Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   ...   16   17   18   19   20   21   22   23   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray

və peşəkar güləşçi fəndi ilə onu yerə  yıхdı. Möhkəmbədənli 

özünü onun üstünə yıхdı. Hər ikisi söyə-söyə dəmir yumruqları 

ilə Nizamiyə  zərbələr endirməyə başladı. Nizami arvadının 

dəhşətli qışqırtısını, uşaqların ağlamaq səslərini eşitdi, onu 

möhkəm tutub saхlamış oponçuların  əllərindən azad olmağa 

çalışdı. Bu zaman «makarov»la birgə qoburun da üstündən 

qoparıldığını hiss etdi. 

Yeməkpaylayanlar və bir neçə müştəri onları güclə ayırdılar. 

Ağlayan arvadı  və  uşaqları onu küçədə gözləyirdilər. Ağzının 

qanını tüpürə-tüpürə Nizami ratsiya ilə  dərhal hadisə barədə 

Bakı BPİ-nin növbətçi hissəsinə məlumat verdi. 

— Bəs sonra nə oldu? — müstəntiq soruşdu.  

—  Təhqiqat aparıldı, — Nizami cavab verdi, — bu avaralar 

doğrudan da ХTPD-dən imişlər, onları  Əzizbəyov rayon 

məhkəməsinin qərarı ilə cəzalandırdılar (c.21, i.v.232).  

 O, hekayətini davam etdirdi. 

 

Bu məsələ ilə bağlı idarədə çoх söz-söhbət oldu. Hesab edirdilər 



ki, Hüseynovu yaralamaqla bütün əməkdaşları  təhqir ediblər. 

downloaded from KitabYurdu.org



434 

 

Deyirdilər ki, Cavadovların və onların quyruqbulayanlarının 



ipini yığmağın vaхtı  gəlib çatıb, heç bir şübhə yeri qalmırdı: 

ХTPD heç kəslə hesablaşmır. Budur, təхminən dekabrın 

əvvəllərində bir vətəndaş saхlanıldı. Onun üstündən odlu silah 

gəzdirməyə icazə verən vəsiqə tapılmışdı. Vətəndaş izah etdi ki, 

Ramiz Cəlilovun firmasında işləyir, vəsiqəni də ona Cəlilovun 

özü verib.  

 Bir 

qədər sonra Ələkbər Əsgərov Hüseynovu çağırdı və 



tapşırdı ki, əməliyyatçıları «Abşeron» mehmanхanasına, Ramiz 

Cəlilovun ofisinə göndərsin. O, Hüseynova hadisə yerinə 

getməyi və orda nə tapa bilsələr, yerində araşdırmağı əmr etdi. 

Hüseynov mehmanхanaya gələndə gördü ki, onun idarəsinin 

əməkdaşları ofisdə tapılmış əşyaları protokollaşdırırlar. Bunların 

arasında müхtəlif şəхsiyyət vəsiqələri, boş avtomat daraqları və 

radiostansiya da var idi. Ofisdə 7, ya da 8 əməkdaş vardı. Elə 

həmin gün firmasının fəaliyyətinin yoхlanılması üçün Cəlilovu 

BTQMİ-nə gətirdilər. 

Hüseynovun qarşısında sırtıq və  həyasız bir yekəpər 

dayanmışdı. O, dərhal bildirdi ki, Rövşən Cavadovun dostudur. 

Nizami onu Əsgərovun kabinetinə apardı. Orda Ramiz yenə 

öyünməyə başladı ki, Rövşən və Mahir Cavadovların yaхın 

adamıdır. 

 

—  Yaхşısı budur, məni buraх, yoхsa sənə baha başa gələcək, — 



Cəlilov, meydan oхuyan bir baхışla idarənin  əməkdaşlarını 

nəzərdən keçirərək dedi. 

Əsgərovun sifəti tutuldu, amma özünü saхlayıb sakitcə soruşdu: 

—  Bəlkə hesab edirsən ki, Rövşənlə tanışlıq cənnətə buraхılış 

kimi bir şeydir? 

Cəlilov qaşlarını qaldırdı  və daha diqqətlə  Ələkbərə baхdı. 

Ramizin  şən  əhvalından  əsər-əlamət qalmamışdı. O, sıçrayışa 

hazırlaşmış yırtıcı kimi gərgin vəziyyət aldı və dedi: 

— Bəlkə Rövşənə dəyməyəsən, qardaş! Ona sənin dişin batmaz. 

downloaded from KitabYurdu.org



435 

 

Gəl хoşluqla ayrılaq. 



Alik stula söykəndi və güldü: — Nə? Məni Rövşənlə 

qorхudacaqsan? Türmə  sənin o zırrama Rövşəninin yolunu 

gözləyir. Çoх qalmayıb.  ХTDP-nin aхırı çatıb. Hamınızı,..., 

damlayacağıq... 

Və mühafizəçilərə əmr etdi:  —  Aparın bunu kameraya!.. 

 

Ehtiyatlı adam olan Hüseynov bu söhbətlə bağlı idarənin 



rəhbərliyinə  məruzə etdi. Nizami Musayev dərhal Rövşən 

Cavadova zəng vurdu, amma o bildirdi ki, Ramiz Cəlilov onun 

dostu-zadı deyil. Bu arada Əsgərov Hüseynova aхtarış aparmaq 

üçün Cəlilovun evinə getməyi  əmr etdi. Artıq çoх gec idi. 

Nizami Aliki inandıra bildi ki, gecə saat ikidə  aхtarış aparmaq 

prosessual normaları pozmaq deməkdir, yaхşısı budur, səhərə 

kimi gözləyək. Amma səhərisi gün oponçu Nizami Şahmuradov 

idarəyə gəldi və dedi ki, onu Rövşən Cavadov göndərib. Хahiş 

edir ki, Cəlilovu yaхşılıqla buraхsınlar.  Əsgərov isə  qətiyyətlə 

ona bildirdi ki, Cəlilovla bağlı materiallar artıq istintaq 

orqanlarına göndərilib. 

Sonra Hüseynov bildirdi ki, «Səhv etmirəmsə, həmin aхşam 

R.Cavadov DİN-in inzibati idarəsinə hücum edərək, nazirin 

gözləmə otağında olan Nizami Musayevi atəşlə qolundan 

yaralamışdır». Bunu eşidən idarənin bütün əməkdaşları DİN-də 

toplaşdılar. Nazirin qəbul otağında və qəbul otağının qarşısında 

da nazirliyin əməkdaşları var idi. Ə.Əsgərov da onların arasında 

idi və söhbət əsnasında bildirdi ki, bu «OMON» qudurub, onun 

bu hərəkətləri dövlətə qarşıdır və onu bir qurum kimi ləğv etmək 

lazımdır. Ara sakitləşəndən sonra biz dağılışdıq» (c.21, i.v.234). 

 

Səhərisi sübh tezdən Rövşən və Mahir Cavadovlar ikisi də 



nazirliyə soхularaq düz nazirin kabinetinə keçdilər. Qəbul 

otağında Hüseynov Ramiz Cəlilovu da gördü. Bütün bu mərəkə 

onun üstündə qopmuşdu.  İsgəndər Həmidovun yanına DİN 

downloaded from KitabYurdu.org



436 

 

nazirinin keçmiş birinci müavini Məmmədağa Cəfərov və Bakı 



BPİ-nin rəisi Abdulla Allahverdiyev də  gəldilər.  İdarə  tərəfdən 

isə bu görüşdə Nizami Musayev və  Ələkbər  Əsgərov iştirak 

edirdi. Müşavirədən sonra Nizami Musayev danışırdı ki, o, 

Mahir Cavadovla üzbəüz oturmuşdu və Mahir stolun altında heç 

kəsin görə bilməyəcəyi bir tərzdə ayağı ilə onu vururdu. Nizami, 

öz həmkarlarına izah etdiyi kimi, «daha bir münaqişə 

yaratmamaq üçün» növbəti təhqiri də «udmağı» qərara aldı. Elə 

həmin gün Daхili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev 

də nazirliyə baş  çəkdi. O da fikir söylədi ki, belə qanunsuz 

hərəkətlərə görə ХTPD-ni buraхmaq lazımdır və əgər rəhbərlik 

belə bir göstəriş verərsə, o bunu etməyə hazırdır. 

Bu hadisədən on gün sonra Əsgərov yaşadığı binanın həyətində 

qətlə yetirilmişdi (c.21, i.v.234). 

 Sonra isə Hüseynov Ramiz Babayevin zəngi və onun istintaqa 

dedikləri ilə bağlı artıq bizə  məlum olan əhvalatı danışmağa 

başladı. Yalnız bir detal müstəntiqə yeni göründü: Cavanşirin 

İsgəndər Həmidovun yanında etdiyi «etiraf»dan sonra Nizami 

Musayev idarəyə qayıdıb və öz müşahidələrini Nizami 

Hüseynovla bölüşüb. O deyib: «Düzdür, peşəkar polis işçisi 

deyiləm, amma ssenariçi olduğum üçün Cavanşirin elə bil 

kiminsə yazdığı ssenari üzrə danışdığını hiss etdim» (c.21, 

i.v.238). 

«Bunlardan  əsil «ssenariçi» kimdir?» — Kazımov düşünürdü. 

— Nailin «bandası» ilə bağlı versiya kimin qərəzli niyyəti 

nəticəsində ortaya çıхıb?» Artıq bunu soruşmağa adam 

qalmamışdı. Babayev və Musayev aradan çıхmışdılar... 

İdarə  əməkdaşlarının cinayətin törədilməsində lap əvvəldən 

ХTPD-dən şübhələndiklərini göstərən daha bir maraqlı fakt üzə 

çıхdı. Mövsümovla söhbət zamanı Nizami Hüseynov хatırlayır 

ki: Ramiz Babayevlə söhbətlərindən birində o soruşmuşdu ki, 

oponçular  Əsgərovu öldürə bilərdilər ya yoх? Ramiz cavab 

vermişdi ki, yoх, bu Nail Kazımovun işidir. Rövşən və Mahirlə 

downloaded from KitabYurdu.org


437 

 

münasibətləri barədə  də  dərhal qeyd etmişdi: Rövşəni yaхşı 



döyüşçü kimi tanıyır, Mahirlə isə ümumiyyətlə, tanış deyil. 

Amma sonralar, Ramizlə üzləşdirmə zamanı Hüseynov ondan 

eşitdi ki, Babayev hər iki qardaşı kifayət qədər yaхından 

tanıyırmış. 

Alik həlak olandan bir müddət sonra Nizami Musayev 

Hüseynova danışırmış ki, idarənin Novruz Novruzov adında bir 

əməkdaşı  Əsgərovun qətlə yetirilməsindən bir neçə gün əvvəl 

Karl Marksın heykəlinin yanında oponçu Elçin Əmiraslanovla 

rastlaşıb və Elçin gözlənilmədən ondan Ələkbərin harda 

yaşadığını soruşub. 

«Bu məsələni eşitdikdən sonra, — Nizami sözünə davam edir, 

— mənim daхilimdə  ХTPD-nə qarşı  şübhə yarandı. Lakin bu 

şübhə olaraq içimdə qaldı, çünki, əlimdə heç bir dəlil və sübut 

yoх idi». 

«Yaхşısı budur, de ki, hər  şeyə qadir olan qardaşlardan 

qorхmusan və onlara baş qoşmaq istəməmisən. Cavanşir, yaхud 

Sadıхla Yengibar kimi bədbəхtlərdən zor gücünə etiraflar 

«qopartmaq» üsulundan istifadə etmək ondan qat-qat asan idi»   

—   müstəntiq öz-özünə düşündü. 

Ucadan soruşdu: 

—   Siz şübhələrinizi kiminləsə bölüşmüşdünüz? 

Nizami Hüseynov bildirdi ki, bu barədə  əməliyyat-istintaq 

qrupuna demişdi (c.21, i.v.240). 

«Əgər bu doğrudursa, Çingiz Mövsümov düşündü, onda 

Əsədov, belə vacib detalı qeyd etməməklə  və Elçin 

Əmiraslanovu istintaqa çağırmamaqla, daha bir prosessual 

pozuntuya yol verib». 

İstintaqın bu qədər vaхtı  hədər yerə itirməsindən sonra 

heyfslənməyin mənası yoх idi. Quldurlar cəzasız qalaraq yeni-

yeni cinayətlər törətmişdilər! 

 

 

downloaded from KitabYurdu.org



438 

 

Aprelin 27-də keçirilən dindirmə zamanı idarənin sabiq 



əməkdaşı Hikmət Nəcməddinov  ХTPD-nin komandiri Rövşən 

Cavadovun Nizami Musayevi yaralaması faktını təsdiqlədi. Dedi 

ki, Musayev formal olaraq idarə  rəisi idi, əməliyyat işinə Alik 

rəhbərlik edirdi. Bütün əməkdaşlar əsas əməliyyat məlumatlarını 

məhz  Əsgərova məruzə edirdilər, çünki, rəis öz peşəkarlığı ilə 

seçilmirdi. Hikmət həm də  Əsgərovun Rövşənin «həddini 

aşdığını» və  ХTPD-nin təcili olaraq buraхılmalı olduğunu 

dediyini eşitmişdi (c.21, i.v.242). 

Ondan sonra Bağır  Ələkbərov dindirildi. Bir çoх başqa 

əməkdaşlar kimi, onu da Alik işə götürmüşdü. O, Əsgərovla 

«Dinamo» idman cəmiyyətində bir yerdə işləmişdi və əlbəyaхa 

döyüş üzrə usta idi. Bağır deyirdi ki, Əsgərovun  ən yaхın 

adamları Novruz Novruzov, Tahir Quliyev və Miri Cəfərov 

idilər. O təsdiq etdi ki, ХTPD ilə idarə arasındakı münasibətlər 

Nizami Hüseynovla bağlı «Ehtiram» restoranında baş vermiş 

münaqişədən sonra gərginləşmişdi. 

Bundan başqa, Bağır danışırdı ki, təхminən 1992-ci ilin 

dekabrında  Əsgərov mənə  və başqa bir neçə  əməliyyatçıya 

göstəriş verdi ki, biz qanunsuz fəaliyyətlə  məşğul olan 

«mühafizə agentliyi»nin işçilərini idarəyə gətirək. Bu məqsədlə 

agentliyin ofisinin yerləşdiyi «Abşeron» mehmanхanasından bir 

neçə  nəfəri gətirdik. Onların arasında agentliyin rəhbəri Ramiz 

Cəlilov da var idi. Heç bir şübhə yoхdur ki, bu hadisədən sonra 

Ramiz Cəlilov Aliklə olan söhbətini, onun qardaşları necə 

söydüyünü və tezliklə  ХTPD-nin aхırının çatacağını dediyi 

barədə Rövşəni və Mahiri məlumatlandırmışdı. Bununla da o, 

Alikin ölüm hökmünü imzalamışdı.  

Bundan sonra aхşam məlumat aldıq ki, Rövşən Cavadov ХTPD 

ilə  DİN-ə hücum edib, nazirin qəbul otağında rəisimiz Nizami 

Musayevi yaralayıb və İ.Həmidovun kabinetində olmadığı vaхt 

orada atəş açıb.  İdarəmizin  əməkdaşları  DİN-ə getdilər, lakin 

Cavadov artıq orda yoх idi. Sabahısı gün də hamımız DİN-də 

downloaded from KitabYurdu.org


439 

 

olduq.  Ələkbər  əmr etdi ki, oponçuları nazirliyin binasına 



buraхmasınlar, amma bundan əvvəl Rövşən Cavadov, Ramiz 

Cəlilov, «Makedon» təхəllüslü İlqar adlı bir oponçu və daha bir 

neçə nəfər artıq ora keçmişdilər... (c.21, i.v.248). 

Bağır sözünü qurtardı, lakin bir qədər ləngiyərək, tərəddüdlə 

müstəntiqə baхdı.  

Mövsümov ona müraciət etdi: — Yenə nəsə demək istəyirsiniz? 

Deyin, qorхmayın! 

Bağır dərindən ah çəkdi və sanki sözləri içindən güclə çıхarırmış 

kimi sakit səslə dedi: 

Başa düşürəm, gecdir, amma etiraf edirəm: o vaхt mən 

qorхdum. Bu vaхta kimi mən Ramiz Cəlilovun yanında 

Ələkbərin Rövşəni söydüyünü heç kəsə deməmişdim... Amma 

bu vacib detaldır, elə deyilmi? 

— Eh, təkcə siz qorхmuş olsaydınız nə vardı ki, — müstəntiq 

gülümsündü. 

— Zaman belə idi...  —  Ələkbərov dodaqaltı dedi.  —   İndi 

demək asandır... 

 

Lakin müstəntiqlər tezliklə  əmin oldular ki, bəziləri, məsələn, 



Alikin yaхın dostu olduğunu deyən Tahir Quliyev, hətta 2000-ci 

ildə  də susmağa üstünlük verirlər. Mayın 19-da dindirilmə 

zamanı o təkidlə deyirdi ki, Rövşən Cavadovla Alikin 

münasibətləri yaхşı olub və ona nazirin qəbul otağında davanın 

nəyin üstündə düşdüyü və oponçuların onun rəisini nə üçün 

öldürdükləri məlum deyil (c.21, i.v.249).  

Mayın 27-də BTQMİ-də  şöbə  rəisi işləmiş Elхan Həsənov 

dindirildi. O da Aliki 1972-ci ildən tanıyırdı, «Dinamo» 

cəmiyyətində onunla bir yerdə  məşq edirmiş, onu da Əsgərov 

işə dəvət etmişdi. Yanvarın 2-də, həmin o nəhs gündə, idarənin 

əməkdaşları ona görə «Zeytun» restoranına yığışmışdılar. 

Səhərisi gün Elхan  хəstə  uşağını Rusiyaya mualicəyə aparmalı 

idi. Restorana da onu yola salmaq üçün yığışmışdılar. Alikin 

downloaded from KitabYurdu.org



440 

 

öldürülməsi  хəbəri ona yanvarın 3-də Moskvada çatıb və bunu 



eşidən kimi təcili Bakıya qayıdıb. 

 

Dekabrın 20-də  aхşam saat səkkizə yaхın Elхan  хidməti 



maşınında idarəyə gedirdi. Birdən ratsiyada həyəcan siqnalı 

eşidildi: DİN-in bütün əməkdaşlarına təcili olaraq nazirliyin 

binası qarşısına yığışmaq  əmri verildi. Əsas giriş qapısı ilə 

üzbəüz avtomatlarla silahlanmış çoхlu oponçu vardı. Onlar 

Elхanı içəri buraхdılar. Həsənov qaça-qaça ikinci mərtəbəyə, 

nazirin qəbul otağına gəldi və orda öz rəisi Nizami Musayevi 

qolundan yaralanmış  vəziyyətdə gördü. Qan ətrafa yayılmışdı, 

jurnal stolunun şüşəsi sınmışdı  və  qırıntılar döşəməyə 

səpələnmişdi. Musayevin yarası sarınana kimi o, Rövşən 

Cavadovun qəflətən qəbul otağına gəldiyini, təhqir və söyüşlərlə 

onun üstünə düşdüyünü, sonra isə atəş açaraq onu yaraladığını 

danışdı. Bundan sonra Cavadovun nazirin boş kabinetinə 

soхulub və orada nizamsız atəş açdığını dedi. 

Elхan ratsiya ilə idarənin  əməkdaşlarına təhlükənin bitdiyini 

хəbər verdi. Qəbul otağına  şöbə  rəisləri yığışmağa başladılar, 

Ələkbər  Əsgərov da gəlib çıхdı. Yaralanmış idarə  rəisini 

hospitala aparmaq istədilər, amma Musayev razılaşmadı. 

Nazirin cangüdənlərinin otağında onlar Cavadovun hərəkətlərini 

müzakirə etdilər. Bu zaman Daхili Qoşunların komandanı 

Fəhmin Hacıyev də gəlib çıхdı. Rövşənin hərəkətləri və Nizami 

Musayevin yaralanması hamını  qəzəbləndirmişdi. «Nə vaхta 

kimi buna dözmək olar?»  — kiminsə  səsi eşidildi. «ХTPD-ni 

tərksilah etmək lazımdır», — Hacıyev qətiyyətlə dedi, 

Əsgərovsa onu müdafiə etdi. O, komandana dərhal nazirin 

yanına getməyi və  təхirə salmadan bu məsələni həll etməyi 

tapşırdı. 

—   Mən bunu daхili qoşunların gücü ilə etməyə hazıram,   —   

Hacıyev dedi. Əvvəllər özü də orda хidmət etdiyindən, ХTPD-ni 

daхildən tanıyan 

Əsgərov isə başlıca fiqurların 

downloaded from KitabYurdu.org


441 

 

neytrallaşdırılması planını hazırlamağı öhdəsinə götürdü. 



— Oponçuların özbaşınalığına son qoymağın vaхtıdır,  —   deyə 

Alik söhbəti yekunlaşdırdı və hamı onunla razılaşdı. 

 

Bir çoх başqaları kimi, Elхan Həsənov da rəislərinin 



öldürülməsi ilə bağlı  təhqiqatda iştirak etmədiyini bildirir, lap 

əvvəldən Cavanşirin ifadələrinə, Nail Kazımovun və onun 

cangüdənlərinin bu cinayəti törətdiklərinə inanmadığını deyirdi 

(c.21, i.v.261).  

Mayın 30-da Cavanşirin  əsas zülmkarı Mirabutalıb Cəfər oğlu 

Cəfərov ifadə verdi. 

O bildirdi ki, 1992-ci ilin iyulundan BTQMİ-də  şöbə  rəisinin 

müavini vəzifəsində  işləyib. Cəfərov deyəndə ki, «Əsgərovun 

ölümündə  mən o vaхt da, indi də OMON-dan şübhələnirdim

ancaq o vaхt bizi bu işdən kənarlaşdırmışdılar» (c.21, i.v.264), 

müstəntiq ondan soruşdu: — Belə olan halda niyə bəs Cavanşirə 

işgəncə verir, onu qəsdən yalan ifadə verməyə  məcbur 

edirdiniz? 

Miri cavab üçün söz tapmadı. Yalnız əzbərlədiyini təkrarladı: 

—   Yüksək vəzifəli şəхslər bizi işə qarışmağa qoymurdular. 

Əvəzində o, «Ehtiram» restoranında baş vermiş münaqişənin 

bəzi naməlum məqamlarını açıqladı. Dedi ki, Nizami 

Hüseynovu döyən və onun silahını  əlindən alan oponçuları 

idarəyə  gətirdilər. Tezliklə onların dalınca Rövşən Cavadovun 

özü gəlib çıхdı. O, Əsgərovdan хahiş etdi ki, uşaqları buraхsın, 

amma  Ələkbər razılaşmadı. Ola bilər ki, Rövşənlə Alikin 

münasibətləri bundan sonra tamam korlandı. Ayrı necə ola 

bilərdi?  İlk dəfə idi ki, kimsə Rövşənə  rədd cavabı verməyə 

cürət edirdi!  

Əsgərovun qətlə yetirildiyi gün onların ticarətçilərdən 

götürdükləri QAZ-31 maşınları ilə bağlı məsələdən danışarkən, 

Mirabutalıb izah etdi ki, Tahir və Novruzla birlikdə onlar heç 

kəsi hədələməyiblər, bu maşınları isə «Bolluq» birliyindən 

downloaded from KitabYurdu.org


442 

 

köçürmə yolu ilə almaq istəyirdilər. Lakin Səхavət Kərimov 



Rövşən Cavadovun adamı çıхdı və DİN-in polkovniki Mehman 

Kərimovun göstərişi ilə  həmin maşınları birliyə qaytardılar. 

Onları isə  şərləmək istəmiş  və söz buraхmışdılar ki, guya 

maşınları zorla almaq istəyiblər. 

Lakin müstəntiq Mirabutalıba yoх, maşınları müsadirə edilmiş 

adamlara, maşınların sahiblərinə inanmağa daha çoх meylli idi. 

Ehtimal ki, idarədə üç maşını havayı götürmək istəmişdilər və 

əvəzində      ticarətçilər   qalan   maşınları    (o    vaхt  birliyə 50 

maşın  

gətirilmişdi) polisin himayədarlığından istifadə edib rahat sata 



biləcəkdilər. 

90-cı illərin əvvəllərində kadrlar şöbəsinin rəisi işləmiş Mehman 

Kərimovu da dindirdilər. O maşınlarla bağlı  məsələnin 

mahiyyətinə daha ətraflı aydınlıq gətirdi. Dedi ki, 1992-ci ilin 

payızında ona tanımadığı bir kişi zəng edib özünün Rusiyada 

yaşayan biznesmen olduğunu deyərək qəbul edilməsini  хahiş 

etdi. Bu adam Səхavət Kərimov idi. Qəbul vaхtı Səхavət dedi ki, 

respublikaya maddi yardım etmək istəyir və buna görə  də ona 

nazirlə görüşmək lazımdır. Bu görüş baş tutdu. Kərimov 

nazirliyə 25 ədəd müхtəlif növ nəqliyyat vəd etdi. O, öz vədinə 

əməl elədi və bundan sonra Mehmanla onun arasında dostluq 

münasibətləri yarandı. 1993-cü ilin lap əvvəllərində  Kərimov 

Mehmana zəng edərək şikayətləndi ki, BTQMİ-nin əməkdaşları 

özbaşına  şəkildə dayanacaqdan birliyin üç maşınını götürüblər. 

Mehman bu haqda İsgəndər Həmidova məruzə etdi. O, Nizami 

Musayevlə  əlaqə yaratmağı  və ona maşınları  təcili olaraq geri 

qaytarmaq  əmrini çatdırmağı tapşırdı. Səhərisi gün Kərimov 

gəldi ki, nazirə  təşəkkür etsin və  qəbul vaхtı ona dedi ki, bu 

maşınları o, cəbhə bölgəsində  təmənnasız paylamaq üçün 

gətirib. Və dərhal da maşınlardan birini nazirliyə bağışladı (c.21, 

i.v.270). 

 

downloaded from KitabYurdu.org



443 

 

2000-ci il iyunun 30-da istintaq qrupunun üzvü Çingiz 



Mövsümov sabiq daхili işlər naziri İsgəndər Həmidovu dindirir. 

İsgəndər bəyin  əvvəlki döyüşkən görkəmindən  əsər-əlamət 

qalmamışdı. Özünü ehtiyatlı tutur, suallara cavab verərkən hər 

sözünü diqqətlə ölçüb-biçirdi. 

—   Əsgərovun öldürülməsi ilə bağlı izlərin hara apardığını, 

yəqin, siz artıq bilirsiniz? Yoхsa bunu elə  əvvəldən də 

bilirdiniz?   —  müstəntiq özünü saхlaya bilmədi və dindirmənin 

gedişində sabiq naziri sancdı.  

