Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə163/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   159   160   161   162   163   164   165   166   ...   175
ğıncaqlar keçirirdi) gedir, böyük, soyuq zalda yağsız, bulanlıq, 

dadsız  balıq  supunu  bir  tikə  qara  çörəklə  yeyirdilər.  Sonra 

darvazanın  yanında  onlar  sayıb  iş  yerinə  aparacaq 

nəzarətçilərə təhvil verirdilər. Dustaqlar ələ-ələ tutub cüt-cüt 

yeriyirdilər,  hər  briqadanı  silahlı-itli  səkkiz  nəzarətçi  (ikisi 

arxada, ikisi irəlidə, ikisi sağda, ikisisə solda) aparırdı. Arxadakı 

və irəlidəki nəzarətçilərin tutduqları nazik ipə itlərin zənciri 

bənd edilirdi ki, kənara qaçan olmasın. 

 Meşəyə qədər məsafə təxminən on kilometrəcən olduğun-

dan  yolun  yarısında  “perekur”  (fasilə)  verilirdi,  bu  vaxt  ya 



576

çömbəlmək, ya da uzanmaq lazım gəlirdi, ayaq üstə dayan-

maq olmazdı. “Perekur” da ancaq bir papiros çəkməyə bəs 

eləyirdi. Təxminən iki saatdan sonra iş yerinə çatır, burda on-

ları sayıb nəzarətçilərə təhvil verirdilər, sonra zəng çalınır, iş 

başlanırdı. Bütün günü silahlı nəzarətçilərin müşayiətilə iri, 

yüzillik ağacları mişarla kəsir, baltayla budaqlarını doğrayır, 

tirləri üst-üstə yığır, at arabalarına yükləyir, “lesobirja” (ağac 



anbarı) adlanan yerə daşıyırdılar. Günorta yeməyini də elə or-

daca  yeyir,  qaş  qaralanda  yorğunluqdan  üzülmüş  halda 

gəldikləri kimi düşərgəyə qayıdırdılar.

  Hələ  hava  xoş  keçirdi,  dustaq  paltarında  keçinə  bilirdi. 

Urgəncdə siyahıya aldıqları pal-paltarındansa xəbər-ətər yox 

idi...


 Hava soyuyanda vəziyyət daha da çətinləşdi. İş vaxtı da-

yanıb  nəfəs  dərmək  mümkün  deyildi,  qırx  dərəcəyə  çatan 

şaxtada  bir  neçə  dəqiqəliyə  hərəkətsiz  dayananda  donmaq 

təhlükəsi yaranırdı. Üstəlik, briqada planı doldura bilməyəndə 

dustaqları müxtəlif cəzalar gözləyirdi: çörək normasını azal-

dır,  birinci-ikinci  yeməklərini  vermir,  hamam  vaxtlarını  ge-

cikdirir, evlərinə məktub yazmaqdan məhrum eləyirdilər. İki 

ayda bir dəfə ailələrinə məktub yazmaq icazəsi olan dustaq 

üçün  sonuncu  cəza  daha  qorxuluydu,  ona  görə  də  var 

güclərilə işləyirdilər.

  Günorta  saat  birdə  çalınan  nahar  zəngilə  tələm-tələsik 

quru ağaclardan iki tonqal qalayır, arasında otururdular ki, 

kürəkləri də də, buza dönmüş canları da isinsin, çörəklərini 

qızdırsınlar. Hisli vedrələrə qar doldurub əridir, suyunu qay-

nadıb  parçsız,  qəndsiz-filansız  elə  vedrədəncə  çay  əvəzinə 

içirdilər. Axşam qayıdanda şaxta sifətlərini yandırır, ağız-bu-

runlarından  çıxan  hava  bığ-saqqallarında  donub  sırsıraya 

çevrilirdi.  Düşərgəyə  çatandan,  təhvil-təslim  başa  çatandan 

sonra cəld baraklara doluşur, iş paltarlarını soyunub növbətçi 

məhbusa  verir,  tələsik  “ev”  paltarını  geyinib  yeməkxanaya 

qaçır, verilən supu, ya da sıyığı əl boyda qara çörəklə yeyib 

özlərini “nar”a (taxt) çatdırır, yatağa ölü kimi düşürdülər. 




577

 Dustaqları hamama ayda iki dəfə aparırdılar, alt paltarları 

çirkli, həm də yamaqlı olurdu. İki-üç nəfərin istifadə elədiyi 

əl-üz  dəsmalları  bəzən  o  qədər  kirlənirdi  ki,  rəngini  ayırd 

eləmək  çətinləşirdi.  Yataqları  içərisinə  küləş  doldurulmuş, 

uzun illər istifadə olunduğundan daş kimi bərkimiş döşəkdən, 

balışdan, köhnə, yırtıq adyallardan ibarət idi. Barakda daim 

peç yanmasaydı, ümumiyyətlə, yaşamaq olmazdı.

 Şaxta qırx dərəcədən yuxarı olanda dustaqlar sevinirdilər: 

qaydaya görə belə vaxtlarda işləmək qadağan idi. Səhər və 

günorta  yeməyindən  sonra  rəhbərliyin  yığıncağı,  ya  da 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin