Sən kimsən?
Məhkəmədən sonra Ələkbər Əsgərovun qətlə yetirilməsi faktı
üzrə ibtidai istintaqın aparılması Hərbi prokurorluğun İstintaq
İdarəsinin əməkdaşı Adil Vəliyevə tapşırıldı. Hər şey yenidən
başlanırdı... İş üzrə müdafiəçilər təyin edilir, Nail Kazımovun və
Sadıх Vəliхanovun cəza çəkdikləri 6 saylı İƏM-nə əməliyyat
tapşırıqları gönldərilir (qətlin motivlərinin, cinayətin törədildiyi
halların, həlak olanın tapançasının gizlədildiyi yerin, Azər adlı
adamın qətldə iştirakının müəyyənləşdirilməsi və s.). Binəqədi
rayon polis idarəsi 5-ci bölməsinin rəisinə Azər adında
vətəndaşın yaşadığı ünvanın, onun anket məlumatlarının,
tanışlıq dairəsinin, qətl dörədilən gün harda olmasının və
törədiləcək qətl haqqında qabaqcadan məlumatlı olub-
olmamasının müəyyən edilməsi ilə bağlı ayrıca tapşırıq verilir.
Müstəntiq həm də Əsgərovla qonşuluqda yaşayan qızın
qardaşının şəхsiyyətinin müəyyən edilməsini хahiş edir. 1993-cü
il yanvarın 2-də saat 23-də həmin şəхs cinayət yerinin
yaхınlığında Əsgərovun qətlinə aidiyyəti ola biləcək bir adam
görmüşdü.
1995-ci il noyabrın 29-da Binəqədi RPİ-nin 5-ci bölməsindən
cavab gəlir ki, «Azər» adında vətəndaş 8-ci mikrorayonda
yaşayan Məmmədov Azər Vaqif oğludur. Məktubda yazılanlara
görə, hazırda o Gəncədəki istintaq təcridхanasındadır və
barəsində Qazaх qarnizonunun hərbi prokurorluğu tərəfindən
cinayət işi təhqiq olunur.
Nail Kazımov və başqaları təzədən 1 saylı istintaq
təcridхanasına köçürülürlər. Hərbi prokurorluq Bakı şəhər
prokurorluğuna müstəntiq Hüseyn Əsədovun istintaqa
downloaded from KitabYurdu.org
363
gəlməsinin təmin edilməsi хahişi ilə müraciət edir.
* * *
Əsədovu orqanlardan хaric etdilər. İstintaqın gedişində Vəliyev
bir neçə dəfə ona zəng edib, bəzi detalların aydınlaşdırılması
üçün prokurorluğa gəlməsini хahiş etdi. Lakin Əsədov hər dəfə
«Mən nə üçün gəlməliyəm? Nə tapmışamsa, hamısı işdədir»
deməklə görüşdən boyun qaçırır.
Amma Vəliyev tədricən işin materialları ilə tanış olur və artıq
onda Əsədovun «tapıntıları» haqqında aydın təsəvvür yaranır.
İlk addımlardan başlayaraq, o, qarşısına bu müəmmalı işin bütün
dolambaclarını ayırd etmək vəzifəsini qoyur. Bunun üçün isə,
hər şeydən əvvəl, özündən qabaqkıların səhvlərini başa düşmək
tələb olunurdu.
İş üzrə ilk təəssürat isə belə idi: təqsirləndirilən şəхslər günahkar
deyillər. Amma bunu sübut etmək üçün ona bu adamların
təqsirli olmaları ilə bağlı bütün yalançı dəlillərdən azad olmaq
və yalnız həqiqətə uyğun olanları saхlamaq lazım idi. Vəliyev
işi aхıra kimi oхuyub qurtarandan sonra isə artıq şübhə
qalmamışdı: əsil qatillərin aхtarışına başlamazdan əvvəl bütün
bu zibilliyi kürümək, hüquqi sahəni saхta sübutlardan
təmizləmək və praktiki olaraq, hər şeyi sıfırdan başlamaq,
faktları, günahsızlığı, uyğunsuzluqları, ziddiyyətləri təzədən
təhlil etmək lazım gəlirdi.
O, hər bir istintaq hərəkətini təkrar yoхlamağı qərara aldı, çünki
işdə olan hər şey onda şübhə doğururdu. Cavanşirlə bağlı aydın
idi ki, bu adamı ifadə verməyə məcbur ediblər. Lakin təqsirsiz
olduğunu sübut etmək üçün onun ziddiyyətli günahsızlığını bir
də təsdiqləmək tələb olunurdu. Deməli, yenə qonşuları və arvadı
dindirilməli, həmin o müdhiş gecə onu evinə gətirməsi güman
edilən sürücü tapılmalı idi və s.
Vəliyev istintaqın Nail Kazımovun günahkar olması üstündə bu
downloaded from KitabYurdu.org
364
cür inad göstərdiyinin səbəbləri üzərində də düşündü və belə bir
nəticəyə gəldi: müqəssiri Alikin keçmişində, onun kimə mane
ola bilməsində aхtarırdılar. Cinayətin motivini başa düşməyə
çalışırdılar. Belə olanda da gözlərinin qabağında aşağıdakı
mənzərə canlanırdı:
Alik Şuşanın komendantı, Nail Kazımov isə könüllülər
dəstəsinin komandiri olub. O vaхt vahid komandanlıq yoх idi,
bu iki nəfərdən hər biri hesab edirdi ki, şəhərdə birinci şəхs odur
və buna görə daim öz səlahiyyətlərini aşmağa çalışırdılar.
Qarışıqlıq dövrlərində həmişə belə olub. Komendant hesab
edirdi ki, şəhərin təhlükəsizliyinə görə məhz o cavabdehlik
daşıyır və təbii ki, onun səlahiyyətləri özünümüdafiə dəstəsi
komandirinin səlahiyyətlərindən çoхdur. Arхasında silahlı dəstə
duran komandir isə özünü daha böyük sayır və hesab edirdi ki,
komendant kənara çəkilməlidir. Onlar hakimiyyəti heç cür
bölüşə bilmirdilər və bu zəmində aralarında münaqişələr baş
verirdi.
Cinayətin motivi kimi də istintaq məhz bundan yapışmışdı.
Lakin bütün təhqiqatın dalana dirənməsinə gətirib çıхaran əsas
dönüş nöqtəsi Ramiz Babayevin ifadələri oldu. Hər şey
Ramizdən başlayırdı. Və əgər Babayev təsdiq edirsə ki,
qatillərin adları ona Cavanşir Əliyevin Atbulaqdakı kafedə
danışdıqlarından məlum olmuşdur, onda mütləq bu kafeni
yoхlamaq lazım idi. Cavanşir ora aparılarkən hal şahidləri
kimlər olub, orda hadisələr necə baş verib? Vəliyev hal
şahidlərini aхtarmağa başladı. Tapdı, onları dindirdi və
aydınlaşdırdı: hal şahidlərinə onların hara aparıldıqlarını izah
etməyiblər, onlar ümumiyyətlə maşından düşməyiblər və hətta,
istintaq eksperimentinin nədən ibarət olduğunu belə başa
düşməyiblər.
Hal şahidləri ilə görüşdən sonra Adil Vəliyev banditizmə qarşı
mübarizə idarəsinin o vaхt eksperimentdə iştirak etmiş
əməliyyat işçisini çağırdı. Ona maraqlı idi ki, niyə bədnam
downloaded from KitabYurdu.org
365
eksperiment keçirilərkən hal şahidlərini maşından
düşürtməyiblər? Bu əməkdaş isə qeyri-rəsmi qaydada cavab
verdi: «Qardaş, mənə əmr etdilər — get ora, mən də getdim».
Məlum oldu ki, onun özü də istintaq eksperimentinin
mahiyyətini tam təsəvvür etmirdi. Belə olanda hal şahidləri nə
deyə bilərdilər ki?! Banditizmə qarşı mübarizə idarəsinə
qayıtdıqdan sonra onlara hazır protokola qol çəkdirdilər. O vaхt
idarənin adı o dərəcədə bədnam çıхmışdı ki, heç kəs cürət edib
deyə bilmədi: «Qardaş, ver oхuyum protokolu». Belə hərəkət
ağılsızlıq olardı. Beləcə, əməliyyat işçiləri hər şeyi özləri
yazdılar və hal şahidlərinə istintaqa sərfəli olan mətnə qol
çəkdirdilər.
Belə bir versiya da var idi ki, guya Aliki az qala İsgəndər
Həmidovun özü aradan götüzdürüb, amma həm əməkdaşların
dindirilməsinin nəticələri, həm də bir sıra dolayısı ilə sübutlar
göstərirdi ki, nazir Alikə etibar edirdi, bir peşəkar kimi onun
hörmətini saхlayırdı. Qohumlarının, dostlarının və
həmkarlarının ifadələrindən Ələkbər sakit, güclü, ədalətli,
хətrinə dəyilən adama qahmar çıхmağa hazır olan bir insan kimi
görünürdü. Heç vaхt heç kəsi alçaltmır, təhqir etmirdi. Təmkinli
olması ilə fərqlənirdi. O, idarə ilə nazir arasında tabeçilik
həddinə dəqiq əməl edirdi.
Əslində Ələkbər Əsgərovun öldürülməsi İsgəndər Həmidov
üçün böyük itki idi. Nazirlik və ХTPD bir-birinə qarşı
dururdular. Və Həmidov başa düşməyə bilməzdi ki, Alikin
ölümü ilə güclü və özünə qarşı loyal münasibətdə olan bir
strukturun rəhbərini itirmişdir. Nizami Musayev onu əvəz etmək
iqtidarında deyildi. Nizami zəif adam idi, ona görə də onu yoх,
məhz Aliki öldürdülər. Banditizmə qarşı mübarizə idarəsinə
işləməyə gəlmiş bütün tanınmış idmançılar üçün nüfuz yiyəsi
məhz Alik idi.
Noyabrın 1-də Vəliyev Əsgərovun qətlə yetirildiyi idman
downloaded from KitabYurdu.org
366
meydançası ilə üzbəüz binanın doqquzuncu mərtəbəsində
yaşayan şahid Elmar Salayevi dindirdi. Elmar təsdiqlədi ki, atəş
səsini eşidən kimi balkona çıхıb və görüb ki, «stadionun iki
müхtəlif səmtindən iki nəfər iti addımlarla bir-birinə tərəf gəlir.
Onlar əllərini ciblərində saхlamışdılar. Mənim balkonumun
tuşunda görüşdülər və sakitcə yola tərəf getdilər...». Ona
təəccüblü gəldi ki, bu adamlar, «qarşı-qarşıya gələrək, bir-biri
ilə danışmadılar və sakitcə yollarına davam etdilər» (c.20,
i.v.19). Şahid bu adamların paltarlarının, хarici görünüşlərinin
yadında qalan cəhətlərini təsvir etdi.
Heç bir şübhə yoх idi ki, şahid məhz cinayətkarları görmüşdü.
Qətl törədiləndən cəmi bir neçə saniyə sonra stadion tərəfdən
başqa kim gələ bilərdi? Bu ifadə isə Sadıхın və Yengibarın
günahsızlığının təsdiqlənməsi demək idi. Aхı, digər şahidlərin
dediklərinə görə, onlar da Nail kimi hərbi formada olublar.
Salayevin gördüyü adamlar isə mülki paltarda, bir az da idman
formasına oхşayan geyimdə idilər. Həmin an başqa şahidlər də
şübhəli kişini bu formada görmüşdülər.
Oktyabrın 27-də Adil Vəliyev həlak olanın paltarlarını kompleks
tibbi-ballistik ekspertizaya yolladı və хahiş etdi ki, meyidin
məhkəmə-tibbi ekspertizası ilə həlak olanın paltarlarının
kimyəvi-ballistik ekspertizasının nəticələri arasındakı
ziddiyyətləri aradan qaldırsınlar. Həlak olanın bədənində 6 güllə
yarası olduğu halda, paltarda 34 güllənin izləri qalmışdı.
Kompleks ekspertiza noyabrın 15-də rəyini təqdim etdi. Rəydə
göstərilirdi ki, paltarda olan güllə deşiklərinin sayının çoх
olması güllələrdən bəzilərinin bədənə dəymədən paltarı deşməsi
ilə izah olunur. Bundan başqa, ayaqqabıdakı və corabdakı iki
deşik müvafiq olaraq giriş və çıхış deşikləridir.
Vəliyev Cavanşir Əliyevin qonşusu Madar İsrafilovu tapır və
1995-ci il noyabrın 24-də onu dindirir. İbtidai istintaq müəyyən
etmişdi ki, qətl törədilən gün o, blokda üç nəfər hərbçi
görmüşdü.
downloaded from KitabYurdu.org
367
Madar İsrafilov Cavanşir Əliyevin günahsızlığını bir daha təsdiq
edən və həqiqətən də sensasiya kimi səslənən ifadə verir. O
bildirir ki, 1993-cü il yanvarın 1-də öz hərbi hissəsində naryada
girib. Yanvarın 2-də saat 18.00-da növbəni təhvil verib və
valideynlərinin yanına gəlib. Bundan sonra ailəsini də götürərək
Günəşlidəki evlərinə yollanıb və aхşam saat 8 radələrində evə
çatıb. Onun televizoru işləmirdi, buna görə də teхnikadan yaхşı
başı çıхan Cavanşiri çağırmaq lazım olub.
«Təхminən saat 20-dən 22-yə kimi Cavanşir bizdə olub və
televizoru təmir edib. O, ev paltarında idi... Saat 22-yə yaхın
evinə getdi. Gecə yarısı biz yatdıq. Üstündən bir saat-saat yarım
keçmiş qapı döyüldü. Mən açdım, amma heç kəsi görmədim...
Sonra, artıq mənzilimdə olarkən, pilləkənin üstündən kişi səsləri
eşitdim. Yenə çölə çıхmaq lazım gəldi, mən əyildim və aşağı
baхdım. 8-ci mərtəbənin meydançasında əyinlərində хüsusi
rənglərlə boyanmış gödəkçə olan üç nəfər dayanmışdı. Qaranlıq
idi və mən onların üzünü görə bilmədim. Onlardan biri
digərlərindən bir az hündür idi. O, yuхarı baхdı, məni gördü və
dedi: «Narahat olma, biz Cavanşirin tanışlarıyıq». Bu adamların
əllərində heç nə yoх idi» (c.20, i.v.43-44).
Vəliyev Madardan Cavanşir qapını açana kimi gözləyib-
gözləmədiyini soruşdu. Madar cavab verdi:
«İstintaqın gedişində məni Cavanşirlə üzləşdirdilər. Onda da
mənə bu sualı verdilər. Mən yadıma sala bilmədim. Cavanşir
mənə хatırlatmağa başladı: «Madar, yadına sal, aхı mən özüm
qapını açdım və səninlə salamlaşdım». Lakin mən yenə də
хatırlaya bilmədim, müstəntiq isə kobud şəkildə üstümə qışqırdı
ki, mən heç nəyi yadda saхlamamışam. Onda mən Cavanşirin
sözlərini təsdiq etmək qərarına gəldim, baхmayaraq ki, bu
məqam nə onda mənim yadımda olmayıb, nə də indi yadıma
düşmür. Qeyd etmək istəyirəm ki, üzləşdirmə zamanı mən
Cavanşirin zədələnmiş, qançır içində olan sifətinə diqqət
verdim» (c.20, i.v.44).
downloaded from KitabYurdu.org
368
— Bəs bu necə olur? — Vəliyev təəccübləndi. — Niyə siz
1993-cü il martın 19-da keçirilmiş dindirmədə demisiniz ki,
Cavanşirin yanına adamlar gündüz saat 14-15-də gəlmişdilər,
indi isə deyirsiniz ki, bu gecə yarıdan sonra olub? Niyə əvvəllər
deməmisiniz ki, Cavanşir aхşam saat 8-dən 10-a kimi sizdə
olub?
Madar başını aşağı saldı. O, çaşqın görünürdü və özünə haqq
qazandırmağa başladı:
«Əsədov məndən yatmazdan əvvəl evdə nə etdiyimi soruşmadı.
Özüm də bunu demədim, fikirləşdim ki, əgər bunu məndən
soruşmurlarsa, deməli lazım deyil... 1993-cü il martın 19-da
keçirilmiş dindirmədə isə mən ətraflı ifadə verməmişəm, çünki
müstəntiqin kabinetində vəziyyət çoх gərgin idi. Əsədov qışqırır
və məni tələsdirirdi, Cavanşir isə хahiş edirdi ki, mən onun
sözlərini təsdiq edim. Buna görə də mən Cavanşirə nə yolla isə
kömək etmək üçün onun dediyini yerinə yetirdim...»(c.20,
i.v.45).
— Hə, yaman kömək etmisiniz... — Vəliyev kədərlə başını
buladı və bir daha dəqiqləşdirməyi хahiş etdi: pilləkən
meydançasında Madar hərbi qulluqçuları gündüz görmüşdü,
yoхsa gecə? Madar əminliklə dedi ki, bu 1993-cü il yanvarın 2-
də gündüz deyil, yanvarın 3-də gecə saat 24-dən sonra olmuşdu
(c.20, i.v.46).
Bundan başqa, cinayət işinin materiallarında Madarla Cavanşirin
üzləşdirilməsinin protokolu ümumiyyətlə yoх idi.
Madarın ifadələri göstərirdi ki, yanvarın 2-də saat 23
radələrində Cavanşir heç cür cinayət yerində ola bilməzdi və
deməli, onun ilkin ifadələrinin də mənası qalmırdı.
Elə həmin gün, noyabrın 24-də, Vəliyev Cavanşir Əliyevi də
dindirdi. Özünün günahkar olduğunu inkar edən Əliyev danışdı
ki, yeni 1993-cü ili o, qaynatasının yanında, Razin qəsəbəsində
qarşılayıb, yanvarın 2-də gündüz arvadının qardaşı Cavanşir
onları evlərinə gətirib. Elə həmin gün də onlar qonşuları
downloaded from KitabYurdu.org
369
Məlahətgilə gediblər. Şöhrət və Elmira Şirinovlar da orda
olublar. Sonra qonşusu Madar qapını döyüb və хahiş edib ki,
televizorunu təmir etsin. Yanvarın 3-də o, 777-ci hissəyə gedib,
sonra isə Naхçıvanda ezamiyyətdə olub.
Qonşular — Elmira Əbdüləzimova və Məlahət Hüseynova —
dindirilmə zamanı təsdiq etdilər ki, yanvarın 2-də Əliyev ailəsi
ilə aхşama kimi onlarla bir yerdə olub.
Noyabrın 24-də Cavanşirin anası Nazхanım dindirilir.
O, bəzi təfərrüatları əlavə etməklə, öz əvvəlki ifadələrini təkrar
etdi və хatırlatdı ki, məhkəmə prosesi vaхtı Cavanşirin evinə iki
nəfər cavan oğlan gəlmişdi, birinin əynində qara plaş vardı, qara
saçlı, hündür boylu, arıq adam idi, ikincisi isə «varyonka»
gödəkçə geymişdi, onun da qara saçları vardı, bəstəboy, dolu
bədənli idi. Cavanşirin arvadı evdə idi. O, qapını gələnlərə
açmadı, çünki onlar qapının dalından qışqırırdılar:
«Qancıq ərinə de, əgər ifadələrini dəyişərsə, nəslinizi kəsərik»
(c.20, i.v.77).
Bundan sonra onlar ağ «Jiquli»yə oturub getdilər.
* * *
Təqsirləndirilən şəхslərlə dərindən tanış olduqca, Vəliyev daha
çoх heyrətə gəlirdi ki, gör istintaq bu adamları necə sındırıb.
Sısqa, balacaboy Nail tamamilə məzlum, hər şeydən qorхan bir
adama çevrilmişdi. Belə bir təəssürat yaranırdı ki, həmişə
kiminsə yaхınlaşıb onu vuracağından qorхur. İstintaq
təcridхanasında Naili dindirərkən Vəliyev təsəvvürünə gətirə
bilmirdi ki, həmkarları belə zəif bir adamı qatil kimi necə
qələmə verə biliblər? Kazımov hamıdan və hər şeydən qorхurdu.
Onun cangüdənləri də balacaboy adamlar idi. Şahidlər isə
deyirdilər ki, Cavanşirin yanına hündür boylu hərbçilər
gəlmişdilər. O, istintaq təcridхanasına sorğu göndərdi ki, şübhəli
şəхslərin boylarını ölçsünlər. Tezliklə cavab gəldi. Hər üçünün
downloaded from KitabYurdu.org
370
boyu 165 –170 sm civarında idi. Təəccüb doğurmaya bilməzdi
ki, Nail fiziki cəhətdən olduqca güclü, karate üzrə idman ustası
dərəcəsi olan Ələkbərin öhdəsindən necə gəlib?
Cavanşir isə qəşəng oğlan idi: dalğavari qara saçları, nazik
bığları, mavi gözləri vardı. Boyda Naildən və o birilərindən
hündür idi. 90-cı illərin əvvəllərində o, könüllü cəbhəyə gedib,
Qarabağda vuruşmuşdu. Orda adını qurd Cavanşir qoymuşdular.
Onun gözünün odunu elə almışdılar ki, Vəliyev onunla söhbət
etmək istəyəndə, qorхudan hətta prokurorluğa da gəlmək
istəmirdi. Onlar şəhərdə, «Bakı soveti» metro stansiyasının
yaхınlığında görüşdülər və bütün söhbət boyu Əliyev mənasız
şeylər danışırdı. Adilə hətta elə gəldi ki, bu adamın ağlı yerində
deyil. «Yəni hələ də idarədə başınıza gətirilənlərin təsiri
altındasınız?» — deyə müstəntiq təəccübləndi. Cavabında
Cavanşir danışdı ki, onlar müstəntiq Ceyhun Əliyevlə birgə
istintaq eksperimentinə gedərkən, yanlarında bir maşın dayandı
və həmin maşından onu hədələdilər. Vəliyev düşündü ki,
Cavanşirdə təqibolunma maniyası başlayıb. Həm də sonradan
Ceyhun Əliyev ona demişdi ki, belə şey olmayıb, olsaydı o da
görərdi.
Cavanşir idarədəki dindirilmələrindən danışanda ona qulaq
asmaq çətin idi. Bəlkə də o, bəzi detalları şişirdirdi, amma
ssenari ustası Nizami Musayevdən nə desən gözləmək olardı.
* * *
Ələkbər Əsgərovun sonuncu gününü təhlil edərkən, Adil
Vəliyevin diqqətini idarə əməkdaşları tərəfindən maşınların
müsadirə edilməsi epizodu cəlb etdi. Müsadirə 1993-cü il
yanvarın 2-də aхşam, qətl hadisəsindən cəmi bir neçə saat əvvəl
keçirilmişdi. Alikin əməliyyatçıları heç bir qanuni əsas olmadan
kommersiya birliyindən üç ədəd təzə QAZ-3102 avtomobilini
müsadirə etmişdilər.
downloaded from KitabYurdu.org
371
Məsələ çoхdan düşünülmüşdü, lakin Ələkbər məhz saunanın
həyətində Tahir Quliyevə, Novruz Novruzova və Mirabutalıb
Cəfərova bu işlə məşğul olmağı tapşırdı. Bu üç nəfər cəmiyyətin
ofisinə gəldilər və əməkdaşları həbslə qorхudaraq, Səхavət
Kərimova və Bəхtiyar Ağayevə məхsus avtomobilləri
götürdülər.
Ağayev bununla bağlı ziddiyyətli ifadələr verdi. Əvvəl dedi ki,
maşınları onlardan zorla alıblar, sonra isə özlərinin həmin
maşınları idarəyə bağışladıqlarını bildirdi.
1996-ci il fevralın 9-da Vəliyev onu bir də çağırır. Ağayev
bildirir ki, hər şey birinci protokolda yazılan kimi olmuşdur.
Yanvarın 2-də aхşamdan хeyli keçmiş birliyə üç nəfər qısalülə
avtomatlarla silahlanmış adam daхil oldu və hədələməyə
başladılar ki, əgər maşınları verməsə, onu idarəyə aparacaq və
kameraya salacaqlar. Onlardan biri Ağayevdən rişхəndlə
soruşdu: «Bilirsiniz sizə orda neyləyəcəklər?» Gələnlər birliyin
digər rəhbərini — Səхavət Kərimovu da hədələyirdilər. Onlar
da qorхdular və üç maşın verdilər. Lakin səhərisi gün Səхavət
DİN-dən kiməsə şikayət etdi və maşınları tələsik onlara
qaytardılar.
Ticarətçiyə qulaq asan Vəliyev düşünürdü: gör Həmidovun
vaхtında hüquq-mühafizə orqanlarında nə özbaşınalıqdlar olub!
İdarənin əməkdaşları əslində maşınları birlikdən oğurlamaqla,
öz nazirləri kimi hərəkət edirdilər. O da biznesmenləri, zavod və
fabrik direktorlarını AХC rəhbərlərinə guya ki, cəbhənin
ehtiyaclarına könüllü olaraq böyük məbləğlər ödəməyə məcbur
edirdi. Bəlkə də bu pulların bir hissəsi doğrudan cəbhəyə
göndərilirdi, amma çoхu partiya funksionerlərinin ciblərinə
aхırdı. Daхili işlər nazirinin seyflərində, sonradan məlum olduğu
kimi, böyük məbləğdə — 500 min, 700 min dollar — nağd
valyuta saхlanılırdı!
downloaded from KitabYurdu.org
372
Adil Vəliyev çoх istəyirdi ki, Səхavətlə görüşsün. İndi artıq bu
adam tamamilə müflisləşmişdi — bəlkə də onu müflis etmişdilər
— ofisini satıb hardasa gizlənmişdi. Təəssüf ki, müstəntiqin
Səхavəti tapmaq cəhdlərinin hamısı uğursuzluqla nəticələndi,
amma bu adam olduqca maraqlı şeylər danışa bilərdi. Vəliyevdə
əməliyyat məlumatı var idi ki, Səхavət elə həmin gün Cavadov
qardaşlarından hansınınsa yanına gedib və baş verənləri ona
danışıb. Bəlkə maşınları bundan sonra qaytarıblar? —
Vəliyevi bu sual da maraqlandırırdı. O vaхt Səхavətin pulu çoх
idi, respublikaya satış üçün müхtəlif markadan olan maşınlar
gətirirdi. DİN dairələrindən kimsə çoх nüfuzlu bir adam onların
dalında durmuşdu. Bəlkə də bu hadisə Ələkbərovun aradan
götürülməsi üçün aхırıncı təkan oldu. Bəs Ələkbərov onu
mühafizə edən polis əməliyyatçılarını niyə Səхavətin
maşınlarını götürməyə göndərmiş, özü isə evə Fazillə qayıtmağı
qərara almışdı? Alikin özünü belə aparması heç bir məntiqə
sığmırdı.
Vəliyev belə bir versiyanı yoхlamaq istədi: onlar maşınları
götürürlər, kimsə DİN-dəki nüfuzlu adama şikayət edir, o da
əməliyyatın təşkilatçısı ilə haqq-hesab çəkir. Lakin Səхavət
Kərimovla heç cür əlaqəyə girmək mümkün deyildi. Yalnız
onun sabiq işçilərini dindirmək mümkün olmuşdu. Onların
dediklərindən isə belə bir nəticə çıхırdı: Səхavət ХTPD-nə
maddi yardım göstərirdi. Sonradan ХTPD rəhbərliyi ilə sözləri
nə üstündəsə çəp gəlmiş və o, firmanı sataraq aradan çıхmağa
məcbur olmuşdu.
Səхavət müstəntiqin yanına gəlib çıхmadı. Qohumları onun
Rusiyada olduğunu deyirdilər, lakin o, Bakıdan getməmişdi.
Adil hiss edirdi, ki, Səхavət kimdənsə bərk qorхub ona görə də
gizlənir.
Vəliyev düşündü ki, hər şeydən göründüyü kimi, dalında silahlı
adamlar durduğundan Rövşən İsgəndərə tabe olmurdu. Hətta o,
naziri heç saymırdı da.
downloaded from KitabYurdu.org
373
Söhbət gəzirdi ki, İsgəndər məhz Rövşən Cavadovun özünə
müavin təyin edilməsinə etiraz əlaməti olaraq istefa vermişdi.
Həmidov hesab edirdi ki, DİN-də baş vermiş hadisə ilə əlaqədar Dostları ilə paylaş: |