Neftvermə əmsalının artırılması üsulları


Kompüter proqramlarının tətbiqi ilə neftvermə əmsalının modelləşdirilməsi və proqnozlaşdırılması



Yüklə 1,46 Mb.
səhifə16/38
tarix22.03.2022
ölçüsü1,46 Mb.
#54046
1   ...   12   13   14   15   16   17   18   19   ...   38
C fakepathMühazir

10. Kompüter proqramlarının tətbiqi ilə neftvermə əmsalının modelləşdirilməsi və proqnozlaşdırılması.
Yataqların modelləşdirilməsində əsas məqsəd onun vəziyyətinin qabaqcadan müəyyənləşdirilməsi və son neftvermə əmsalının artırılması yollarının araşdırılmasıdır. Müasir proqram vasitələrindən istifadə etməklə modelləşdirmədə yatağı bir neçə yüz min kiçik hissələrə bölmək, süzülmə tənliklərini hər bir xırda bloklara tətbiq etməklə yatağı daha dəqiq tədqiq etmək mümkündür. Yataqların hidrodinamiki modelləşdirilməsi üçün istifadə olunan müasir proqram vasitələri iki fazalı-iki komponentli, iki fazalı-üç komponentli, üç fazalı-üç komponentli və çox fazalı-çox komponentli sistemlərin modelləşdirməsi üçün şərait yaradır.

Neft və qaz yataqların işlənməsi zamanı quyuların qazılması, laylara müxtəlif təsir üsullarının həyata keçirilməsi və bu kimi geoloji-texniki tədbirlər külli miqdarda maliyyə vəsaitləri tələb etdiyindən, işlənmə prosesinin istənilən mərhələsində bu işlərin nəticələrinin əvvəlcədən proqnozlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Layların neftvermə əmsalını artırmaq üçün suvurma prosesinin həyata keçirilməsi də digər geoloji-texniki tədbirlər kimi xeyli miqdarda vəsait tələb edir.

Bunun üçün su təmizləyici sistemlərin qurulması, vurucu quyuların hazırlanması, kompressor stansiyalarının qurulması, quyuların boru xətləri ilə birləşdirilməsi, yaradılmış sistemin elektrik enerjisi ilə təchiz olunması və s. Əsasən də bu proseslərin dəniz şəraitində aparılması nəzərə alınsa, onda bu tədbirin nə qədər vəsait tələb etdiyini təsəvvür etmək çətin deyil. Ona görə də suvurma prosesinin nəticələrinin proqnozlaşdırılması labüd haldır. Bu məqsədlə hesablamaların daha dəqiq və tez aparılması üçün müasir proqram vasitələrindən istifadə etməklə qurulan lay modeli və işlənmə prosesinin modelləşdirilməsi mühüm bir alətdir.

Modelləşdirmə hər hansı bir fiziki sistemin riyazi tənliklərlə təsvir olunmasıdır. Bu zaman, yazılmış tənliklərin həllinin mümkünlüyünü təmin etmək məqsədilə praktiki cəhətdən labüd olan bəzi təqribiliklərin nəzərə alınması vacib şərtdir. Çünki riyazi modelin əsasını müəyyən başlanğıc və sərhəd şərtləri olan xüsusi törəməli qeyri-xətti diferensial tənliklər sistemi təşkil edir ki, bəzi təqribiliklərə yol verilməzsə, belə tənliklərin analitik üsullarla həlli praktiki cəhətdən mümkün olmaz. Başqa sözlə, bu cür mürəkkəb tənliklər sisteminin həllini hesablama maşınları vasitəsilə həyata keçirmək üçün onları aproksimasiya etməklə ədədi model şəklinə gətirmək lazımdır.

Yataqların hərtərəfli və dəqiq öyrənilməsində əsas məqsəd onun vəziyyətinin qabaqcadan müəyyənləşdirilməsi və son neftvermə əmsalının artırılması yollarının araşdırılmasıdır. Klassik işlənmə nəzəriyyəsində əsas hesablamalar yatağın ortalaşdırılmış parametrləri ilə aparılırdı, çünki istər yatağın, istərsə də flüidlərin işlənmə göstəricilərinə təsir edən bütün parametrlərinin zamandan və məkandan asılı olaraq dəyişməsini nəzərə almaq mümkün olmurdu.

Müasir proqram vasitələrindən istifadə etməklə modelləşdirmədə isə yatağı bir neçə yüz min kiçik hissələrə bölmək mümkündür. Bu isə süzülmə tənliklərini hər bir xırda bloklara tətbiq etməklə yatağın daha dəqiq öyrənilməsinə imkan yaradır. Hesablama texnikasının və tətbiqi riyaziyyatın bugünkü inkişafı isə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi zamanı ən mürəkkəb proseslərin belə modelləşdirilməsinə imkan verir.

Hal-hazırda beynəlxalq standartlarda yataqların işlənmə layihələrinin hazırlanması da məhz geoloji və hidrodinamiki model bazasında həyata keçirilir. Yataqların hidrodinamiki modelləşdirilməsi üçün istifadə olunan müasir proqram vasitələri iki fazalı-iki komponentli, iki fazalı-üç komponentli, üç fazalı-üç komponentli və çox fazalı-çox komponentli sistemlərin modelləşdirməsi üçün şərait yaradır.

Karbohidrogen yataqlarının modelləşdirilməsi əsasən iki mərhələdən ibarətdir: statik və dinamik modelləşdirmə.

Statik modelə yatağın geoloji modeli aiddir. Yəni, əvvəlcə yatağın geoloji modeli qurulur, strukturun geologiyası, həndəsi ölçüləri, süzülmə-tutum parametrləri haqqında tam təsəvvür yaranır və ilkin ehtiyatlar qiymətləndirilir. Dinamik model isə yatağın hidrodinamiki modelidir. Bunun üçün qurulmuş geoloji model hidrodinamik modelə yüklənir və sonra adaptasiyası və proqnoz hissələri yerinə yetirilir. Neft və qaz yataqları modelinin strukturu şəkil 1-də göstərilmişdir.
Neft və qaz yataqları modelinin strukturu

Şək. 1.


Şəkil 1-dən göründüyü kimi istər geoloji, istərsə də hidrodinamiki modellərin qurulması və yenilənməsi üçün çoxlu sayda ilkin giriş məlumatlarının toplanması, rəqəmləşdirilməsi və sistemləşdirilməsi vacibdir.


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin