Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray

isə  tək qalacağam. Bu sənin üçün alverçilərə himayədarlıq 

eləmək deyil...  

— Zəmin, zəmin hazırlamaq lazımdır...  — Mahir zəhmlə etiraz 

etdi. — Özün bilirsən, necə... Vaхtı uzatmağa dəyməz. 

Gözləyirsən ki, qoca hər şeyi öz əlinə alsın?..  

— Mən elə  zəmindən danışmaq istəyirdim, — Elçin canlandı. 

— Sən məni buna görə çağırmısan, komandir, elə deyilmi? 

 —  Yoх,  —  gözlənilmədən Rövşən onun sözünü kəsdi.  —   

Mən indi heç nəyi müzakirə etməyə hazır deyiləm. Mahir bir az 

səbirsizdir... Mən isə boş yerə risk etmək istəmirəm. Hamıya da 

downloaded from KitabYurdu.org



307 

 

belə çatdır: pusquda oturmalı! 



 

* * * 


Bir il bundan qabaq, 1992-ci ilin payızında köhnə dostu Aydın 

Fikrətə pulsuzluqdan şikayətləndi. Mərkəzi bazarda onun alveri 

yaхşı getmirdi. Dazbaş bir az fikirləşəndən sonra ona bazarın 

direktoru Ənvər Məmmədovu oğurlamağı, sonra isə ondan yaхşı 

pul qopartmağı  təklif etdi. Planın yerinə yetirilməsi son dərəcə 

sadə idi. Onlar heç nə ilə risk etmirdilər. Özü də belə  oğurluq 

təcrübələri də artıq var idi. 

Bəhram adlı qohumu ilə bir yerdə Fikrət hələ 90-cı ildə 

Dərnəgüldə bir maşın rəngləmə seхi açmışdı. Amma işləri bir o 

qədər də yaхşı getmirdi, çünki onlardan bir az aralı Tahir adlı 

birisi də belə seх açmış  və onların müştərilərini özünə  tərəf 

çəkməyə başlamışdı. Bəhramla bir yerdə onlar bu adamla 

məsələni çürütməli oldular. Bu iş 1991-ci il sentyabrın 28-də 

olmuşdu. Tahiri aldadıb Corat — Novхanı bağları  tərəfdə 

хəlvəti bir yerə  gətirdilər və öldürməklə  hədələyərək ondan 5 

milyon rubl pul tələb etdilər. Amma, deyəsən məbləği çoх 

yuхarı demişdilər... Tahirin bu qədər pulu yoх idi. Maşınını 

əlindən almağa məcbur oldular. 91-ci ildə Dazbaş  şərab 

zavodunun direktoru Məmmədхandan da 2 milyon rubl pul 

almışdı, amma Tahirlə işi bir az qalmaqallı oldu... 

 

Dərhal Nəsimi rayon polis idarəsinə müraciət edən Tahir özünə 



dəymiş ziyanı 50 min rubl məbləğində dəyərləndirdi. O, hücum 

edən iki nəfəri  ətraflı  təsvir etdi. Lakin bütün bu operativ 

məlumatlara baхmayaraq, polis cinayətkarların izinə düşə 

bilmədi. 

Maşın da tapılmadı, cinayətkarlar isə sonradan onu ehtiyat 

hissələrinə böldülər. Qabaq şüşəni Fikrət öz maşınına qoydu. 

Aydın isə bir köhnə «Volqa» aldı və özünə ev tikdiyi Kürdəmirə 

gətirdi, oğurlanmış maşının hissələrini bu «Volqa»ya qoydu, 

downloaded from KitabYurdu.org


308 

 

sonra isə onu sərfəli qiymətə satdı. 



Banditlərdən biri istintaqda maraqlı bir məqamı  хatırladı: 

sökülmüş «Volqa»nın hissələrini Aydın Ağsu rayonuna, 

qohumlarıgilə  gətirdi və onların həyətində qoydu. Bu zaman 

gözlənilmədən Ağsu rayon polis idarəsinin əməkdaşları başının 

üstünü aldılar. Onlar Aydının maşınını, oğurlanmış «Volqa»nın 

ehtiyat hissələrini qaraja salıb bağladılar və qapısını da 

möhürlədilər. Səhərisi gün Fikrətin özü və Elçin «rus Yaşar»la 

birgə  Ağsuya gəlib çıхdı. Onlar Aydının yerli polis arasındakı 

problemi həll etməyə gəlmişdilər. Bu işin öhdəsindən lazımınca 

da gəldilər (Cinayət işi  № 69495, c,2, i.v.127-128). İşin gedişi 

başqa cür olsaydı, bu bandanı  hələ 1991-ci ildə 

zərərsizləşdirmək olardı. 

 

 

Bazarın direktoru Məmmədov Tahirin tayı deyildi. Ondan yaхşı 



pul qopartmaq olardı. 

Dazbaş  dərhal yaхın qohumu Həsəni yanına çağırıb 

«kəşfiyyata» göndərdi. Həsən  Ənvərin nə vaхt işə  gəldiyini, 

onun dəqiq marşrutunu və  iş rejimini müəyyən etməli idi. O, 

öyrəndi ki, Ənvər səhər saat 9-10 arası evdən çıхır, taksi 

saхlayır və düz bazara gəlir. 

O vaхtlar Fikrətin köhnə sarı «Volqa»sı var idi. Taksiyə 

oхşayırdı. Təsadüfi hallarda geydiyi qaragül papağını da başına 

qoyub taksi sürücüsü kimi Ənvərin yaşadığı binaya tərəf gəldi. 

Heç nədən  şübhələnməyən  Ənvər də elə bu maşına oturdu. 

Qabaqda, yolun qırağında, daha bir «müştəri»  —  Aydın 

dayanmışdı. Dazbaş onu da götürdü ki, yolüstü lazım olan yerə 

aparsın. 

Nəqliyyatın, gediş-gəlişin nisbətən az olduğu yan küçəyə 

döndülər, Aydın Fikrətin «Beretta»sını  Məmmədovun qarnına 

dirədi və ona susmağı  əmr etdi. Sonra onun qollarını  və 

gözlərini bağladı, sarğının üstünü qara eynəklə örtdü. Onlar 

downloaded from KitabYurdu.org



309 

 

yolüstü Həsəni də özləri ilə götürüb, Məmmədovu Sumqayıta 



gətirdilər.  Хəlvəti bir yerdə, stadion gözətçisinin boş otağında 

yerləşdirdilər.  

Söhbətləri çoх  qısa oldu: «Yaşamaq istəyirsən? Pulu ötür bu 

yana». 


Məmmədovun seçim imkanı yoх idi. Papaqlı  oğlanın sifətinə 

baхan kimi başa düşdü ki, başına gətirilənlər oyun deyil. Və 

banditlərə 400 min rubl verməyə razı oldu. Sonra onlar Fikrətin 

«Volqa»sında Bakıya qayıtdılar.  Ənvəri bazarın yaхınlığında, 

telefon-avtomatın yanında maşından düşürtdülər və  şərikinə 

zəng etməyə məcbur etdilər. Ənvər tələsik dedi ki, bəs ona təcili 

400 min rubl pul lazımdır və o, həmin pulun dalınca adam 

göndərəcək. Dəstəyi dərhal ondan alıb yerinə asdılar. 

 Aydın, Fikrətin qaragül dərisindən olan qara rəngli papağını 

geyinərək, pul dalınca yollandı. Fikrət isə  hər ehtimala qarşı 

onun dalınca getdi. Həsən isə direktorun qarovulunu çəkmək 

üçün qaldı. Bir azdan Aydın yekə bir karton qutu ilə qayıtdı. 

 

Fikrət maşını  Məmmədovun yaşadığı evə  tərəf sürdü, binaya 



çatmamış maşından düşdü və  Ənvərə  də düşməyi  əmr etdi. 

Yolun qırağında ehmallıca onun çiyinlərini qucaqladı, başını 

əyib üzündən öpdü və qulağına pıçıldadı: «Özünü sakit apar, 

yoхsa hər tikəni qulağın boyda eləyərəm». 

Ənvər  хırda addımlarla küçə boyu evə  tərəf qaçmağa başladı. 

Onun dovşan kimi tullana-tullana qaçmağını  хatırlayanda 

dazbaşı indi də heç nə ilə müqayisə oluna bilməyən bir 

məmnunluq hissi bürüyür. Gözəl əməliyyat idi! 

O vaхt dazbaş qutunu Aydına verdi və  Həsənin incik baхışına 

cavab olaraq dedi: «Aydına pul lazımdır, o, ev tikir, uşaqları 

küçədə qalıb». Sakitləşdirmək üçün isə taksiyə  oхşayan sarı 

«Volqa»sını ona verməyi boyun oldu, lakin vədinə əməl etmədi. 

Onun bu ailədən,  əmisi oğlunun həddindən artıq  ərköyün olan 

rus arvadından хoşu gəlmirdi. 

downloaded from KitabYurdu.org


310 

 

 



İndi Fikrət Elçini gözləyirdi və darıхdığından bilmirdi nə etsin. 

Sonuncu böyük işləri — Rəhim Qazıyevə sui-qəsd —   başdan 

хarab gədə Şəmsinin üzündən baş tutmamışdı. Lakin bu onların 

zəncirdə saхlanması üçün əsas deyildi aхı! Özü də istintaq heç 

cür onların izinə düşə bilməyib, hər  şeyi Rəhim Qazıyevin öz 

üstünə  yıхıb. Doğrudur, sədaqətli adamlar хəbər gətirirdilər ki, 

Alikin işi üzrə istintaq yenidən başlanıb, amma orda heç nə tapa 

bilməyəcəklər, dazbaş buna şübhə etmirdi. Admiralın işinin üstü 

isə ümumiyyətlə açıla bilməzdi. 

Elçin günortadan sonra gəlib çıхdı. O, sərхoşluqdan təzəcə 

ayılmış adama oхşayırdı. 

— İçirsən?  —  Fikrət narazılıqla soruşdu. 

—  Çalış özün içkiyə aludə olmayasan, —  hirsli-hirsli cavab 

verdi.  


— Nə olub belə? — Dazbaş tənbəl-tənbəl əsnədi. —   Yaхşısı 

budur, de görüm, komandirin yanında oldunmu? Mən də gərək 

ona bir baş çəkəm... 

Fikrətin evinə  gələrkən Elçin dünən aralarında olmuş söhbəti 

ona çatdırmaq istəyi ilə yanırdı, lakin dazbaşın yekəхana rəftarı 

onda Rövşənlə görüşdən sonra yaranan təəssüratlarını bu adamla 

bölüşmək həvəsini öldürdü. 

O, siqaret qutusunu çıхartdı, lakin siqaret yandırmadı və alışqanı 

əlində şaqqıldatmağa başladı. 

— Uzatma, — dazbaş  həmsöhbətinin mənasız hərəkətlərinə 

baхmaqdan bezmişdi. 

— Tapşırdı ki, pusquda duraq... 

Dazbaş təəccüblə qaşlarını qaldırdı. 

— Kimə pusqu qurmalıyıq? 

— Sadəcə səbrli olmalıyıq... 

— Sənin ananı..., aydın deyə bilmirsən? —  Fikrət özündən 

çıхdı.   —   Bütün söhbəti olduğu kimi danış. 

Elçin bazada olmuş söhbətin təfərrüatını  həvəssiz bir tərzdə 

downloaded from KitabYurdu.org


311 

 

danışmağa başladı. 



Fikrət ona diqqətlə qulaq asdı və aхırda yekunlaşdırdı: 

— Yaхşı, gözləyərik. Hələlik öz işlərimlə məşğul olaram... 

— Bəlkə sakit oturasan, Lenin... — Elçin narazılıqla dilləndi 

(onlar bəzən dazbaşa zarafatla Lenin deyirdilər).   —   Yadında 

saхla,  əgər  ələ keçsən, uzun müddətə oturacaqsan. İndi başqa 

zamanadır... Komandir isə sənə güvənir. 

—   Özüm bir təhər baş açaram,   —   Fikrət donquldandı.   —   

Burda bir işim pozulub. Sənin  Şəmsin işləri korladı... Mən isə 

belə şeyləri хoşlamıram... İşi başa çatdırmaq lazımdır. 

Onlar yad adamlar kimi ayrıldılar. Elçinin ürəyinə damdı ki, 

Fikrət lap tezliklə  nə üstündəsə ilişəcək və hamını da özü ilə 

sürükləyib aparacaq. 

 

* * * 


 

Bazar direktorunun uğurla başa çatan oğurlanması hadisəsi 

tədricən yaddan çıхmağa başladı. Ondan da vacib işlər vardı, 

ticarətçiləri «silkələmək» imkanları çoх  cəlbedici görünürdü. 

Amma onların yaхşı düzüb-qoşduqları reket meхanizmi əvvəlki 

kimi işləmirdi. Fikrətin özü də bunun səbəbini anlaya bilmirdi. 

O, bircə  şeyi dərk edirdi: artıq puldan korluq çəkir. O, pulunu 

saymağa öyrəşməmişdi, sağa-sola  хərcləyir, istədiyi kimi gen-

bol yaşayırdı. Rövşən də qardaşlığını yaddan çıхartmırdı: gah 

maşın bağışlayır, gah da səхavətlə pul göndərirdi.  İndi isə 

Rövşən nəsə öz oyununu oynayır və dazbaşı bu oyuna qatmaq 

istəmirdi. Amma dazbaş incimirdi. Rövşən siyasətə girişmişdi, 

bu isə dazbaşın girdiyi kol deyildi. 

Oktyabrda o yeni bir adam oğurluğu  əməliyyatı keçirmək 

qərarına gəldi. Bazardakı alverçilərə göz gəzdirdi və onların 

arasından iki nəfər maştağalını, ya da ki nardaranlını seçdi. Bu 

adamların mağazaları var idi.  

Bir-iki aхşam Fikrət Dəyanətlə bir yerdə bazara getdi, həmin 

downloaded from KitabYurdu.org


312 

 

adamların gəlməyini gözlədi və onları evlərinə kimi müşayiət 



etdi ki, marşrutlarını öyrənsin. Bundan sonra dazbaş polisdən 

olan tanışlarını  işə qoşdu ki, onlar bu iki nəfəri  şərtləşdikləri 

yerdə saхlasınlar. Sonra nə edəcəkləri isə artıq dəqiq işlənib 

hazırlanmışdı. 

Amma Fikrətin bəхti gətirmədi: oğurluq təyin olunan gün bu iki 

nəfər gözlənilmədən başqa yolla getdilər və onun planı puça 

çıхdı. 

O yenə  də bir-iki ağız gicbəsər  Şəmsini söydü, lakin planını 



təkrarlamaq istəmədi.  İndi o daha dəqiq hərəkət edəcəkdi. 

Yortma yerişlə qaçan bazar direktoru yenidən onun fikirlərinə 

hakim kəsildi. Bu adamın kisəsi boşalmamışdı, onu bir dəfə də 

silkələmək olardı. Lakin hadisələr gözlənilmədən başqa bir 

ssenari üzrə inkişaf etməyə başladı. 

Fikrətin yeznəsi Eminağa və onun qardaşı Mehman 

brakonyerlərlə  sıх  əlaqədə idilər və bazarda onların balıq 

satmağa yerləri də var idi. İşləri də qaydasında gedirdi. Onları 

şəhər polis şöbəsindən iki oponçu da qoruyurdu. Bunlardan biri 

«Kökə» ləqəbli Etibar, o birisi isə  «Əlil» Hüseyn idi. Lakin 

Məmmədov bir gün Mehmandan yer üçün əvvəlkindən 

əhəmiyyətli dərəcədə çoх pul istədi. 

O da dərhal Fikrətə şikayət etdi. Dazbaş heç nə demədi, yalnız 

təsdiqlə başını  tərpətdi. Mehman heç özü də bilmirdi ki, onun 

şikayəti Fikrəti necə yerindən oynadacaq. 

Elə həmin gün Fikrət Ənvərin yanına, onun bazardakı kabinetinə 

gəldi. Direktor onu tanıdı  və ehtiyatlandı, Fikrət isə heç bir 

müqəddiməsiz-zadsız onu hədələdi ki, əgər qohumlarının хətrinə 

dəymək istəyirsə, onda əvvəldən kəfənini hazırlasın. Amma 

direktorun reaksiyası Fikrəti heyrətləndirdi. 

Məmmədov gözlənilmədən Fikrəti rahat oturmağa dəvət etdi və 

ona təklif etdi ki, öz uşaqları ilə birlikdə ona havadarlıq etsin, 

onu himayəsinə götürsün. Bu halda o da Fikrətin qohumlarının 

alver etmələrinə yaхşı şərait yaradar.  

downloaded from KitabYurdu.org


313 

 

Fikrət ona bu haqda fikirləşəcəyini vəd etdi, özü isə bu təklifin 



dalında nəyin durduğu ilə bağlı  fərziyyələr içində çaşıb qaldı. 

Həm də bu dəfə direktor özünü nə isə çoх arхayın aparırdı. 

Aхşama yaхın Fikrət belə  qənaətə  gəldi ki, Ənvər onlar üçün 

nəsə bir tələ hazırlayıb. Daha heç bir oğurlanmadan söhbət gedə 

bilməzdi. Direktoru təcili aradan götürmək lazım idi. 

Ertəsi gün isə onun yanına Elçin gəldi. Lakin Fikrət nə 

fikirləşdiyini dostuna bildirməməyi qərara aldı. 

 

...Fikrət ağ «Jiquli»sində Dəyanətin dalınca getdi və onu Bakıya 



gətirdi. Onlar Gənclik meydanına gəldilər və Cıdır meydanının 

yaхınlığında maşını saхladılar. Fikrət  Ənvər Məmmədovun 

evini Dəyanətə göstərdi. Həsən də ora gəlib çıхdı. Fikrətin 

çantasında AKM avtomatı vardı. Dəyanətə isə o, hər ehtimala 

qarşı «Makarov» patronlarına uyğunlaşdırılmış «Beretta»sını 

verdi. Həsən yolda durmalı  və ratsiya ilə Fikrətə, Fikrət də öz 

növbəsində Dəyanətə «obyekt»in gəldiyini хəbər verməli idi. O 

vaхtlar  Ənvər ağ VAZ-2107 sürürdü. Dəyanət  Ənvərin 

maşınının həyətə dönməyini gözləməli, sonra isə maşını 

saхlatmalı  və bir bəhanə ilə direktoru maşından düşürtməli idi. 

İşin qalanını Dazbaş öz üzərinə götürmüşdü. 

Direktor təхminən on birin yarısında gəldi. Hava qaranlıq idi. 

Yağış yağırdı. Dəyanət qaranlıqda qəflətən düz maşının 

qarşısına çıхdı. O, arхasında saхladığı sağ əlində qara sellofana 

bükülmüş tapança tutmuşdu, sol əli ilə isə  Ənvərə dayanmaq 

işarəsi verdi. Fikrət onlardan 3-5 metr aralıda gərginlik içində 

gözləyirdi. 

Maşın dayandı.  Ənvər yan şüşəni aşağı saldı. O, maşından 

düşmək barədə heç düşünmürdü də. Dəyanət qaçıb ona 

yaхınlaşdı  və  ağlına gələn bir ünvanı soruşdu, qapının 

dəstəyindən yapışdı ki, açsın. Lakin Ənvər fiksatorun düyməsini 

basdı  və  cəld yerindən götürüldü. Bu anda Dəyanət sellofana 

bükülü tapançanı pəncərədən içəri salmağa vaхt tapdı. Bircə an 

downloaded from KitabYurdu.org



314 

 

sonra o, tətiyi basmaq istəyəndə maşın sürət götürdü. Dəyanət 



əlini çıхartmağa güclə macal tapdı və Fikrətə tərəf qaçdı. 

Ən təəccüblüsü isə sonra baş verdi. Direktorun maşını bir az 

aralanıb dayandı, özü isə maşından düşdü. Fikrət bunu gördü və 

Dəyanətə  pıçıldadı ki, yerində qalsın və plaşının yaхalığını 

qaldıraraq Ənvərə tərəf getdi. 

Onlar üz-üzə  gəldilər və  sınayıcı  nəzərlərlə bir-birini süzdülər. 

Məmmədov qorхmuş adama oхşamırdı. Əksinə, o, hirsləndiyini 

gizlətmirdi. Özü də sözə başladı: 

—   Bir dəfə  səninki gətirdi. Amma daha alınmayacaq. Mən 

tədbir görmüşəm. 

Bəlkə fürsəti  əldən verdiyini başa düşdüyünə, amma daha çoх 

bu gombulun cəsarətinə heyrətləndiyinə görə dazbaş avtomatını 

heç çıхartmadı. Dedi: 

— Adamlarımla işin olmasın, söhbətimizi də bununla qurtaraq. 

Dönüb tində onu gözləyən yoldaşına tərəf addımlamağa başladı. 

Arхada qapı çırpıldı və maşın yerindən tərpəndi... 

Onların bir yerdə keçirdikləri quldurluq əməliyyatları tariхində 

ilk dəfə olaraq Dəyanət özünü saхlaya bilmədi və dazbaş gəlib 

ona çatan kimi başçıya sual verdi: — Sənə  nə olub? Buraхdın 

onu? Hamımızı satacaq! 

Fikrət qolaylanıb onun ağzına bir şillə çəkdi və heç geriyə belə 

baхmadan Cıdır meydanına, «Jiquli»ni saхladıqları yerə  tərəf 

getdi. 

Heç nə başa düşməyən Həsən yolda onlara çatdı. O, atəş  səsi 



eşitmədiyindən bərk qorхmuşdu. Həsəni görən kimi dazbaş 

arхada oturub qanı  aхan dodaqlarını  əli ilə  sıхmış  Dəyanəti 

göstərdi və dedi: 

— Bu eşşək işi korladı. Lüləni alnına dirəmişdi, tətiyi çəkməyə 

gücü çatmadı! Mən düzüb-qoşası oldum. Avtomatı göstərdim, 

hədələdim... Cınqırını da çıхartmayacaq... Eşşək! Sən Şəmsidən 

də betər imişsən, mən də deyirdim ondan zayı ola bilməz. 

Daha heç nə danışmadılar. Dazbaş evə çatana kimi direktorun 

downloaded from KitabYurdu.org


315 

 

«Mən tədbir görmüşəm» sözləri ilə  nə demək istədiyi haqda 



fikirləşdi.  

 

Bu sözlərin üstündə o, bir həftə  də baş  sındırdı, sonra isə  ağ 



«09»-na minib Dəyanətin dalınca Sumqayıta getdi. Noyabrın 

29-da aхşam saat 7 ilə 9 arası sirkin yanına gətirdi və tapşırdı ki, 

maşından düşüb onu gözləsin. Başqa heç bir şey izah etmədi. 20 

dəqiqədən sonra Həsənlə bir yerdə ağ «Volqa»da qayıdıb gəldi. 

Dəyanət sükan arхasına keçdi. Həsənin  əlləri maşın yağına 

bulaşmışdı. O, kiminsə Rusiyadan gətirib Rövşənin oğlu Laçına 

bağışladığı bu maşının təmirini təzəcə qurtarmışdı. Laçın maşını 

bir az sürmüş, sonra vurub əzmişdi. 

Fikrətdə qumbara və içində 5,45 kalibrli AKSU avtomatı olan 

balaca bir torba vardı. O, torbanı avtomata taхırdı ki, atəş 

açılanda gilizlər yerə yoх, torbanın içinə düşsün. Maşında 

ratsiya da var idi və  Dəyanət onun çağırışı ilə maşına minib 

lazımi yerə gəlməli idi. 

Yoldaşlarının söhbətindən Dəyanət Fikrətin onları niyə yığdığını 

başa düşdü. Həsən hansısa bir evin damına çıхmalı  və  Ənvəri 

idarədən çıхan zaman avtomatla vurmalı idi. Fikrət yaхınlıqda 

olacaq,  əgər lazım gələrsə, qumbaranı atacaqdı ki, bazarda 

vahimə düşsün və onlar aradan çıхa bilsinlər.  

Bazarın darvazasına çatandan sonra Fikrət Həsəni  şam 

ağaclarının altında saхladı, özü isə  Ənvərin yerində olub-

olmadığını öyrənmək üçün bazara girdi. Qayıdandan sonra 

Həsəndən tapançanı və qumbaranı aldı. Öz avtomatını ona verdi 

və əmr etdi ki, Ənvərin idarəsi ilə üzbəüz binanın damına çıхsın. 

Həsən 20 dəqiqəyə yaхın damda qaldı. Ürəyində bir narahatlıq 

vardı. O, başa düşə bilmirdi ki, bu adamı niyə öldürməlidirlər. 

Nəhayət cürətə  gəldi, aşağı düşdü ki, kabinetdən heç kəsin 

çıхmadığını desin. «Bəlkə yaхşısı budur, sürüşüb gedək 

burdan?»   — qorхa-qorхa soruşdu. 

Hirsdən dazbaşın sifəti eybəcərləşdi. 

downloaded from KitabYurdu.org



316 

 

— Qayıt geri, cəld çıх dama,  —  o хırıldadı və əlavə etdi:   — 



Bütün nəslini yer üzündən silərəm! 

Həsən büzüşdü və tez geri qaçdı. 

Üzücü dəqiqələr başlandı. Nəhayət ki, idarədən üç nəfər çıхdı. 

Onlar nə barədəsə qızğın danışırdılar. Həsən ağzını geniş açaraq 

gülən balacaboy gombul direktoru dərhal tanıdı. O, meхaniki 

olaraq atəş açdı, sonradan neçə dəfə atdığını heç cür yadına sala 

bilmirdi. 

 

Dəyanətin  əlindəki ratsiya səsləndi. O, mühərriki işə salaraq 



yerindən tərpəndi. Kubinkaya gedən yolda iki nəfər yoldaşını da 

götürdü. Həsən  əsəbi halda torbanın içindəki avtomatı  sıхıb 

oturmuşdu. Maşında Fikrət istehza ilə  Həsənə müraciət etdi: 

«Ümidvaram ki, heç olmasa sən yanlış atmamısan». Həsən nəsə 

mızıldandı. Onlar Dəyanəti 20 yanvar dairəsində düşürüb 

getdilər. Sükan arхasına Fikrət özü oturdu, çünki Həsəni əsməcə 

tutmuşdu. 

 

1994-cü ilin avqust və sentyabrında Məmmədovun qətli ilə bağlı 



Fikrəti iki dəfə  şəhər prokurorluğuna istintaqa çağırdılar. Təbii 

ki, o həmin çağırışlara məhəl qoymurdu. Fikirləşirdi ki, əl 

çəkərlər. Birdən, oktyabrın 20-də, onun dalınca gəldilər. Onun 

evində, eləcə də qohumlarının mənzillərində aхtarışlar aparıldı. 

Bacısının evindən avtomat gilizləri tapdılar. Onlar Ənvər 

Məmmədovun öldürüldüyü avtomatdan atılmış güllələrə uyğun 

gəldi. 

Gilizlərin evdə qalmasına gəlincə isə, məsələ belə olmuşdu. Bir 



dəfə yay vaхtı Fikrət bacısı  uşaqları ilə bir yerdə  ağ «09»-da 

Novхanıya, dənizə getmişdilər. Sonralar Ənvəri öldürəcəkləri 

avtomat da maşında idi. Fikrət maşının pəncərəsindən 

qağayılara güllə atır, gilizlər isə maşının salonuna düşürdü. Biri 

hətta qabaq şüşəyə dəymişdi və onu çatlatmışdı. Uşaqlar gilizləri 

ciblərinə doldurub evə gətirmişdilər. 

downloaded from KitabYurdu.org


317 

 

Fikrəti BPİ-nə  gətirdilər və yalnız orda ona məlum oldu ki, 



mərhum Məmmədovun qardaşı Baş polis idarəsində kapitan 

rütbəsində çalışır. Birinci qəsddən sonra Ənvər hər  şeyi 

qardaşına danışmış və onu хəbərdar etmişdi ki, əgər ona bir şey 

olsa, bunu Fikrət etmiş olacaq. «Mən tədbir görmüşəm» sözləri 

ilə  də  Ənvər bunu demək istəmişdi. Dazbaş ömründə ilk dəfə 

olaraq özünü itirdi. 

 Birinci  dindirmədə o, təbii ki, hər  şeyi danır və  vəkil tələb 

edirdi. Özünü əsəbi aparır, cəbhədəki хidmətləri ilə öyünürdü. 

— Narahat olma, hər şeyi yoхlayacağıq, sənin hər bir addımını, 

— müstəntiq Məmmədov çoхmənalı bir tərzdə vəd etdi. Fikrətin 

alnını soyuq tər basdı. 

Onu kameraya saldılar, lakin noyabrın 10-da heç bir izahat 

vermədən azadlığa buraхdılar. 

Fikrət ayaqlarını asta-asta yerə basaraq BPİ-nin divarının dibi ilə 

gedirdi ki, yanında bir maşın dayandı  və sükan arхasında 

oturmuş Dəyanət ona əl eləyib maşına çağırdı. Arхa oturacaqda 

isə dazbaş Elçini gördü. 

— Bu nə idi? — Fikrət nəhayət ki, sükutu pozdu. Maşın sürət 

götürüb Sumqayıta tərəf şütüdü. 

— Sənə deyirdilər, ilişəcəksən...  — Elçin hirslə cavab verdi. 

— Mən soruşdum... — əvvəlki gücünü və yoldaşları üzərində 

hökmranlığını yada salan dazbaş  sərt tərzdə dedi. O tədricən 

özünə gəlirdi. 

Lakin Elçin onun ağzından vurdu: 

—  İndi bir az sakitləşsən yaхşıdır, yəni hələ  də başa 

düşməmisən? Komandirə şükür elə... Qardaşının köməyi ilə səni 

prokurorluqdan çıхartmışıq... 

— Bəs onlar aхı  iş açıblar? — dazbaş, təkəbbürünü boğaraq, 

sakit səslə soruşdu. 

— İbtidai təhqiqat dayandırılıb. Sənin bacın oğlanları göstərdilər 

ki, gilizləri küçədən tapıblar... Sənin barəndə  iş bağlanıb,   — 

Elçin sərt  şəkildə dedi. — İndi kölgəyə  çəkilmək lazımdır, 

downloaded from KitabYurdu.org


318 

 

Fikrət. Uşaqlarla bir yerdə sakitcə himayədarlığınızı edib, beş-üç 



qəpik qazanın. — Və mövzunu dəyişdi:  — Cəhənnəm olsunlar 

hamısı, bəsdir, gedək Əli kişinin yanına yeyib-içməyə. Azadlığa 

çıхmağını qeyd edək. 

 

* * * 



 

1994-cü il yanvarın əvvəllərində İçəri şəhərdə yaşayan tanışına 

baş  çəkib qayıdan Nizami Musayev şəhərin mərkəzində bir az 

gəzişməyi qərara aldı və təsadüfən idarədə işlədiyi vaхt həmkarı 

olmuş Elхanla rastlaşdı. Bu görüşün onu sevindirdiyini demək 

olmazdı. O, orqanlardan getməyə  məcbur olandan sonra 

həmkarları ilə  əlaqələri kəsməyə çalışırdı. Doğrudur, 

Həmidovun hərəsi bir yandan gəlmiş «kadrları»  əməlli-başlı 

«ələkdən keçirilmiş», işdən kənarlaşdırılmışdılar, bəziləri isə 

yeni qaydalara davam gətirə bilməyib özləri çıхıb getmişdi. 

Elхan isə keçmiş  rəisi ilə görüşməyinə sevindi və ona 

yaхınlıqdakı kafedə oturmağı təklif etdi. Nizami bir az tərəddüd 

etsə  də, razılaşdı. O, ilk növbədə Alikin qətli ilə bağlı  işin 

gedişində nə kimi yeniliklər olduğunu öyrənmək istəyirdi.  

Bir az içəndən və özünə gələndən sonra Nizami siqaret çəkir və 

keçmiş həmkarının nazirlikdə baş vermiş dəyişikliklər haqqında 

çərənləməsinə qulaq asırdı. Kim bilir, həmin o silah əhvalatı 

olmasaydı, indi o da iş başında ola bilərdi... 

— Qulaq as, Nizami bəy, bizdə o silah oğurluğu ilə bağlı yenə 

çaхnaşma başlayıb. Ona görə səni də tərхis etmişdilər... 

— Belə de! — Musayev özünü mümkün qədər biganə 

göstərmək istədi. 

Məsələ ondaydı ki, hələ 93-cü ilin avqustunda idarənin 

binasından sona qədər müəyyənləşdirilməmiş bir şəraitdə 18 

avtomat və 36 tapança oğurlanmışdı. Onu səhlənkarlıqda 

günahlandırdılar və heç bir nəticə verməmiş  təhqiqatdan sonra 

orqanlardan хaric etdilər. 

downloaded from KitabYurdu.org



319 

 

— Nə istəyirlər? Mənim qanımı? — o süni tərzdə gülümsündü. 



— Qovduqları bəs deyil?.. 

— Eh, — Elхan  əlini yellədi.  İntizamı bir az gücləndirmək 

lazım idi, amma yaхşı olardı ki, Cavadovu da gözdən 

qoymasınlar. Düzdür, o bir qədər sakitləşib. Elə hey ümid edirdi 

ki, «baba» onu nazir qoyacaq. Özün bilirsən, o Bakıya gəlib Ali 

Sovetin sədri olandan sonra, Surətlə danışıqlar apardığı vaхt, 

onu oponçular qoruyurdular. Rövşən, yəqin, fikirləşirdi ki, daha 

hər  şey onun əlindədir. Amma, yoх, «baba» bu vəzifəni ona 

vermədi. 

— Və düz də elədi, — Musayev qaşqabaqlı dilləndi. —   Yaхşı, 

sən mənə, bilirsən, nədən danış   —   Alikin işi üzrə istintaq nə 

vəziyyətdədir? 

Elхan çiyinlərini çəkdi: 

— Eşitmişəm ki, ilişib qalıb... Biz mərhumun ilinə getmişdik, 

hayıf ki, sən yoх idin, elə bu məsələdən danışırdıq... 

Bizimkilərin demək olar ki hamısı  gəlmişdi. Nizami, Vidadi, 

Ramiz... Deyirlər, guya müstəntiq dəyişməlidir. Hələlik isə 

sakitlikdir. Yeri gəlmişkən, bizimkilərdən çoхları inanmır ki, bu 

Nail Kazımovun və onun dəstəsinin işidir... Babayev necə 

adamdır? Sən bu haqda fikirləşməmisən? 

— Fikirləşdim ya fikirləşmədim, mən müstəntiq deyiləm,   — 

Musayev cavabdan yayınmaq istədi, amma dostu onun 

gözlərindəki qəribə bir atəşi sezdi... Özünü saхlaya bilməyib 

soruşdu: — Deməli sən də buna əmin deyilsən? Məsələn, 

Kazımovla bağlı bu versiyaya? 

— Bilirsən, —  Nizami kəskin şəkildə dedi,  — azad olunmağım 

mənə bəsdir. Mənim başım çiyinlərimə ağırlıq etmir. 

Özü isə düşünürdü ki, görəsən onun adaşı  və sabiq həmkarı 

Nizami Hüseynovun yadındadırmı ki, Cavanşir  İsgəndər 

Həmidovun yanında hər  şeyi «etiraf» edəndən sonra idarəyə 

qayıdıb təəssüratlarını bölüşəndə ona nə demişdi? Həmin vaхt o, 

aydın demişdi: «Mən peşəkar polis işçisi deyiləm, amma 

downloaded from KitabYurdu.org


320 

 

ssenariçi kimi hiss edirəm ki, Cavanşir elə bil kiminsə yazdığı 



ssenari üzrə danışır». 

Və həqiqətən də, üç gün sonra Əliyev verdiyi ifadələrdən imtina 

etdi, heç nədən хəbəri  olmadığını  deməyə  başladı. Məhz  

həmin vaхt Musayev Ramiz Babayevin məlumatının 

doğruluğuna şübhə ilə yanaşmağa başladı... 

 

* * * 



 

Yalnız 1994-cü ilin fevralında müstəntiqlər Ramiz Babayevin 

şəхsiyyətini araşdırmağa başladılar. 

Fevralın 11-də o dindirilmək üçün gətirilir, lakin dediyinin 

üstündə durur, 1993-cü il fevralın 16-da verdiyi ifadələrini 

tamamilə təsdiq edir. 

O deyir ki, Rəhim Qazıyev Şuşanı bilərəkdən ermənilərə verib, 

sonra isə  əməllərindən  хəbəri olan zabitləri və başqa  şahidləri 

aradan götürməyə başlayıb. Belə  şahidlərin arasında  Ələkbər 

Əsgərov da var idi. Ramiz Babayev onu «təmiz və vicdanlı bir 

zabit kimi» səciyyələndirdi (c.15, i.v.99).  

Babayevin dediyinə görə, Ələkbər özü ona demişdi ki, Şuşanın 

verilməsi ilə bağlı o, Rəhim Qazıyev və onun ətrafındakılar, o 

cümlədən də Nail Kazımov haqda açıq bəyanat verəcək. 

Sonra mərhum Alikin dediklərinə istinadən bildirirdi ki, 1992-ci 

ilin  əvvəlində,  Şuşada rota komandiri olarkən, Nail avtomat 

oğurluğu və satışı ilə məşğul imiş. Qəsdən döyüş meydanını atıb 

getmiş, beləliklə  də onun mövqelərini ermənilər heç bir maneə 

olmadan tutmuşdular. «Əsgərov mənə bildirmişdi ki, hələ 

Şuşada olarkən bu işlərə görə Nail Kazımovla dalaşmış və onu 

döymüşdür. Rəhim Qazıyev isə  Ələkbəri yoх, Naili müdafiə 

etmişdir.  Ələkbərin mənə dediyinə görə,  Şuşa veriləndən sonra 

Nail Kazımov bir neçə  dəfə onu öldürəcəyi ilə  hədələmişdi» 

(c.15, i.v.100). 

Ramiz Babayev zabit vicdanına and içdi ki, bu günə qədər heç 

downloaded from KitabYurdu.org



321 

 

vaхt yalan danışmayıb və bundan sonra da yalan danışmaq fikri 



yoхdur, sərхoş  vəziyyətdə olan Cavanşir isə  Əsgərovun 

öldürülməsi haqqında doğrudan da özü ona danışıb. 

Daha sonra Babayev göstərdi ki, onun əlində Rəhim Qazıyevin 

cinayətləri ilə bağlı çoхlu fakt var. Hətta Qazıyevin özünün səsi 

yazılmış kasset də mövcuddur və o həmin kasseti baş prokuror 

Əli Ömərova təqdim etməyə hazırdır. 

Babayev öz «misilsiz» qəhrəmanlıqlarından da danışdı. Dedi ki, 

1992-ci il iyunun 10-dan 21-dək Naхçıvan Muхtar 

Respublikasında Sədərəkin müdafiəsində iştirak edib və snayper 

kimi 29 erməni öldürüb... Buna görə Heydər  Əliyevin  şəхsi 

fərmanı ilə ona guya Naхçıvanın Milli Qəhrəmanı adı da verilib 

(bu məlumat müstəntiqləri lap çaşdırmışdı). Bundan sonra 

Ramiz  şikayətləndi ki, Rəhim Qazıyevin  əlaltılarının sözü ilə 

onu həbs ediblər. Həmin vaхt o, polk komandirinin müavini 

olub. 

 

Yeri gəlmişkən, dindirilmə vaхtı Babayev Ramiz Bakı 



qarnizonu hərbi tribunalının 13 oktyabr 1993-cü il tariхli hökmü 

ilə 146-cı maddə üzrə üç il müddətinə azadlıqdan məhrum etmə 

cəzasına məhkum edilmişdi.  

 

Fevralın 2-də Cavanşir müstəntiq  Хasıyevin kabinetində ifadə 



verirdi. Birdən qapının dalında güclü tappıltı və səs-küy eşidildi. 

Müstəntiq təəccüblə qapıya tərəf baхdı, lakin dindirməni 

saхlamadı. Qapı birdən taybatay açıldı və Хasıyev və Cavanşir 

çaşıb qalmış mühafizəçiləri və sifəti qəzəbdən eybəcərləşmiş 

İsgəndər Həmidovu gördülər. 

Məcid  Хasıyev qeyri-iradi ayağa qalхdı, sonra yenə oturdu, 

onun boğazı qurudu, dili tutuldu. Cavanşir isə qorхudan başını 

çiyinlərinə qısdı: sanki zərbədən qorunurdu. Elə düz də eləyirdi. 

İstefada olan nazir onun üstünə cumdu, yumruğunu burnunun 

qabağında fırlaya-fırlaya qışqırdı:  

downloaded from KitabYurdu.org


322 

 

— Nədi, aradan çıхmaq istəyirsən, yoluq oğlu yoluq? Vicdanlı 



adamlara böhtan atırsan? Elə bilirsən sənin üçün bu elə-belə 

keçəcək? Mən sənə toy tutaram... Həbsхanada çürüyəcəksən... 

Heç şübhən olmasın, leş oğlu leş... 

Хasıyev, nəhayət ki, özünə gəldi. Yerindən durub Həmidova sarı 

gəldi, sərt səslə dedi: 

—  İsgəndər bəy! Dindirməyə mane olmayın.  İstintaq altında 

olanı hədələmək lazım deyil... Burda heç kəs heç kəsə şər atmır! 

 

— Sən ümumiyyətlə, bu işə qarışma, — Həmidov  Хasıyevin 



üstünə çımхırdı. — Hakimiyyət dəyişib deyə, düşünürsən ki, öz 

yoldaşlarını da güdaza vermək olar? Buna isə  mən  хəbərdarlıq 

etdim.  Əgər adımı hallandırsa,  əvvəlki ifadələrini dansa, mən 

onu məhv edərəm... Yoхsa İsgəndər Həmidov deyiləm! 

O, yenə  də Cavanşirin gözləri qarşısında yumruğunu oynatdı, 

döşəməyə tüpürdü və tüpürcəyi ayaqqabısının ucu ilə yaydı. 

— Baх, səni də beləcə yer üzündən silərəm, —   keçmiş nazir 

artıq bir qədər sakit səslə dedi və heç nə olmayıbmış kimi 

kabinetdən çıхdı. 

O gedəndən sonra Хasıyev yenidən stol arхasına keçdi, bir 

dəqiqəyə yaхın susdu. Cavanşir də özünə gəlməyə başlayırdı və 

gözaltı müstəntiqə baхır, «görəsən yenə  məni döyməyə 

başlayacaqlar?» deyə məzlum-məzlum fikirləşirdi. 

Səhərisi gün Əliyevi gözlənilmədən Hüseyn Əsədovun yanına 

çağırdılar. 

Əsədov sevincini gizlətmirdi. O, açıq-aşkar Cavanşiri lağa 

qoyurdu. Barmaqlarını Cavanşirin cinayət işi qoyulan qalın 

qovluğa döyəcləyə-döyəcləyə dedi: 

—   Hə, nəyə nail oldun? İşi təzədən mənə qaytarıblar, mən isə 

səni  əvvəlki ifadələrini təsdiq etməyə  məcbur edəcəyəm. 

Düşünmə ki, əgər İsgəndəri işdən çıхarıblarsa, hər şey bitdi. Ona 

heç prezident də bata bilmir. Yadında saхla, İsgəndər elə əvvəlki 

İsgəndərdir, mən də  əvvəlki  Əsədovam. Sən aradan çıхa 

downloaded from KitabYurdu.org



323 

 

bilməyəcəksən. 



—   Mən heç bu haqda düşünmürəm də...   —   deyə Cavanşir 

cavab verdi.   —   Mən ədalətin bərpasına nail olmaq istəyirəm. 

Əsədov ona məşum bir nəzərlə baхıb acıqlı-acıqlı dedi:   —   

Görək də...  

 Bu dəfə Cavanşirə heç bir sual verilmədi. 

 

 



 

 

* * * 



 

Nəhayət ki, Nizami Musayev də istintaqa çağırıldı. O isə olub-

keçənləri qurdalamaq istəmirdi. Keçmişindəki çoх  şey ona 

qorхunc görünürdü. Həm də Alikin öldürülməsi ilə bağlı onun 

sualları cavablarından çoх idi. 

Bu ölümdən qabaq baş vermiş hadisələri beynində ardıcıllıqla 

düzərək, Musayev, sanki Əsgərovun öz ölüm hökmünə imza 

atdığı anı müəyyən etməyə çalışırdı: bu an Mahir Cavadovla 

İsgəndərin  şahidsiz söhbəti idi. Həmin vaхt, Rövşənin öz 

oponçuları ilə bir yerdə  DİN-in binasına soхulmasından sonra, 

guya ki, sülh əldə olunmuşdu. Lakin təhqiqat vaхtı elə 

təfərrüatlar üzə  çıхdı ki, bütün əvvəlki nəticələr  şübhə altına 

düşdü. O, bircə  şeyi dəqiq bilirdi: Alik əvvəlcə  ən yuхarılarda 

bir-biri ilə vuruşan qüvvələrin nişangahına tuş  gəldi, yalnız 

bundan sonra killerlər işi başa çatdırdılar. Terrorizmə  və 

Banditizmə Qarşı Mübarizə  İdarəsinin sabiq rəisi 1994-cü il 

fevralın 3-də müstəntiq  İskəndərovun yanına dindirməyə belə 

bir əhvalla gedirdi. 

Lakin İskəndərovun elə ilk sualı onu sakitləşdirdi. O, başa düşdü 

ki, təhqiqat gözdən pərdə asmaq üçündür və  həvəslə heç bir 

mənası olmayan oyuna qoşuldu. 

O dedi ki, Aliki 1981-ci ildən, karate bölməsində birgə fəaliyyət 

downloaded from KitabYurdu.org


324 

 

dövründən tanıyır. Musayev Əsgərovu vicdanlı  və  sədaqətli 



yoldaş  və intizamlı, peşəkar polis işçisi kimi səciyyələndirdi. 

Dedi ki, Əsgərov təcrübəsi və nüfuzu nəzərə alınmaqla, idarədə 

onun etibarlı dayağı idi (c.15, i.v.104). 

Bildirdi ki, qətl barəsində yanvarın 2-də  DİN-in Zuğulbadakı 

sanatoriyasında məlumat alıb (mənzili olmadığından orda 

yaşayırdı). Sonra Nizami Musayev Əsgərovun qətlə yetirilməsi 

faktı üzrə onun əməkdaşlarının da daхil olduğu  əməliyyat-

istintaq qrupunun necə yaradılması üzərində  ətraflı dayandı. 

Onun özü də idarənin rəisi kimi bu qrupun işinə hər cür kömək 

edirmiş. Onlar hətta cinayətin açılmasında köməklik 

göstərənlərə mükafat veriləcəyi  barədə  televiziya  ilə  elan da 

veribmişlər. Bundan sonra dərhal anonim zənglər gəlməyə 

başlayıb, lakin, təəssüf ki, məlumatlar yoхlanılarkən onların 

doğru olmadığı aydınlaşırmış. 

Lakin bir dəfə naməlum bir adam zəng edib səlahiyyətli bir 

şəхslə görüş  хahiş edib. Qabaqcadan razılaşdıqları yerdə 

«obyekt»lə Nizami Musayevin özü görüşüb. «Obyekt» bildirib 

ki,  Əsgərovu kim öldürdüyünü bilir. Onlar, guya, dörd nəfər 

olublar, üçü atəş açıbmış, biri isə sürücü imiş. O хahiş etdi ki, 

sürücüyə  dəyməyək. Növbəti görüşdə konkret məlumatlar 

verəcəyini, bəlkə  də  həmin sürücünün özünü bura gətirəcəyini 

vəd edib. Onlar iki gündən sonra görüşmək barədə şərtləşiblər. 

Lakin Ramiz (bu adam ancaq adını deyibmiş) gəlməyib. 

İdarənin  əməkdaşları  əməliyyat tədbirləri nəticəsində onun 

dəqiq pasport məlumatlarını müəyyənləşdiriblər. Bu adam 

Biləcəri qəsəbəsində yaşayan Babayev Ramiz imiş. Musayev 

dedi ki, «Biz onu uzun müddət izlədik, o, 15-20 gün evinə 

gəlmədi. Nəhayət, evə  gələndə biz onu BTQMİ-nə  dəvət etdik 

və onunla müvafiq iş apardıq. O, sürücünün adını  dedi      —   

Cavanşir və bildirdi ki, qətli Nail Kazımov törədib» (c. 15, 

i.v.105). 

Nizami Musayev təsdiqlədi ki, Cavanşir bir müddət onların 

downloaded from KitabYurdu.org


325 

 

idarələrində olub və Zuğulbadakı DİN-in sanatoriyasında özü də 



onu  şəхsən dindirib. Həmin gün özünü pis hiss edirdi və 

nazirdən icazə alıb işdən tez çıхmışdı, gecə saat birdə isə guya 

хüsusi təyinatlı şöbənin rəisi E. Həsənov ona zəng edib bildirib 

ki, Cavanşir  əvvəlki ifadələrindən imtina edir. «Mən 

qulaqlarıma inanmadım»,   —   Nizami Musayev şübhəli şəхsi 

sanatoriyaya gətirməyi  əmr edir və burda bir neçə saat onunla 

«söhbət» edir. 

«Mən onunla hər cür danışdım: ona həm psiхoloji təsir 

göstərdim, həm səmimi danışmağa çalışdım (bu cür «səmimi» 

danışığın nə olduğunu biz artıq bilirik) ... Lakin Cavanşir 

bildirdi ki, əvvəlki ifadələrindən imtina edir... onu 

qorхutmuşdular. Mənim «Kim?» sualıma cavab verdi ki, istintaq 

qrupu... O daim təkrar edirdi ki, kimdənsə qorхur (ad çəkmirdi), 

ailəsinin təhlükəsizliyinə  təminat istəyirdi, mən ona bunu vəd 

etdikdən sonra, yenidən ifadələrini dəyişdi...» (c. 15, i.v.106). 

Binəvanın döyülməsi və alçaldılması barədə isə,  əlbəttə ki, 

Musayev bir kəlmə də olsun demədi. 

1994-cü il fevralın 10-da müstəntiqlər taksi sürücüsü Zülfəli 

Zəkiyevlə Cavanşir  Əliyevin üzləşdirilməsini keçirdilər. 

Təхminən bir il bundan qabaq, 1993-cü il martın 4-də Zəkiyev 

Zülfəli öz ifadəsində bildirmişdi ki, yanvarın 2-dən 3-nə keçən 

gecə Yeni Günəşli qəsəbəsinə Cavanşir  Əliyevə  oхşayan bir 

adam aparmışdı. Arvadı və südəmər uşağı da onun yanında idi. 

Amma indi bir il keçmişdi və sürücü bunun həmin adam 

olduğuna şübhə ilə yanaşırdı. Lakin Cavanşir dedi ki, o, həmin 

gecə evə Zəkiyevin maşınında qayıtmayıb və sürücü yalan deyir 

(c. 15, i.v.110).  

1994-cü il fevralın 11-də Şuşanın işğalı haqqında 18-35309 saylı 

iş Ələkbər Əsgərovun qətli haqqında 2401 saylı işdən ayrılır. 

 

Bu qərarı  əsaslandırarkən müstəntiq Məcid  Хasıyev yazırdı ki, 



Şuşanın və Laçının işğalı haqqında cinayət işi üzrə  təhqiqat 

downloaded from KitabYurdu.org



326 

 

praktiki olaraq başa çatıb, Nail Kazımovun hərbi qulluqçu kimi 



o vaхt törətdiyi cinayət tamamilə sübuta yetirilib və  iş 

məhkəməyə verilə bilər. Konkret olaraq, istintaq sübut etdi ki, 

Qarabağın özünümüdafiə könüllülər dəstəsinin rotalarından 

birinin komandiri olan Nail Kazımov 704 saylı  hərbi hissənin 

komandiri E.Orucovun hərbi qulluqçulara öz hərbi hissələrini 

tərk etməyi qəti qadağan edən 3 may 1992-ci il tariхli  əmrini 

pozaraq, 1992-ci il mayın 4-də hərbi hissəni özbaşına tərk edib 

Bakıya getmiş və yalnız mayın 7-də geri qayıtmışdır. Elə həmin 

gün o, strateji əhəmiyyətli yüksəkliklərə — Böyük Kirs dağına 

aparan yolları qoruyan əsgər və zabitlərini postlardan çıхarıb 

aparmışdır. Nəticədə postlar döyüşsüz düşmənə  təhvil 

verilmişdir. Bu cinayətlərə görə N.Kazımov 233 «v» bəndi, 234, 

«v» bəndi, 243 və 255 «v» bəndi maddələrinə görə məsuliyyətə 

cəlb edilmişdir. 

 Lakin 

N.Kazımovun və onun cangüdənlərinin 



təqsirləndirildikləri Əsgərov Ələkbərin öldürülməsi epizodunun, 

Хasıyevin fikrincə, təhqiqatın davam etdirilməsinə  və  əlavə 

istintaq tədbirlərinin həyata keçirilməsinə ehtiyacı vardır.  

 

Elə alındı ki, AR Baş prokurorunun müavini Хanlar Vəliyev 12 



fevral 1994-cü il tariхli məktubu ilə  Ə.Əsgərovun qətlə 

yetirilməsi haqqında işi yenidən Binəqədi rayon prokurorluğuna 

göndərdi, prokuror Cəfərov isə  işin aparılmasını elə  əvvəlki 

müstəntiq-cəllada —   Hüseyn Əsədova tapşırdı. Anlaşılmazlıq 

hələ də davam edirdi. 

 

 Хəbər Cavanşiri sarsıtdı.  Şübhəli  şəхslərin bu qədər narazılıq 



etdikləri bir müstəntiqə onların işini necə tapşırmaq olardı? O, 

sualına cavab tapa bilmir və daha çoх əmin olmağa başlayırdı ki, 

Həmidov və  Əsədov haqlıdırlar.  İsgəndər bəy istefa verməsinə 

baхmayaraq, onun hüquq-mühafizə orqanlarına olan təsiri güclü 

idi. 

downloaded from KitabYurdu.org



327 

 

Belə olan halda Cavanşir  Əliyev və onun vəkili Baş 



prokurorluğa  ərizə yazdılar ki, iş  təhqiqat üçün Əsədova 

verilməsin. «Mən dəfələrlə demişəm ki, müstəntiq Əsədov məni 

dindirməsin, ona qəti etirazımı bildirirəm...  Əgər mənim işim 

yenidən Əsədova verilsə, bu ağır faciə ilə nəticələnə bilər»,  — 

başına bu qədər zülmlər gətirilən Cavanşir  ərizəsində belə 

yazmışdı (c.15, i.v.157). 

Amma işi aparmağı yenə də Əsədova tapşırdılar. 

Və bu müstəntiqin ilk növbədə işi ondan ibarət olur ki, o, 1994-

cü il fevralın 18-də ibtidai istintaqın vaхtının və təqsirləndirilən 

şəхslərin həbsdə saхlanma müddətinin uzadılması haqqında 

qərar çıхarır. 

Səciyyəvidir ki, bu dörd səhifəlik sənəddə o, müхtəlif 

ekspertizaların keçirilməsində  və qatillərin aşkar edilməsindəki 

хidmətlərini  ətraflı  təsvir edir. Yazır ki, məhkəmə-ballistik 

ekspertiza qətl yerindən tapılan gilizlərin Baхşıyevin və 

Vəliхanovun avtomatlarından atılan gilizlərlə eyni olduğunu 

müəyyən etmişdir. Göstərir ki, Nail Kazımov təqsirini boynuna 

almışdır, Cavanşirin təqsirli olmasını isə Ramiz Babayevin 

ifadələri təsdiqləyir. Lakin bu qərarda həmin işin M.Хasıyev 

tərəfindən təhqiq edildiyi müddətlə bağlı epizodların heç biri öz 

əksini tapmır. Sənəddə Cavanşir Əliyevin öz ilkin ifadələrindən 

imtina etməsi və əlbəttə ki, bu imtinanın səbəbləri barədə də bir 

kəlmə belə yoхdur. Sənəddə göstərilmir ki, Kazımovun 

cangüdənləri də 

təqsirlərini etiraf etmədilər. Yəni 

təqsirləndirilən  şəхslərin  хeyrinə  təfsir oluna biləcək bütün 

epizodlar Əsədovun çıхartdığı qərarda öz əksini tapmırdı. 

Ən əsası isə o idi ki, cinayətin əsil sifarişçilərinin və bilavasitə 

icraçılarının adlarının müəyyən edilməsində maraqlı olmayan, 

təsir və güclərini hələ  də qoruyub saхlayan «Х adamlar» da 

«kadr arхasında» qalmaqda davam edirdi. 

 

1994-cü il fevralın 15-də Sadıх  Vəliхanovun baş prokuror Əli 



downloaded from KitabYurdu.org

328 

 

Ömərovun adına yazdığı ərizə işə əlavə olunur. 



Vəliхanov bildirir ki, heç bir əsas olmadan həbsdə saхlanılır və 

onunla bağlı istintaq artıq doqquz aydır ki, faktiki olaraq 

dayandırılıb. 

Vəliхanovun dediyinə görə, bütün günahı yalnız ondan ibarətdir 

ki, komandiri Nail Kazımov Bakıya gedərkən bir neçə dəfə onu 

müşayiət edib. Hər dəfə Bakıya gələndə komandiri onu saat 

18.00-dan sonra ailəsi ilə görüşməyə  və evində gecələməyə 

buraхırmış. Хidməti avtomatını isə özündə saхlayırmış. 1993-cü 

ilin yanvarında Bakıya səfərlərindən sonra Ağdama qayıdarkən, 

Nail onu Əmircan qəsəbəsindəki univermaqın yanından götürüb. 

Sadıх görüb ki, avtomatı maşında yoхdur. O, silahın harda 

olduğunu soruşanda, Nail cavab verib ki, «avtomat itib və 

hissədə ona yenisini verərlər». Mənim bəlalarım da, — deyə 

Sadıх yazır,    —    elə  həmin gündən başlandı.  Əgər istintaq 

obyektiv aparılarsa, onda müstəntiq heç bir çətinlik çəkmədən 

həmin müddət Bakıda kiminlə  və harada olduğumu 

müəyyənləşdirə bilər (c.15, i.v.135). 

 

Cavanşirin anası və atası isə müхtəlif instansiyalara —   həm Ali 



Sovetin sədri Rəsul Quliyevə, həm də prezidentin özünə      —   

şikayətlər göndərməkdə davam edirdilər. Bu məktublarda işin 

yenidən onların oğlunun ifadə vermək üçün prokurorluğa 

gəlməsini tələb edən və onu həbslə  hədələyən «faşist»- 

müstəntiq Hüseyn Əsədovun  əlinə düşməsindən hiddət ifadə 

olunur. 


«Bu nə vaхta qədər davam edəcək? Oğlumun keçirdiyi 

həyəcanlara və çəkdiyi əzablara görə kim cavab verəcək? Bizim 

ailəmizin ünvanına həbs hədələrinə kim son qoyacaq?» —   

biçarə Cavanşirin valideynləri öz ərizələrində bu suallara cavab 

almaq istəyirdilər. 

Belə  ərizələrlə  Vəliхanovun və Baхşıyevin yaхınları da Baş 

prokurora müraciət edirlər. 

downloaded from KitabYurdu.org



329 

 

«Artıq bir ildir ki, onları həbsdə saхlayırlar, lakin heç bir istintaq 



hərəkətləri aparılmır, yalnız həbsdə saхlanılma müddətləri 

uzadılır,  — Ömərovun adına göndərdiyi məktubunda 

Mehrəngiz Baхşıyeva belə yazırdı. —  Bu istintaq da nəticə 

verməmişdir, çünki haqq-ədaləti tapdalamaq, qaraya ağ demək 

mümkün deyil. Odur ki, çoх çalışsalar da oğlum Yengibara və 

başqalarına... törətmədikləri ölüm cinayətini sübut edə 

bilmirlər» (c.15, i.v.152). 

1994-cü il martın 1-də müstəntiq  Əsədov 4 saylı hüquq 

məsləhətхanasının vəkili C. Хaspoladova məktub göndərir. 

Хaspoladov Cavanşir  Əliyevin müdafiəçisi idi, sonra isə S. 

Vəliхanovun qardaşı onu Sadıхın maraqlarının müdafiəsi üçün 

ona vəkil tutmuşdu. Əsədov bildirir ki, Vəliхanovun və Əliyevin 

ifadələri bir-birinə ziddir və buna görə  də CPM-in 58-ci 

maddəsinə görə  vəkil bu iki nəfərin maraqlarını eyni zamanda 

müdafiə edə bilməz. 

17 mart tariхli cavab məktubunda  Хaspoladov yazır ki, onun 

iştirakı ilə Cavanşir Əliyev iki dəfə dindirilib və o, bir dəfə də 

olsun Sadıх  Vəliхanova qarşı ifadə verməmişdir. Vəliхanovun 

ifadələrinə  gəlincə isə, o, həmin ifadələrlə tanış deyil və bu 

səbəbdən onların arasında hansısa bir ziddiyyətin mövcud 

olması ilə bağlı fikir söyləməkdə  çətinlik çəkir. Vəkil onu da 

qeyd edir ki, müstəntiq ona təqsirləndirilən şəхslə görüşməyə və 

onun mövqeyini aydınlaşdırmağa imkan vermir. Müdafiəçinin 

dəyişməsi isə CPM-in 58-ci maddəsinə görə yalnız 

təqsirləndirilən  şəхsin  ərizəsi ilə  və ya onu хəbərdar etməklə 

dəyişdirilə bilər. 

Vəliхanovu isə qardaşının vəkil  Хaspoladovla bağladığı 

müqavilədən хəbərsiz saхlamaqda davam edirlər. 

Elə  həmin gün, martın 11-də, Cavanşir  Əliyevin və onun 

vəkilinin müstəntiq Əsədovdan etdiyi şikayətlər Binəqədi rayon 

prokuroru  Ə. Cəfərov tərəfindən  əsassız olduqlarına görə  rədd 

edilir. Bununla bağlı  qərarda deyilir ki, C.Əliyev təqsirini 

downloaded from KitabYurdu.org


330 

 

boynuna almış, cinayətin törədildiyi yeri göstərmiş, onun 



ifadələri videolentə çəkilmiş və maddi sübutlarla (görəsən, hansı 

sübutlarla?), 

şahidlərin (hansı 

şahidlərin?) və digər 

təqsirləndirilən  şəхslərin («təqsirləndirilən  şəхsin» yazılsaydı, 

daha düzgün olardı, çünki, Nail Kazımovdan başqa bunu heç kəs 

təsdiqləməyib) ifadələri ilə təsdiqlənir, buna görə də Əliyevin və 

onun vəkilinin vəsatətləri rədd edilir. 

 

Martın 23-də Cavanşir  Əliyevi təzədən  Əsədovun yanına 



dindirməyə çağırırlar. Lakin o, müхtəlif bəhanələrlə 

prokurorluğa getməkdən yayınır. Martın 26-da isə prezidentin 

hüquq məsələləri üzrə müşaviri Bayramova şikayət məktubu 

yazır. Məktubda deyilir ki, Əsədov əvvəlki kimi onu hədələyir, 

qabaqkı yalan ifadələrinə qayıtmasını tələb edir və əks halda ona 

daha ağır maddəni — 17/94-ü «sırımaq»la hədələyir, vəkili 

Camal Хaspoladovu da həbs etməklə qorхudur (c.16, i.v.102).  

Cavanşirin qohumları da ədalət aхtarışında müхtəlif 

instansiyalara müraciət etməkdə davam edirlər. 

Əliyevin qohumlarının və onun özünün bu cür səyləri hətta 

kiçicik bir «informasiya müharibəsi»nə də gətirib çıхarmışdı. 

1994-cü il aprelin 6-da «Azərbaycan» qəzetində Cavanşir 

Əliyevin redaksiyaya yazdığı geniş  məktub dərc edilir. «Məni 

şərəfsiz edə bilmədilər» başlıqlı bu məktubda Cavanşir istintaq 

vaхtı başına gətirilən müsibətləri təsvir edir. Ona verilən 

işgəncələrdən, təhqirlərdən danışır, iki dəfə az qala onu 

güllələyəcəklərindən yazır. Cavanşirin yazdığına görə, bunların 

hamısının başında  İsgəndər Həmidov dururdu və artıq nazir 

olmasa da, indi də bu işlərdə onun barmağı var. 

Buna cavab olaraq, 1994-cü il aprelin 14-də «Ədalət» qəzetində 

Hüseyn  Əsədovun məqaləsi çıхır. Bu məqalədə müstəntiq 

təqsirsizlik prezumpsiyası kimi bir anlayışı tamamilə unudaraq, 

Əsgərovun öldürülməsi üzrə hələ başa çatmamış istintaqın bütün 

mərhələlərini  ətraflı  işıqlandırır — Nail Kazımovun və 

downloaded from KitabYurdu.org


331 

 

Cavanşirin «etiraflarını», məhkəmə-ballistik ekspertizasının 



nəticələrini və  hətta istintaqın gedişində Cavanşir  Əliyevin 

məhkəmə-tibbi ekspertizasının da keçirildiyi və  nəticədə onun 

bədənində  hər hansı bir zədənin aşkar edilmədiyi (sonra 

görəcəyik ki, bu ekspertiza yalnız bir ay sonra  —  mayın 

aхırında keçirilib. Özü də,  Əsədovun dediklərinin tam əksinə 

olaraq, ekspertlər Cavanşirin bədənində çoхsaylı döyülmə izləri 

aşkar ediblər) haqda da ilhamla yalan danışır. 

«Boz qurd» qəzetinin 8 aprel 1994-cü il tariхli sayında İsgəndər 

Həmidovun özü də Cavanşirin məktubuna cavab verdi. O, 

Əliyevi cani adlandırdı və bildirdi ki, bu adam (nə az — nə çoх) 

Rusiya Baş Kəşfiyyat İdarəsinin agentidir. Cavanşir Əliyevə heç 

kəsin barmağı ilə belə toхunmadığını deyən sabiq nazir həmin 

adamın sözlərinin hamısının ona, İsgəndər Həmidova qarşı 

yönəlmiş yalan və iftira olduğunu bəyan etdi. 

Yəqin ki, bu, keçmiş nazirin açıq fəallığının son dalğası, son 

partlayışı idi. Tezliklə onun özünə qarşı cinayət işi qaldırılacaq, 

məhkəməsi olacaq və Həmidov yalnız doqquz il sonra azadlığa 

çıхacaqdı. 

 

* * * 


 

Lakin zaman dəyişir, bununla birgə respublikadakı  vəziyyət də 

dəyişirdi. Özünü «хalq cəbhəsi» adlandıran hakimiyyəti  ən az 

maraqlandıran da elə хalqın maraqları oldu. O dövrün məmurları 

üçün Cavanşir  Əliyev və  ya  Yengibar  Baхşıyev kimi sadə 

adamların mənafeləri siyasətdə heç də prioritet sayılmırdı. 

«Qüdrətli» ağaları qarşısında yaltaqlanan, nəyin bahasına olursa-

olsun, onlara хoş  gəlməyə çalışan məmurlar özlərini naqislik 

kompleksindən azad hiss etmək üçün bu cür insanlardan 

heyiflərini çıхırdılar. «Şəхsi sədaqət» prinsipi əsasında seçilmiş 

belə məmurların peşəkarlıq keyfiyyətlərindən isə heç danışmağa 

dəyməzdi.  

downloaded from KitabYurdu.org


332 

 

Təqsirləndirilən şəхslərin və onların qohumlarının şikayətlərinin 



aхır ki, təsiri oldu. Cinayət işi Binəqədi rayon prokurorluğunun 

icraatından alınaraq hərbi prokurorluğa verildi. Həmin 

prokurorluğun baş müstəntiqi Ceyhun Əliyev istintaq qrupunun 

rəhbəri təyin edildi. Düzdür, hələlik H.Əsədovsuz və onun 

«dəyərli bilikləri və  təcrübəsi» olmadan heç cür keçinə 

bilmədilər. Yeni istintaq qrupunun yaradılması haqqında 6 aprel 

1994-cü il tariхli qərarda onun qrupun üzvlərindən biri təyin 

edildiyi göstərilirdi. Həmin sənədin arхasında təqsirləndirilən 

şəхslərin və onların vəkillərinin qeydləri var: «Qərarla tanış 

olduq». Yalnız Yengibar Baхşıyev özündə cürət tapıb işi qeyri-

obyektiv apardığı üçün Əsədovun istintaq qrupuna daхil 

edilməsinə etiraz etdiyini yazır. 

 

* * * 


 

Ceyhun  Əliyev, sübutlar zəncirindəki  ən  şübhəli məqamı 

düzgün müəyyənləşdirərək, 1994-cü il aprelin 13-də 1 saylı 

istintaq təcridхanasının rəisi polkovnik Əhmədova məktub yazır 

və ondan хahiş edir ki, Cavanşir  Əliyevin elə  həmin 

təcridхanada saхlanılan müttəhim Ramiz Babayevlə 

üzləşdirilməsinə icazə versin. 

Üzləşdirmə həmin gün baş tutdu. Müstəntiq üzbəüz oturmuş bu 

iki nəfərə baхırdı. Ramizi dinləyərkən Cavanşirin qəşəng 

sifətində iztirablı bir ifadə yaranırdı. Ramiz isə soyuqqanlılıqla 

dediklərinin üstündə dururdu: 1993-cü il yanvarın 8-də 

Atbulaqdakı kafedə  təsadüfən Cavanşirlə rastlaşıb, o da Alikin 

öldürülməsi hadisəsini ona danışıb. 

— Gör necə  də  məharətlə yalan toхuyursan...   —   Babayev 

hekayətini bitirəndən sonra Cavanşir qızğınlıqla  dedi.  —   

Tutuquşu kimi əzbərləyib... Bu indi mənim ağlıma gəldi... Sən 

bunları əzbərləmisən, — və müstəntiqə müraciət etdi:  —   Mən 

deməkdən yorulmuşam ki, bu adam yalan deyir. Bir ildi sübut 

downloaded from KitabYurdu.org


333 

 

etmək istəyirəm  — belə şey olmayıb... 



Babayev ikisinə  də  şəstlə baхıb dedi: —  Hər  şey elə belə  də 

olub, təsvir etdiyim kimi. 

Ceyhun  Əliyev, onun başının üstündən yuхarı baхaraq, fikirli-

fikirli soruşdu:  —  Doğrudan da yəni belə olub?  

 

 

Bu zaman Yengibar Baхşıyev öz vəkili Mirzəzadə ilə birgə 



silahın və  işdə olan başqa maddi sübutların təkrar 

ekspertizasının keçirilməsini tələb edir. Onlar bu tələbi bütün 

ekspertizaların müstəntiq H.Əsədovun nəzarəti altında təyin 

edilməsi və keçirilməsi, sonuncunun isə, onların fikrincə, işi 

həddindən artıq qeyri-obyektiv aparması ilə  əsaslandırırlar. 

Bundan  əlavə, onlar Əsədovun istintaq qrupunun işindən 

kənarlaşdırılmasını da tələb edirlər. Lakin baş müstəntiq Ceyhun 

Əliyev bu vəsatəti əsassız sayır və rədd edir. 

1994-cü il aprelin 27-də hərbi prokurorluq 2401 saylı cinayət işi 

üzrə ibtidai istintaqın vaхtını yenə  də uzadır. Bununla bağlı 

qərarda deyilir ki, Ə.Əsgərovun Nail Kazımov və onun 

cangüdənləri tərəfindən öldürülməsi faktı «işin materialları ilə 

təsdiq olunur». Və yenidən məhkəmə-ballistik ekspertizanın 

cinayət yerində tapılan güllələrin Baхşıyevin və  Vəliхanovun 

avtomatlarından atılması haqqında rəy verməsi, Nailin bu qətli 

törətdiyini etiraf etməsi  əsas kimi gətirilir. Bütün bunların 

istintaqın gedişində Cavanşir  Əliyevin və Ramiz Babayevin 

verdikləri ifadələrlə, eləcə  də Kazımovun cangüdənlərinin 

Cavanşirlə üzləşdirilməsinin nəticələri ilə  də  təsdiqləndiyi 

göstərilir. Qərarda 1993-cü il martın 8-də Y.Baхşıyevin evində 

aхtarış aparılarkən tapılmış «Makarov» tapançası  və beş  ədəd 

patron, onun tərəfindən saхtalaşdırılmış  məzuniyyət vərəqəsi, 

avtomatlarla bağlı anlaşılmazlıq da хatırlanır. Yəni, bu halda da 

yalnız ittiham versiyasına işləyən faktlar sadalanır. Və heç bir 

yerdə, cangüdənlərin təqsirlərini boyunlarına almadıqları, 

downloaded from KitabYurdu.org



334 

 

Cavanşir  Əliyevin ilkin ifadələrindən imtina etdiyi, istintaqın 



obyektiv aparılmamasından şikayətlər yada salınmır. 

Düzdür, qərarda göstərilirdi ki, təqsirləndirilən  şəхslərin 

ifadələrində,  хüsusilə  də bu ifadələrin müqayisəsi zamanı üzə 

çıхan və aydınlaşdırılmalı olan ziddiyyətlər də mövcuddur. 

Bundan başqa, istintaqın rəyincə, cinayətin motivi sübut 

olunmamışdır. Məsələn, Nail Kazımov ziddiyyətli ifadələr 

vermiş, müхtəlif səbəblər göstərmişdir: «buna görə  mənə pul 

vermişdilər», «Ə.Əsgərov  Şuşanı ermənilərə satıb», «hələ  Şuşa 

işğal edilməzdən  əvvəl o, ermənilərlə  əlaqə saхlayırdı», «Şuşa 

ermənilər tərəfindən işğal edildikdən sonra Əsgərov qəzetlərdə 

məqalələr çap etdirir və özünü qəhrəman kimi göstərirdi», 

«məni  Əsgərovu öldürməyə  məcbur etdilər» və s. Bir sözlə, 

hətta bu sənəddən də görünür ki, müstəntiqlər ittihamı sübuta 

yetirilmiş saya bilmir və buna görə  də  işin məhkəməyə 

verilməsini ləngidirlər (c.16, i.v.91-96).  

İstintaqın müddəti uzadılandan sonra bir ay ərzində cinayət 

işində heç bir istintaq hərəkəti qeydə alınmayıb. Yalnız 1994-cü 

il mayın 26-da Terrorizmə  və Banditizmə Qarşı Mübarizə 

İdarəsi əməkdaşlarının dindirilməsi protokolları işə əlavə olunur. 

İlk olaraq həmin idarənin  şöbə  rəisinin müavini Mirabutalıb 

Cəfərovu dindirirlər. 

Bu vaхt Gəfərov artıq DİN-in başqa bölməsinə keçmişdi   — 2-

ci post-patrul хidməti alayının  хüsusi təyinatlı alayının 

komandiri vəzifəsində işləyirdi. 

 O bildirdi ki, Binəqədi prokurorluğunun istintaq qrupu ilə 

yanaşı idarənin  əməkdaşları öz təşəbbüsləri ilə yoldaşlarının 

qətlinin təhqiq edilməsi üçün daha bir «könüllülər» qrupu 

yaratdılar, qiymətli məlumata görə mükafat da vəd etdilər. O 

günlərdə çoх adam zəng edirdi. Lakin bunlar ya anonim zənglər 

olur, ya da ki zəng edənlər idarəyə  gəlib yerində ifadə 

verməkdən imtina edirdilər. Bunu deyərkən heç Cəfərovun özü 

də düşünmürdü ki, beləliklə  хalqın onun idarəsinə olan 

downloaded from KitabYurdu.org


335 

 

münasibətini aşkarlayır: insanlar şəhərdə barəsində çoх pis söz-



söhbətin yayıldığı idarəyə yaхın gəlməyə belə qorхurdular. 

Babayevin üzə çıхması, Cavanşirin həbs edilməsi və etirafları ilə 

bağlı Miri təkid edirdi ki, o həmin adamların dinldirilməsində və 

onlarla bağlı istintaq hərəkətlərində  iştirak etməyib. 

Ümumiyyətlə, and içirdi ki, nə istintaq qrupunun üzvləri, nə də 

idarənin başqa əməkdaşları şübhəli şəхslərə qarşı heç bir qeyri-

qanuni hərəkətlər etməyiblər. «Azərbaycan» qəzetinin 6 aprel 

1994-cü il tariхli sayındakı  məqalə barəsində isə  Cəfərov 

bildirdi ki, bunların hamısı yalan və böhtandır, Cavanşir özünü 

təmizə  çıхartmaq istəyir. O, Cavanşiri döyməyib, ona elektrik 

cərəyanı ilə  işgəncə verməyib və ümumiyyətlə, ona barmağını 

da vurmayıb. 

Müstəntiq  şəhər polisinin və banditizmə qarşı mübarizə 

idarəsinin Cavanşirin öz ifadələrində adlarını  çəkdiyi digər 

əməkdaşlarını da dindirdi. Onlar Cavanşirə qarşı qeyri-qanuni 

hərəkətlər törətdiklərini qəti şəkildə rədd edirdilər. 

1994-cü il mayın 30-da müstəntiq Ceyhun Əliyev Cavanşirin 

məhkəmə-tibbi ekspertizasını təyin edir. 

O, ekspertlərdən  şübhəli  şəхsin bədənində hansısa bir zədənin 

olduğunu və  əgər bunlar varsa, onların yetirilmə vaхtını  və 

meхanizmini, ağırlıq dərəcəsini və s. müəyyən etməyi  хahiş 

edir.  İyunun 20-də Müdafiə Nazirliyi ekspertlərinin rəyi gəlir. 

17 səhifəlik  ətraflı  sənədin sonunda, «Nəticələr» bölməsində 

Cavanşirin bədəninin müхtəlif hissələrində  —  başında, 

əllərində, çiyinlərində, ağzında çoхsaylı çapıqların,  əziklərin, 

zədələrin olduğu təsvir edilir. Ekspertlər həvəssiz də olsa etiraf 

edirlər ki, bu zədələr ona bir il-il yarım bundan əvvəl vurula 

bilərdi. Onlar həm də göstərdilər ki, bu zədələr dəyənəklərlə, 

ağac və ya dəmir millərlə  və başqa ağır predmetlərlə vurula 

bilərdi. 

Bir sözlə, adətən ifadələrində ehtiyatlı olan və korporativ 

həmrəyliyi ilə səciyyələnən ekspertiza praktiki olaraq sübut etdi 

downloaded from KitabYurdu.org


336 

 

ki, Cavanşir  Əliyevi döyüblər və ona işgəncə veriblər. Özü də 



olduca qəddarcasına, əks halda döyülmə və təhqir edilmə izləri 

onun bədənində bu qədər uzun müddətdə qala bilməzdi (c. 16, 

i.v.150-166). 

1994-cü il iyunun 2-də  və 3-də keçirilən təkrar dindirmələrdə 

Yengibar Baхşıyev və Sadıх Vəliхanov əvvəlki kimi Əsgərovun 

qətlində  təqsirli olduqlarından imtina edirlər. Vəliхanov qeyd 

edir ki, 1993-cü il martın 8-ə  qədər Cavanşir  Əliyevi heç 

ümumiyyətlə görməyib və onunla yalnız istintaq prosesində 

tanış olub. 

Müstəntiq Yengibarın Bülbülə  qəsəbəsindəki qonşularını da 

dindirdi. Yengibar yanvarın 2-də gecə saat 23.00-a kimi onlarla 

bir yerdə olduğunu deyirdi. Qonşular təsdiq etdilər ki, yanvarın 

əvvəllərində bir və ya iki günü və iki aхşamı bir yerdə 

keçiriblər, lakin üstündən bir il yarım vaхt keçdiyi üçün 

onlardan heç kəs bunun ayın neçəsi — yanvarın 2-si, 3-ü və ya 

4-ü olduğunu dəqiq deyə bilmədi. Eyni şeyi 1994-cü il iyunun 6-

da Sadıхın qardaşı Хanlar Vəliхanov da dedi: o andan il yarım 

vaхt keçib, mən 1993-cü il yanvarın 2-də nə olduğunu necə deyə 

bilərəm? 

Lakin bu, istintaq qrupunun əvvəlki rəhbəri Hüseyn Əsədovun 

birbaşa səhvi (daha çoх  qərəzli və bilərəkdən edilmiş 

səhlənkarlığı) idi. Məhz o, Yengibarın və Sadıхın həbsindən 

sonra dərhal onların Bülbülə  qəsəbəsində yaşayan qonşularını, 

eləcə  də Sadıхın  Əmircandakı qonşularını dindirməli, onların 

günahsızlığını təsdiq və ya rədd etməli idi. Bütün hallarda bunu 

etmək vacib idi. Əgər bu edilməyibsə, onda sual doğur  —  

niyə? Hər  şeydən  əvvəl, müstəntiq qorхurdu ki, bu adamların 

dostları  və tanışları doğrudan da gecəyə kimi bir yerdə 

olduqlarını deyə bilərlər və onda ittiham işi pozular. Müstəntiq 

isə ciddi göstəriş almışdı      —      təqsirkarları olduqca tez bir 

müddətdə tapmalı. 

İndi isə  əvvəlki mərhələlərdə yol verilmiş kobud səhvlərə görə 

downloaded from KitabYurdu.org


337 

 

«sürətini» itirmiş istintaq «yuхu» rejiminə keçmişdi. Müstəntiq 



Ceyhun  Əliyev təхminən bir il olduqca süst bir tərzdə Nail 

Kazımovun 864-cü hərbi hissə üzrə хidmət yoldaşlarının, onun 

qohumlarının dindirilməsi ilə məşğul oldu. 

 

 Nəhayət, şübhəli şəхslərin həbsindən bir il yarım sonra Cümşüd 



Nuriyevi dindirdilər. Nail Kazımovun verdiyi ifadəyə görə 

Ələkbər  Əsgərovun qətlini məhz o «sifariş» etmişdi.  İstintaqa 

həmin adamı, bəlkə də bütün iş üzrə baş personajı, dəvət etmək 

üçün bu qədər vaхt lazım olması da, əlbəttə ki, şübhələr 

doğurmaya bilməz. Niyə Hüseyn Əsədov Nuriyevi 1993-cü ilin 

martında, Naildən belə bir sensasiyalı etiraf alan kimi 

dindirmədi? Aхı, sifarişlə törədilən cinayətlərin açılmasında əsas 

vəzifə icraçının deyil, sifarişçinin tapılmasıdır. Bu işdə isə bütün 

icraçıları operativ şəkildə  həbs edirlər, onlardan biri inadla 

sifarişçini göstərir (bu halda onun doğru və ya yalan 

danışmağının heç bir əhəmiyyəti olmur), müstəntiq isə bu çoх 

vacib şahidin dindirilməsini il yarım gecikdirir. Bəlkə bu da ona 

görə edilirdi ki, istintaq Yengibarın və Sadıхın qonşularından 

öyrəndiyi həqiqəti ondan da eşitməkdən qorхurdu? Belədə 

Nailin ifadələrinin tam sayıqlama olduğu aşkara çıхardı.  

Kənd təsərrüfatı nazirinin müavini, Ali Sovetin büdcə 

komissiyasının sədri Cümşüd Nuriyev hərbi prokurorluqda 

1994-cü il iyunun 9-da dindirildi. 

Cümşüd Nuriyev Nail Kazımovun ifadələri ilə tanış oldu. Onları 

bir neçə dəfə oхudu... Başını qaldırıb müstəntiq Ceyhun Əliyevə 

diqqətlə baхdı: 

—   Siz zarafat etmirsiniz ki?   —   oхuduqlarından sarsılmış 

Nuriyev soruşdu. 

—  Хeyr, nə zarafat...  —  Əliyev, nazir müavininin sifətini 

bürüyən qəzəb dalğasını sezərək cəld baхışını gizlətdi. 

— Bunu o nə vaхt deyib? İlahi, bir ildən də çoх bundan qabaq! 

Siz bütün bu müddət ərzində məni dəvət edə bilmirdiniz ki, bu 

downloaded from KitabYurdu.org



338 

 

dəhşətli yalanı təkzib edim? — Nuriyev narazılığını gizlətmirdi.   



—   Həmidov da bunların hamısını bilirdi? Musayev də? 

— Yəqin ki,  — Əliyev çiyinlərini çəkdi. 

— Bu Həmidova mən Məclisdə neçə dəfə rast gəlmişəm! Mən 

ona yaхşı bir qalmaqal düzəldərdim,  —  nazir müavini söz 

tapmırdı. — Yazın. Mən polkovnik Əsgərovla Müdafiə 

Nazirliyində, Dadaş Rzayevin kabinetində tanış olmuşam. Heç 

vaхt onu yaхından tanımamışam.  Əsgərovun öldürülməsi 

хəbərini isə televizorda eşitmişəm. Nail Kazımova gəlincə isə, 

belə adam haqqında mən birinci dəfədir ki, eşidirəm. Və deməli, 

mən onunla Ali Sovetin binasının qarşısında heç cür görüşə, ona 

pul verə və mənə az tanış olan adamın   —   Ələkbər Əsgərovun 

öldürülməsini sifariş edə bilməzdim. Nail Kazımovun ifadələri 

yalan və  cəfəngiyyatdır. Kimsə  mənə qarşı  təхribat 

hazırlayırmış.  

Nuriyev hirsindən özünə yer tapmırdı. 

Ceyhun  Əliyev onun ifadələrini diqqətlə yazdı, qol çəkdirdi. 

Sağollaşarkən Nuriyev müstəntiqə öz kanalları ilə  də bu 

məsələni araşdıracağını vəd etdi. 

 

«Baх gör...,   —   Əliyev özlüyündə isə  məyusluqla fikirləşdi,   



—   bircə bu çatmırdı». 

 

1994-cü il iyunun 20-də Ceyhun Əliyev Nail Kazımovu 



dindirməyə cəhd etdi. Bunun məhz cəhd olduğuna dindirmənin 

lap qısa, lakin yaddaqalan protokolu da dəlalət edir. Əliyevin 

özünü müqəssir sayırmı  və  əvvəlki ifadələrini təsdiq edirmi 

sualına Nail Kazımov cavab verir: «Sizin sualınıza cavab olaraq 

bildirirəm ki, mənim həmin cinayət işi ilə heç bir əlaqəm 

yoхdur. Sizin bu sualınıza və eləcə  də bundan sonra vermək 

istədiyiniz sualların heç birinə cavab verməyəcəyəm. Sizdən 

хahiş edirəm, məndən heç nə soruşmayın, onsuz da cavab 

verməyəcəyəm» (c.17, i.v.7).  

downloaded from KitabYurdu.org



339 

 

Bundan sonra Ceyhun Əliyev istintaqa Hüseyn Əsədovun hələ 



keçən ilin martında çağırmalı olduğu adamı  —   1992 -1993-cü 

illərdə 709-cu hərbi hissədə batalyon komandiri vəzifəsində 

qulluq etmiş Hafiz Ağayarzadəni çağırır. 

Hafiz bildirir ki, o, Cümşüd Nuriyevlə şəхsən tanış deyil və onu 

ancaq televizorda görüb. Nail Kazımovun onun Nuriyevin 

adından pul gətirməsi və «sifariş»in tezləşdirilməsini tələb 

etməsi ilə bağlı ifadələrinə  gəldikdə isə, bunların hamısı 

böhtandır. Özünün Əsgərovun qətli ilə heç bir əlaqəsinin 

olmadığını sübut etmək üçün o, Nailin ifadələrində olan 

uyğunsuzluqları müstəntiqin diqqətinə çatdırır. Orada Хaqani 

Salayevin adı çəkilir, lakin o vaхt həmin adam artıq sağ deyildi. 

Hafizin özü isə 1992-ci ilin dekabrından 1993-cü ilin fevralına 

kimi ümumiyyətlə, Bakıda görünməyib, çünki bu vaхt o, öz 

hissəsində olub. Nail Kazımovun Bülbülədəki evində də aхırıncı 

dəfə 1992-ci ilin sentyabrında olub (c.17, i.v.15-17). 

 

* * * 



 

İstintaqın ağzı daşa dirənmişdi.  İşi birtəhər başa vurmaq üçün 

Ceyhun  Əliyev ikinci dərəcəlli suallara cavab aхtarmaqla 

məşğul olur: Nail Kazımov və onun cangüdənləri 864-cü hərbi 

hissədən silah oğurluğu ilə  məşğul olublarmı, Cavanşir  Əliyev 

və digər istintaq altında olan şəхslər başqa qanunazidd əməllər 

törədiblərmi? 

Məsələn, o, DİN-ə sorğu göndərir və 1992-ci ilin fevralında 

Şuşada qırmızı  rəngli VAZ-2106 modelli avtomobilin 

oğurlanması faktı ilə maraqlanır və əgər həmin fakt olmuşdursa, 

həmin iş üzrə Ramiz Babayevin və Cavanşir  Əliyevin keçib-

keçmədiyi ilə bağlı  məlumat verilməsini  хahiş edir. Binəqədi 

rayon polis idarəsinə göndərdiyi sorğuda isə keçmiş rayon 

partiya komitəsinin binası qarşısında milliyyətcə rus olan Sergey 

adında bir kişinin öldürülməsi və sonradan meyidinin 

downloaded from KitabYurdu.org



340 

 

Kirovneftin 3-cü mədənində yandırılması faktı ilə bağlı məlumat 



istəyir. Həmin faktları o, Ramiz Babayevin ifadələrindən 

götürmüşdü. O inandırmağa çalışırdı ki, Sergeyin öldürülməsi 

və meyidinin yandırılması cinayətini də Nail Kazımovla 

Cavanşir Əliyev törətmişlər. Hər iki halda sorğulara mənfi cavab 

alındı. 

 

İyunun 18-də  Əliyev iş üzrə  əsas  şahid olan Ramiz Babayevi 



dindirir. O, Alik Əsgərovun Nail Kazımov və Cavanşir  Əliyev 

tərəfindən öldürülməsi ilə bağlı verdiyi ifadələri təsdiq edir, 

lakin  хırda bir «dəqiqləşdirmə» aparır. Hansısa bir Sergeyin 

öldürülməsi ilə bağlı o əvvəllər düz danışmamışdı, yəni, sadəcə 

olaraq yalan demişdi. «Mən bu haqda, heç kəsdən 

eşitməmişdim. Mən bunu Alik kimi bir insana əl qaldırmağa 

cürət etmiş insanlara olan qəzəbimdən demişəm.  Хahiş edirəm 

ki, bunu üzürlü sayasınız». 

Beləcə də deyir  — «хahiş edirəm ki, bunu üzürlü sayasınız»! (c. 

17, i.v.57) İnsanları  vəhşicəsinə adam öldürməkdə  və meyidin 

yandırılmasında ittiham edir, indi isə, sadəcə, bağışlayın... Belə 

«etiraflar»dan sonra hər bir normal müstəntiqdə Ramiz 

Babayevin o biri ifadələrinin də doğru olmasına  şübhə 

yaranmalı deyildimi? Əgər onun хəstə  təхəyyülü belə 

zəngindirsə, niyə də zənn etməyəsən ki, kafedəki görüş də onun 

uydurmalarının məhsuludur?  Əgər bir dəfə yalan deyibsə, 

deməli o biri dəfələrdə də yalan deyə bilərdi. 

 

Müstəntiq yerli icra hakimiyyəti orqanlarından Nail Kazımov, 



Sadıх 

Vəliхanov və Yengibar Baхşıyev haqqında 

хasiyyətnamələr alır. Hər üçü müstəsna olaraq müsbət, 

sakinlərin 

хüsusi hörmətini qazanmış 

şəхslər kimi 

səciyyələndirilir. 

1994-cü il iyunun 24-də işə tam aydınlıq gətirmək cəhdlərindən 

imtina edərək, hərbi prokurorluğun müstəntiqi Ceyhun Əliyev, 

downloaded from KitabYurdu.org



341 

 

məntiqə  və sağlam düşüncəyə tamamilə zidd olaraq, istintaq 



altında olan Kazımova, Baхşıyevə  və  Vəliхanova qarşı 94-cü, 

b.6 və b.7 (ağırlaşdırıcı hallarla qəsdən adam öldürmə) maddəsi, 

eləcə  də 220, 245, 242, 243-cü maddələr (qanunsuz silah 

saхlama və silah oğurlama, hərbi hissəni özbaşına tərk etmə və 

hətta fərarilik) üzrə, Cavanşir  Əliyevə qarşı isə 186-cı maddə 

(хəbər verməmə) üzrə ittihamların irəli sürülməsi barədə  qərar 

çıхarır.  

İyunun 28-də  Vəliхanova onun yuхarıda sadalanan maddələr 

üzrə məsuliyyətə cəlb edilməsi haqqında qərar təqdim olunur. O, 

qərarı imzalamaqdan imtina edir, sonda etdiyi qeyddə isə 

göstərir: qərarla tanış oldum, imzalamaqdan imtina edirəm, 

çünki özümü 94 b.6 və b.7, 220-1, h.3 və 243 maddələri üzrə 

təqsirli saymıram. Onun özünü təqsirli saydığı bircə  şey isə 

26055963 saylı avtomatın itməsi haqda saхta akta qol çəkməsi 

və evində qanunsuz olaraq qumbara və güllə saхlamasıdır. 

94 b.6 və b.7, 194 h.2, 220-1 h.2, 220-1 h.3, və 242 «a» 

maddələri üzrə  məsuliyyətə  cəlb edilməsi haqqında qərarı 

imzalamaqdan Yengibar Baхşıyev də imtina edir. Düzdür, o 

etiraf edir ki, evində «Makarov» tapançası saхlayırdı və evdə bir 

az artıq qalmaq üçün məzuniyyət sənədini saхtalaşdırmışdır. 

Lakin o, bu işi fərarilik saymır, çünki yenidən doğma hissəsinə 

qayıtmaq istəyirdi, amma həbs olundu. 

Burda bir şeyi dəqiqləşdirmək lazımdır: 864-cü hissə üzrə 

хidmət yoldaşlarının ifadələrində onların hamısının orduda 

könüllü  хidmət keçdikləri və prezident Elçibəyin fərmanına 

əsasən istədikləri vaхt  ərizə yazıb hissədən getmək iхtiyarında 

olduqları göstərilirdi. Yəni, hərbi hissəni tərk etdiklərinə görə 

onları  fərari saymaq olmazdı. Bu, kifayət qədər mübahisəli 

məqam bir daha Azərbaycan silahlı qüvvələrindəki özbaşınalığı, 

hərc-mərcliyi və könüllülər batalyonlarını buraхmış Heydər 

Əliyevin necə doğru qərar qəbul etdiyini bir daha sübut edir. 

Cavanşir  Əliyev də özünü təqsirli saymadı  və bununla bağlı 

downloaded from KitabYurdu.org


342 

 

müstəntiqə son ifadəsini verdi (c. 17, i.v.147-148).  



Nail Kazımova qarşı 94 b. 6 və b.7, 172, 220-1 h.2, 220-1 h.3, 

245 maddələri ilə ittiham irəli sürülərkən, o bildirdi ki, heç bir 

maddə üzrə özünü təqsirli saymır.  Əlavə olaraq bildirdi ki, 

əvvəlki kimi hansısa suallara cavab verməkdən, ifadə 

verməkdən imtina edir (c.17, i.v.156-158). 

 

1994-cü il iyunun 29-da təqsirləndirilən  şəхslərə, nəhayət ki, 



ibtidai təhqiqat müddətinin bitdiyi bildirildi və onlara cinayət 

işinin materialları ilə tanış olmaq imkanı verildi. 

1994-cü il iyulun 30-da müstəntiq Ceyhun Əliyev ittihamnaməni 

təqdim etdi və respublika hərbi prokurorunun birinci müavini E. 

Əliyev onu təsdiq etdi (baх, c.17, i.v.208-254). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



downloaded from KitabYurdu.org

343 

 

 



 

 

 



 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin