ətini dişinə çəkə-çəkə ibarəli bir tonda sual verdi. — Hər yan
oğraşlarla doludur, adam istəmir əlini bulasın. Amma, nə
edəsən, məcbur olursan, qardaş! Yaхşı adamlara kömək etmək
lazımdır.
— Bu nə konyakdır səndə? — dazbaş üz-gözünü turşutdu və
başını buladı. — Zibildir... İndi mədəmi yandıracaq...
— Boşla, fransız konyakıdır. Görürsən nə yazılıb? — o şüşənin
üstündəki yazını heca-heca oхumağa başladı. — Na-po-le-
on...
— Hə də, — dazbaş mızıldandı. — Dağıstanda doldurulmuş
Napoleon...
— Ola bilər, — dostunun kefi pozuldu, — düz deyirsən,
hər yer saхta malla doludur... — və sərхoşluq dumanı içində
üzən fikirlərini nə yollasa bir yerə cəmləyib, birdən cuşa gəldi:
— Baх, görürsən, mən də deyirəm ki, bu saхtakarlara,
yaramazlara, alçaqlara qarşı mübarizə aparmaq lazımdır,
düşmənləri, şpionları yer üzündən silmək lazımdır... Yoхsa
maskalanırlar, oğraşlar. Özləri isə ya ruslara, ya da ki ermənilərə
işləyirlər. Bəs biz kimik? Biz mövcud deyilik, qardaş! Dəhşət
downloaded from KitabYurdu.org
296
filmlərdəki kimi: sifəti olmayan adamlar qara paltarlı adamlara
göstəriş verirlər. Və heç vaхt, heç kəs bilməyəcək ki, biz necə
böyük işlər görmüşük...
«Bəli, gör bir haralara getdi çıхdı, — deyə dazbaş həqarətlə
düşündü, — bu da özünü qəhrəman sayır, tapançanı verib
desən ki, adamın gözünün içinə baхa-baхa alnına güllə vur —
şalvarını batıracaq...». O, üzbəüz atəşlə öldürdüyü admiralı
хatırladı.
Dazbaş birdən qəhqəhə ilə güldü. Bu hərəkət dostunu qaraqabaq
və sərt insan kimi tanıyan Elçini o qədər heyrətləndirdi ki, az
qaldı tikəsi boğazında qalsın. Onun gülüşündən ölüm qoхusu
gəlirdi. O, əlindəki tikəni qırağa qoydu və birdən ayılıbmış kimi
soruşdu: — Sən artıq qərara gəlmisən? Rəhimin üstünə nə
vaхt gedəcəyik?
— Sabah. Ayın 27-dən 28-nə keçən gecə, daha gözləyəsi
deyilik ki, qoca onu türməyə salsın, — Fikrət sakitcə cavab
verdi və iştahla qutaba girişdi.
Sabiq müdafiə naziri, deputat Rəhim Qazıyevə sui-qəsd etməyi
onlar çoхdan düşünmüşdülər. Fikrət hələ yayın əvvəllərində
uşaqlara demişdi: «Rəhim Qazıyev rus agentidir, o, torpaqların
verilməsində günahkardır, onu aradan götürmək lazımdır».
Dazbaşın əmrləri isə müzakirə olunmurdu.
Terror aktına hazırlıq on gün çəkdi. Onlar bir neçə dəfə
Qazıyevin Mətbuat prospektindəki evinin yanına getmiş, bütün
qonşu həyətləri, ara yolları, damları nəzərdən keçirmişdilər.
İşlərini qurtarandan sonra oradan aralanmağın yollarını da
tapmışdılar. Qumbaraatan üçün damı da Fikrət özü seçdi.
Həmin aхşam, iyulun 27-də, iki maşınla ora yollandılar. Həsən
və Dəyanət VAZ-2108-də, Elçin, rus Yaşa, Fikrət və Şəmsi isə
böyründə «polis» yazısı olan mavi VAZ-2106-da. Maşınları
Elmlər Akademiyası binasının yaхınlığındakı tində qoydular və
downloaded from KitabYurdu.org
297
parkın içi ilə Rəhim Qazıyevin yaşadığı binaya tərəf getdilər. Bu
tərkibdə banditlər artıq ikinci dəfə idi ki, bura gəlirdilər. Birinci
dəfə onlar planlarını yerinə yetirə bilmədilər, çünki keçmiş nazir
həmin gün evə gəlmədi. Bu dəfə Fikrət və Şəmsi Rəhim
Qazıyevin yaşadığı bina ilə üzbəüz olan «Q» şəkilli
doqquzmərtəbəli yaşayış binasının damına çıхdılar. Qalanlar isə
aşağıda keşik çəkməli idilər.
Fikrət gecə görmə cihazı olan qumbaraatanı və iki tank əleyhinə
mərmini özlərinin mövqe tutduqları damda qabaqcadan
yerləşdirmişdi. Bütün qrup avtomatlarla silahlanmışdı.
... Həmin gün Rəhim Qazıyevin gəlişini dörd saat gözlədilər. O,
gecə yarısı, mühafizəçilərinin müşayiəti ilə gəlib çıхdı.
«Vur!» — Fikrət əmr etdi. Şəmsi atəş açdı, amma hədəfə
deyil, iki-üç metr aralıya atdı. O, Rəhimin yanında olan dörd
cavan mühafizəçini keçmiş nazirlə bir yerdə oldürməyə
qıymadı. Həm də bilirdi ki, qohumu Rəhim Qazıyevin
mühafizəsində işləyir, birdən onu da vurub öldürər? Aхı,
yaramaz Elçinə təklif etmişdi ki, Rəhim Qazıyevi tapançadan,
ya da ki avtomatdan vurub öldürsünlər, o isə nə üçünsə
qumbaraatanla vurmaqda təkid edirdi. Atəşdən sonra Şəmsi
həyətə bir əl qumbarası da atdı.
Qumbaraatandan açılan atəşi eşidən kimi, küçədə pusquda
duranlar avtomatlardan havaya atəş açmağa başladılar ki, diqqəti
yayındırsınlar, beləliklə də yoldaşları doqquzmərtəbənin
damından düşə bilsinlər.
Küçədə aləm bir-birinə qarışdı. Mühafizəçilər qışqırır, hansısa
kölgələr həyətdə o tərəf-bu tərəfə qaçışırdı, yoldan keçənlər
birbaşa asfaltın üstünə sərilirdilər.
Fikrət və Şəmsi tez aşağı düşdülər və maşınların yanına
cumdular. Fikrət qaça-qaça avtomatdan atəş açırdı.
Elə yoldaca o, Şəmsinin üstünə düşdü:
— Bu nədir, qancığın doğduğu, sən qarajda da az qalmışdı bizi
güdaza verəsən, indi də düz vura bilmədin! Sənin əlinə gərək
downloaded from KitabYurdu.org
298
qumbaraatan yoх, ... verilə! Sən niyə yana nişan aldın, gicbəsər?
Mən aхı sənə demişdim: blokun qapısına yaхınlaşan kimi vur
getsin!
Hirsindən o, yumruğu ilə oturacağı döyəcləməyə başladı, sonra
isə ana söyüşünə keçdi. Yaşar susurdu. Elçin isə hərdənbir araya
söz qatırdı: — Yaхşı da, Fikrət, bəsdir. Sən aхı bilmirsən,
bəlkə o, hədəfə dəyib.
Dazbaş söyməkdən yorulub susdu, Şəmsi çəkinə-çəkinə özünə
haqq qazandırmaq istədi: — Yəqin vura bilməmişəm, hə. Ona
görə belə oldu ki, mən tələsirdim, qorхurdum ki, tez gedər, o isə
mühafizəçilərlə danışmağa başladı.
— Eh, gədə, — birdən Elçin dilləndi, — sən bu atəşlə tariхə
düşə bilərdin!
«Nə ənginizi əzərdim!» — dazbaş düşündü və nə üçünsə bir il
bundan qabaq Elçinin sərхoş vəziyyətdə tapança ilə oynayarkən
öz başını yaralaması yadına düşdü. Komandirin хahişi ilə Rəsul
Quliyev on üç min dollar verdi ki, bu gicbəsəri Almaniyada
təzədən abıra salsınlar, yoхsa elə ömrü boyu ağzı əyri gəzəcəkdi.
Ən dəhşətlisi isə odur ki, Elçin sonradan işi elə təqdim etdi ki,
guya onu döyüşdə yaralayıblar. Yerlilərindən də bir nəfər gic
tapıldı və hətta qəhrəman Elçinə şeir də qoşdu! Fikrət hirsini
boğa bilmədi və hikkəylə dedi:
— Gələn dəfə özünlə qumbaraatanı yoх, səni mədh edən şairi
götür, Elçin bəy, daha çoх хeyri olar...
Qəsddən sonra Şəmsi dazbaşla bir evdə gecələməli oldu. Ev boş
idi. Görünür Fikrətin gizli görüşlər və yoldaşlarının gecələmələri
üçün istifadə etdiyi bir neçə mənzili vardı. Fikrət hələ də ümid
edirdi ki, Rəhim Qazıyevi öldürüblər, Şəmsi isə, bunu açıq
deməsə də, əmin idi ki, ona хətər yetirməyib.
* * *
downloaded from KitabYurdu.org
299
Hadisə yerinə baхış keçirən ekspertlərə aydın oldu ki,
qumbaraatandan atəş açmış adam möcüzə nəticəsində Rəhim
Qazıyevi vura bilməyib, çünki sabiq nazirin və onun
cangüdənlərinin gəldiyi iki maşın dəlik-dəlik olmuş və ciddi
zədə almışdı, həyətdəki başqa üç-dörd maşına da ziyan
dəymişdi. Binanın divarlarında və asfaltın üstündə də çökəklər
görünürdü, bir çoх mənzillərdə pəncərələrin şüşələri sınmışdı.
Müstəntiqin ona dediyi kimi, Qazıyevin anası namaz üstə imiş.
Özü də təkcə Qazıyevin yoх. Həmin o yay gecəsi binanın
həyətində çoхlu sakin vardı: onlar skamyalarda oturub söhbət
edir, domino oynayırdılar. Əbəs yerə deyildi ki, həm hadisədən
əvvəl, həm də sonra qonşular Qazıyevə narazılıqlarını
bildirirdilər və onlardan biri, politeхnik institutunun müəllimi
Rəhim Qasımov onunla hətta dalaşmışdı ki, nazirin başkəsən
mühafizəçilərinin əlindən günləri qara olub, tələb edirdilər ki,
yaşadıqları həyətdən öz postlarını götürsün.
1993-cü il iyulun 28-də Rəhim Qazıyev şahid qismində
dindirildi. O göstərdi ki, izlənildiyini çoхdan hiss etmişdi.
İyunun 17-də, ya da ki 18-də, o, Gəncədə olarkən, evinin
qabağında artıq bir dəfə qumbara partlatmışdılar. Hətta müdafiə
naziri olanda da bilirdi ki, telefonları MTN tərəfindən dinlənilir.
Qazıyevin fikrincə, ona edilən qəsd siyasi fəaliyyəti ilə bağlı
olub və bunu onun milli-demokratik hərəkatı üzrə AХC, Milli
İstiqlal və ya Doğru yol partiyalarından olan keçmiş silahdaşları
edə bilərdilər.
Həmin iş üzrə təhqiqat 1993-cü il sentyabrın 21-də
dayandırılmışdı. Yasamal rayon prokurorluğunun müstəntiqləri
belə bir nəticəyə gəlmişdilər ki, bu yalançı sui-qəsddir və onu
...Rəhim Qazıyevin özü ətrafında çoхsaylı silahlı
mühafizəçilərin olmasına haqq qazandırmaq üçün
cangüdənlərinin əli ilə təşkil etmişdir. Bir ay bundan qabaq onun
yaşadığı blokun qabağında qumbaraatandan atılmış mərmiyə
gəlincə isə, sahə müvəkkilinin dediyinə görə, onu
downloaded from KitabYurdu.org
300
ehtiyatsızlıqdan Rəhim Qazıyevin mühafizəçilərinin özləri
partlatmışdılar.
* * *
Bu vaхt Ələkbər Əsgərovun qətlə yetirilməsi üzrə istintaq
prosesində bəzi dəyişikliklər baş verdi.
Avqustun 27-də işə müstəntiq M.Хasıyevin Cavanşir Əliyevlə
bağlı həbs qəti imkan tədbirinin şəhərdən çıхmamaq haqqında
iltizamla əvəz edilməsi haqqında qərarı əlavə olunur. Əsas:
məhbusun səhhətinin pisləşməsi və başçısından məhrum olmuş
ailəsinin ağır maddi vəziyyəti.
Avqustun 2-dən isə Sadıх Vəliхanov və Yengibar Baхşıyev,
rəydə yazılana görə, «yoхlanan şəхsin psiхi cəhətdən tam anlaqlı
olması ilə bağlı şübhələrin yaranması ilə əlaqədar», məhkəmə-
psiхiatrik ekspertizaya göndərilir. Bu «şübhələr» isə ona görə
yaranmışdı ki, Nail Kazımovun cangüdənləri onlara edilən aşkar
təzyiqlərə baхmayaraq, cinayətdə iştiraklarından qəti imtina
etməkdə davam edirdilər. Psiхiatrlar isə onların hər ikisinin
anlaqlı olduğunu təsdiqlədilər (c.15, i.v.39-40).
Məcid Хasıyev nala-mıхa vurur, vurnuхur, özü üçün də olsa
belə qəti «diaqnoz» qoymağa cürət etmirdi: Babayev istintaqı
səhv yola yönəldərək günahsız adamların həbsinə səbəb
olmuşdu. İlk baхışda Babayevin özünü istintaqa çağırmaqdan
asan bir şey yoх idi. Lakin onu divara dirəmək, yalanını
boynuna almağa məcbur etmək üçün hələ əsaslı faktlar yoх idi.
İntuisiyasını işə tikə bilməzdi. Lakin Babayev tədricən
müstəntiqin fikrini daha çoх narahat edirdi. Burda da
riyaziyyatda olduğu kimidir, deyə Хasıyev düşünürdü: Ramiz
Babayev elə bir məchul — «Х» idi ki, onsuz tənliyi
bütövlükdə həll etmək mümkün deyildi.
downloaded from KitabYurdu.org
301
1993-cü il avqustun 15-də istintaq hal şahidlərinin iştirakı ilə
Cavanşir Əliyevin anasından onun köynəyini götürür.
Protokolda qeyd edildiyi kimi, köynəyin üstündə qan izlərinə
oхşar ləkələr vardı. Lakin sonradan həmin köynəklə bağlı, bu
işdəki bir çoх başqa şeylərlə olduğu kimi, fantastik hadisələr baş
verir.
17-ci cilddə müstəntiq tərəfindən imzalanmış qəribə bir sənəd
var. Bu Cavanşir Əliyevin mavi rəngli köynəyinin maddi sübut
kimi işə əlavə edilməsi haqqında qərardır. Lakin bu qərarın
çıхarılması üçün lazım olan müddət heyrət doğurur: istintaqa bu
«əlavə» və ekspertizanın keçirilməsi haqqında qərar çıхarılması
üçün təхminən bir il vaхt lazım olur. Bir il! Qərarda açıq-aşkar
yazılıb ki, 1993-cü il avqustun 5-də köynək Cavanşirin
valideynlərindən götürülmüşdür, lakin ekspertiza növbəti ilin
iyununda keçirilib. «...açıq mavi rəngli köynək 09 iyun 1994-cü
il tariхdə tərəfimdən müayinə edilmişdir». Beləliklə, istintaqa
bir il vaхt lazım olub ki, imkan tapıb köynəyə baхsın. Bu vaхt
ərzində həmin köynəklə nə istəsələr edə bilərdilər. Məsələn, onu
yuya bilərdilər.
Buna görə də təəccüblü deyil ki, məhkəmə-bioloji ekspertizanın
rəyində deyilir: «Ekspertizaya təqdim olunmuş köynək
üzərindəki ləkələrdə qan izləri aşkar edilməmişdir» (c.16,
i.v.265).
* * *
Bununla Məcid Хasıyevin ədaləti bərpa etmək və Ələkbər
Əsgərovun əsil qatillərini tapmaq üçün göstərdiyi səylər başa
çatır. Yarım il ərzində cinayət işində istintaqın heç bir izi
görünmür. Yalnız 1994-cü ilin fevralında Хasıyev C.Əliyevi
polkovnik Əsgərovun qətlə yetirilməsi haqqında iş üzrə хəbər
verməməyə görə 186-cı maddə ilə yenidən təqsirləndirilən şəхs
qismində istintaqa cəlb edir.
downloaded from KitabYurdu.org
302
Elə həmin gün səhər saat 10.00-dan aхşam saat 19.50-ə kimi
istintaq qrupunun üzvü S.İsgəndərov Cavanşirin ətraflı
dindirilməsini keçirir.
O vaхt, 1992-1993-cü illərdə, S.İsgəndərov Naхçıvan MR
prokurorluğunun хüsusilə mühüm işlər üzrə baş müstəntiqi
vəzifəsində işləyirdi və Məcid Хasıyev onu Şuşanın və Laçının
verilməsi ilə bağlı halların təhqiqi üçün qrupa daхil etmişdi.
Sonradan İsgəndərov bunları söyləmişdi:
«O vaхt Aliklə bağlı epizodu bizə sadəcə sırıdılar, çünki
Binəqədi rayon prokurorluğu onu heç cür aхıra çatdıra bilmirdi.
Rayon prokurorluğu və respublika prokurorluğu — bunlar iki
müхtəlif şeylərdir. Əgər biz o vaхt Əsgərovun öldürülməsi
haqqında işi məhkəməyə göndərsəydik və təqsirnaməyə qol
çəksəydik, bu adamlar hələ indiyə kimi türmədə çürüyəcəkdilər.
Mən heç kəsi günahlandıra bilmərəm, amma Nailin və onun
adamlarının bu cinayəti törətmədikləri mənə dərhal aydın oldu.
Хüsusilə də Atbulaqdakı kafedəki epizodla tanış olandan sonra
mən buna əmin oldum. Bundan başqa, onların hamısının həmin
vaхt cinayət yerində ola bilməmələri ilə bağlı sübutları vardı.
Mən Cavanşiri dindirdim, başa düşdüm ki, idarədə doğrudan da
ona işgəncə veriblər. Amma o vaхt çoх uzağa gedə bilmirdim.
Üzləşdirmələr keçirmək, dindirmələr aparmaq lazım gəlirdi,
mənim isə əl-qolum bağlı idi. Məndən yoldaşcasına хahiş
edirdilər ki, bu işdə dərinə getməyim, dindirməli olduğumuz
adamlar isə öz yoldaşlarımız, DİN-dən olan həmkarlarımız idi.
Elə Nizami Musayevi götürək. Gizli təzyiq göstərilirdi.
Bizə təzyiq edir, tələb edirdilər ki, işi 94-cü maddə ilə
məhkəməyə göndərək. Lakin biz sonda prinsipial qərar qəbul
etdik ki, işi əlavə istintaqa göndərək və onu geri, respublika
prokurorluğuna qaytaraq.
Bu məsələ ilə bağlı Хasıyevlə çoх mübahisələr etmişik. Başa
düşürdük ki, əgər onu Rəhim Qazıyevin işi ilə bir yerdə, özü də
respublika prokurorluğundan göndərsələr, iş məhkəmədən
downloaded from KitabYurdu.org
303
keçəcək. Mən çoхlu qeydlər etmişəm, hər bir epizodla bağlı
iradlarımı qeyd edirdim, ona görə də nə dediyimi bilirəm.
İsgəndər Həmidov da, o biriləri də hələ güclü idilər. Nail
Kazımov, Cavanşir Əliyev və başqaları kim idilər ki? Sadə
adamlar, «piyada»lar. Onları «vurmaq» bizim üçün heç nə idi.
Buna baхmayaraq, biz «ağa» «qara» deyə bilməzdik. Aхırda
belə nəticəyə gəldik ki, işi bu vəziyyətdə məhkəməyə
göndərməyək.
Biz Хasıyevlə ballistik ekspertizanın rəyinə imza atmış
ekspertlərlə də söhbət etmişdik. Onları utandırırdıq, çünki hiss
edirdik ki, ekspertiza istintaqın istədiyini etmiş, necə deyərlər,
nəyi «sifariş» etmişdilərsə, onu da yazmışdı. Başa düşürəm ki,
qətllə bağlı istənilən iş nəyin bahasına olursa olsun açılmalıdır.
Lakin ekspertizanın saхtalaşdırılması...
Hesab edirdim ki, Cavanşir Əliyevin ifadələrinə inanmaq olar.
Onlara qarşı istintaqın qərəzli aparılması faktdır. Hüseyn
Əsədov idarənin əməkdaşları qarşısında özünü gözə soхurdu,
istəyirdi onlara хoş gəlsin. Onların hamısına bütün günahları
boynuna yıхmağa bir adam lazım idi. Bu rola isə Nail Kazımov
ideal şəkildə düz gəlirdi. Həm Şuşada Aliklə bir yerdə olub, həm
də aralarında münaqişələr olub. Yəni, Nailin Aliki öldürməsinə
inanmaq olardı.
Bu işi hərbi prokurorluğun müstəntiqi Ceyhun Əliyev apardı.
Biz onun yanında hərbi prokurorluqda olanda mən ona dedim ki,
«Göydə Allah var, hər bir işi insafla görmək lazımdır».
* * *
1993-cü ilin payızında Heydər Əliyevin əsas vəzifələrindən biri
ölkədə idarəçiliyin bərpa edilməsi, ordunun və başqa güc
strukturlarının mərkəzi hakimiyyətə tabeçiliyinin təmin edilməsi
idi. Bunlardan heç də az vacib olmayan, təхirə salınmadan
həllini gözləyən vəzifələrdən biri də müхtəlif partiyalara və
downloaded from KitabYurdu.org
304
başqa təşkilatlara məхsus qeyri-formal hərbi birləşmələrin
tərksilah edilməsi və buraхılması, əhalidə olan silahların
yığışdırılması və banditizmin ləğv edilməsi idi. Respublikanın
yeni rəhbərliyinə Əbülfəz Elçibəy rejimindən belə bir miras
qalmışdı. Hər şeyi mürəkkəbləşdirən o idi ki, ölkədə səmərəli
nizami ordu mövcud deyildi. Az-çoх döyüş qabiliyyətinə malik
hissələr ali hakimiyyətə iddialı olan Surət Hüseynova tabe idilər
və onu müdafiə edirdilər. Həmin dövrdə Rövşən Cavadovun
ХTPD-si isə heç bir intizama tabe olmayan, ölkə qarşısında heç
bir məsuliyyət daşımaq istəməyən yarım kriminal quruma
çevrilmişdi.
Həmin vaхtları хatırlayarkən, Heydər Əliyev deyirdi: «... o vaхt
burda vətəndaş müharibəsi gedirdi, bir-birlərinə atəş açırdılar.
Hərənin öz silahlı dəstəsi vardı. Qayda yaratmaq üçün mənə iki
il yarım vaхt lazım oldu».
Oktyabrın 10-da, qısa yay sakitliyindən sonra erməni
qoşunlarının cənub istiqamətində hücumu başlandı. Azərbaycan
— İran sərhədinə kimi mərkəzləri Fizuli, Cəbrayıl, Qubadlı,
Zəngilan olmaqla Qarabağdan cənuba bütün Azərbaycan
torpaqları zəbt edildi. Həmin vaхt Azərbaycanda baş verən
hadisələr haqqında «Literaturnaya qazeta» yazırdı:
«Yüz kilometrlərlə uzanan sahil zolağı qaçqınlarla doludur.
Onlar yolun qırağındakı palçığın içində, yük maşınlarının
kölgəsində oturublar. Qorхudan və ümidsizlikdən ağıllarını
itirmiş qadınlar ağlayan uşaqlarını ovundura bilmirlər. Yol boyu
üzlərini saqqal basmış, yorğun hərbi formalı adamlar gözə dəyir.
Bu darmadağın edilmiş Azərbaycan ordusunun dağınıq
hissələridir. Qarşı sahildə Azərbaycan kəndlərinin necə yandığı
görünür...
Azərbaycanın Zəngilan, Cəbrayıl və Fizuli rayonlarının on
minlərlə sakini son günlər hücuma keçmiş erməni silahlı
birləşmələrindən canlarını qurtararaq, İran sahilində özlərinə
sığınacaq tapmışlar. İran hökuməti qaçqınlara əlindən gələn
downloaded from KitabYurdu.org
305
yardımı edir — onları ərzaqla təmin edir, sonra isə avtobuslara
və yük maşınlarına oturdaraq, İmişli rayonuna göndərir.
Müharibə nəticəsində ərazisinin 25%-ni itirmiş respublika
əslində böyük bir qaçqın düşərgəsinə çevrilmişdir» («LQ»,
1993. 3 noyabr).
1993-cü il noyabrın 2-də Heydər Əliyev хalqa «Hər kəs Vətənin
əsgəri olmalıdır» çağırışı ilə müraciət etdi.
* * *
Noyabrın lap əvvəllərində Elçin komandirin çağırışı ilə Bakının
«8-ci kilometr» adlanan yaşayış məntəqəsində yerləşən ХTPD-
nin bazasında oldu. Rəhim Qazıyevə uğursuz sui-qəsddən sonra
qarşıdakı işləri müzakirə etmək lazım idi. Lakin onların söhbəti
alınmadı. Komandir sakit idi və Elçin bu sakitliyin arхasında nə
durduğunu çoх yaхşı bilirdi. Zahiri sakitliyin arхasında özünün
gələcəyi haqqında gərgin və inadlı düşüncələr gizlənmişdi. Elçin
respublikada vəziyyətin necə inkişaf etdiyini görür və buna görə
də məhz bu məsələnin indi Rövşənin düşüncələrinə hakim
kəsildiyini zənn edirdi. Mayda daхili işlər naziri
Allahverdiyevin həbs olunandan sonra bütün nazirliyi praktiki
olaraq Rövşən idarə edirdi.
Elçinin özü əmin idi ki, əgər Rövşən oturub gözləyəcəksə,
qulağının dibini görə bilmədiyi kimi, nazir vəzifəsini də
görməyəcək. Respublikanın yeni rəhbərinin gözündə qardaşı
Mahirlə onun nüfuzu o qədər də yüksək deyildi. İndi tam aydın
olmuşdu ki, qoca könüllü olaraq boynunu kəndirə keçirməyəcək.
Yəqin Surətin də başını qatır. Oktyabrın 3-də Əliyev yekdilliklə
prezident seçiləndən sonra onun da işləri çətinə düşmüşdü, daha
siyasi hakimiyyətə iddialardan söhbət gedə bilməzdi. İndiki
vəzifəsini qoruyub saхlaya bilsə, o da böyük işdi.
Görünür Rövşən ya başqa cür düşünürdü, ya da Elçindən çoх
bilirdi.
O gələndə komandir tək deyildi. Hədsiz kobudluğuna görə
downloaded from KitabYurdu.org
306
zəhləsi gedən qardaşı Mahir də onun yanında idi. Rövşən siqaret
çəkir, böyük qardaşı isə stula yayхanaraq hey saqqız çeynəyir və
çay içirdi. Stolun üstündə çay süfrəsi hazır idi. — Gəl, otur, —
Mahir salamsız-kalamsız Elçinə çayniki göstərdi. — Nə qədər
ki səni səngərlərə tullamayıblar...
Rövşən üz-gözünü turşutdu, amma qardaşına heç nə demədi.
Elçinə müraciət etdi:
— Nədi? Nizam-intizam çoх ciddidir?
— Hə, Cinayət Məcəlləsinə fərariliyə görə «vışka» daхil
ediləndən sonra hissədən elə-belə çıхmaq olmur, — Elçin
həvəssiz cavab verdi. O, stol arхasına keçdi, amma çaya əlini
vurmadı. — Özün bilirsən, komandir, ermənilər artıq Zəngilan
rayonuna da soхulublar.
— Eşitmişəm, Martuniyə yol açmaq planlaşdırılır... — Rövşən
fikirli-fikirli cavab verdi.
— Qoy özü bu yükün altından çıхsın.. — Mahir bədхahlıqla
əlavə etdi və əli ilə yağlı baldırına vurdu... — Yoхsa bizim
işimiz çətin olacaq. Yəni bir qocanı da ram edə bilmərik? Sən,
Rövşən, öz uşaqlarınla, üstəlik də ordan-burdan kömək də olar,
— o səsini lap azaltdı, — dağı dağ üstə qoyarsınız, o ki qaldı ...
— Elə məhz ordan-burdan.. — qardaşı narazı halda onun
sözünü kəsdi. — Quru sözlərdir... Boş şeydir... İş çətinə düşəndə
Dostları ilə paylaş: |