XXXVI FƏSİL
MÜƏLLİFİN ÖLÜMÜ
Yusif Vəzir
Urgənc, Bakı, (Qorki) Nijniy Novqorod, Suxobezvodnaya
Yanvar 1940-cı – yanvar 1943-cü illər
Hər şey bitdimi?
Bəlkə, yox! Araşdırmalardan, sorğu-suallardan sonra gü-
nahsız olduğunu görüb azad eləyəcəklər?
Hələ ki, təəssüfləndiyi üç şey vardı: Bilqeyis xanım üçün
gözaltı elədiyi boynu xəzli paltonu ala bilmədi; Orxan və
Fikrətin paltolarını, ayaqqabılarını, qızının kuklasını
göndərməyə macal tapmadı, uşaqlar üşüyəcəklər, Taisin gözü
yolda qalacaq; ailəsini Şuşaya aparacağını vəd eləmişdi,
vədini yerinə yetirməyə qoymadılar...
Semyon Pankratovun qurduğu, Mir Cəfər Bağırovun
təkmilləşdirdiyi, Yuvelian Sumbatov-Topuridze və Mixail
Rayev-Kaminskinin var gücüylə işə saldığı, Stepan Yemelya-
novun davam etdirdiyi sistem dəqiq işləyirdi. Elə həmin ax-
şam onu Bakıya yola düşən qatara mindirdilər. Urgəncdən
dəmiryol vağzalına “çernaya vorona” adlandırılan pəncərələri
567
barmaqlıqlı maşında apardılar, daim susan bir zabit və iki
əsgərə təhvil verdilər, iki gün ərzində də qısa əmrlərdən
başqa bir şey söz eşitmədi.
Bakını da “çernaya vorona”nın pəncərəsinin barmaqlığı
arasından gördü: boz-bulanıq havaydı, göydən, elə bil, qur-
ğuşun asılmışdı. Yoxsa ona elə gəlirdi? Ürəyindəki ağırlığın
get-gedə artdığını hiss eləyir, tutqunlaşırdı.
Onu Xalq Daxili İşlər Komissarlığının dəniz kənarındadakı
beşmərtəbəli binasına gətirdilər. Bütöv məhəlləni tutan geniş
həyətdə daha bir beşmərtəbəli bina olduğundan indi xəbər
tutdu. Bura komissarlığın daxili istintaq təcridxanasıydı,
haqqında çıx eşitmişdi, tanıdığı adamların çoxu o binanın di-
varları arasında sındırılmışdı. Binanın ikinci mərtəbəsində
qadınlar, qalan mətrəbəsindəsə kişilər saxlanırdı. Birinci
mərtəbədəki iki-dörd nəhərlik kameralarda “istintaqı”
bitəndən sonra haqqında çıxarılacaq hökmü gözləyənləri sax-
layırdılar, qalan mərtəbələrdəki kameralarsa birnəfərlik idi,
“istintaqı”nı gözləyən, “istintaqı” gedənlər saxlanırdı.
Zirzəmidə divarları səs keçirməyən xüsusi işgəncə kamerala-
rı vardı ki, bunu da yalnız ora düşənlər bilirdilər.
Gətirən adamlar onu komendantın otağına apardılar,
nəzarətçilərə təhvil verib getdilər. Nəzarətçilər də xüsusi
otaqda, soyunmağı əmr elədilər, paltarının bütün düymələrini
kəsib siyirməyə atdılar, elə alt paltarının üstündəncə qara
pencəyini geyinməsinə icazə verdilər, sonra qonşu otaqda sa-
çını qırxdılar, digər otaqdasa yaxasına 621 rəqəmi yazılmış
lövhə bərkidib bir neçə yandan şəklini çəkdilər, barmaqlarını
mürəkkəbə batırıb kağza basmağı əmr elədilər, axırda har-
dansa gəlmiş üç nəzarətçiyə təhvil verib kağıza imza atdırdı-
lar. Nəzarətçilər onu dar dəhlizlərdən keçirib üçüncü
mərtəbənin üzbəüz kameralarından birinə – 112-ci kameraya
saldılar. Baş açmadığı ağır materialdan hazırlanıb üzünə
dəmir təbəqə çəkilmiş qapı şaqqıltıyla örtülüb, üç yerindən
bağlandı: qıfılın biri adəti yerindəydi, ikisisə üzərindəki ça-
lın-çarpaz dəmir millərə vurulmuşdu.
568
Nəzarətçilərin dəhlizlə uzaqlaşan vahiməli ayaq səslərini
dinləyə-dinləyə kameranı nəzərdən keçirdi: uzunu üç, eni iki
addım olardı, hər tərəh betondan idi, yalnız dəmir çarpayı,
dolabça, əlüzyuyan, qapının arxasında ehtiyac yeri – “paraşa”
vardı. Bir də nəfəslikdəki dəmir barmaqlığın doğradığı bom-
boz səma parçası görünürdü.
Mədəsi sancdı: yadına düşdü ki, səhər qatarda bir tikə
qara çörək yeyib, bir parç da ilıq çay içib. İndi daha çox papi-
ros çəkmək istəyirdi, illərdən bəri öyrəşdiyi tənbəki zəhəri
sinirlərini, heç olmasa, bir qədər sakitləşdirərdi.
Görəsən, ailəsinə xəbər verdilərmi? Düzdü, Bilqeyis ağla-
yacaq, amma dəyanətlidi, sınmayacaq, uşaqları da sınmaya
qoymayacaq, qohumlarının köməyilə güzəranını yola verə-
cək, bununla belə, ərinin günahkar olduğuna heç vaxt inan-
mayacaq, Bağırova, Kalininə, Stalinə yazıb onun günahsız
olduğunu sübuta yetirəcək...
Daha gecəylə gündüzü ancaq pəncərənin ağarıb-qaralma-
ğından bilir. Kamera soyuqdu, bütün günü yataqda adyala
bürünüb uzanmaq olmur, bir-birinə qaynaq edilmiş yoğun
dəmirlərdən düzəldimiş çarpayı da ancaq əziyyət çəkməyə
yarayır: döşək adlanan mitil, az qala, millərin arasından
düşəcək, adyal da o qədər köhnə, həm də nazikdi ki, heç canı-
nı qızdırmır, üçcə addım yerdə var-gəl eləməkdə də mümkün
deyil . Dolabçanın nəyə yaradığını bilmir, içi taxtabitiylə dolu
olduğuna görə heç əlini də vurmur. “Paraşa” adlanan, qapı-
nın arxasına qoyulan vedrənin ağzı bir parça fanerlə örtülüb,
nəfəslik bağlı olduğundan üfunət iyi açıq-aşkar hiss olunur.
Bircə hər şey tez başlayıb-qurtaraydı, tez aydınlaşaydı,
amma hələ sorğu-suala çağırmırlar. Gündə üç dəfə yemək
verirlər, bir tikə çörəyi, bir qab şorbanı, bir parç suyu qapıda-
kı deşikdən uzadıb gedirlər.
Hələ kimlərin ifadələrinə görə tutulduğunu bilmir. Bilsə
belə, kimsəni qınamaq fikrində deyil: bura qorxunc yerdi, in-
sansa ətdən-sümükdəndi, işgəncə qorxusundan istəmədiyi
569
şeyləri eləyə bilər. Bəs o? Boynuna qoymağa çalışsalar, kimisə
satarmı? Yox, bundan ölüm yaxşıdı...
***
Günlər həddən artıq sıxıntılı, boz, yeknəsəq keçir, qısa,
etinasız və hökmlü ifadələrdən başqa heç nə eşitmirdi: səhər
saat altıda kameranın qapısı şaqqıltıyla açılır, nəzarətçi “pod-
yom” (qalx) qışqıranda qalxıb adyalı mitilin üzərinə çəkir,
sonra “v ubornuyu” əmrilə vedrəni götürüb ayaqyoluna ge-
dir; qayıdanda “saxar” (qənd), “çay”, “xleb” (çörək) sözlərilə
səhər yeməyini verirlər; “selyodka” (balıq), “xleb” sözləriləsə
naharını yeyir; “proqulka” (gəzinti) kəlməsini eşidəndə
nəzarətçinin müşayiətilə həyətə gəzintiyə çıxır; axşam
yeməyini alanda “sup”, “xleb”, “çay” ifadələrini eşidir; “no-
mer” (nömrə) əmrilə nömrəsini deyir; bir də gecə “otboy” (yat)
hökmü səslənir. Səhər iki selyodka başı, yüz əlli qram qara
çörək, bir parç isti su, bir çay qaşığı şəkər tozu, günorta içində
bir-iki çürük kartof, ya da çuğundur parçası üzən sup, yüz
qram çörək, axşamsa arpa, vələmir, yaxud qarğıdalı unundan
bir qab sıyıq, əlli qram çörək verirlər.
İlk istintaqa fevralın on üçündə apardılar...
Nəzarətçi səhər yeməyindən bir qədər sonra gəldi, kame-
ranın qapısını açıb çıxmağı, əlləri arxada saxlamağı əmr elədi,
dar dəhlizlərlə, dolama yollarla uzun-uzadı apardılar, tast
gələn qarovul dəstəsindən bir nəfər dustağın nömrəsini so-
ruşdu, müsbət cavabdan sonra dövrəyə alıb komissarlığın bi-
nasında bir neçə mərtəbə qaldırıb-endirdilər, nəhayət,
müstəntiq Yeqor Zavyalovun otağına saldılar, küncdəki stul-
da oturdub xəbərdarlıq elədilər: ətrafa baxmaq, qurcalanmaq,
Dostları ilə paylaş: |