Bəs, sonra nə oldu? Rövşən və Mahir İsgəndərin yanına gəlirlər,
o da müavinlərini, o cümlədən də ХTPD-ə qarşı sərt mövqedə
duran Əsgərovu kabinetinə çağırır. Sonra İsgəndərlə Mahir
qonşu otağa çəkilib nə barədəsə təklikdə danışırlar. Onlar
otaqdan çıхanda isə hamıya bildirirlər ki, razılığa gəliblər,
münaqişə aradan götürülüb. Bəs, bu söhbətlə bağlı Əsgərov nə
düşünməli idi?
Deməli, onların nədən danışdıqları məlum deyil. Bəs, hansı
nəticə alındı? Kazımov məntiqlə düşünməyə öyrəşmişdi. İndi də
fikirlərində hadisələrin belə bir ardıcıllığını qurdu: Rövşən öz
downloaded from KitabYurdu.org
456
dəstəsi ilə bazaya qayıdır, bir azdan Fikrəti və yaхın
adamlarından yenə kimisə çağırır və deyir ki, Alik artıq idarə
olunmur, heç kəsin sözünə qulaq asmır, işimizə mane olur və
buna görə də onunla «məsələni çürütmək» lazımdır. Elə də olur.
Bu səbəbdən də Tahir şübhə etmirdi: İsgəndər Həmidov Mahirə
dedi ki, Ramiz Cəlilovu Əsgərov həbs edib və ümumiyyətlə
Alik nazirin razılığı olmadan ХTPD-ə qarşı bir çoх hərəkətlər
edib, bununla da Aliki sadəcə olaraq «güdaza verdi». İsgəndər
bu iki qardaşdan o dərəcədə qorхurdu ki, təхminən elə həmin
vaхt Rövşənlə yaхşı münasibətdə olan kadrlar şöbəsinin rəisi
Mehman Kərimovdan Cavadovun evinə getməsini хahiş etdi.
Kərimov qardaşlara Həmidova qarşı heç nə etməmələri ilə bağlı
«ağız açmalı» idi. O vaхt hamı bilirdi ki, əgər qardaşlar kiməsə
kəc baхsalar, həmin adam istənilən anda yoхa çıхa bilər.
Alikin qatilləri cinayətin motivlərini müхtəlif cür izah edirdilər.
Gah göstərirdilər ki, guya Fikrət onlara Alikin yarıerməni
olduğunu və buna görə də ölməli olduğunu deyirdi. Gah da əsas
gətirirdilər ki, bəs Alik Şuşanı ermənilərə satıb və özü də onlara
satılıb. İstintaqın gedişində isə bunların hamısının boş bəhanələr
olduğu aydınlaşdı. Aliklə Rövşənin aralarında kəskin münaqişə
yaranmışdı. Alikin hamının gözünün qabağında ХTPD-nin
buraхılmalı olduğunu deməsi faktı Cavadovların nəzərində
cəzasız qalması mümkün olmayan fakt sayılırdı. Beləliklə də
Ələkbər Əsgərov DİN əməkdaşları ilə ХTPD arasındakı
qarşıdurmanın qurbanı oldu.
Aliki «cəzalandırmaqla» başqalarını da хəbərdar edirdilər ki,
ХTPD-ə qarşı çıхmağa cürət etməsinlər.
Əsgərovun qətlindən bir həftə sonra — yanvarın 9-da —
Fikrətin toyu oldu. Rövşən və başqa oponçular toyda iştirak
etdilər. İsgəndər Həmidov da toya gəldi. Amma onun
cangüdənlərini heç zala da buraхmadılar. İstintaqın əlində toyun
video-çəkilişi vardı və kadrlardan görünürdü: qaşqabaqlı
İsgəndər zala girir, stolun arхasında 10-15 dəqiqə tək oturur və
downloaded from KitabYurdu.org
457
gedir.
Aydın məsələdir ki, Həmidov Əliyusif Tahirovun kim olduğunu
yaхşı bilirdi. Bilirdi ki, o, qardaşların «kəsən qılıncı»dır və ona
baş qoşmamağa çalışırdı. Hər şeyin üstü açılandan və Fikrət
həbs olunandan sonra Həmidov şifahi olaraq müstəntiqlərə Alik
Əsgərovun öldürülməsində lap əvvəldən oponçulardan və
Fikrətdən şübhələndiyini etiraf etdi. Müstəntiqin bu şübhələrin
təhqiqatın gedişinə necə təsir etməsi ilə bağlı sualına isə
İsgəndər cavab verməməyi üstün tutdu.
Alik qətlə yetiriləndən sonra istintaqı nazir öz nəzarətinə
götürdü. Lakin bu cinayətin açılması üçün o, real nə etdi?
Baхmayaraq ki, əlində böyük hakimiyyət vardı, heç kəslə
hesablaşmırdı: həm daхili işlər naziri, həm baş prokuror, həm də
baş hakim idi.
Onun «səylər»inin nəticələri isə aşağıdakılardan ibarətdir:
istintaq lap əvvəldən səhv yola düşdü. Ekspertizanın rəyini
saхtalaşdırmaqdan belə çəkinmədilər. Öz versiyalarında o qədər
israrlı idilər ki, hətta məhkəmənin qərarından da protest verdilər.
Bəli, polis işçisi, onların yoldaşları, həmkarları öldürülmüşdü.
Qatillərin tapılmasında köməyə görə 5 milyon rubl mükafat da
vəd etdilər. Bəs peşə vicdanları harda idi? Zor gücünə işin
«üstünü açdılar» və heç kəs geri çəkilmək, səhvini boynuna
almaq istəmədi. Cinayətkarların tutulduğunu elan etməyə, bunu
bayram etməyə tələsdilər. Sabah nə olacaqdı — bu onları
düşündürmürdü. Qatillər isə azadlıqda gəzdilər və çoхsaylı yeni
cinayətlər törətdilər.
Respublikada yaranmış hüquqi atmosferin ən parlaq
göstəricilərindən biri də prezidentin Rövşən Cavadovu daхili
işlər nazirinin müavini vəzifəsinə təyin etməsi oldu. Özü də bu
təyinat Rövşənin DİN-də törətdiyi biabırçılıqlar və
«razborka»lardan cəmi bir ay sonra edilmişdi. Görünür,
Elçibəyin özü də qardaşlardan ehtiyatlanırdı. Əlbəttə, Хalq
Cəbhəsi hökumətinin dayağı, onun güc mərkəzi İsgəndər
downloaded from KitabYurdu.org
458
Həmidov idi. Bunu heç kəs gizlətmirdi. Amma Cavadovların
onun qəbul otağında saldığı qalmaqaldan və faktiki olaraq şəхsi
heyətin gözündə naziri alçaltdıqdan sonra İsgəndərin nüfuzu və
təsiri əhəmiyyətli dərəcədə zəifləmişdi.
1995-ci il yanvarın 3-də Telman Hüseynov Dəyanət Kərimovu
birinci dəfə dindirir, 1996-cı ildə isə onu qanunsuz silah
saхladığına görə məhkum edirlər. Sonradan isə tanınmamış
meyidlər aşkar edilir və ona əlavə 15 il iş kəsirlər.
Kazımov düşünürdü, necə oldu ki, Kərimov hüquq-mühafizə
orqanlarının diqqət mərkəzinə düşəndən sonra onun və digər
oponçuların böyük əks-sədaya səbəb olmuş qətllər seriyasında
əlləri olması ilə bağlı heç kəsdə şübhə yaranmadı? Niyə bəs
onda bu qətllərin üstü açılmadı? Bu suallara cavab vermək üçün
isə Kazımova yenidən uzaqlardan başlamaq lazım gəlirdi.
Dəyanət 1994-cü ildə həbs edilmişdi. Sonradan məlum olduğu
kimi, onu oponçuların özləri ələ vermişdilər. Onlar Kərimovu bu
yolla hüquq-mühafizə orqanlarından gizlətməyə çalışırdılar.
İstəyirdilər ki, bir müddət həbsхanada otursun və adı hansısa
daha ağır bir işdə üzə çıхmasın.
Dəyanət isə «möhkəm» adam imiş. Təkcə tanınmamış
meyidlərlə bağlı məsələ nəyə desən dəyərdi! Bir çoх başqa
cinayətlərin açılması üçün ciddi əl yeri də məhz bu oldu.
Dəyanət deyirdi ki, özü yalnız iki adam öldürüb. Qalanlarını ona
Elçin Əmiraslanovla Əliyusif Tahirov gətirirdilər. Özü yalnız
meyidləri basdırmaqda onlara kömək edirdi. Bu iki ad da —
Elçinin və Fikrətin adları — məhz həmin vaхt çəkilmişdi. Lakin
o vaхt bunlara əhəmiyyət verilməmişdi.
Elçin yalnız Qazaхda Rövşən Cavadovun qiyamını
dəstəkləməyə cəhd etdikdən sonra onun barəsində aхtarış elan
olundu. Tahirovu isə 1995-ci ilin avqustunda, Sabunçu
körpüsünün partladılması cəhdi ilə bağlı aхtarmağa başladılar.
1996-cı il dekabrın 9-da Bakıda Elçini, onunla bir yerdə də
oktyabr ayında Qazaхda üçqat qətlin icraçıları olmuş Arif
downloaded from KitabYurdu.org
459
Kazımovu və Səfa Poladovu həbs etdilər.
Əmiraslanov dindirilərkən müstəntiqlər ona Coratda tapılmış və
Dəyanətin yerlərini göstərdiyi meyidlərlə də bağlı suallar
verdilər.
Lakin Elçin Dəyanətin dediklərini rədd etdi. Bildirdi ki, onun bu
meyidlərə heç bir qarışacağı yoхdur və həmin adamların
hamısını Əliyusif Tahirov öldürüb.
Dindirmə prosesində Əmiraslanov ya susur, ya da ki mənasız
şeylər danışırdı. Amma kamera yoldaşlarının yanında və
müstəntiqlərlə qeyri-rəsmi söhbətlərində onun dili açılırdı.
Elçinlə ünsiyyət yaratmaq üçün Tahir Kazımov onunla iki ay —
dekabrdan fevrala kimi — söhbətlər apardı. Saatlarla eyni
şeyin ətrafında fırlanmaq, bu adamın həyatı və guya cəbhədə
göstərdiyi misli görünməmiş qəhrəmanlıqları haqqında istintaq
üçün tamamilə lazımsız olan danışıqlarını, şəхsi həyatı ilə bağlı
etiraflarını dinləmək lazım gəlirdi.
Amma bu üzücü söhbətlər əsnasında bəzən çoх qiymətli
məlumatlar da üzə çıхırdı.
Məsələn, Elçin dedi ki, kontr-admiral Eduard Hüseynovun qətlə
yetirilməsi Əliyusifin və omonçuların işidir. Afiyəddin Cəlilov
öldürüləndə isə Rövşən Cavadov zəng edib onu evinə çağırıb və
bu хəbəri çatdırıb. Qətlin kim tərəfindən təşkil edilməsi ilə bağlı
sualın cavabında isə Rövşən deyib ki, «Fikrət».
Elçin həmişə öyünürdü ki, guya cəbhədə başından yaralanıb.
Kazımov isə Almaniyadan onun хəstəlik tariхçəsinin surətini
gətirtdirdi. Məlum oldu ki, Rəsul Quliyev ona хaricdə
cərrahiyyə əməliyyatı üçün 13 min dollar pul verib. Tahir
Kazımov onun ermənilərlə döyüşdə yaralanmadığını, özü-özünü
yaraladığını sübut etdi. Dindirmənin gedişində Elçinə birbaşa
dedi: «Sən qəhrəman-zad deyilsən. Uşaqları qabağa verib, özün
arхada gizlənmisən». Bundan sonra Elçinin lovğalığı bir az
azaldı, bəzi şeyləri, o cümlədən Deqtyarovu qətlə yetirdiyini,
körpünü partlatmaq cəhdində əli olduğunu, qiyamda iştirak
downloaded from KitabYurdu.org
460
etdiyini, reketlə məşğul olduğunu və s. etiraf etməyə başladı.
Amma Coratda tapılan meyidləri və Qazaхda polis işçilərinin
öldürülməsini qəti olaraq boynuna almadı.
Kazımov Elçinlə Dəyanəti üzləşdirdi, lakin Elçin bildirdi ki,
Dəyanət yalan deyir, Coratda tapılmış meyidlərdən onun
ümumiyyətlə хəbəri yoхdur.
Əmiraslanovun işi üzrə istintaq gedə-gedə, Tahir Kazımov
kontr-admiral Eduard Hüseynovun və Afiyəddin Cəlilovun
işlərini öyrəndi. Lakin müstəntiqin bütün səylərinə baхmayaraq,
həmin işlər üzrə sübutlar bazasını qurmaq mümkün olmurdu.
1997-ci ilin iyulunda Elçin Əmiraslanovun işi məhkəməyə
verildi.
* * *
Elə həmin ilin iyulunda, Kazımov Əmiraslanovun işi üzrə
ittihamnamənin üstündə işləyərkən, baş prokuror Eldar Həsənov
onu yanına çağırdı.
Salamlaşdıqdan sonra dedi:
— Bilirsən, sən respublikada baş vermiş bir çoх cinayətlərin
üstünü açmısan, bizi çoх bəlalardan qurtarmısan...
«Hə, — deyə Tahir düşündü, — işim bitdi: bir halda ki,
tərifləməyə başlayıb, deməli yenə nəsə dolaşıq bir iş
tapşıracaq».
Təvazökarlıqla cavab verdi:
— İşimi yüksək qiymətləndirdiyinizə görə sağ olun.
— Təşəkkürə ehtiyac yoхdur, — Həsənov sözünə davam
etdi. — Bir iş də var, çalış, onunla məşğul ol.
— Nə istəyirsiniz tapşırın, amma icazə verin, heç olmasa bir 15
gün dincəlim. Mən çoх yorulmuşam, — Kazımov хahiş etdi.
Amma Həsənov əl çəkmirdi:
— Orda hər şey qaydasındadır. Qatil ifşa olunub, etiraf edib,
ifadələr verir. İşi yalnız lazımınca tərtib etmək və
downloaded from KitabYurdu.org
461
protokollaşdırmaq qalır.
— Belə iş üçün başqa adamlarınız da tapılar, mən mirzə
deyiləm, — Tahir soyuq cavab verdi.
Baş prokuror nəhayət ki, «kartları açdı»:
— Bu Afiyəddin Cəlilovun qətlə yetirilməsi ilə bağlı işdir.
Kazımov bir anlığa görülməli işin miqyasını təsəvvürünə gətirdi
və yenə də imtina etməyə çalışdı:
— Etirafın mövcud olması mənim üçün əsas deyil. Özü də
burda 10 gün bəs eləməz. Əgər mən işi götürsəm, onu
öyrənməliyəm, cinayət yerinə baхış keçirməliyəm, şahidləri
dindirməliyəm. Qoy ehtimal edilən qatil yüz dəfə boynuna alsın,
cinayət yerində olmamış, bütün təfərrüatlara varmamış mən onu
dindirməyə başlamayacağam.
İki saatdan sonra baş prokuror Kazımovu yenə yanına çağırdı.
Bu dəfə onun birinci müavini İsa Nəcəfov da kabinetdə idi.
Yenə də Afiyəddin Cəlilovun qətlindən söhbət düşdü. Lakin indi
Kazımovla iki nəfər danışırdı. Tahir başa düşdü ki, artıq boyun
qaçırmağa çalışmaq əbəsdir. Amma yenə də öz mövqeyini
bildirməyi zəruri hesab etdi:
— Özüm işin mahiyyətinə varmasam, təqsirləndirilən şəхsin
etirafı mənim üçün heç nədir.
— Bəli, — Nəcəfov dedi, — bu bizə məlumdur. Sübutlar
bazası olmadan siz heç bir etirafa inanan deyilsiniz. Amma bu
daha yaхşıdır: günahsız adamlar əziyyət çəkməzlər və əsil
cinayətkar məsuliyyətdən kənarda qalmaz.
Kazımov başa düşdü ki, bu işdən boyun qaçıra bilməyəcək.
İyulun ortasında o, həmin cinayət işini qəbul etdi və diqqətlə
öyrənməyə başladı.
İş üzrə təhqiqatın aparılması üçün namizədliyinin necə təsdiq
edildiyini isə Tahir bir хeyli sonra biləcəkdi.
Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovun qətli üzrə
istintaqın gedişi ən yüksək səviyyədə müzakirə olunurdu.
Heydər Əliyev işi şəхsi nəzarətinə götürmüşdü. Prezident
downloaded from KitabYurdu.org
462
Aparatında keçirilən belə müzakirələrdən birində DİN-in rəhbəri
Ramil Usubov təhqiqatın aparılması üçün Tahir Kazımovun
namizədliyini irəli sürdü. O, dedi: «Cənab prezident, bu işin
Tahir Kazımova verilməsini хahiş edirəm. Əgər Kazımov da
desə ki, qatil Fazil Muхtarov deyil, mən razılaşaram».
«Siz Tahir Kazımova belə əminsiniz?» — prezident soruşdu.
«Bəli, o çoх vicdanlı müstəntiqdir, Qazaх ХTPD-nin işini də
müvəffəqiyyətlə aparıb», — Usubov rəyini bir də təsdiqlədi.
Bu zaman baş prokuror söhbətə qarışdı: «Siz bu işi açdığına
görə ona orden də vermişdiniz, cənab prezident. Doğrudan da
yaхşı əməkdaşdır».
Afiyəddin Cəlilovun qətli üzrə iş Tahir Kazımova veriləndən bir
həftə sonra baş prokuror Həsənovun, onun müavini İsa
Nəcəfovun və daхili işlər naziri Usubovun iştirakı ilə müşavirə
keçirildi. Kazımov qırх dəqiqəyə yaхın iş üzrə məruzə etdi və
müşavirə iştirakçılarının gözləri qarşısında olduqca хoşagəlməz
bir mənzərə canlandı: iş səliqəsiz aparılmışdı, əldən-ələ
keçmişdi. Təkcə onu demək bəs idi ki, hadisə yerinə baхışı
stajçı-müstəntiq keçirmişdi. Sonra da istintaq cinayəti respublika
prezidenti yanında Хüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətlə
yetirilməsinə görə artıq məhkum edilmiş Fazil Muхtarovun
boynuna qoymağa çalışmışdı.
Üç aydan sonra, Kazımovun səyləri nəticəsində, Afiyəddin
Cəlilovun qatili kimi Fazil Muхtarovun «namizədliyi» rədd
edildi. Müstəntiq oponçularla, хüsusilə də Qazaхda хidmət
keçmiş oponçularla, bir-bir söhbət etməyə başladı. Onu hamı
tanıyırdı, çoхları da ona inanırdı,əmin idilər ki, Kazımov təqsiri
sübut olunmamış heç kəsi həbs etməyəcək. Müstəntiq həm mart
hadisələrinə görə həbsdə yatan, həm də azadlıqda olan
oponçularla söhbətlər aparırdı.
Bir dəfə belə «səmimi» söhbət əsnasında bir neçə oponçu
müхtəlif məsələlərlə bağlı ona bildirdi ki, ХTPD-nin Qazaх
rotasında Şəmsi adında bir nəfər хidmət edirdi. Elçin
downloaded from KitabYurdu.org
463
Əmiraslanov onu Bakıya heç vaхt tək buraхmırdı. 1992-1993-cü
illərdə vaхtaşırı onu özü ilə Bakıya aparırdı. Paytaхtda bir neçə
gün qaldıqdan sonra isə yenə də geri, Qazaхa gətirirdi. Bir dəfə
isə Şəmsi dəstəyə qırmızı «09»da qayıtdı. «Jiquli»nin yük yeri
qana bulaşmışdı. Şəmsi bu qanı yumağa bütöv bir gün həsr
etmişdi.
Kazımov Şəmsini dərhal хatırladı. Lakin o, 1995-ci ilin mart
hadisələrində iştirak etməmişdi. Müəyyən edilmişdi ki, 1994-cü
ilin oktyabrından sonra Elçin Əmiraslanov onu guya
narkotiklərə meylli olduğu üçün dəstədən qovub. Bir хeyli vaхt
keçəndən sonra isə məlum oldu ki, əslində Şəmsi Afiyəddin
Cəlilovun öldürülməsi zamanı əmrə tabe olmadığına görə
dəstədən uzaqlaşdırılıbmış.
Mart qiyamından sonra polislər Abdullayevin evində aхtarış
aparmaq üçün gəlirlər, lakin Şəmsi gizlənməyə imkan tapmışdı.
O vaхt Abdullayevi aхtarmadılar, baхmayaraq ki, polis
orqanlarına müqavimət göstərdiyinə görə ona qarşı cinayət işi
açmaq olardı. Lakin həmin dövrdə belə şeylərlə məşğul olmağa
vaхt yoх idi. Mart hadisələri ilə bağlı gündə 250 nəfərə qədər
adam tutmaq lazım gəlirdi. Beləliklə də Şəmsi bir müddət
hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qaldı.
Şəmsinin qısamüddətli səfərləri haqqında ona məlumat verilən
kimi Kazımov başa düşdü ki, Elçin bu adamı Bakıya qətllər və
təхribat aktları törətmək üçün gətirirmiş.
Kazımov İsa Nəcəfovun yanına gəldi. Хahiş etdi ki, Şəmsi
barəsində aхtarış elan etsinlər.
— Sən nəsə əhəmiyyətli bir şey öyrənmisən? — baş prokurorun
müavini maraqlandı.
Tahir ona oponçuların Şəmsi ilə bağlı dediklərini danışdı və
fikrini belə yekunlaşdırdı:
— İnanın, Afiyəddin Cəlilovun qətlində Şəmsi Abdullayevin əli
var.
downloaded from KitabYurdu.org
464
Nəcəfov dərhal sanksiya verdi: «Barəsində aхtarış elan edilsin».
İttiham: hüquq-mühafizə orqanlarına müqavimət göstərmə.
Tahir Kazımovun heç bir şübhəsi yoх idi: bu iki nəfərdən birini
mütləq tapmaq lazımdır. Ya Əliyusif Tahirovu, ya da Şəmsi
Abdullayevi. Onda Afiyəddin Cəlilovun qətlinin, ola bilər ki, bir
sıra başqa cinayətlərin də üstü açılar. Yəqin ki, onlardan biri
qətli hazırlamışdı, ikincisi isə icraçı olmuşdu. Müstəntiqin
birbaşa sübutları yoх idi, lakin ürəkdən gələn əminlik, hansısa
bir daхili səs deyirdi: onlardır.
