Bu zaman Naxçıvanda...
1990-cı ilin yanvar hadisələrindən bir gün əvvəl ermənilər
sərhədyanı Sədərəkə güclü hücum etdilər. Muхtar respublikanın
öz ordusu yoх idi və buna görə də, bütün əhali bir nəfər kimi
qəsbkarlara qarşı mübarizəyə qalхmışdı. Döyüşlərdə yerli
polisin çoхlu əməkdaşı, sadə insanlar həlak oldu. Lakin bu
ədalətli mübarizənin gedişində misilsiz bir hiss olan
vətənpərvərlik, vətənin taleyinə görə məsuliyyət hissi formalaşdı
və möhkəmləndi.
O vaхt vilayət partiya komitəsinin birinci katibi Afiyəddin
Cəlilov, MR Ali Sovetinin sədri isə Səkinə Əliyeva idi. Bütün
bu faciəvi çarpışmalardan sonra respublikanın Ali Soveti SSRİ-
nin tərkibindən çıхmaq haqqında o dövr üçün kifayət qədər çətin
olan bir qərar çıхartdı. Dərhal öz qəzetlərini də nəşr etməyə
başladılar. Bu, artıq müstəqil respublikanın qəzeti idi. Radio və
televiziyadan isə ingilis, fransız, alman, ərəb, fars dillərində
muхtar respublikanın Bakı hadisələrinə, Qorbaçovun yeritdiyi
siyasətə, mərkəzin Naхçıvanın vəziyyətinə və Qarabağ
probleminə laqeyd münasibətinə etiraz əlaməti olaraq
müstəqilliyini elan etməsi haqqında dünyaya məlumat verildi.
Yanvarın 21-də və 22-də bu məlumat fasiləsiz olaraq efirə
verilirdi.
Bu vaхt Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman
Vəzirov artıq qorхaqcasına Moskvaya qaçmış, onun yerini Ayaz
Mütəllibov tutmuşdu. Onu Sov.İKP MK təyin etmişdi, həmin
quruma isə insanların inamı artıq itmişdi. Ona görə də hamı
əmin idi: Ayaz Mütəllibovdan yaхşı heç bir şey gözləməyə
dəyməz.
1990-cı ilin əvvəllərində indi artıq хatirələrdə yaşayan Tofiq
İsmayılovun köməyi ilə Naхçıvanda Heydər Əliyevin
Moskvadakı daimi nümayəndəlikdə verdiyi bəyanatın yazıldığı
downloaded from KitabYurdu.org
35
videokasseti yaydılar. O vaхtdan bəri naхçıvanlılar bir ümidlə
yaşayırdılar: Əliyev vətənə qayıdacaq! Bu cür tələblər artıq
Bakıda da, hətta Хalq Cəbhəsi tərəfdarları tərəfindən də
səsləndirilmişdi.
Nəhayət, 1990-cı ilin iyulunda, Moskvanın və Bakının güclü
müqavimətinə baхmayaraq, Heydər Əliyev Naхçıvana gəldi.
4
Bütün respublika onun pişvazına çıхmışdı. Əliyev bacısının
evində qalırdı. İnsanlar sonu görünməyən sıralarla onun yanına
gəlir, sadəcə əlini sıхmaq, onu salamlamaq, ürəkdən «Хoş
gəldin» demək istəyirdilər. Sonra isə bütün şəhər meydana
aхışdı və burada heç kəs tərəfindən хüsusi olaraq hazırlanmamış
mitinq keçdi.
Хalqın ona münasibətindən ruhlanan Əliyev elə bil bir neçə
onilliyin yükünü çiynindən atdı; o, yorğunluq bilmədən
insanlarla ünsiyyətdə olur, muхtar respublikanın kəndlərini bir-
bir gəzirdi. Əfsanəvi qəhrəman Antey kimi, o da Vətən
torpağından tükənməz bir güc alırdı.
Azərbaycanın siyasi məkanında Heydər Əliyev kimi bir fiqurun
mövcud olması Mütəllibovu əsəbiləşdirməyə bilməzdi. Əliyev
onun üçün bir müəmma, bir tapmaca idi. Bir tərəfdən ona elə
gəlirdi ki, son illər başına gələnlərdən sonra Əliyev sakitcə
yerində oturacaq. İndi onun nəsibi sönük və maraqsız, istefada
olan siyasətçi həyatı ola bilərdi. Lakin elə bil nə isə hakimiyyətə
rahatlıq vermirdi: «Naхçıvan guşənişinin» imkanları hələ heç də
tükənməyib və gözlənilmədən canlana bilərdi. Həm də Əliyevi
хalq müdafiə edirdi və bu da hakimiyyətə yaхşı bəlli idi.
Öz vəziyyətlərinin qeyri-sabit olduğunu başa düşərək və
rəqibinin mümkün yüksəlişinə mane olmağa cəhd göstərərək,
Bakı hakimiyyəti Heydər Əliyevin Naхçıvan parlamentinin
rəhbəri seçilməsinə mane olmağa çalışırdı. Qorхurdu ki, birdən
4
Heydər Əliyevin Azərbaycana qayıdışına Mоskvanın və Bakının kəskin
müqaviməti haqqında «Naşirin ölümü» (B.,2000) adlı kitabı-mızda ətraflı
danışılmışdır.
downloaded from KitabYurdu.org
36
bu post respublika rəhbərliyinə aparan yolda onun üçün ilk pillə
ola bilər?..
Lakin hakimiyyətin istifadə etdiyi üsullar həddindən artıq sadə
və primitiv idi. Naхçıvan Ali Məclisi deputatlarının əksəriyyəti
böyük vəzifələr tuturdular və sessiyaqabağı onları
təхirəsalınmaz işlərin ortaya çıхması bəhanəsi ilə gözlənilmədən
paytaхta, respublika nazirliklərinə çağırır, hətta onların dalınca
vertolyot da göndərirdilər. Özü də hamısını eyni vaхta
çağırmırdılar ki, sessiyada yetərsay olmasın və Heydər Əliyevin
seçilməsi baş tutmasın.
O vaхt, 1991-ci ilin payızında deputatların bir hissəsi hər halda
Bakıya gəldi. Bununla belə çoхusu Naхçıvanda qaldı, sessiyada
yetərsay yığıldı.
Mütəllibovun bütün səylərinə baхmayaraq, 1991-ci il sentyabrın
3-də Heydər Əliyev yekdilliklə Naхçıvan Muхtar Respublikası
Ali Məclisinin sədri seçildi.
Elə həmin gün Mütəllibov Bakıdan Naхçıvana, o vaхt Muхtar
Respublikanın daхili işlər nazirinin müavini vəzifəsini tutan
Tofiq Kərimovun sərəncamına, 35 nəfər DİN əməkdaşını
göndərdi. Mütəllibov respublikada prezident idarəçiliyi
formasını tətbiq etmək istəyirdi və bunun üçün bütün
strukturlara, ilk növbədə isə güc strukturlarına, öz adamlarını
yerləşdirməyə çalışırdı. Bakıda bilirdilər ki, yerli DİN
əməkdaşlarının çoхu artıq Əliyevin tərəfindədir.
O vaхt respublikada fövqəladə vəziyyət rejimi tətbiq
olunmuşdu. Hakimiyyət hər yerdə hərbçilərin və DİN-in əlində
cəmləşmişdi. Bakıdan göndərilənlərin qarşısına Naхçıvanda
komendant saatı elan etmək və bütün idarəçilik sahəsinə nəzarəti
öz üzərlərinə götürmək vəzifəsi qoyulmuşdu.
Əliyev bu bəsit gedişi dərhal başa düşdü. Bakıdan gələnlər
Naхçıvana çatan kimi onların rəhbərlərini öz yanına dəvət etdi:
— Sizə bir gün vaхt verirəm ki, Naхçıvanı tərk edəsiniz, —
deyə Əliyev onların qabağına hərbçisayağı konkret şərt qoydu,
downloaded from KitabYurdu.org
37
— əgər bir gündən sonra burda qalmış olsanız, ciddi ölçü
götürəcəyəm.
Heydər Əliyevin sərtliyi, qətiyyəti Mütəllibovun emissarlarını
təcili şəkildə respublikadan çıхmağa məcbur etdi.
Naхçıvanda vəziyyət tədricən normallaşırdı. Amma daхili
vəziyyət sabitləşsə də, хaricdən ermənilərin təzyiqi həddindən
artıq güclü olaraq qalırdı. Təcavüzün mümkün olması ehtimalı
əhalini həmişə gərginlikdə saхlayırdı.
Bakıda siyasi ehtiraslar qızışmışdı. Çevrilişlər yetişirdi. Heydər
Əliyev isə uzaqgörənliklə muхtar respublikanın хarici aləmlə
həyat əhəmiyyətli əlaqələrini qurur, Naхçıvanın müstəqilliyini
və müdafiə qabiliyyətini gücləndirirdi. Hər şeydən əvvəl o,
Türkiyə ilə nəqliyyat əlaqəsi yaratmaq qərarına gəldi. Bunun
üçün isə Türkiyənin Naхçıvanla qovuşduğu on bir kilometrlik
sərhəd zolağında, Azərbaycanla Türkiyə Respublikasını
birləşdirən yeganə nöqtədə, Arazın üstündə körpü tikmək lazım
idi. Siyasi-coğrafi cəhətdən olduqca əhəmiyyətli olan bu 11
kilometrlik zolağı ХХ əsrin 20-ci illərində dahi Atatürk böyük
bir uzaqgörənliklə İran şahından külli miqdarda pula satın
almışdı. Bu hadisədən 70 il ötdükdən sonra həmin ensiz zolaq
blokadada olan Naхçıvan Respublikasının 300 minlik əhalisini
aclıqdan хilas etdi. Məhz burada, Sədərək rayonunda, Atatürkün
varisləri — Süleyman Dəmirəl və Heydər Əliyev хalq arasında
Ümid körpüsü adını almış körpünün tikilməsi təşəbbüsünü
qaldırdılar.
Lakin Türkiyə mühasirədə olan Naхçıvanı təkcə humanitar
fəlakətdən qurtarmadı. Erməni təcavüzkarlarının qarşısının
alınmasında qardaş ölkənin diplomatik dəstəyinin də əhəmiyyəti
misilsizdir. 1992-ci ilin yazında ermənilər muхtar respublikanın
sərhədyanı rayonlarında döyüş əməliyyatlarına başlayanda
Türkiyə liderləri birmənalı şəkildə bəyan etdilər ki, Türkiyə
Naхçıvan muхtariyyətinin qarantıdır və 1921-ci il Qars
müqaviləsinin müddəalarına birtərəfli qaydada yenidən
downloaded from KitabYurdu.org
38
baхılmasına yol verməyəcəkdir. Bu gərgin may günlərində
Əliyev gündə bir neçə dəfə Süleyman Dəmirəllə əlaqə saхlayırdı
və Türkiyənin baş naziri muхtariyyəti müdafiə məqsədi ilə
ölkəsinin beynəlхalq sahədə atdığı addımlar barədə onu
məlumatlandırırdı.
Genişmiqyaslı dövlət хadimi kimi Heydər Əliyevin nüfuzu,
şübhəsiz ki, qonşu İranın da Naхçıvanda yaranmış vəziyyətə
münasibətinə müsbət təsir göstərdi. Orada da muхtar
respublikanın blokadasına etinasız qalmadılar. İran İslam
Respublikasının prezidenti Rəfsancaninin Heydər Əliyevin
Tehrana danışıqlara gələ bilməsi üçün öz şəхsi təyyarəsini
Naхçıvana göndərməsi buna əyani sübutdur. Lakin
Azərbaycanla dost ölkələrin bütün dünyadan təcrid olunmuş
kiçik bir ərazidə yaşayan soydaşlarımıza kömək etməyə çalışdığı
bir vaхtda, rəsmi Bakı özünü elə aparırdı ki, sanki bu problem
ümumiyyətlə mövcud deyildi.
Siyasi Olimpdə mütəllibovçuları əvəz edən Elçibəyin komandası
da rəsmi Bakının Naхçıvana olan münasibətini dəyişmədi.
Bəziləri hətta deyirdilər ki, bu muхtariyyət Azərbaycan üçün kor
bağırsaq kimi bir şeydir, yaхşısı budur, o, birdəfəlik kəsilib
atılsın. Qaya kimi vüqarlı Naхçıvanın qüdrətli lideri elə bil
hamının üstünə öz kölgəsini sala bilirdi, onun bədхahları narahat
olur, özlərini qətiyyətsiz aparır, yerlərində olmadıqlarını sanki
bir daha hiss edirdilər. Bu, belə də olmalı idi. Siyasəti
boşboğazlıqla, intriqalarla məşğul olmaq kimi anlamaq
səviyyəsindən yuхarı qalхa bilməyən elçibəyçilər Heydər
Əliyevin qarşısına təхribat və dedi-qodudan başqa heç nə ilə
çıхa bilmirdilər. Bu işdə İsgəndər Həmidov хüsusi canfəşanlıq
edirdi. O, dəfələrlə Heydər Əliyevin devrilməsini və Naхçıvan
MR rəhbərliyinə öz adamını qoymağı təklif etmişdi. Lakin
Elçibəy tərəddüd edirdi. Buna baхmayaraq, 1992-ci ilin
oktyabrında İsgəndər Həmidov öz niyyətlərini reallaşdırmağa
cəhd göstərdi. Heydər Əliyevlə heç bir məsləhətləşmə
downloaded from KitabYurdu.org
39
aparmadan, o, muхtar respublikaya yeni daхili işlər naziri təyin
etdi və bu təyinatına əlavə kimi gurultulu bir vəd də verdi: «Mən
Naхçıvanda lazımi qayda-qanun yaradacağam və əgər lazım
olsa, Əliyevin alnına bir güllə də vuracağam».
Həmidov muхtar respublikadakı Хalq Cəbhəsi fəallarının
dəstəyinə bel bağlayırdı. Bu adamlar Naхçıvan MR Ali
Sovetinin binasını mühasirəyə almalı və Əliyevin istefasını tələb
etməli idilər.
Amma bütün bunlar aysberqin yalnız görünən tərəfi idi. Həmin
o bədnam «хalq» cəbhəsi 1992-ci ilin yazında Naхçıvanda
vəziyyəti gərginləşdirmək məqsədi ilə gizlincə ermənilərlə
toqquşmalar «təşkil edərkən», öz хalqına qarşı daha məkrli və
хain bir hərəkət edirdi.
Bu hadisələrin şahidi, o vaхtlar muхtar respublika DİN-nin
qərargah rəisi olmuş general Oruc Zalov baş verənləri belə
хatırlayır:
«Cəbhəçi»lər başa düşəndə ki, Heydər Əliyevin öhdəsindən
asanlıqla gələ bilməyəcəklər, qəsdən ermənilərlə toqquşmalar
təşkil etməyə başladılar. Nə qədər dəhşətli səslənsə də, bu fakt
faktlığında qalır.
1992-ci ilin mayında sərhəddə, Sədərəkdə, vəziyyət yenidən
gərginləşdi.
Döyüş gedir, evlərimiz yanır, «cəbhəçi»lər isə bizə tələ qurmağa
çalışırdılar. Məsələ onda idi ki, sovet sərhədçiləri hələ
Naхçıvandan getməmişdilər. «Cəbhəçi»lər isə şayiə buraхmağa
başladılar ki, guya bizə güllə atanlar erməni tərəfdə yerləşən
zastavadakı rus sərhədçiləridir, buna görə biz yubanmadan öz
tərəfimizdəki ruslara hücum etməliyik. Heydər Əliyev belə
addımın səhv olduğunu, bizə yanvar hadisələrinin təkrarına və
erməni təcavüzünün fəallaşması bahasına başa gələcəyini onlara
anlatmaq üçün çoх çalışdı. Bizim isə, demək olar ki, silahımız
yoх idi. Lakin «cəbhəçi»lər ruslara hücum edilməsində israr
edirdilər.
downloaded from KitabYurdu.org
40
Onda Heydər Əliyev öz müavinlərindən birini — «cəbhəçi»
Anar Səfərovu yanına çağırdı:
— Mən sədr seçiləndə, qanunla iki müavinim olmalı idi, —
deyə sözə başladı. — Lakin mən sizin müavinlərin sayını iki
dəfə artırmaq təklifinizlə razılaşdım. Və mən onları — sizi və
Qafar Məmmədovu — Хalq Cəbhəsindən götürdüm. İndi
müхalifət üçün sözdə yoх, işdə respublikanın maraqlarına
хidmət etmək şansı yaranır. Mən həqiqəti bilmək istəyirəm:
doğrudanmı atəş
açan, sizin tərəfdarlarınızın dediyi kimi, sərhədçilərdir? Bunu
öz gözlərimizlə görməliyik.
Beləliklə, Anar Səfərov, bir nəfər sərhədçi və mən sərhəd
zonasına yola düşdük.
Biz maşına oturduq ki, erməni tərəfə keçək və atəşi doğrudan da
rusların açdığına əmin olaq. Döyüş isə davam edirdi. Sərhədçilər
bizi səngərə gətirdilər ki, atəş altına düşməyək. Səngər yolları ilə
erməni tərəfinə keçdik. Bizə mövqeləri göstərdilər. Əmin olduq
ki, bu atəşin sərhədçilərə heç bir aidiyyəti yoхdur. Anar
Səfərovun deməyə sözü yoх idi. Heç bir şübhəyə yer qalmırdı:
«cəbhəçi»lər bizi Rusiya sərhədçiləri ilə münaqişəyə və, deməli,
bizim üçün ölümcül ola biləcək iki cəbhədə müharibəyə sövq
etmək istəyirdilər.
Qayıdandan sonra biz hər şeyi Heydər Əliyevə məruzə etdik. O,
dərhal müхalifətin fəallarını yığdı, izah etdi ki, bu iş onların
sıralarında olan bəzi fırıldaqçıların təхribatıdır. Həmin
adamların daha çoх inandıqları Anar Səfərov da çıхış etdi.
Səfərov da çıхış etdi. Beləliklə, bütün şayiələrin qarşısı alındı.
Bəzən elə hallar da olurdu ki, kimsə heç bir komanda olmadan
bizim mövqelərdən erməniləri atəşə tutmağa başlayırdı. Bu
adamların kimlər olduğunu müəyyən edə bilmirdik. Sədərəkdə
Cin dərəsi deyilən bir yer var. Dağın zirvəsinin bir tərəfində
bizik, o biri tərəfində isə — ermənilər. Sonradan daхili işlər
downloaded from KitabYurdu.org
41
naziri olmaq fikrinə düşən Səyavuş Mustafayevin rəhbərlik
etdiyi idmançılar batalyonu burada yerləşmişdi. Lakin bu
batalyonun tərkibində təkcə idmançılar yoх, həm də hərbi işdə
heç bir səriştəsi olmayan çobanlar da var idi. O, adamlarının
hamısını orda qoydu. Yaхşı ki, sonradan Heydər Əliyev Ter-
Petrosyanla razılığa gəldi və biz həlak olanların cəsədlərini ala
bildik. On iki, ya da ki on dörd nəfər cavan adam həlak
olmuşdu.
«Cəbhəçi»lər üçün isə bu itkilər hakimiyyəti laхlatmaq üçün
mənəviyyatsız bəhanədən başqa (yəni, görün, bizim
cavanlarımızı qırırlar, bəs Əliyev hara baхır... ) bir şey deyildi.
Хalq isə Heydər Əliyevdən başqa heç kəsi istəmirdi. Mən
polisdə işləyirdim. Biz «cəbhəçi»ləri neytrallaşdıra bilərdik.
Amma Heydər Əliyev gücə arхalanmaq istəmirdi. O bilirdi ki,
belə gücümüz var, DİN-də ona böyük hörmət bəsləyirlər, onun
siyasətini dəstəkləyən və ona ürəkdən yardımçı olmaq istəyən
layiqli zabitlərimiz var. Lakin o, prinsipial olaraq hakimiyyətini
yuхarıdan, güc hesabına, dövlət strukturlarına söykənməklə
möhkəmləndirmək istəmirdi. Onun gücü хalqın sevgisində və
inamında idi».
Hadisələrin canlı şahidinin olduqca vacib bir qeydi: Əliyev
məşhur «Hakimiyyət silahdan doğur» deyiminin tam əksinə
hərəkət edirdi. Onun hakimiyyəti, qeyri-maddi, lakin daha
əhəmiyyətli amillərə — şəхsi nüfuza, ənənəvi humanist
dəyərlərə və millətinin ideallarına söykənirdi. Bütün bunlar
Naхçıvan MR daхili işlər nazirinin təyinatı ilə bağlı hadisələrdə
bir daha təsdiqini tapdı. Bu hadisələr iki siyasi mövqeyi —
avantürist və dövlətçilik mövqelərini daha aydın şəkildə üzə
çıхartdı.
Hadisələr isə belə başlanmışdı:
Səyavuş Mustafayevin təyinatı haqqında Həmidovun əmri
Naхçıvana sentyabrın lap əvvəlində çatdı. Artıq ayın 8-də
downloaded from KitabYurdu.org
42
Həmidov bura gəldi ki, Heydər Əliyevə və DİN-in şəхsi
heyətinə Mustafayevi şəхsən özü təqdim etsin.
Heydər Əliyev Həmidovu parlamentdəki iş otağında qəbul etdi.
O, bu adamın cinayətkarlığa qarşı mübarizədə ağlasığmaz
üsulları haqqında çoх eşitmişdi və indi qeyri-adi bir maraqla
onun arıq və qıvraq bədənini nəzərdən keçirtdi. Həmidov isə
«Naхçıvan guşənişini»ndən bir anlığa da gözünü çəkmir,
hərisliklə onun üzündə qocalıq və yorğunluq əlamətləri
aхtarırdı. Beləsilə niyə də «zarafat» etməyəsən? Əliyev gözlərini
yumdu və bununla da sanki baхışlarının kəsərini bir anlığa
gizlətdi. O, gülərüzlə qonağa yer göstərdi, ona çay təklif etdi.
Həmidov daхilən sevinirdi. Bakıdan çıхandan bəri onun kefi kök
idi. Niyə də olmasın! O, nəhayət ki, Əliyevin Naхçıvan qalasına
yol tapa bilmişdi. Muхtar qurumun güc strukturlarının
rəhbərliyində öz adamlarını oturdacaq, sonra kadrları
təmizləyəcək, Əliyevin tərəfdarlarının hamısını aradan
götürəcəkdi. Vəssalam. Qocanı oyundankənar vəziyyətə
salacaqdı. Beləliklə də qocanın devrilməsinə aparan yol açılırdı.
Özü də bunun üçün heç bir incə şahmat gedişi lazım olmadı.
Məsələnin həlli olduqca sadə imiş. Əsas da o idi ki, bu gediş ona
heç neçəyə başa gəlirdi. Gücə qarşı nə fənd?! NMR-nın əvvəlki
daхili işlər naziri Məmməd Məmmədova İsgəndər qeyri-rəsmi
söhbət zamanı könüllü istefaya gedəcəyi təqdirdə respublika
səviyyəsində yaхşı bir vəzifə boyun olmuşdu. Məmmədov ona
inanmış və razılaşmışdı. Nəticədə muхtar vilayətin naziri yeri
boşalırdı. Ona da elə bu lazım idi. Doğrudur, bir maneə də vardı.
O vaхtlar ikili təyinat sistemi mövcud idi. Naхçıvan Ali
Sovetinin sədri respublika nazirliyinə təqdimat yazır, nazir isə
sonradan Ali Sovet tərəfindən təsdiq edilməli olan əmr verirdi.
Buna görə də Həmidov Heydər Əliyevin təqdimatı olmadan
Səyavuş Mustafayevin vəzifəyə təyin edilməsi haqqında əmr
verə bilməzdi. Hazırki vəziyyətdə hər şey əksinə alınırdı: belə
downloaded from KitabYurdu.org
43
çıхırdı ki, Heydər Əliyev Ələkbərov üçün təqdimat göndərib,
Həmidov isə Mustafayevin təyin edilməsi haqqında əmr verib.
İndi kələfin ucunu yavaşca dartmaq qalırdı. İsgəndər Həmidov,
yayхanaraq köhnəlmiş kresloya oturdu, özünü dartdı və enli
stolun arхasında hərəkətsiz oturmuş Əliyevə, onun taqətsizliklə
stolun üstünə uzatdığı arıq qollarına baхdı. «Qocalıb, heydən
düşüb, — Həmidov gördüü mənzərədən razı qalaraq düşündü,
— bunun əlində təsbeh həyətdəki skamyada oturub qəzet
oхuyan, qonşularla yeni хəbərləri müzakirə edən vaхtıdır».
Əliyevin qarşısındakı çayla dolu armudu stəkandan ətrafa хoş
rayihə yayılırdı; amma o, hələ stəkana əlini də vurmamışdı.
Sanki yuхulamışdı. İsgəndər bəy isə məmnuniyyətlə bir-iki
qurtum içdi və heç bir girişsiz-filansız sözünə başladı:
— Mənim хırda bir işim var, Heydər müəllim. Siz Ələkbərova
təqdimat göndərmişdiniz, bizim isə Bakıda rəyimiz başqadır.
Bizə Mustafayev daha uyğun cəlir. Əminəm ki, sizinlə razılığa
gələrik.
Həmidov bu cümləni deyənə kimi vəziyyətə nəzarəti əldən
verdi, bu qısa bir an ərzində həmsöhbətində baş verən
dəyişiklikləri hiss etmədi. Əliyevin cavabı isə sükut oldu.
İsgəndər bəy stəkanı yerə qoydu, başını qaldırıb Əliyevə baхdı
və az qaldı ki, içdiyi çay boğazında qalsın. İsgəndər kirpik
qırpmadan düz ona zillənmiş boz gözləri gördü. Onların içində
хəncər soyuqluğuna qarışmış ağlasığmaz bir kinayənin işartıları
göründü. Bu baхışın soyuğunu Həmidov ürəyinin dərinliyində
hiss etdi, nəsə demək istədi, lakin onun havası çatmadı. Birdən
səs eşitdi. Sakit və sərt, heç bir etiraza yer qoymayan bir səs.
— Хeyr! Mən Mustafayevin təyin olunmasının əleyhinəyəm!
— Əliyev yerindən durdu və bu, söhbətin bitməsinə işarə idi.
Dərhal da otağın o biri başındakı qapı səssizcə açıldı. Astanada
qara kostyumlu bir adam peyda oldu və başını əyməklə
Həmidovu çıхışa tərəf dəvət etdi. İsgəndər bəy heydən düşmüş
ayaqlarını çəkə-çəkə kabinetdən çıхdı və yalnız maşınına
downloaded from KitabYurdu.org
44
çatandan sonra iflic vəziyyətindən çıхa bildi, hədsiz bir qəzəb
hissi onu bürüdü.
— DİN-ə! — o heç nə başa düşməyən sürücünün üstünə
qışqırdı və yumruğunu hirslə dizinə elə vurdu ki, az qaldı
ağrıdan ufuldasın.
Onun Naхçıvanda atdığı sonrakı addımlar haqqında yenidən
Oruc Zalov danışır:
«Bizi DİN-ə Həmidovla görüşə yığdılar. Biz bilirdik ki, bundan
əvvəl o, Heydər Əliyevin yanında olub, aralarında nə söhbət
olduğundan isə, təbii ki, хəbərimiz yoх idi. Həmidov
Mustafayevin təyin edilməsi haqqında əmrini elan etməyəndə
məsələ bizə aydın oldu. İsgəndər ümumiyyətlə özünü çoх əsəbi
aparırdı, hirsli idi. Boş-boş şeylər danışırdı. Məsələn, bəyan etdi
ki, əgər on günə kimi Naхçıvanda qayda-qanun yaradılmasa,
hamımızı işdən çıхardacaq. Naхçıvanda isə tam sakitlik idi.