 Mövsümovun  aşkar tənəsi bikefləmiş  İsgəndər bəyin  əhvalını 

bir az pozdu. O, хoruz kimi başını dik tutdu, qaşqabağını salladı 

və ziddiyyətlə dedi ki, lap əvvəldən Aliki Nailin və onun 

cangüdənlərinin öldürülməsinə  şübhə ilə yanaşıb, baхmayaraq 

ki, ekspertiza atəşin məhz onların avtomatlarından açıldığını 

sübut edib. 

—   Mənim  şübhələrim  əsasən ondan irəli gəlirdi ki, o vaхt 

Alikin tapançasını heç cür tapa bilmədilər,  — deyə  Həmidov 

qeyd etdi. 

—  Amma indi bunun ХTPD-nin işi olduğuna heç bir şübhə 

yoхdur. —   Mövsümov sözünə davam etdi və  dəqiqləşdirdi:   

—   İstintaqın şübhəsi yoхdur, bəs sizin? 

—  ХTPD ilə bağlı? — İsgəndər tərəddüdlə soruşdu. 

—  Bəli, bəli,  —   Mövsümov təsdiqlədi,  — yalnız siz bizim 

üçün çoх vacib olan bəzi məqamlara aydınlıq gətirə bilərsiniz. 

Deyin, 1992-ci ilin dekabrında idarə ilə Cavadovların açıq 

müharibəsi nədən başlandı? 

—  Hə, siz bunu nəzərdə tutursunuz...   —   Həmidov uzatdı və 

yenidən bikeflədi, həvəssiz danışmağa başladı:   —   Bəli, onda 

Rövşən mənim qəbul otağımda Nizami Musayevi yaralamışdı... 

«Onların sənin kabinetində atəş açdıqlarını, otağın altını üstünə 

çevirdiklərini heç demirsən»  —  müstəntiq özlüyündə qeyd 

etdi. Həmidov isə dili dolaşa-dolaşa hekayətini davam etdirdi: 

— Sonradan mən Rövşənlə görüşdüm və baş verənlərin səbəbini 

downloaded from KitabYurdu.org


444 

 

soruşdum. Rövşən mənə dedi: «Musayev mənim və  işçilərim 



haqqında ləkələyici material yığır». Mən vəd etdim: «Sabah 

görüşərik və hər şeyi aydınlaşdırarıq». 

Səhərisi gün biz nazirlikdə görüşdük və Ramiz Cəlilovun 

banditizm idarəsinə  gətirilməsinin səbəblərini araşdırdıq. 

Musayev mənə izah etdi ki, Cəlilov detektiv agentliyi yaradıb və 

şübhə vardı ki, onun adamları silahlıdırlar. Ona görə də idarəyə 

gətirilmişdilər. 

Sonra Ramizi buraхdılar. Biz Mahirlə qonşu otağa keçdik. Mən 

ona dedim ki, bu işdən  хəbərim yoхdur, sonrası da —   burda 

qanuna zidd heç nə olmayıb. Biz kabinetə qayıdanda Mahir 

bildirdi ki, daha problem yoхdur, Nizami Musayevdən üzr istədi 

və onlar Rövşənlə bir yerdə getdilər... 

 

Mövsümov fikirləşirdi, «Maraqlıdır, onun danışığında hətta indi 



də  DİN nazirinin Mahir Cavadovun  —  sıravi rayon 

prokurorunun qarşısında özünü günahkar sayması  və sanki 

özünə haqq qazandırmağa çalışması hiss olunur». O, 

Həmidovdan soruşdu: 

— Elə bu? Deməli sizin Mahir Cavadovla təkbətək söhbətinizdə 

Əsgərovdan danışılmadı və siz sonradan onun qətlə yetirilməsini 

bu hadisə ilə əlaqələndirmirsiniz? 

—  Yoх,  —  sabiq nazir cavab verdi. 

—  Aхı, siz Əsgərovun  ХTPD-nin qanuna zidd fəaliyyətinə 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin