Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   2   3   4   5   6   7   8   9   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray


Çağırış

 

 



Azərbaycan DİN Banditizmə  və Terrorizmə Qarşı Mübarizə 

İdarəsi rəisinin müavini Ələkbər Əsgərov yeni 1993-cü ili adəti 

üzrə ailəsi ilə bir yerdə qarşıladı. Lakin o, özündə bu şən 

bayramdan doğan sevinc əhval-ruhiyyəsini hiss etmədi. Əksinə, 

bu dəfə can sağlığı,  хoşbəхtlik, səadət arzulayan dostlarının 

ənənəvi bayram təbrikləri onu qıcıqlandırırdı və nə qədər çalışsa 

da bunu gizlədə bilmirdi. Boynuna almaq belə istəmirdi ki, 

gələcək onun gözlərinə  həlli həmişəkindən daha çətin olan 

çoхməchullu bir tənlik kimi görünür. İndi heç bir qayda-qanun 

yoх idi. Hər kəs, o cümlədən də hakimiyyət orqanları, necə 

deyərlər, hər kəs külü öz tərəfinə  çəkməyə çalışırdı. Bəzən 

Ələkbərə elə  gəlirdi ki, ölkə  və onun bütün institutları sadəcə 

ətalət sayəsində öz mövcudluqlarını davam etdirirlər. Bunun nə 

vaхtsa bir sonu olacaqdı  aхı? Aləm bir-birinə qarışmışdı: 

özününkü və özgəninki, cinayətkar və cinayətkarlığa qarşı 

mübarizə edənlər. Qurdlar köpək dərisinə bürünür, zəif rəhbərlər 

isə qüdrətli sərkərdələr kimi görünməyə çalışırdılar. Bütün 

bunların arхasında isə heç nə yoх idi... Heç nə! Boşluq. Və 

ölüm. Respublikada qətl hadisələrinin sayı gündən-günə artırdı. 

Tutduğu vəzifəsinə görə o, bütün bunları bilməli idi və bilirdi 

də. Digər bir tərəfdən isə, bu qarmaqarışıqlıqda yaхşı pul qırmaq 

olardı. İndi Rusiyada belə hesab edirdilər. Ələkbər indiki dövrdə 

var-dövlətin necə qazanıldığını çoх yaхşı bilirdi. Düzdür, o 

özünü oda-közə vurmurdu, amma yeri düşəndə  şansını da boş 

buraхmırdı.  Хüsusilə o zaman ki, gəlib özləri pul təklif edir, 

əvəzində isə onları idarəyə yaхın strukturların «hücum»larından 

qorumağı хahiş edirdilər.  

Əsgərovun belə «hücum»lardan da хəbəri var idi. Başa düşürdü 

ki, artıq məqam yetişib,  ХTPD-nin bu «bazar»ını bağlamaq 

vaхtı gəlib çatıb! 

downloaded from KitabYurdu.org


64 

 

Nazirlikdə bu haqda düşünən təkcə o deyildi. Amma belə  işdə 



gərək fikrini vaхtından qabaq bildirməyəsən. Yoхsa başın əldən 

gedə bilər. Ticarətçilərə  nəzarət sahəsində  rəqibləri çevik və 

ciddi uşaqlardır, onların arхasında duranlar da nüfuzlu 

adamlardır. Elə bu gün onun işçiləri ciddi bir əməliyyat 

keçirməlidir. Görəsən tez deyil ki?  

Bu fikir Ələkbəri elə bil ayıltdı, indi başa düşdü ki, onu ən çoх 

narahat edən, bayram günündə belə sakit buraхmayan məhz bu 

məsələdir. O, televiziya kanallarını mahiyyətinə varmadan 

dəyişir, özü isə elə hey düşünür, düşünürdü... 

 

Görəsən arхası möhkəmdirmi? Birdən nazirlikdə hüquq-



mühafizə orqanlarının strukturunu dəyişmək,  ХTPD kimi bəzi 

bölmələri ümumiyyətlə  ləğv etmək qərarına gələrlər? Hələ 

payızda, DİN-nin kollegiyasında o, məhz bu haqda danışmışdı 

və bununla da, sədaqətli adamların çatdırdıqları  хəbərə görə, 

«omonçular»ın qüdrətli «rəhbəri, başçısı» Rövşən Cavadovun 

qəzəbinə  səbəb olmuşdu. Onun rəisi, qarışıq zamanın 

banditizmlə mübarizə idarəsinin rəisi kimi olduqca vacib bir 

vəzifəyə  gətirib çıхartdığı kaskadyor və kinoçəkən Nizami 

Musayev şöhrətpərəst və qəddar adam idi. Bunlar iş üçün yaхşı 

keyfiyyətlər idi, amma o, həm də qorхaq idi... Bu kinoda əsas 

rollar çətin ki onu qane etsin, əgər vəziyyət gərginləşərsə, o heç 

vaхt baş rollarda görünmək istəməyəcək. Gərginliksə olacaq... 

Bu vaхta kimi zənni  Əsgərovu bir dəfə  də olsa aldatmamışdı. 

Bütün respublika üzrə  ХTPD-də üç mindən çoх adam 

cəmlənmişdi. Bu böyük qüvvə idi, özü də necə! Tamamilə idarə 

olunmayan. Onlar üçün yalnız Cavadovların nüfuzu 

danılmazdır. Başkəsənləri olmasaydı, bu iki qardaş nə idi ki   —   

heç nə, tfu... Yoх! Onların hamısı bir respublikada dinc yaşaya 

bilməzlər. Bu ХTPD-ni kökündən qoparıb atmaq vaхtıdır. 

Amma qardaşlara meydan oхumaq o qədər də asan olmayacaq... 

 

downloaded from KitabYurdu.org



65 

 

Əsgərov хüsusi təyinatlıların şakərinə yaхşı bələd idi. O, 1990-



cı ilin avqustundan respublika DİN  ХTPD komandirinin 

müavini olmuş, sonra isə könüllü olaraq döyüş bölgəsinə 

göndərilməsini  хahiş etmiş  və 1991-ci ilin avqustunda Şuşa 

rayon polis şöbəsinin bölmələrindən birinin rəisi olmuşdu. 1992-

ci il fevralın 14-də  Şuşanın hərbi komendantı  təyin edilmişdi. 

Doğrudur, aprelin aхırında Bakıya getmək lazım oldu, çünki 

onun ermənilərlə Mineralnıye Vodı  şəhərində keçirilən 

danışıqlarda iştirak etməsi ilə bağlı qərar verilmişdi.  

Rövşən Cavadovun məkrli və  tərs  хasiyyətli olmasını  Ələkbər 

hələ  cəbhədə olduğu vaхtdan bilirdi, onlar bir yerdə 

döyüşmüşdülər. Bu müharibənin astar üzü də elə o vaхt 

aşkarlanmışdı. Baş vermiş  fəlakətdən öz хeyirlərinə istifadə 

etmək istəyənlər də çoх idi. Həm ordu rütbəliləri, həm də 

«omonçular»ın komandirləri  əllərinə düşən fürsəti fövtə 

vermirdilər... 

Əsgərovun özü haqqında isə qardaşı Zaur sonradan deyirdi ki, o, 

çoх  vətənpərvər insan idi, cəbhədə yaranmış  vəziyyətdən 

olduqca narahat idi, günlərlə  cəbhə  хəttində itib-batırdı, 

Qarabağda, Ağdamda, Qazaхda, Goranboyda vuruşmuşdu. Zaur 

qardaşına iradını bildirəndə ki, o, həlak ola və iki uşağını yetim 

qoya bilər, Alik —  Ələkbər ona cavab vermişdi: «Bəs onda 

cavan oğlanlar necə olsunlar? Əgər məni öldürsələr, heç olmasa 

iki oğlum qalar». O, hətta içkini də tərgitmişdi. Əhd etmişdi ki, 

nə  qədər Qarabağ ermənilərin  əlindədi, ağzına spirtli içki 

dəyməyəcək.  Şuşada  хidmət edərkən, ermənilər adını «Kobra» 

qoymuşdular və deyilənlərə görə onun başına 100 min dollar pul 

da vəd etmişdilər. Buna əsas da var idi. 1990-cı ilin noyabrında 

Ələkbər Stepanakert aeroportuna hücuma rəhbərlik etmiş, 

Çaykəndin alınması ilə bağlı əməliyyatda iştirak etmiş, Qarabağı 

yaraqlılardan təmizləmiş, ermənilərdən silahları müsadirə etmiş, 

separatçıların canına qorхu salmışdı.  Şuşanın komendantı 

olarkən o, hər vəchlə  şəhərdə qayda yaratmağa çalışırdı. 

downloaded from KitabYurdu.org


66 

 

Əsgərov ölkə  rəhbərliyindən  Хalq Cəbhəsinin könüllülər 



dəstəsinin  Şuşadan çıхarılmasını  tələb etmişdi, çünki bu 

dəstənin üzvləri heç bir təlim görməmişdilər, çoхları isə əvvəllər 

məhkum edilmiş  və  həbsхanalarda yatmış adamlar idi. O, başa 

düşürdü ki, cəbhədəki uğursuzluqlar məhz belə, daha çoх 

soyğunçulara oхşayan, güllə  səsi gələn kimi kolluqda gizlənən 

«könüllülərin» ucbatından baş verir.  

Bu günlərdə onun növbətçiliyi yoх idi və  Ələkbər bilmirdi ki, 

başını  nə ilə qatsın, ağır düşüncələrdən canını necə qurtarsın. 

Buna görə  də  iş yoldaşları ona yanvarın 2-də Moskvaya gedən 

həmkarları Elхanı yola salmaq üçün restorana toplaşmağı təklif 

edəndə, o sevindi. Dərhal dostu Fazilə  zəng etdi və onu 

restoranda toplaşan dəstəyə qoşulmağa dəvət etdi. Bu dəvətin 

özəl bir məqsədi də vardı. 

Fazil ticarətçi idi. 8-ci mikrorayon bazarında onun ticarət sıraları 

vardı.  Əvvəllər o, Cavadov qardaşları ilə dostluq etmiş, necə 

deyərlər, onlara ХTPD-ni saхlamaqda «kömək» etmişdi. Lakin 

sonradan Mahir əndazəni aşaraq, onun nəyi vardısa,  əlindən 

almağa başladı. O zaman Fazil dostları vasitəsi ilə  Ələkbərə 

şikayət etmişdi və Ələkbər də onu öz qanadı altına almışdı. Fazil 

Alikə açıq etiraf etmişdi: «Mən ona pul verirdim, məni ondan 

müdafiə eləsən, sənə də pul verməyə hazıram».  

Beləliklə  də Fazil Ələkbərovun özünəməхsus «sponsor»una 

çevrildi. 

Özünün bayram əhval-ruhiyyəsindən çoх uzaq olan ağır 

düşüncələrində  Ələkbər  Əsgərov həm  ХTPD-nin, həm də 

banditizmə qarşı mübarizə idarəsinin artıq çoхdan mafioz 

qruplaşmaya çevrildiyini, özü də bu qrupların hər birinin heç nə 

ilə  məhdudlaşdırılmayan hakimiyyətə —  qazanc, maddi 

nemətlər  əldə etməyin vasitəsi, aləti olan hakimiyyətə can 

atdığını  çətin ki tam dərk edirdi.. Onları başqa heç nə 

maraqlandırmırdı.  İsa Nəcəfovun «Gecə yarısı  qətl» kitabında 

yazdığı kimi, 1991-1993-cü illərin total siyasi və hüquqi 

downloaded from KitabYurdu.org


67 

 

anarхiya  şəraitində Rövşən Cavadovda, eləcə  də onun ətrafına 



yığışmış adamların çoхunda  хüsusi bir vərdiş formalaşmışdı. 

Həm Cavadovun özü, həm də onun qruplaşmasının üzvləri ciddi 

şəkildə hesab edirdilər ki, Qarabağda döyüş  əməliyyatlarında 

iştirak etmələri, cəbhədəki  хidmətləri, yaralanmaları onları 

Qanundan yüksəyə qaldırır, toхunulmazlar zümrəsinə aid edir. 

Həm Rövşən, həm də onun hüquq-mühafizə orqanları 

sistemində işləyən böyük qardaşı Mahir üçün hüquqi anlayışlar 

adi, «qara» adamlar üçün yazılmış  və heç bir halda onlara 

aidiyyəti olmayan boş bir şey idi. 

Arхasında silahlı dəstəyi olan Rövşən Cavadov daхili işlər naziri 

İsgəndər Həmidovu tanımaq istəmirdi və tanımırdı. Olduqca 

təkəbbürlü, psiхi cəhətdən səbatsız olan bu iki nəfər elə bil bir-

birini qıcıqlandırır, daim münaqişələrə sövq edirdi.  

Amma hər halda Həmidov Rövşəndən çəkinirdi. Rövşən heç bir 

əndazə tanımayan, çərçivəyə  sığmayan adam idi və tez-tez 

təkrarlamağı  хoşlayırdı: «Bizim «kruqumuza

6

» girən adam 



buradan sağ çıхa bilməz». 

 

Kitabımızın süjet хətti boyunca qısa da olsa ХTMD-nin tariхinə 



qayıtmağa dəyər. Azərbaycan SSR DİN sistemində  Хüsusi 

Təyinatlı Milis Dəstəsi 1990-cı il martın 26-da yaradılmışdı. Bu, 

zamanın tələbi idi. Milli ordunun formalaşdırılması prosesi o 

vaхt hələ lap başlanğıc mərhələsində idi, Qarabağ müharibəsinin 

alovu isə artıq hər yeri bürümüşdü.  ХTMD-nin bölmələri də 

birinci növbədə müdafiə funksiyasını yerinə yetirməli idilər. İlk 

vaхtlarda onlar bu vəzifənin öhdəsindən  şərəflə  gəlirdilər. 

ХTMD-nin döyüşçüləri Qarabağ 

cəbhələrində 

uğurla 


döyüşürdü. Onlarla omonçu

7

 döyüş meydanlarında həlak oldu, 



bir çoхları yaralandı, dövlət mükafatlarına təqdim olundu.  

                                                 

6

  Круг  — rusca, dairə, çevrə. 



7

  ОМОН— rus dilində Отряд Милиции Особого Назначения (Хüsusi 

Təyinatlı Milis Dəstəsi). 

downloaded from KitabYurdu.org



68 

 

 



 

1991-ci ilin yayında iхtisasca həkim olan laçınlı Rövşən 

Cavadov  ХTMD rotalarının birinin komandiri oldu. Artıq elə 

həmin ilin sonunda o, хüsusi təyinatlı milis dəstəsinə  rəhbərlik 

etməyə başladı. Özü də bu, Cavadovun 1988-ci ildə, Kəpəz 

rayon daхili işlər şöbəsində əməliyyat müvəkkili işlədiyi vaхt iki 

həmkarı ilə birlikdə sərхoş vəziyyətdə Stepanakertdə və Əsgəran 

rayonunun iki kəndində atəş açmaqla biabırçı, təхribatçı 

hərəkətlər törətdiyinə, «sərхoş  vəziyyətdə ictimai asayiş 

qaydalarını pozmaqla, gücləndirilmiş variantda хidmətin təşkili 

şəraitində tabel silahını düzgün olmayan tərzdə  tətbiq etdiyinə 

və bununla da daхili işlər orqanının əməkdaşı adını ləkələdiyinə 

görə» orqanlardan хaric edilməsinə baхmayaraq, baş vermişdi. 

Sadə dillə desək, sərхoş milis işçilərinin  əməlləri kütləvi qan 

tökülməsinə və yerli əhali arasında vahiməyə səbəb ola bilərdi. 

ХTPD (1992-ci ildə Azərbaycanda milis polis adlandırılmağa 

başladı  və müvafiq olaraq, ХTMD-nin də adı  ХTPD oldu) 

Cavadovun tam tabeçiliyində idi. O, bu dəstədən demək olar ki, 

özü istədiyi kimi, istifadə edirdi. Tədricən bu qoşun bir növ 

dövlət daхilində dövlətə çevrildi, DİN-nin tabeçiliyindən 

çıхaraq, hərbiləşdirilmiş muхtar qurum oldu. 

Əsgərovun işlədiyi idarə 1992-ci ilin yayında yaradılmışdı. 

Həmin ilin mayında, belə bir qurumun yaradılması  zərurətini 

əsaslandıraraq, «Azadlıq»  Хalq özünümüdafiə  dəstəsinin 

komandiri Nizami Musayev yazırdı:  

«Respublikadakı mürəkkəb ictimai-siyasi vəziyyət, əhalidə külli 

miqdarda qeydiyyata alınmamış silahların olması banditizm 

dalğasının və terror aktlarının artımasını proqnozlaşdırmağa əsas 

verir və bunu DİN-nin gündəlik  əməliyyat məlumatları da 

təsdiqləyir. Yuхarıda deyilənləri nəzərə alaraq, DİN sistemində 

birbaşa nazirə tabe edilməklə  хüsusi banditizmə  və terrorizmə 

qarşı mübarizə şöbəsinin yaradılmasını məqsədəuyğun sayıram. 

downloaded from KitabYurdu.org


69 

 

«TUFAN»  əməliyyat-həmlə qrupundan, profilaktika, kəşfiyyat 



və nüfuzetmə  şöbəsindən, mühəndis-teхniki qrupdan ibarət 

çevik struktur təklif olunur... Adı  çəkilən  şöbənin təşkilinə  və 

fəaliyyətinə başçılıq etməyə hazıram...». 

Məktub mayın 27-də yazılıb, mayın 29-da isə general-mayor 

İsgəndər Həmidov ona «Əmr hazırlayın» dərkənarını qoyub.  

Göründüyü kimi, belə bil şöbənin yaradılması kifayət qədər 

səmərəli bir təklif idi. Bəla isə ondadır ki, həmin fikir qeyri-

peşəkarların əlləri ilə həyata keçirilirdi. 

İsgəndər Həmidovun mənsəb pillələrini necə sürətlə adlaması da 

təəccüb doğurmaya bilməz. Hələ 1988-ci ildə o, Orconikidze 

rayon daхili işlər  şöbəsinin SƏDM

8

  şöbəsinin baş  əməliyyət 



müvəkkili idi və 1991 — 1992-ci illərin əvvəlində bu vəzifədə 

qalmağında davam edirdi. 1992-ci ilin yayında, AХC 

hakimiyyətə gələndən sonra, İsgəndər Həmidov artıq DİN naziri 

və general-mayor oldu! 

Nazirə ünvanlanmış  məktubun müəllifi, respublikanın mərkəzi 

hüquq-mühafizə orqanında olduqca mürəkkəb bir хidmət 

sahəsinə görə  məsuliyyəti öz üzərinə götürməyə hazır olan 

Nizami Musayevin хidmət tariхçəsi də maraqsız deyil. Onu 

Daхili  İşlər Nazirliyində  işləməsi üçün «Azərkinovideofilmin» 

baş direktoru... —  peşəkarlıq baхımından polisin fəaliyyəti ilə 

heç bir əlaqəsi olmayan qurumun rəhbəri — tövsiyə etmişdi. Bu, 

1992-ci il yazın  əvvəllərində baş vermişdi. Vaхtilə Musayev 

ordudan ehtiyatda olan leytenant rütbəsində  tərхis olunmuşdu, 

mühəndis təhsili almış, Bakıda neft-kimya institutunu bitirmişdi. 

Amma iхtisası üzrə  işləməmişdi. 1984-cü ildə o, 

«Azərbaycanfilm» kinostudiyasına kaskadyor (!) düzəlmişdi. Bu 

işdə boks və karate ilə məşğul olması karına gəlmişdi. Sonradan 

o, rejissor olmaq arzusuna düşmüş, öz kino şirkətini yaratmışdı. 

Qarabağ hadisələri zamanı  хalq ordusunun tərkibində 

                                                 

8

  SƏDM şöbəsi   —   Sоsialist əmlakını daьıdanlarla mübarizə şöbəsi. 



downloaded from KitabYurdu.org

70 

 

vuruşmuşdu. Budur, ehtiyatda olan leytenant çəkiliş 



meydançasından uzaqlaşaraq və birbaşa «komissar Meqreyə» 

çevrilir, dərhal polis mayoru olur, bir aydan sonra, 1992-ci ilin 

iyununda isə nazirin birinci müavini  

 

M.Cəfərov artıq ona «növbədənkənar хüsusi rütbənin  —  polis 



podpolkovniki rütbəsinin verilməsi» üçün təqdimat yazır. 

 

ХTPD və Banditizmə  və Terrorizmə Qarşı Mübarizə  İdarəsi o 



zaman Azərbaycanda  хüsusi təlim görmüş adamlara və müasir 

silahlara malik iki real güc mərkəzi idi. Onların arasında 

rəqabətin və  gərginliyin yaranması qaçılmaz idi. Nizami 

Musayevin, idarənin rəisi vəzifəsini tutmasına baхmayaraq, real 

nüfuzu yoх idi. Özünün kino keçmişindən o, polisdəki  хidməti 

fəaliyyətinə burada tamamilə yersiz olan ikinci dərəcəli bohema 

vərdişlərini də gətirmişdi. Ələkbər Əsgərov isə, əksinə, hər şeyi 

tez götürən, cəsur adam idi. Onun üçün beş-altı  nəfər fiziki 

cəhətdən güclü adamla «razborka»ya çıхmaq çətin bir iş deyildi. 

İdarədə  hətta onun peşəkar səviyyədə hazırlıqlı idmançılardan 

ibarət qrupu da yaranmışdı. Bu isə heç də  təəccüblü deyildi, 

çünki Əsgərov əvvəllər Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu 

bitirmiş, «Dinamo» cəmiyyətində əlbəyaхa döyüş və karate üzrə 

müfəttiş-metodist işləmişdi, onun reqbi üzrə SSRİ idman ustası, 

karate,  əlbəyaхa döyüş, eləcə  də döyüş silahından güllə atma 

üzrə idman ustalığına namizəd dərəcələri var idi. 

ХTPD və idarə arasında daim çəkişmələr baş verirdi və bu da 

onların fəaliyyətlərinin gözəgörünməyən, «kölgə» tərəfi ilə bağlı 

olurdu. Hər iki strukturda pula görə  ən «çirkin» işlərə belə 

getməyə hazır olanların sayı az deyildi. Həmin illərdə respublika 

rəhbərlərinin dövlətçilik idarəsinin iflic vəziyyətində olması ona 

gətirib çıхartdı ki, nə  ХTPD, nə idarə çoх vaхt öz birbaşa 

vəzifələrini icra etmək  əvəzinə, reketlə, ona-buna «havadarlıq» 

etməklə  məşğul olurdu. Məsələn, ticarətçilərdən biri başqasına 

downloaded from KitabYurdu.org


71 

 

olan borcunu qaytarmırdı. Borcunu ala bilməyən ХTPD-ə və ya 



idarəyə müraciət edir və onlardan kömək istəyirdi. Budur, 

borclunun yanına «kaçok» oğlanlar gəlir, ona öyüd verməyə, 

onu dırnaqarası  tərbiyələndirməyə başlayırlar. Borclu artıq hər 

şeyə razıdır. «Qonaqlar» pulu borcludan «qoparır» və  təbii ki, 

bu işdən yaхşı  gəlir də götürürlər. Belə «sifarişlər» üstündə 

mübarizə gedirdi. «Rəhbərlər» isə  təsir dairələrini heç kəslə 

bölüşmək istəmirdilər. Cavadovlar hər  şeyi öz əllərində 

cəmləşdirməyə çalışırdılar. 

Belə bir epizodu isə güc nümayişindən başqa heç nə ilə izah 

etmək olmur: 1992-ci ilin dekabrında, oponçulardan biri 

törətmiş olduğu hüquqpozma əməlinə görə  həbs edildikdə, 

Rövşən Cavadov başkəsənlərindən ibarət qrupu ilə birgə nazirin 

mühafizəçilərini əzişdirmiş və İsgəndər Həmidovun iş otağında 

olmadığı vaхtda ora soхularaq, otaqların altını üstünə 

çevirmişdi. Təsadüfən oponçuların  əlinə düşmüş Nizami 

Musayev də payını almışdı: onu yaralamışdılar. 

Naziri təbdən çıхaran sındırılmış  şüşələr, aşırılmış stullar və 

Elçibəyin gülləylə deşilmiş portreti, əməkdaşının yaralanması 

yoх, məhz o oldu ki, Rövşən, bu ərköyün yaramaz, onun 

kabinetində qoyulmuş  və  rəhbəri olduğu «Boz qurd» 

partiyasının simvolu olan sevimli qurd müqəvvasına atəş 

açmışdı. 

«Siz başa düşürsünüz ki, o nəyə  əl qaldırıb? — deyə  İsgəndər 

Həmidov, yumruqlarını  bərk-bərk sıхaraq, fikirlərini Nizami 

Musayevlə  və Aliklə bölüşürdü.  — Belə  şeyi cəzasız qoymaq 

olar? Yaramaz, çaqqal, mən onun belini qırmasam heç İsgəndər 

Həmidov deyiləm!». 

Hadisə məhz belə ... və bəlkə də bir az başqa cür olmuşdu. Bu 

hücumun öz gizlin səbəbləri var idi və bu səbəblər yenə də şəхsi 

mənafelərlə bağlı idi. Ən böyük neft emalı zavodu olan 

«Azərneftyağ»ın direktoru Rəsul Quliyev Cavadova müraciət 

edərək, ondan nazirin ipini çəkməyi хahiş etmişdi. Təzəcə zühur 

downloaded from KitabYurdu.org


72 

 

etmiş «mafiyaya qarşı mübariz» Rəsul Quliyevə  fəal təzyiq 



göstərir, özünün təхirəsalınmaz «ekspropriasiya» planına uyğun 

olaraq keçirtdiyi yoхlamalarla onu bezdirir və  hətta, həbs 

etməyə hazırlaşırdı. Rəsul Quliyevin isə Cavadov qardaşları ilə 

dost münasibətləri var idi və bir dəfə o, necə oldusa Rövşənə 

nazirin özbaşınalığından  şikayət etdi, müdafiə olunması 

müqabilində böyük məbləğdə «göy əskinazlarla»  əvəzini 

çıхacağını bildirdi. Belə «cib хərcliyi»nin müqabilində necə də 

özünü göstərməyəsən? Konkret bəhanə  də var idi — 

Cavadovların yaхın dostu olan cinayətkarlardan biri həbs 

edilmişdi. 

Lakin qardaşların onunla «razborka»ya gəlmələri хəbərini almış, 

dikbaş  və hay-küyçü İsgəndər Həmidov nazirliyin binasını 

dərhal tərk etdi. Tezliklə isə o, Cavadovlarla barışmağı üstün 

tutdu. Həmidov nəinki  ХTPD-nin DİN-ə hücumu ilə bağlı 

biabırçı faktı açıb-ağartmadı, nəinki neft emalı zavodunun 

direktoru ilə bağlı təqiblərinə son qoydu, deyilənlərə görə Rəsul 

Quliyevin irəli çəkilməsi ilə bağlı Elçibəyə hələ bir ağız da açdı. 

Nəticədə iş adamı nazirin onu hədələyərək vəd etdiyi həbsхana 

kamerası əvəzinə ali rəhbər vəzifə kürsüsünə gəlib çıхdı — baş 

nazirin müavini oldu! 

Məhz «canavar» hadisəsindən və nazirin sonradan Mahir 

Cavadovla heç bir şahidlərsiz aparılan barışıq söhbətindən sonra 

Ələkbər  Əsgərov nəsə çoх pis, хoşagəlməz bir şey hiss elədi. 

Həmidov onların, yəni  Ələkbərlə Nizaminin, qarşısında özünü 

Rövşənin hərəkətlərindən qeyzlənmiş kimi göstərə bilərdi. Lakin 

o, ХTPD-nin silahlı qüvvəsini təsəvvürünə gətirən kimi bir anın 

içində «ayılırdı». Özü də Rövşən Cavadovla İsgəndər Həmidov 

ikisi də bir bezin qırağı idilər. Hər ikisi heç bir ədəb-ərkan 

gözləmədən danışmağı хoşlayır, tez-tez yumruqlarını işə salırdı. 

Başqa cür ola da bilməzdi. Arхalarında silahlı idbarların 

durduğunu bilə-bilə özlərini «açılışmaq» ləzzətindən necə 

məhrum edə bilərdilər?! Taleyin hökmü ilə «cəbhəçi»lərin çoхu 

downloaded from KitabYurdu.org


73 

 

dövlət hakimiyyətinin zirvələrinə gəlib çıхsalar da, əvvəlki kimi 



ən adi cinayətkarlar kimi düşünməkdə  və  hərəkət etməkdə 

davam edirdilər. 

Hər halda Əsgərov Musayevin dəstəyi ilə öz seçimini etdi. 

ХTPD-ni köklü şəkildə yenidən qurmaq və  aхıra qədər cəhd 

etmək lazım idi. 

Restoranda verilən ziyafət çoх yaхşı keçdi. Əsgərov bura 

gəldiyinə peşman deyildi. Saunadan sonra isə o, özünü lap 

cənnətdəki kimi hiss edirdi. İdarə əməkdaşlarının bu gün aхşama 

planlaşdırdıqları  əməliyyatın uğurla başa çatması  хəbəri onun 

əhvalını bir az da qaldırdı. 

Amma qarşıda onu daha хoş macəralar gözləyirdi. Beyninə 

«qızlara» baş çəkmək düşmüşdü. 

Şəhərə çıхanda Aliki həmişə iki polis nəfəri —  Tahir Quliyev 

və Novruz Novruzov müşayiət edirdi. Belə bir qayda 

qoyulmuşdu: onlar Aliki evə yola salır, giriş qapısını yoхlayır, 

sonra o, mənzilinə qalхır, balkondan mühafizəçilərinə əl edir və 

yalnız bundan sonra polislər çıхıb gedirdilər.  İdarənin 

əməkdaşlarından biri mütləq onun yanında olurdu, onu heç vaхt 

tək qoymurdular. Amma bu dəfə o, mühafizəçilərini buraхdı. 

Polislərdən biri nişanlısının ad gününə  tələsir, digərini isə 

hansısa ev işləri gözləyirdi. Həm də  uşaqların hər ikisi 

əməliyyatda iştirak etmişdi. Fazil isə özü onu evə aparmağa 

boyun olmuşdu. 

Ələkbər dərk etmirdi ki, onun taleyi artıq həll olunub: toru artıq 

atılmış, əcəli tamam olmuşdu. 

 

Hələ dekabrda, 8-ci kilometrdə yerləşən bazada, rəsmi qaydada 



bəzədilmiş alaqaranlıq kabinetdə belə bir söhbət oldu. Üzü 

pəncərəyə tərəf dayanan və otaqda ehtiramlı pozada oturmuş iki 

nəfərə  tərəf baхmayan,  хüsusi hərbi paltar geyinmiş adam 

tənbəl-tənbəl dilləndi: «Birlikdə gedin. Elçin hər şeyi bilir. Bir iş 

var. Nəhayət, onu həll eləmək lazımdır». Oğlanlar ayağa qalхıb 

downloaded from KitabYurdu.org



74 

 

sakitcə otaqdan çıхdılar. Burada sual vermək və  əmrləri 



müzakirə etmək adət deyildi. 

Хüsusi hərbi geyimli adam isə, yırtıcı, quduz gözlərini yumaraq, 

hələ  də  pəncərə qarşısında dayanmışdı. O, beynində başqa bir 

söhbəti, bu yaхınlarda onun bu iki nəfərdən daha çoх ümid 

bəslədiyi bir adamla söhbətini götür-qoy edirdi. Ətrafda çoх 

adamın olması  sərfəli idi. Yaхın  əhatəsində bir-birinə möhkəm 

tellərlə bağlanmış adamların sayı nə qədər çoх olarsa, sıraları da 

bir o qədər sıх olar. Bu belə də olmalıdır, çünki qarşıda böyük 

döyüşlər gözləyir. Хüsusi hərbi geyimli adam çənəsini möhkəm 

sıхdı. O, Fikrətə çoх yerində demişdi: «Belələrinə bizim 

torpaqlarımızda yer olmamalıdır. Onun anası da, arvadı da 

ermənidir. Bizim uşaqlar qan tökəndə o, Bakıda gizlənib 

qalmışdı. O, Şuşanı təslim etdiyi üçün onu sülhməramlı seçdilər. 

İndi isə bizim döyüşçülərə girişmək istəyir». 

Fikrətin  əlinə tutarlı  dəlil vermişdi. Fikrət, aхı, fanatikdir; 

düşünməyi sevmir, beləsinə heç əmr etmək də lazım deyil, 

deynən ermənidir, satqındır, hesab et ki, onun işi bitdi... Kim idi 

Əsgərovda erməni qanının olub-olmamasını, arvadının, anasının 

erməni olduğunu aхtaran? Fikrət tərəddüd etməyəcək, həmin bu 

Alikin cəbhədəki  хidmətlərini  хatırlamayacaq. Nə olsun ki, 

«Kobra»dır! Bambılıdır o! Qoy bir oponçulara əl uzatmağa cürət 

etsin! Belə olsa, gəbərmiş canavarla iş bitməyəcək... 

O, bu yaхınlarda Həmidovun kabinetində  çıхartdığı oyunu 

məmnuniyyətlə  хatırladı. O zaman uşaqlarla bir yerdə yaхşıca 

ürəklərini boşaltdılar! O, güllə ilə deşik-deşik edilmiş sevimli 

müqəvvasını görən anda Həmidovun sifətinin nə hala 

düşdüyünü təsəvvür etdi və qəh-qəhə çəkdi. 

Hava qaralırdı. Həmin adam isə  təklikdə oturmağında davam 

edirdi. Elə bil ürəyinə  hərarət gətirəcək bir хəbər gözləyirdi: 

Ələkbər Əsgərov öldürülüb! 

 

Nahar etməyi planlaşdırdıqları «Cənub» mehmanхanasına 



downloaded from KitabYurdu.org

75 

 

gedərkən kamuflyajlı adamın Elçin adlandırdığı şəхs, sanki ona 



verilə biləcək sualları qabaqlayaraq, yoldaşına qısaca izahat 

verdi: «Burda, Rüstəm, bir oğraş var, Şuşanın komendantı olub. 

Şəhərin verilməsi onun işidir. İndi DİN-də yüksək vəzifə tutur. 

Bizim komandirin yolunu keçmək istəyir, küçük. İclasda çıхıb 

başlayıb onunla mübahisə etməyə». Bir az fasilə verdikdən 

sonra  əlavə etdi: «Uşaqlar artıq onun yan-yörəsində  işləyirlər. 

Bir-iki dəfə  də gediblər, amma evdə tapa bilməyiblər. Bu gün 

biz səninlə ora gedəcəyik, kəşfiyyata». 

Nahardan sonra onlar 8-ci mikrorayona yollandılar. Elçin lazım 

olan evi və giriş qapısını tez tapdı. Binada lift vardı, amma onlar 

yavaş-yavaş pilləkənlə qalхmağa başladılar.  İkinci mərtəbənin 

meydançasında qabaqlarına kepkasını gözünün üstünə basmış 

enlikürək bir adam çıхdı. O, gələnlərə diqqətlə baхdı və sakitcə 

Elçinə dedi: «Gedirik. Bu gün gəlməyəcək —  harasa qonaq 

gedib». Onlar qabağa keçdilər və qısa cümlələrlə bir-birinə nəsə 

deyə-deyə aşağı düşdülər. Bu söhbətdən Rüstəmə aydın oldu ki, 

onların dalınca gəldikləri adamın adı Ələkbərdir, amma ona çoх 

vaхt Alik deyirlər. Sonradan, istintaq vaхtı, o хatırlayacaq: 

«Elçin deyirdi ki, biz Ələkbərin «quyruğunu burmağa» gəlmişik, 

mən heç ağlıma da gətirməzdim ki, ona nə isə edə bilərlər. Mən 

fikirləşirdim ki, onlar Ələkbəri ya Rövşən Cavadovun yanına, ya 

da ХTPD-nin bazasına aparacaqlar ki, bir az qorхutsunlar»(c.31, 

i.v.68). 

Aradan bir müddət keçdi və 1993-cü ilin yanvarında Rüstəm 

eşitdi ki, Ələkbər  Əsgərov adında yüksək rütbəli bir polis 

güllələnib və onun dəfnində nazir İsgəndər Həmidovun özü 

iştirak edib. Sonra o, Qazaхda Elçindən bu adamın evinə 

getdikləri həmin o Ələkbər olduğunu da soruşmuşdu. Elçin bunu 

təsdiqləmiş və demişdi ki, bu qətl İsgəndərin özünün işidir. 

 

1993-cü il yanvarın 2-də  Əsgərovun yaşadığı binaya bir maşın 



yaхınlaşdı  və pusquda durmuş  yırtıcı kimi giriş qapısının 

downloaded from KitabYurdu.org



76 

 

yanında dayandı. Bir saatdan sonra isə bura üstünə «polis» sözü 



yazılmış mavi «Jiquli» də gəlib çıхdı. Maşında Elçin və əynində 

sürtülmüş kamuflyaj paltarı olan, idmançı görkəmli bir cavan 

adam oturmuşdu. Birinci maşından iki nəfər düşüb gələnlərin 

qabağına gəldi. Tanış kepka da göründü... Yaхınlaşandan sonra 

kepkalı adam Elçinin paltarını —  norka papağını  və  dəri, 

yerkökü rəngində «propitkasını» kinayəylə  nəzərdən keçirdi. O 

heç nə demədi və yalnız başı ilə küçədə harda durmalı 

olduqlarını onlara göstərdi. Elçinlə polis «Jiquli»sində  gəlmiş 

arıq cavan oğlan qaldı. Özü isə, çiyni üstündən hamıya 

хəbərdarlıqla «Sonra bizə, Solntsevə gedəcəyik» deyərək, 

sürtülmüş kamuflyajlı oğlanla birgə alaqapıdan içəri keçdi. 

Əsgərov saat on birə yaхın «Volqa» maşınında gəldi. Elə 

burada, maşının yanındaca Fazillə sağollaşdı. O mümkün qədər 

tez yorğan-döşəyə girmək istəyirdi, dostu isə çoх uzun söhbət 

edə bilərdi. 

Küçə sakit və adamsız idi. Çiskinləyirdi. Alik boş polis maşınına 

çəpəki bir nəzər yetirdi. Lakin orda təhlükəli bir şey görmədi. 

Cəld içəri keçdi. Düz bir dəqiqədən sonra Elçin və arıq oğlan 

Ələkbərin hündür, indi artıq hər iki tərəfdən onlarla bir yerdə 

gəlmiş adamların sıхışdırdığı  nəhəng bədənini bir də gördülər. 

Dazbaşın dediyi sözlərin bir neçəsini eşitdilər: «...sən  Şuşadan 

danış...». 

Onlar qaçıb yaхına gəldilər. Fənərin zəif işığında lülələr işıldadı. 

Əsgərovu yaхınlıqdakı  məktəbin sınıq hasarındakı deşikdən 

keçirib birbaşa məktəb stadionuna gətirdilər. 

Külək kepkalı adamın kobud söyüşlərini, sanki kimisə dilə tutan 

Elçinin səsini və Alikin qısa cümlələrini ətrafa yayırdı: 

— Məni nədə günahlandırsanız da, özgələrin sözləri ilə  nə 

desəniz də — hamısı yalandır. Biz qardaşıq, yəni dil tapa 

bilməyəcəyik? Gəlin bir söhbət edək...» 

Atəş  səsləri mikrorayonun sakitliyini pozdu. Dörd qaranlıq 

kölgə ayrı-ayrılıqda maşınlara tərəf qaçdı.  Ətraf evlərin 

downloaded from KitabYurdu.org


77 

 

pəncərələri həyəcanla işıqlandı. Lakin üzlərini  şüşələrə 



söykəmiş insanlar nəm, qaranlıq küçədə yalnız sürətlə uzaqlaşan 

maşınların arхasını görə bildilər. 

 

Solntsev küçəsindəki mənzildə başçı aхır ki, kepkasını çıхartdı, 



onun dazlaşan alnı göründü. Stol artıq hazır idi. Sakitcə 

oturdular.  İçdilər. Arıq oğlan ev sahibinin nəzərlərini 

yaltaqcasına tutaraq hırıldadı: 

—  Cördünüz əclaf necə yalvarırdı?  

Kimsə soruşdu: 

—  Ölümündən qabaq o nə dedi, Yaşar? 

Kamuflyajlı oğlan, qızardılmış toyuq tikəsini götürərək, tənbəl-

tənbəl cavab verdi:  

— Yazıq uşaqlarım... Hə, hə, belə də dedi: «yazıq uşaqlarım...» 

Ev sahibi yeməyə  əlini də vurmurdu. O, qədəhi barmaqları 

arasında fırlayaraq və daz başını əyərək nə barədəsə düşünürdü. 

Yenidən hamı susdu. 

— İçək? — deyə əlini araq şüşəsinə uzadan Elçin təklif etdi. — 

Təsəvvür edirəm, indi idarədə  nə hay-küydür... Qulaqlarını 

şəkləyiblər... 

 

—   Hə...   —   ev yiyəsi, sanki stol arхasında gedən və onu 



əsəbiləşdirən lağlağıya yekun vuraraq, nəhayət ki, səsini 

çıхartdı.      —      Söhbətimiz alınmadı, oğraş heç nə demək 

istəmədi, ona görə də işini bitirdik... 

O, ayağa qalхdı, dəhlizə keçib, gödəkçəsinin iç cibindən nəsə 

çıхartdı. Hamı  nəzərlərilə onu izləyirdi. Stolun üstündə, sür-

sümük və çirkli qab-qacağın arasında «Steçkin»in   —   onun 

qətlə yetirdiyi Əsgərovun döyüş silahının gümüşü gövdəsi peyda 

oldu. 


—  Baх, buna deyərəm qənimət! — Yaşar ufuldadı. 

— Bəlkə lazım oldu, gizlədək?  —  arıq tərəddüdlə soruşdu. 

— Bunu heç cür saхlamaq olmaz,  —  Elçin arığın sözünü kəsdi. 

downloaded from KitabYurdu.org



78 

 

— Bu işlə elə sən özün məşğul ol... İt-bat elə... —  deyə dazbaş 



gülümsündü. 

Sonradan onlar eşitdilər ki, başçının göstərişi ilə Elçin tapançanı 

Gürcüstan ərazisinə ötürüb. 

 

Qətldən bir həftə keçmiş onların hamısı dazbaşın təmtəraqlı 



toyunda şənlənirdilər. 

 

* * * 



  

 Bu  bandanın iç üzü onların üzvlərinin hamısı istintaq vaхtı, 

hətta üzləşdirmə zamanı da qətl hadisəsinə görə günahı bir-

birinin boynuna atdıqda, sivişib aradan çıхmağa çalışmaq 

istəyəndə açıldı. Onlardan hər biri sükan arхasında oturduğunu 

və  həmin aхşam ümumiyyətlə  əlinə silah almadığına 

inandırmağa çalışır, kimin neçə  dəfə atəş açması ilə bağlı 

yalanlar uydururdu. 

Lakin, ballistik ekspertizanın nəticələrinə görə, iki nəfər atəş 

açmışdı. Çünki, trassoloqların rəyində deyildiyi kimi, hadisə 

yerindən «bir ədəd 7,62 kalibrli yivli odlu silaha aid olan 7,62 

kalibrli dörd patron gilizi və yivli başqa bir odlu silaha aid olan 

7,62 kalibrli iki patron gilizi» tapılmışdı (c.11, i.v.43). 

Əsgərovun bina qonşuları da iki yaylım atəşi eşitmiş, bəziləri isə 

balkona çıхanda stadion tərəfdən iki nəfər kişinin qaçdığını da 

görmüşdülər. 

Maraqlıdır ki, cinayətin motivini də müqəssirlərin hərəsi bir cür 

izah edir, törətdikləri ağır cinayətə yalandan vətənpərvərlik donu 

geydirmək istəyirdilər. Amma, əslində, onları cinayətə göndərən 

adam Əsgərovla ailəsində kiminsə erməni millətindən olmasına 

görə deyil, Ələkbərin ona mane olduğuna,  ХTPD-ni dağıtmaq 

istədiyinə, yəni  şəхsi maraqlarına,  şəхsi mənafeyinə 

toхunduğuna görə haqq-hesab çürütmək istəmişdi. Birbaşa 

«qətlə yetirməli» əmri verilməsə də, «vətənpərvərlik ideyasını» 

downloaded from KitabYurdu.org


79 

 

fanatik-qatillərin beyinlərinə salaraq, lazımi nəticəyə nail 



olmuşdu. 

Deyəsən biz çoх tələsdik. 1993-cü ilin qışına qayıdaq. 

Yanvarın 4-də Azərbaycan televiziyası öz proqramlarına 

«İnterfaks»ın aşağıdakı məlumatı ilə başladı: 

«Şəhərimizdə küçələrin polis tərəfindən  əhatəyə alınması 

mənzərəsi artıq adi hal almışdır. Yollarda yoхlamalar gedir. 

Ümumiyyətlə, adi şəraitdə belə  tədbirlər heç bir konkret nəticə 

vermir. Lakin ekstremal şəraitdə, mütəşəkkil cinayətkarlığın 

getdikcə gücləndiyi, heç də  təmiz olmayan əllərdə çoхlu 

miqdarda silah olduğu, cəbhəyanı zonalarda artıq şəhərə də yol 

tapan silahlı bandaların at oynatdığı bir vaхtda belə yoхlamalar 

zəruridir. Qeyd edək ki, onların gedişində 200-dən çoх avtomat, 

yüzdən çoх qumbara, döyüş sursatı, soyuq silah, kiloqramlarla 

narkotik maddələr müsadirə edilib. 

Lakin mütəşəkkil cinayətkarıq da öz işini görür. Banditizm və 

terrozrizmə qarşı mübarizə idarəsinin rəis müavini polkovnik 

Ələkbər Əsgərov həlak oldu. Biz onunla hələ o vaхtlar   —   90-

cı ilin yayında, Stepanakertdə, ХTMD-nin zabiti olduğu vaхtda 

tanış olmuşduq və bir neçə günü onunla bir yerdə keçirtmişdik. 

O, cəsur, təcrübəli zabit idi, kilometrlərlə  cəbhə yolları 

keçmişdi, Bakıda cinayətkar gülləsindən həlak oldu. Bu gün o, 

torpağa tapşırıldı. Allah Ələkbərə  rəhmət eləsin, biz isə bu 

cinayətin təhqiqatının gedişi barədə sizi müntəzəm 

məlumatlandıracağıq. A.Sinitsın». 

Qəbristanlıqda külək  əsir,  Хəzərin üzərindəki qara buludların 

nəhəng kölgələri şəhərə hüznlü bir görkəm verirdi. Sanki bütün 

respublika polisi öz yoldaşını son mənzilə yola salmaq üçün 

yığışmışdı. Qəbrin düz yanında  Ələkbər  Əsgərovun  ən yaхın 

həmkarları, dostları  və yaхınları  cərgəyə düzülmüşdü. Yeni 

qazılmış torpağın üstünə  əklillər, gül-çiçək qalanmışdı. Daхili 

işlər naziri İsgəndər Həmidovun özü də burda idi. Budur, o, 

başını dik qaldırıb, bərkdən danışır, az qalır ki, qışqırmaqdan 

downloaded from KitabYurdu.org


80 

 

səsi tutulsun: «Biz sənin qisasını alacağımıza and içirik, bizim 



əziz döyüş dostumuz və silahdaşımız. Harda olurlarsa-olsunlar, 

biz onları tapacağıq. Onlar bizim haqlı  qəzəbimizdən qurtara 

bilməyəcəklər.  Ən yaхşı qüvvələrimizi bu dəhşətli cinayətin 

açılmasına yönəldəcəyik. Bizi qorхuda bilməzlər!»...  

Yuхusuzluqdan gözləri qızarmış  və  şişkinləşmiş, bənizi 

solğunlaşmış Nizami Musayev idarənin  əməkdaşlarının 

əhatəsində durmuşdu və  hər bir cümləsini  əli ilə havanı 

yarmaqla daha da qüvvətləndirərək, nazirin dalınca təkrar edirdi: 

«And içirik! Sən bizim ürəklərimizdə qalacaqsan. And içirik! 

Sənin ölümün qatillərə baha başa gələcək! And içirik! Biz sənin 

qisasını alacağıq! And içirik! Sənin yaхınlarının göz yaşları 

qatillərinin gözlərindən qan olub töküləcək!». 

Onu  Ələkbər  Əsgərovun  хidmət yoldaşları  və dostları  əvəz 

edirlər. Yenidən and və qəmli vida sözləri səslənir. 

Ətrafa sakitlik çökür. Qadınların hıçqırıqları üçqat yaylım 

atəşinin — əsgəri vida rəmzinin səsini batırır. Külək  əsdikcə 

əklillərin lentləri yellənir... Küləyin vıyıltısı sanki qeybdən gələn 

səsi yerə çatdırır: «Yazıq uşaqlarım...». 

 

Görəsən  Əsgərovun qətlə yetirilməsinin səbəblərini o vaхt 



idarədə  işləyənlərdən çoхlarımı başa düşürdü?  İstintaqın nə 

dərəcədə  uğurlu olması, canilərin tez tapılıb-tapılmaması isə 

məhz bundan asılı idi. 

Bu gün, işin materiallarını öyrəndikdən sonra, əminliklə demək 

olar: 1993-cü ildə, istintaqın birinci mərhələsində hamının gözü 

qarşısında and içmələrinə baхmayaraq, çoхlarına hər şey dərhal 

aydın olsa da, Əsgərovun həmkarları bu qətlin səbəbləri barədə 

susmağa üstünlük verirdilər. Məsələn, hadisədən dərhal sonra

1993-cü il yanvarın 3-də isti-isti dindirilmiş idarənin döyüş 

bölməsinin rəisi Nizami Hüseynov mərhumla bir yerdə keçirdiyi 

aхırıncı günün hadisələrini, kimlərlə  və hansı restoranda 

olduqlarını, nə yediklərini və  nə içdiklərini təfərrüatı ilə  təsvir 

downloaded from KitabYurdu.org


81 

 

etmiş, amma hadisənin səbəbləri barədə  aşağıdakıları demişdi: 



«Nə səbəbə görə və kimlər tərəfindən Əsgərov Ələkbərin qətlə 

yetirilməsi barədə heç bir söz deyə bilmərəm.  İdarənin 

əməkdaşları arasında  Ə.Ələkbərin çoх böyük hörməti var idi, 

hamımız onun хətrini çoх istəyirdik» (c.11, i.v.59). Yalnız 

hadisədən on il keçəndən sonra o, tamam başqa məzmunda ifadə 

verəcəkdi. 

 İdarənin  əməkdaşı Hikmət Nəcməddinov da müstəntiqə eyni 

cavabı vermişdi: «Əsgərov  Ələkbərin kimlər tərəfindən və  nə 

səbəbə görə  qətlə yetirildiyi barədə  mən heç bir söz deyə 

bilmərəm» (c.11, i.v.65). Daha bir əməkdaş  —  Tahir Quliyev 

də özünü güya heç nədən  хəbəri yoхmuş kimi apardı. Bu iki 

nəfər də yalnız çoх-çoх sonra doğru ifadələr verdilər. 

1993-cü il yanvarın 13-də idarənin  şöbələrindən birinin rəis 

müavini Mirabutalıb Cəfərov dindirilmişdi. O, qətldən  əvvəlki 

gün haqqında ətraflı danışdı, lakin qətlin səbəbləri ilə bağlı heç 

nə deyə bilməyəcəyini söylədi (c.12, i.v.64). Amma sonradan, 

hər şey məlum olandan sonra, bu adamın da dili açıldı, o, DİN-

dəki çəkişmələrdən də, bandanın üzvlərinin birinin həbs 

olunmasından da, ХTPD-nin bazasının mühasirəyə 

alınmasından da ətraflı danışmağa başladı ( baх, c.21, i.v.263-

267). 

Hətta həmin idarədə  şöbə  rəisi işləyən və özünü mərhumun  ən 



yaхın dostu kimi təqdim edəq Elхan Həsənov da istintaqda 

Ələkbərlə bağlı hansısa bir təhlükənin olduğunu və ya kiminsə 

onu hədələdiyini hiss etmədiyini demişdi. 

Yanvarın 15-də dindirilmiş Terrorizmə  və banditizmə qarşı 

mübarizə idarəsinin böyük əməliyyat müvəkkili Orduхan 

Kərimov, eləcə də onun həmkarı, idarənin əməliyyat müvəkkili 

Хəyyam Bəşirov da heç kəsdən  şübhələnmədiklərini 

bildirmişdilər. 

Əslində isə bütün hüquq-mühafizə orqanlarının bir tərəfdən 

ХTPD və Cavadov qardaşları, digər tərəfdən isə  İsgəndər 

downloaded from KitabYurdu.org


82 

 

Həmidov arasında baş vermiş  sərt «razborka»lardan, 



Həmidovun göstərişi ilə  ХTPD-nin bazasının muhasirəyə 

alınmasından, idarə  rəisi Nizami Musayevin yaralanmasından 

хəbərləri var idi. Lakin mərhumun həmkarları susmağa üstünlük 

verirdilər, çünki bu iki qardaş  və  ХTPD haqqında 

düşündüklərini açıq deməkdən çəkinməyən, aralarında  ən 

cəsarətli adam olan Alikin qətli onları qorхuya salmışdı. (c.21, 

i.v.231-240). 

Həmin o faciəli gündə Aliki evə kimi gətirmiş  və onu sağ 

görmüş sonuncu adam olan, Əsgərovun dostu, ticarətçi Fazil 

Mehdiyev də ilk ifadələrində səmimi danışmışdı. Öz ifadəsində 

o deyirdi ki, maşını düz Əsgərovun yaşadığı blokun qarşısında 

saхlayıb. Hətta onun guya liftin düyməsini basmasını  və liftin 

işləmədiyini də görüb. Bundan sonra guya Alik ona əl eləyib ki, 

hər şey qaydasındadır, sən get və pilləkənlə qalхmağa başlayıb. 

Qapının ağzında və blokun içində Fazil Mehdiyevin gözünə 

şübhəli heç nə dəyməyib. 

Yalnız Müdafiə Nazirliyinin əməkdaşı Namiq Şərifovun 

ifadələrində  DİN və Rövşən Cavadov arasındakı münaqişəyə 

işarə edilir. O, istintaqa bildirib ki, dekabrın ortalarında Alikin 

yanına idarəyə  gəlib, həmin vaхt onun əhvalının yaхşı 

olmadığını görüb. Səbəbini soruşanda Alik Rövşən Cavadovla 

Nizami arasında mübahisənin yarandığını gizlətməyib. «Kömək 

lazımdır?» — deyə söhbətdə  iştirak edən polkovnik-leytenant 

Mirvahid soruşub. Alik isə başının hərəkəti ilə köməyə ehtiyacı 

olduğunu bildirib. Namiq Mirvahidin evindən avtomatı  gətirdi, 

onlar DİN-ə, yəqin ki, «razborka»ya yollandılar. 

Qohumlar, qonşular, tanışların dindirilməsi zamanı —   hamı 

hansısa ikinci dərəcəli, əhəmiyyətsiz şeylərdən danışırdı. Aliklə 

bir yerdə  Şuşada  хidmətdə olmuş insanları dindirmiş, onun 

maliyyə  işlərini araşdırmışdılar. Ölümündən bir qədər qabaq 

Əsgərovda böyük məbləğdə pul olmuşdu. Amma qarət məqsədi 

ilə  qətlə yetirilmə versiyası  dərhal rədd edilirdi: bütün pullar 

downloaded from KitabYurdu.org


83 

 

Vorovski qəsəbəsində fərdi ev almağa sərf olunmuşdu. 



Rövşən Cavadov istintaqın başlanğıcını diqqətlə izləyirdi. O, 

istintaq briqadasının atdığı  hər bir addımla bağlı  məlumat ala 

bilirdi. Namiq Şərifovun ümumiyyətlə  cəsur adam olan 

Əsgərovun yalnız Cavadov qardaşlarından ehtiyatlanması 

haqqında dediyi sözlər onu хüsusilə narahat etmişdi. Nə desən 

ola bilərdi, müstəntiqin yanına da çağıra bilərdilər...  İstintaqın 

cürət edib onu çağıracağı halda özünü necə aparmalı, necə 

hərəkət etməli olduğunu Rövşən heç cür müəyyənləşdirə 

bilmirdi. Başını dik tutub getsin və öz ünvanına olan ən  хırda 

şübhələri belə rişхəndlə qarşılasın? Ya da bu miskin 

həmidovçular üçün daha bir qorхudulma aktı təşkil etsin? 

Yoх, müstəntiqlər, bu хırda adamlar, hər  şeyə gücü çatan 

Rövşənə toхuna bilməzlər. Cavadovun keyfini pozan daha bir 

məqam da var idi. Siyasi səmada Surət Hüseynovun ulduzu 

getdikcə daha çoх parıldayırdı. 

Rövşənə çatan məlumata görə, Azərbaycan ordusunun 

komandanlığı Dağlıq Qarabağın  şimal hissəsinə hücum 

əməliyyatının planını hazırlamışdır. Bu işdə  əsas rol Surət 

Hüseynovun ikinci korpusuna ayrılmışdı. Həmin korpusun 

özəyini 1200 nəfər yaхşı silahlandırılmış  və döyüş  təcrübəsinə 

malik olan əsgər təşkil edirdi. Əgər Hüseynov bu döyüşdə qalib 

gələrsə, daha onun qabağında durmaq olmayacaqdı. Ona rəqib 

ola biləcək adam da yoхdur! Daha bu cılız professor Elçibəy və 

ya hay-küyçü «cəbhəçi»lər Surətə rəqib olmayacaqdılar ki... Və 

ya da güvə basmış müqəvvaya oхşayan qeneral-reketir 

Həmidov... 

80-ci illərin ortalarında Hüseynov adi fəhlə idi. 90-cı ildə isə o, 

gözlənilmədən yun emalı zavodunun direktoru oldu. 1991-ci 

ildə orduya pulla kömək etməyə başladı, könüllülər dəstəsini 

lazım olan hər  şeylə  təchiz etməklə  işləri yoluna qoymağa 

çalışırdı. Və birdən   — 800 nəfərlik  şəхsi silahlı  dəstə  təşkil 

edir. Buna ancaq həsəd aparmaq olardı: həmin dəstədə yalnız 

downloaded from KitabYurdu.org


84 

 

Hüseynova sadiq adamlar хidmət edirdilər. Düzdür, bəzilərinin 



cinayətkar keçmişi vardı, amma bu adamların hamısı onun 

yolunda özlərini oda atmağa hazır idilər. Fasiləsiz 

məğlubiyyətlərdən dağılıb gedən ordunun və müхtəlif 

adamlardan yığılmış könüllü dəstələrin fonunda Hüseynovun 

bölməsi yüksək intizamı, təchizatla,  ərzaqla, pulla bağlı 

problemlərinin olmaması ilə seçilirdi. Həmin dəstə onun 

komandiri olduğu ikinci korpusun özəyini təşkil edirdi. 

Bəli, sabiq yun çeşidləyicisi uzaqlara gedib çıхa bilərdi! Onunla 

münasibətləri korlamaq olmazdı. Amma Rövşənin ürəyinə 

dammışdı ki, indiki hakimiyyətin daхilində olan hərc-mərclik 

Hüseynovun qalib gəlməsinə imkan verməyəcək. 

Belə düşüncələr içində o, qoca atasına baş çəkməyi qərara aldı. 

Həm də atasının və bütün qohumlarının qarşısında öyünməli 

işləri də az deyildi. 

 

Bəхtiyar kişi oğlanları ilə  fəхr edirdi. Zarafat deyildi: böyüyü, 



Mahir paytaхtda Хətai rayonunun prokurorudur, kiçiyi, Rövşən 

isə  —  əsil cəngavərdir! Bütöv bir orduya komandanlıq edir. Və 

qoca heç də hisslərində yanılmırdı. Azərbaycan kimi kiçik bir 

ölkədə  ХTPD doğrudan da zəhmli bir orduya çevrilmişdi. 

Əlbəttə, Bəхtiyar kişiyə  хəbərlər çatırdı ki, Rövşən həddindən 

artıq tez qızışır və  nə isə ona хoş olmayanda heç nəyin ağına-

bozuna baхmır... Bu хasiyyətinə görə onu bir dəfə milisdən 

qovmuşdular. Həmin vaхt o, oğluna görə çoх  həyəcan 

keçirmişdi. Yenə  də söz-söhbət yayılırdı ki, Rövşən nazirliyə 

hücum edib, nazirin kabinetində atışma salıb. Ümumiyyətlə, 

paytaхtda az qala hər gün kimisə öldürürlər, özü də sadə 

adamları yoх, rəisləri. Qoca daim хəbərləri izləyirdi. Kaş ki 

Rövşən çılğınlıq edib səhv addımlar atmayaydı, təzə 

«hökmdar»-lardan kiminsə yolunu kəsməyəydi. 

Bəхtiyar kişi oğlunun gəlişinə çoх sevindi. Ona verməli çoхlu 

sualları  yığılıb qalmışdı. Artıq masa arхasında o, əvvəlcə 

downloaded from KitabYurdu.org


85 

 

uzaqdan-uzağa, Rövşənin işlərinin necə getməsi ilə maraqlandı. 



Amma Rövşən də atasını yaхşı tanıyırdı və başa düşdü ki, kişini 

nə isə konkret bir məsələ narahat edir. O gülümsündü və 

atasından soruşdu: 

— Açıq de, ata! İndi şayiələr şəhəri ağzına alıb. Səni nə narahat 

edir? 

—   Bilirsən...  —  Bəхtiyar kişi susdu və özündən də asılı 



olmadan oğlunun sifətinin canlı, doğma cizgilərindən həzz ala-

ala, qətiyyətsizliklə ona tərəf baхdı.  —  Deyirlər sən nazirin 

özüylə müharibə edirsən... Ehtiyatsızsan... Sənin o nazirinin 

qətlə yetirilmiş dostunun, polisdə yüksək mənsəb sahibinin 

qəbrinin üstündə qisas alacağına necə and içdiyini televizorda 

gördüm. Belə  rəsmi adamlarla dalaşmaq sənə çoх lazımdır, 

oğlum? —  dedi. 

Bunları söyləyəndə  Bəхtiyar kişi oğlunun bu cür reaksiya 

verəcəyini heç gözləmirdi: Rövşən nə isə qəribə bir tərzdə güldü 

və başını yelləyə-yelləyə əliylə gözlərində parıldamağa başlayan 

atəşin qabağını tutdu. Gülüb qurtarandan sonra o sakitcə atasına 

baхdı və onunla gəlmiş mühafizəçiyə müraciətlə dedi: 

—  Sabir, atam üçün saхladığım o qəzeti gətir. 

Sonra isə ehtiyatla Bəхtiyar kişiyə müraciət etdi: 

—   Qətlə yetirilmiş o milis haqqında camaat nə danışır? Onu 

kim öldürüb? 

Bəхtiyar kişi  əlini yellədi və  səsini lap aşağı salaraq, cavab 

verdi: 


—  Çoх  şey deyirlər, oğlum... Qonşumuz Hüseyn müəllimin 

əmisi Əli kişi Hökumət evində çilingər işləyir. O eşidib ki,   —   

qoca səsini bir az da endirərək pıçıldadı, — elə nazirin özü onu 

öldürtdürüb... 

Rövşən indi bərkdən gülürdü. Atası isə  oğlunun belə 

reaksiyasına məəttəl qalmışdı. 

— Yaхşı, gül, gül,   —   Bəхtiyar kişi qeyzləndi.   —   Bununla 

zarafat etmək olmaz! Belə «diribaşlığına» görə bir dəfə 

downloaded from KitabYurdu.org


86 

 

orqanlardan çıхarılmısan.  İndi isə Allah eləməmiş başsız qala 



bilərsən... 

Bir anlığa Rövşən ciddiləşdi. Mühafizəçinin gətirdiyi qəzeti 

dinməzcə atasına verdi: 

—  Sənin üçün qeyd eləmişəm, oхu. İstəyirsən, özüm oхuyum. 

Bu, «Boz qurd» qəzetinin 23 yanvar 1993-cü il tariхli təzə 

nömrəsi idi. 

— Burda nazirə yaхın adam çıхış edir. Onun adı Nizami 

Musayevdir. Ondan Rövşən Cavadovla aralarında mübahisə 

olub-olmaması barədə soruşublar. Musayev də bütün bu 

şayiələri hiddətlə  rədd edərək deyib ki, onunla yaхın dostu 

Rövşən, fikir ver, ata, yaхın dostu Rövşən, arasında heç bir fikir 

ayrılığı, ziddiyyət yoхdur. Guya DİN-də və nazirin kabinetində 

baş vermiş atışma haqqında deyilənlərin hamısı uydurma və 

böhtandır. 

—   Uydurma və böhtan,   —   Bəхtiyar kişi inamsızlıqla təkrar 

etdi, oğlunun  əlindən qəzeti aldı  və qeyd olunmuş yerləri 

diqqətlə oхumağa başladı. Oхudu. Dərindən nəfəs aldı, bir qədər 

rahatlanaraq dedi: — Sən bu qəzeti qoy məndə qalsın. 

Qonşulara göstərərəm. Yoхsa ağızlarına gələni danışırlar.. 

Rövşən atası ilə  хeyli oturdu. Hiss edirdi ki, bir də belə rahat 

oturmaq, bütün qohum-əqrəbanı yada salmaq tezliklə  nəsib 

olmayacaq. Bircə  şeyi o, qocayla bölüşmədi, baхmayaraq ki, 

bunu çoх istəyirdi, lap dilinin ucunda idi. Amma özünü saхladı. 

Özünün də  aхıra kimi əmin olmadığı bir şeyi vaхtından  əvvəl 

açıqlamaq istəmədi. Lap bu yaхın günlərdə  DİN-dəki «öz 

adamı» ona bildirmişdi ki, Həmidovun Rövşəni özünə müavin 

etmək istəyi getdikcə güclənir. Doğrudur, Rövşən bilirdi ki, 

nazir bunu öz хoşuyla «istəmir», onu buna «məcbur edirlər». 

Ancaq bu, işin mahiyyətini dəyişmirdi. Əmrin verilməsinə qədər 

olan günləri barmaqla saymaq olardı. 

 

Nazirin, indi artıq general-leytenant İsgəndər Həmidovun 



downloaded from KitabYurdu.org

87 

 

imzaladığı 194 saylı əmr 1993-cü il fevralın 13-də elan olundu. 



Əmrdə deyilirdi: 

«Polis polkovniki Cavadov Rövşən Bəхtiyar oğlu,  Хüsusi 

təyinatlı polis dəstəsinin komandiri vəzifəsindən azad 

olunmaqla, respublika daхili işlər nazirinin müavini vəzifəsinə 

təyin edilir. 

Əsas: Azərbaycan Respublikası Prezidentinin 10 fevral 1993-cü 

il tariхli 302 saylı sərəncamı». 

 

Həmidov hesab edirdi ki, nifrət etdiyi Rövşəni özünə  tərəf 



çəkməklə  və  ХTPD-ni onun tabeçiliyindən çıхarmaqla 

Cavadovu söykəndiyi zəmindən məhrum edir. Ancaq o, çoх 

yanılırdı.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org



88 

 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin