Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə166/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   162   163   164   165   166   167   168   169   ...   175
 “Əziz Bilqeyis.

  Mən  sağ  və  salamatam.  Yeganə  xiffətim  sənin  və  uşaqların 

xiffətidir. Səbrim tükənib, tale bizi nə vaxt qovuşduracaq. Əgər im-

kan varsa, yazın, çalışın ki, bağlama göndərməyə icazə versinlər. 


583

Əgər  icazə  versələr,  bu  mənə  çox  kömək  olar,  ələxüsus  papiros 

barədə... Sizin hələ yayda yazdığınız məktubu indi almışam. Çox 

şad  oldum  ki,  uşaqlar  sağ-salamatdırlar,  yaxşı  oxuyurlar.  Səhhə-

tinizi  qoruyun.  Qohumlara  və  tanışlara  salam  deyin.  Bərk-bərk 

öpürəm sizi.

 

 

 

 Bütünlükdə sənin Yusufin”.

 

Məktubu  yaza-yaza  düşünürdü ki,  ailəsi bu  il  qışı  onsuz 



qarşılayacaq, bəlkə, altı qış da beləcə ötüb-keçəcək...

 Altı qış! 

 Son günlərin ağrılarından sonra buna heç ümidi yox idi...

  Yanvarın  dördünə  keçən  gecə  də  ağrı  qəfil  gəldi, 

qəddarcasına sinəsini kəsib-doğradı, heç səsini çıxarmağa da 

imkan vermədi...

  Son  eşitdiyi  bayırda  çovğunun  vıyıltısı,  yan  çarpayıda 

kiminsə sayıqlaması, hardan gəldiyini ayırd eləməyə macal 

tapmadığı “Getmə!” fəryadı oldu; son gördüyüsə, iç dünya-

sından  ağlagəlməz  sürətlə  keçən  ömür  məqamları,  bir  də 

Bilqeyis xanımın və uşaqlarının sifətləriydi.

  Səhər  yanaşı  çarpayıda  yatan,  bu  yaxınlarda  gətirilmiş 

dustaq  onun  hərəkətsiz  üzünü  görüb  hər  şeyi  başa  düşdü, 

dərhal nəzarətçini çağırmaq üçün qaçdı.

 Lyubov İlyuşina işə yenicə gəlmişdi, ovqatı təlx idi, dusta-

ğın xəbərindən sonrasa, az qala, yıxılacaqdı. Divara söykənib 

papiros yandırdı, astadan pıçıldadı:

 “Heyif səndən, Vəzirov! Çox heyif!”

 ...Cənazəni günortadan sonra götürdülər, maşının kuzo-

vuna qoyub bir neçə dustaq, dörd əsgərlə Betlyuqanın qolu 

Unca çayı qırağındakı qəbiristanlığa apardılar. Lyubov İlyu-

şina kabinədə oturmuşdu, qarlı yola baxa-baxa susurdu.

 Dustaqlardan biri – tatar İlyas Muhəmmədşin dua oxudu, 

tabutu qəbrə endirib üstünü torpaqladılar. Lyubov İlyuşina 

üstünə  5332  yazılmış  taxta  lövhəciyi  qəbrin  baş  tərəfinə 

sancdı...




584

  Beləcə,  Yusif  Vəzirin  ağrılardan,  acılı-şirinli  günlərdən, 

şöhrət və uğursuzluqldardan, haqq-nahaqdan keçmiş ömrü 

qürbətdə başa çatdı...

 

***


  ...Ailəsi,  doğmalarısa  onun  ölümündən  çox-çox  sonralar 

xəbər tutacaqdılar...

  Günlərin  birində  mərhəmətli  Lyubov  İlyuşina  dustaq 

Vəzirovun  tövlədə  gizlətdiyi  əlyazmalarını  xatırlayıb  çıxar-

maq istəyəndə kağızların çürüyüb yararsız hala düşdüyünü 

görəcək, təəssüf dolu göz yaşı axıdacaq, sonralar dustaq Yusif 

Vəzirov  barədə  xatirələrini  kövrələ-kövrələ  onun  məhbus 

həmyerlisi Kərbəlayı Əhməd Cəfərzadəyə danışacaqdı...

  Qəbiristanlığı  su  basdığından  Kərbəlayı  Əhməd 

həmtalesinin qəbrini ziyarət eləyə bilməyəcəkdi...

 Ölümündən on üç il sonra – 1956-cı il fevralın 28-də Yusif 

Vəzirin işi üzrə hökm “ittiham sübuta yetirilmədiyi üçün” ləğv 

ediləcək, ona bəraət veriləcəkdi...

 Bir il sonra Ceyhun bəy Hacıbəyli Yusif Vəzir Çəmənzəminli 

haqqında kədər dolu yazı çap etdirəcəkdi...

 O vaxtlar artıq iki yox, üç iddiaçısı olan əsl Qurban Səidin 

Yusif Vəzir olduğunu kimsə bilməyəcəkdi...

  Neçə  illər  keçəndən  sonra  Ceniya  Qraman  “Əli  və 

Nino”nun nəşrlərindən birini tapacaq, oxuyub heyran olacaq, 

çevirib nəşr etdirəcəkdi...

 Həmin vaxt Amerikada yaşayan Mustafa Türkəqul və Yu-

sif Qəhrəman romanı oxuyub vaxtilə Ceyhun bəy Hacıbəylinin 

Yusif  Vəzir  Çəmənzəminlidən  belə  bir  əsəri  olduğu  barədə 

dediklərini  xatırlayacaq,  Lüsi  Tala  məktub  yazıb  bunu 

təsdiqləyən cavab alacaqdılar: həqiqətən iyirminci illərin or-

talarında  Qafqaz  görkəmli  bir  şəxs  atasının  yanına  gəlib, 

təkbətək söhbətdən sonra ona qalın qovluq verib getmişdi...

  Sonra  həmin  Lüsi  Tal  da  dediklərini  sirli  şəkildə  inkar 

eləyəcəkdi...



585

 Yetmişinci illərin əvvəllərində “Azadlıq radiosu”nda çalı-

şan Məcid Musazadə romanı Azərbaycan türkcəsinə çevirə-

cək, nəhayət, belə bir əsərin varlığından xəbər tutacaqdıq...

  Amma  romanın  müəllifliyi  ətrafında  fikir  toqquşmaları 

bitib-tükənmək bilməyəcəkdi...

 Beləcə, yüzilin elə o roman qədər gözəl əfsanəsi yaranacaqdı...



586


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin