gün İstanbul hər tərəfdən bizə gərəkli bir şəhərdir. Bu gün İstan-
bul Bakı mədənlərinin məhsulları üçün yeganə xarici bazardır...
Lakin İstanbul bazarını qazanmaq üçün orada ticarət vəkilləri bu-
lunmalıdır ki, bazarın tələbatını tez-tez Bakıya xəbər versin”.
Onda bu təklifinin öz taleyində dönüş yaradacağını hələ
bilmirdi. Ölkənin siyasi mühiti ingilislərin ölkəni tərk
eləməsindən, bir də Nərimanovun Həştərxandan Nəsib
bəyə göndərdiyi məktubdan danışırdı. Doktor Nəriman
Nəsib bəyi və millətçiləri rus inqilabının mahiyyətini başa
düşməməkdə, ingilislərlə yaxın münasibətdə, Denikinə
müharibə elan eləməkdə, Sovet Rusiyasına qarşı çıxmaqda
günahlandırmışdı: “...mən sizi və sizin həmfikirlərinizi
qəbirqazan rolundan əl çəkməyə çağırıram, – yazmışdı. – Mərd-
mərdanə deyin: biz Rusiya inqilabının xarakterini anlamamışıq,
biz dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini nəzərə
ala bilməmişik, biz meydandan çəkilirik, qoy Azərbaycanda Sovet
hakimiyyəti olsun!”
...Bakıda qaldığı bir ay ərzində qəzetə məqalələlər yazdı,
hətta Cümhiriyyətin milli himninin yaradılmasının zərurili-
yini də unutmadı. İyulun 29-da parlamentdə çıxış eləyib
gördüyü işlər barədə hesabat da verdi. “Acizləri, – dedi, –
Odessadan çıxarkın topladığım bir çox məlumar bolşeviklər
tərəfin dən dərdəst edildiyindən, məaltəəssüf, sizə müfəssəl mə-
lumat verə bilməyəcəyəm...” Müstəqilliyə can atan polyakların,
ukraynalıların, gürcülərin və başqalarının İstanbulda elçilik-
ləri olduğunu, yunanların və ermənilərin fransızca qəzet
çap eləyib istəklərini dünyaya car çəkdiklərini dilə gətir-
mişdi. “Azərbaycanın müməssili olaraq və bolşevik qəzasına uğ-
rayaraq İstanbulda çox pulsuzluq müşkülatı çəkdim. Halbuki
səfarət möhürü ilə sənədlər verib pul almaq imkanı var idi. Bu
imkanla yenə çətinliyə düşdüm... Təbəələrimiz də xaricdə on qat
zəhmətlər çəkirlər...”
Millət vəkilləri “Vətən mənafеyi uğrunda çalışmaqdan yоrul-
maq bilməyən Vəzirоv”un fəaliyyətini yüksək qiymətləndirdilər.
33
Sonra işlə bağlı arzusunu Hüseyn bəy Mirzəcamalova
açdı.
“Sənin kimi adamlara ehtiyacımız çoxdu, – Hüseyn bəy
onu arxayın saldı. –Elə lap bu yaxınlarda Fətəli xan müraciət
eləmişdi, nazirliyinə bir neçə dil bilən protokol şefi lazımdı.
Günü bu gün səni tövsiyə elərəm...”
Elə səhəri gün də Fətəli xanın razılığı alındı, nazirlikdə
işə başladı.
Deyəsən, həyatı qaydasına düşmüşdü. Hələ ki, Hüseyn
bəyin evində yerləşmişdi, daha doğrusu, köhnə dostu kirayə
tutmağa qoymamış, Yusif Vəzir də inad eləməmişdi - yaxın
müddətdə mənzil məsələsinin həll olunacağına söz
vermişdilər. Aşqabada, Mir Abdullaya məktub göndərmişdi
ki, yayın axırlarında gəl, Bakıda universitet açılır, gəl,
təhsilini davam etdir.
Axır ki, uzun məşəqqətlərdən sonra könlünə yatan işlə
məşğul olmasından zövq alırdı. Arada qələm yoldaşlarının
yarat mağa hazırlaşdıqları təşkilata – “Yaşıl qələmlər” cəmiy-
yətinin yığıncağına da getdi. Məmməd Əmin bəy də
cəmiyyətə üzv olmaq fikrindəymiş, amma işi çox olduğun-
dan gəlməmişdi; Seyid Hüseyni orda gördü, kitabları barədə
yazdığı isti sözlərə görə təşəkkür elədi, Mirzə Cəlillə ilk dəfə
həmin yığıncaqda rastlaşdı; Hüseyn Cavidlə tanış oldu, hətta
Goranboyun Borsunlu kəndindən gəlmiş yeniyetmə oğla nın
– Mikayıl Rəfizadənin “Əfkari-mütəllimin” məcmuəsindəki
yazılarını oxuyub dərrakəsinə heyranlığını bildirdi...
Ceyhun bəy Əlimərdan bəy Topçubaşovun başçılıq
elədiyi nümayəndə heyətilə Paris Sülh konfransındaydı,
“Azərbaycan” qəzetinin redaktorluğu Üzeyir bəyə həvalə
olunmuşdu. Hərdən axşamlar yolunu onun yanından salır-
dı, xatirələrini, qayğılarını bölüşürdülər...
Amma bu rahatlığı heç bir ay da çəkmədi: adı Fransaya
səfir göndəriləcək adamların arasında çəkilməyə başladı.
Buna qəlbən razı deyildi, üstəlik, hələ Əlimərdan bəy
34
Parisdəydi, iki ölkə arasındakı məsələləri yoluna qoyurdu.
Az sonrasa hökumət başçısı Nəsib bəy Usubbəyli Yusif
Vəziri yanına çağırıb İstanbul elçiliyini təklif elədi: indiki
vəziyyətdə ölkənin xarici siyasətində İstanbul başlıca yeri
tutur, dünyayla təmas orda qurulur, bu missiyanı da artıq
müəyyən təcrübəsi olan Yusif Vəzir yerinə yetirə bilər. Bu
vaxtacan Sultan hansı səbələrdənsə Bakıya diplomatik
nümyəndə göndərməmiş, Osmanlı məmləkətilə Azərbaycan
Cümhuriyyəti arasındakı məsələlərlə əsasən Əlimərdan bəy,
sonra da Həsən bəy Zərdabinin oğlu Səvfət bəy məşğul ol-
muşdular, nəhayət, bu yönümdə rəsmi qərar qəbul eləmək
lazım idi.
Ürəyindən Bakıda qalmaq, diplomatik sahədə olmasa da,
maarif, mədəniyyət, lap elə ədliyyə idarələrindən birində
çalışamaq keçirdi. Amma təhsilliydi, bir neçə aylıq da olsa,
diplomatik təcrübəsi vardı, üstəlik, subay idi, əsərlərilə tanı-
nırdı. Nəsib bəyin təzyiqi qarşısında duruş gətirə bilmədi,
hələ Bakıda özünə düz-əməlli yurd-yuva qurmamış İstan-
bula getməli oldu. Bu da qismət idi, Vaxtilə ulu babası
Əliməmməd ağaya nəsib olmayan şərəf indi onun bəxtinə
çıxırdı...
...Bir müşavir, iki katib, üç əməkdaş, bir kuryerlə Bakı-
dan yola düşəndə qəlbində hər şeyin yaxşı olacağına ümid
vardı. Müşaviri Cahangir bəy Qayıbov Qafqaz müftisi Mirzə
Hüseyn Qayıbzadənin oğlu, general-mayor Əmir Kazım
Mirzə Qovanlı-Qacarın kürəkəniydi. Müşavirinə etibar eləyə
bilərdi, bu sarıdan arxayın idi.
Osmanlı məmləkətindənsə hey həyəcanlı xəbərlər gəlirdi.
Bakının erməni-bolşevik dəstələrinin əlindən alıb Milli
Hökumətin baş şəhərinə çevirən, sonrasa Mudros anlaşma-
sına görə, ingilislərə təhvil verən türklər indi özləri çətin
gündəydilər, Sevr anlaşması imzalanmış, İstanbulun müttə-
fiq qoşunlar tərəfindən rəsmən işğal olunmuş, üstəlik, ölkə
hər tərəfdən təhdid altında qalmışdı. Qatarla Tiflisə, ordan
35
Batuma getdiyi, heyətilə limanda iki ay gəmi gözlədiyi
müddətdə, az qala, hər gün ovqatını təlx eləyən xəbərlər
eşidirdi.
Əlbəttə, belə vaxtda İstanbula səfarətxana göndərməyin
nə dərəcədə məqbul olduğu barədə də düşünürdü. Amma
Nəsib bəy dəlil-sübutunu belə söyləmişdi:
“Biz bütün vəziyyətlərdə istiqlalımızın qorunmasına,
döv lə timizin tanınmasına çalışmalıyıq. Əlimərdan bəyin
heyəti də Parisə yola düşür ki, səsimizi dünyaya çatdırsın.
Çox çətin dönəmdən keçirik, əzizim Yusif, dəyanətli, səbirli,
düşüncəli olmalıyıq”.
Şübhəsiz, belədi, amma belə vəziyyətdə dəyanət, səbir,
düşüncə neynəsin? İşğal olunmuş şəhərdə səfarət necə
fəaliyyət göstərəcəkdi? İngilislər Qalata, Şişli, Peranı tut-
muşdular; fransızlar şəhərin günbatan səmtini nəzarətdə
saxlayırdılar; italyanlar Anadolu yaxasında yerləşmişdilər;
üstəlik, aralarında Ayasofya məbədinin təzədən kilsəyə
çevrilməsi barədə çəkişmə başlamış, pravoslav, katolik, yu-
nan-pravoslav, Roma-katolik inanclar üz-üzə dayanmışdı,
bir-birinə güzəştə getmək istəmirdilər, hamısı belə hesab
eləyirdi ki, ittifaq daxilində üstünlüyünü sübuta yetirmək
məhz bu məsələnin öz xeyrinə həll olunmasından asılıdı.
Bununla yanaşı, gələn xəbərlərdən belə nəticə hasil olur-
du ki, əsl təhlükə ingilislər, fransızlar, italyanlar yox, gün-
batanda yunanlar, günçıxanda ermənilərdi; yunanlar bütün
Trakiyaya, üstəlik, İstanbul da daxil olmaqla Anadolunun
yarısına, ermənilərsə Qars, Ərdahan, Ərzurum, Sivas, Ela-
zığ, Van, Bitlis, hətta Diyarbəkirə göz dikmişdilər. Bu da az-
mış kimi, müttəfiqlər yeni sultan Vəhidəddini məcbur
eləmişdilər ki, üç il əvvəl baş verən erməni-türk hadisələrini
araşdırmaq üçün hərbi tribunallar yaratsın, təhqiqatlar apa-
rıb, günahkarları cəzalandırsın. Nəticədə yüz iyirmi nəfər
həbsə alınmış, əsas canisə Tələt Paşa elan olunmuşdu.
36
***
Həmin günlərin birində daha gözləməyin mümkün ol-
madığını, müttəfiq komandanlığının icazəni qəsdən yubat-
dığını görüb başqa yola əl atmaq qərarına gəldi: özünü li-
manın polis rəisinə “tacir” kimi qələmə verdi, axır ki, onu
inandırmağı bacarıb Trabzona yola düşən gəmiyə minə bil-
di. Heyət Batumda qalıb rəsmi icazəni gözləyəcəkdi – başqa
çıxış yolu yox idi.
O payız günü İstanbulda gəmidən enəndə möhtəşəm
şəhəri beləcə, pərişan gördü. Boğazda ingilis, fransız, ital-
yan gəmiləri lövbər salmışdılar, bayraqları mehdə asta-asta
dalğalanırdı. Limanda rastlaşdığı adamların ovqatı cürbəcür
idi: türklər qaşqabaqlıydılar, əcnəbilərə nifrət dolu nəzərlərlə
baxırdılar; yəhudilər özlərini ehtiyatlı, bitərəf aparmağa can
atır, yunanlar və ermənilər qalibanə görkəmlə addımlayır,
hələ ki, himayədarları sayəsində özlərini məmləkətin ağası
kimi aparırdılar. Küçələrdə asayişə nəzarət eləyən əcnəbi
əsgər-zabitlərə də rast gəldi. Belə vaxtda səfarət nə iş görə
biləcəkdi?
Yusif Vəzir yeddi il sonra üzə çıxaracağı “Zeybək qızı”
hekayəsində o kədərli günlərdə gördüklərini ürək ağrısıyla
təsvir eləyəcəkdi...
...Sultan Vahidəddinin taxta çıxmasından bir il keçmə-
mişdi ki, artıq dördüncü hökumət qurulmuşdu. Sultanın
yavəri Əhməd İzzət Paşanın kabinəsini Tevfik Paşanın iki
kabinəsi əvəz eləmiş, indi bir ay idi ki, Damad Fərid Paşa-
nın hökuməti qurulmuşdu. Hökumətə müvafiq xariciyyə
nazirləri də tez-tez dəyişirdi: nazirlər yerlərini isitməmiş
adlarının əvvəlinə “sabiq” sözü əlavə olunurdu. İlin
əvvəlindən Mustafa Rəşid Paşa, Yusuf Franko Paşa, Damad
Fərid Paşa bir-birlərini əvəz eləmişdilər, hələ ki, Damad
Fərid Paşa hökumətinin xariciyyə vəkili kreslosunda Musta-
fa Rəşid Paşa bəy otururdu, etibarnaməsini də ona təqdim
eləyəcəkdi. Sultan Vahidəddin, yəqin ki, indiki vəziyyətində
Azərbaycan Cümhuriyyəti elçisiylə görüşməyəcəkdi.
37
Yola düşməzdən əvvəl xariciyyə naziri Məmmədyusif
Cəfərovun yanında olmuşdu. Nazir hər şeyə rəğmən Sultanla
görüşə cəhd göstərməsini, İstanbulda baş verən hadisələr
barədə vaxtında və müfəssəl məlumat göndərməsini tövsiyə
eləmişdi. Əlbəttə, buna cəhd göstərəcəkdi. Amma hələlik özü
belə hadisələrdən baş açmaqda çətinlik çəkirdi. Görünür, Sul-
tan məmləkətin düşdüyü vəziyyət müqabilində məsuliyyətini
yaxşı dərk eləyirdi, biçarə müttəfiq qüvvələrilə millətçilər
arasında qalmışdı – müttəfiqlərlə ehtiyatlı dolanmağa,
millətçilərin məmləkəti qurtarmalarına şərait yaratmaşa çalı-
şırdı. Bütün bunları o ilk günlərdə oxuduğu qəzetlərdən, eşit-
diyi söhbətlərdən dərk eləyir, vəzifəsinin icrasına başlayanda
neyləyəcəyini düşünürdü.
***
Bakıdan gələn xəbərləri diqqətlə izləyirdi. Məmmədbağır
bəy öz ərizəsilə Əksinqilabla Mübarizə Təşkilatının
rəhbərliyindən istefa vermiş, yerinə “Difai” zamanından bu
işlərdə böyük təcrübə toplamış qardaşı, Müsavat Partiyası-
nın üzvü Nağı bəy təyin olunmuşdu. Sentyabrın əvvəllərində
öldürülmüş Mirfəttah Musəvinisə Mahmud Səfikürdski
əvəz eləmişdi. Əvvəllər denikinçilərə qarşı mübarizə aparan
təşkilat indi fəaliyyətini bolşevik təhlükəsinə və ölkədə
təxribatlar törədən daşnaklara qarşı yönəltmişdi. Görünür,
bu xəmir hələ çox su aparacaqdı...
Avqustun axırlarında Məclisi-Məbusanın qiraət zalında
Seyid Hüseyn Sadıq Əfəndinin rəhbərliyilə “Yaşıl qələmlər”
cəmiyyəti təsis olunmuşdu. İnandığı, hörmət elədiyi qələm
adamlarının çoxu – Məmməd Əmin Rəsulzadə, Ömər Faiq
Nemanzadə, Əhməd Cavad, Uzeyir Hacıbəyli, Əbdürrəhim
bəy Haqverdiyev, Nəcəfbəy Vəzirov, Salman Mümtaz, Hü-
seyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Mikayıl Müşfiq,
Almas Yıldırım, Mirzəbala Məmmədzadə, Əlabbas Müz-
nib... o yeniyetmə oğlan – Mikayıl Rəfizadə həmin cəmiy-
38
yətin üzvüydülər, “Yaşıl yarpaq” adlı məcmuə buraxmağa
hazırlaşırdılar. Əlbəttə, belə bir məqamda onların arasında
olmaq, darıxdığı qaynar ədəbi həyatda iştirak eləmək, kağı-
za köçürmək istədiyi mövzulara qayıtmaq istəyirdi, amma
tale yolunu yenə Vətəndən uzaqlara salmışdı.
Payızın əvvəllərində də başqa bir dəstənin yığışıb “Qızıl
qələmlər” cəmiyyəti təsis elədiklərindən xəbər tutdu.
Əliheydər Qarayev, Ağababa Yusifzadə, Bayraməli Abbas-
zadə, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət
Bəsir, Salman Nərimanov... kimi solçular Seyid Cəfər
Pişəvərinin başçılıq elədiyi bu cəmiyyətdə yığışmışdılar,
“Məşəl” adlı satirik məcmuə buraxmağa hazırlaşırdılar.
Hətta, deyilənə görə, artıq Cəfər Cabbarlını, Mikayıl Müşfiqi,
Almas İldırımı da öz tərəflərinə çəkə bilmişdilər. Deməli,
ölkədə ideoloji qarşıdurma kəskinləşirdi, hələ milli düşün-
cənin tam qələbəsindən danışmaq olmazdı...
Axır ki, o günlərdə heyət gəlib İstanbula yetişdi. Səfarətin
birinci katibi Zeynal bəy Səfərov İstanbulda iki dəfə olmuş-
du, şəhərə bələdliyi vardı. Yer-yurd düzəldənəcən Sirkəçidə
münasib müsafirxana tapdı, iki günlüyə orda yerləşib kirayə
bina axtarmağa başladılar. Bu işi elə Zeynal bəyə tapşırdı,
mümkün qədər Topqapıya – Babi-Aliyə yaxın yerdə bina
tapmağın zəruri olduğunu dönə-dönə söylədi: cərəyan
eləyən hadisələrə yaxın olmaq, Sarayla rahat əlaqə saxla-
maq vacib idi. Özü Cahangir bəylə elçi təyin olunması
barədə vəkalətnaməsini Babi-Alidə xariciyyə vəkilinə nə
vaxt təqdim eləyə biləcəyini aydınlaşdırdı. Bundan ötrü Ca-
hangir bəy xariciyyə vəkilinin məqamına getməli, bunun nə
vaxt münasib olacağını dəqiqləşdirməliydi.
Cibində səfarətin xərcləri üçün ayrılmış əlli min franklık
çek, qəlbində ağlagəlməz səksəkə vardı. Hey bu məbləğə
səfarəti neçə ay yola verə biləcəyini hesablayırdı. Binanın
kirayəsinə, özüylə birgə yeddi nəfərin məvacibinə, qeyri
xərclərə ayrılan məbləği çıxanda məlum olurdu ki, ən yaxşı
halda altı ay tab gətirərlər. Vəziyyət bir qədər aydınlaşan
39
kimi, Bakıya – xariciyyə nazirinə, ya da hökumət başçısına
çətinliklərini bildirməliydi. Özünə ayrılmış ayda üç min
frank məvacib ilk baxışda sanballı görünürdü: bu məbləğə
əvvəlcə özünə abırlı paltar almalıydı, olub-qalanı yollarda
əldən çıxmışdı: dövləti təmsil eləyən, hökumət adından
cəmiyyət arasına çıxan kəsin geyim-keciminə, görkəminə fi-
kir verməməyə haqqı yox idi; üstəlik, mümkün qədər abırlı
ev kirayələməli, qulluqçu tutmalıydı – təbii ki, təkcə
məqamına yox, evinə də gəlib-gedən olacaqdı, ölkəsinin ke-
çirdiyi maddi sıxıntını kimsə bilməməliydi, bu da diploma-
tiyanın incəliklərindən biriydi.
Cahangir bəyi Kiyevdən tanıyırdı, hüquq təhsilini iki il
ondan sonra başa vurmuşdu. Haqq üçünə, nə Nəsib bəy, nə
xariciyyə naziri səfarət heyətinin seçilməsinə qarışmışdı, elə
Zeynal bəylə gimnaziya yoldaşı olmuşdu, digər katib Mirzə
Qədiri də özü seçmişdi, təkcə əməkdaşların və kuryerin
məsələsilə ciddi maraqlanmamışdı, həmin dörd nəfəri
sərəncamına göndərmişdilər.
Sirkəçidəki müsafirxananın sahibi Xeyri Əfəndi gəlişlə-
rinin səbəbini bilib sevinmişdi, yerbəyer olub, nahar eləyib
bir qədər dincələndən sonra hörmətini bildirmək üçün ota-
ğına gəldi:
“Sizi görməyimə şadam, – dedi, – qardaşlarımızın azad-
lığa çıxmaları bizə də ümid verir. İnşallah, bu yabançılar
məm ləkətimizdən tezliklə rədd olub gedəcəklər, asudə
nəfəs alacağıq”.
“Əlbəttə, əlbəttə, Xeyri Əfəndi, yəqin, çox çəkməz. Hər
bir millətin öz taleyinin sahibi olmağa haqqı var”.
“Qardaşım oğlu Nuru Paşa qoşunuyla Bakını qurtarma-
ğa sevinə-sevinə getdi. Hələ də harda olduğunu bilmirəm...”
– Xeyri Əfəndinin səsi titrədi.
“Sağ-salamat qayıdar, toxtaq olun, – əlini onun çiyninə
qoydu, inşallah, işə başlayan kimi, onun barəsində səhih
xəbər öyrənməyə çalışıram”.
40
“Allah sizdən razı olsun, – Xeyri Əfəndi bir qədər rahat-
landı, – nə arzunuz olsa, qulluğunuzda hazıram”.
Elə Xeyri Əfəndinin tövsiyəsi üzrə də səhəri gün Cahan-
gir bəylə Kapalıçarşıya getdilər, müsafirxana sahibinin tanı-
şı öz dükanında ikisini də bəh-bəhlə geyindirdi, qiymətdə
də çox çənə-boğaz eləmədi. Cahangir bəy əsa gəzdirməyə
öyrəşməmişdi, ancaq məsləhətə qulaq asdı: məsələ cavan-
lıqda deyildi, əsa adamı daha kübar göstərirdi.
Otuz iki yaşındaydı, Kiyevdə, Krımda əzablı nümayən-
dəliyindən sonra Osmanlı imperiyasına elçi göndərilmişdi.
İndi dünyanın qəlbi burda – İstanbulda döyünürdü.
Zəifləmiş, gücdən düşmüş imperiya Sultan Mehmet Fateh
zamanından bəri ən faciəvi günlərini yaşayırdı. Qurulan
hökumətlər yıxılır, məclislər hərc-mərclik yuvasına çevrilir,
millətçilər içdən korun-korun yanırdılar. Belə bir vaxtda, az
qala, eyni tale yaşayan, erməni-bolşevik təhdidinə, terroru-
na, solçu firqələrin daxildəki dağıdıcı fəaliyyətinə qarşı
müqavimət göstərən məmləkətinin səsini dünyaya çatdır-
maq üçün bütün çətinlikləri nəzərə almalıydı.
Müsafirxanadakı otağının pəncərəsindən Qalata körpü-
sü, lövbər salmış, boğazdan keçən gəmilər, qayıqlar, bir az
uzaqlarda Qalata qülləsi görünürdü. Yazı-pozudan çoxdan
ayrılmışdı, Bakıda və Batumda qaldığı günlərdə bütöv bir
şey yaza bilməsə də qeydlər aparır, yadında qalan hadisələri,
təfərrüatları, xarakterləri kağıza köçürürdü. Yəqin, belə
getməyəcəkdi, hər iki məmləkətdə əmin-amanlıq, asayiş
bərqərar olacaqdı, onda həmin qeydlər karına gələcəkdi.
Yazmaq imkanı yaransa belə, hələ istədiklərini yox, vacib
saydıqlarını qələmə almalıydı.
***
...O payız günlərinin birində Əli bəy Hüseynzadə təşrif
buyurdu. Heyətin gəldiyini, həmin gəmidə olan bir tanışın-
dan eşidibmiş, iki gün ərzində bütün müsafirxanalara baş
41
çəkib onları axtarırmış. Halı pərişan idi, saç-saqqalı xeyli
ağarmışdı. Görkəmində o qədər qüssə vardı ki, elə bil,
dindirsən, ağlayacaqdı. Səfarətin gəlişinə sevindiyini bildirsə
də, bunu simasından duymaq çətin idi. Üstəlik, son vaxtlar
üzləşdiyi hadisələr onu əməlli-başlı ruhdan salmışdı:
Bəkirağa bölüyüylə birgə o da həbs olunub, Maltaya
sürgünə göndərilməkdən təsadüf nəticəsində canını qurta-
rıbmış. Əlimərdan bəy Topçubaşovun sədarətilə Paris konf-
ransına gedəcək heyətə Əli bəylə birgə Əhməd bəy Ağaoğlu
da daxil edilibmiş. Yanvarın ilk günlərində Bakıdan çıxıblar,
Tiflisdə və Batumda görüşlər keçiblər, İstanbulda yığışıb
görəcəkləri işləri müzakirə eləyiblər. Bir sözlə, hər şey
nəzərdə tutduqları kimi gedirmiş. Amma “İttihad və
Tərəqqi”çilərin sıralarında olmaları başlarına bəla açıb.
Bəkirağa bölüyü müttəfiq qüvvələrin komandanlığı
tərəfindən həbs olunanda Əli bəylə Əhməd bəyi də onlara
qatıblarmış. Əlimərdan bəyin Babi-Aliyə, müttəfiqlərin ko-
mandanlığına müraciətlərinin nəticəsi ancaq bu olub ki, Əli
bəyi buraxıblar, Əhməd bəyisə altmış yeddi nəfərin arasın-
da Limnos adasına sürgün eləyiblər. Üstəlik, Əlimərdan
bəyin heyətini dörd ay viza vermədən İstanbulda saxlayıb-
lar; gürcü və erməni heyətlərisə çoxdan Parisdə yerləşib
fəaliyyətə başlayıblarmış. Axır ki, heyət yola düşə bilib.
“Əli bəy, hələ etibarnaməmi Babi-Aliyə təqdim eləməsəm
də, elçi kimi ilk işim sizə yardım göstərmək ola bilər. Sizi
Bakıya yola salmaq lazımdısa, buna hazıram”.
Əli bəy uzun-uzadı müsahibinə baxdı, sonra başını bu-
layıb nəzərlərini döşəməyə zillədi:
“Yox, mən burda müdərrisiyimə davam eləmək qərarına
gəldim. Elə əvvəldən deyirdim ki, Qafqaz vilayətləri Os-
manlının himayəsinə keçməlidi, yoxsa Rusiyanın əsarətindən
qurtula bilməyəcək. Məmləkətimiz, az qala, bir ildi müstəqil
olsa da, gələcəyilə bağlı əndişələrim var. Şimaldan gözlənən
təhlükəni hiss eləyirəm”.
42
“Elə Əlimərdan bəyin heyəti də Parisə o təhlükələrin
qarşısını almaq üçün getmədimi?
“Onun üçün getdi, amma o konfransı keçirənlərin nə
düşündüklərini kim bilir, Yusif bəy?”
Haqlı sual idi. Susdular, sükut xeyli darıxdırıcı oldu.
“Amma hələ ümid eləyək ki, Osmanlı dövləti bu ağır
günləri arxada qoyub öz nəzərlərini Qafqazdakı qardaşları-
na da yönəldəcək, – Əli bəy getməyə hazırlaşanda yüngülcə
baş əyib hüznlə gülümsədi. – Ümidvaram, hələ görüşəcəyik”.
“Əlbəttə, – Yusif Vəzir də iltifatla cavab verdi. -
Səfarətimiz yerləşən kimi, ünvanı sizə xəbər verərik. Müna-
sib bildiyimiz vaxt gözümüz üstdə yeriniz var”.
Qonağını müsafirxananın həyətinəcən ötürdü, Əli bəy
ikiatlı fayton saxlayıb əyləşənəcən dayanıb baxdı...
...Səfarət üçün binanı, az qala, bir həftə sonra tapdılar;
daha doğrusu, Zeynal bəy əsl fədakarlıq eləmiş, bu qar-
maqarışıqlığın içində münasib qiymətə münasib bina tap-
mışdı. Əlbəttə, bina sahibinin yeddi yüz franklıq iddiasını
dörd yüz səksən franka endirməyi hamı bacarmazdı.
Üstəlik, binada telefon vardı, bu da əlavə xərclərə qənaət
demək idi. Daha vacibi, bina Babi-Aliyə yaxın yerdə,
Sultanəhməd camesinin, At meydanının beş-on addımlığın-
da, Yerəbatan sarnıcının – qədim su anbarıyla üzbəüzdə
yerləşirdi. Ortaçağ taxta Osmanlı tikililəri üslubundakı,
“Tələt Paşanın köşkü” kimi tanınan ikiqatlı taxta binanın iri
salonu, heyət üzvlərinin yerləşməsi üçün kifayət qədər
otaqları, qışda isitmək üçün buxarısı vardı. Birinci qatdan
təsərrüfat ehtiyacları, əməkdaşların, katiblərin, ikinci qat-
dansa elçinin, müşavirin və qonaq salonunun yerləşməsi
üçün istifadə eləmək olardı. Sağ olsun, binanın sahibi
zəmanənin çətinliyindən çox səfarətin Azərbaycana məxsus
olmasına görə qiymətdə güzəştə getmişdi, yəqin ki,
gələcəkdə kirayə haqqını ödəməklə bağlı çətinliklər yaran-
sa, bu münasibətinin faydası olacaqdı.
43
Yerbəyer olduqları gün ilk uğurlarını qeyd eləmək üçün
məclis qurmağı qərara aldılar. Əslində, ziyafət təşkil eləməli,
İstanbuldakı elçiləri çağırmalıydı, amma buna bir ətək xərc
tələb olunurdu, indiki vəziyyətdə bədxərcliyə yol verə
bilməzdi; həm də camaatın üz-gözündən kədər oxunduğu,
müttəfiq qüvvələri at oynatdığı vaxtda ziyafət başqa cür
qəbul olunardı.
“Suların durulmasını gözləməliyik, – Cahangir bəy
məclisdən sonra özünəxas təmkinlə dilləndi. – Hökumətin
üzləşdiyi çətinliklərdən belə görünür ki, həyatımız heç də
xoş keçməyəcək”.
“Nəsib bəy dedi, çətinliklə qarşılaşsam, birbaşa ona ya-
zım. Çətinlikləri başa düşürəm, təsəvvür eləyin ki, onun
təvəqqesilə artıq xərclərdən qaçmaq üçün Parisə gedən Cey-
hun bəyin məvacibini Üzeyir bəy, Üzeyir bəyin məvacibinisə
Məmməd Əmin bəy alır. Üzeyir bəy qardaşının məvacibini
göndərə bilmədiyindən bərk əndişəliydi. İşimizi yoluna qo-
yandan sonra bizi gözləyən təhlükəylə bağlı ona yazaram
ki, xəbərdar olsun”.
“Hər işin başlanğıcı çətin olur, – Zeynal bəy ikisindən də
nikbin idi, – ümidvaram ki, çətinliklərin öhdəsindən
gələcəyik”.
Mirzə Qədir saqqalını sığallaya-sığallaya susdu, sonra
pensnesini çıxarıb cib yaylığıyla tərtəmiz sildi, burnunun
üstündə bərkidib məclisdəkiləri süzdü, amma dillənmədi...
...Çox arzulayırdı ki, Kiyevdəki ağrı-acıları burda yaşa-
masın, millətinin, hökumətinin naminə öhdəsinə düşənləri
ləyaqətlə yerinə yetirsin...
|