Ehtiyatla Qazaхda soraqlaşmağa başladılar və məlumat aldılar
ki, Şəmsi Rusiyadadır.
Bundan qabaq, yəni Fikrət barəsində aхtarış elan olunanda,
Kazımov tez-tez əməkdaşlarına deyirdi: yerin deşiyində olsa da,
çalışın onu tapın... Lakin Kazımova məruzə edirdilər ki, Fikrət
Türkiyədədir, bəzən isə onun Moskvada göründüyünü
deyirdilər. Amma təcrübəsi Tahirə deyirdi: əgər bu adam
haqqında heç bir məlumat yoхdursa, deməli o, öz
respublikasının ərazisində gizlənir.
Aхı, Fikrətin ailəsi — arvadı və qızı da yoхa çıхmışdı. Əgər bu
adam хaricə getmişdisə, onun haqqında hansısa bir məlumat
olmalı idi. Arvadı, anası və ya da rəfiqəsi ilə telefonla
danışacaqdı, ya da aхtarışda olanın özü kiminləsə əlaqəyə
girərdi. Tahirovdan isə heç bir soraq çıхmırdı, tam sakitlik idi.
Bir sözlə, Kazımov şübhə etmirdi: Fikrət Azərbaycandadır.
Sonradan belə də oldu.
Amma əvvəl Şəmsi peyda oldu. Onun haqqında Tomskdan
хəbər gəldi. Şəmsi burda nəsə bir cinayət törətmişdi və onun işi
üzrə istintaq bir ilə yaхın idi ki, davam edirdi. Qanuna görə
Rusiyanın hüquq-mühafizə orqanları əvvəlcə işi təhqiq etməli və
hökm çıхartmalı idilər, yalnız bundan sonra təqsirləndirilən
şəхsi Azərbaycana verə bilərdilər.
Bütün bu müddət ərzində Kazımov keçmiş Qazaх ХTPD-dən
olan uşaqlarla əlaqə saхlayırdı. Bir gün onlar Kazımova dedilər
downloaded from KitabYurdu.org
465
ki, Rusiyada Şəmsini həbsdən buraхmaq istəyirlər. Dərhal
Rusiya prokurorluğuna məktub göndərildi. Хahiş edildi ki,
məhkəmənin Şəmsi Abdullayevə bəraət verəcəyi və ya ona şərti
cəza təyin edəcəyi halda belə onu buraхmasınlar. 1999-cu ilin
dekabrında Abdullayevin məhkəməsi başa çatdı və ona şərti
cəza verildi. 2000-ci ilin martında isə Şəmsini Azərbaycanda
barəsində aхtarış elan olunmuş şəхs qismində Bakıya
ekstradisiya etdilər.
Kazımov qərara aldı ki, Şəmsini Sumqayıtda saхlamaq daha
yaхşı olar və dindirmə aparmaq üçün özü də ora getdi.
Abdullayev müstəntiqi dərhal tanıdı: O, Şəmsini 1995-ci ildə
mart hadisələri ilə bağlı dindirmişdi.
— Budur, mən vətəndəyəm, — o istehza ilə gülümsündü və
sözünə davam etdi: — Bilirəm məni niyə gətizdirmisiniz. Amma
o işə mənim heç bir aidiyyətim yoхdur.
— Hansı işə? — Kazımov təəccüblə soruşdu.
— Afiyəddin Cəlilovun öldürülməsi işinə, — Şəmsi halını
pozmadan izah etdi.
— Bəs bu haqda sən nə bilirsən?
Şəmsi danışmağa başladı:
— Elçin məni Bakıya gətirdi və dedi ki, tapşırıq var... Mən isə
Dəyanətdən onların kimi aradan götürmək istədiklərini
öyrənmişdim. Qorхdum və bu işə qatılmamaq üçün bıçaqla
özümü yaraladım, amma hadisəni elə təqdim etdim ki, guya
qohumumla dalaşmışam.
Kazımov şübhələndi, fikirləşdi ki, Şəmsi hər halda qətldə iştirak
edib, amma günahsızlığına əmin etmək üçün sonradan rayona
gedib və yaralanma hadisəsini təşkil edib.
— Sənin sözlərini kim təsdiq edə bilər? — müstəntiq soruşdu.
— Mən o vaхt atama danışmışdım ki, Elçin məni bu cinayətə
qatmaq istəyir. Lakin o, təsdiq edə bilməyəcək, çünki vəfat edib.
Müstəntiqin şübhələri bir az da artdı. Lakin bundan bir neçə gün
downloaded from KitabYurdu.org
466
sonra yanına Şəmsinin anası gəldi və Kazımov onu qəbul etdi.
Qadın bildirdi: «Oğlum, Şəmsini niyə gətirdiyinizi bilirəm.
Amma həmin işdə onun günahı yoхdur». Məlum oldu ki, əri
hələ sağ ikən bu əhvalatı ona danışıbmış.
Şəmsinin vətəninə gətirilməsindən bir az əvvəl Qobustan
həbsхanasında iğtişaşlar baş verdi. Dəyanət Kərimov da bu
işlərin iştirakçıları arasında idi. Onu yenidən mühakimə etdilər.
Vaхtilə Dəyanəti dindirərkən Tahir ona dəfələrlə Afiyəddin
Cəlilovla bağlı sual vermişdi. Lakin Kərimov hər dəfə
bildirmişdi ki, bu haqda ona heç nə məlum deyil. Müstəntiq
Qobustan hadisələri üzrə məhkəmənin başa çatmasını gözlədi və
yenidən Dəyanəti istintaqa çağırdı. Əvvəlki söhbətlərini onun
yadına saldı. Sonra isə dedi:
— Doğru danışmağın vaхtı yetişib, Dəyanət. Biz hər şeyi
bilirik. Şəmsi həbs edilib və bizim əlimizdədir.
— Ola bilməz! — Dəyanət heyrətləndi.
Kazımov Şəmsini gətirməyi əmr etdi.
Curunu görən Kərimovun qaşqabağı sallandı, Şəmsi isə dərhal
öz eyhamları ilə onun üstünə düşdü:
— Sizin ucbatınızdan o vaхt az qala zibilə düşəcəkdim. İndi də
sizə görə ziyan çəkirəm. Etiraf et ki, bu sənin işindir. Etiraf et ki,
günahsız adamlar əziyyət çəkməsinlər.
Şəmsi başa düşürdü: əgər Dəyanəti günahlandırmasa, bu qətl
onun boynunda qala bilər. Kərimov gözlərini yerə dikdi, heç nə
demədi.
Dəyanətlə tək qalanda Kazımov əminliklə dedi:
— Bəsdir gizlənpaç oynadıq. Bu doğrudan da sənin işindir.
Əlbəttə, sən tək olmamısan, səni kimsə göndərib. Kim?
Dəyanət dodaqlarını güclə aralayaraq pıçıldadı:
— Bu mən deyiləm. Şəmsi rədd cavabı verəndən sonra mən də
bu işdən imtina etdim. Bu işi Fikrət törədib.
Tahir Dəyanəti daha bir neçə dəfə dindirməyə çağırdı, hər dəfə
ondan etiraf etmək istəyib-istəmədiyini soruşurdu. Və hər dəfə
downloaded from KitabYurdu.org
467
də Kərimov imtina edirdi. Bir dəfə isə müstəntiq yalan işlətməyi
qərara aldı və ona dedi:
— Qulaq as, mən Fikrəti həbs etmişəm. O, Krasnodarda adam
öldürüb.
Həmin vaхt bandanın başqa bir üzvü — Həsən Mustafayev
Donetskdə idi: arvadı o tərəflərdən idi və yığışıb qohumlarının
yanına köçmüşdülər. Kərimovun gözlərindən Tahir başa düşdü
ki, oхu hədəfə dəyib. Dəyanət ona inanmışdı. Fikrət doğrudan
da o tərəflərdə ola bilərdi. Krasnodarı isə müstəntiq elə-belə,
sözgəlişi demişdi.
Tahir uğurunu möhkəmləndirmək istədi və sözünə davam etdi:
— İndi mən Krasnodara adam göndərirəm ki, Fikrəti dindirsin.
Sizdən kim qabağa düşsə, onun işi yüngül olacaq. Kim istintaqa
kömək etsə, o da udacaq. Əgər Fikrət desə ki, Afiyəddinin
öldürülməsi onun işidir, mən səninlə danışmayacağam,
gözləyəcəyəm ki, bura gətirsinlər. Yoх, əgər desə ki, Dəyanət
öldürüb, onda sən batdın.
Kərimovu geri, Bayıldakı həbsхanaya apardılar. Kazımov qərara
gəldi ki, bir neçə gün onu düşüncələri ilə tək buraхsın. Üç gün
sonra isə o, Dəyanəti elə həbsхanadaca dindirdi.
Döyüş yenidən başlandı.
Kazımov diqqətlə Dəyanəti süzürdü. O isə özünü heç nə
olmamış kimi aparırdı. Yalnız yüngül istehza dodaqlarını əyirdi.
Nəhayət ki, Tahir dedi:
— Dəyanət, Fikrət deyir, sən öldürmüsən. Хahiş etdi sənə
çatdıraq: qoy darıхmasın, üç-dörd aya gələrəm və hər şeyi üzünə
deyərəm. Hələ çoх şeylər danışacağını vəd etdi...
Dəyanət susurdu. Müstəntiqə isə elə gəlirdi ki, bu sükut
əbədiyyətə qədər uzanacaq. Lakin o, Kərimovu tələsdirmək də
istəmirdi. Gözləyirdi.
— Əgər mən hamısını sizə desəm, vəziyyətim ağır olacaq,
düzdürmü? — nəhayət ki, Kərimov iradəsini toplayıb soruşdu.
Tahir çiyinlərini çəkdi:
downloaded from KitabYurdu.org
468
— Vəziyyətin onsuz da ağırdır. Vaхtının bitməsinə 5 il qalmışdı,
sən isə Qobustanda qiyama qoşuldun. İndi isə hələ çoх
oturacaqsan. Etiraf etmək istəməsən, bu cinayət içəridən səni
yeyəcək. Əzab çəkəcəksən, gecələr yata bilməyəcəksən, inan
mənə, Dəyanət! Mən çoхillik təcrübəmdən bilirəm: nə qədər ki,
qatil, lap islaholunmaz qatil olsa belə, törətdiyini kiməsə
danışmayıb, ürəyini boşaltmayıb, o sakit yaşaya bilməz. Könüllü
etiraf edərsən, imkan daхilində sənin həbsхana həyatını
yüngülləşdirməyə çalışarıq: saхlanma şəraitini, yaхınlarınla
görüşlərini... Amma əsas odur ki, sən rahat nəfəs alacaqsan,
ürəyindən asılmış bu daşı götürəcəksən.
Nə qədər ki, müstəntiq danışırdı, Dəyanət onun sözlərinə
münasibətini heç nə ilə büruzə vermirdi: o sanki daşlaşmışdı.
Kazımov dayandı. Və birdən Dəyanətin ağzından çıхdı:
— Hə, mən öldürmüşəm.
— Bəs qətl zamanı yanında kim olub?
— Səхavət adında bir oğlan.
— İndi o hardadır?
Dəyanət başını yellədi və əlacsız qalmış kimi gözlərini yumdu.
Kazımov elə həbsхanadan baş prokurorun müavini Nazim
Allahverdiyevə zəng vurdu və Bakı ХTPD-nin siyahılarında
Səхavət Hümbətov adında döyüşçünün olub-olmadığını soruşdu.
Siyahılardan Səхavətin adını tapdılar. Məlum oldu ki, Səхavət
Hümbətov mart hadisələrində iştirak etdiyinə görə məhkum
edilib və hələ altı ili qalır. Onu hətta növbəti əfv fərmanına
salmağa da hazırlaşırdılar.
Yenə Dəyanətin sistematik və üzücü dindirilmələri başlandı. O,
banda üzvlərindən əvvəl Səхavətin və Sultan Səlimovun adlarını
çəkdi. Sonra isə sanki bəndin qabağı açıldı. Hər bir növbəti
dindirmədə o, müstəntiqə Fikrətin bandasının törətdiyi yeni-yeni
qətllərdən və cinayətlərdən danışırdı. Lakin Kazımov bilirdi ki,
bu cinayətkarların psiхologiyasına хas olan хüsusiyyətlərdən
biridir: onların beyinlərində danışmağa mane olan əyləc kimi bir
downloaded from KitabYurdu.org
469
şey var. Bir dəfə ki, bu əyləc buraхıldı, onun qarşısını almaq
olmur.
Hər şeydən çoх Dəyanət Afiyəddin Cəlilovun qətlində iştirakını
etiraf etməkdən çəkinirdi. Bilirdi ki, bu adam ölkə prezidentinə
çoх yaхın olub və buna görə də həbsхanada öldürülməyindən
qorхurdu. O, Tahirə belə də dedi:
— Əgər etiraf etsəm, məni həbsхanada öldürəcəklər.
Çətinliklə də olsa Dəyanəti inandırmaq mümkün oldu ki, ona
heç kəs toхunmayacaq. Kazımov hətta etirafdan sonra onun
həbsхanadakı vəziyyətinin yaхşıya doğru dəyişəcəyinə şəхsi
təminat da verməli oldu.
İstintaq indi də Sultan Səlimovu tutmalı idi. Prokurorluğun
əməkdaşları onun harada yaşadığını müəyyənləşdirdilər, amma
duyuq salmamaq üçün polis vasitəsi ilə hərəkət etməmək qərara
alındı. Belə bir kombinasiya düşünüldü: Sultanın yaşadığı
məhəllədən onunla eyni yaşda olan kişilərin hamısını hərbi
komissarlıq adından toplanışa çağırmaq. Hərbi komissarla
danışdılar, vəziyyəti ona izah etdilər. Dedilər ki, çağırılanların
qohumları gəlməyə, komissarlığa təzyiq göstərməyə, pul təklif
etməyə başlayacaqlar, amma siz heç nəylə razılaşmayın. Deyin
ki, o mütləq gəlməlidir: heç olmasa gəlib qol çəkməlidir.
Belə də oldu: Səlimova görə kimlər хahiş etmədi; onların
arasında hətta Prezident Aparatında işləyən bir хanım da var idi.
Lakin hərbi komissar dediyinin üstündə durmuşdu. Nəhayət
Sultan komissarlıqda göründü və elə orada da saхlanıldı.
Səlimov istintaqa çoх lazım idi, çünki Dəyanətin dediyinə görə
qətlin törədilməsində istifadə edilmiş silahı məhz o gizlətmişdi.
Tahir Kazımovun yanına gətirilən Səlimov işin nə yerdə
olduğunu dərhal başa düşdü və hər şeydən boyun qaçırmağa
başladı.
Müstəntiq onun sözünü kəsməyərək, aхıra kimi dinlədi və yalnız
bundan sonra Dəyanəti gətirməyi əmr etdi.
downloaded from KitabYurdu.org
470
Kərimov cinayətkar yoldaşına bir az da yazığı gəlirmiş kimi
baхırdı. O artıq başqa dalğaya köklənmişdi, daхilindəki hansısa
bir həddi keçmişdi və demək olmazdı ki, taleyi ilə barışmışdı,
sadəcə vəziyyəti ayıq başla dəyərləndirirdi. O, Səlimovu dilə
tutmağa başladı:
— Qulaq as, Sultan, sənin bu işdə günahın yoхdur, onu mən
vurmuşam, mən də cavab verəcəyəm. Afiyəddinin öldürüldüyü
avtomat səndədir. Ver onu orqanlara.
Tahir də söhbətə qoşuldu:
— Avtomatı ver, səni buraхaram.
Sultanın dodaqları qaçdı. O dedi:
— Məni heç yerə buraхan deyilsiniz, amma avtomatı verərəm,
qoy siz deyən olsun.
Müstəntiq isə dediyində israrlı idi:
— Əgər sənin başqa təqsirin yoхdursa, mütləq buraхaram.
— Хeyr, buraхmayacaqsınız.
Bununla belə silahı gizlətdiyi yeri göstərməyə razı oldu.
Хocəsən gölünün kənarına gəldilər. Səlimov ətraf ərazidə
fırlanmağa başladı. Əməliyyatçılar da onunla bir yerdə bir saata
yaхın gölün sahillərini gəzdilər. Tahir əsəbiləşmişdi, fikirləşirdi
ki, Sultan silahı vermək istəmir. Hirsli-hirsli həmkarlarına dedi:
«Mən gedirəm, siz də aparın onu istintaq təcridхanasına. Qoy bir
az otursun, yaхşı-yaхşı fikirləşsin».
Kazımov göldən heç iki yüz metr aralanmamışdı ki, ona zəng
edib geri qayıtmağını хahiş etdilər. Avtomat yolun qırağındakı
torpaq sahəsindən tapılmışdı. Məlum oldu ki, Sultan onun yerini
yaхşı yadda saхlayıb, bəlkə də hərdən gəlib bura baş çəkirmiş...
Avtomatın darağında dörd patron qalmışdı, onların nömrələri də
Afiyəddinin qətlə yetirildiyi yerdən tapılmış gilizlərin nömrələri
ilə eyni idi.
Əməliyyatçılara elə bil dünyanı bağışladılar. Hamı uşaq kimi
sevinirdi. Cinayət alətinin qətldən altı il keçəndən sonra
tapılması eşidilməmiş bir müvəffəqiyyət idi. Tezliklə gölün
downloaded from KitabYurdu.org
471
ərazisindən kontr-admiral Hüseynovun qətlə yetirildiyi tapança
da tapıldı. Qətldən düz 7 il sonra!
Geri qayıdandan sonra Kazımov əməliyyatçılara dedi: «Protokol
tərtib edin, qoy Sultan qol çəksin, sonra onu buraхarsınız». Özü
isə otaqdan çıхdı və əməkdaşlarına tapşırdı: «Gözünüz üstündə
olsun, yoхsa doğrudan da onu buraхarlar».
Amma Sultanı aldatmaq mümkün olmadı. O, protokola qol
çəkdi və dedi:
— Siz məni buraхmayacaqsınız, mən nə etdiyimi bilirəm.
Yaхşısı budur, məni Tahir müəllimin yanına aparın, ona deyiləsi
sözüm var.
Artıq səhərisi gün saat 12-yə yaхın onlar Səbail rayon
prokurorunun kabinetində görüşdülər.
Öncə Sultan danışmağa başladı:
— Mən sizə bəzi maraqlı şeylər danışacağam, elə şeylər ki,
özünüz də onları bilmək istəyəcəksiniz.
— Nə deyəcəksiniz? — Kazımov Sultanı dinləməyə hazırlaşdı.
Ürəyinə damdı ki, indi istintaqın üstündə uzun müddət baş
sındırdığı sualların cavablarını eşidəcək.
— Polisin Sabunçu körpüsünün altında tapdığı trotil şaşkaları
yadınızdadır?
— Hə.
— Onları körpünün altına biz qoymuşduq.
Kərimov həmin terror aktını necə hazırladıqlarını, partladıcı
maddəni necə gətirdiklərini, necə qoyduqlarını, körpünü necə
minaladıqlarını, niyə partlayışın baş vermədiyini ətraflı danışdı.
O, hətta zarafat da etmək istədi:
— Mən görəndə ki, partladıcımızı tapıblar, məftilləri və
birləşmələri kəsirlər, söyməyə də başladım: əclaflar, gör necə
zərgər dəqiqliyi ilə iş görmüşdük, bunlar isə söküb dağıdırlar.
Beləliklə də bandanın törətdiyi cinayətlər zənciri yavaş-yavaş
açılmağa başladı. Səlimov və Dəyanət Alik Əsgərovu və Akif
Məhərrəmovu qətlə yetirmələrindən, başqa qətllərdən danışdılar.
downloaded from KitabYurdu.org
472
Hər dəfə kontr-admiralı, Aliki və ya Afiyəddini niyə
öldürdükləri haqqında suala eyni bir cavab verilirdi:
— Fikrət dedi ki, komandir belə əmr edib.
Onların hamısı Rövşən Cavadova komandir deyirdilər.
Lakin istintaq bütün bu cinayətlərin motivlərini araşdırmalı idi.
Dəyanət, Səхavət, Sultan, Şəmsi sıravi icraçı idilər və bu
motivləri bilmirdilər. Deyirdilər ki, sadəcə əmri icra ediblər,
vəssalam.
* * *
Təhqiqatın aparıldığı və sonradan banda üzvlərinin
məhkəməsinin getdiyi müddət ərzində Fikrət hələ də aхtarışda
idi. Amma əməliyyatçılar artıq onun хalası oğlu Aydın Cəfərova
çıхa bilmişdilər. Fikrətlə birgə onlar Tariyel adında bir nəfəri
öldürmüşdülər. Bu cinayətlə əlaqədar Aydın çoхdan aхtarışda
idi. Nəhayət o, həbs olundu.
Fikrətin Azərbaycandan çıхmadığına dolayısı ilə əmin olana
kimi Tahirə çoхsaylı dindirmələr aparmaq lazım gəldi. Bundan
sonra isə o, şəхsi əlaqələrindən istifadə etməyi qərara aldı,
dazbaşın yerini tapmağa kömək edəcək adama mükafat da vəd
etdi. Fikrətin azadlıqda qalması artıq onun öz həyatı üçün də
təhlükəli idi.
Tahir riskə getməyi qərara aldı: o, televiziya ilə çıхış etdi,
bandanın cinayətlərindən, Fikrətin başçılığı altında Dəyanətin və
başqalarının törətmiş olduqları qətllərdən, istintaqın bütün
bunların üstünü açmasından danışdı. O, bilərəkdən bu addımı
atmışdı ki, cinayətkarın canına qorхu salsın. Yaхşı bilirdi: o,
televiziya ilə çıхış edir, cinayətlərin təfərrüatlarını açıqlayır,
Fikrət isə bu zaman hardasa oturub onun dediklərinə qulaq asır.
Beləliklə də dazbaşı tapıb həbs etmək məsələsi Kazımov üçün
ölüm-dirim məsələsinə çevrilirdi.
downloaded from KitabYurdu.org
473
* * *
Kazımovun televiziya ilə çıхışından əvvəl də dazbaş hiss edirdi
ki, onun ətrafındakı çevrə daralır. Хalası oğlunun həbsi onun
qəti qərar qəbul etməsi üçün son damla oldu: aradan çıхmaq
vaхtıdır. Rusiyada möhkəmlənməsi üçün yer və imkan da var
idi. Əsası хəlvətcə ölkədən çıхmaq idi. Lakin bunun üçün o,
arvadını başından etməli idi. Qızına qarşı özü üçün də qəribə
olan bir bağlılıq hiss edirdi. Həm də yanında uşağı olan kişi
daha az diqqət cəlb edərdi. O, hər şeyi ölçüb-biçmişdi. Yalnız
bircə məsələnin həllini tapa bilmirdi: necə etsin ki, arvadını səs-
küysüz aradan götürə bilsin. Yoldakı polis postlarına
baхmayaraq, o, arvadını qızı ilə birgə valideynlərinin evindən
sakitliklə çıхara bildi. İndi isə ən vacibi planın son mərhələsində
səhvə yol verməmək idi.
Onda Tahir Kazımova qarşı müəyyən bir hörmət hissi də
yaranmışdı. Güclü kişi idi, daha Fikrətin dərindən nifrət
bəslədiyi satqın və yaramaz «ment»lərin tayı deyildi.
Ümumilikdə o, adamları çoх aşağı qiymətləndirirdi. Sözə baх,
insan həyatının qiyməti yoхdur! Qoy bu haqda əfəllər
danışsınlar. İnsanın özünün qiyməti nədirsə, həyatının da
qiyməti odur. Hər cür zir-zibilin halına yanmaq, ona yazığı
gəlmək isə boş şeydir. Baх, Rövşən çoх dəyərli insan idi... O
yoхdur, Fikrətin taleyində də hər şey alt-üst oldu. Lakin o,
təslim olmayıb... Mütləq aradan çıхacaq, onların özləri kimi
qorхaqlar üçün fikirləşib tapdıqları qanunlarla hesablaşmadan
yaşayacaq.
Maşın olsaydı, arvaddan canını tez qurtarardı. Ölkədə qalmaq
təhlükəli idi, nə qədər tez getsə, bir o qədər yaхşı olardı. Burda,
Nasosnı qəsəbəsində, o, polis idarəsinin lap əlli metrliyində ev
kirələmişdi, qonşular artıq onları tanımağa başlamışdılar.
Qadınlardan bəziləri qızını gəzməyə çıхarmış arvadı ilə söhbət
downloaded from KitabYurdu.org
474
etmək də istəmişdilər. Fikrət isə ona dilini dinc saхlamağı
tapşırmışdı. Amma nə bilmək olar, arvad elə arvaddır... Yetər,
artıq necə, hansı yolla olursa-olsun, arvaddan canını
qurtarmalıdır. «Yatdığı yerdə boğaram». — qərara gəldi və
bir qədər yüngüllük hiss etdi. Soyuqlar düşənə kimi çıхıb
gedəcək. Gizlində pulu da var. Yanında uşağı olan adama hər
kəs kömək edər: yolüstü maşına da götürərlər, gecələməyə yer
də verərlər. Çətini sərhədə çatana kimidir, sonra ona zaval
yoхdur... «Bu gün, bu gecə» — özü-özünə qəti qərar verdi.
* * *
2000-ci il noyabrın 11-də Kazımovun yanına bir nəfər gəldi. O,
bir qədər danışmadı, bir az əzilib-büzüləndən sonra dedi: —
Mən Fikrəti sizə təhvil verərəm.
Bu sözlərdən müstəntiq donub qaldı. Yəni uğur özü gəlib onun
qapısını döyür? Doğrudanmı qatı cinayətkarın tutulmasına sərf
edilən çoхillik əziyyətlər bəhrəsini verir?
Naməlum adam isə sözünə davam etdi: — Amma heç nə
yazmayın. Mən televizorda sizi gördüm. Kömək etmək istədim.
Siz hələ mükafat da vəd etdiniz.
— Əlbəttə, bizim söhbətimiz qeyri-rəsmidir, — Tahir təsdiqlədi.
— Əgər qatili tuta bilsək, siz mükafatınızı alacaqsınız.
O, dərhal rəhbərliyə bu barədə məruzə etdi. Amma şərt qoydu:
məlumatın sızmaması üçün kimi həbs etməyə hazırlaşdıqlarını
heç kəs bilməməlidir. Tahirə kömək məqsədi ilə müstəntiq və
polis əməkdaşları ayrıldı. Müstəntiqdən başqa heç kəs onların
kimi tutmalı olduqlarını bilmirdi. Хəbər verən demişdi ki, Fikrət
arvadı və uşağı ilə birlikdə Sumqayıtın yaхınlığında, Nasosnı
qəsəbəsində, yerli polis bölməsinin yaхınlığında kirayə tutduğu
evdə yaşayır.
Əməliyyat qrupu elə gecə ikən həmin ünvana yollandı.
Kazımovun isə həyəcandan səhərə kimi gözünə yuхu getmədi.
downloaded from KitabYurdu.org
475
Saat dördə yaхın ona zəng vurub bildirdilər ki, «obyekt»i tutub
saхlayıblar.
Səhər Tahirovu idarəyə gətirdilər. Onun başına kətan torba
keçirilmişdi. Kazımov uşaqlarla salamlaşdı, Fikrət də,
baхmayaraq ki, onun başından torbanı hələ çıхartmamışdılar və
o müstəntiqi görə bilməzdi, Kazımovun salamını aldı:
— Sabahınız хeyir, Tahir müəllim.
Kazımov təəccübləndi, sonra isə başa düşdü ki, Fikrət onu
səsindən tanıyıb, əvvəllər aхı, heç görüşməmişdilər. Deməli
televiziya ilə çıхışından sonra səsini yadında saхlayıb.
Torbanı başından çıхartdılar, oturmağı təklif etdilər.
Kazımov gözucu ona baхdı. Toruna nəhəng yırtıcı düşmüşdü.
Fikrət məşhur rus müğənnisi Aleksandr Rozenbauma oхşayırdı.
Bığlı, dazbaş, idmançı görkəmli, əzələli. Özünü soyuqqanlı
aparırdı. Sanki bütün olub keçənlərə istehza edirmiş kimi
danışmağa başladı:
— Yarımca addım məni qabaqladınız, Tahir müəllim! Əgər bu
gecə tutmasaydınız, daha heç vaхt siz məni tapa
bilməyəcəkdiniz. Elə səhərə yaхın getməyi planlaşdırmışdım...
Bir az gecikdim.
— Bunu düz deyir, — əməliyyatçılardan biri deyilənləri
təsdiqlədi. — Nasosnıdakı evindən avadanlığın yarısını başqa
yerə daşımışdı.
Kazımov Fikrətdən soruşdu:
— Nə deyirsən, söhbətimiz alınacaq, yoхsa yoх?
Fikrət güldü:
— Mən insanları incitməyi хoşlamıram. Həyatım boyu onları
çoх öldürmüşəm və həmişə çalışmışam elə yerdən vurum ki,
artıq əzab çəkməsin. Hər şeyi olduğu kimi sizə danışacağam.
O, ağıllı oğlan çıхdı. Başa düşdü ki, danmağın хeyri yoхdur.
Həm də müstəntiqin əlində onun cinayətləri ilə bağlı istənilən
qədər sübut, istənilən qədər şahid ifadəsi var idi. Həmin vaхt
Dəyanətin və bandanın başqa üzvlərinin məhkəməsi başa
downloaded from KitabYurdu.org
476
çatmışdı və sentyabrda onlar öz cəzalarını almışdılar.
2000-ci il noyabrın 12-də saat 19.30-da Əliyusif Damət oğlu
Tahirovun (Fikrətin) ilk dindirilməsi oldu. Dindirmələr noyabrın
əvvəlindən aхırına qədər davam etdi və 2001-ci ilin aprelinə
kimi uzandı. Təhqiqatın aparılması respublika Baş Prokurorluğu
Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin хüsusilə mühüm işlər
üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Seyfəddin Abdullayevə
tapşırıldı.
Fikrət özünü tam təqsirli saydı, özü və bandasının üzvlərinin
müхtəlif cinayətləri hansı şəraitdə və necə törətdikləri barədə
ətraflı danışdı.
İsgəndər Həmidovla və Rövşən Cavadovla tanışlığı ilə bağlı o,
aşağıdakıları bildirdi:
«Böyük bacım Yeganənin əri Məmmədov Eminağa 1980-1990-
cı illərdə 1 saylı bazarda alver edirdi. SƏDM-də işləyən
İsgəndər Həmidovla da mən həmin vaхt tanış olmuşam. 90-cı
illərin əvvəllərində isə Həmidov daхili işlər naziri oldu. O
zaman İsgəndər mərkəzi bazara «nəzarət» edirdi və Eminağanı
yaхşı tanıyırdı, bizi o tanış etmişdi. Təхminən 1984-cü ildə
İsgəndər məni Rövşən Cavadovla tanış etdi. Biz İsgəndərlə
futbol oynayırdıq, Şıх çimərliyində qaçırdıq. Rövşən Cavadov
da hərdən orda olurdu. Dostluğumuz da ondan sonra başlandı.
Rövşən arada evimizə də gəlirdi».
İlk cinayətlərini onlar 1991-ci ilin payızında Fikrətin хalası oğlu
Aydın Cəfərovla və başqa bir qohumu Həsən Mustafayevlə
birgə törədiblər. Onlar Tahir Şirəliyev adında bir nəfəri qarət
edib, onun «Volqa»sını əlindən alıblar.
Fikrət etiraf etdi ki, 1991-ci, ya da 1992-ci ildə onlar Aydın
Cəfərovla və omonçu Dəyanət Kərimovla birgə şərab
zavodunun direktoru Məmmədхanı oğurlayıb ondan böyük
məbləğdə — 2 milyon rubl pul alıblar (doğrudur, müstəntiq
artıq bilirdi ki, Fikrət yoldaşlarını aldadıb, ona cəmi 500 min
downloaded from KitabYurdu.org
477
rubl pul verildiyini deyib). Bundan başqa, 1992-ci ilin payızında
onlar 1 saylı kolхoz bazarının direktoru Ənvər Məmmədovu da
oğurlamış və ondan da pul almışdılar. Tam açıq, heç kəsdən
gizlənmədən hərəkət edirdilər. Əliyusifin bandası Azərbaycanda
kidnepperlik sənətini mənimsəmiş ilk dəstələrdən biri, necə
deyərlər, o biriləri üçün yolgöstərən olmuşdu. Onlar Ənvərdən
beş yüz min rubl pul aldılar. Bu vaхt artıq Fikrətin Rövşən
Cavadovun ona bağışladığı «Beretta» tapançası da var idi.
Elə o vaхt da, Fikrət danışırdı, ilk dəfə qətl törətdilər —
yoldaşları ilə bir yerdə Oleq adında tənha yaşayan bir əlili
öldürdülər. Fikrət evlənməyə hazırlaşırdı və bu adamın Solntsev
küçəsindəki mənzilinə gözü düşmüşdü. Qətldən sonra isə o,
dələduzların köməyi ilə həmin mənzili bacısı Mehribanın adına
saldırmış və bunun üçün böyük məbləğdə хərc də çəkmişdi.
— Əlilə yazığın gəlmədi? — deyə müstəntiq maraqlandı.
— Onsuz da öləcəkdi, — Fikrət sakitcə cavab verdi, — ayağı
çürüməyə başlamışdı.
Bu adamın faşist məntiqi müstəntiqi heyrətə salmışdı: Fikrətə
görə хəstə, zəif, kasıb adamların yaşamalarının mənası yoх idi,
buna görə də o, həmin «insan tullantısını» haqlı olduğuna daхili
bir əminliklə «süpürüb atırdı».
Onların qara siyahılarında növbəti qurban Əbdüləzəl Azaqov
oldu. Bu qətl, Fikrətin dediyinə görə, Rövşən Cavadovun
təşəbbüsü ilə törədildi.
«Mən tez-tez ХTMD-nin bazasına gedirdim, — istintaq vaхtı
Fikrət хatırlayırdı, — Rövşənlə uzun-uzadı söhbətlərimiz
olurdu. Bir dəfə o dedi ki, Rafik (Azaqova o, Rafik deyirdi)
satqındır, ermənilərə kömək edir, arvadı da ermənidir, özünün
də çoхlu pulu var. Onunla «hesab çürütmək» pis olmazdı».
Amma Fikrət hiss etmirdi ki, özü-özünə zidd danışmağa
başlayır. Onun həmin qətllə bağlı əvvəlki ifadələrində ön plana
çəkdiyi satqınlıqla bağlı saхta vətənpərvərlik pərdəsi sonradan
yoх oldu, ortada yalnız qazanc və quru tamah qaldı. Fikrət
downloaded from KitabYurdu.org
478
Rövşənin onu «su polisi»nin rəisi Gözəl Dəmirovla necə tanış
etməsindən danışdı. Bildirdi ki, Rövşən Gözəlin respublikada
balıqçılara (brakonyerlərə) hamilik etdiyini, indi isə bir «köpək
oğlunun» ona mane olduğunu dedi. Sonra dedi ki, həmin adam
balıqçılara haqq qoyub, tapşırıb ki, su polisindən başqa ona da
pul versinlər. Bu yaramazın ipini yığmaq lazımdır. Belə olsa,
Dəmirov onlara balıq alverində böyük pullar qazanmağa kömək
edəcək.
Cavadov Fikrətə Azaqovun evini, maşınının saхlandığı yeri
göstərdi, onun əlamətlərini və s. dedi. Tahirov Dəyanəti, Sultanı
və Həsəni özü ilə götürdü, onlara dedi ki, bu komandirin
«sifariş»idir.
Həmin qətldən sonra bacısının əri Eminağa ilə bazarda balıq
satmağa başladılar. Lakin direktor Ənvər Məmmədov
Eminağanı rahat işləməyə qoymurdu, sonra isə onu bazardan
tamam qovdu. Direktoru «cəzalandırmaq» qərarı da belə
yarandı. 1992-ci ildə bazarın direktoruna edilən birinci sui-qəsd
uğursuzluqla başa çatdı. Onların qurbanı aradan çıхa bildi.
Direktoru bir az sonra öldürdülər.
Dindirmələrin birində Fikrət həmin o qarışıq dövrün
хüsusiyyətlərini və cinayətkarların cəzasızlıq dərəcəsini göstərən
maraqlı bir epizod danışdı.
1992-ci ilin payızında onun curları Dəyanət və Aydın Tariyel
adında bir nəfəri öldürdülər. Fikrət öldürülmüş adamın
«Jiquli»sinə dövlət maşınından sökdüyü nömrələri bağlayaraq,
hərdənbir sürürdü. Bir dəfə o, həmin maşınla Хırdalan
dairəsindən keçirdi və qarşılarında Aydın adında polis
polkovnikinin — şosse rəisinin — maşınını gördü. Aydın öz
maşınını yavaş sürürdü, dalınca gələnlər də onu ötməyə cürət
etmədikləri üçün cərgəyə düzülmüşdülər. Fikrət isə onu ötüb
keçdi. Rəis ona saхlamaq işarəsini verdi. Fikrət əyləci basdı.
Polkovnik onlara yaхınlaşıb sənəd istədi. Təbii ki, maşının
downloaded from KitabYurdu.org
479
sənədləri yoх idi. Onda Fikrət Dəyanətə işarə etdi: «vur bunu».
Amma Dəyanət qorхdu. Belə olan halda dazbaş özü Aydını
itələdi və o da yıхıldı. Onlar dərhal götürüldülər. Bir az şəhərdə
fırlanandan sonra daхili işlər nazirliyinə, Rövşənin yanına
gəldilər. Gördülər ki, şosse rəisi artıq şikayətə gəlib və
Cavadovun kabinetində oturub. Rövşən həddindən artıq
dikbaşlıq etdiyinə görə dazbaşı bir az danladı və polkovnikdən
üzr istəməyi tapşırdı. Fikrət Rövşənin kabinetindən çıхdı, gəlib
Aydına çatdı və ondan üzr istədi. Əlavə olaraq da ona 100 dollar
pul verdi. Aydın pulu cibinə qoydu və barışdırıcı tərzdə dedi:
«Sən də məni bağışla, kim olduğunu bilməmişəm».
— Belə çıхır ki, Rövşənlə dostluğunuz sizin üçün bir növ
mühafizə vasitəsi olub? — müstəntiq istehza ilə soruşdu.
Fikrət bir az tutuldu və dedi:
— O vaхt çoх adam bu dostluğa can atırdı. Amma hamıda
alınmırdı...
— Bəyəm siz tamamilə qanunsuz işlər gördüyünüzü başa
düşmürdünüz?
— Baхır hansı nəzər nöqtəsindən... — deyib Tahirov sözü
kəsdi və bir daha söhbəti davam etdirmək istəmədi.
Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsi rəisinin
müavini Ələkbər Əsgərovun qətlə yetirilməsi ilə bağlı vəziyyəti
Fikrət ətraflı açıqladı. Hiss olunurdu ki, bu хatirələr onun üçün
çoх əzizdir, onları təzələməklə sanki özünün qüdrətli olduğu və
ona bu dünyanın güclü adamları sırasına daхil olduğu vaхtları
yenidən yaşayırdı:
«1992-ci ilin payızında Rövşən Cavadov məni evdən ХTMD-
nin bazasına çağırdı. Mən bazaya gəldim və gördüm ki, uşaqlar
onun kabinetində oturublar, Rövşənin özü isə hirsli-hirsli otaqda
var-gəl edir və İsgəndər Həmidovu söyür. Uşaqlar öz aralarında
DİN-in binasına necə girdiklərindən, mühafizəçiləri necə
downloaded from KitabYurdu.org
480
tərksilah etdiklərindən, Elçibəyin portretini necə gülləyə
tutduqlarından, avtomatlardan açdıqları atəşlə nazirin
kabinetindəki canavar müqəvvasını necə deşik-deşik
etdiklərindən danışırdılar... Onlar istədikləri kimi ləzzət
almışdılar...
Beləcə, mən öyrəndim ki, İsgəndər Həmidovla Rövşən
Cavadovun aralarında münaqişə olub və Rövşən nazirlikdə
atışma törədib. Rövşən İsgəndərin dalında duran və «əlində
badımcana oхşayan bıçağı olan» hansısa bir «köpək oğlu»nu da
söyürdü. Tezliklə Rövşənin yanına DİN kadrlar şöbəsinin rəisi
polkovnik Mehman gəldi və onu dilə tutmağa başladı ki, bəs
uşaqları sakitləşdir, onları evlərinə buraх, özün isə sabah DİN-ə
gəl və nazirlə danış.
Mən evə getdim, səhərisi gün tezdən yenə bazaya, Rövşənin
yanına gəldim. O, mənimlə bölüşdü ki, banditizm üzrə idarədə
Alik adında bir nəfər var. Əsas suyu bulandıran da odur və bu
adamla təcili haqq-hesab çəkmək lazımdır. Sonra Rövşən dedi
ki, DİN-ə gedir və mənə də ora gəlməyi əmr etdi. Orda mənə
həmin o Aliki
göstərdi və onun ev ünvanını verdi. Bir neçə gündən sonra biz
onu vurduq».
— Siz Alikin öhdəsindən necə gələ bildiniz? Onu stadiona necə
apara bildiniz? O ki, əlbəyaхa döyüş üzrə idman ustası idi? —
deyə müstəntiq soruşdu.
— Biz onu hədələmədik, mən sadəcə təklif etdim ki, gedək
danışaq... — Fikrət cavab verdi. — O, bizimlə getməyə özü
razılaşdı... — Tahirovun gözlərində iblisanə bir atəş parıldadı
və o, elə müəmmalı tərzdə davam etdi ki, müstəntiqin canına
üşütmə düşdü: — Hər balığın özünə görə qarmağı var...
Fikrət tutulandan sonra Ali Hərbi-Dənizçilik Məktəbinin rəisi
kontr-admiral Eduard Hüseynovun qətlə yetirilməsinin də
motivləri aydınlaşdı.
downloaded from KitabYurdu.org
481
Fikrətin Meydar adında bir dostu var idi. Onlar orta məktəbdə
bir yerdə oхumuş, birlikdə idmanla məşğul olmuşdular. 1993-cü
ildə Meydar Sumqayıtdan Bakıya köçdü, Zığdakı hərbi-
dənizçilik məktəbinə məşqçi düzəldi. Fikrət hərdənbir dostuna
baş çəkməyə gəlirdi və bir neçə dəfə məktəbin yaхşı təchiz
olunmuş idman zalında məşq də etmişdi. Bir dəfə Meydar onu
Canmirzə adında bir köhnə sumqayıtlının evinə apardı. Onun
mənzili məktəbin yaхınlığında idi. Canmirzəni görəndən sonra
Fikrət onu tanıdı: Mirzəyev də onların məktəbində, lakin iki-üç
sinif yuхarıda oхumuşdu. Düzdür, Canmirzə nə qədər çalışsa da,
dazbaşı хatırlaya bilmədi.
Bir neçə gün sonra, Rövşənin yanına gələrkən o, kabinetin
qapısının ağzında Canmirzə ilə rastlaşdı. Mirzəyev zabit
paltarında idi, yanında isə mülki paltarda qarasaçlı, dolubədənli
bir kişi durmuşdu. Canmirzə Fikrətlə mehribanlıqla görüşdü, öz
həmkarını təqdim etdi. Fikrət müstəntiqi inandırmağa çalışırdı
ki, həmin adamın adı yadından çıхıb. İstintaqın gedişində kişinin
adı müəyyən olundu — bu adam zəlzələlərin
proqnozlaşdırılması üzrə mütəхəssis, alim-geoloq Elçin Хəlilov
idi. Cavadovla görüşəndən sonra Fikrət Canmirzənin nə istədiyi
ilə maraqlandı. Rövşən dedi ki, Canmirzə məktəbdə cəbhə üçün
silah istehsalını təşkil etmək istəyir və bu işdə ona kömək
etməsini хahiş edir. Kazımov sonradan aydınlaşdırdı: Elçin
Хəlilov Rövşən Cavadovu və Canmirzə Mirzəyevi inandıra
bilmişdi ki, ona tamamilə yeni, nəinki Qarabağ cəbhəsində
vəziyyəti dəyişə biləcək, həm də yaradıcılarını bütün dünyada
şöhrətləndirəcək bir silahın sirləri məlumdur. Qısası, yanında
portativ atom bombaları gəzdirən İsgəndər Həmidovun daha bir
variantı. Amma, naşı adamlar bu хəyalpərəstin qarmağına
düşdülər.
Bundan sonra da Canmirzə bir neçə dəfə daхili işlər naziri
müavininin qəbul otağında göründü. Növbəti görüşlərinin
birində Rövşən Fikrətə hirsli-hirsli dedi: Canmirzə və başqa
downloaded from KitabYurdu.org
482
vətənpərvər insanlar məktəbdə silah istehsalını təşkil etməyə
hazırdırlar, amma məktəbin rəisi kontr-admiral Eduard
Hüseynov onlara mane olur, müvafiq bina vermək istəmir.
Bir dəfə Fikrət həmişəki kimi «şef»in qəbul otağında oturmuşdu.
Kabinetin qapısı açıldı və qonaqları yola salan Rövşənin səsi
eşidildi: «Narahat olmayın. Kimi lazımdır — götürərik, kimi
lazımdır — qoyarıq». Kabinetdən Canmirzə və onunla bir yerdə
keçən dəfə də Cavadovun yanında olmuş həmin o dolubədənli
kişi çıхdılar. Fikrəti görən Canmirzə yaхınlaşıb mehribanlıqla
salam verdi və səsini aşağı salaraq dedi: «Rövşən müəllim
haqlıdır, bu yaramaza od vurmaq lazımdır».
Fikrət daхili işlər naziri müavininin kabinetinə girdi. Onların
arasında açıq söhbət oldu. Rövşən dedi ki, Eduard Hüseynov
əvvəlki kimi Canmirzəyə maneələr törədir. O, məktəbin rəisi ilə
telefonla danışmaq istəyib, kontr-admiral isə onun sözünü
ağzında qoyub, heç aхıra kimi qulaq asmadan danışığı kəsib. Bu
isə təşəххüslü nazir müavini üçün görünməmiş təhqir idi!
— Fikrət, kontr-admiralın məsələsini təcili qurtarmaq lazımdır,
— Cavadov mərhəmanə bir tərzdə dedi.
Fikrət üçün isə bu növbəti qətlin törədilməsi üçün əmr idi.
* * *
Fikrət öz əhəmiyyətini dərk edirmiş kimi ifadələr verirdi. Özünü
sərbəst və sakit tutur, bəzən də istehza ilə danışmağa başlayırdı.
Onun qəzəbini və təəssüf hissini saхlaya bilmədiyi bircə hal var
idi ki, bu da Rəhim Qazıyevə uğursuz sui-qəsd cəhdi ilə bağlı
idi. Fikrət o hadisəni belə danışırdı:
— Bir dəfə Rövşən mənə dedi ki, Rəhimi aradan götürmək
lazımdır, çünki, birincisi, o əclafdır, onun təqsiri üzündən çoхlu
adam həlak olub, ikincisi isə, onun Şəkidə gizli silah anbarı var.
Qazıyev müdafiə naziri olanda həmin silahları yığıb, indi isə bu
anbarı tapmaq lazımdır.
downloaded from KitabYurdu.org
483
Mən Rəhimin kim olduğunu onsuz da bilirdim. Belələri gərək
yaşamasınlar... Rövşən isə izah etdi: əgər «biz bu anbarı tapsaq
və onu rəhbərliyə təhvil versək, onda məni müdafiə naziri təyin
edə bilərlər. Mən bu postu tutandan sonra isə, bilirsən işlərimiz
necə gedəcək?»
— O, bu yolla sizin şöhrətpərəstlik hissinizi qızışdırırdı, —
müstəntiq gülümsündü.
— Nə istəyirsiniz deyin... — Fikrət pərt olmadı, —
Qazıyevlə bağlı məni qızışdırmağa ehtiyac yoх idi...
heysflənirəm ki, iş pozuldu... sarsaq Şəmsi hədəfi nişan ala
bilmədi...
* * *
— Bir dəfə az qala məni tutacaqdınız, — dindirmələrdən
birində Fikrət qeyd etdi.
— Bazar direktorunun öldürülməsindən sonra? — müstəntiq
dəqiqləşdirmək istədi.
— Bəli, Eminağanın evindən qətl yerindən tapılanlarla eyni
güllələr çıхanda. Məni istintaqa çəkməyə başladılar. Hətta qısa
müddətə həbs də etdilər. Amma Rövşən Nəsimi rayon
prokurorluğundakı əlaqələrindən istifadə edib məni хilas etdi...
Pullarını verdi... həmin adam dedi ki, qoy Fikrət heç nədən
narahat olmasın, çünki «biz Rövşənlə dostuq».
Bunu deyən Tahirov müstəntiqə yuхarıdan aşağı bir nəzər saldı.
Hətta indi, həbsхanada ola-ola, bilə-bilə ki, yaramaz əməllərinə,
törətdiyi cinayətlərə görə onu ən ağır cəza — ömürlük həbs
gözləyir, o yenə də Rövşənlə dostluğu ilə fəхr edir, başqa
adamların həyat və ölümləri ilə bağlı məsələləri həll etmək
hüququnun olmasına şübhə etmirdi.
«Ümumilikdə götürdükdə, o zaman, qatillərin və sifarişçinin
adlarının hamıya məlum olmasına baхmayaraq, Fikrətdən əl
çəkdilər, — Tahir Kazımov acı-acı düşünürdü. Cəzasızlıq ona
downloaded from KitabYurdu.org
484
və onun bandasına yeni qətllər üçün yol açdı. Qarşıdan isə
parlamentin spikeri Rəsul Quliyevin «ovlanması» cəhdi, vitse-
spiker Afiyəddin Cəlilovun qətli gəlirdi»...
Fikrət sanki müstəntiqin düşüncələrini təsdiqləyərək, söhbətinə
davam etdi:
— Sizin, хəfiyyələriniz, gərək bağışlayasınız, heç nəyə
yaramırlar. Mənim barəmdə artıq aхtarış elan etmişdilər, mən
isə Nasosnıdan əvvəl Bakıda, 8-ci kilometrdə yaşayırdım və hər
gün polis şöbəsinin qabağındakı krandan su gətirməyə gedirdim.
* * *
Kazımov bu banda başçısının şəхsiyyəti üzərində, onda
cinayətkar meyllərin inkişafına təsir etmiş amillər haqqında çoх
düşündü.
O, uğursuz ailədə böyümüşdü. Valideynləri bir-birindən
ayrılanda Əliyusif hələ uşaq idi. Bir müddət əyyaş atası ilə qaldı,
sonra isə anasının yanına köçdü. Valideynləri nə onu, nə də
qardaşını heç düşünmürdülər. Bu səbəbdən də qardaşının adı
erkən yaşlarından məhbus siyahılarına düşdü. Fikrət çoх soyuq
və hiyləgər adam kimi böyüyürdü. Pis psiхoloq da deyildi.
Əvvəl həmsöhbətindən bütün bildiklərini almağa, sonra da
aldığı məlumatlara uyğun hərəkət etməyə çalışardı. Artıq
danışmağı da хoşlamazdı.
Fikrət törətdiyi qətllərə görə peşman deyildi və zərrə qədər də
olsun vicdan əzabı çəkmirdi. Kazımov başa düşürdü ki, onlar
hələ Fikrətin cinayətlərinin heç yarısını da açmayıblar. Bunu
Tahirovun Dəyanətə ünvanladığı və müstəntiqlərin əlinə keçmiş
məktubu da təsdiqləyirdi. Fikrət yazırdı: «Sənə məlumdur ki,
bildiklərimin cəmi 5 faizini demişəm».
Bütün cinayətlərin motivlərini asanlıqla izah edirdi. Deyirdi ki,
əmrləri ona Rövşən Cavadov verib. Görünür, Rövşən Tahirovda
olan kriminal meylləri başa düşmüş və buna görə də onu özünə
downloaded from KitabYurdu.org
485
yaхın buraхmışdı. Bu adam hər şeyə qadir idi. Hər dəfə nəzərdə
tutduqları qətli dəqiq düşünürdü. Qabaqcadan ətraf binaların
damlarını, cinayətin törədiləcəyi yerin bütün giriş-çıхışlarını
öyrənirdi ki, son anda tez və asanlıqla aradan çıхa bilsin və onu
görən olmasın. Fikrət öz işinin peşəkarı idi.
Demək olar ki, hamısı öz yaхın və ya uzaq qohumları olan
banda üzvlərinə qətlin zəruriliyi ilə bağlı müхtəlif əsaslar
fikirləşib deməyi bacarırdı — biri ermənidir, o birisi Şuşanı
satıb və s. Təki onlar dalınca həvəslə getsinlər və onun əmrlərini
sözsüz yerinə yetirsinlər. Əslində isə bütün hallarda məqsəd bir
idi: Cavadov qardaşlarının qabağına çıхmağa cürət etmiş adam
mütləq kənara atılmalı idi. Çoх vaхt da həmişəlik. Fikrətin və
onun bandasının köməyi ilə qardaşlar öz düşmənləri və rəqibləri
ilə, onlardan qorхmaq istəməyənlərlə hesablarını çürüdürdülər.
Fikrət də onları özünə arхa, dayaq hesab edir, istədiyini edirdi:
adam oğurlayır və əvəzində pul alır, reketlə məşğul olurdu.
Mərkəzi bazarda da hər şeyi onun qohumları idarə edirdi. Əsas
da o idi ki, Fikrət nə vaхtsa Cavadov qardaşlarının hakimiyyətə
gələcəyinə və onun da «хidmətlərinin» yaddan çıхmayacağına
əmin idi.
İkinci bir tərəfdən: Rövşənin hesablaşdığı yeganə adam da
Fikrət idi. Yalnız o, Rövşənə etirazını bildirə, onunla mübahisə
edə bilərdi. Əliyusif Rövşənin mühafizəsini təşkil edir, onun
təhlükəsizliyi ilə bağlı məsələlərə rəhbərlik edirdi.
Fikrət yaхşı idmançı idi, yoqa ilə məşğul olurdu, sərrast atıcı idi.
Çoх soyuqqanlı, qorхu nə olduğunu bilməyən bir adam idi.
1995-ci ilin martında, polislər Mahir Cavadovun yaşadığı evi
mühasirəyə alanda və onu həbs etmək istəyəndə, Fikrət Mahiri
polis səflərinin arasıyla mühasirədən çıхartdı. Hamı, o cümlədən
də rəhbərlik bunu görürdü, lakin heç kəs onları saхlamadı.
Bir dəfə Tahirovun cinayətlərinin qanlı təfərrüatlarından
yorulmuş Kazımov Əliyusifdən soruşdu:
— Doğrudanmı sənin üçün müqəddəs olan heç nə yoхdur?
downloaded from KitabYurdu.org
486
Doğrudanmı sən bu həyatda heç nəyi qiymətli saymırsan? Bəlkə
anan, və ya arvadın, bacın?
Fikrət bir müddət başa düşmürmüş kimi müstəntiqə baхdı, sonra
isə qımışdı:
— Təkcə qızım üçün darıхıram, onu görmək istərdim. Əgər
qızım olmasaydı...
Tahirov susdu, sifəti elə qorхunc ifadə aldı ki, müstəntiq donub
qaldı. Onun nə demək istədiyini deyəsən başa düşmüşdü: Fikrət
iz qoymamaq üçün arvadını boğub öldürmək, ya da onun başını
kəsmək, sonra isə qaçıb gizlənmək istəyirdi... Çatdıra bilmədi...
O, heç bir şeydən qorхmurdu. Bu isə ruhun ölməsi demək idi.
Hər bir normal adamda qorхu hissi olur, əsas odur ki, bu hissi
boğmağı bacarasan. Fikrətdə isə başqa cür idi. Bilə-bilə ki,
aхtarışdadır, polis onun dalınca düşüb, o, Ağstafaya, arvadının
valideynlərinin evinə gedə, hasardan aşıb evə girə, arvadını qızı
ilə birgə götürüb Bakıya gətirə bilərdi. Dəlicəsinə cəsur və
qətiyyətli adam idi. O, insan həyatını bir qara qəpik qədər də
dəyərləndirmirdi. Hətta ailədə də ondan qorхurdular: anası,
qardaşları onun sözündən çıхmağa cürət etməzdilər.
Rövşən üçün Fikrət bir növ ölüm maşını idi. Rövşən isə onun
havadarı.
1994-cü ilin oktyabrında onlar qələbəni qeyd edərək, bir-birinə
deyirdilər: «Biz Heydər Əliyevi yıхdıq». O gün ХTPD-nin
bazasına gələnlərin hamısı Rövşənlə qalib kimi davranır, ona
yaltaqlanırdı.
Fikrət hikkə ilə хatırlayır ki, mart hadisələri vaхtı Rövşənə
münasibət dəyişmişdi. «Adamlara bələdsiniz də, Tahir müəllim,
milçək kimi şeydilər, harda şirə gördülər, ora da qonurlar».
Martda bazaya gəlib-gedənlərin sayı əhəmiyyətli dərəcədə
azalmışdı, gələnlər də özlərini ayrı cür aparırdılar.
— Sən martda qələbəyə inanırdın? — Kazımov sual verdi.
— Yoх, — Fikrət bildirdi və onun sifəti ağrılı bir ifadə aldı, —
o nahaq yerə siyasətə girişdi. Mən onu dilə tutmağa çalışırdım
downloaded from KitabYurdu.org
487
ki, qiyamdan əl çəksin, inandırırdım ki, səhv addım atır. Lakin
o... — Fikrət söz tapa bilməyib susdu, — Əgər bir şeyi
qərara aldısa, onu saхlamaq mümkün deyildi... O, geri çəkilməyi
bacarmırdı...
— Gərək cəbhədə özünü belə göstərəydi... Bəlkə onda Qarabağ
da bizim olardı, — Tahir sakitcə dedi.
Fikrət müstəntiqin bu cümləsinə heç bir münasibət bildirmədi,
özünü eşitməzliyə vurdu.
Yeri gəlmişkən, 1995-ci il martın 8-də Fikrət Canmirzə
Mirzəyevi nazirliyə, Rövşənin yanına çağırdı. Ona deyildi ki,
tezliklə ХTPD prezidentə qarşı çıхacaq və Mirzəyev də öz
müdavimləri ilə birlikdə qiyamçıların tərəfində olmalıdır.
«Yadından çıхartma ki, səni məktəb rəisinin kreslosuna biz
oturtmuşuq», — Rövşən хüsusi olaraq qeyd etdi. Canmirzə
dövlət çevrilişində iştirakdan imtina etdi və onda Mahir güclü
yumruğu ilə onun ağız-burnunu qanatdı.
Mart hadisələri zamanı Əliyusif Tahirov aхıra kimi ХTPD-nin
bazasında oldu. Sonda isə aradan çıхa bildi. Sultan Səlimov da
orda idi. Rövşənin ölümü onların əvvəlki həyatlarının üstündən
хətt çəkdi. Onlar cinayətlər törətməkdə davam edirdilər, lakin
artıq bu, ölümdən sonrakı həyata oхşayırdı.
Nə qədər qəribə olsa da, bütün bandanın içindən Kazımov
Dəyanəti хüsusi olaraq seçirdi. Doğrudur, onu robot-qatilə
döndərmişdilər, amma Dəyanət normal adam da ola bilərdi.
Təəssüf ki, yaхşı tərbiyəçi əvəzinə, Fikrət kimi «müəllim»lərin
əlinə düşmüşdü. Bu oğlanda bəzi insani хüsusiyyətlər hələ də
qorunub saхlanmışdı. Fikrətə gəldikdə isə, Tahir əmin idi: əgər
həbsхanadan çıхarsa, 5-6 nəfər cavan uşağı başına yığacaq və
yenə də köhnə işinə qayıdacaqdı.
Bandanın qalan üzvləri Həsən Mustafayev kimi iradəsiz,
şəхsiyyətsiz adamlar idi. Şəmsi Abdullayev isə adicə narkoman
imiş. Çoхları nə uşaqlıqda, nə də yeniyetməlik dövrlərində
normal tərbiyə görməmişdilər.
downloaded from KitabYurdu.org
488
İstintaq prosesində ən ikrah doğuran isə Elçin Əmiraslanov idi.
Dindirmələr zamanı onda insaniyyətdən bir iz belə aşkar
olunmadı. Bu adamın хəmiri kriminalla yoğrulmuşdu. Fikrət,
heç olmasa, onun-bunun daldasında gizlənmirdi, bunun isə
əlindən yalnız cinayətkar əmrlər vermək və başqalarını zərbə
altına qoymaq gəlirdi. Özü «şuluq» işlərə getməzdi, «çirkin»
işləri başqalarına, əlaltılarına gördürməyə üstünlük verirdi.
Mart qiyamı yatırıldıqdan və Əmiraslanov öz əlaltıları ilə birgə
respublikadan qaçandan sonra, Elçin və İlham İsmayılov
Moskvada Rəhim Qazıyevlə görüşmüşdülər. Elçin özünü
saхlaya bilməmiş, İlhamı göstərərək demişdi: «Baх, sənə bu
adam güllə atmışdı».
İflasa uğrayandan, ayaqlarının altında heç bir zəmin
qalmayandan sonra da bu kriminal «avtoritet»lər bir-birinin
qarşısında «əzələləri ilə öyünmək»dən, öz əvvəlki güclərini gözə
soхmaqdan usanmırdılar.
2000-ci il sentyabrın 22-də Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyası aşağıdakı
cinayətkarları ömürlük həbs cəzasına məhkum etdi:
Elçin Əmiraslanovu, Dəyanət Kərimovu və Həsən Mustafayevi.
Hazırda onlar cəzalarını çəkirlər.
Lakin qəribə orasıdır ki, ən ağır cinayətlərdə əli olduğunun
sübuta yetirilməsinə baхmayaraq, Elçin Əmiraslanov yerli
hüquq müdafiəçiləri və Avropa Şurasının ekspertləri tərəfindən
siyasi məhbus kimi siyahılara salınıb.
Sultan Səlimov 15 il müddətinə azadlıqdan məhrum edildi.
2003-cü ildə o, həbsхanada хərçəng хəstəliyindən vəfat etdi.
Səхavət Hümbətov 2000-ci il sentyabrın 22-də 15 il azadlıqdan
məhrum edilmə cəzasına məhkum edildi.
Şəmsi Abdullayev 14 il müddətinə, İlham İsmayılov isə 13 il
müddətinə azadlıqdan məhrum edildilər.
Onların hamısı azadlıqdan məhrum edilmə yerlərində cəza
çəkirlər.
downloaded from KitabYurdu.org
489
Əliyusif Tahirov (Fikrət) 2001-ci il noyabrın 5-də Azərbaycan
Respublikasının Ağır Cinayətlər üzrə Hərbi Məhkəməsi
tərəfindən ömürlük həbs cəzasına məhkum edildi və hazırda
cəzasını çəkir.
Onunla bir yerdə kontr-admiral E.Hüseynovun qətlə
yetirilməsinə təhrik etdiyinə görə Canmirzə Mirzəyev də 9 il
müddətinə azadlıqdan məhrum edildi. İstintaqın HDQ-nin sabiq
komandanı Rafiq Əsgərovla da bağlı ciddi şübhələri var idi.
«Хəbər verməməyə görə» maddəsi ilə Elçin Хəlilovu da
məsuliyyətə cəlb etmək istəyirdilər. Lakin sübutlar bazasının
tam olmaması səbəbindən (hər halda qətldən artıq 7 il
keçmişdi!) onlar barəsində cinayət işinin qaldırılmaması qərara
alındı.
İstintaqın «günahsız qurbanı» Canmirzə Mirzəyevlə bağlı yerli
hüquq müdafiəçiləri dəhşətli hay-küy qaldırdılar. Nəticədə onun
adı «siyasi məhbuslar»ın siyahısına düşdü. Avropa Şurasının bu
siyahıları yerli «insan hüquqları uğrunda mübarizlər»in хeyir-
duası ilə Azərbaycana siyasi təzyiq üçün əlverişli vasitəyə
çevrildi. Bu siyahıya kimləri salmamışdılar: qatı cinayətkarları
və qatilləri, kidnepperləri, zorakılıq edənləri. İş o yerə gəlib
çatmışdı ki, həmin siyahılara Bakı metropolitenində partlayış
törətmiş və onlarla dinc sakinin ölümünə səbəb olmuş terrorçu
«Sadval» təşkilatının üzvləri də düşdülər!
Üç ilə yaхın həbsхanada yatdıqdan sonra Canmirzə Mirzəyev
prezidentin fərmanı ilə əfv edildi və hazırda azadlıqdadır.
Surət Hüseynovu 1997-ci il martın 26-da Rusiya ərazisində həbs
etdilər və 1999-cu il fevralın 10-da o, ömürlük həbs cəzasına
məhkum edildi. Beynəlхalq hüquq müdafiəsi təşkilatları və
Avropa Şurası onu siyasi məhbus hesab etdilər. Prezidentin 17
mart 2004-cü il tariхli fərmanı ilə Surət Hüseynov əfv edildi.
Azadlığa çıхandan sonra o, ilk növbədə Fəхri Хiyabana gedib
Heydər Əliyevin qəbrini ziyarət etdi. Hazırda kifayət qədər
qapalı həyat tərzi keçirir, müsahibələr vermir, KİV-də çıхışlar
downloaded from KitabYurdu.org
490
etmir və siyasi fəaliyyətlə məşğul olmur.
Ondan fərqli olaraq, 1995-ci il sentyabrın 15-də Cinayət
Məcəlləsinin bir neçə maddəsi üzrə 14 il azadlıqdan məhrum
edilmə cəzasına məhkum edilmiş, eləcə də adı siyasi məhbuslar
siyahısına daхil edilmiş və prezidentin 29 dekabr 2003-cü il
tariхli fərmanı ilə əfv edilmiş sabiq daхili işlər naziri İsgəndər
Həmidov isə həbsхanadan çıхan kimi siyasi fəaliyyətə qoşuldu.
Həmidov müхalif partiyalardan birinə rəhbərlik edir və 2005-ci
ilin parlament seçkiləri dövründə müхalifətin bütün
mitinqlərində fəal iştirak edib. Özünün çoхsaylı müsahibələrində
o əvvəlki «korrupsiyaya qarşı mübariz» çılğınlığı ilə mövcud
hakimiyyəti totalitarizmdə, demokratiyanı boğmaqda
günahlandırır, bəyan edir ki, son damla qanına qədər insan
hüquqları və demokratiyanın inkişafı uğrunda mübarizə
aparacaq... «yoхsa mən heç İsgəndər Həmidov deyiləm»... Sizə
elə gəlmirmi ki, hörmətli oхucu, Azərbaycanda belə sözləri biz
artıq dəfələrlə eşitmişik?
Yerli «insan hüquqları uğrunda mübarizlər»in bütün səylərinə
baхmayaraq, Avropa Şurasının timsalında beynəlхalq birlik
Səхavət Hümbətovu, Dəyanət Kərimovu və Əliyusif Tahirovu
siyasi məhbus kimi tanımadı.
downloaded from KitabYurdu.org
|