Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə155/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   151   152   153   154   155   156   157   158   ...   175
Səudiyyə  krallığının  gerbi  var...  Mən  yeni  nəsli  əcdadlarımın 

həyatıyla tanış eləmək istəyirəm... Öz həyatımı yeni xalqın həyatına 


555

uyğunlaşdırıram, o xalq Vətəninə, mənsub olduğu millətə qayıdır. 

Mən öz xalqımın arasına qayıdıram...”

 Düzdü, onun İslamı qəbul eləməkdə başqa məqsədləri ol-

duğunu  deyib,  hətta  yazıblar,  Hilal  Münşi  də,  “Əfqanıstan 

uğrunda alman cəmiyyəti” də vaxtilə bu barədə haray-həşir 

salıblar; düzdü, dua eləməyib, namaz qılmayıb, oruc tutma-

yıb, qurban kəsməyib, müqəddəs yerlərə ziyarətə getməyib; 

düzdü, yazılarında Allahı xatırlamayıb, Ona şükürlər oxuma-

yıb, amma özünü taleyin seçdiyi fövqəlinsan sayır, “böyük və 



əbədi cəmiyyətə qayıdır”.

  ...Onda  baronessanın  tədbirli  davrandığını,  Lüsi  Taldan 

miras qalan nəşriyyatın yeni sahibi Tereza Myöqleylə dil ta-

pıb “Əli və Nino”, “Qızılbuynuzlu qız” romanlarını öz adına 

reyestrə saldırdığını, artıq onun fəryadını eşitmək istəmədiyini 

hələ bilmirdi...

  Onda  ingilislərin  Muhamməd  Əsədi  də,  Ömər-Rolf  fon 

Ehrenfelsi  də  həbs  eləyib  sürgünə  göndərdiklərindən  də 

xəbəri yox idi...

***


  1941-ci  ilin  fevralında  başının  üstünü  daha  bir  təhlükə 

kəsdirdi: sinyor Əsəd bəy İbrahim əcnəbi, həm də mənşəyi 

naməlum olduğuna görə, Salerno polisi onu Romadakı Viter-

bo  düşərgəsinə,  ya  da  Perucaya  göndərməlidi.  Yenə  polis 

idarəsi Romaya xəstənin vəziyyətilə bağlı məktublar ünvan-

ladı,  məsələ  may  ayında  onun  yanına  kimsənin  buraxılma-

ması barədə qərarla yekunlaşdı. 

 Amma elə həmin vaxt Vyanadan gələn frau Tereza Kirş-

ner-Myöqle hansı yollasa Əsəd bəylə görüşməyə icazə almış-

dı.  Onun  gətirdiyi  xəbər  kədərliydi:  martın  beşində Abram 

Nussimbaumu  artıq  aparmışdılar,  bəlkə  də  indi  gettoların 

birində həyatla vidalaşmışdı – qoca və xəstə adam əzablara 

çox tab gətirməzdi.

  “Qoca  aparılacağını  hiss  eləmişdi,  –  frau  Myölqe  xəstə 

eşitməsin deyə, səsini qısıb dayəyə danışırdı, – hətta, məni də 



556

faşist saymışdı, ona kömək eləmək üçün gəldiyimə inanmır-

dı.  Sonra  Stalinlə  münasibətlərindən,  ona  pul  verdiyindən 

danışdı, mənə yalvardı ki, gedib oğluyla görüşüm. Bir də baş 

çəkəndə  artıq  onu  tapmadıq,  deyilənə  görə,  Medlibojisaya, 

Treblinka düşərgəsinə aparıblar.

 Frau Myöqle xəstənin ulartılarından dəhşət hissi keçirə-

keçirə  iki  həftə  qaldı,  gedəndəsə  onun  dəftərçələrini  də 

özüylə  apardı,  dediyinə  görə,  Əsəd  bəyin  yeni  kitabını 

tezliklə çap eləyəcəkdi.

  Leo-Əsəd  bəy  əlyazmada  yazmışdı:  “Bu  kitabın  müəllifi 

ölüb. O Cənubi Avropanı Asiyadan ayıran uçurumun üzərindən 

keçmək istəyəndə təyyarə qəzasına uğrayıb”.

 Əlbəttə, bu rəmzi məna daşıyırdı: Leo Əsəd bəy bəlkə də 

artıq Şərqə qayıda bilməyəcəyini dərk eləyir, bədəninin get-

gedə çürüdüyünü, ölümün daha da yaxın olduğunu duya-

duya  dünyadan  intiqamını,  elə  bil,  özündən  sonra  dolaşıq, 

açılmaz sirr qoyub getməklə almaq istəyirdi: baronessa özün-

dən sonra bu dünyada “Qurban Səid” imzası qoyub gedəcək, 

halbuki o kitablarda Əsəd bəyin zəhməti az olmayıb!

 İyulun iyirmi yeddisində amansız ağrılardan sonra özünə 

gələndən  sonra  Elfrida  Myöqlenin  iştirakı  və  şahidliyilə 

vəsiyyətnamə yazdı: 

 “Pozitano, 27.VII.1941 

 Mən, bu sənədi imzalayan şəxs, bütün daşınan və daşınmayan 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin