ƏLAVƏLƏR................................................................................................................. 73
REZUME...................................................................................................................... 83
SUMMARY.................................................................................................................. 84
4
REDAKTORDAN
Müstəqil Azərbaycan Respublikasının xarici əlaqələrinin genişlənməkdə olduğu indiki mərhələdə tarixi
keçmişi sıx qarşılıqlı əlaqə şəraitində cərəyan etmiş xalqların, o cümlədən Azərbaycan və türk xalqlarının
tarixinin araşdırılmasına, tədqiqatçıların qüvvələrinin birləşdirilməsinə böyük ehtiyac duyulur Bunun üçün isə
uzun tarixi dövr ərzində müxtəlif mövqelərdən yazıb-yaratmış tarixçilər arasındakı fikir ayrılıqlarının obyektiv
elmi təhlili, ilk mənbələr əsasında yenidən nəzərdən keçirilməsi, daha doğrusu, qarşılıqlı əlaqə yollarının bir-
birinə qarşı ittihamlardan və əngəllərdən təmizlənməsi olduqca zəruridir. Bu baxımdan Tofiq Hümbət oğlu
Nəcəflinin monoqrafıyası xüsusi maraq doğurur.
Ölkəmizin və xalqımızın tarixi problemləri bir çox qonşu ölkələrin tarixşünaslığında öz əksini
tapmışdır. Türk dünyasının bir guşəsi olan Azərbaycan ilk növbədə Türkiyə tarixçilərini maraqlandırmış və
onlar xalqımızın tarixinin müxtəlif məsələlərini araşdırmağa çalışmışlar.
Monoqrafıyanın tarixşünaslığımız üçün mühüm əhəmiyyəti burasındadır ki, türk tarixçiləri, yaxın
keçmişdə SSRİ-nin «dəmir sərhədləri» içərisindən xaricə çıxa bilməyən Azərbaycan sovet tarixçilərindən fərqli
olaraq, dünyanın müxtəlif ölkələrində toplanmış mənbələrdən, həmin ölkələrdə nəşr olunmuş tarix
ədəbiyyatından, ilk növbədə fakt materiallarından istifadə edə bilmişlər. Bu gün həmin fakt materiallarının, türk
tarixçilərinin elmi nailiyyətlərinin tarixşünaslığımıza gətirilməsi faydalı bir işdir.
Müəllif qələmə aldığı mövzunu araşdırmağa başlayarkən öz tədqiqatlarının predmetini, əhatə dairəsini
və dövrünü, qarşısına qoyduğu vəzifələri düzgün müəyyənləşdirmiş, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin
tarixindən bu və ya digər dərəcədə bəhs etmiş müasir türk tarixçilərinin əsərləri ilə tanış olmuş, ən zəruri
mənbələri nəzərdən keçirmişdir. T.Nəcəfli əldə etdiyi fakt materiallarını müxtəlif mənbələr və
[3-4]
ədəbiyyatla
tutuşduraraq elmi təhlil
süzgəcindən keçirmiş, müqayisəli təhlil metodundan geniş istifadə edərək ümumi-
ləşdirmələr aparmışdır.
Mövzu baxımından tarix elmimizin, demək olar ki, işlənməmiş sahəsinə həsr olunmuş monoqrafiya
müəllifin çıxardığı bir çox elmi nəticələrə, ümumiləşdirmələrə görə də yenilikdir.
Müəllif həm tarixi ardıcıllığı, həm də elmi əlaqə baxımdan öz tədqiqatlarının ayrı-ayrı fəsilləri arasında
müvafiq əlaqə yarada bilmiş, türk tarixçilərinin araşdırmaları əsasında Qaraqoyuniu və Ağqoyunlu tayfalarının
mənşəyi, ictimai-siyasi tarixi, Azərbaycanın siyasi tarixində onların yeri, Qaraqoyunlu-Ağqoyunlu-Osmanlı
münasibətləri barədə bitkin təsəvvür yarada bilmişdir.
T.Nəcəflinin Qaraqoyunlu və Ağqoyunlu tayfa birliklərinə daxil olan müxtəlif tayfalar və onların
yayıldıqları ərazi barədə monoqrafiyaya etdiyi əlavə böyük elmi əhəmiyyət kəsb edir və bu sahədə gərgin
tədqiqatlar üçün mühüm material verir.
Dostları ilə paylaş: