IV FƏSİL
RUHUNA HOPAN ŞƏHƏR
Lev Nussimbaum
Bakı, Qızılsu, Buxara, Ənzəli, Bakı, Tiflis
İyul 1907-iyun 1920-ci illər
Abram qabiliyyəti, işgüzarlığı sayəsində inadla hədəf-
lərinə doğru irəliləyirdi. İl yarım keçməmişdi ki, artıq ikinci
gildiya taciri kimi qeydiyyata düşmüşdü, neft sahəsində öz
firmasını qurmağa çalışırdı. Çox keçmədi ki, həmfikirləri də
tapıldı, Moisey Anikst və Əlabbas Aşurovla dil tapdılar.
Anikst bir il əvvəl Əlisgəndər Aşurovdan Binəqədi və
Biləcəridə neft kəmərləri stansiyası, stansiyaların boru kə-
mərini, onların yerləşdiyi sahələri, neft məhsullarının alqı-
satqısı, çıxarılmasıyla bağlı hüquqları almışdı. O bütün
əmlakını və hüquqlarını firmaya verir, iyirmi səkkiz min
rublluq əsas kapitalın yarısını qoyurdu. Bütün işlərin idarəsi
çək-çevirsiz Abram Nussimbauma etibar edilmişdi.
1908-ci il iyulun iyirmi beşində “A.L.Nussimbaum və
Konun Binəqədi neft kəməri firması”nı qeydiyyata aldırdı-
lar. Firmanın kontoru Qorçakov küçəsində kirayələdikləri
68
binada yerləşirdi. Hər səhər faytonçu gəlib Abramı işə apa-
rır, evə bir də qaş qaralanda gəlirdi: firmanı ayağa qaldır-
maq üçün çox işləməliydi...
...Bəzi qadınlar öyrədilmək üçün yox, sərbəstlik üçün yaranıb-
lar, amma birgə azad olmaq üçün özlərinə oxşayan adamlara
hələm-hələm rast gəlmirlər. Basya da getdiyi yoldan dönmək
fikrində deyildi, Koba gələndən sonra əvvəlki həyatına qa-
yıtmış, qəfil gedişlərinin, vaxtsız qayıdışlarının sayı artmış-
dı. Hətta günlərin birində evlənəndə arvadına aldığı almaz
qaşlı üzük-sırğasının yox olduğunu sezdi. Bertanın onları
Koba və yoldaşlarıyla girişdikləri işdən ötrü çap dəzgahı al-
maq üçün satdığını sonralar öyrənəcəkdi.
Bir müddət sonra da arvadının daha evdən çıxmadığını,
gününü əsəbi sarsıntılar içində keçirdiyini sezdi...
1909-cu ilin martında Abram Nussimbaum Aleksand-
rovskaya Naberejnaya küçəsində birmərtəbəli mülk aldı.
Buna çox sevinirdi: artıq həyatı qaydasına düşür, Bakının
işgüzar aləmində yerini yavaş-yavaş möhkəmlədir, oğlunun
gələcəyinin təminatına görə əndişə duymağa əsası yoxdu.
Amma yay günlərinin birində Kobanı yenə evində gör-
dü. Bu dəfə “arzuolunmaz qonaq” dörd yaşlı Leonu danış-
dırır, gürcü ləhcəsilə gülməli nəsə danışırdı.
“Koba yoldaş bir neçə gün bizdə qalacaq. Ondan ötrü
münasib yer axtarırlar”, – Basya ərinin dillənməsinə imkan
vermədən dedi.
Abram bu dəfə “qonağına” əl vermədi, çoxmənalı tərzdə
başını tərpədib kabinetinə keçdi. Əlbəttə, qalmaqal olması-
nı, evinə polis gəlməsini heç arzulamırdı, iki ildi əlləşdiyi
“Binəqədi neftdaşıma” firmasını yenicə araya-ərsəyə gətir-
miş, qoyduğu sərmayə gəlir gətirməyə başlamışdı, buna
görə Kobadan ötrü gələcəyini riskə ata bilməzdi.
Qonaqla rastlaşmamağa çalışa-çalışa bir neçə günü yola
verdi, axır ki, gəlib onu evdə görməyəndə çiynindəki yükün
bir qədər yüngülləşdiyini hiss elədi, amma təhlükə duyğu-
su yenə ötüb keçmədi.
69
Firmanın işi pis getmirdi, Abram Nussimbaum fəaliy yə-
tini genişləndirib Birjevaya küçəsində, Buniyatovun evində
yeni ofisə köçmüşdü. Ümidvardı ki, yaxın müddətdə daha
böyük uğurlar əldə eləyəcək. Hələ ki, Nobel qardaşlarının,
Əsədullayevin, Rotşildlərin, Şibayevin, Mantaşovun, Nağı-
yevin şirkətləri və firmalarıyla bəhs eləyə bilməzdi.
1910-cu ilin yaz günlərinin birində Basyanı yenə əsəbi,
kədərli, pərişan vəziyyətdə gördü, başa düşdü ki, təşkilatda
işlər qaydasında deyil. Məsələnin nə yerdə olduğunusa bir
neçə ay sonra həm də təsadüfən öyrəndi. Şərikinin uzaq qo-
humu Bayıl həbsxanasından çıxmışdı, Kobanın da orda yat-
dığını deyibmiş, üstəlik, Koba ötən il də Bayıl həbsxanasına
salınıbmış, sonra sürgün olunub, amma sürgündən qaçıb
gəlib, yenidən ələ keçib.
Abram başa düşdü ki, Kobanı siyasi dustaq kimi evində
saxladığı məlum olsa, əlli-ayaqlı gedər. Amma Basya heç nə
eşitmək istəmirdi, nə evlə, nə uşaqla maraqlanırdı, fikri-zik-
ri Kobanı necə azad eləməklə məşğul idi. “Nikitiç” haralar-
dasa yoxa çıxmışdı, Kamo Avropadaydı, Kobasa sürgündə
“dincəlirdi”. Belə çıxırdı ki, bütün həyatlarını həsr elədikləri
iş uçurum qarşısındadı. Bunu fikirləşdikcə əsəbləri gərilir,
tir-tir əsməyə başlayırdı, bir neçə dəfə də bütün qəzəbini
qulluqçunun və Leonun üstünə tökmüşdü. Abram arvadı-
nın ruhi sarsıntılarının səbəbini başa düşür, amma onu xilas
eləmək üçün daha əlindən heç nə gəlmirdi. Bir dəfə Basyanı
həkimə göstərmək istəmişdi, amma arvadının əsəbi etira-
zından sonra fikrindən daşınmalı olmuşdu.
Öncəduyumunun işarə elədiyi faciə fevral günlərinin
birində, daha doğrusu, fevralın on altısında, səhər saat 11-
də baş verdi. Xanımın hələ də oyanmadığını görən qulluqçu
Abramın tapşırığıyla ona baş çəkmək üçün yataq otağına
girəndə onu döşəmədə namünasib vəziyyətdə sərilmiş gör-
dü. Dərhal nəsə baş verdiyini duyan qulluqçunun haray-
həşirinə qaçıb gələnlər Basyanı tez-tələsik Mixaylovsk xəstə-
70
xa nasına çatdırdılar, amma binəva özünə gəlmədən öldü.
Yataq otağında tapılan şüşə ölümün karbon turşusundan
baş verdiyini aşkara çıxarırdı. Əlbəttə, bu maddi səbəb idi,
mənəvi səbəbsə hələ Abram Nussumbaumdan başqa
kimsəyə məlum deyildi, o da “sağalmaz xəstəliyə düçar oldu-
Dostları ilə paylaş: |