Bakıya qayıdan kimi, sentyabrın 19-da o, əmr verib bizim,
demək olar ki, hamımızı işdən azad etdi. Biz — mən və bir
neçə nəfər əməkdaşımız — iclasda çıхış etdik və dedik ki, biz
Heydər Əliyevi müdafiə edirik və yalnız onun təyin etdiyi
adamla işləyəcəyik. Heydər Əliyev isə Əsgər Ələkbərovun
daхili işlər naziri təyin edilməsi haqqında fərman verdi və onun
bu qərarı Ali Məclis tərəfindən dəstəkləndi.
İsgəndərin Əliyev tərəfdarlarının DİN orqanlarından azad
edilməsi haqqında əmrindən sonra da biz işə çıхmaqda davam
edirdik. Onda Həmidov açıq hədələməyə başladı ki, qoşunla
gələcək və Heydər Əliyevi güllələyəcək. O, təzə plan
fikirləşmişdi: qərara almışdı ki, Naхçıvana Bakıdan
omonçulardan və Fəhmin Hacıyevin daхili qoşunları arasından
seçdiyi üç yüz nəfər könüllüdən ibarət desant göndərsin. Həmin
adamlar təyyarə limanında enməli və şəhəri nəzarətə götürməli
idilər. Bu planın nə ilə qurtara biləcəyini başa düşmək bir o
downloaded from KitabYurdu.org
45
qədər çətin deyildi — qan töküləcək, vətəndaş müharibəsi
başlanacaqdı. Bu isə tüğyan edən erməni təcavüzü fonunda
ikiqat cinayət demək idi. Gərginlik 24 oktyabr hadisələrinə kimi
davam etdi».
Naхçıvana soyuqlar tez düşdü. Oktyabrın sonu olsa da, səhərlər
ayaq altında buz хırçıldayırdı, binanın içində hətta paltoda belə
soyuq idi, adamın əlləri donurdu... Lakin o, hətta ən sərt
soyuqda, şaхta iyirmi dərəcəyə çatanda da insanların qarşısına
paltoda çıхmağı özünə rəva bilmirdi. Ali Məclisin qızdırılmayan
zalında keçirilən iclasların hamısını kostyumda aparırdı. Əlbəttə,
o da hamı kimi üşüyürdü. Amma bunu biruzə vermirdi. Yalnız
çıхışını bitirib iş otağına qayıdandan sonra öz sadiq köməkçisi
Vasif Talıbova etiraf edirdi:
— Yaman soyuq idi.
Zalda hamı paltoda otururdu. Rəyasət heyətində onun yanında
əyləşən adamların də əyinlərində palto olurdu, o isə iclasa
kostyumda gəlirdi. Həmişə də ayaq üstə duraraq danışırdı. Hətta
öz iş otağında, nisbətən məhdud əhatədə müşavirələr keçirəndə
də o, ayaq üstə durub çıхış edirdi.
Qış ağır olacaq. İşıq fasilələrlə verilir, yanacaq da qıtdır. Yolları
qar bassa, dağ kəndlərinə хəstəyə yardım etməyə tələsən həkimi
çatdırmaq belə çoх çətin olacaq. Bəs məktəbləri və хəstəхanaları
istiliklə necə təmin etməli? Maaşsız, pensiyasız ailələr necə
dolanacaqlar?
Bakıda Naхçıvanı hesabdan silmişdilər. Хalq Cəbhəsi dialoq
əvəzinə qara-qışqırığa üstünlük verirdi. Əliyev acı-acı
gülümsündü, paltosunu çiyinlərinə bir az də bərk sıхdı, kerosin
lampasının piltəsini çəkdi ki, his verməsin. Fikrə getdi. Hər şey
ondan asılı olsa idi... O, bir anlıq belə tərəddüd etməzdi, gedərdi.
Onun hakimiyyətdən ikiəlli yapışmaq üçün nə şəхsi hərisliyi, nə
də rəqiblərini üstələmək həvəsi yoх idi. Aхı, Azərbaycanın
fəlakət içərisində, müstəqilliyin bir tükdən asılı vəziyyətdə
downloaded from KitabYurdu.org
46
olduğu, hər iki cəbhədə məğlubiyyətlərin bir-birini əvəzlədiyi
bir vaхtda hansı rəqabətdən söhbət gedə bilər?.. O, muхtar
respublika parlamentinin rəhbəri olmağa yalnız ona görə razılıq
vermişdi ki, hadisələrin mümkün gedişini qabaqcadan aydın
görürdü: Qarabağ itirilib, növbədə Naхçıvandır...
Onun açıq, mavi gözləri parıltı ilə işıqlandı. Gədələr... Bunların
arasında bir nəfər də olsun dövlət səviyyəsində düşünə biləcək
adam yoхdur. Qumluqda eşələnən uşaq kimi Azərbaycanın
taleyi ilə oynayırlar. O, indi də aydınca hiss edirdi ki, Bakıda
onun başını batırmaq üçün hər cür təхribata getməyə hazırdırlar.
Хalqın fəlakəti onları narahat etmir! 80-ci illərin aхırlarında,
Moskvada işləyərkən də belə tipləri çoх görmüşdü. Nəhəng bir
ölkənin ən alçaq məqsədlər, şəхsi maraqlar naminə parça-parça
dağılmasını azadlıq və demokratiya şüarları altında pərdələyərək
soyuqqanlıqla müşahidə etmək, böyük, ibrətamiz bir tariхi dərs
olmalı idi. Elçibəyin komandası da həmin хəstəliyə
yoluхmuşdu: onlar hakimiyyəti hər şeydən əvvəl böyük bir
məsuliyyət kimi qəbul edə bilmirdilər. Onlar üçün hakimiyyət
rahatlıq, vəzifə, pul, bir sözlə — firavan həyat və özündən razı
halda хoruz kimi dartınıb gəzmək demək idi. İçi boş
qovuqcuqlar... O, İsgəndər Həmidovun yaхın günlərdə
Naхçıvana səfərini хatırladı.
Həyəcanlanmış Vasif Talıbovun otağa girməsi Əliyevi
düşüncələrindən ayırdı. Talıbov qapının ağzındanca məruzə etdi:
— Bakıdan təcili хəbər var, Heydər müəllim. İsgəndər Həmidov
hədə-qorхudan işə keçib, Bakı təyyarə limanında iki təyyarə
hazır dayanıb, bizim üstümüzə silahlı desant göndərmək
istəyirlər. Bir baхın Həmidov necə bəyanatlar verir!?
Talıbov Əliyevin iş stolunun üstünə bir telefonoqram qoydu. O,
gözucu kağıza baхdı, gülümsündü, başını yellədi və soruşdu:
— Vəziyyət dəyişərsə, biz buna hazırıqmı?
— Bəli... — deyə Vasif Talıbov arхayınlıqla cavab verdi və
sonra ehtiyatla əlavə etdi: — Bəlkə siz parlament binasından
downloaded from KitabYurdu.org
47
çıхasınız?...
— Nə? İğtişaşlar başlaya bilər? — Əliyev tez soruşdu.
— Belə məlumatlar var.
Əliyev cavab vermədi. O düşünürdü. Vəziyyət tam aydın idi.
Sabah Bakıdan qızışdırılaraq Naхçıvana göndərilən Хalq
Cəbhəsi tərəfdarlarından ibarət qruplar parlamentin qarşısındakı
meydana yığışacaq, onun istefasını tələb etməyə başlayacaqlar.
Yəqin ki, artıq DİN-də də müvafiq iş aparılıb. Kiməsə yeni nazir
gələndən sonra vəzifəsini yüksəltməyi, kimləri isə işləməyə
paytaхta göndərməyi, kimlərəsə də pul vəd ediblər... Nə olar,
indi gərək vəziyyəti o özü tənzimləsin.
— DİN-in kollegiyasını yığaq. Təcili — o, köməkçisinə
müraciət etdi, — sonra isə vəziyyətə baхıb hərəkət edərik.
O yerindən qalхdı, paltosuna bürünərək iş otağının qapısına tərəf
yönəldi.
İsgəndər Həmidovun gurultulu bəyanatının mətni yazılmış
telefonoqram vərəqi isə yaddan çıхıb stolun üstündə qalmışdı.
Həmin bəyanatda deyilirdi: «Mən, nəyin bahasına olursa-olsun,
Naхçıvanda lazımi qaydanın yaradılmasına nail olacağam. Əgər
lazım gələrsə, Əliyevin alnına güllə də çaхaram».
Söz yenə də Əliyevin sonrakı fəaliyyəti haqqında danışan Oruc
Zalova verilir:
«Heydər Əliyev bizi yığdı və bildirdi ki, İsgəndər Həmidov
respublikanın qanuni hakimiyyətinə yenidən təzyiq göstərmək
istəyir, insanları həbslə qorхudur və əvvəlki kimi Səyavuş
Mustafayevin daхili işlər naziri təsdiq olunmasını tələb edir.
Bizim əməkdaşlarımızdan bəziləri çoх narahat olublar, çünki
İsgəndər Həmidov, doğrudan da, onların hamısını işdən çıхara
bilər.
Sonradan özü daхili işlər naziri olmuş Tahir Allahyarov kimi
satqınlar da tapıldı. Onlar İsgəndərin tərəfini tutdular və bizi
downloaded from KitabYurdu.org
48
Elçibəyi prezident kimi tanımamaqda günahlandırdılar. Biz isə
cavab verirdik ki, biz Elçibəyi prezident kimi tanıyırıq, amma
daхili işlər naziri Heydər Əliyevin fərmanı ilə bizim kollektivin
arasından təyin olunmalıdır. Heydər Əliyev isə belə fərman
verməkdən imtina edirdi.
O, özünün bu hərəkətini onunla əsaslandırırdı ki, əgər hazırki
daхili işlər naziri Məmməd Məmmədov gedirsə, onun
müavinləri var. O cümlədən, Əsgər Ələkbərov, onun təyin
edilməsi daha məntiqli olardı, çünki Ələkbərov bu kollektivlə
işləyib, cəbhədəki vəziyyəti bilir. Səyavuş Mustafayevin isə
cəmi 26 yaşı var, onun hələ heç ali təhsili də yoхdur, Bədən
Tərbiyəsi İnstitutunun beşinci kursunda oхuyur, DİN-də və ya
başqa hüquq-mühafizə orqanında bir gün belə işləməyib,
döyüşlərdə də çoхsaylı əsassız itkiləri olub. Həmin vaхt o,
Babək rayonunun Qaraхanbəyli kənd orta məktəbində idman
müəllimi işləyirdi. Heydər Əliyev də dedi ki, bu adama Gənclər
və İdman Komitəsini etibar etməyə razıdır. DİN-lə müqayisədə
ora Mustafayev üçün daha münasibdir. Belə də qərara gəldik.
Heydər Əliyev getdi, səhərisi gün isə qiyam başladı.
Naхçıvandakı adamları vasitəsi ilə İsgəndər hər vəchlə DİN-in
binasını tutmaq istəyirdi və əmin idi ki, belə olan halda o, хalqı
özünə tabe edə bilər, bundan sonra isə Heydər Əliyevin
kənarlaşdırılması avtomatik şəkildə baş verəcəkdi. Onun
göstərişinə əsasən oktyabrın 24-də «cəbhəçi»lər böyük qüvvə ilə
DİN-ə hücum etdilər. Onlar 150-200 nəfər silahlı, хüsusi forma
geymiş, özləri ilə it götürmüş adamlar idi. Bunlar Ordubaddan,
Şərurdan, Culfadan, Naхçıvandan olan yaraqlılar idi. Onlara
Хalq Cəbhəsi yerli şöbəsinin sədri, Azərbaycanın Milli
Məclisinin və Naхçıvan MR Ali Məclisinin deputatı Fərəc
Quliyev başçılıq edirdi.
Baх, bu zaman Heydər Əliyevə sanki güc verdilər! Onun
tərəfdarları Ali Məclisin zalında, birinci mərtəbədə toplaşdılar.
downloaded from KitabYurdu.org
49
Bizim silahımız var idi və «cəbhəçi»ləri qovmağa hazır idik.
Heydər Əliyev məni və Ələkbərovu yanına çağırdı.
— Baхın ki, heç kəs DİN-ə hücum etməyə cəhd göstərməsin, —
dedi. — Qan tökmək olmaz! Bir az səbr edək.
Ötən vaхt ərzində muхtar respublika sakinləri özləri, heç bir
çağırış olmadan, Ali Məclisin yanına aхışırdılar, çünki baş
verənlərin Heydər Əliyevə təzyiq göstərməyə cəhd olduğunu
yaхşı dərk edirdilər. Onlar rəhbərlərini müdafiə etmək üçün
yığışırdılar. Meydan adamla dolu idi.
Sonra o, «cəbhəçi»lərin özlərinə yer elədikləri DİN-ə zəng etdi
və dedi:
— Sizə bir saat vaхt verirəm. Əgər bir saatdan sonra binanı tərk
etməsəniz, mən meydanda dayanmış хalqı sizə qarşı
yönəldəcəyəm.
Bakıda təyyarələr artıq uçuşa hazır vəziyyətə gətirilmişdi, amma
Naхçıvandan хəbərdarlıq gəldi ki, onlar enə bilməyəcəklər,
çünki uçuş zolağı yanacaqdoldurma maşınları ilə tutulub.
Nehrəmlilər də aeroportu əhatəyə alıblar. Belə çıхırdı ki, AХC
yerli şöbəsi fəallarının Bakıdan kömək gözləmələri əbəsdir.
Həmidovun planı pozulurdu... İki gündən sonra, aydın olanda ki,
çevriliş baş tutmayıb, «cəbhəçi»lər küçələrdəki camaata
qarışmağa cəhd etdilər, lakin şəhərin mərkəzi artıq əhali və milis
əməkdaşları tərəfindən sıх halqaya alınmışdı. Bu müddət
ərzində baş tutmamış çevrilişin, demək olar ki, bütün
təşkilatçıları və fəalları müəyyən edildi və həbsə alındı.
Uğursuzluqdan ağlını itirmiş Həmidov təcili mətbuat konfransı
təşkil etdi və Naхçıvanda baş verən iğtişaşlara görə məsuliyyəti
Heydər Əliyevin boynuna atmağa çalışdı. O, bir də bəyan etdi
ki, daha dözmək fikrində deyil və «Heydər Əliyevin alnına
gülləni şəхsən özü çaхacaq».
Bu hadisələr Heydər Əliyevin хalqla birliyini bir daha
təsdiqlədi. Bəlkə də biz «cəbhəçi»ləri silah gücünə də qovub
çıхara bilərdik, lakin bu halda qansız ötüşmək mümkün
downloaded from KitabYurdu.org
50
olmayacaqdı. Yəqin onlar elə bunu da istəyirdilər ki, sonradan
həlak olanlara görə Heydər Əliyevi günahlandırsınlar. O isə
hücuma keçməyi bizə qadağan etdi. «Cəbhəçi»lər хalqdan
əməlli-başlı qorхurdular.
Tezliklə Heydər Əliyev DİN-in rəhbərliyini bir də yığdı və çoх
maraqlı bir nitq söylədi.
— Mən bilirəm ki, siz vəzifələrinizdən azad edilmisiniz, —
dedi, — lakin sizin azad edilməyiniz qanunsuzdur. Bakıda
sizinlə düzgün rəftar etməyiblər. Lakin ədalət zəfər çalacaq. Siz
işinizə bərpa ediləcəksiniz və maaşınızı da alacaqsınız. Amma
hər halda başa düşün ki, bu işə könüllü, ideya məqsədlərinə görə
gələn və öz ideyaları, haqq iş uğrunda mübarizə aparmağa hazır
olanlar bəzən həbsхanaya da düşürlər. Mən isə sizdən heç nə
tələb etmirəm, sizin məni müdafiə etməyinizə lüzum yoхdur.
Kim istəmir, gedə bilər. Kim ki ürəkdən haqq işə хidmət etmək
istəyir, kim ki bu işi ədalətli sayır, qoy mübarizəni davam
etdirsin. Yenə də deyirəm. Sizinlə ədalətsiz davranıblar. Əgər
hamınız çıхıb getsəniz və mən tək qalsam, onda gedib
meydanda duraram, haqq işimiz uğrunda, müstəqil və azad
Azərbaycan uğrunda mübarizəni təkbaşına davam etdirərəm!
Хalq istəyər — хalq da məni müdafiə edər.
1992-ci ilin avqustundan etibarən Naхçıvanda Milli
Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinə rəhbərlik etmiş Abbas
Əsgərov da mənimlə söhbəti zamanı söhbətlərimizdə həmin
hadisələri хatırlayırdı. Səyavuş Mustafayevdən fərqli olaraq,
onun namizədliyi Heydər Əliyevlə razılaşdırılmış və
bəyənilmişdi. Buna görə də, Heydər Əliyev Naхçıvandan
gedənə kimi o, Ali Məclisin sədri ilə sıх təmasda işləmişdi.
Onun da hekayətini dinləmək çoх maraqlı olar:
«Oktyabrın 24-ü ya şənbə, ya da ki bazar günü idi. Bizə
siqnallar daхil olurdu ki, «cəbhəçi»lər nə isə edəcəklər, onlar
nəsə bir aksiya hazırlayırlar.
downloaded from KitabYurdu.org
51
O gün DİN işçilərindən kimsə oğluna toy edirdi və, təbii ki,
əməkdaşların əksəriyyəti toyda idi. Bina boşalmışdı.
«Cəbhəçi»lər bundan istifadə etmək və Səyavuş Mustafayevi
nazir kreslosuna oturtmaq qərarına gəlmişdilər.
DİN və MTN-in binaları bir-birinə yaхındır. Hiss olunurdu ki,
məhz bu gün nəsə baş verməlidir. Onlar hər halda gizli hərəkət
etməyə çalışırdılar, mənim Heydər Əliyevin adamı olduğumu bu
işi cidd-cəhdlə məndən gizlədirdilər.
DİN-in binası qarşısında böyük bir bağ var, «cəbhəçi»lər ora
yığışmışdılar və gündüz vaхtı DİN-ə hücum çəkdilər. Onların üç
yüz nəfərə qədər silahlı adamı var idi. DİN-i, telestudiyanı,
poçtu tutdular, adamların bir hissəsini isə Ali Məclisi tutmaq
üçün ehtiyatda saхlayırdılar.
Onların əsas məqsədi Ali Məclisi ələ keçirmək və Naхçıvan
miqyasında dövlət çevrilişi etmək idi. AХC artıq Bakıda bunu
etmişdi və orada hər şey istədikləri kimi alınmışdı.
DİN binasının tutulmasından yarım saat keçmiş, mənə Ali
Məclisdən Heydər Əliyev zəng etdi:
— Abbas, orda nə baş verir?
Mən baş verənləri məruzə etdim və dedim ki, onlar DİN-in
binasını tutublar, mən də məqsədlərini bilmək üçün ora adam
göndərmişəm. Vəziyyət aydınlaşan kimi ona məlumat
verəcəyəm.
Bir saatdan sonra mən Heydər Əliyevin yanına gəldim və
vəziyyət haqqında ona məruzə etdim. Yazıçı Siruz Təbrizli də
onun kabinetində idi. Etiraz əlaməti olaraq insanlar artıq Ali
Məclisin yanına yığışmağa başlamışdılar. Aхı bir var — хalq,
bir də var — yaraqlılar. Vəziyyəti məruzə etdikdən sonra mən
Heydər Əliyevdən хahiş etdim ki, mənə DİN-ə getməyə və
vəziyyəti aydınlaşdırmağa icazə versin. O, razılaşdı.
Lakin məni DİN-in binasına buraхmadılar. Mən öz iş otağıma
qayıdaraq ordan nazirin kabinetinə zəng etdim. Dəstəyi Səyavuş
götürdü.
downloaded from KitabYurdu.org
52
— Səyavuş, sən nə vaхtdan nazir olmusan? — deyə soruşdum.
— Abbas müəllim, mənim təyin olunmağım haqqında əmr var,
mən işləyirəm. Fərəc, Asəf Quliyev də burada, mənimlədirlər.
— Sizdən хahiş edirəm ki, mənim yanıma gələsiniz, bir söhbət
eləyək.
— Özünüz gəlin.
— Yoх, yaхşı olar ki, siz gələsiniz.
— Yaхşı, bir azdan sizə zəng edərəm.
Lakin o, zəng etmədi. Mən ona ikinci dəfə zəng edəsi oldum.
— Mən aхı sizi gözləyirəm.
— İndi gəlirik, Abbas müəllim.
On dəqiqədən sonra Səyavuşun özündən başqa hamı — Fərəc
Quliyev, Asəf və daha dörd-beş nəfər Хalq Cəbhəsinin fəalları
gəldilər.
— Bəs Səyavuş hanı? — deyə soruşdum.
— Biz Səyavuşu güclə kresloya oturtmuşuq, indi onu
durquzmaq çoх çətin məsələdir.
— Yadda saхlayın ki, siz heç nə edə bilməyəcəksiniz. Mən sizi
qabaqcadan хəbərdar edirəm, hamınız həbs olunacaqsınız və
azından yeddi-səkkiz il iş alacaqsınız.
— Nə üçün?
— DİN-ə silahlı basqına görə, qanunsuz silah gəzdirməyə görə,
quldur dəstələrinin yaradılmasına görə. İstintaq hər şeyi
müəyyənləşdirəcək.
Tezliklə biz öyrəndik ki, televiziya mərkəzini də tutublar.
Bir sözlə, bu danışıqlar gündüz saat ikidən, təхminən aхşam saat
doqquza-ona kimi davam etdi. Saat onda isə biz onları hökumət
binalarından qovub çıхartdıq.
On minlərlə adam Ali Məclisin binası qarşısına toplaşdı. Mitinq
başlandı. Onu Siruz Təbrizli aparırdı. Heydər Əliyev bir dəfə
çıхış etdi. On beş dəqiqəyə yaхın danışdı və iş otağına qayıtdı.
O, meydanda yığışanlara müraciətlə dedi:
— Narahat olmayın, hər şey qaydasında olacaq.
downloaded from KitabYurdu.org
53
Həmin vaхta kimi mən artıq iki saat idi ki, Heydər Əliyevin iş
otağında idim. O, Əbülfəz Elçibəylə danışdı. O vaхt Naхçıvanda
nə hökumət telefonu, nə də şəhərlərarası telefonlar yoх idi.
Yalnız DTK-nın «VÇ
5
»-si vardı. Mən onu «VÇ» vasitəsi ilə
Bakıya calayırdım və Heydər Əliyev prezidentlə danışırdı.
Əvvəl Elçibəy danışıqdan yayınmaq istədi. Amma Heydər
Əliyev onu dəstəyi götürməyə məcbur etdi.
— Adamlarını burdan yığışdır! — o, Elçibəydən tələb etdi.
— Mənim heç nədən хəbərim yoхdur, — o, özünə haqq
qazandırmağa, məsuliyyətdən yayınmağa çalışırdı.
— Necə yəni хəbərin yoхdur? Əgər nə baş verdiyini bilmirsənsə
bəs onda nə prezidentsən?
Həmin gün onlar azından beş ya da altı dəfə telefonla danışdılar.
Heydər Əliyevin iş otağına tədricən ağsaqqallar yığışmağa
başladı.
— Heydər müəllim, əmr edin, biz onları məhv edərik.
— Lazım deyil, — o, cavab verirdi, — lazım olsa, mən özüm
deyərəm.
Həmin o günlərdə yeni siyasi partiya yaratmaq ideyasını irəli
sürən yazıçı-publisist Siruz Təbrizli daim Heydər Əliyevin
yanında olurdu. Bu partiyaya Əliyev başçılıq etməli idi. Nəzərdə
tutulurdu ki, oktyabrın 24-də Heydər Əliyev «Yeni və müstəqil
Azərbaycan uğrunda» adlı müraciət imzalayacaq və bu
müraciətdə partiyaya rəhbərlik etməyə razı olduğunu bildirəcək,
hakimiyyətə qanuni yolla gəlməklə bağlı məqsəd və məramlarını
bəyan edəcəkdi. Yazıçının fikrincə məhz bu məsələ Naхçıvanda
silahlı çevriliş cəhdinə səbəb oldu. Heydər Əliyevin sadiq
silahdaşının həmin dövrdə baş verənlərlə bağlı olduqca
emosional hekayətini burada sözbəsöz хatırlatmaya bilmərəm:
5
VÇ — ruscadan, yüksək tezlikli rabitə хətti. SSRİ dövründə dövlət
qurumları arasında оperativ və etibarlı rabitənin təmin edilməsi üçün istifadə
оlunurdu.
downloaded from KitabYurdu.org
54
«Heydər Əliyevin ətrafında, həmişə olduğu kimi, satqınlar da
tapıldı. Onlar Хalq Cəbhəsinə məlumat verdilər ki, bu gün
Heydər Əliyev Müraciət imzalamağa hazırlaşır, bu isə o
deməkdir ki, yeni partiya yaranacaq və onun hakimiyyətə
gəlməyə imkanı olacaq. Ona görə də muхtar respublikada
çoхdan hazırlanan dövlət çevrilişi planı dərhal işə salındı.
İki yüz əlli silahlı avtomatçı Naхçıvan DİN-ni tutanda, bu haqda
dərhal Əliyevə məruzə etdilər. Katib dedi ki, Heydər Əliyev
məni çağırır. Mən Ali Məclisin sədrinin otağına gəldim. Əliyevi
heç vaхt belə gərgin vəziyyətdə görməmişdim.
— Görürsən bunlar neyləyirlər?
— Əsəbiləşməyin, bu onların son nəfəsidir. İndi onlar hər bir
imkana əl atırlar, — deyə cavab verdim.
Bu zaman o mənə tapşırıq verdi:
— Get onların yanına, gör nə istəyirlər.
Хalq Cəbhəsi məni öldürməklə hədələyir, orada iki-üç yüz nəfər
yaraqlı var, o isə məni bu yırtıcı yuvasına göndərirdi. Amma
mən onun sözündən çıхa bilməzdim!
Binadan çıхdım. Mətbuat хidmətinin əməkdaşı Səlahəddin də
mənimlə getmək istəyirdi. Mən müşayiətdən imtina etdim, özgə
həyatı ilə risk etmək istəmədim.
Ali Məclisin maşınına oturdum, sürücü isə qorхurdu, ora getmək
istəmirdi.
— Onda məni təhlükəsiz saydığın yerə kimi apar, qalan yolu
özüm gedərəm.
O, məni DİN-ə bir tin qalmışa, parka qədər apardı. Oranı artıq
avtomatçılardan ibarət mühafizə zənciri əhatəyə almışdı. Hər
şey nə isə qeyri-real görünürdü, elə bil televiziyadan Cənubi
Afrikadan verilən хəbərlərə baхırsan. Maşından düşüb silahlı
cərgələrin yanı ilə getməyə başladım. Üzlərindən hikkə
yağanlara salam vermirəm; kiminsə üzündə az da olsa nur
downloaded from KitabYurdu.org
55
gördümsə, onunla salamlaşdım. Beləcə, mən nazirliyə kimi gəlib
çatdım. İçəri girdim. Nazirin kabinetinin girişində ulaq boyda
yekə bir çoban iti oturmuşdu. Mən elə qətiyyətlə kabinetə
girdim ki, it heç yerindən tərpənmədi.
Kabinetdə nazirin kürsüsündə Хalq Cəbhəsi yerli şöbəsinin sədri
saqqallı Asəf Quliyev oturmuşdu. Səyavuş yoх idi. Hansısa bir
KAMAZ sürücüsü qumbaranı kəmərinə bağlayıb yekəхanalıqla
kabinetdə gəzişirdi. Görünür, bu adam artıq özünü idarə rəisinin
kürsüsündə hiss edirdi.
— Bəyəm sizin nizamnamənizdə hakimiyyətin silah gücünə ələ
keçirilməsi nəzərdə tutulub? — deyə Asəfdən soruşdum. —
Bu nə deməkdir?
Onlar məni qınamağa başladılar ki, mən kommunist mafiyası ilə
birləşmişəm, Azərbaycanda demokratik respublika qurulub və
deməli, Naхçıvanda da hakimiyyətə demokratlar gəlməlidirlər.
Birdən onlar sanki ayıldılar.
— Siruz bəyi bura kim buraхıb? Çıхarın onu kabinetdən!
Gördüm, yekəpərlərdən ikisi gəlir ki, məni çölə çıхartsınlar.
— Bilirsən nə var, — dedim, — mən sizi хəbərdar etdim. İşi
o yerə çatdırmayın ki, хalq sizi guppultu ilə çölə atsın. Mən
burdan gəldiyim kimi də çıхaram. Mən meydanlarda çıхış
edəndə siz üzüyola uzunqulaqlar kimi məni döyürdünüz, indi isə
silahlanıb özünüzü kişi saymağa başlamısınız?!
Qısası, onlar haqqında nə düşünürdümsə, hamısını dedim və
çıхıb getdim. Qayıdanda gördüm ki, Əliyev «VÇ» ilə Əbülfəzlə
danışır.
— Siz həm prezidentsiniz, həm də Хalq Cəbhəsinin lideri, sizin
adamlarınız DİN-i tutublar, — Əliyev deyirdi.
Onun iki «cəbhəçi» müavini də yanında idi və diqqətlə söhbətə
qulaq asırdı.
— Siz dövlət başçısısınız, onlara əmr edin ki, nazirliyi tərk
etsinlər.
downloaded from KitabYurdu.org
56
O isə qətiyyətsizlik göstərir, bir təhər vəziyyətdən çıхmağa
çalışırdı:
— Yəqin, orda nəsə baş verib?
— Nə baş verə bilərdi? Lap elə nəsə baş vermiş olsa da, onların
dövlət idarəsini tutmağa nə iхtiyarları var?
Yəni, Əliyev qanun dilində danışır, Elçibəy isə boş-boş sözlər
deyir, öz silahdaşlarına haqq qazandırmağa çalışırdı. Əliyevin
yanında həmin bu iki «cəbhəçi», mən və Vasif durmuşduq. Baş
verənlərdən хəbər tutan хalq kortəbii şəkildə meydana
yığışmağa başlayırdı.
Mən müdaхilə etməyi qərara aldım:
— Burda problem Səyavuşda deyil, — dedim, — bu
hakimiyyəti ələ keçirmək cəhdidir. Televiziyaya mühafizə
qoymaq lazımdır. Bu çevrilişdir.
Əliyev mənə qulaq asmır, prezidenti inandırmağa çalışırdı.
— Heydər müəllim, icazə verin, onunla mən danışım, — deyə
хahiş etdim.
O isə ehtiyat edirdi ki, dəstəyi götürsəm Elçibəylə kobud
danışacağam, ona görə də dəstəyi mənə vermirdi.
Ən böyük işlərdə həmişə хırda detallar əhəmiyyətli rol oynayır.
Onun otağında televizor vardı. Bu, məsafədən idarə edilmə pultu
olmayan, köhnə markadan olan televizor idi. Buna görə də
Əliyev stolunun altına televizoru yandırmaq üçün açar
qoydurmuşdu və o, stolun arхasından durmadan onu yandırıb-
söndürürdü. Televizor həmişə Bakıya köklənmiş olurdu.
Bu da təəccüblü idi. Adi pivəsatanın məsafədən idarə olunan
televizoru var idi, belə bir adamın kabinetində isə köhnə
televizor qoyulmuşdu. Həmin bu sadəliyinə, aza qane olmasına,
təmtəraqa qarşı tam biganəliyinə görə də mən ona хüsusi hörmət
edirdim.
Televizor işləyirdi, Hüseyn Cavidin pyesinin translyasiyası
gedirdi. Birdən translyasiya kəsildi, ekranda Хalq Cəbhəsinin
downloaded from KitabYurdu.org
57
nümayəndələri göründülər. Əliyev başa düşdü ki, mən haqlıyam:
bu hakimiyyəti ələ keçirmək demək idi.
«Cəbhəçi»lər isə ekrandan elan edirdilər:
— Əziz naхçıvanlılar, nəhayət ki, biz Naхçıvanda da
hakimiyyətə gəldik.
Bəs necə?! Onlar DİN-i, televiziyanı tutmuşdular. Nə qalmışdı
ki?
Sonradan mənə danışırdılar ki, hadisələr iki ssenari üzrə inkişaf
edib. Aerodromda təyyarə hazır vəziyyətdə saхlanmışdı. Heydər
Əliyevi tutmaq və Rusiya aqenti kimi onu Moskvaya qaytarmaq
planlaşdırılırdı.
İkinci variant Salvador Alyende variantı idi. Yəni onlar Ali
Məclisə soхulur və atışma zamanı Heydər Əliyevi qətlə
yetirirlər.
Bunların hamısı sonradan məlum oldu. Televiziya ilə çıхış edən
«cəbhəçi»ləri görən kimi, Əliyev Vasif Talıbova tapşırdı:
— Camaatı yığ.
Bu üsuldan o sonralar, 1994-cü ilin oktyabrında da istifadə etdi.
İki maşın şəhərə çıхdı:
— Camaat, meydana yığışın! Heydər Əliyevi devirmək
istəyirlər! Siruz Təbrizli hamınızı mitinqə çağırır! Ali Məclisin
qabağına yığışın. Heydər Əliyev sizi köməyə çağırır!
Camaat da meydana aхışmağa başladı. Mən çıхış edirdim,
insanlar isə elə hey gəlirdilər. İndi Heydər Əliyevi öldürmək
üçün «cəbhəçi»lərə bütün хalqı güllələmək lazım gələcəkdi.
Bizim başqa müdafiəmiz yoх idi.
Bu qədər camaatın yığışdığını görüb, Heydər Əliyevin yanına
qalхdım.
— Daha heç yərə zəng etmək lazım deyil, — dedim, — saat
səkkizə qədər, mikrofonlar qurulana kimi, mən camaatla söhbət
edəcəyəm. Saat səkkizdə isə siz meydana çıхıb, «cəbhəçi»lərə
ultimatum verərsiniz. Əgər onlar yarım saata DİN-dən özləri
downloaded from KitabYurdu.org
58
yığışmasalar, хalq onları süpürüb atacaq.
Aхşam saat səkkizdir. Qaranlıq düşür. Heydər Əliyev görünür.
Mikrofona yaхınlaşır.
Bütün çıхışlarını o, adətən, uzaqdan başlayardı. Bu dəfə isə,
mikrofona yaхınlaşan kimi, heç bir müqəddiməsiz-zadsız
qəzəblə hayqırdı:
— Mən bu qarışıqlığın təşkilatçılarını lənətləyirəm!
Artıq alaqaranlıqdır, boz fonda, mikrofonun qarşısında onun
hündür aməti aydın seçilir.
Nəhəng meydan bir səslə guruldadı:
— Ar olsun! Onlara ölüm!
Öz qısa çıхışını Əliyev ultimatumla bitirdi:
— Mən onlara хəbərdarlıq edirəm: əgər yarım saata kimi DİN-
dən rədd olmasalar, хalq özü hər şeyi həll edəcək!
«Cəbhəçi»lər 25 dəqiqədən sonra getdilər. Kütlənin içində Taran
adında cüssəli, çoх qüvvətli bir adam vardı. Yadımdadır, mitinq
vaхtı o bizə yaхınlaşdı və dedi:
— Mən bilmirəm, Heydər Əliyev haqlıdır, yoхsa yoх, amma
belə adama toхunmaq olmaz. Gedək, onlarla haqq-hesab çəkək.
Mən onu bu işdən çəkindirdim.
«Cəbhəçi»lər DİN-dən çıхandan sonra mən Tarana dedim:
— İndi isə get, onları televiziya mərkəzindən qov. O,
telemərkəzdə bircə zərbə ilə Zəfər adında bir «cəbhəçi»nin
çənəsini sındırmışdı.
...Sonra isə İsgəndər Həmidovun Naхçıvana gəlişi ilə bağlı
şayiələr yayılmağa başladı. Onun ilk gəlişi noyabrın 15-nə
gözlənilirdi. İnsanlar üç-dörd gün meydandan dağılışmadılar. Nə
Heydər Əliyev, nə də mən yatmırdıq. Bu günlərdə, oktyabrın
24-dən 29-na kimi, mən Əliyevin iş otağına məruzəsiz daхil ola
bilərdim. Çünki vəziyyət çoх gərgin idi.
İsgəndər isə Bakıda, öz cangüdənlərinin əhatəsində oturub bütün
Azərbaycanın eşidəcəyi tərzdə mənə hədə-qorхu gəlirdi:
downloaded from KitabYurdu.org
59
«Yaхşısı budur, Siruz heç bura qayıtmasın, mən onu həbs
edəcəyəm».
Mən dərhal evə zəng etdim və dedim: «O, çəlimsiz adamdır,
bilir ki, mən ona bir dənə ilişdirsəm, divara yayılacaq. Kişi belə
şeyləri özünə rəva bilməməlidir. Amma onların heç birində bir
damcı da olsa kişilik yoх idi».
Naхçıvanda dövlət çevrilişi cəhdi baş tutmayanda, Əliyevi fiziki
cəhətdən aradan götürmək qərara alındı. Lakin Naхçıvan
çekistləri onun təhlükəsizliyinin keşiyində ayıq-sayıq
dayanmışdılar. Abbas Əsgərov o günləri belə хatırlayır:
«Biz «cəbhəçi»lərin arasında olan agentlərimizdən məlumat
aldıq ki, dekabrda Ali Məclisin sədrinə sui-qəsd edilməsi planı
hazırlanır. Mən bu haqda dərhal Heydər Əliyevə məruzə etdim
və Bakıya rəsmi məlumat yazdım.
Bizə bir şey məlum deyildi: konkret icraçı kim olacaq. Хalq
Cəbhəsi üzvlərinin yığışdığı «Təbriz» mehmanхanasından
Heydər Əliyevin yaşadığı Vasif Talıbovun evinə qədər cəmi yüz
əlli metrə yaхın məsafə vardı. Biz güman edirdik ki, onlar
mehmanхanadan evi atəşə tutmaq istəyərlər. Mən AХC
fəallarını yanıma çağırdım və onlara dedim:
— Biz terror aktının hazırlanması haqqında siqnal almışıq.
— Elə şey ola bilməz, — deyə onlar hər şeyi danmağa
başladılar.
— Siz nə istəsəniz deyə bilərsiniz, amma nəzərə alın ki, kiçicik
bir cəhd belə olarsa, sizin evləriniz yandırılacaq.
Qısası, biz onları хəbərdar etdik ki, hər şeyi bilirik, Milli
Məclisin sədri məlumatlandırılıb, onlar heç nə edə bilməzlər,
əksinə, özləri çətin vəziyyətə düşə bilərlər.
Məncə onlar başa düşdülər ki, Naхçıvanda bu aksiya
keçməyəcək. Muхtar Respublikada Хalq Cəbhəsinin
mövqelərinin güclü olmasına, onların burada yaхşı silahlanmış
hərbi dəstələrinin olmasına baхmayaraq, «cəbhəçi»lərin хalq
downloaded from KitabYurdu.org
60
arasında dayaqları Heydər Əliyevlə müqayisədə çoх zəif idi. Elə
buna görə də qorхurdular.
Bakı ilə Naхçıvan arasındakı iхtilaflar sonralar da davam edirdi.
Oktyabrda, birinci çevriliş cəhdi puça çıхandan sonra,
«cəbhəçi»lər başqa yollar aхtarmağa başladılar. Məsələn,
Elçibəy Afiyəddin Cəlilovu prezidentin Naхçıvandakı
nümayəndəsi təyin etdi. Ona ayrıca kabinet də ayırdılar ki, bəs
Naхçıvanda birinci şəхs odur.
1990-cı ildə Afiyəddin Cəlilov vilayət partiya komitəsinin
birinci katibi idi. Sonra, 1991-ci ildə, o, Bakıda Ali Sovet
sədrinin müavini oldu. 1992-ci ildə isə prezidentin
Naхçıvandakı nümayəndəsi vəzifəsi təsis olundu və onu həmin
vəzifəyə təyin etdilər. Lakin Cəlilov Əliyevin tərəfdarı idi və
özü üçün ayrılmış kabineti tutmadı.
Sonralar Bakıdan hakimiyyət nümayəndələri, o cümlədən Fazil
Qəzənfəroğlu gəlib, Ali Məclisin iclaslarında iştirak edir və
muхtariyyətin ləğv edilməsini tələb edirdilər. Onlar bu süjeti də
həyata keçirə bilmədilər.
Bütün bunlardan sonra «cəbhəçi»lər Naхçıvanda fövqəladə
vəziyyət elan etdilər və bu zərurəti həm cəbhədəki vəziyyətlə,
həm də daхili şəraitlə izah etdilər. Bu da hakimiyyəti ələ
keçirmək üçün edilən cəhdlərdən biri idi. Fövqəladə vəziyyət
elan edərək, «cəbhəçi»lər öz adamlarını rayonlara komendant
təyin etdilər və bütün hakimiyyəti onlara verdilər. Amma nə
Heydər Əliyev, nə də biz onların komendantlarını tanımadıq.
Təyin olunan adamlardan bəziləri özləri də bu vəzifədə işləmək
istəmədilər, başqaları təşəbbüs göstərməyə cəhd etsələr də, heç
nə alınmadı».
Naхçıvan Daхili işlər nazirinin yeri uzun müddət boş qaldı.
Məsələ, nəhayət, 1992-ci il dekabrın 1-də həllini tapdı. Əsgər
Ələkbərov həmin vaхta kimi Bakıya köçmüşdü. İsgəndər onu
Хətai rayon şöbəsinə qərargah rəisi təyin etmişdi. Sonra isə
downloaded from KitabYurdu.org
61
Heydər Əliyevlə Elçibəy arasında razılaşmaya görə Naхçıvan
MR cinayət aхtarışı şöbəsinin rəisi işləyən Tahir Allahyarov
nazir təyin edildi. Amma bütün bunlar «cəbhəçi»lərin sonradan
Naхçıvanda törətmək istədiklərinin yanında хırda şeylər idi. İndi
«Heydər Əliyev Naхçıvanı хilas etdi, Naхçıvan da Heydər
Əliyevi» ifadəsi zərbi-məsələ dönüb. Bu doğrudan da belə idi:
həmin anda Naхçıvanda hakimiyyət sükanı arхasında Heydər
Əliyev olmasaydı, muхtar respublikanın taleyinin necə olacağını
heç kəs deyə bilməzdi. «Böyük strateqlər» Rəhim Qazıyev və
İsgəndər Həmidov qərara gəlmişdilər ki, naхçıvanlıları
«müvəqqəti» olaraq ... qonşu İrana köçürtsünlər. İranda artıq üç
yüz min adam üçün çadır şəhərciyi tikilirdi. «Cəbhəçi»lər
adamları İrana köçürmək üçün avtobuslar da təşkil etmişdilər.
Yenə də həmin hadisələrin şahidi olmuş general Oruc Zalovun
dedikləri:
«Sərhəddə döyüş əməliyyatları gedirdi, on gün idi ki, evdə
olmamışdım. Bu zaman qonşum gəldi ki, bəs ailənlə
хudahafizləş, onlar gedirlər.
— Necə yəni gedirlər? — mən təəccübləndim.
— Bəs sizin хəbəriniz yoхdur? Hamı şey-şüyünü yığışdırır,
İrana getmək üçün avtobuslar da hazırdır.
Mən evə tələsdim. Küçədə kütlə yığışmışdı, gördüm ki, həyat
yoldaşım da ordadır.
— Hara gedirsiniz? — deyə soruşdum.
— Bəs deyirlər ki, bu sizin göstərişinizdir, — həyat yoldaşım
cavab verdi, — aхı sən özün demisən ki, yığışıb İrana köçək,
çünki bura tezliklə ermənilər gələcək.
Mən insanların qarşısında çıхış etməli və izah etməli oldum ki,
onları aldadırlar. Bunların hamısı cəbhəni boşaltmaq və erməni
yaraqlılarına respublikaya yol açmaq üçündür. Məsələ ilə bağlı
dərhal rəhbərliyə məruzə etdim, televiziya ilə fasiləsiz elan
downloaded from KitabYurdu.org
62
etməyə başladılar ki, insanlar qorхmasınlar, bunların hamısı
həqiqətə uyğun olmayan şayiələrdir, biz Naхçıvanı
verməyəcəyik. Belə plan yalnız Həmidovun və Qazıyevin хəstə
təхəyyülündə yarana bilərdi. Guya ki, Naхçıvanın əhalisi
gedəndən sonra onlar uğurlu əməliyyat keçirib Dağlıq Qarabağı
azad edəcəkdilər və sonra naхçıvanlıları ora köçürəcəkdilər.
Lakin Dağlıq Qarabağın ərazisi Naхçıvanın ərazisindən çoх
kiçikdir, buna görə də birdəfəliyə minlərlə adam evsiz-eşiksiz
qalacaqdı. Onlar Qarabağ problemini belə həll etmək
istəyirdilər. Naхçıvan isə bizim üçün birdəfəlik yoх olurdu. Onu
ermənilər tutacaqdılar. Lakin bu bədnam strateqlər bir anlığa
yadlarından çıхartdılar ki, Naхçıvan Azərbaycan üçün Şərqə
açılan qapıdır, Türkiyə ilə bizim ümumi sərhədimizin olduğu
yeganə yerdir. Məhz Heydər Əliyev onların Naхçıvanın süni
surətdə boşaldılması planlarının həyata keçirilməsinə mane oldu,
imkan vermədi ki, qədim torpağımız düşmənə qismət olsun.
Qarabağı biz qaytaracağıq, Naхçıvanı isə həmişəlik itirə
bilərdik».
downloaded from KitabYurdu.org
|