərə qarşı
savaşa" və "tatarlara qarşı müqavimətə" imkan və lüzum yox idi.
57
İ.H.Uzunçarşılı
58
, F.Köprülü
59
, C.Zeynaloğlu
60
, Z.V.Toğan
61
və H.N.Orkun
62
qaraqoyunluların
Azərbaycana və Şərqi Anadoluya Arqun xanın (1284-1291) dövründə gəldiklərini qeyd edirlər. Bu fikir türk
tarixşünaslığında da təkrar edilməkdədir.
63
Azərbaycan tarixşünaslığında həmin fikir qəbul olunmuşdur. Vaxtilə
A.A.Bakıxanov qaraqoyunluların Arğun xanın dövründə Orta Asiyadan Azərbaycana gəldiyini qeyd etmişdi.
64
Sonralar M.H.Baharlı və Ə.S.Sumbatzadə həmin müddəanı qəbul etmişlər.
65
Ç.İbrahimov
66
bu tayfanın yeni
əraziyə gəlişini XII - XIII əsrlərə, M.Seyfəddini
67
XI - XIII əsrlərə, K.E.Bosvort, D.Y.Yeremeyev, M.İsmayılov
və Q.Qeybullayev isə XIII əsrin əvvəllərinə aid etmişlər.
68
Z.Bünyadov və O.Əfəndiyev yazırlar ki, "ehtimal
etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi
artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb
çıxarılmışlar."
69
Onların mülahizəsində obyektiv həqiqət vardır. Çünki faktlar göstərir ki, yerli, oturaq əhali ilə
13
türkman tayfalarının qaynayıb-qarışma prosesi XIII əsrdən xeyli əvvəllərə təsadüf edir. Məhz bunun nəticəsi idi
ki, qərbi türkmənlər Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da Azərbaycan etnosunun mühüm
hissəsini təşkil edirlər.
70
[26-27]
Azərbaycan türkmanları tədricən Şərqdə, Orta Asiyada məskunlaşmış həmqəbilələrindən əhəmiyyətli
dərəcədə fərqlənməyə başlamışdılar. Yeni keyfıyyətlərin qazanılması, fərqli xüsusiyyətlərin təşəkkülü
prosesində ilkin vətəndən uzunmüddətli uzaqlaşma mühüm rol oynamışdır.
Bə"zi tarixçilər Qaraqoyunluların Barani/Baranlu sülaləsindən olduğunu qeyd edirlər.
7I
Bu adın mənşəyi
ilə bağlı müxtəlif fikirlər mövcuddur. Z.V.Toğanın fikrincə, Təbərinin əsərində Barani türklərindən bəhs
edilmişdir. X əsrin müəllifi Beyhəqi Xarəzm türklərindən - "Barani"lərdən Əli oğlu Şah Məlik adlı bir hökmdar
haqqında mə"lumat vermişdir.
Yaqut Həməvi Buxaradan 5 Fərsəx məsafədə Barani kəndinin olduğunu göstərir.
72
S.Q.Ağacanov da
qeyd edir ki, baranilər mənşəcə Oğuz tayfalarından olmuş və X əsrin II yarısında bu sülalədən olan Əli xan
Yenikənd oğuzlarının başına keçmişdir. Onun fikrincə, Rus səlnamələrində XI əsrin ortalarında Şərqi
Avropanın içərilərinə daxil olduğu qeyd olunan "berendə" tayfasının adı ilə "barani" etnonimini eyniləşdirmək
mümkündür. Bu terminlərin semantikası hər şeydən əvvəl totem mənşəlidir.
73
Orta əsr müəllifiəri Qaraqoyunlu
hökmdarlarının Baranilərdən olduğunu göstərirlər. Əbu Bəkr Tehrani də Qara Yusif Barani
74
, Məhəmməd Nəşri
və Aşiq Paşazadə də Cahanşah Baranlu
75
kimi göstərilmişdir. Babur öz xatirələrində
76
Cahanşahı Barani kimi
təqdim edir. Ə.Ə.Dehxuda öz "Lüğətnamə"sində "Barani"ni qədim türk tayfası kimi təqdim edir.
77
"Bürhan-e
qati" lüğətində də "Barani" qədim Türkman qəbiləsi kimi qeyd edilir.
78
Gətirilən tarixi faktlar Barani Oğuz
tayfasının qaraqoyunlularla sıxı əlaqəsinin olduğu qənaətinə gəlməyə imkan verir. Barani adının mənşəyi
qoyunun sülalənin və ya tayfanın totemi və himayəçisi olması ilə bağlı olmuşdur. V.Minorski "Barani" adının
şəxs və tayfa adı deyil, yer adı olduğunu qeyd etmişdir. O, öz fıkrini Qaraqoyunlu sikkələrində göstərilmiş
"Baran" adlı zərb yerinin, Mərv və Buxara yaxınlığında da Barani kəndlərinin olması ilə
[27-28]
əsaslandırır.
79
Faruq Sümer Qaraqoyunlu xanədanının daşıdığı ailə adının Şərqi Anadoluda vaxtilə pul kəsdikləri "Baran" adlı
yerdən aldığını qeyd edərək V.Minorskinin fıkrini müdafiə edir.
80
Ə.Çay bu adın şəxs adından yaranması
qənaətindədir.
81
Osman Turan İbn Tanriberdinin verdiyi mə"lumatlara əsaslanaraq Şərqi Anadoluda və Şimali
Suriyada 1260-cı ildə Baranlu adlanan türk tayfasının yaşadığını göstərir.
82
Ş.S.Zabit onların Monqol yürüşləri
zamanı Azərbaycandan buraya köçdüklərini bildirir.
83
F.Sümer Barani/Baranlu tayfası ilə bağlı olan etnonimin, yalnız Şərqi Anadoluda olması faktı ilə
kifayətlənmişdir. Bu tayfa ilə bağlı olan etnonimlər Azərbaycanın həm şimal, həm də cənub bölgələrində və İran
ərazisində hələ də öz varlığını yaşatmaqdadır.
Azərbaycanın Salyan bölgəsində Baranikənd, Goranboyda Baranbet dağı, Təbriz-Üskü baş yolunun 2
km-də Baranlu kəndi və İranda Barani kənd, Barani kord kəndləri mövcuddur.
84
"Baran" sözü qədim türklərdə daha çox "qoç" mə"nasında işlənmişdir. Başqırdlarda və tatarlarda bu
istilah indi də həmin mə"nada işlənməkdədir. Şərqi Anadoluda da həmin söz "qoç" anlamında qalmaqdadır.
85
Türk dillərinin müxtəlif dialektlərində "Baran" - "güc", "qüvvət" və "qoç" mə"nasındadır.
86
F.Kırzıoğlu belə
güman edir ki, Şərqi Anadoluda, Arsaqlılar dövründə qeyd olunan Duru-Baran əyaləti məhz burada
Qaraqoyunluların məskunlaşmasından sonra bu adı almışdır. Çünki III əsrdən öncə heç bir mənbədə bu ada rast
gəlmək mümkün deyildir.
87
Qaraqoyunlu tayfa birliyini təşkil edən boyların və tayfaların Azərbaycanda məskunlaşması daha erkən
dövrlərdən başlanmışdı. Türkiyə tarixçilərinin tədqiqatlarında bu tayfa birliyinə daxil olan müxtəlif tayfalar və
boylar qaynaqlara əsasən araşdırılmışdır. Qaraqoyunlu tayfa birliyini öz ətrafında birləşdirmiş və bu birliyin
özəyini təşkil edən Qaraqoyunlu
[28-29]
tayfasıdır. Faruq Sümer belə güman edir ki, bu tayfa idarəçi, rəhbər
rol oynaması əsasında özünün qəbiləvi mahiyyətini itirmişdi.
88
Qaraqoyunlu tayfası ilə bağlı olan etnonimlər
Azərbaycanda, Şərqi Anadoluda və İranda son dövrlərə qədər mövcuddur. M.H.Baharlının tədqiqatlarında
Azərbaycanın Cavanşir, Göyçay, Gəncə, Zəngəzur və Şəki qəzalarında Qaraqoyunlu oykonimləri aşkar
edilmişdir.
89
Son araşdırmalar da Azərbaycanın Ağsu, Bərdə, Qubadlı, Tərtər və Goranboy bölgələrində
Qaraqoyunlu oykoniminin saxlanıldığını sübut etmişdir.
90
İran ərazisində də Qaraqoyunlu oykonimi qalmaqda-
dır.
91
Faruq Sümer Azərbaycanda və Şərqi Anadoluda izləri son dövrlərə qədər yaşayan bu tayfalarla
Qaraqoyunlu tayfası arasında siyasi əlaqənin olduğunu göstərir.
92
Qaraqoyunlu tayfa birliyində Sə"dlu tayfasının böyük rolu var idi. Bu tayfa öz adını XIV əsrdə Sə"d
adlı bəyin adından almışdır. Hafiz Əbru və Əbdürrəzzaq Səmərqəndi Naxçıvanda və Sürməli bölgəsində qədim
dövrlərdən Qaraqoyunluların əsas tayfalarından olmuş Sə"dlu tayfasının yaşadığını qeyd edirlər.
93
Foma
Metsopski də XIV əsrin sonunda Sə"d adlı igid türkman bəyi haqqında mə"lumat verməkdədir.
94
XIV əsrin
sonu, XV əsrin başlanğıcında Naxçıvan və Sürməli bölgəsi Əmir Sə"d başda olmaqla sə"dluların hakimiyyəti
altında olmuşdur. Əmir Sə"d 1411-ci ilə qədər Çuxur-Sə"d böIgəsini idarə etmişdir. O, həmin ildə ölmüş və
İrəvan yaxınlığında Gəfərabad kəndində dəfn olunmuşdur. Oğlu Pir Hüseyn 1413-cü ilin 11 oktyabrında onun
qəbri üzərində məqbərə ucaltmış və ərəbcə mətn yazdırmışdır. Pir Hüseynin dövründə sə"dluların inzibati
14
mərkəzi İrəvan olmuşdur.
95
XV əsrdən e"tibarən adı mənbələrdə tez-tez təkrar olunan "Çuxur-sə"d" bu tayfanın
adı ilə bağlı olmuşdur.
Q.Qeybulayev heç bir əsas olmadan belə hesab edir ki, XIV əsrin sonunda Qaraqoyunlular Sə"dluların
guya yaratmış olduğu əmirliyə son qoymuş və Sə"dlu tayfası dağılmış, onların bir hissəsi ayrumlara birləşmiş,
digər hissəsi isə Azər-
[29-30]
-baycana gəlmişdi.
96
Sə"dlu tayfasının Qaraqoyunluİarla yaxın qohum olduğu
anlaşılır. F.Sümer yazır ki, qaynaqlar Sə"din övladlarının Qaraqoyunlu hökmdarları ilə əmiuşağı olduğunu
göstərir.
97
Sə"dlu tayfası Qaraqoyunlu dövlətinin yaranmasında mühüm rol oynamış əsas qüvvələrdən biri
olmuşdur.
Qaraqoyunluların əsas dayağını təşkil edən ikinci tayfa Baharlu idi. V.Minorskinin fıkrincə, bu tayfa öz
adını Həmədan yaxınlığında yerləşən Bahar adlı bir qaladan almışdır. Qaraqoyunlularla Həmədan bölgəsi
arasında mühüm əlaqə olmalı idi. Çünki Cahanşahın oğlu Həsən Əli sonuncu dəfə oraya sığınmış,
Ağqoyunluların hakimiyyəti zamanı qaraqoyunlu sülaləsinin əksər hissəsi bu bölgədə yaşamışlar.
98
F.Sümer V.Minorskinin bu fıkrini müdafiə etmişdir. Bə"zi tarixçilər Baharlu tayfasının adının Kürdüstandakı
Bahar adlı yerdən aldığını güman etməkdədirlər.
99
M.H.Baharlı Baharlu tayfasının öncə Xorasanda yaşadığını
və sonralar Azərbaycana gəldiyini, Marağa ətrafında yerləşdiyini qeyd edir.
100
Baharlu bəyləri Qaraqoyunlu
xanədanı ilə qohumluq əlaqələri yaratmış və bu dövlətin ən böyük əmirləri olmuşlar. F.Sümerin qənaətinə görə,
Münəccimbaşı "Baharlu" adı ilə "Baranlu" adını bir-biri ilə qarışdırdığı üçün Qaraqoyunlu əmirlərinin bu tay-
fadan çıxdığını göstərmişdir.
101
Həmdüllah Qəzvini "Nüzhətül qülub" əsərində Bahar qalasının XIII əsrin
əvvəllərində Yıvə əmiri Süleyman Şahın paytaxtı olduğunu qeyd edir.
102
Bu, baharluların oğuzların Yıvə
boyundan olduğunu güman etməyə imkan verir. Baharlu tayfası öz adını heç də V.Minorskinin qeyd
etdiyi kimi, Bahar qalasının adından almamışdır. Güman etmək olar ki, Baharlu tayfası öz adını tanınmış
əmirlərindən birinin adından almış və sonralar bu ad həmin nəslin və ya sülalənin adına çevrilmiş və hakim
olduqları bölgə də onların adı ilə adlanmağa başlanmışdı. Baharlu tayfası ilə bağlı olan oykonimlər Şuşada və
Zəngəzurda indi də qalmaqdadır.
1
[30-31]
03
Qaraqoyunluların başlıca tayfalarından biri də Qaramanlu idi. Qaramanlu tayfası ilə bağlı Azərbaycan
sovet tarixşünaslığında belə bir fikir mövcuddur ki, guya bu tayfa öz adını Kiçik Qaramanlu bəyliyinin adından
almış və 1471-ci ildə Osmanlı Türkiyəsinin bu bəyliyi işğal etməsindən sonra Qaramanlular köçüb Azərbaycana
gəlmişlər.
104
Bu fıkrin elmi əsası yoxdur. Çünki məsələ bu cür qoyularsa, Qaramanlu tayfasının
Qaraqoyunlularla əlaqəsinə ehtiyac qalmır.
Ş.Təkindağ belə hesab edir ki, Qaramanlular XIII əsrin I yarısında, Monqol yürüşləri zamanı digər
türkman tayfaları kimi Azərbaycana gəlmiş və Şirvan bölgəsində məskunlaşmışlar.
l05
Təhsin Ünal isə Qaramanlu
tayfasının hələ XI əsrin əvvəllərində Səlcuq yürüşlərindən də öncə Azərbaycanın Aran və Şirvan bölgələrində
yaşadığını qaynaqlara əsaslanaraq qeyd edir.
106
Qaynaqların verdiyi mə"lumata görə, Oğuzların Əfşar boyundan
olan Qaramanlu tayfasının bir hissəsi Monqol yürüşləri zamanı Azərbaycanın Aran və Şirvan bölgəsindən
köçərək Kiçik Asiyanın cənubunda, Kilikiyada məskunlaşdı.
107
F.Sümer, F.Kırzıoğlu, T.Ünal və Ş.Təkindağ da
Qaramanlulann Kiçik Asiyaya monqol istilası dövründən Azərbaycandan köç etdiyini göstərirlər.
108
Azərbaycanda qalmış Qaramanlular dövrün siyasi hadisələrində yaxından iştirak etmişdilər. Fərhad xan
Qaramanlu Olcaytunun, Əli Əhməd Qaramanlu isə Cəlayirilərin tanınmış əmirlərindən olmuşdu.
109
Bərdə və
Gəncə hakimi əmir Qaraman da Qara Yusifin tanınmış əmirlərindən idi. Vaxtilə Cavanşir, Göyçay, Şamaxı,
Cavad qəzalarındakı, hazırda isə Gəncə, Göycay, Neftçala, Yevlax və Bərdə bölgəsindəki Qaraman və
Qaramanlu kəndləri bu tayfanın nişanələridir.
110
Alpaut tayfasının adı "düşmənə təkbaşına hücum edən"
111
mə"nasını verir. O, Qaraqoyunluların ən
mühüm tayfalarından biri olmuşdur. Bu tayfanın adı VIII əsr mənbələrində qeyd olunmuşdur.
112
F.Sümerin
fikrincə, Alpaut tayfası Həmədan bölgəsində yerləşmişdi. Qaraqoyunlu İsgəndərin
[31-32]
hakimiyyəti
zamanında Alpautlara Yaqub bəy başçılıq edirdi.
113
Əbu Bəkr Tehrani "Kitabi-Diyarbəkriyyə'də Qara Yusifin
hakimiyyətinin son dövrlərində Qorqan Alpautun Həmədana hakim, Sorqan Alpautun isə onun müavini
olduğunu qeyd edir
114
. Qaraqoyunlu İsgəndər Mirzənin Sultan Şahruxla əsaslı döyüşündə Qorqan Alpautla
Sorqan Alpaut onun solcinahında olmuşdu
115
. Alpaut tayfası sonralar Çuxur-Sə"d, Qarabağ və Şirvan
bölgələrində məskunlaşmışdı. Bu tayfa ilə bağlı olan oykonimlər Bərdə, Qazax, Göyçay, Laçın və Ucar
bölgələrində qalmışdır.
ll6
Cənubi Azərbaycanda və İran Kürdüstanında da Alpaut etnonimi saxlanılmışdır."
7
Cakirlu tayfası da Qaraqoyunluların əsas tayfalarından biri olmuşdu. Bu tayfanın öz adını Cəlayirilər
dövründə Əmir Cagirdən aldığı güman edilir.
118
Əmir Cagir Teymurun Azərbaycana yürüşləri zamanı onun
hakimiyyətini tanımalı olmuşdu. Əmir Cagirin ölümündən sonra tayfaya onun oğlu Bəstam Cagir rəhbərlik
etmişdi. Ərdəbil bölgəsinin Cagirlu tayfasının qədim yurdu olduğu qeyd olunur.
119
F.Sümer İbn Ərəbşaha
istinad edərək cagirluların kürd mənşəli olduğunu göstərir.
120
Lakin Z.V.Toğan onların Qıpçaq türklərindən
olduğunu bildirir.
121
Q.Qeybullayev Cagirlu tayfasının bolqar tayfası olmuş Çaxar tayfasından olduğunu qeyd
edir. Onun fıkrincə, bu tayfa ilə bağlı olan oykonimlər İmişli, Göyçay, Cəbrayıl və Masallı bölgələrində
"Çaxırlı" şəklində saxlanılmışdır.
122
Lakin Cagirlu tayfası ilə bağlı oykonimlərə vaxtı ilə Göyçay, Cavanşir,
15
Nuxa, Şamaxı və Yelizavetpol qəzalarında Cagirli
123
, hazırda isə Bərdə, Şəki, Göyçay, Şəmkir və Şamaxı bö-
lgələrində Cəyirli formasında rast gəlinir.
124
Qaraqoyunluların əsas tayfalarından olan Haculu tayfasının adı "Kitabi Diyarbəkriyyə" əsərində qeyd
olunur. Qara Yusifın Ərzincan valisi Pir Ömərə yardıma göndərilmiş əmirləri arasında Əmir İlyas Hacılunun adı
çəkilir. Hacılu tayfasının Oğıızların Döğər boyundan olduğu göstərilir.
125
F.Sümer Haculu tayfasının öncə
Kərkük-Ərbil bölgəsində ya -
[32-33]
- şadığını göstərsə də, F.Kırzıoğlu bu tayfanın Qarabağda məskunlaşdığını
qeyd edir.
126
Hacılu tayfası ilə bağlı oykonimlər XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın Zəngəzur,
Qaryagin, Ərəş, Cavanşir, Yelizavetpol, Qazax və Sürməli qəzalarında saxlanılmışdır.
127
Qaraqoyunlu tayfa birliyinə daxil olmuş Ağacəri tayfasının mənşəyi elmi ədəbiyyatda müxtəlif cür
yozulmuşdur. Azərbaycan xalqının təşəkkülündə və etnik təkamülündə müəyyən rolu olmuş ağxəzərlərdən
mənbələrdə müxtəlif adlar altında (ağacərilər və s.) bəhs edilmişdir. "Əski türklər xəzərlərə ağacəri, əski
yunanlar isə ağatirs adı vermişlər".
128
Ağacəri türk tayfası ağatir adı ilə Herodotda və antik müəlliflərin
əsərlərində qeyd edilmişdir.İ.Markvart düzgün olaraq onu "meşə adamı" kimi izah etmişdir.
129
F.Rəşidəddin də
Ağacəri adının "meşə adamı" olduğunu qeyd edir.
130
İ.M.Artamanov bu etnonimi "ağa" və "çəri" kimi izah
edir.
131
V.A.Qukasyan onun fikri ilə razılaşmayaraq güman edir ki, o türk etnonimlərinin "ağ" və "qara" sözləri
ilə başladığını nəzərdən qaçırmışdır.
132
Mənbələrdə göstərilir ki, Xəzər tayfalarının bir qolunu təşkil etmiş
ağacərilər 465-ci ildə Qafqazın şimalından Azərbaycana daxil olmuşlar. Artıq 488-ci ildə ağacərilər sara-
qurlarla birlikdə sasanilərə qarşı çıxmış və onlar arasında tez-tez toqquşmalar baş vermişdi.
133
Oğuz dastanlarında, türkmən rəvayətlərində qeyd edilir ki, ağacərilər Qafqazda əfsanəvi Oğuz xanla
birlikdə gəlmişlər və onların oğuzlarla qohumluğu dəfələrlə xatırlanır. Təsadüfi deyildir ki, həmin mənbələrdə
ağacərilərin adı oğuzların "Üçok" boyu ilə birgə çəkilir.
134
Səlcuqlarla bağlı olan I195-ci il hadisələrindən aydın
olur ki, ağacərilər əsasən Suriyada Maraş və Əlbistan mahallarında məskunlaşmışdılar. Səciyyəvidir ki, onlar
1246-cı ildə məhz bu yerlərdə - Maraş dağlarında bayat və əfşar tayfaları ilə birlikdə Bayqu Noyana qarşı
mübarizə aparmışlar.
135
Tarixi mənbələr göstərir ki, ağacərilərin mühüm bir hissəsi Monqol yürüşləri ərəfəsində
[33-34]
Təbrizdən Qəzvinə gedən yolun şərqindəki Xalxal bölgəsinə hakim olmuşlar.
136
Maraqlıdır ki, bu gün
də İranda (Kerman, Zəncan və Xuzistan və s.) "ağacəri" oykoniminə və hidroniminə rast gəlmək mümkündür.
137
F.Sümer ağacərilərin mənşəyini V əsrdə Azərbaycanda məskunlaşmış ağatsir tayfası ilə bağlamağın
əleyhinə çıxır və öz fikrini, ağacərilərlə çağdaş olmuş tarixçilərin onları "türkmən" adlandırması ilə
əsaslandırır.
138
Qaraqoyunlu Qara Məhəmmədin bacısı Tatar Xatunun ağacəri rəisinə ərə verilməsi nəticəsində
onlar arasında yaxın qohumluq əlaqələri yaradılmışdır.
139
Qaraqoyunlu tayfa birliyinə daxil olan Bayramlu tayfası öz adını Xoy hakimi Bayram bəydən almışdır.
Bayram bəy Qaraqoyunlu hökmdarı Qara Yusifın əmirlərindən olmuş, oğlu Şahsuvar bəy də Cahanşahın divan
bəyi olmuşdu.
140
Əbu Bəkr Tehrani öz əsərində Bayram bəyin Əmir Qara Yusifin divan əmiri olduğunu qeyd
edir
141
. F.Sümer Qaraqoyunlu tayfa birliyində Düharlu, Döğər, Ayinlu tayfasının olduğunu göstərir. Düharlu
tayfasının Ərzrum-Bayburd bölgəsində, Ayinluların Şərqi Anadoluda, Döğərlərin isə Suriyada yaşadıqları qeyd
olunur.
142
Əbu Bəkr Tehrani "Kitabi-Diyarbəkriyyə"də Qara Yusifin Ərzincana Pir Ömərin yardımına
göndərdiyi əmirlər arasında Bəyazid Ayinlunun olduğunu qeyd edir
143
. Qaraqoyunlu tayfa birliyinə Süleymani,
Zırki və Mahmudi kürd tayfaları da daxil olmuşdur.
144
Bayramlu və Döğər tayfası ilə bağlı oykonimlər
Yelizavetpol, Qazax və Cavanşir qəzalarında Bayramlı və Dügərli formasında qalmışdır.
145
Oğuz - türkman mənşəli Qaraqoyunlu tayfa birliyinə daxil olan müxtəlif boyların və tayfaların əski
dövrdən e"tibarən Azərbaycanda məskunlaşması, bu tayfa birliyinin təkamülündə əsasən yerli tayfaların iştirak
etdiyi göstərilir. Oğuzların erkən dövrlərdən Azərbaycan ərazisində məskunlaşması, bu torpağın əzəli və köklü
əhalisi olması elmi ədəbiyyatda sübuta yetirilmişdir. Qaraqoyunlu tayfa birliyinə da-
[34-35]
-xil olan bə"zi
boyların V əsrdən Azərbaycanda yaşadığını nəzərə alaraq qaraqoyunluların daha erkən dövrlərdən bu ərazidə
yaşadıqlarını güman etmək olar.
F.Sümer belə hesab edir ki, Qaraqoyunluların ilk vətəni Şərqi Anadolu olmuşdur və onlar Azərbaycana,
İrana məhz oradan-Şərqi Anadoludan köçmüşlər.
146
Z.Bünyadov və O.Əfəndiyev haqlı olaraq F.Sümerin bu
fıkrinə qarşı çıxmışlar: "F.Sümerin bu müddəası ilə razılaşmaq çətindir. Çünki Azərbaycan türkdilli tayfaların
Kiçik Asiyaya köçetmə yolu üzərində yerləşir və buranın türkləşməsi də daha əvvəl baş vermişdir. Bu məsələ
hələlik özünün tam həllini tapmamışdır. Lakin ehtimal etməyə əsas var ki, sonralar Qaraqoyunlu tayfalarının
tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və
Monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar".
147
Türk tarixçilərinin araşdırmalarında da monqol yürüşləri dövründə onların hakimiyyətini qəbul etməmiş
türkmanların böyük bir hissəsinin Azərbaycandan Şərqi Anadoluya köçdüyü qeyd olunur.
148
Güman etmək olar
ki, sonralar onlar da Qaraqoyunlu tayfalarına birləşmiş və Azərbaycanda Qaraqoyunlular dövlətinin
yaranmasında iştirak etmişlər.
Dostları ilə paylaş: |