ötrü bina və avadanlıq lazımdır. Xahiş edirəm, tutduğum vəzifəyə
görə mənə müəyyən məvacib verəsiniz. İşçilərin ştatını isə Sizə
göndərirəm. Odessada pulsuz və böhranlı vəziyyətdə yaşayıram.
Ayda 1200 manat mənzil pulu verirəm, çörəyin girvənkəsi isə 20
manatdır”. Həmin məktubunda Ukrayna və Polşadakı
nümayəndəliklərə münasib adamlar da təklif eləmişdi.
Bununla belə, hökumət onun fəryadına fikir verəcək
vəziyyətdə deyildi. Bu səbəbdən də vəziyyət bir qədər yax-
şılaşandan sonra Vətənə getməyi qət elədi: belə vaxtda uzaq
məmləkətdə quru əllə təbliğat işlərilə məşğul olmaq ondan
ötrü dözülməz idi, qaynar həyatın ortasında olmaq milli
dövlət quruculuğuna əlindən gələn köməyi göstərməliydi.
Sənədlərinin bəziləri, arxivinin böyük bir hissəsi qırmızı-
ların güdazına getdi, amma çətinliklə də olsa, mayın ortala-
rında Odessadan İstanbula yola düşən “Boris” bolqar
gəmisinə ucuz bilet tapa bildi. Mayın 18-də gəmi Halki ada-
sına yan alanda artıq əzablarının arxada qaldığını düşünür-
dü. Son günlər Osmanlı məmləkətində baş verənlərdən də
xəbər tutdu. Almaniyanın təslim olmasından sonra Osmanlı
dövləti müttəfiq güclər qarşısında müdafiəsiz qalmışdı.
Lemnos adası sahilində – Mudros şəhəri yaxınlığında lövbər
salan Britaniya gəmisində bağlanmış müqavilə açıq-aşkar
məmləkətin işğalı demək idi. O anlaşmadan cəmi iki gün
sonra “İttihad və Tərəqqi”nin başçıları, Tələt Paşa və Ənvər
Paşa da daxil olmaqla Almaniyaya qaçmış, noyabrın 13-də
30
müttəfiq qoşunları İstanbula girmiş, Fateh Mehmetin
fəthindən bəri ilk dəfə şəhərə düşmən əsgərinin ayağı
dəymişdi.
Bunun ardınca Osmanlı ordusu buraxılmış, tuthatut baş-
lanmış, ittihadçılar üzərində məhkəmə qurulmuş, yüksək
rütbəli şəxslər Maltaya sürgün olunmuşdular. Yalnız Sulta-
nın şəxsi mühafizləri olan yeddi yüz nəfərlik dəstə qalmış-
dı. Yunanlar Ayasoyanın qübbəsinə zəng taxmaq fikrinə
düşəndə Vahidəddin xan həmin dəstəni onlara qarşı
göndərmişdi. Parisdə keçirilən Sülh konfransında İngiltərə
və Fransa Osmanlı torpaqlarını özlərinə sərfəli şəkildə
bölüşdürməyə çalışırdılar. Bu vaxt yaranacaq erməni, kürd,
ərəb, Mesopotamiya, Suriya və Hicaz dövlətləri problemi
ortaya çıxmışdı.
“Halki Palas” otelində yerləşəndən sonra gəminin Batu-
ma yola düşəcəyi günü gözləməyə başladı. Elə onda da
Əhməd bəy Ağaoğlunun həbs edildiyini öyrəndi. Əhməd
bəy İstanbul Darülfünununda müəllimlik eləyirmiş, elə o
vaxt da “İttihad və Tərəqqi” cəmiyyətinə qoşulmuş, Qafqaz
İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri
olmuşdu, ordu Azərbaycandan çıxanda Milli hökumət baş-
çıları onu çox dilə tutsalar da, İstanbula qayıtmışdı. Deyilənə
görə, ingilislər onu almanların adamı sayırlar, guya,
“Tərcümani-həqiqət”qəzetində soyqırımı təşviq və müdafiə
eləyirmiş.
Səlahiyyətlərinə daxil olmasa da, xariciyyə vəkili Əhməd
Fərid bəyin hüzuruna gedib Ağaoğlunun həbsinə etirazını
bildirməyi özünə borc saydı. Fikrincə, Şuşadan tanıdığı, ağ-
lına, savadına, millətpərvərliyinə heyranlıq duyduğu “firəng
Əhməd” Osmanlı dövləti və müttəfiqlər üçün qorxulu şəxs
deyildi. Amma Əhməd Fərid bəy müttəfiqlərin tələbilə
gerçəkləşdirilən bu məsələdə əlacsız olduğunu, heç bir
kömək göstərə bilməyəcəyini etiraf elədi.
İyunun əvvəllərində həmin “Boris” gəmisilə Batuma, qa-
tarla Tiflisə, ordansa, nəhayət, Bakıya gəlib çıxanda qəlbində
31
mayın 28-də sürgünə göndərilən Əhməd Ağaoğluna kömək
eləyə bilməməyinin dözülməz ağrısı vardı.
***
Yusif Vəzir Bakını da bir qədər pərişan gördü. Modros
müqaviləsinə görə, general Vilyam Montqomeri Tomsonun
komandanlığı altında gəlmiş ingilis qoşunu hələ də
şəhərdəydi; aprel ayından denikinçilərin Dağıstana və Gür-
cüstana hücumu ölkəni də təhdid altında saxlayırdı; bolşe-
vik-daşnakların dağıdıcı fəaliyyətinin qarşısını almaq üçün
parlament iyunun 9-da fövqəladə səlahiyyətləri olan Dövlət
Müdafiə Komitəsi qurmuşdu. Komitə iki gün sonra
fövqəladə vəziyyət elan eləmiş, Əksinqilabla Mübarizə
Təşkilatı yaratmış, Məmmədbağır bəy Şeyxzamanlı rəis,
Mirfəttah Musəvi onun müavini təyin olunmuşdu.
Amma könlünü sevindirən şeylər də vardı: qohumu Zey-
nalabdin bəy Vəzirov, Kiyevdən tanıdığı Cəmil bəy
Ləmbərandski və Şəfi bəy Rüstəmbəyov parlament üzvüy-
dülər, Hüseyn Mirzəcamalov parlamentin dəftərxa nasında
qanunvericilik şöbəsinin müdiriydi, Cəmil bəy Vəzirov “No-
vıy mir” qəzeti buraxır, Firuz bəy Ordubadski Dəmiryol
Xəstəxanasında baş həkim işləyir, Əmir bəy Aslanov şəhər
idarəsində həkim kimi çalışırdı. Keçmiş tələbə yoldaşları
Qəzənfər Musabəyovun, Mustafa Quliyevin, Bahadur bəy
Vəlibəyovun, Möhsün İsrafilbəyovun... bolşeviklərə qoşul-
malarısa bu sevincin dadını xeyli qaçırırdı.
Əlbəttə, ilk işi Milli Hökumətin başçısı Nəsib bəy
Yusifbəyliylə görüşüb vəziyyət haqqında məlumat vermək,
Odessada və İstanbulda Azərbaycan vətəndaşlarının məşəq-
qətli həyatından, onların viza problemlərindən danışmaq,
maarifin inkişafı, tələbələrin təhsili üçün İstanbulun çox
əlverişli bir yer olmasını sübuta yetirmək, İstanbulda səfa-
rətin açılmasını təklif eləmək olmuşdu. Bütün bunlar barədə
“Xarici siyasətimiz” məqaləsində də söhbət açmışdı: “Bu
|