“tərbiyəvi tədbir”i olmayanda Yusif Vəzir döşəyinin altında
gizlətdiyi dəftəri çıxarır, yatağında üzüüstə uzanıb beynin-
dəkiləri karandaşla kağıza köçürürdü. Özünə həmsöhbətlər
də tapmışdı, voloqdalı ədəbiyyat müəllimi Yakov Perepelkin
və kazanlı tarixçi İlyas Muhammədşinlə danışmağa mövzu
tapırdılar. Vətənindən eyni qatarda gələnlər başqa baraklar-
da olduqlarından heç birini görə bilmirdi.
Ağır iş, soyuq hava, pis yemək, nazik geyinmək qısa
müddətdə dustaqların səhhətini pozur, onları sürətlə qocal-
dırdı. Almacıq sümükləri çıxmış, gözləri çuxura düşmüş,
üzlərini tük basmış, zəifləmiş adamların görkəmi ürək ağrı-
dırdı, az qala, gündə kiminsə ölməsi adi hala çevrilmişdi.
“Sançast” adlanan ikiotaqlı tibb məntəqəsinin ancaq adı var-
dı, heç bir dərdə əlac eləmək iqtidarında deyildi.
O qış Yusif Vəzir isti paltarının olmamasından, bir də pa-
piros çatışmazlığından əziyyət çəkməyə başladı. Düşərgə
rəisinə müraciət eləyib ailəsinə məktub yazmaq məcburiy-
yətində qaldı. “Mənə səkkiz il iş veriblər, bizi meşədə işlədirlər,
özüm də briqadirəm; yazdı ki, sağ-salamatam, amma papirossuz-
luqdan, bir də qış paltarımın olmamasından əziyyət çəkirəm. Məni
satanlar 1937-ci ildə professor Bəkir Çobanzadə, Hənəfi Zeynallı,
Hacıbaba Nəzərli, 1938-ci ildəsə Azərbaycan Neft İnstitutunun do-
senti, evimizə daim gəlib-gedən Nurməmməd Şahsuvarov olublar,
onlar məni ləkələyib göstəriblər ki, Yusif Vəzir əksinqilabın millətçi
578
təşkilata məxsus idi. Uşaqları öp, onları sıxıntı çəkməyə qoyma,
səbirli ol, haqq yerini tapar”.
Onda artıq Nurməmməd Şahsuvarovun özünün də həbs
olunub Krasnodara sürgün edildiyini bilmirdi; heç onun qar-
daşı Mürsəl bəyə də rəhm eləməmişdilər, o da almanlara ca-
susluqda ittiham olunub gedər-gəlməzə göndərilmişdi...
Yəqin, xəbər tutsaydı, Mustafa Vəkilovun taleyi onu daha
çox ağrıdardı: XDİK yanında Xüsusi Müşavirədə Azərbaycan
SSR Konstitusiyası türk mətninin redaktoru olan ilk hüquq
professoru 1941-ci ilin yanvarında “antisovet-millətçi təşkilatda
iştirakına görə” cəzasını islah
-əmək düşərgəsində çəkməklə
beş il müddətinə azadlıqdan məhrum eləmişdi.
Ay yarım sonra ailəsindən məktubla yanaşı tütün, papiros,
qış paltarı, qulaqlı papaq, qatıq şüşələrinə doldurulmuş
ərinmiş yağ, bir neçə qutu şirniyyat aldı. Bütün bunların han-
sı çətinliklər bahasına başa gəldiyini dərk eləyirdi, bilirdi ki,
qardaşları olmasa, Bilqeyis çox əziyyət çəkər.
Arvadı yazırdı ki, SSRİ Ali Sovet Rəyasət Heyətinin sədri
Mixail Kalininə ərizə göndərib, haqq-ədalət naminə kömək
göstərilməsini, işə təzədən baxılmasını xahiş eləyib. Öz arva-
dını həbs düşərgəsindən qurtara bilməyən “Ümumittifaq ağ-
saqqalı” ona necə kömək eləyə bilərdi? Yəqin, bunu Bilqeyis
xanım bilmirdi.
Düşərgədə dustaqlar Yusif Vəzirə hörmətlə yanaşırdılar,
hətta nəzarətçilər belə, digər məhbuslara göstərdikləri
təhqiramiz münasibəti ona rəva görmür, onu “çuçmek”, “yol-
daşi”, “salyonıy”, “faşist” adıandırmırdılar. Düşərgə rəisi
ailəsilə görüşə icazə vermək barədə xahişini də rədd eləmə-
mişdi. Sevinə-sevinə arvadına yazmışdı ki, indiyə qədər
məndə bir nöqsan tapmayıblar, inşallah, bu yaxın günlərdə
görüşməliyik. Bunun necə çətin olacağını bilirdi. Bilqeyis xa-
nımın üç uşaqla bu uzaq yerə gəlməsinin əzab-əziyyətdən
başqa maddi tərəfi də vardı. Amma onları çox görmək
istəyirdi, artıq iki ilə yaxın idi ki, üzlərinə həsrət qalmışdı.
579
***
Müharibə araya qəfil düşdü. Artıq görüşdən söhbət gedə
bilməzdi...
Bu sarsıntıya ürəyi tab gətirmədi, xəstələndi, bir müddət
ağır fiziki işlə məşğul ola bilmədi...
Zaxar İlyuşinin arvadı, məktublar şöbəsində işləyən Lyu-
bov lap ilk vaxtlardan ziyalı görkəmli, savadlı, rus dilində
gözəl danışan dustağa rəğbət duymuşdu. Fürsət düşəndə
gün-güzərandan, cəbhədəki vəziyyətdən söhbət eləyirdilər.
Onun altı dil, üstəlik, ərinin həvəs göstərdiyi fransız dilini
bildiyindən xəbər tutanda ağlına bir fikir gəldi: Zaxar elə hey
fransız dilini öyrənməyi arzulayır, bəlkə, Vəzirovu fiziki
işdən azad etdirsinlər, həm onu xilas eləyərlər, həm də əri ar-
zusuna çatar.
Təklifini əri də bəyəndi. Lyubov İlyuşina köməkçi tələbilə
rəisin yanına gedib “dustaq Vəzirov”un onun sərəncamına
verilməsini xahiş elədi. Rəis məsələni bir qədər uzatsa da,
onun istəyini yerinə yetirdi.
Bu Yusif Vəzirdən ötrü göydəndüşmə idi, işi az olurdu,
səhər tezdən peçi qalayır, otaqları silib-süpürür, boş vaxtla-
rında çətinliklə tapdığı kağızlara beynini qurcalayan şeyləri
yazır, fürsət tapanda Lyubaya oxuyurdu. Baş leytenant Zaxar
İlyuşin də xidməti işlərindən vaxt tapan kimi məktublar
şöbəsinə gəlir, dərs başlayırdı. Belə şəraitdə də olsa, biliyini
kiməsə verməkdən xoşu gəlirdi. Həftədə bir neçə dəfə keçdiyi
dərs, zabitin hörmətkar davranışı, qadının mərhəməti ona az-
çox təpər verirdi.
Həyat bəzən adamları ona görə ayırır ki, bir-birindən ötrü nə
Dostları ilə paylaş: |