Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə162/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   158   159   160   161   162   163   164   165   ...   175
mənim əmanət kitabçamı həyat yoldaşıma verəsiniz. Çünki ailəm iki 

aydan  çoxdur  ki,  kənardan  heç  bir  maddi  kömək  almır”.  Hələ 

ittihamnamə tərtib olunmayıb, təsdiq edilməyib, bəlkə yuxa-

rılarda  haqqı-nahaqdan  ayırmağa  çalışacaqlar,  günahsız  ol-

duğu aşkara çıxacaq.

  Amma  aprelin  on  altısında  Yusif  Mir  Baba  oğlu  Vəzirov 

barəsində 169 saylı cinayət işi üzrə ittiham qərarı çıxarıldı: peşəkar 



574

müsavatçı kimi 1927-ci ildə Azərbaycanda fəaliyyət göstərən əksin-

qilabi millətçi-müsavatçı təşkilatına daxil olub; ətrafındakı adamlar 

arasında pantürkist, millətçi-trotskiçi Müsavat təbliğatı aparıb ona 

görə  də  Azərbaycan  SSR  Cinayət  Məcəlləsinin  72  və  73-cü 

maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılır.

 Üç gün sonra ittihamnaməni Xüsusi Müşavirədə baxılmaq 

üçün  SSRI  Xalq  Daxili  İşlər  Komissarlığına  baxılmaq  üçün 

göndərdilər. 

 İntizar dolu, üzücü günlər başladı.

  Bəlkə,  hələ  hər  şey  bitməyib?  Bəlkə,  Xüsusi  müşavirə 

ittihamnaməni qəbul eləməyəcək?

 Amma təxminən iki aydan sonra respublika Xalq Daxili 

İşlər  Komissarlığından  göndərilən  qərarı  oxudular:  Xüsusi 

müşavirənin  on  bir  iyun  qərarına  əsasən  Yusif  Mirbaba  oğlu 

Vəzirov antosovet fəaliyyətinə görə səkkiz il müddətinə islah-əmək 

düşərgəsində həbs cəzasına məhkum olunur.

  Səkkiz  il!  Səkkiz  il  ailəsinə  həsrət  qalacaq!  Amma 

güllələnməkdən  qurtardı,  gərək  buna  da  sevinsin.  Düzdü, 

sonra  bu  ləkəylə  yaşamağa  çalışacaq!  Əgər  sağ  qalsa,  onda 

mənəvi əzablardan, nisgildən, həsrətdən üzülmüş altmış bir 

yaşında qoca olacaq! Heç olmasa, cəza yerinə göndərilməzdən 

əvvəl  ailəsi,  doğmalarıyla  görüşməyə  icazə  verəydilər,  son 

dəfə Bilqeyisdən verdiyi əzablara görə üzr istəyəydi, Orxanı-

nı, Fikrətini, Taisini son dəfə bağrına basaydı!

 

***



 İyulun üçündə Yusif Vəziri bir dəstə adamla Keşlə ötürücü 

həbsxanasından çıxarıb güclü nəzarət altında vağzala apardı-

lar,  “Pulman”  tipli  vaqonlardan  ibarət  qatarın  yanındakı 

əllərində uzun syahılar olan zabitlərə təhvil verdilər, zabitlər 

də adbaad çağırıb, mindirdilər. Dörd günlük yolu yüzdən ar-

tıq adamın yerləşdirildiyi ümumi vaqonda, ağlagəlməz əzab-

əziyyət  içində  keçirib  mənzilə  çatdıqlarını  öyrənəndə  hələ 

hara gəldiyini bilmirdi. Çatdıqları yerin adını dustaqlar ba-




575

raklarda  yerləşdiriləndə  öyrəndi:  Qorki  (Nijniy  Novqorod) 



vilayəti, Semyonov rayonu, Suxobezvodnaya stansiyası, 62\1 saylı, 

islah-əmək düşərgəsi.

  Qorki  şəhərinin  Kazana  tərəf  yüz  qırx  kilometrliyindəki 

stansiyada ağac emalıyla məşğul olan əmək-islah düşərgəsi 

yerləşidi. Sağ tərəfdə Putıqa, onun qolu Unja və Moşna çayla-

rı axır, Maksimixa, Krutes, Berezovaya dərələri uzanıb gedir-

di.  Hər  tərəf  quru,  susuz  çöllər  idi,  yalnız  uzaqlarda  qalın 

meşələr  gözə  dəyirdi.  Dustaqlar  da  elə  həmin  meşədə 

işləyirdilər.

 Xalq Daxili İşlər Komissarlığı mühafizə taborunun zabiti 

baş leytenant Zaxar İlyuşin Qafqazdan yenicə gətirilmiş dus-

taqları  təhvil  alıb  sıraya  düzdü.  Uzun  yoldan,  aclıqdan, 

taqətsizlikdən üzülmuş adamlar həmin məqamda yalnız bir 

qədər  yatıb  düncəlməyi  arzulayırdılar.  Amma  əmək-islah 

düşərgəsinin rəisi gələnlərə partiyanın və böyük Stalinin hu-

manist  siyasətindən  danışdı,  sonra  nizam-intizam  məsələ-

lərinə keçdi, axırda da nitqini hökmlə bitirib sakitləşdi. 

  Yusif  Vəzirin  savadını,  dil  bilməyini  nəzərə  alıb  onu 

ağackəsənlər  briqadasına  başçı  təyin  elədilər.  Səhər  saat 

dörddə “qalx” əmrilə yerlərindən sıçrayır, cəld növbətçinin 

“suşilka”dan  (paltar  qurudulan  yer)  gətirdiyi  nəm  və  kif  iyi 

verən  paltarı  geyinir,  tələsik  yuyunur,  sıraya  düzülüb 

yeməkxanaya (beş yüz nəfərlik yeməkxanada həm də rəhbəylik yı-




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin