insan əlləri, donbalmış gözlər, arxaya getdikcə siçan dişlərinə oxşa-
yan sarı dişlər. Onun yatağı siqaret kötüklərinin açdığı deşiklərlə
doluydu., lakin son ana qədər ağıllı yumor qabiliyyətinə və iti siyasi
görüşlərə malik idi. O çəlimsiz ruh kimi otaqda çətinliklə var-gəl
eləyirdi. Əvvəllər yataqda olanda gördüyümdən daha pis
vəziyyətdəydi”.
Arabir doktor Fiorentino gəlir, xəstənin əhvalını öyrənir,
yaralarını sarıyır, artıq sonu yaxınlaşdığını duyur, əməliy-
yatdan başqa çıxış yolu görmürdü. Amma Əsəd Bəy qəti eti-
raz elədi: əməliyyata tab gətirməz; həm də özünü qıçsız
təsəvvür eləmək onu dəhşətə salırdı. Doktor Fiorentino yara-
larını sarıyanda yaxın evlərdəki uşaqlar qapı-pəncərədən
boylanır, Müsəlmanı görməyə çalışır, ağrı başlayıb ulartı səsi
gələndəsə küçəylə qaça-qaça qışqırırdılar:
“Deyəsən, Müsəlmanın nəyinisə kəsirlər! Deyəsən, Müsəl-
manın nəyinisə kəsirlər!”
***
Ömrünün son qışında gəmi üç sədaqətli adamın – şəfqətli
dayəsi frau Şultenin, etibarlı dostu Əhməd Cəmilin, bir də
mərhəmətli hamisi Pima Andreanın ümidinə qalmışdı...
Virekə məktub yazdı, amma ondan səs çıxmadı, bunu da
qəzəb tutmaları vaxtı “Kayzerin məhkəməsi” ktabının
müəllifliyilə bağlı söylədiyi iddiaların Corcun qulağına çat-
masına yozdu...
Pima Andrea, hətta, Düçeyə məktub yazıb müəyyən imti-
yazlara nail olmuşdu: Əsəd bəyin yazı makinasını və
radioqəbuledicisini geri qaytarmışdılar, artıq faşistyönümlü
qəzetlərdə məqalələrini çap etdirməsinə də icazə verilmişdi.
Ondan ötrüsə nə barədə yazmağın, harda çap olunmağın
daha elə bir əhəmiyyəti yox idi, təki yazsın, təzədən əvvəlki
şöhrətinə qovuşsun.
560
1942-ci il yanvarın axırlarında son imkandan istifadə eləyib
Düçeyə məktub yazdı: “Təcrid olunmuş vəziyyətdə Pozitanoda
yaşayıram. Ağır xəstəyəm, məvacibim olmadığına görə acından
ölürəm. İtaətlə Sizdən İstkambi Vinceredə olan pulu mənə
göndərməyinizi xahiş eləyirəm. Zəfər bizimdir”.
Bəxti bu dəfə gətirdi. Heç bir ay keçmədi ki, kitablarının
qonorarını aldı. Bu vəsaitlə bir müddət keçinə bilərdi.
Artıq Pima Andrea, Ezra Paund və Əhməd Cəmilin sayə-
sində Romada ona qarşı münasibət bir qədər isinmişdi. Hətta
radionun xarici verilişlər şöbəsi Şərq redaksiyasının rəhbəri
doktor Mario İncidiyə göstəriş verilmişdi ki, Əsəd bəylə
əməkdaşlıq məsələlərini həll eləsin. O da Əsəd bəyə məktub
yazıb şərtləri göndərmişdi: adı anonim qalacaq, ayda üç yüz
lir maaş alacaq, fars dilində İran və Əfqanıstan üçün nəzərdə
tutulmuş verilişlər hazırlayacaq; əgər Əsəd bəyin Romaya
gəlmək imkanı yoxdusa, səsini Neapoldakı studiyada da yaz-
maq olar.
Avqustun iyirmi dördündə məsələ rəsmən həll olunmuş,
sənədlər hazırlanmış, Romaya getməsi üçün beş yüz lir ayrıl-
mışdı. Əhməd Cəmil Pozitanoya gəlib dostunu paytaxta
qədər müşayiət eləyəcəkdi.
Amma artıq gec idi: xəstəlik öz işini görmüş, Müsəlmanın
ömür möhlətini tükətmişdi. Əsəd bəyin qıçları kömür kimi
qaralmışdı, elə bil, ocağın üstünə tutub yandırmışdılar. Bircə
iri gözlərindəki çılğın parıltı qalmışdı, deyəsən, hələ taleyə
təslim olmaq istəmirdi.
Avqustun son həftəsində heç ürək parçalayan ulartısı da
eşidilmirdi: sadəcə, daha duyduğu işgəncələrə reaksiya
vermək qabiliyyətini itirmişdi...
Axır iki günü ancaq stulda otura bilirdi, yataqda uzananda
ağrıları daha amansız olurdu. Avqustun iyirmi yeddisində
axşam frau Şulte ağrıkəsiçi iynəni vurandan sonra yatmaq
istədi. Qəribəydi ki, günorta saat üçəcən rahat yatdı. Bir qədər
dincəlmək üçün uzanan frau Şulte yuxudan oyanıb onun can-
561
sız bədənini görəndə sanki rahatlandı: sevimli Leosunun son
arzusu həyata keçmiş, əzabkeş cismi əzablardan qurtulmuş,
dünyayla ağrısız-acısız vidalaşmışdı...
Frau Şulte adamlar gəlib çıxana qədər yatağın yanından
tərpənmədi...
Əhməd Cəmil xəbəri yolda eşitmişdi, onun son nəfəsinə
yetişmədiyinə görə çox təəssüfləndi. Sonra mərhumun başı
üstündə dua oxudu, Muhəmməd Əsəd bəyin müsəlman kimi
dəfn olunmaq arzusunu bildirib cəld hazırlığa başladı: yay
idi, meyiti çox saxlamaq olmazdı. Cəsədi yuyub-kəfənləmək
üçün yaxınlıqdakı evdə xidmətçi olan ərəb mühaciri çağırt-
dırdı.
Sonra don Servilyonun, Stefan və Doroteya Anderslərin,
şəhər merinin, polis şerifinin, mühacirlərin, qonşuların qoşul-
duğu matəm dəstəsi dik pilləkənlərlə təpənin üstündəki
qəbiristanlığa qalxdı.
Yasa gələnlər mərhumun Quran oxuya-oxuya bu dünyayla
vidalaşdığından danışırdılar. Görünür, şayiəni Əhməd Cəmil
qəsdən yaymışdı, belə məsləhət idi...
Qəbiristanlıqdan Tirren dənizinə şahanə mənzərə açı-
lırdı...
Qəbrini, Əhməd Cəmilin tapşırığıyla üzü Kəbəyə doğru
qazmışdılar, amma qəbir yeri qəbiristanlığın hasarından
kənardaydı, çünki müsəlmanlığı qəbul elədiyinə, həm də
özünü amerikalı kimi təqdim eləyən yəhudi olduğuna görə
Dostları ilə paylaş: |