16
§2. Ağqoyunluların mənşəyi.
Azərbaycan xalqının təşəkkülü prosesində iştirak etmiş qədim tayfa birliklərindən biri də
Ağqoyunlulardır. Ağqoyunlular da "türkman" adlanan etnik qrupa daxil olmuşdur. Ağqoyunlu tayfa birliyinə
daxil olan tayfaların və boyların mənşəyi problemi Azərbaycan tarixşünaslığında araşdırılmamış və onların
Azərbaycanın etnik və siyasi tarixində oynadığı rol müəyyən edilməmişdir. Bu əsasən Azərbaycan Sovet
tarixşünaslığında ölkəmizin etnik tarixinin tədqiqata cəlb
[35-36]
olunmaması ilə bağlıdır. Buna görə də Türkiyə
tarixşünaslığında bu tayfalarla bağlı olan araşdırmalar maraq doğurur.
Türkiyə tarixçiləri arasında Ağqoyunlu tayfalarına bu adın verilməsi ilə bağlı fıkir birliyi yoxdur. Bu
fıkir müxtəlifliyi qədim türklərdə qoyunun (qoç) totem kimi qəbul edılib-edilməməsindən doğmuşdur.
Məsələnin elmi həlli, bilavasitə bundan asılıdır. Tarixçilərin bir qismi bu adın Ağqoyunlulara qədim totemleri
ilə bağlı verildiyini göstərir.
149
M.X.Yınançın fikrincə, Ağqoyunlular qədimdən qoyun toteminə bağlı olmuş və
islamı qəbul etdikdən sonra da bu totemə sadiq qalmış, bayraqlarına qoyun (qoç) təsvirləri çəkdirmiş, qəbir
daşlarını qoç heykəlləri şəklində qoydurmuşlar.
150
Ş.Q.Səfəroğlu və Ə.Müdərrisoğlu da belə hesab edirlər ki,
"Ağqoyunlu" adı türklərin islamaqədərki dövrün qoyun totemi ilə bağlıdır. Ağqoyunlular əcdadları olan hun
türklərinin ən"ənələrini davam etdirmişlər.
151
Hər iki müəllif "Ağqoyunlu" adını coğrafi cəhətlə bağlamağa
çalışaraq qeyd edirlər ki, Qoyunlu (hun) türklərinin Anadolunun cənubunda yerləşmiş boyları "Ağqoyunlu",
Şimalında məskunlaşmış boyları isə "Qaraqoyunlu" adlandırlmışdır. Azərbaycan tədqiqatçılarından
E.Q.Mehrəliyev də "Qaraqoyunlu" və "Ağqoyunlu" adlarındakı "qara" və "ağ" sözlərinin coğrafı cəhət
bildirdiyini göstərir.
152
Osman Turan Ağqoyunluların qoyunun qədim totemləri olduğu üçün bu adı qəbul etdiklərini və
bayraqlarına da ağqoyun (qoç) rəsmlərini qoyduqlarını qeyd edir.
153
Türk tarixçilərinin bir qismi türklərdə
qoyunun (qoç) totem kimi qəbul olunmadığını qeyd edir. Ağqoyunlulara bu adın bəslədikləri qoyun sürülərinin
rənginə görə verildiyini bildirir. Həmin tarixçilər bunu, Oğuz boylarına aid onqonların əti yeyilməyən yırtıcı
quşlar olması və onqon kimi qəbul edilmiş heyvanın ətinin yeyilməməsi faktı ilə əsaslandırmağa çahşırlar.
154
Avropa tədqiqatçılarından D.Dögini və C.Malkolm qeyd edirlər ki, Ağqoyunluların bayraqlarında
ağqoyun rəsmi olduğu üçün onlara bu ad şamil edilmişdir.
155
Bu fikir həm
[36-37]
bə"zi Türkiyə tarixçiləri,
həm də Azərbaycan tarixçiləri tərəfindən qəbul edilmişdir.
156
Hətta son tədqiqatlarda da bu fıkir öz əksini
tapmışdır.
157
Həmin fikirlə razılaşmaq çətindir. Çünki tayfanın, sülalənin öz adını bayrağındakı ağ qoyun rəs-
minə görə alması inandırıcı deyildir. Burada belə bir sual meydana çıxır. Tayfa bayraqlarının yaranmasına
qədərki dövrdə bu tayfa necə adlanmışdır? Belə nəticəyə gəlmək olar ki, Ağqoyunluların əski təfəkküründə
qoyun (qoç) onqon olduğu üçün bu adı yaşatmış və bayraqlarına da ağ qoyun rəsmi qoymuşlar.
Bə"zi türk tarixçiləri Ağqoyunlu bayraqlarında ağqoyun rəsminin olmadığını göstərirlər. Onlar Topqapı
Saray muzeyində saxlanılan, Uzun Həsənə aid olan ağ bayraq üzərində qoyun rəsminin olmadığını, içərisində
isə "Sultan Həsən Bahadur" sözləri yazılmış Bayandur damğasının vurulduğunu qeyd edirlər.
158
Qeyd olunmuş
fikirlərdən belə nəticəyə gəlmək olar ki, Ağqoyunlulara bu adın qoyunun (qoç) qədim onqonları olmasına görə
verilməsi fikri tarixi mifoloji qaynaqlarla əsaslandırıldığı üçün haqlı sayıla bilər.
Ağqoyunlu tayfa birləşməsinə daxil olmuş müxtəlif tayfaların və boyların Azərbaycanda məskunlaşması
və onların mənşəyi məsələsi ilə bağlı türk tarixçiləri arasında fikir vəhdəti yoxdur. Tarixçilərin bə"ziləri orta
əsrlərin Osmanlı qaynaqlarına əsaslanaraq, Ağqoyunluların XIII əsrin sonunda Elxani Arğun xanın (1284-1291)
zamanında Orta Asiyadan Azərbaycana və Şərqi Anadoluya gəldiklərini göstərirlər.
159
Həmin fikir bə"zi
Azərbaycan tarixçiləri tərəfindən də qəbul edilmişdir.
160
Ağqoyunlularla bağlı tədqiqat aparmış M.X.Yınanc Osmanlı tarixçilərinin Ağqoyunluların Azərbaycana
və Anadoluya Oğuz xaının dövründə gəldikləri qeydindən "Oğuzu" "Arğun" oxumaqla səhvə yol verdiklərini
göstərir.
161
M.X.Yınancın fikrincə, "Cahan ara" və "Nigaristan" əsərlərinin müəllifi olan Qazi Əhməd Qaffari
Ağqoyunluların çox qə-
[37-38]
-dim zamanlardan e'tibarən Diyarbəkirdə yerləşdiklərini qeyd etmişdir.
"Məcmə üt-təvarix" əsərinin müəllifi Heydər Razi də həmin fikri təsdiq edir.
162
XVI əsr tarixçisi İbrahim Hərir
də "Tarixi Humayuni" adlı əsərində Ağqoyunlu tayfalarının çox qədimdən Anadoluda yaşadıqlarını və
bəylərinin Səlcuq sultanlarının əmirlərindən olub Diyarbəkr vilayətinin onlara iqta verildiyin bildirir.
163
"Səfəvi şahzadəsi Sam Mirzə öz təzkirəsində Uzun Həsənin oğlu Sultan Yaqubdan bəhs edərkən,
Ağqoyunluların əcdadlarının islama qədərki dövrdə İranın əksər vilayətlərini fəth etmiş Oğuz xanın zamanında
Diyarbəkr tərəflərinə gələrək orada yurd saldıqlarını nəzərə çatdırır".
164
Ağqoyunlu tayfalarının mənşəyi ilə bağlı ən mühüm mə"lumatı Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani
"Kitabi-Diyarbəkriyyə" əsərində verir. Müəllif "Uzun Həsənin ulu babası Ağqoyunlu dövlətinin qurucusu olmuş
Qara Yuluq Osmanı bir-bir adlarını saymaqla, Bayandur xan vasitəsilə 52-ci arxa dönənindən Oğuz xana
çıxararaq Ağqoyunluların Oğuz, ye"ni türkman elinin Bayandur boyundan bir sülalə olduğunu göstərir.
165
Mahmud Qaşğari adlarını bir-bir sadaladığı 24 Oğuz boyları içərisində Kınık və Kayıdan sonra Bayandur
boyunun olduğunu qeyd edir.
166
Bayandur xanın, həmçinin onun sərkərdəsi Salur Qazanın və məsləhətçisi
17
Qorqud Ata Bayatın, yaxud Dədə Qorqudun Orta Asiyanın Oğuz tayfalarına mənsub olduqlarını Ağqoyunlu
Uzun Həsənin 1470-ci ildə şahzadə Bəyazidə məktubundan da görmək olur: "Talenin hüdudlarında yaşayan
Bayandur xanın qəbilə və adamları, Bayat və Oğuzlar bizim xoşbəxt dövlətimizin sahəsi altına sığınıb xilas
olmuşlar".
167
Sülaləyə öz adını verən Oğuz xanın nəvəsi Bayandur xan kiçik qardaşı "Beçənəqı" Sayramda öz yerinə
Türküstana canişin qoyduqdan sonra, özü Qarabağ qışlağına və Göycə dəniz yaylaqlarına gəldi, ölkəsini oğulları
arasında bölüb, dünyadan köçdü".
168
Onun soyundan olan "Sunqur bəy (Qara
[38-39]
Osmanın 22-ci arxa
dönəni) haqqında deyilir ki, o, peyğəmbərin (Məhəmmədin) müasiri olmuş və Orta Asiyadan Dəşti Qıpçaq yolu
ilə Azərbaycanın Alagöz və Göycə dəniz bölgəsinə yerləşmiş və islam dininə girməmişkən düşmənlərlə vu-
ruşduğu zaman bir oxla yaralanıb ölmüşdü".
169
Əbu Bəkr Tehraninin verdiyi mə"lumatlara görə Əlincə qalası
Xəlifə Harunun və Hadinin dövründə (VIII əsrin sonunda - IX əsrin əvvəllərində) Qıpçaq xanın, Xəlifə Əmin və
Mə"munun dövründə (809-833-cü illər) Şəktür bəyin ixtiyarında olmuşdur.
170
F.Sümer Əbu Bəkr Tehraninin Ağqoyunluların şəcərəsində Tur Əli bəydən öncə qeyd olunmuş tarixi
şəxsiyyətlər haqqındakı mə"lumatına şübhə ilə yanaşır.
171
Bu münasibətlə O.Əfəndiyev yazır ki, Əbu Bəkr
Tehrani şübhəsiz ki, Uzun Həsənin nəslinin qədimliyini göstərməyə Bayandurların hakimiyyətinin qanuniliyini
əsaslandırmağa çalışmışdır. Lakin bu genelogiya tarixilikdən heç də uzaq deyildir.
172
F.Kırzıoğlu Əbu Bəkr Tehraninin verdiyi mə"lumatlara əsaslanaraq, Oğuzların Bayandur boyuna
mənsub olan Ağqoyunluların VII əsrdə Türküstandan Qıpçaq ölkəsinə, oradan isə Azərbaycana gələrək Alagöz
dağı ilə Göycə gölü sahillərində yerləşdiklərini, Əlincə qalasına sahib olduqlarını və sonralar Alagöz-Göycə
gölü - Əlincə bölgəsindən Diyarbəkrə köçdüklərini göstərir.
173
Həmin fikrə X.Koroğlu da gəlmişdir. O, yazır:
"Ağqoyunlu birliyinə daxil olan Bayındır qəbiləsi VII əsrdə Qıpçaq çölündən keçib Qafqaza gəlmiş, Alagözlə
Göycə dəniz arasındakı yaylaqda, Kür və Araz qıraqlarında yerləşmişdir. Sonra onlar Diyarbəkrə köçmüşlər və
nəhayət, burada güclü Ağqoyunlu dövləti yaratmışlar".
174
Oğuzların Bayandur boyundan olan Ağqoyunlular mənbələrdə çox zaman "Bayanduriyyə" kimi təqdim
edilir. F.Sümerin qənaətinə görə, Bayandurlar XI əsrdə Səlcuq istilasında iştirak etmişdir. Əbul Qazidəki
Türkmən rəvayətlərində Bayandurların XI əsrin II yarısında və ya XII əsrdə İraqda
[39-40]
yaşayan türkmən
qəbilələrinin ən qüvvətlisi olduğuna aid bir xatirə vardır.
175
Lakin F.Sümerin fıkrincə, Bayandur boyunun bir
tayfası olan Ağqoyunlular Şərqi Anadoluya Səlcuq istilası zamanı deyil, daha sonralar - Monqol yüprüşləri
dövründə gəlmişlər.
176
Ağqoyunluların mənşəyi məsələsində Türkiyə tarixçiləri arasında mövcud olan mühüm fikirlərdən biri
də onların Hun tayfalarına bağlanılmasıdır. M.X.Yınancın fikrincə, qədimdən qoyun toteminə bağlı olduqları
üçün bayraqlarına və qəbir daşlarına qoyun (qoç) təsvirlərini həkk edən və islamı qəbul etdikdən sonra da bu
totemi tərk etməyən Ağqoyunlular erkən orta əsrlərdə böyük rol oynamış qon ("qoyun") türk elindən qalmış
kiçik bir dəstə olmuş, qədim Qoyunlulardan ayrılaraq Anadoluya gəlmiş və buradakı Oğuzların Bayandur
boyuna daxil olmuşlar.
177
Z.V.Toğan "Oğuz dastanı"nın təhlili əsasında belə nəticəyə gəlir ki, Bayandurlular digər Hun tayfaları
kimi V əsrin 60-cı illərində Qafqaz Dərbəndi yoluyla Azərbaycana daxil olmuş və Göyçə gölü - Van gölü
bölgəsində yerləşmişdilər.
178
Z.V.Toğan IV əsrdə Azərbaycanın cənub-qərb ərazisində yerləşmiş Ağ Hunlarla
Ağqoyunlular arasında yaxın əlaqə olduğunu qeyd edir.
179
O, Ağqoyunluların bir hissəsinin qədim zamanlardan
e"tibarən Azərbaycanda olduğunu, bir qisminin isə monqol istilası dövründə Orta Asiyadan gəldiyini göstərir.
180
F.Kırzıoğlu da Bayburtlu Osman Əfəndinin öz əsərində istifadə etdiyi "Bəhrül-ənsaba" əsaslanaraq
yazır ki, Bayandurlar eramızın ilk əsrlərində Xorasandan gələrək Azərbaycanın cənub-qərbində yerləşmiş,
Dəmirqapı Dərbəndi ələ keçirmiş, doqquz tümən Gürcüstan bəylərindən xərac almışlar.
181
M.Ə.Seyfəddini belə hesab edir ki, Ağqoyunlu tayfa birliyi öz mənşəyini oğuz-türkmən tayfasının
Səbuktəkin nəslindən almış və Orta Asiyadan XI və XIII əsrlərdə qərbə
[40-41]
köç edərək Azərbaycanın qərb
hissəsində məskunlaşmışdır
182
. Bə'zi tədqiqatçılar Ağqoyunluların VIII-IX əsirlərdə, digərləri isə XII-XIII
əsirlərdə Orta Asiyadan Azərbaycana köç etdiyini göstərirlər.
183
Lakin buna baxmayaraq, tədqiqatlar sübut edir
ki, Azərbaycan xalqının soykökündə iştirak etmiş türk tayfa birliyindən biri olan Ağqoyunlular VI əsrin sonunda
və VII əsrin əvvəllərində Qarabağda, Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşamışlar.
184
Ağqoyunlu tayfa birləşməsinin başında Bayandur tayfası dururdu və Ağqoyunlu hökmdarı adətən bu
tayfadan olurdu. Faruq Sümer yazır ki, Ağqoyunlu sülaləsi Oğuzların Bayandur boyuna mənsub olduğu üçün
hökmdarları Həmzə bəydən e'tibarən pullarına, fərmanlarına, bayraqlarına Bayandur boyununun damğasını
qoymuşlar
185
. Ağqoyunlu tayfa birliyində müstəqil Ağqoyunlu tayfası olmamışdır
186
. Tayfa birliyində Bayandur
boyu ilə yanaşı, Oğuzların Bayat, Döğər, Çepni, İnallı boylarının Azərbaycanın cənub-qərbində və Şərqi
Anadoluda qışlaq və yaylaq həyat tərzi keçirmiş tayfaları və sonralar Cagirlu, Ərəbkirlu, Biçən, Düharlu, Bay-
ramlu, Hacılu, Mosullu, Pornək, Qoca Hacılu, Uzun Həsənin Qaraqoyunlular üzərindəki qələbəsindən sonra isə
Əfşar, Sə'dlu, Ağmalı, Qacar, Alpout, Ağaçəri və Qaramanlu tayfaları daxil olmuşlar'
87
. Qeyd olunmuş
tayfalarla yanaşı Ağqoyunlu tayfa birləşməsinə Şeyxlu, Əhmədli, Təbanlu, Heydərlu, Emirlu, İzzəddin Hacılu,
18
Çavundur, Həmzə Hacılu, Yurtçu, Süleyman Hacılu, Dodurğa, Karqın, Bağdilli kimi Oğuz-türkmən tayfalarının
daxil olduğunu görürük.
188
Türk tarixçiləri belə qənaətə gəlirlər ki, Ağqoyunlu tayfa birləşməsində Şeyxlü, Süleyman Hacılu,
Çavundur, Dodurğa, Döğər, Karqın, Əfşar və Beğdilli tayfaları siyasi cəhətdən ikinci dərəcəli rol oynamışlar.
Ağqoyunlu tayfaları içərisində siyasi baxımdan ən güclüləri Mosullu və Pornəkdir. "Kitabi Diyarbəkriyyədə"
Mosullu tayfasının adı 1436-cı ildən öncə çəkilmir. Lakin o, 1451-ci ildə Uzun Həsənin
[41-42]
müdafiə etmiş
başlıca qüvvə olmuşdur. Uzun Həsənin teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy
qardaşı Sufi Xəlil mühüm rol oynamışlar. Pornək tayfasının adı ilk dəfə Qara Yuluğ Osmanın Qaraqoyunlu
İskəndərlə 1421-ci ildə döyüşü ilə əlaqədar olaraq çəkilir, lakin o 1451-ci ildə Uzun Həsəni müdafiə etmiş
tayfalardan biri olmuşdur
189
. Mosullu və Pornək tayfaları Səfəvilər dövründə "Türkman" adı altında birləşərək
öz varlıqlarını qoruyub saxlamışlar.
190
Belə güman etmək olar ki, Ağqoyunlu tayfa birliyinə daxil olmuş tayfaların əksəriyyəti əski
zamanlardan e'tibarən Azərbaycanda məskunlaşmış, Monqol istilası dövründə onların bir qismi Anadoluya köç
etmiş və sonralar Ağqoyunlularla qaynayıb-qarışmışlar. Ağqoyunlu tayfaları Azərbaycanın və Şərqi
Anadolunun həm siyasi, həm də etnik tarixində mühüm rol oynamışlar. Bə'zi türk tarixçiləri Ağqoyunluların ilk
vətəninin Şərqi Anadolu olduğunu qeyd edirlər. Onlar Azərbaycana və İrana məhz oradan (Şərqi Anadoludan)
köçmüşlər
191
. Türk tarixçilərinin bu müddəaları ilə razılaşmaq çətindir. Çunki Azərbaycan türk tayfalarının
Kiçik Asiyaya miqrasiya yolu üzərində yerləşir və buranın türkləşməsi də daha əvvəl baş vermişdir.
Tədqiqatlar göstərir ki, Oğuz tayfaları VII-VIII əsrlərdən e'tibarən Azərbaycanda məskunlaşmışlar
192
.
O.Şaiq yazır: "... Səlcuqlarla gələn oğuzların babaları bir neçə əsr əvvəl Azərbaycana gəlmiş və hətta Asiya
şəhərlərini belə fəth etmişdir.
193
Eyni fikrə X.Koroğluda da rast gəlirik. Müəllif yazır: "Oğuzlar Qafqazda və
Şərqi Anadoluda Səlcuqlardan bir neçə əsr qabaq meydana çıxmışlar
194
. Türk alimi N.S.Banarlı göstərir ki,
"Oğuzlar hələ hun dövləti zamanından başlayaraq müəyyən kütlələr halında uzun və qısa fasilələlərlə qərbə
doğru-Azərbaycana və Anadoluya axıb gəlmişlər. Onların bu gəlişini təsadüfi hal saymaq olmaz
195
.
[42-43]
Təbiidir ki, Oğuzların bu gəlişində Bayandur boyu da iştirak etmiş və sonralar Azərbaycandakı və Şərqi
Analudakı oğuz-türkmən tayfalarının öz ətrafında birləşdirərək güclü tayfa birliyini yaratmışdı. V.Minorski belə
hesab edir ki, Ağqoyunlu tayfa birliyi Monqol istilasından öncə mövcud olmasa da, bu birliyə daxil olmuş ayrı-
ayrı boylar məskun olduqları bölgələri Səlcuq işğalları zamanı, yə'ni sülalənin rəhbərliyi öz əlinə almasından
xeyli əvvəl ələ keçirmişlər.
196
Lakin bə'zi türk tarixçiləri qeyd edirlər ki, Ağqoyunlular Qaraqoyunlu tayfaları
kimi Səlcuqların yürüşlərindən çox əvvəl Azerbaycan və Anadoluya gəlib yerləşmişlər'
97
.
Tədqiqatçıların verdiyi mə'lumata görə, Ağqoyunlular öncə Azərbaycanda yerləşmiş və sonralar
(Monqol istilası zamanı) Anadoluya köç etmişlər
198
.
Güman etmək olar ki, Ağqoyunlu tayfalarının varlığı XIII əsrdəki Monqol işğallarından sonra,
"fatehlərin bu yeni təbəqəsi tərəfindən müvəqqəti olaraq maskanlanmış olduğu üçün", Monqolların
hakimiyyətinin zəifləməsindən sonra Ağqoyunlular Bayandur tayfası ətrafında birləşərək güclü tayfa birliyi
yaratmağa müvəffəq olmuşlar.
Ağqoyunlu tayfaları Azərbaycanın, Şərqi Anadolunun türkləşməsi və siyasi tarixində mühüm rol
oynamışlar. Faruq Sümerin qeyd etdiyi kimi, Ağqoyunlular XV əsrdəki siyasi qələbələrilə hər tərəfdə çox
mühüm rol oynamışlar
199
. Təsadüfi deyildir ki, Faruq Sumer Şərqi Anadolunun müasir türklərini
qaraqoyunluların və ağqoyunluların varisləri kimi qiymətləndirir.
200
Dostları ilə paylaş: |