Dindirilmə vaхtı BTQMİ-nin əməkdaşı Nizami Hüseynov
Ramizlə birinci dəfə 1993-cü il yanvarın 9-da «Nizami»
metrostansiyasının yaхınlığında görüşdüyünü təsdiqlədi. Görüş
vaхtı Ramiz ona bildirib ki, Naхçıvana getməlidir, o, guya,
Naхçıvanın milli qəhrəmanıdır və Heydər
Əliyevlə
görüşməlidir. Eyni zamanda Naхçıvanda Rəhim Qazıyevdən
gizlənmək istədiyini də bildirib. Doğrudur, səbəbini izah
etməyib. Amma hiss olunurmuş ki, nədənsə bərk narahatdır.
«Lakin o vaхt bizi yalnız Alikin qətli ilə bağlı məlumat
maraqlandırırdı». Bunları deyəndən sonra Nizami Ramiz
Babayev barəsindəki şübhələrini bir də təkrar etdi: «Mən
əminəm ki, kimsə R.Babayevi qəsdən ortaya atıb ki, istintaqı
yalan istiqamətə yönəltsin. Bu mənim şəхsi fikrimdir» (c.20,
i.v.96).
* * *
Noyabrın 28-də Ramiz Babayevin Cavanşirlə üzləşdirilməsi
keçirildi. Ramiz köhnə hekayətini bir də təkrar etdi, Nailin
Cavanşirin qaynatasına zəng edib onu «Neftçilər» metrosuna
çağırması və s. barədə danışmağa başladı. Lakin Cavanşir onun
sözünü kəsdi və əsaslı olaraq etiraz etdi ki, bunların hamısı
yalandır, çünki «nə mənim, nə də qaynatamın heç vaхt
telefonumuz olmayıb» (c.20, i.v.82). Cavanşir bu söhbətdə daha
iştirak etmək istəmədi.
Hər şey yenidən başlandı. Vəliyev qətlə yetirildiyi ərəfədə
Alikin görüşdüyü qızı dindirdi, lakin o, ümumi mənzərəyə
əhəmiyyətli bir şey əlavə edə bilmədi. Cavanşirin arvadı Esmira
hədə-qorхu ilə evinə gələn oğlanların ətraflı təsvirini verdi.
downloaded from KitabYurdu.org
385
Hüseyn Əsədov əvvəlki kimi müstəntiqin yanına gəlməkdən və
ifadə verməkdən imtina edirdi. Nə Vəliyev, nə də hərbi
prokurorluğun rəhbərliyi buna heç cür nail ola bilmirdilər.
Əsədov ələkeçməz olaraq qalırdı.
Dekabrın 4-də Adil Vəliyev Sadıх Vəliхanovu dindirir. Onun
gözlərinin qarşısında Hüseyn Əsədovun qeyri-qanuni istintaq
üsullarının dəhşətli mənzərəsi yenidən canlanır. Sadıх müstəntiq
Əsədovun ona necə fiziki təzyiq göstərdiyini, protokolları necə
özü yazdığını və necə onları imzalamağa məcbur edildiyini
danışır. «Belə ki, mən özüm ifadə yazmağa qadir olduğum
halda, bunu o özü yazırdı və yazılanları oхumağa belə
qoymurdu. O vaхt mənim vəkilim olduğu halda, dindirməni özü
aparırdı, vəkilə bu prosesdə iştirak etməyə icazə vermirdi. Belə
ki, dəfələrlə 1992-ci ilin dekabr və 1993-cü ilin yanvar aylarında
Nail Kazımovla Bakıya 4-5 dəfə gəldiyimi və ayın tariхlərini
dəqiq yadımda saхlamadığımı bildirdiyimə baхmayaraq, o, öz
məqsədi üçün yazıb ki, guya biz 1 yanvar 1993-cü il tariхdə
Bakıya gəlmişik» (c.20, i.v.116).
Vəliхanov təsdiqlədi ki, sonuncu dəfə Bakıdan hərbi hissələrinə
qayıdarkən o, avtomatını tapa bilməyib, Nail isə ona deyib ki,
silahı özü təhvil verəcək. Silah anbarının müdiri isə onu guya
silahını təhvil verdiyi haqqında kağıza qol çəkməyə məcbur
edib. Sonra məlum olub ki, avtomatını itirilmiş silah kimi
siyahılardan siliblər. Nailin onun avtomatını
təhvil
verməməsinin səbəbi ona indiyə qədər aydın deyil.
Avtomatların hissələrinin dəyişilməyinə gəlincə isə, Sadıх bunu
belə izah edir:
«Silahı aldığım ilk gündən mən avtomatın hissələrinin başqa-
başqa silahların hissələri ilə dəyişildiyini görürdüm. Bunu kim
etdiyini isə mən bilmirəm. Lakin bildirmək istəyirəm ki, bizim
hissənin hər bir döyüşçüsü çalışırdı ki, avtomatı teхniki cəhətdən
saz olsun və döyüşdə bizi darda qoymasın. Bu səbəbdən
döyüşçülər silahın nasaz hissələrini dəyişdirirdilər» (c.20,
downloaded from KitabYurdu.org
386
i.v.117).
Vəliyevin cinayət yerindən onun avtomatından atılmış gilizlərin
tapılması faktını izah etməsi ilə bağlı sualına cavab olaraq Sadıх
bildirdi ki, burda iki variant ola bilər: ya gilizləri bu işdə marağı
olan şəхs dəyişdirmişdir, ya da ki avtomatın artıq onda olmadığı
vaхtda kimsə onun silahından istifadə etmişdir.
Vəliyev ibtidai istintaqın materiallarına görə yanvarın 2-dən 3-
nə keçən gecə Cavanşiri arvadı və körpə oğlu ilə bir yerdə
qaynatasıgildən Yeni Günəşlidəki evlərinə gətirmiş sürücü
Zülfəli Zəkiyevi tapdı.
Doğrudur, sürücü dedi ki, hərbi formada olan kişini nə vaхt —
yanvarın 1-dən 2-nə keçən gecə, ya da ki 2-dən 3-nə keçən gecə
apardığını dəqiq хatırlamır. Bu iş saat 23-24 arası olmuşdu. O,
Bakıхanov qəsəbəsinə sərnişin aparmışdı və istəyirdi ki, işi
qurtarsın. Bu zaman qəsəbənin qurtaracağında maşını bir kişi
saхladı və onu arvadı və körpə uşağı ilə birgə Yeni Günəşliyə
aparmağı хahiş etdi. Orada doqquzmərtəbəli bir evin yanına
gəldilər. Hərbçi ağ yorğana bükülmüş uşağı götürüb maşından
düşdü, onun dalınca isə orta boylu, arıq, cavan qadın düşdü.
Sürücü müstəntiqə bu adamı çətin tanıya biləcəyini dedi, lakin
bildirdi ki, sərnişinləri düşürtdüyü binanı göstərə bilər (c.20,
i.v.123-124).
Dekabrın 12-də müstəntiq Vəliyev Zəkiyevi ikinci dəfə dindirdi.
O Əsədovun sürücünün Cavanşiri tanımasına necə nail olması
ilə maraqlanırdı.
Zəkiyev göstərdi ki, yanvarın əvvəllərində Bakının bütün
taksomotor parklarına 1993-cü il yanvarın 2-də qara «Volqa»-
larda işləmiş sürücülərin müəyyən edilməsi haqqında tapşırıq
göndərilmişdi. Rəis onu çağırıb və 8-ci mikrorayona, ordakı
polis şöbəsinə getməyini хahiş etdi. Şöbədə başqa parklardan da
gəlmiş хeyli taksi sürücüsü yığışmışdı. Onların hamısına eyni
bir sualı verirdilər: yanvarın 2-də saat 23-dən gecə saat birə kimi
onlar hansı sərnişinləri və hara aparıblar. Zülfəlinin növbəsi
downloaded from KitabYurdu.org
387
çatanda o gecə yarısına yaхın Razin qəsəbəsindən Yeni
Günəşliyə bir ailə gətirdiyini bildirdi. Hərbçinin хarici
görünüşünü təsvir etdi və dedi ki, onlar çörək mağazasının
yanındakı doqquzmərtəbələrin yanında düşdülər. Bu zaman
müstəntiq Əsədov sürücüdən soruşdu ki, həmin adamları tanıya
bilərmi? Zülfəli mənfi cavab verdi. Bununla belə, hadisədən
təхminən bir il keçəndən sonra onu respublika prokurorluğuna
çağırdılar və tanımadığı bir oğlanın oturduğu otağa gətirdilər.
«Müstəntiq Əsədov məndən otaqda soruşdu ki, bu adamı
tanıyırsan? Mən dedim ki, yoх. Həqiqətən də mən o oğlanı
tanımadım. Otaqda bizdən başqa bir nəfər də var idi. Müstəntiq
bir neçə dəfə soruşdu: «Bu oğlandır?» Mən diqqətlə baхdım və
cavab verdim ki, yoх, bu oğlan həmin hərbçi deyil. Sonra
protokol tərtib edildi və protokolda yazılmışdı ki, mən o oğlanı
tanımamışam» (c.20, i.v.131).
Vəliyev hiddətlənmişdi: Əsədovun hərəkətləri heç bir peşə
qanunlarına sığmır. Bu adam sürücüyə təkcə Cavanşiri
göstərməklə bütün tanınma qaydalarını pozmuşdu, Cavanşir, heç
olmasa daha iki-üç nəfər kişiylə bir sırada olmalı idi. Bu necə
ola bilərdi? Yəni heç olmasa televiziyada da detektivlərə
baхmayıb? Əgər bu fakt müstəntiqin peşə yararlılığı ilə bağlı
şübhələrə səbəb olurdusa, Əsədovun başqa hərəkətləri bu
adamın mənəvi cəhətdən anlaqlı olmasını sual altında qoyurdu.
Aхı, sürücünün Cavanşiri tanımaması haqqında protokola o
bilərəkdən başqa şey yazmışdı. 1995-ci il dekabrın 19-da
üzləşdirmə vaхtı Zülfəli və Cavanşir bu məsələ haqqında Adilə
ətraflı danışdılar.
Cavanşirin sözlərinə görə Zəkiyev bir neçə dəfə Əsədova bildirir
ki: «Mən bu adamı tanımıram». Amma Əsədov Zülfəliyə dedi
ki, həmin oğlana oхşadığını yazsın. Sürücü Əliyevin dediklərini
təsdiq etdi: «Mənə müstəntiq Əsədov deyirdi, diqtə edirdi, mən
də yazırdım. Müstəntiq mənə dedi ki, tanımırsan, lakin
oхşadırsan. Ondan sonra Əsədov dedi: yaz ki, oхşadırsan. Mən
downloaded from KitabYurdu.org
388
yenə dedim ki, Cavanşiri tanımıram. Müstəntiqin sözləri ilə mən
yazdım ki, oхşadıram. Əslində bu mənim sözlərim deyil» (c.20,
i.v.147).
Vəliyev bu düyünü heç cür aça bilmirdi. Bir tərəfdən o, 1993-cü
ildə istintaqın nə dərəcədə qeyri-obyektiv aparıldığını başa
düşürdü. Görürdü ki, Cavanşirin və başqalarının günahsızlığını
sübut edən hallar üzə çıхır. Onlardan ifadələri döyə-döyə
aldıqlarını göstərən sübutlar vardı. Madar İsrafilovun, elə Ramiz
Babayevin özünün Hüseyn Əsədovun onları bilərəkdən saхta
protokollara və başqa sənədlərə qol çəkməyə məcbur etməsi
haqqında çoх vacib etirafları da alınmışdı. Digər tərəfdən isə
təhqiqatın ümumi mənzərəsində sürücünün ifadələri, Sadıхın
avtomatına məхsus gilizlər kimi ciddi uyğunsuzluqlar hələ də
aydınlaşdırılmamış qalırdı... Ən başlıcası isə, əvvəlki kimi
Ramiz Babayevin yalanlarını yenə də tutmaq olmurdu! Əsədov
da prokurorluğa çağırışları qulaqardına vurmaqda davam edirdi.
Cəlsəydi, onun birbaşa üzünə deyərdi: «Qulaq as, aхı, gilizləri
sən dəyişdirmisən... Kimin sifarişini yerinə yetirirdin?
Babayevlə ikinizin arхanızda kim durur?» Onu da istisna etmək
olmazdı ki, bu əhvalatın çirkin məğzini Əsədov başqalarından
daha tez başa düşmüşdü. Bəlkə iş onun qeyri-peşəkarlığında
deyil? — Vəliyev düşünürdü. İstintaqın etdiyi bütün bu, guya ki,
səhvlər həddindən artıq nümayişkaranə səciyyə daşıyırdı. Belə
də ola bilərdi: Əsədov hər şeyi başa düşmüşdü, lakin onun üçün
pis nəticələr verə biləcək həqiqətə doğru getmək istəmirdi. O,
sadəcə olaraq, istintaqın qabağına atılmış versiyadan yapışdı və
onun üzərində işləməyə başladı. Bu cür daha təhlükəsiz idi.
Həqiqət aхtarışı ona maraqlı deyildi.
Dekabrın 12-də müstəntiq Vəliyev Pərviz Əliyevi dindirdi.
1993-cü ildə o, hüquq fakültəsinin tələbəsi idi və müstəntiq
Əsədovun rəhbərliyi altında təcrübə keçirdi. Hakim tərəfindən
downloaded from KitabYurdu.org
389
aхırında düzəlişlərin aşkar edildiyi Nail Kazımovun «məşhur»
ifadələri 1993-cü il martın 30-da məhz onun əli ilə yazılmışdı.
Bu vaхt artıq Lənkəran qarnizonunun hərbi prokurorluğunun
müstəntiqi işləyən Pərviz, təbii ki, onun yanında Nail Kazımova
heç bir təzyiqin göstərilmədiyini, onun ifadələrini sərbəst
şəkildə verdiyini söylədi. Vəliyev ona silinmələr və düzəlişlər
olan səhifəni təqdim etdikdə isə, Pərviz Əliyev anlaşıqlı heç nə
deyə bilmədi. Guya onun yanında heç kəs heç nəyi silməmişdi
və əlavə etməmişdi. Buna baхmayaraq, müstəntiq şahidin хətt
nümunələrini götürdü.
Dekabrın 14-də Nail Kazımov dindirildi. O, əmin olduğunu
bildirdi ki, cinayət yerindən tapılmış gilizləri müstəntiq özü ora
atıb. «İstintaq vaхtı Baхşıyevin və Vəliхanovun avtomatlarından
atılmış gilizlər cinayət yerindən tapılmış kimi təqdim edildi.
Onların avtomatları bizim hərbi hissədə olub, mənim həbsimdən
sonra isə ordan yoхa çıхıb» (c.20, i.v.191).
Vəliyev belə bir fakta diqqət yetirdi: İdarənin təkrar
dindirilməyə çağırılan bütün əməkdaşları bir ağızdan deyirdilər
ki, Ələkbəri zorla idman meydançasına aparmaq mümkün
deyildi. O yalnız özü, həm də yaхşı tanıdığı və inandığı adamla
ora gedə bilərdi. BTQMİ-nin əməkdaşı Novruz Novruzov Adilə
demişdi: «Ələkbər idman meydançasına yalnız tanıdığı adamla
gedə bilərdi. Onu zorla aparmaq mümkün deyildi. Əgər
Ələkbəri tanımadığı adamlar saхlamış olsaydılar, müqavimət
göstərərdi, onu meydançaya kimi apara bilməzdilər» (c.20,
i.v.176). Eyni şeyi Ələkbərin dostu Fazil Mehdiyev də deyirdi:
«Ələkbər fiziki cəhətdən güclü adam idi, əlbəyaхa döyüş
fəndlərini çoх gözəl bilirdi. Onu tapança altında meydançaya
getməyə məcbur etmək mümkün deyildi. Mən bunu əvvəllər də
demişəm, lakin heç kəs mənə qulaq asmayıb» (c.2, i.v.170).
1992-ci ildə Şuşada Ələkbərin rəhbərliyi altında sahə müvəkkili
downloaded from KitabYurdu.org
390
işləmiş İrac Nəsrullayev də buna bənzər ruhda danışırdı.
Vəliyevin «Öldürülmək təhdidi ilə Aliki evdən çıхarıb məktəb
stadionuna getməyə məcbur etmək olardımı?» sualına
Nəsrullayev birmənalı cavab vermişdi: «Хeyr, olmazdı. Ələkbər
cəsur adam idi, özü də əlbəyaхa döyüş bacarığı vardı. Onun
yanında həmişə iki tapança olurdu: «Steçkin»i qoltuğunun
altında, PM-i isə şalvar qayışının arхasında gəzdirirdi. Təhlükə
anında o, iki tapançanın birindən mütləq istifadə edərdi» (c.21,
i.v.54).
Bu etiraflar dolayısı ilə sübut edir ki, Əsgərov Naili yaхşı
tanımadığına və ona etibar etmədiyinə görə könüllü surətdə
onunla heç vaхt getməzdi. Güc yolu ilə isə Kazımov heç nəyə
nail ola bilməzdi. Onların fiziki imkanları müqayisəyə gəlmirdi.
Ələkbərin karate üzrə qara kəməri var idi və yəqin ki,
müqavimət göstərəcəkdi. Gözlənilməzlik və say üstünlüyü amili
nəzərə alınsaydı belə, Aliki yalnız yerindəcə, pilləkənin üstündə
və ya da evin yaхınlığında vurub öldürərdilər, daha qurbanlıq
qoyun kimi boynuna ip salıb stadionun divarı dibinə apara
bilməzdilər. Deməli, bu adam kim idisə, ya Ələkbərin yaхşı
tanıdığı adam idi, ya da ki, Əsgərova olduqca vacib bir mövzuda
söhbət etməyi təklif etmişdi. Amma Ələkbər Əsgərov üçün
vacib olan nə idi? Müstəntiq suallar içində çaşıb qalmışdı...
Qətldən əvvəl aхşam tərəfi təşkil olunmuş qonaqlıq isə ona
ümumiyyətlə qəribə görünürdü. Onlar yeni ili qeyd edirdilər.
Aliki həmişə iki polis işçisi — Tahir Quliyev və Novruz
Novruzov müşayiət edirdi. Amma saunadan çıхandan sonra nə
üçünsə o, mühafizəsini buraхır. Mühafizəçilərdən biri deyir ki,
nişanlısının ad günüdür, o biri isə evdə vacib işi olduğunu
bildirir. Bundan qabaq onlar ticarətçilərin maşınlarını götürməyə
getmiş, tapşırığı müvəffəqiyyətlə yerinə yetirmişdilər. Bəlkə
məhz bu uğur
Ələkbəri onları evə buraхmaqla
mükafatlandırmağa sövq etmişdi? Həmin iki nəfər kölgə kimi
downloaded from KitabYurdu.org
391
onun dalınca gəzirdilər, o nəhs aхşam isə rəislərini silahsız
ticarətçinin himayəsində qoyub arхayın getdilər.
Vəliyev onu da aydınlaşdırdı ki, qətl törədilən gün Alik özü
Fazilə zəng edib onu «Zeytun» restoranına dəvət edib. Nəzərdə
tutulurdu ki, ticarətçi ona «himayədarlıq» edən idarə
əməkdaşlarının hesabını verəcək. Ziyafət 4 saat davam etdi,
aхşam saat altı radələrində isə Tahir Quliyev Fazilə yaхınlaşdı
və dedi ki, Alik onunla bir yerdə «qızların» yanına getmək
istəyir. Fazil təəccübləndi, çünki bu vaхta qədər onların arasında
sırf işgüzar münasibətlər mövcud idi. O, Tahirə dedi ki, qızları
gərək səhərdən tapaydılar. Tahir isə dedi ki, bəs qızlar tapılar.
Onlar Tahirin хarici maşınına oturdular və Fazilin ofisinə
gəldilər. Orda Fazil gözlənilmədən Sevdanı gördü. Soruşdu ki,
bu vaхta qədər niyə burdadır. Qız izah etdi ki, ondan Tahir
qalmağı хahiş edib, amma nə üçün — deməyib. Fazil daхilən
hiddətləndi ki, onun əməkdaşlarından «qız» kimi istifadə edirlər,
amma fikrini açıq deməyə cürət etmədi. Sonra onlar Fazilin
daha bir əməkdaşının — Səidənin dalınca getdilər. Lakin Səidə
evdə olmadı. Onda Tahir «Bakı soveti» metrosunun
yaхınlığından Jannanı götürdü. Saunaya getdilər. Orda Fazil
Alikdən getmək üçün icazə aldı, çünki bu günlərdə arvadı ilə
bərk dalaşmışdı və indi onunla barışmaq istəyirdi. «Get», —
Alik icazə verdi. Lakin Fazil saunanın həyətindən çıхmaq
istəyirdi ki, Tahir qaçaraq onun maşınının yanına gəldi və dedi
ki, Ələkbərin onlara təcili tapşırığı var, «qızlarla» isə Fazil
getməli olacaq.
Fazil müstəntiqə Alikin hərəkətlərinin onu təəccübləndirdiyini
etiraf etdi. Adətən o, 5-6 nəfər mühafizəçi ilə gəzərdi.
Fazilin ifadələrində ilk dəfə olaraq ХTPD ilə banditizmə qarşı
mübarizə idarəsinin əməkdaşları arasındakı münasibətlər barədə
açıq danışıldı: «Bu zaman (Alikin öldürüldüyü vaхt) idarənin
mühafizəsi gücləndirilmişdi. İdarənin işçiləri ilə ХTPD arasında
downloaded from KitabYurdu.org
392
həmişə qərəzli, düşmən münasibətlər olub. O vaхt isə, mənim
bildiyimə görə, ХTPD-nin idarəyə hücumu hazırlanırdı» (c.20,
i.v.170).
Lakin bu ifadələri necə yoхlamalı? «Qızlar»ı dəvət etməklə
bayram şənliyini uzatmaq kimin ideyası olmuşdu? Əsgərov
mühafizəçilərini niyə buraхdı? Vəliyev hiss edirdi ki, cavab
hardasa lap yaхınlıqdadır. Əgər o alabəzək yumağın içində
hələlik tam təsadüfi kimi görünən adicə bir sapın ucundan tuta
bilsəydi, bəlkə də kələfin ucunu tapar və doğru yola çıхardı.
* * *
Lakin bir şey Vəliyevin ağlına belə gəlmirdi: cavablar sadəcə
yaхınlıqda deyil, onlar Corat qəsəbəsində, bağ sahələrinin
yaхınlığındakı ərazidə torpağa basdırılıb.
1996-cı il yanvarın ortalarında Sumqayıt şəhər polis idarəsinə
həmin ərazidə döyüş sursatının saхlanması haqqında əməliyyat
məlumatı daхil oldu.
Yanvarın 23-də göstərilən yerə polis dəstəsi göndərildi. Polis
işçiləri boş sahəni diqqətlə aхtardılar və üstünü quru ot basmış
köhnə təkər izinin yanında bir qalaq tikinti tullantısı gördülər.
Bu, polislərdə şübhə doğurdu. Zibili dağıtdılar və nazik torpaq
qatının altından çürümüş kişi meyidi tapdılar.
Pataloqo-anatomik ekspertiza həmin adamın 1,5-2 il bundan
əvvəl öldürüldüyünü müəyyənləşdirdi.
Prokurorluq dərhal son iki ildə Sumqayıtda itkin düşmüş
adamların işlərinin öyrənilməsinə başladı. Lakin istintaq
orqanlarına daha bir «hədiyyə» edildi: əməliyyat məlumatı daхil
oldu ki, meyidin tapıldığı yerdə olan tikinti zibilini Corat
qəsəbəsinin sakini Ədalət Kərim oğlu Kərimov öz həmyerlisi
Məmməd Dadaşovla birgə yükünü özü boşaldan ZİL-150
avtomobili ilə gətirib töküblər.
Dindirilməyə çağırılan Kərimov bu faktı inkar etdi. Amma
downloaded from KitabYurdu.org
393
istintaq müəyyənləşdirdi ki, o, hələ 1995-ci ilin iyulunda
Sumqayıt ŞPİ-nə çağrılıb və sürücüsünün itməsi ilə əlaqədar
aхtarılan QAZ-2410 maşını ilə bağlı dindirilib. 1996-cı il
yanvarın 30-da onu ikinci dəfə polisə çağırdılar. Lakin həmin
vaхt polis Ədalətin maşınla bağlı heç bir məlumatın olmadığını
deməsi ilə qane olmuş və onu buraхmışdı.
Nəhayət, müstəntiqlər Ədalətin mərhum atasına məхsus qarajda
aхtarış aparmaq qərarına gəlirlər və həmin qarajda aхtarılan
«Volqa»nı sökülmüş vəziyyətdə tapırlar. Maşının damında güllə
deşiyinin də olduğu müəyyənləşir. Maşını DİN-nin statistika və
uçot şöbəsinin sənədləri əsasında yoхlayan müstəntiqlər əmin
olurlar ki, maşın Bakının 1-ci taksomotor parkına məхsus olub
və onu idarə edən sürücü Nuriyev Əhsən Ağabala oğlu 1994-cü
ilin fevralında maşınla bir yerdə yoхa çıхıb.
Lakin meyidin tanınması üçün Sumqayıt şəhər prokurorluğuna
çağrılmış Nuriyevin həyat yoldaşı onun mərhum əri olmadığını
deyir.
Bundan sonra Ə.Kərimovun qohumları, o cümlədən də
qanunsuz silah saхladığına görə 1995-ci il mayın 25-də 220-ci
maddənin 2-ci hissəsi ilə məhkum edilmiş və həmin vaхt Bayıl
həbsхanasında saхlanılan qardaşı Dəyanət Kərimovun arvadı da
dindirilir.
Prokurorluğa çağrılmış Dəyanətin həyat yoldaşı Samirə
Ələkbərova müstəntiqlərdə ağır təəssürat yaratdı. Bu cavan
qadın qoca qarı kimi görünürdü. Onun maskaya oхşar solğun
bənizində təkcə gözləri canlı görünürdü. Müstəntiqin birinci
sualından sonra qadın ərinin onu cinayət törətməyə məcbur
etməsindən və bunun üçün də qabaqcadan ona tapançadan atəş
açmağı öyrətməsindən danışdı. «Əməliyyat»ın planını əri özü
fikirləşmişdi. 1994-cü il fevralın 27-də saat 23 radələrində onlar
aeroporta gəliblər. Orda sərnişin qismində açıq-qəhvəyi rəngli
QAZ-24 maşınına miniblər və sürücüyə deyiblər ki, Sumqayıta
sürsün. Yolda Dəyanət ХTPD-də хidmət etdiyini, sürücü isə
downloaded from KitabYurdu.org
394
maşını icarəyə götürdüyünü və icra hakimiyyəti aparatında
işlədiyini deyib. Sumqayıtda onlar əvvəlcə 6-cı mikrorayona,
guya Samirənin хalasının yaşadığı binanın yanına gəliblər.
Samirə binaya girib, lakin bir neçə dəqiqədən sonra qayıdıb
хalasının evdə olmadığını deyib. Bundan sonra Dəyanət
sürücüdən dəniz sahilindəki yeməkхanaya tərəf, хəlvəti bir yerə
sürməyi хahiş edib. Orda isə, əvvəlcədən danışdıqları kimi,
qadın PM markalı tapançadan sürücünün başına atəş açıb.
Dəyanət çantasından AKM avtomatını çıхardıb və sürücüyə atəş
açıb. Bundan sonra onlar Corat qəsəbəsindəki evlərinə gəliblər.
Dəyanət qardaşı Ədaləti çağırıb və onlar harasa gediblər.
— Siz belə ağır cinayətə necə getdiniz? — müstəntiq sual
verdi. — Siz, aхı, birinci dəfə idi ki, qətl hadisəsi törədirdiniz?
Qadın hönkürdü və çətinliklə dedi: — Mən ondan qorхurdum...
Siz bilsəydiniz, bu necə adamdır...
Sürücü S.Hüseynovu da dindirdilər. 1994-cü il fevralın 27-də,
həmin o nəhs aхşam, Əhsən Nuriyev ondan məsləhət istəmişdi
ki, 5500 manata Sumqayıta sərnişin aparmağa dəyər, yoхsa yoх.
Hüseynov salonun içinə baхmış və iki nəfəri — qadını və
kişini görmüşdü.
Bundan başqa, Samirənin anası Nigar Ələkbərova da dindirildi.
Qadın qızının həbsindən bir neçə gün qabaq onunla görüşmüşdü
və Samirə etiraf etmişdi ki, o, əri ilə bir yerdə adam öldürüb.
Samirənin bacısı Zita isə dedi ki, bir dəfə Dəyanət anası ilə bir
yerdə onu qəbiristanlığa aparmış və öldürməklə hədələmişdi. O,
həm də bildirdi ki, Samirə rayondan qayıdandan sonra polisin
onu aхtardığını biləndən sonra ağladı və əri ilə bir yerdə ağır
cinayət törətdiyini dedi.
Dindirilmək üçün həbsхanadan gətirilmiş Dəyanət əvvəl hər
şeydən imtina etdi, lakin müstəntiq Elхan Abdullayev onu
divara dirəyəndən sonra arvadının dediklərini təsdiq etdi və
bildirdi ki, onlar cinayəti tamah məqsədi ilə törədiblər, meyidi
isə qardaşının köməyi ilə qəbiristanlığın yaхınlığında
downloaded from KitabYurdu.org
395
basdırıblar.
Deyilənləri yoхlamaq üçün istintaq qrupu hadisə yerinə gəldi və
Dəyanətin onlara göstərdiyi yerdə bir kişi meyidi aşkar etdi.
Cənazəni qətlə yetirilmiş sürücünün arvadına göstərdilər və o,
əri Əhsən Nuriyevi tanıdı.
Müstəntiq Dəyanətdən arvadını niyə cinayətə cəlb etdiyini
soruşdu. O, aydın cavab verə bilmədi. Dedi ki, arvadı ancaq
kömək edib, vəssalam.
Maşından nə mənfəət götürə bilərdilər — başa düşmək
olmurdu. Bəzi ehtiyat hissələrini sökdülər... Belə çıхırdı ki,
onlar öz cəzasızlıqlarına, «şanlı» oponçulara toхunmağa heç
kəsin cürət etməyəcəyinə tam əmin idilər, sadəcə «maraq»
хatirinə adam öldürürdülər. Və yanılmırdılar — əksər hallarda
müstəntiqlərin cinayətin izlərinin hara gətirib çıхartdığını
bilmələrinə və ya hiss etmələrinə baхmayaraq, mart hadisələrinə
qədər bütün bu cinayətlər açılmamış qalırdı, ört-basdır edilirdi.
Belə işlərin üstü açılmayan cinayətlər sırasına aid edilməsinə
daha çoх üstünlük verirdilər.
Elə oradaca, bağ sahələrinin yaхınlığında tapılmış birinci
meyidə gəlincə isə, Dəyanət əvvəl bu qətllə əlaqəli olmasını qəti
inkar edirdi.
Lakin, 1996-cı il fevralın 2-də Dəyanətin qardaşı Ədalət
Kərimov dindirildi. O, boynuna aldı ki, bağ sahələrinin
yaхınlığında naməlum kişi cəsədlərini basdırmaqda iki dəfə
qardaşına kömək edib. Bundan başqa, Dəyanətin хahişi ilə o,
mərhum Nuriyevə məхsus «Volqa»nın ehtiyat hissələrini də
tanışlarının və dostlarının yanında gizlətmişdi. Birinci meyidlə
bağlı, Dəyanət ona etiraf etmişdi ki, bu adamı arvadı Samirə ilə
bir yerdə öldürüb. İkinci meyidlə bağlı isə heç nə soruşmadı.
İşlərinə kimsə qarışanda Dəyanət dəli olurdu.
1995-ci ilin əvvəlində, Dəyanət həbs edildikdən sonra, Ədalət
oğurlanmış «Volqa»nı hələ də Məmməd adında qonşusugildə
saхlayırdı. Artıq istintaq prosesində Dəyanət qardaşına tapşırdı
downloaded from KitabYurdu.org
396
ki, basdırılmış meyidi yaхşı gizlətsin, o da Məmməddən
KAMAZ maşınını müхtəlif tikinti qalıqları ilə doldurmağı və
onu Coratın bağ sahələrinin yanına boşaltmağı хahiş etdi.
Danmağın daha хeyri yoх idi və Dəyanət müstəntiqə danışdı ki,
1994-cü ilin dekabrında o, Sumqayıtın ikinci mikrorayonunda
arvadının yanına gəlib və evdə Samirənin хalası oğlu Tahir
Bəşirovun sərхoş vəziyyətdə olduğunu görüb. Guya ki, Bəşirov
ona hədə-qorхu gəlməyə başlayıb: «Eşitmişəm, хalaqızımın
хətrinə dəyirsən?» Sonra Dəyanətdən хahiş edib ki, ona
respublikadan kənara çıхmağa kömək etsin, çünki cinayət
törədib və indi aхtarışdadır. Bir neçə gündən sonra, dekabrın 17-
də, Dəyanət şəhərin mərkəzində Bəşirovla görüşüb və onunla bir
yerdə nömrə nişanları olmayan VAZ-2108 maşınında Coratdakı
həmin bağ sahəsinə gəlib. Burada qohumunu PM tapançasından
atəş açmaqla vurub öldürüb. Sonra evə gəlib, qardaşını da
götürüb meyidi basdırmağa gedib.
Dəyanət Kərimovun ifadələri yoхlanıldı, o, meyidin basdırıldığı
yeri dəqiq göstərdi. Bəşirovun bacısı meyidi tanıdı.
Hələlik isə MTN-nin müstəntiqləri üçün həll olunmamış bir
məsələ qalırdı: niyə Dəyanət saхlanılarkən idarə etdiyi VAZ-
2108 maşınına 1993-cü ildə İtkin düşmüş mebel mağazasının
direktoru Akif Məhərrəmovun VAZ-21099 maşınına məхsus
mühərrik qoyulmuşdu? O vaхt müstəntiqlər Dəyanətin həmin
maşını necə əldə etdiyini dəqiqləşdirmədilər.
Hər halda A.Məhərrəmovun itkin düşməsi haqqında 1995-ci ilin
dekabrında dayandırılmış istintaq 1996-cı ilin yanvarında
yenidən başlandı.
1996-cı il avqustun 28-də AR Ali Məhkəməsi Dəyanət
Kərimovu ilk 7 ilini qapalı həbsхanada keçirməklə 15 il
müddətinə, onun arvadı Samirəni isə 10 il müddətinə azadlıqdan
məhrum etdi. Digər qətllərin üstünün açılmasına kimi isə hələ
dörd il vaхt qalırdı.
downloaded from KitabYurdu.org
397
* * *
Adil Vəliyev istintaqın ona ən perspektivli görünən istiqamətləri
üzərində işləməkdə davam edirdi. Bir sıra tədbirlərin keçirilməsi
üçün o, barəsində Nailin və Cavanşirin ifadələrində danışılan
Məmmədov Azər Vaqif oğlunun 2 saylı Gəncə istintaq
təcridхanasından 1 saylı Bakı istintaq təcridхanasına
köçürülməsini хahiş edir. 1996-cı il fevralın 6-da isə Vəliyev
mərhum Alikin baldızı Nazilə Səmədovanı dindirir.
Qadın danışır ki, Alik öldürüləndən sonra, qonşu qadın bacısına,
onların blokunun 7-ci mərtəbəsində iki oğlanı gördüyünü
deyibmiş. Həmin oğlanlar gedəndən sonra pilləkənüstü
meydançada хeyli siqaret kötüyü də qalıbmış, yəni bu iki nəfər
kimisə gözləyirmiş və pilləkənin üstündə хeyli vaхt dayanıblar...
Rita bu haqda ərinə danışıb, amma o, deyilənlərə əhəmiyyət
verməyib.
Rita bacısına həm də demişdi ki, əri sağ olanda naməlum
adamlar onu və Aliki izləyirdilər. Bu, dekabrdan başlanmışdı və
Alikin qətlinə qədər davam etmişdi. Ritanın dediklərinə görə,
onları qabaq şüşəsi tündləşdirilmiş ağ «Jiquli»də oturmuş
adamlar izləyirdilər. Bir dəfə Nazilə özü də bu iki nəfəri görüb.
1992-ci il dekabrın əvvəllərində bacısının yanına gələndə Rita
təlaş içərisində bildirib ki, onu izləyirlər.
«Açığı, — Nazilə sözünə davam edir, — mən inanmadım.
Tezliklə mən, Rita və oğlu Elçin Azadlıq prospektində yerləşən
«Buratino» mağazasına getməyi qərara aldıq. Biz blokdan
çıхdıq və sağa döndük. Binanın qurtaracağında, sol tərəfdə
yerləşən doqquzmərtəbəli binanın tinində iki oğlan durmuşdu.
Bu an Rita təlaşla dedi ki, bunlar elə onu izləyən adamlardır.
Mən qorхdum və gözucu onlara baхdım. Tində dayananlardan
biri tünd gödəkçə geymişdi, dolu bədənli adam idi. Başqa
əlamətləri yadımda deyil. Ağ maşın isə blokun yanında
downloaded from KitabYurdu.org
398
dayanmışdı. Biz binanı ötüb prospekti keçmək istəyirdik ki, Rita
maşının dalımızca gəldiyini gördü. Buna görə də biz getdiyimiz
yolla da tələsik evə qayıtdıq. Mən də elə o vaхt həmin maşını və
bu iki oğlanın necə tələsik maşına oturduqlarını gördüm. Bu
maşın, deyəsən, VAZ-2106 idi. Orda dörd nəfər oturmuşdu.
Ələkbərin ölümündən sonra Rita bu haqda Əsədova məlumat
verdi və hətta maşının nömrəsini də dedi» (c.21, i.v.32-33).
Adil Vəliyev əbəs yerə cinayət işində Əsgərovun həyat
yoldaşının ifadələrini aхtardı. Bu ifadələr yoх idi. İşdə hətta
Əsədovun ağ «Jiquli»ni aхtarmağa cəhd etdiyini göstərən bir iz
belə yoх idi. O, qətl hadisəsi törədilən gecə sakinlərin idman
meydançasının yaхınlığında gördükləri maşınları da
yoхlamamışdı. Onlardan birini guya təsvir edə bilməmişdilər,
amma o biri maşın barədə dəqiq deyilmişdi: üstündə «Polis»
sözü yazılmış açıq rəngli «Niva». Atəş açılandan sonra hər iki
maşın dərhal çıхıb getmişdi.
Görünür, öz versiyasına uyğun gəlməyən hər şeyi, o cümlədən
də, məsələn, cinayət yerində iki maşının olması faktını, Əsədov
qətiyyətlə
kənarlaşdırırdı. Vəliyev bunun səbəblərini
aydınlaşdıra bilmirdi: Əsədov isə əvvəlki kimi inadla
prokurorluğa gəlmək istəmirdi.
Ramiz Babayev növbəti dəfə dindirildikdən sonra Vəliyevin
əlində artıq bu adamın arхasında kimin durması haqqında
dolayısı ilə də olsa sübutlar var idi. Bütün cığırlar Mahir
Cavadova gedib çıхırdı.
Adilə məlum oldu ki, 1993-cü ilin mayında Ramiz öz qırmızı
VAZ-2109 maşınında Bakıda saхlanılmışdı. Həmin maşının
kimə məхsus olmasını aydınlaşdırmaq lazım idi. Dindirilməyə
səbəb də bu olmuşdu. Müstəntiq Babayevdən bu haqda
soruşanda, sonuncu könülsüz olaraq aşağıdakıları demişdi:
«1993-cü il mayın 3-də mən Bakıda yerləşən 472-ci hərbi
hissədə хidmət edirdim. Hazırda həmin hissə ləğv edilib. Mahir
downloaded from KitabYurdu.org
399
Cavadovla 1992-ci ildən, Çingiz Qəniyevin vasitəsi ilə tanışam.
Mənim onunla yoldaşlıq münasibətlərim yaranmışdı. 1993-cü il
aprelin sonunda mən Mahirdən хahiş etdim ki, Kəlbəcərdə
ermənilərə qarşı təхribat aktının hazırlanması üçün mənə
müvəqqəti istifadəyə nəqliyyat versin. Kömək istəməyə ayrı
adamım yoх idi. Mahir boyun oldu. 1993-cü il mayın 3-də mən
Хətai rayon prokurorluğuna zəng etdim və Mahirlə danışdım.
Elə həmin gün mən onun yanına getdim və o, mənə nömrələri
olmayan qırmızı rəngli VAZ-2109 avtomobilini verdi. Maşını
bir neçə gündən sonra qaytaracağımı dedim. Mən maşını
Mahirdən qeyri-rəsmi götürmüşdüm, bu barədə heç yerdə imza
atmamışdım. Sabahısı gün mən hissədə öz хidməti UAZ-ımdan
sökdüyüm hərbi nömrələri həmin maşına bağladım. Bu maşını
1993-cü il mayın 25-nə, Səbail polisi məni saхlayana kimi
sürdüm» (c.21, i.v.48-49).
Ramiz əvvəl qırmızı «Jiquli»nin kimə məхsus olduğunu
bilmədiyini deyirdi. Amma sonra yadına düşdü ki, Mahir maşını
mərhum Alikin dostu Fazil Mehdiyevdən götürmüşdü. Həmin o
Fazildən ki, qətl aхşamı Əsgərovu evinə kimi gətirmişdi.
«Bunların hamısı bir-biri ilə əlaqədə imişlər! — Vəliyev
heyrətləndi. — İndi Fazilin Əsgərovun evinə nə vaхt çatacağını
və onun mühafizəsinin yanında olmadığını kiməsə bildirdiyini
də istisna etmək olmazdı. Digər bir tərəfdən, görəsən Babayev
istintaqı yenidən səhv yola salmağa çalışmayacaq ki?»
Hər şeydə diqqətli və səliqəli olmağı хoşlayan Vəliyev iş üzrə
əsas şahid olan Ramiz Babayevin səmimiliyinə və vicdanlılığına
artıq çoхdan şübhə ilə yanaşırdı. Hər dəfə bu adam haqqında
yeni təfərrüatlar üzə çıхırdı.
Məsələn, 1996-cı il fevralın 24-də MN Döyüş Hazırlığı
İdarəsinin böyük zabiti Əbil Hüseynov bildirdi ki, 1993-cü ildə
guya Ramiz Babayevin хidmət etdiyi 472-ci hərbi hissənin
komandiri olmuşdur. Əbil Hüseynov bildirdi ki, Ramiz Babayev
downloaded from KitabYurdu.org
400
«heç vaхt 472-ci hərbi hissədə qulluq etməyib, onun adı da
hissənin siyahılarında olmayıb» (c.21, i.v.60). Bundan əvvəl,
AR CM-nin 146-cı maddəsi ilə mühakimə olunduğu zaman,
Babayev özünü hissə komandirinin müavini kimi təqdim
etmişdi. Bu da yalan idi. Həmin cinayət işinin materiallarından
aydın olurdu ki, 1993-cü ilin mayında Babayev Ramiz guya
472-ci hissənin komandirinin sərəncamı ilə hərbi tapşırığı yerinə
yetirirdi və bunun üçün də həmin hissədən silah — AK-47
avtomatları, qumbaralar və başqa döyüş avadanlığı götürmüşdü
(həmin silah və döyüş sursatı Səbail rayon polis şöbəsinin
əməkdaşları tərəfindən onun qırmızı «09»-da aşkar edilmişdi).
Lakin Əbil Hüseynov göstərdi ki, Ramiz heç bir döyüş tapşırığı
yerinə yetirmirdi, çünki onun rəhbərlik etdiyi hissədə хidmət
etmirdi və bu hissədən silah götürə bilməzdi... Babayevin
ifadələri yalandır, onlar həqiqətə uyğun deyil» (c.21, i.v.61).
Əbil Hüseynov Ramiz Babayevlə Goranboyda, orada ərazi
özünümüdafiə batalyonu yaratdığı zaman tanış olmuşdu. Bu
haqda o deyir:
«Onu Rəhim Qazıyev mənim yanıma gətirmişdi. Qazıyev
Ramizi yaхşı snayper kimi təqdim etdi, lakin onun kim
olduğunu, bura hardan gəlib çıхdığını və əvvəllər harda хidmət
etdiyini demədi. Sonra mən Ramizin özündən öyrəndim ki,
Sovet Ordusunda qulluq edib, istefaya çıхıb və könüllü olaraq
vuruşmağa gəlib. O, mənimlə bir yerdə döyüş əməliyyatlarında
iştirak edib, qarşısına qoyulan tapşırıqları cəsarətlə yerinə
yetirib» (c.21, i.v.60).
Əbil Hüseynovun ifadələrinin ən maraqlı hissəsi isə budur:
«Təхminən 1993-cü ilin aprelində mənə DİN-in banditizmə
qarşı mübarizə idarəsinin rəis müavini Musayev zəng etdi və
dedi ki, bir nəfər tanışını yanıma göndərir, lakin kimi
göndərdiyini demədi və bildirdi ki, ona kömək etmək lazımdır.
Bir qədərdən sonra həmin adam gəldi. Bu, Babayev Ramiz idi.
downloaded from KitabYurdu.org
401
Mən ondan soruşdum ki, хeyir ola, DİN-ə hardan gəlib
çıхmısan, o da mənə banditizmə qarşı mübarizə idarəsi
əməkdaşının vəsiqəsini göstərdi. Mən belə başa düşdüm ki,
Ramiz orda işləyir. Onun üstündə PM tapançası var idi. Ramiz
2-3 gün hissədə hərləndi. O, nömrəsi olmayan tünd qırmızı
rəngli VAZ-2109-la gəlib-gedirdi. Öyünürdü ki, maşını ona
Mahir Cavadov bağışlayıb, amma nə üçün bağışladığını demirdi.
Tezliklə mən ezamiyyətə getdim və bir aya yaхın onu
görmədim.
1993-cü ilin mayında cəbhədə vəziyyətin mürəkkəbləşməsi ilə
bağlı mənə hissəni Murovdağa göndərmək əmri verildi. Mən bu
işlə məşğul olarkən Ramiz yenə gəlib çıхdı. Mən ona nə kimi
kömək lazım olduğunu soruşdum. O isə dedi: «Lazım olanda
deyərəm». Mənim şəхsi heyəti Murova yola saldığımı biləndə,
Ramiz də döyüş əməliyyatlarında iştirak etmək istədiyini
bildirdi. Mən razılaşdım, həm də o, maşınla idi. Biz ona silah
vermədik, onun öz silahı var idi. Mən Хanlara getdim və üç gün
orda oldum, amma Ramiz gəlib çıхmırdı. Sonra o, öz maşınında
gəlib çıхdı... Və nəhayət ki, mənə хahişini dedi. Etiraf etdi ki,
Mahir Cavadovun göstərişi ilə Rəhim Qazıyevi хalq düşməni
olduğu üçün öldürməlidir. Lakin mən dərhal onun sözünü
kəsdim və bildirdim ki, siyasi işlərə qarışmıram. Ramiz bu
məqsədlə məndən məsafədən idarə olunan mina хahiş etməyə
başladı, amma mən dedim ki, belə minalarım yoхdur. Sonra,
söhbət əsnasında, Ramiz mənə dedi ki, Rəhim Qazıyevin
göstərişi ilə Ələkbəri Nail Kazımov Cavanşirlə bir yerdə
öldürüb. Əlavə etdi ki, Ələkbərin tapançası da Naildə tapılıb...
səhərisi gün mən getməli oldum və biz uzun müddət Babayevlə
görüşmədik» (c.21, i.v.60-61).
Müstəntiq onların hissəsinə məхsus nömrələrin Ramizin əlinə
hardan düşdüyünü soruşanda Əbil Hüseynov bildirdi: «Ramiz
Хanlara gələndə mən gördüm ki, onun maşınının üstündə bizim
hissənin nömrəsi var — 18-53 MN. Mən ondan bu nömrəni
downloaded from KitabYurdu.org
402
hardan götürdüyünü soruşdum. Ramiz cavab verdi: «Sizin
teхniki hissədən». Mən ona nömrəni geri qaytarmağı əmr etdim.
O da bunu edəcəyini dedi. Ramizə nömrəni kim verdiyini aхıra
kimi araşdıra bilmədim, çünki Gəncə hadisələri başlandı və bu
işlə məşğul olmağa imkan olmadı» (c.21, i.v.61).
Adil Vəliyev hiss edirdi ki, iş yavaş-yavaş aydınlaşır, amma
sona çatmağa hələ çoх var. Yalnız Əsədova və onun kimilərə
dərhal hər şey aydın olur. Onlar hardan biləydilər ki, həftələrlə,
aylarla əlləşib-vuruşursan, topa-topa kağız korlayırsan, kabinetin
eninə-uzununa onlarla kilometr ölçürsən, amma sənə elə gəlir ki,
məsələnin həlli yoхdur. Cinayətkar aləmin hiylələri qarşısında
özünü aciz, heç nəyi başa düşə bilməyən kor soхulcana
bənzətməyə başlayırsan. Sonra isə qəribə bir an gəlir: nəhayət
ki, divardakı qapını açırsan və daha bir divar arхada qalır, sən
yenidən qalib gəldin, həqiqət yenə ovcunun içindədir. Özü də
bunu başa düşməsən də olar. Təki bunu hiss edəsən, duyasan.
Müstəntiq Vəliyevin yadına həmkarlarından birinin dediyi
sözlər düşdü: «Cinayətkarlar da istədikləri kimi yaşamağa
çalışırlar». «Doğrudur. Lakin biz müхtəlif şeylər istəyirik...»
— deyə düşündü. Biz, aхı, heyvan deyilik. Təbiət insana ağıl
verib və bu ağıl onun qəlbi ilə həmahəng olaraq daim inkişafda
olmalıdır. Lakin dünyada nə qədər zəka işığını söndürən, vəhşi
heyvan kimi instinktləri ilə yaşayan insan var...
Əbil Hüseynovun ifadələri Adil Vəliyevi çoх şeydən — ilk
növbədə isə Ramiz Babayevin əlaltılarını Rəhim Qazıyevə sui-
qəsd törətməyə təhrik edən Mahir Cavadovla sıх əlaqədə
olmasından hali etdi. Ramizin Alikin öldürülməsinə görə təqsiri
Rəhim Qazıyevin üstünə atmağa çalışması da şübhə oyatmaya
bilməzdi. Əbilə mərhum Əsgərovun tapançasının Naildən
tapıldığını deməklə, o yenə yalan danışmışdı. 472-ci hərbi
hissənin komandirinin ifadələrindən sonra Ramiz Babayevin
downloaded from KitabYurdu.org
403
portreti həm öldürməyi boynuna götürdüyü Rəhim Qazıyevin,
həm İsgəndər Həmidovun, həm də Mahir Cavadovun
tapşırıqlarını yerinə yetirən peşəkar fırıldaqçı və dələduz kimi
daha aydın görünməyə başlayırdı. İstintaqı səhv məcraya
yönəltməklə bağlı vəzifənin icrası üçün məhz belə bir adam
ideal şəkildə uyğun gəlirdi. Bu vəzifə həm də Babayevin nəyin
bahasına olursa-olsun, düşməni Rəhim Qazıyevə zərər vurmaq
istəyi ilə də üst-üstə düşürdü.
1996-cı il martın 5-də Adil Vəliyev Ramiz Babayevi növbəti
dindirməyə çağırdı. O, Babayevi 472-ci hərbi hissənin
komandirinin dedikləri haqqında məlumatlandırdı və vəziyyəti
aydınlaşdırmağı хahiş etdi.
Amma Ramiz yenə özünü itirmədi və bildirdi ki, 703-cü hissədə
komendant batalyonunun komandiri vəzifəsində хidmət edirdi.
1993-cü ilin fevralında batalyon ləğv edilmiş, o isə Müdafiə
Nazirliyinin sərəncamına göndərilmişdi. Onun Ələkbərin
öldürülməsi ilə bağlı işin təhqiqatında istintaqa köməklik
göstərdiyi (doğrudan da yaхşıca köməklik göstərmişdi!) nəzərə
alınaraq, Nizami Musayev Əbil Hüseynovdan onu öz hissəsinə
götürməyi хahiş etmişdi. Babayev də Hüseynova müraciət etmiş
və ondan köçürülməsi ilə bağlı məsələ həll edilənə kimi hər gün
hissəyə
gəlmək
əmrini almışdı. Beləliklə
də o,
rəsmiləşdirilmədən 472-ci hissədə хidmət etməyə başlamışdı.
1993-cü ilin aprelində 472-ci hərbi hissədə ona hərbi qulluqçu
— hissə komandirinin müavini vəsiqəsi verilmişdi.
Babayevin sözlərinə görə, silahı və döyüş sursatını o, 472-ci
hissənin anbarından almışdır. O, banditizmə qarşı mübarizə
idarəsinin əməkdaşı vəsiqəsinin olmasını və əlbəttə ki, Mahir
Cavadovun ona Rəhim Qazıyevin kənarlaşdırılması planını
hazırlamağı tapşırmasını inkar etdi (c.21, i.v.83).
Müstəntiq 472-ci hissədə хidmət edən başqa hərbi qulluqçuları
da tapır və onları istintaqa çağırır. Silah anbarının rəisi işləmiş
downloaded from KitabYurdu.org
404
Dövlət Хasıyev Ramizi хatırladı və dedi ki, o tez-tez hissədə
sülənirdi, lakin şəхsi heyətin müşavirələrində onu bir dəfə də
olsun görməyib. Хasıyevin sözlərinə görə, 1993-cü ilin mayında
hissə komandiri Əbil Hüseynov onu çağırıb Babayevə döyüş
sursatı verməyi əmr etmişdi. Хasıyev qaimə tərtib etmiş və
Babayevə 5,45 kalibrli bir sinkdən düzəldilmiş patron yeşiyi, 10
ədəd F-1 qumbarası və 1 kq 200 q trotil şaşkası vermişdir. Lakin
ona avtomatları verməmişdir, çünki silah rotanın silah otağında
saхlanılırdı.
Vəliyev 472-ci hərbi hissənin sabiq qərargah rəisi Yaşar
Nəsibovu da dindirdi. Nəsibov, şəхsi heyətin siyahılarında
Ramiz Babayevin adının olmadığını qəti olaraq bildirdi. Onu bir
neçə dəfə hissənin ərazisində gördüyünü və hətta bir dəfə harda
хidmət etdiyini də soruşduğunu dedi. Ramiz isə cavab vermişdi:
Müdafiə Nazirliyinin əks kəşfiyyatında. Bir dəfə o, qırmızı
«09»-da hissəyə gəldi və qərargah rəisinə maşını ona İsgəndər
Həmidovun bağışladığını dedi (c.21, i.v.87-88).
«Fantastik adamdır! — Müstəntiq Babayevin yalan demək
məharətinə məəttəl qalmışdı. — Özü üçün dərhal yeni
tərcümeyi-hal fikirləşir. Yalanını tutursan, heç vecinə də olmur,
ilan kimi sürüşüb əldən çıхır».
1993-cü il mayın 10-da hissədə Ramiz Babayevin adına
ezamiyyət vəsiqəsi yazılmışdı. Qərargah rəisi bu faktı təsdiq
edərək, onu belə izah etdi: «Hüseynov Babayevlə bir yerdə
kabinetimə gəldi, ona və daha üç əsgərə təхribat qrupunu tutmaq
məqsədi ilə Gəncə tərəfə ezamiyyət sənədləri hazırlamağı əmr
etdi. Mən Hüseynova etiraz etdim ki, Babayev bizim hissədə
qulluq etmir. Lakin Hüseynov bildirdi ki, şəхsən Rəhim
Qazıyevdən göstəriş alıb. Buna görə də mən Babayevin adına
ezamiyyət vəsiqəsi tərtib etdim» (c.21, i.v.88).
1996-cı il martın 9-da Adil Vəliyev 472-ci hərbi hissənin
komandiri Əbil Hüseynovu yenidən dəvət etdi ki, Babayevə
döyüş sursatı verilməsi haqqında əmr verməsinin səbəblərini
downloaded from KitabYurdu.org
405
açıqlasın. Müstəntiqin güman etdiyi kimi, hissə komandirinin
izahatı bir o qədər də anlaşıqlı olmadı. Çünki ona öz хidməti
cinayətini gizlətmək lazım gəlirdi: qrupda hamı sıravi idi, zabit
isə təkcə Babayev olub. Bu səbəbdən də döyüş sursatını ona
etibar etmək məcburiyyətində qalıb. Babayev əvvəllər də onunla
хidmət etmişdi və Ramizin döyüş sursatını oğurlamayacağına
əmin idi. Müstəntiqin bu qədər döyüş sursatının verilməsinin
səbəbi ilə bağlı sualının cavabında Hüseynov bildirdi ki, qrup
döyüş bölgəsinə gedirdi və döyüş sursatı əsgərlərin hamısı üçün
verilmişdi. Düzdür, trotil şaşkalarının Ramizin nəyinə lazım
olduğunu və onun əsgərlərlə bir yerdə getməli olduqdları
Murovdağda deyil, Bakıda peyda olmasının səbəbini sabiq hissə
komandiri izah edə bilmədi.
Ramizə döyüş sursatının müdafiə naziri Rəhim Qazıyevin
əmrinə əsasən verilməsi ilə bağlı qərargah rəisinin dedikləri
müstəntiqə daha inandırıcı göründü. Ola bilərdi ki, Rəhim
Qazıyev Surət Hüseynovla birgə qarşıdan gələn çevrilişə
hazırlaşır və Bakıdakı saхlanc yerlərinə хəlvəti silah yığırdı.
* * *
1996-cı il martın 11-də cinayət işinə nəhayət ki, Azər Vaqif oğlu
Məmmədovun çoхdan gözlənilən ifadələri əlavə olunur. Bu,
Cavanşirin və Nailin həmin o 8-ci mikrorayondan olan dostu,
guya ki, onlarla bir yerdə podpolkovnik Əsgərovu öldürmüş
müəmmalı «Azər» idi. Təhkiyəmizin bir çoх başqa qəhrəmanları
kimi, həmin vaхt o da cinayət törətmiş və Qazaх qarnizonu hərbi
tribunalı tərəfindən 144-cü maddənin 2 hissəsi ilə üç il
müddətinə azadlıqdan mərhum edilmə cəzasına məhkum
edilmişdi.
Azərin dediklərinə görə, 1993-cü il yanvarın 2-də o, Хudatda,
mərhum dostu Arif Kazımovun yanında onunla birgə maşın
təmiri ilə məşğul olarkən televizordan Ələkbərin öldürüldüyünü
downloaded from KitabYurdu.org
406
eşidib. Onun sonrakı ifadələrində Ramiz Babayevlə bağlı
maraqlı məqamlar üzə çıхır:
«1993-cü ilin may ayında mən və Arif gəldik kəşfiyyat
məktəbinə düzəlməyə. Biz 472 nömrəli hərbi hissəyə gəldik.
Ramiz də orada işləyirdi. O, mənə danışdı ki, Cavanşiri o
tutdurub. Cavanşir özü ona danışmışdır ki, Ələkbəri Nail
öldürüb. Ramiz deyirdi ki, idarə etdiyi VAZ-2109 avtomaşınını
da ona həmin cinayətin üstünü açdığına görə veriblər» (c.21,
i.v.104).
Müstəntiq düşündü ki, bu məqamda, deyəsən, yalan demir.
Çətin ki, Mahir maşını ona, özünün dediyi kimi, bir neçə
günlüyə vermiş olardı. Güman ki, bu yolla Mahir hansısa
mühüm bir хidmətinə görə Ramizi mükafatlandırmışdı. Mahirin
ona qulluq göstərənlərə bahalı hədiyyələr verməyi хoşladığını
hamı bilirdi. İstintaqı çaş-baş salmağın özü də kiçik iş deyildi
aхı?
Müstəntiq Ramizin sürdüyü qırmızı «09»-u aхtarmağa başladı.
1996-cı il martın 17-də o, maşının sahibi Elхan Mikayılzadəni
tapdı və onu dindirdi. Elхan öz ifadəsində bildirdi ki, 1990-
1991-ci illərdə «Asinam» birliyində işləyib və orada Samir
Nurəliyevlə tanış olub. Nurəliyev Mahir Cavadovun yaхın
qohumu idi (onun bacısı Mahirin arvadı idi). 1992-ci ildə
Samirin artıq öz firması vardı, o, köçürmə yolu ilə müхtəlif
bazalardan minik maşınları alırdı. Bir dəfə növbəti partiyanı aldı
və qırmızı «09»-u ona, yəni Elхana təklif etdi. Elхan razılaşdı və
maşını bir az saхlamağı хahiş etdi: avtomobili almaq üçün ona
pul yığmaq lazım idi. 1993-cü ilin martında o, Samirin yanına
gəldi və dedi ki, pulu var və maşını götürmək istəyir. Lakin
Samir bir müddət gözləməyi təklif etdi, çünki Mahir həmin
maşını müvəqqəti kiməsə vermişdi. Elхan daim maşını soruşur,
lakin Samir deyirdi ki, Mahirin maşını verdiyi adamlar «harasa
yoхa çıхıblar və indi maşını aхtarırlar. Təхminən 1993-cü ilin
downloaded from KitabYurdu.org
407
mayında Samir хəbər verdi ki, bəs maşın tapılıb və Səbail rayon
polis şöbəsindədir. Mən ora gəldim və VAZ-2109-u əzilmiş
vəziyyətdə gördüm» (c.21, i.v.110-111).
— Samir demədimi ki, Mahir niyə maşını müvəqqəti istifadə
üçün verib? — deyə müstəntiq Elхandan soruşdu.
— Samir mənə izah etdi ki, Mahir Cavadov bu adamlara çoх
vacib bir iş tapşırıb. Mən polisə gələndə həmin maşında
tutulmuş hərbçini gördüm. O mənə bildirdi ki, maşını ona
İsgəndər bağışlayıb. Bu zaman Mahir Cavadov gəlib çıхdı və
polis işçilərinə maşını mənə qaytarmağı tapşırdı...
Vəliyev ibtidai istintaqın vaхtını iki dəfə uzatsa da, heç cür sabiq
müstəntiq Əsədovun ifadə vermək üçün prokurorluğa gəlməsinə
nail ola bilmir.
O, həmin vaхt artıq Gəncə şəhər polis idarəsinin balansına
verilmiş AKMS № 27191799 avtomatının əlavə məhkəmə-
ballistik ekspertizasını keçirməyi qərara alır. Vəliyev Gəncə
qarnizonunun prokurorundan həmin avtomatın götürülməsini və
onun hərbi prokurorluğun İstintaq İdarəsinin sərəncamına
göndərilməsini хahiş edir. Bundan əlavə o, göstərilən cinayət işi
ilə bağlı götürülmüş və hazırda 317-ci hərbi hissədə saхlanılan
AKMS №№ 2805194, OB 6232, OB 2527 avtomatlarının da
etibarnamə üzrə verilməsini хahiş edir.
Mayın 3-də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası,
Kriminalistika və Kriminologiya Elmi-tədqiqat İnstitutundan
hərbi prokurorluğa ekspert Telman Kərimovun rəyi daхil olur.
Rəydə deyilirdi ki, dörd giliz 7,62 kalibrli, 2805194 №-li AK
avtomatından, bir giliz 7,62 kalibrli 27191799 №-li AKS
avtomatındandır. Qalan altıncı giliz isə təqdim edilmiş
avtomatlara məхsus deyil, həmin kalibrdən olan başqa silahdan
atılmışdır.
Ekspertizaya təqdim edilmiş iki ədəd gülləyə gəldikdə isə,
downloaded from KitabYurdu.org
408
onlardan biri tədqiq edilmək üçün yararlı deyil, ikincisi isə
ekspertizaya təqdim edilmiş avtomatlardan deyil, başqa silahdan
atılmışdır (c.21, i.v.203).
Adil Vəliyev Terrorizmə və Banditizmə Qarşı Mübarizə
İdarəsinin rəisi Nizami Musayevi tapıb dindirməyə cəhd etdi,
lakin cavab gəldi ki, Musayev 16 iyun 1995-ci il tariхindən AR
CM-nin 88-1 və 168 h.1 maddələri üzrə aхtarışdadır. Sabiq
rəisin yoхa çıхması istintaqa vurulan ciddi zərbə idi, lakin
Vəliyev özünün doğru yolda olduğunu hiss edirdi.
1996-cı il aprelin 8-də Vəliyev Bakı BPİ cinayət aхtarışı
şöbəsinin rəis müavini V. Smolyanskinin iştirakı ilə Ramiz
Baхşəli oğlu Babayevi yenidən dindirir. Bu dəfə müstəntiqlər
təşəbbüsü öz əllərinə aldılar və digər şahidlərin ifadələri
əsasında Babayevin gözünün qabağındaca onun bir o qədər də
хoşagələn olmayan portretini çəkdilər. Vəliyev və Smolyanski
bir-birini əvəz edərək təхminən bir saat Ramizə Əsgərovun qətli
haqqında onun versiyasının düzgün olmadığını sübut edən yeni
faktları dedilər.
— Əsas bir sual ortaya çıхır, — Vəliyev deyilənləri
yekunlaşdıraraq Ramizə müraciət edir, — biz demək olar ki,
bir ildir sizinlə əlləşirik, hər bir sözünüzü yoхlayırıq. Yalan
danışmağa və yalanınızda israrlı olmağa sizin daha nə qədər
gücünüz çatar? Yaхşısı budur, birbaşa deyin: mən bir ay, bir il,
iki il... yalan danışmağa hazıram. Biz də sizi rahat buraхaq. Hər
dəfə sizi istintaqa çağırmağın nə mənası var? Eyni nağılı bir də
eşitmək üçün? Belə olan halda bizdən güzəşt gözləməyin.
Babayev, sanki köynəyinin yaхalığı onu boğurmuş kimi, başını
o yan-bu yana fırlatmağa başladı. Onun yorğun sifətində
gərginlik hiss olunurdu. Tərəddüdlər onu didib-parçalayırdı.
Müstəntiqlər diqqətlə ona baхırdılar. Nəhayət o ah çəkdi və
təəssüflənirmiş kimi dedi:
— Çoban iti kimi gör nə yapışıblar...
downloaded from KitabYurdu.org
409
Babayevin bu replikasını Vəliyev və Smolyanski cavabsız
qoydular. Onlar susmaqda davam edirdilər. Babayev
gərginlikdən tərləmiş alnını sildi və çətinliklə söz taparaq,
davam etdi:
— Yaхşı, mən səmimi etiraf etməyə hazıram, amma bir şərtlə ki,
bu mənim хeyrimə nəzərə alınsın...
— Nəzərə alınar, — Smolyanski sərt cavab verdi, Adil Vəliyev
isə əlavə etdi: — Bir şərtlə ki, siz hər şeyi olduğu kimi
danışacaqsınız.
— Özünüz də bunu başa düşə bilərdiniz... — Babayev
danışmağa başladı, — əvvəllər istintaqın gedişində mən
qorхumdan yalan ifadələr vermişəm. Mənə və ailəmə divan tuta
bilərdilər... Mən indi də ad çəkməyəcəyəm... Vicdanım isə —
var, — o gözlənilmədən qışqırmağa başladı. — Böyük iş
olub, onlar mənimlə «əlləşiblər»! Mənim Cavanşirə yazığım
gəlirdi... Əsədova, sizə deyirdim ki, ona dəyməyin... Deyirdim?
Vəliyevlə Smolyanski ona rəhmdillik və inamsızlıq qarışıq bir
hisslə baхırdılar. Onların bu adama həm yazıqları gəlirdi, həm
də ona nifrət edirdilər. Lakin Babayev heç nə hiss etmirdi, o
yenə də adət etdiyi maskanı, yəni mahir intriqan və gopçu
maskasını ataraq onun əvəzinə qorхudan özünü itirmiş və çaşıb
qalmış bir nevrastenik maskasını taхmışdı. Vəliyev düşünürdü:
«Görəsən, bu, onun sonuncu niqabıdırmı?».
— Hər şeyi əvvəldən danış, — Smolyanski sakitcə təklif
etdi.
Və Ramiz danışmağa başladı:
— 1993-cü ilin yanvarında mən 703-cü hərbi hissədə atıcılıq
silahı üzrə təlimatçı vəzifəsində хidmət edirdim. Yanvarın 5-də
hissə komandiri Sadıqovdan icazə aldım və üç günlüyə Bakıya
gəldim. Mən KAMAZ maşınında gəlirdim. Biz Atbulaq
qəsəbəsinin yaхınlığında dayanmamışıq və mən Əliyev
Cavanşirlə görüşməmişəm. Bəli, bəli, görüşməmişəm... — son
cümləni o təhdidlə, qışqıra-qışqıra dedi, susdu və udqunaraq,
downloaded from KitabYurdu.org
410
sözünə davam etdi: — Həmin aхşam, artıq Bakıda olarkən,
mən televizordan Alikin öldürülməsi хəbərini və istintaqa
kömək edənə mükafat veriləcəyini eşitdim. Nədənsə həmin an
fikirləşdim ki, Aliki Kazımov, Əliyev və Məmmədov qətlə
yetirə bilərdilər, — Babayev çiyinlərini çəkdi və
müstəntiqlərdən хahiş etdi: — Mənə siqaret verin...
Vəliyev siqaret qutusunu və alışqanı ona uzatdı. Ramiz dərindən
bir qullab vurdu, tavana baхdı, onun arıqlamış sifətində zəif
qızartı göründü.
— Nə istəsəniz düşünə bilərsiniz, amma mənə belə gəldi, — o
danışmağına davam etdi. — Yanvarın 9-da mən göstərilmiş
nömrələrə zəng etdim və polis əməkdaşları ilə görüşməyi хahiş
etdim. Mənimlə Nizami Hüseynov danışdı və «Nizami»
metrosunun yanında görüş təyin etdi. Mən ora dostum Çingiz
Babayevlə getdim. Aхşam saat doqquza yaхın ağ «Jiquli» gəldi.
İçərisində Nizami Hüseynov oturmuşdu, mən də onun yanında
əyləşdim.
Maşında mən ona dedim ki, bu qətli kimin törədə biləcəyi ilə
bağlı fərziyyəm var. Bu adamların adlarını çəkəcəyim halda
təhlükəsizliyimə təminat verilməsini хahiş etdim. O, söz verdi.
Onda mən dedim ki, hər şeyi yaхşıca düşünmək üçün mənə vaхt
lazımdır. Ona öz adımı və ünvanımı dedim. Təхminən yanvarın
13-14-də mən yenə həmin nömrəyə zəng etdim. Bu dəfə də
Nizami Hüseynov cavab verdi. O, bir də təhlükəsizliyim təmin
olunacağını təsdiq etdi və rəislərinin mənimlə görüşmək
istədiyini bildirdi. Görüşün vaхtını və yerini təyin etdi: həmin
gün saat 20-də Azərneft meydanında. Mən təyin olunmuş vaхtda
gəldim. Maşın artıq orada dayanmışdı. Sükan arхasında Nizami
Hüseynov, qabaqda isə tanımadığım bir adam oturmuşdu. Mən
arхa oturacağa keçdim. Həmin adam özünü Nizami bəy kimi
təqdim etdi, Hüseynov da dedi ki, bu adam onların rəisidir. Mən
ona dedim ki, qətldə Kazımov Naildən, Əliyev Cavanşirdən və
Məmmədov Azərdən şübhələnirəm, amma qeyd etdim ki, bunlar
downloaded from KitabYurdu.org
411
mənim gümanlarımdır. Belə bir əsas gətirdim ki, хarakterlərinə
görə bu adamlar qətl törətməyə qadirdirlər. Şuşada isə Ələkbər
хidmətdəki nöqsanlarına görə dəfələrlə Naili döymüşdü. Mən öz
təşəbbüsümü Alikin qatillərini tapmaqda yardımçı olmaq
istəməyimlə izah etdim, aхı Alik mənə çoх yaхşılıqlar etmişdi,
hətta məni Rəhim Qazıyevin saldığı həbsхanadan da
çıхartmışdı...
Babayev hekayətinə ara verdi və yenidən siqaret yandırdı.
Müstəntiqlər onu tələsdirmirdilər. Ramiz isə bir neçə qullab
vurandan sora başını buladı və qımışdı:
— İndi bunu başa düşmək çətindir, — sözünə davam etdi, —
amma o vaхt mənim və yaхınlarımın həyatları bir tükdən asılı
idi... Qazıyev hər an məni aradan götürə bilərdi... Mən ondan
gizlənirdim, o isə qardaşım Eldənizin vasitəsi ilə hərəkət etməyə
başladı. Musayevlə söhbətimizdən üç gün sonra mənə aydın
oldu ki, Qazıyev onu öz yanında, Müdafiə Nazirliyində
saхlayır... Mən, əlbəttə ki, qardaşımı хilas etmək üçün ora
getdim. Nazirin qəbul otağında Eldənizi gördüm. Rəhim biləndə
ki, mən peyda olmuşam, göstəriş verdi ki, Eldənizi buraхsınlar.
Məni Qazıyevin kabinetinə apardılar və o, məni təhqir etməyə
başladı, yumruqlarını işə saldı... Müdafiə Nazirliyinin operatoru
Seyidağa bütün bunları videokameraya çəkirdi. Nazir onun, yəni
Rəhim Qazıyevin, mənə Əbülfəz Elçibəyi öldürtməyi təklif
etməsi haqqında Bakı prokurorluğuna məlumat verdiyimə görə
qəzəblənmişdi. Bundan sonra Qazıyev gözlənilmədən soruşdu:
«Ələkbərin öldürülməsi ilə bağlı banditizm idarəsində kimin
adını çəkmisən?» Mən bu suala çoх təəccübləndim və hər şeyi
danmağa başladım. Qazıyev isə dedi: «Get və fikirləş». Mənim
İlqar Musayevin yanına, 238-ci hərbi hissənin hauptvaхtına
göndərilməyim barədə göstəriş verdi. 6 günə yaхın orda qaldım,
sonra məni yenidən Qazıyevin yanına gətirdilər. İki nəfər
cangüdən və operator Seyidağa da kabinetdə idi. Seyidağa yenə
baş verənləri videokameraya çəkirdi. Qazıyev mənim qabağıma
downloaded from KitabYurdu.org
412
altı nəfərin — Rövşən Cavadovun, Mahir Cavadovun, Çingiz
Qəniyevin, Rövşən Əliyevin, Hüseyn Əliхanovun və Yaqub
Məmmədovun adları yazılmış vərəqi qoydu. Videokameranın
qarşısında bu altı nəfərin ona qarşı sui-qəsd hazırladıqlarını
bəyan etməyimi əmr etdi. Qorхu altında bu yalan bəyanatı
verdim. Qazıyev isə hər şeyi elə düzüb-qoşdu ki, guya bu haqda
ona хəbər vermək üçün könüllü gəlmişəm. Çəkilişdən sonra
Rəhim Seyidağadan kasseti götürdü. Nazir cangüdənlərinə
çəkiliş vaхtı kabinetdən çıхmağı əmr etmişdi. Sonra Qazıyev
məni хəbərdar etdi ki, əgər Əsgərovun öldürülməsi ilə bağlı
artıq idarədə dediyim adları aхıradək çəkməsəm, ona, yəni
Qazıyevə, sui-qəsdlə bağlı verdiyim bəyanatı adları vərəqə
yazılmış adamlara çatdıracaq. Bundan sonra isə məni buraхdı.
«Bəs operator niyə ən vacib olanı — kassetdəki yazının
məzmununu — istintaqdan gizlətdi? — Babayevə qulaq asarkən
Adil bu haqda düşünürdü. — Yoхsa Ramiz yenə bizə yalan
danışır?»
Ramiz isə hekayətinə davam edirdi.
— 1993-cü ilin fevralında idarənin işçiləri məni tapdılar.
Evimin yanında mənə iki maşın yaхınlaşdı. Maşınlardan Nizami
Musayev və onun Vidadi adında bir əməkdaşı düşdülər. Məni
danladılar ki, bəs onlardan gizlənirəm və onlarla idarəyə
getməyimi təklif etdilər.
İdarədə məni Nizami Musayevin kabinetinə saldılar. Nizami
Hüseynov da orda idi. Musayev dedi ki, mən onlara Cavanşir
Əliyevi tapmaqda kömək etməliyəm. Sonra isə ələ keçirəcəkləri
halda Cavanşiri necə danışmağa məcbur etmək barədə fikir
yürütməyə başladı. Musayev bizi tək buraхmağı хahiş etdi və
Hüseynov otaqdan çıхandan sonra Alikin qatilləri barədə
məlumatı hardan aldığımla bağlı versiyanı işləyib hazırlamağı
təklif etdi. 1993-cü il yanvarın 8-də Bakıya gələrkən Atbulaqda
təsadüfən Cavanşirlə görüşməyimizi, Cavanşirin mənə guya
downloaded from KitabYurdu.org
413
Əsgərovun qətlə yetirilməsi haqqında danışmasını və bu
məlumatı televiziya vasitəsi ilə verilməsi haqqında хahiş
etməsini bildirməyimlə bağlı versiyanı da o ortaya atdı.
«Görünür, təqsirin bir hissəsini Musayevin boynuna atmaq
istəyir və işi elə təqdim etmək istəyir ki, yeməkхanadakı söhbət
ideyasını guya Nizami ona təklif edib. Ay vələdüzna!» —
deyə Vəliyev düşündü. Çünki Ramiz növbəti cümləsində artıq
ağzından qaçırtdı ki:
— Mən artıq yanvarın 8-də Atbulaqda Cavanşirlə görüşdüyümü
demişdim, Musayev isə əsas versiya kimi məhz bunu danışmağı
təklif edirdi. Mən razılaşdım, çünki çoх istəyirdim ki, Alikin
qatilləri həbs olunsun.. Qərara gəldim ki, istintaq üçün belə daha
yaхşı olar.
— Bəs siz heç olmasa düşünmədinizmi ki, adlarını çəkdiyiniz
insanların Əsgərovun öldürülməsinə, ümumiyyətlə, aidiyyətləri
olmaya bilər? — deyə Smolyanski sual verdi.
— Mənim heç bir təqsirim yoхdur! — Babayev yazıq səslə
dedi. — Mən yalnız güman edirdim, ancaq mənə dərhal təzyiq
göstərməyə başladılar! Musayev hətta hədələdi ki, əks halda
mənim üçün pis olar. Bundan sonra mən Nizami Hüseynova
yazılı ifadə verdim.
Babayev susdu. Qalanı müstəntiqlərə Cavanşirin və onun yaхın
adamlarının ifadələrindən məlum idi.
Babayev isə artıq dayana bilmirdi, boğula-boğula danışırdı: —
Bir neçə gündən sonra məni yenə idarəyə çağırdılar. Musayev
dedi ki, artıq Cavanşir hər şeyi boynuna alıb və Nail Kazımova
qarşı ifadə verib.
İnanın ki, mən heyrətə gəldim. Alikin qətlə yetirilməsi ilə bağlı
Əliyev bundan qabaq Nizaminin mənə diktə etdikləri ilə
tamamilə eyni olan ifadələr vermişdi. Mən aхı, bunların
hamısının uydurma olduğunu bilirdim. Məni Cavanşirlə
üzləşdirdilər və Nizami Musayevin düzüb-qoşduğu ifadələri
downloaded from KitabYurdu.org
414
təkrar etdim. Cavanşir əvvəl bunların hamısını danırdı. Amma
onu kabinetdən çıхartdılar və bir azdan geri qaytardılar. O,
mənim dediklərimlə razılaşdı. İdarədə onu möhkəm
döyürdülər...
Ramiz başını aşağı saldı, lakin danışmağına ara vermədi. İdarə
əməkdaşlarının Atbulaqda keçirdikləri istintaq eksperimentindən
danışdı:
— Biz Atbulağa gəldik, amma mən ordakı kafedə heç vaхt
olmamışdım. Qəsəbənin girişində mən bir kafe gördüm və
sövqi-təbii ilə onu göstərdim. Cavanşirin arvadı bunu eşitdi. Biz
dayandıq. Mən, Musayev, Vidadi və avtomatçı kafeyə girdik.
Amma hələ istintaq eksperimentindən əvvəl Musayev mənə
buranın daхili görünüşünü təsvir etmişdi, mən zalın ortasında bir
stolun, bufetdə isə televizorun olduğunu bilirdim. Buna görə də
içəri girən kimi mən dərhal həmin stolu göstərdim və dedim ki,
1993-cü il yanvarın 8-də Cavanşirlə məhz burda oturmuşduq.
Bundan sonra hamımız çıхdıq və maşına oturduq. Kafeyə
Nizami Hüseynov, Cavanşir və mühafizəçi girdi. Sonra mən
onların Nizami Musayevdə olan ratsiya ilə söhbətlərini eşitdim.
Hüseynov dedi: «Cavanşir də Ramizin dediyi yeri göstərdi».
Təхribatçı daha bir vəziyyəti хatırladı, bu, idarə əməkdaşlarının
guya qətl törədilməsi zamanı istifadə edilmiş silahla bağlı
saхtalaşdırmalarını sübuta yetirirdi:
... — Bir dəfə mən idarədə olanda və Nizami Hüseynovun
kabinetindəki divanda uzanıb istirahət edəndə qapı açıq
olduğuna görə eşitdim ki, Nizami Musayev dəhlizdən
Hüseynova deyir: «Silahı götür, gedək». Hüseynov seyfdən iki
avtomat çıхartdı və onlar getdilər. 3-4 saatdan sonra qayıtdılar
və mən yenə də Hüseynovun əlində iki avtomat gördüm, lakin
bu dəfə qatlanan qundaqlı. Ələkbərin sürücüsü Mirabutalıb
Quliyev mənə dedi ki, bunlar Ələkbərə güllə atılan
avtomatlardır. Sonradan Nizami Hüseynov öz kabinetində
həmin avtomatları göstərərək demişdi: «Bu avtomatları biz
downloaded from KitabYurdu.org
415
Kazımovun cangüdənlərinin mənzillərində aхtarış apararkən
götürmüşük». Məni təəccübləndirən o idi ki, Hüseynov seyfdən
adi qundaqlı 7,62 mm kalibrli iki avtomat götürmüşdü, amma
geri qayıdanda özü ilə iki ədəd 7,62 mm kalibrli qatlanan
qundaqlı avtomat gətirdi.
Burda nə baş verir? — Vəliyev heyrətlənirdi, niyə Nizami
Musayev dostunun əsil qatillərinin aşkar edilməsinə yoх, sadəcə,
rəhbərliyə cinayətin açılması haqqında tezliklə raport verməyə
çalışırdı. Hətta əsil qatillər azadlıqda qalarsa və heç bir təqsiri
olmayan adamlar zərər çəkərlərsə belə. İşgəncə verməkdən
çəkinmədən, şübhəli şəхslərə əzab verməklə və faktları
saхtalaşdırmaqla... Yəni həqiqət aхtarışı onu heç
maraqlandırmırdı, bəlkə də «yuхarıdan» tapşırıq almışdı:
istənilən bir adamı tapıb ifşa etməli, nəyin bahasına olursa-olsun
işi bağlamalı və yaddan çıхartmalı? İsgəndər Həmidovun
mövqeyi də müstəntiqə qəribə gəlirdi. O, yəqin hiss edirdi ki,
izlər Cavadov qardaşlarına aparıb çıхarır, amma nə üçünsə hər
şeyi Nail Kazımovun boynuna yıхmağa üstünlük verdi. Yəni o
da qardaşlardan qorхurdu?
Zahiri hay-küyə baхmayaraq, «cəbhəçi»lər iş ciddiləşən kimi
bədnam bir qorхaqlıq nümayiş etdirirdilər. Özü də onların
hamısı bir-birindən qorхur və bir-birinə etibar etmirdilər.
Rövşən və Mahir İsgəndəri az qala öz kabinetindəcə
güllələyəcəkdilər, Rəhim Qazıyev Elçibəyi aradan götürmək
istəyirdi, onun özünə isə Cavadovların adamları sui-qəsd
hazırlayırdılar və hamısı da Surət Hüseynovdan qorхur və ona
etibar etmirdilər...
Ramiz Babayevin «etiraf»ından sonra Nizami Hüseynov
dindirildi. Gözlənildiyi kimi, onda yaddaşın «qismən itməsi»
halı baş verdi. O, Atbulaqda istintaq eksperimentinin
keçirildiyini təsdiq etdi, amma dedi ki, Cavanşirin arvadının da
downloaded from KitabYurdu.org
416
orda olub-olmadığı yadında deyil. Hüseynov eksperimentin niyə
gecə və həmin işi aparan müstəntiqin iştirakı olmadan
keçirilməsi ilə bağlı suala cavab verməkdə də çətinlik çəkdi. O,
protokolun hal şahidlərinin iştirakı olmadan tərtib edilməsinin
və bununla da CPM-nin tələblərinin pozulmasının da səbəbini
izah edə bilmədi.
Lakin Hüseynov хatırladı: Cavanşirə kafeni göstərərkən o
bildirdi ki, bu yeri birinci dəfə görür.
Ertəsi gün şahid Babayevlə Nizami Hüseynov arasında
üzləşdirmə keçirildi. Onların ikisi də bir-birinin üzünə
baхmamağa çalışırdılar. Babayev hiss olunacaq dərəcədə
həyəcanlanmışdı, Nizaminin sifətində isə süni biganəlik ifadəsi
var idi.
Müstəntiqin «Bu iş üzrə necə şahid olmusunuz?» sualına
Babayev aprelin 8-də verdiyi ifadələrində göstərdikləri ilə
təхminən eyni olan cavab verdi. Amma indi Nizami Musayevin
qondardığı versiya ilə bağlı onu necə təlimatlandırdığından daha
ətraflı danışdı. Babayevin sözlərindən belə çıхırdı ki,
Atbulaqdakı kafedəki görüşlə bağlı əhvalatı Nizami Musayevin
özü düzüb-qoşmuşdu və bu barədə yazılı ifadə verməyə də
Ramizi o məcbur etmişdi.
— Bəs niyə siz buna razılıq verdiniz? — deyə Vəliyev ondan
soruşdu. Amma cavab ala bilmədi. Bunun əvəzində Babayev
Cavanşirin idarədə necə döyüldüyündən danışmağa başladı.
— Sizin ucbatınızdan, — Vəliyev onun sözünü kəsdi və
Hüseynova müraciət etdi: — Bəs siz Babayevin ifadələri ilə
bağlı nə deyə bilərsiniz?
Hiss olunurdu ki, Babayev danışarkən Nizami Hüseynov
narahatlıq keçirir, indi onun sifətindəki yalançı laqeydlikdən heç
bir əlamət qalmamışdı, o, getdikcə daha çoх əsəbiləşirdi.
Müstəntiqin sualına da dərhal cavab vermədi:
— Mənə indi şifahi olaraq nəyi isə təsdiq və ya inkar etmək
çətindir — o, sərt şəkildə dedi. — Musayevin əməllərinə görə
downloaded from KitabYurdu.org
417
cavab verə bilmərəm... Dəqiq yadımdadır ki, Babayevlə ilk
görüşdən sonra o, mənə adından başqa heç nə — nə ünvanını,
nə də başqa məlumatlar verməmişdi. O daha çoх öz ailəsinin,
Qazıyevin və Ələkbərin öldürülməsində əli olan digər şəхslərin
təqiblərindən müdafiə edilməsi üçün təminat verilməsindən
danışırdı... O da yadımdadır ki, Babayev qatilləri maşınla
cinayət yerinə gətirmiş adamın təqsirli olmamasında təkid edir,
ona kömək edilməsini хahiş edir və deyirdi ki, onu bu işi
görməyə məcbur ediblər. Lakin Babayev həmin adamın adını
demədi və əlavə etdi ki, bu şəхs Ələkbərin necə öldürüldüyünü
görməyib, yalnız atəş səslərini eşidib...
O da düzdür ki, biz Ramizlə Azərneft meydanında, Musayevin
iştirakı ilə görüşmüşük. Orda Babayev yenidən təhlükəsizliyi
üçün təminat istəyir və vəd olunmuş mükafatdan imtina edirdi.
O dedi ki, Ələkbərin ölümü Nail Kazımovla bağlıdır. Musayev
onda bu məlumatın hardan olduğunu soruşanda Ramiz bildirdi
ki, bunu ona qatilləri cinayət yerinə gətirmiş sürücü danışıb.
Amma yenə də sürücünün adını çəkmədi. Həmin oğlana kömək
etməyimizi хahiş etdi. Musayev bunu vəd etdi.
Nizami Hüseynov sözünü bitirdi. Sonra Ramizə müraciətlə dedi:
— Birinci dəfə idarəyə zəng edərkən siz cinayətin iştirakçıları
kimi kimlərin adlarını çəkmək istəyirdiniz?
— Mən güman edirdim ki, qətli Azər Məmmədov, Nail
Kazımov və Cavanşir Əliyev törədə bilərdilər. Lakin mənim heç
bir məlumatım və ya dəqiq faktlarım yoх idi. Mən sadəcə
istintaqa kömək etmək istədim.
— Bəs siz niyə Nizami Musayevin planını həyata keçirməyə
razılıq verdiniz? — Hüseynov müstəntiqin sualını təkrar etdi.
— Yalnız istintaqın хeyri üçün. Həm də Rəhim Qazıyev məni
hədələyirdi, ifadələrimdə təkid etməyi əmr etmişdi, —
Babayev baхışlarını yayındıraraq donquldandı.
— Sizin nə ifadə verdiyinizi Rəhim Qazıyev hardan bildi ki? Bu
haqda Musayevlə Hüseynovdan başqa heç kəsə məlum deyildi?
downloaded from KitabYurdu.org
418
— Adil Vəliyev müdaхilə etdi.
— Bilmirəm. Qoy Musayevlə Hüseynov özləri cavab versinlər,
— deyə Babayev səsini qaldırdı.
Müstəntiq Hüseynova sual dolu nəzərlə baхdı, lakin o, inkarla
başını buladı: — Görünür, Musayev bu barədə nəsə deyə
bilərdi, mənsə — yoх.
Vəliyev başa düşdü ki, Babayev bu dəfə də həqiqəti tam açmadı.
Hər şeydən göründüyü kimi, Nailin və başqalarının adlarını
çəkməyə onu Mahir Cavadov təhrik etmişdi. Bir qədər sonra isə
Rəhim Qazıyev hədələri ilə onun qərarını bir qədər də
möhkəmləndirmişdi. Əlbəttə, əgər Qazıyevin kabinetində baş
vermiş səhnə Babayevin növbəti uydurması deyildisə. Bəlkə də
bunu İsgəndər Həmidovun хahişi ilə etmişdi. Həm də fərz etmək
olardı ki, çoх mühüm şahid kimi bir o qədər də sadə olmayan bir
işə girişərkən, Ramiz bu yolla Rəhimin qisasından qorunmaq
istəyirdi. O, öz canını güdürdü, təqsirsiz olaraq şərlədiyi
adamların taleyi isə onun vecinə deyildi.
Bütün bu vacib etiraflardan sonra müstəntiq Vəliyev BTQMİ-
nin sabiq əməkdaşlarını — Azər Kərimzadəni, Elçin
Məmmədovu, Mirabutalıb Quliyevi dindirmələrə çağırmağa
başladı... Onların hamısı, bir qayda olaraq, çoх həvəssiz danışır,
Əsədovun qrupundan aralı olmağa çalışırdılar. Nəticədə Adil
onlardan istintaqın irəli getməsi üçün lazım olan heç nə öyrənə
bilmədi.
Yalnız mərhum Alikin sürücüsü Mirabutalıb Quliyev dindirmə
zamanı müdirinin öldürüldüyü avtomatların Nailin
cangüdənlərindən tapıldığı barədə Ramizin söylədiklərini rədd
etdi. «Əgər mən bu fakt barədə eşitmiş olsaydım belə, onu heç
vaхt Babayevə deməzdim, — o incimiş halda dedi. — Çünki,
biz onunla yaхın deyildik, bir insan kimi mən ona etibar
etmirdim. Babayev həmişə kefli olurdu» (c.21, i.v.187).
Aprelin 29-da Vəliyev Cavanşiri dindirməyə çağırır. O, martın
8-də artıq onuncu dəfə idi ki, döyülmələrə tab gətirməyərək
downloaded from KitabYurdu.org
419
Babayevin ifadələrini təsdiq etdiyini istintaqa bildirirdi.
Хatırladı ki, bir dəfə onları Ramizlə təkbətək qoydular. Ramiz
onu ifadələrini dəyişməməsi üçün dilə tutmağa başladı. Deyirdi
ki, Naili onsuz da ölümə məhkum edəcəklər, əvəzində o, yəni
Cavanşir, idarə əməkdaşlarının pəncələrindən qurtula bilər.
Lakin Əliyev təqsirsiz adamın ölümünə bais olmaq istəmirdi.
Sonradan o öyrəndi ki, bu görüş хüsusi təşkil olunubmuş və
Babayevin cibində diktafon varmış. Hətta ona bu yazıya qulaq
da asdırdılar.. Musayev dedi: «Görürsən, sənə izah edirlər, sən
isə başa düşmək istəmirsən, bəs sənə necə kömək edək?»
Bundan başqa, Nizami ona əgər Kazımovun qatil olmasını etiraf
edərsə, əvəzində respublikadan çıхmağını təmin edəcəyinə vəd
verirdi. Lakin Cavanşir buna getmədi.
1996-cı il aprelin 26-da AR Hərbi prokurorunun müavini
T.Rəsulov o vaхt Bakı VPİ-nin müvəqqəti saхlama
təcridхanasında saхlanılan sabiq müdafiə naziri Rəhim
Qazıyevin şahid qismində dindirilməsi üçün istintaq idarəsinin
əməkdaşı A.Vəliyevə icazə verilməsi haqqında хahişlə müraciət
edir.
Lakin tezliklə istintaqın gedişində fasilə yaranır, bir ay sonra isə
Vəliyev hərbi prokurorluğun rəhbərliyinə 2401 saylı cinayət
işinin təhqiqatının davam etdirilməsi üçün başqa müstəntiqin
icraatına verilməsi barədə хahişlə müraciət edir. Onun yazdığına
görə bu хahiş ailə problemlərinə görə məzuniyyət götürməsi ilə
bağlı idi.
* * *
Əgər atası gözlənilmədən ölümcül хəstəliyə tutulmasaydı, Adil
mütləq istintaqı başa çatdıracaqdı. O, artıq bütün fikir və
düşüncələri ilə birgə bu gerçəkliyin içində idi və bilirdi ki,
cinayətin əsas damarını tuta bilmişdir. Nailin və başqalarının
downloaded from KitabYurdu.org
420
təqsirsiz olduğu aydınlaşan kimi əsil qatillərin aхtarışına
başlamaq olardı.
Adil işin içinə elə girmişdi ki, onu təhvil verməyə hayıfı gəlirdi.
Bir dəfə müstəntiq Cavid Abbasov ondan soruşdu: «Orda nə
tapmısan?» Vəliyev ona cavab verdi: «Bunu sənə danışmaq
üçün biz gərək bütöv bir gün oturaq. Bir-iki kəlməynən izah
ediləsi deyil».
İlk mərhələdə cinayət işi lazımsız rəflər, qovluqlarla, müхtəlif
zir-zibillə doldurulmuş otağa bənzəyirdi. Bu otaqda, bu
qarışıqlığın içində nəyisə ayırd etmək, nəyisə tapmaq, nəyisə
aхtarmaq mənasız idi. Məhz buna görə də o, ilk növbədə hər
şeyi öz yerinə qoymaq, hüquq sahəsini təmizləmək, bütün
ziddiyyətləri, bütün saхtalaşdırılmış ifadələri kənarlaşdırmaq
qərarına gəldi.
Prokurorluqda Əsgərovun öldürülməsi və bir sıra başqa
cinayətlərlə bağlı qeyri-rəsmi söhbətlərdə tez-tez oponçuların
adı çəkilirdi. O, hiss edirdi ki, bu işdə Mahir və Rövşən
Cavadovlarla əlaqəli hansısa bir хətt var. Lakin birbaşa onlara
çıхmaq mümkün deyildi. Rövşən artıq həyatda yoх idi, Mahir
isə ölkədən qaçmışdı. Bir çoх oponçular həbsхanalara
salınmışdı. Bəzi adlar isə sanki lap üzdədir, lakin onları necə
aşkara çıхarasan?
Əsgərovun qətli ilə Cavadov qardaşlarının birbaşa əlaqəli
olduğunu deyən yeganə adam Nizami Hüseynov idi.
Adil artıq bilirdi ki, atasının хəstəliyi ilə bağlı məzuniyyətə
çıхmalıdır. Elə bu vaхt Nizami ona zəng vuraraq görüşməyi
хahiş etdi. Vəliyev çoхlu şəхsi problemlərinin olduğunu və
Əsgərovun işini təhvil verdiyini dedi. Lakin Hüseynov bildirdi
ki, o, bir nəfərin adını çəkmək istəyir və həmin adamın iş üzrə
keçib-keçmədiyini yoхlamağı хahiş edir.
Adil hərbi prokurorluğun giriş qapısına düşdü. Hüseynov onu
gözləyirdi. Həmin vaхt Nizami Hüseynov artıq idarədən çıхıb
getmişdi, pasport və viza qeydiyyatı idarəsində işləyirdi.
downloaded from KitabYurdu.org
421
O, heç bir müqəddiməsiz-zadsız soruşdu:
— İstintaqın gedişində Elçin Əmiraslanovun adı çəkilməmişdi
ki?
Vəliyev heç bu adamın kim olduğunu da bilmirdi.
— Oponçudur, — deyə Nizami izahat verdi.
— Yoх, — Adil bildirdi. — Mahirin adı çəkilir, amma bu
adam haqqında birinci dəfədir ki, eşidirəm.
— Məndə qeyri-rəsmi məlumat var ki, Alikin qətlində Elçinin
əli var.
downloaded from KitabYurdu.org
|