qədər əziz olduqlarını dərk eləsinlər. Xatirələrlə üzbəüz qalanda
Bakını, ailəsini fikirləşir, onların gün-güzəranının qayğısını
çəkirdi. Alman qoşunları Moskvaya doğru irəliləyirdilər, ölkə
kartoçka sisteminə keçmişdi, adambaşına gündə dörd yüz
qram qara çörək verilirdi, deməli, balaları qarındolusu
yeməyə həsrət idilər. Bunları düşünəndə ürəyinin ağrısı
dözülməz olurdu.
580
...Onda bilmirdi ki, noyabrın ortalarında evlər idarəsinin
müdiri, bir də sahə müvəkkili qapısını döyüb yuxarıdan
gələn tapşırığı çatdırıblar:
“Sizə üç gün vaxt veririk, hazırlaşın noyabrın on yeddisində
qapıya maşın gələcək, sürgün olunacaqsınız”.
Bilqeyis xanım üç uşaqla hara gedəcəyini bilmədən əli
qoynunda qalmışdı, əlacsızlıq içində olan-qalanlarını yığışdı-
rıb qohumlarının evinə göndərmiş, deyilən vaxt pal-paltar
bağlamalarını yığışdırıb “polutorka” maşınının kuzovuna
minmiş, onları ötürməyə gələn qohumların, qonum-qonşu-
nun göz yaşlarının müşayiətilə yola düşmüş, Keşlədəki
“tərəvəz anbar”ında sığınacaq tapmışdılar; bazaya çatan kimi,
Bilqeyis xanımın pasportuna “müvəqqəti sürgün” möhürü vu-
rulmuş, qərar çıxana qədər də elə anbarın soyuq kameraların-
da yaşamağa məcbur edilmişdilər; o vaxtkı Mardakertə,
Şaumyankəndə, Dəstəfura göndəriləcəklərini gözləyə-
gözləyə iki həftə məşəqqət içində qalandan sonra Bilqeyis xa-
nımın qardaşları və dayısı böyük zəhmət hesabına onları Ba-
kının tərk eləmək şərtilə ümumi sürgündən xilas eləmiş, axır
ki, evlərində bir gün qalandan sonra Qubaya getmək qərarına
gəlmişdilər.
Bilqeyis xanımın qohumları evi boşaltmışdılar, qayınanası
Kiçikxanım kürəkəninin arxivini evinə aparıb, sandığına yı-
ğıb, açarını da kimsəyə vermir, heç bir günahı olmayan “bül-
lur kimi saf və xeyirxah” Yusif Vəzirin nə vaxtsa qayıdıb
gələcəyinə ümidini itirmirdi...
***
1942-ci ilin qışı Yusif Vəzirdən ötrü ağır keçdi. Baş leyte-
nant Zaxair İlyuşini cəbhəyə göndərmişdilər, buna görə də
onsuz da çətin olan həyatında daha bir boşluq yaranmışdı. O
biri tərəfdən də ərzaq, geyim, xüsusilə də papiros qıtlığı son
dərəcə dözülməz olmuşdu. İki il ərzində xeyli qocalmış,
çəkdiyi iztirabların izləri üz-gözünə çökmüşdü. Bəzən
581
ürəyinin ağrısı elə dözülməz olurdu ki, ölümün nəfəsini lap
yaxından hiss eləyirdi.
O qış günlərinin birində kəskin ürəktutmadan sonra özünə
gələndə Lyubov İlyuşinanı yanında gördü:
“Vəzirov, indi necəsiniz? – Qadın şəfqətlə soruşdu. – Mən
rəhbərliyə xəbər vermişəm, müalicənizlə maraqlanacaqlar”.
Gözlərinin qabağını örtən duman yavaş-yavaş seyrəldi,
dərindən köksünü ötürüb, az qala, pıçıltıyla dilləndi:
“Deyəsən, bu dəfə də ötüşdü. – Sonra yalvarış dolu
nəzərlərini onun gözlərinin içinə zillədi. – Olar, sizdən bir xa-
hiş eləyəm?”
“Olar, – Lyuba xahişin qeyri-adi olacağını duyub ona tərəf
əyildi. – Nə xahişin var?”
“Döşəyimin altında kağızlar var, – Yusif Vəzir səsini daha
da qısdı, – siyasi bir şey yoxdu, hekayələr, bir də başqa yazı-
lardı. O kağızları götürüb etibarlı yerdə gizlədin, başıma bir iş
gəlsə, itib-batmasın”.
“Vəzirov, siz ki, bunun məsuliyyətini bilirsiniz”, – İlyişina
tərəddüdlə dillənib ətrafa boylandı.
“Bilirəm, ancaq başqa əlacım yoxdu”, – Yusif Vəzir yalva-
rıcı nəzərlərini onun üzünə dikdi.
“Yaxşı ki, bir şey fikirləşərəm, – Qadın ehtiyatla əlini
döşəyin altına salıb kağız dəstəsini çıxardı, cəld sırıqlısının
altında gizlətdi, sonra səsini qaldırdı. – Vəzirov, özünüzə fikir
verin, rəhbərlik sizin səhhətinizlə maraqlanacaq”.
Lyuba barakın qapısından çıxandan sonra rahat nəfəs aldı,
heç olmasa, yazı-pozusu sarıdan bir qədər arxayınlaşmışdı.
...Onda ailəsinin Qubadan Dərbəndə köçdüyünü, qaynı
Fərhadın qayınanasıgilə sığındıqlarını bilmirdi; Mina xanı-
mın əri Musa Hüseynov da üç il əvvəl təxminən eyni cür itti-
hamlara gedər-gəlməz göndərilmişdi; üstəlik, Bilqeyis xanı-
mın qohumu Yusif Qaraxanov Dərbənd dəmir yolunda
işləyirdi, şəhər sovetinin sədrilə yaxşı münasibəti vardı, az
sonra onlara ayrıca otaq verilməsinə, adlarının ev dəftərinə
yazılmasına, ərzaq payı almalarına nail olmuşdu.
582
Əgər bunları bilsəydi, şübhəsiz, daha da rahat olardı...
Artıq “cəzası”nın iki ilini çəkmişdi, ömür möhlət versə, altı
ilini də yola verərdi. Amma elə vaxt idi ki, kimsə sabah nə baş
verəcəyini bilmirdi: cəbhədə ölüm-dirim döyüşləri gedirdi,
böyük bir ölkənin, az qala, bütün Avropa hissəsi almanlar
tərəfindən işğal olunmuşdu...
O qışı, demək olar, xəstə keçirdi. Hava bir qədər mülayim
olduğu günlərdə barakın ətrafında gəzinir, İlyuşinaya eşidib-
bildiyi əhvalatları danışırdı. Bir dəfə nəzarətçi özünü saxlaya
bilməyib doluxsunmuşdu:
“Sizin kimi adamı necə həbsdə saxlamaq olar, Vəzirov?”
Belə məqamlarda kimsəni qınamırdı:
“Həyat amansız sınaqlarla doludu, Lyuba, o sınaqlardan
heç də hamı şərəflə çıxa bilmir”.
Çətin vaxtda kimsənin adına ləkə vurmadığından qürur
duyurdu, buna da haqqı vardı...
***
Düşərgənin “sançast”ında müalicə bir fayda vermədi. İş
qabiliyyətini itirdiyindən onu qəsəbənin kənarındakı əlillər
evinə köçürdülər.
Daha ömür möhlətinin tükəndiyini duyur, amma yaşa-
maq, balalarını, ondan ötrü ağlagəlməz əzablara dözən Bilqe-
yisi görmək istəyirdi. Lyubov İlyuşina vaxt tapan kimi baş
çəkir, bir tikə çörək, ya dərman gətirir, ürək-dirək verir,
cəbhədəki vəziyyətdən, ərinin məktublarından danışırdı...
İlin son günlərində ürəyinin ağrısı daha da artdı...
Dekabrın otuzunda Bilqeyis xanıma məktub yazdı, amma
o məktubda ağrılarını büruzə vermədi:
Dostları ilə paylaş: |