Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə160/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   156   157   158   159   160   161   162   163   ...   175
əl-ayağını tərpətmək, icazəsiz sual vermək, müstəntiqin gözlərinin 

içinə dik baxmaq olmaz. 

 Müstəntiq Zavyalovun daş kimi donuq, ifadəsiz gözlərinə 

baxanda içi ürpəşdi: bu cür adama həqiqət yox, nəticə lazım-

dı, nəticəsə mümkün qədər çoxlu “xalq düşməni” aşkara çıxa-

rıb güllə qabağına, sürgünə göndərməkdi... 



570

  Müstəntiq  169  nömrəli  istintaq  işi  materiallarından  ibarət 

qovluğu  açdı,  bir  kağız  götürüb  müttəhimin  bioqrafiyasını 

oxudu, millətçi-filan qruplara “qoşulduğu” tarixləri göstərdi.

 “Mən heç bir qrupun üzvü olmamışam”, – özünü saxlaya 

bilmədi.


 “Bunu sübut eləyirik, – Müstəntiq qapıda dayanmış silahlı 

əsgərə əmr elədi. – Bugünlük qurtardıq, apar!”

 Əlbəttə, bilirlər ki, heç bir qrupun-filanın üzvü olmayıb, 

amma nəyisə sübut etməyə çalışmalıdılar axı!

 Səhəri gün müstəntiq yavaş-yavaş mətləb üstünə gəlməyə 

başladı:


 “Kiyevdə oxuyanda Müsavat Partiyasının üzvü olmusu-

nuzmu?”


 “Bəli, Kiyevdə oxuyanda Müsavat Partiyasının üzvü, par-

tiyanın Kiyev təşkilatının sədri olmuşam”.

 “Özbəkistanda kimlərlə əlaqədə olmusunuz, onların siyasi 

məsləkləri barədə nə deyə bilərsiniz?”

 “Urgənc şəhərindəki Pedaqoji İnstitutunda işlədiyim ya-

rım il ərzində direktor müaviniylə, dekanla, kafedra müdir-

lərilə  müəllimlərlə,  beş  mühasiblə  qarşılıqlı  işgüzar  müna-

sibətlərdə  işləmişik. Amma  onların  keçmişləri,  siyası  məsə-

lələri mənə məlum deyil. Mən orda işlədiyim ilyarım ərzində 

özümü  yaxşı  müəllim  kimi  tanıtdırmışam.  Urgəncin  ağır 

şəraitinə, dəmir yolundan uzaq olmasına baxmayaraq, işim-

dən razıydım. Çünki nəhayət, ailəm üçün çörək pulu qazanır-

dım”.

 Növbəti gün müstəntiq İstanbula kimin təklifinə getdiyilə 



maraqlandı.

 “Məni İstanbulda səlahiyyətli nümayəndə vəzifəsinə min 

doqquz yüz on doqquzuncu ildə hökumət başçısı Usubbəyov 

təklif elədi”.

 ...Həmin gün sorğu-sual ediləndə artıq evində axtarış apa-

rıldığını  bilmirdi.  Xalq  Daxili  İşlər  Komissarlığından  Qnez-

dov və Sultanov gəlib şahidlərin iştirakıyla tapdıqlarını siya-

hıya  almışdılar.  Tapılanlarsa  köhnə  vəsiqələrdən,  fotoşə kil-




571

lərdən,  arayışlardan,  yazışmalardan,  kitabçalardan,  köhnə 

kağız  pullardan,  Vəli  Xuluflunun  bir  neçə  kitabından  iba-

rətiydi.  Amma  gələnlər  mənzilin  sadəliyindən  əməlli-başlı 

hey rətlənmişdilər, görünür, məşhur yazıçının bu cür sıxıntı 

içində yaşadığına inanmırdılar.

 İki-üç gündən bir aparıldığı istintaqda müstəntiq hər şey 

soruşurdu.  Hansı  əsərlərin  müəllifi  olduğu  barədə  sual 

verəndə yandırdıqlarını demədi, Zavyalov da qurdalamadı, 

görünür, Vyanada qoyduğu əlyazmalardan xəbər tutmamış-

dılar; bir də “İki od arasında” romanının adını çəkmədi, hələ 

nəşr olunmayıb, oxuyacaqlar, çək-çevir eləyəcəklər, uzun ba-

şağrısı olacaq. “Bolşevik təhlükəsi” və “Studentlər” əsərlərisə, 

əlbəttə, millətçi, daha doğrusu, mütərəddid əsərlərdi.

 Fevralın iyirmi altısında müttəhim ittihamı ona uzatdı.

 “Tanış olun, sonra imzalayın”.

 Oxudu; deməli, 1919-cu ildə hökumətin konsulu vəziyyətində 

işləyəndə ingilis-fransız və Türkiyə kəşfiyyat təşkilatlarıyla əlaqədə 

olub, fəal, peşəkar müsavatçı kimi qeyri-leqal Müsavat təşkilatının 

rəhbər  özəyinin  üzvü  seçilib,  1927-ci  ildə  müsavatçılarla  milli 

təmayülçüləri  yaratdıqları  antisovet  blokuna  keçib;  üstəlik,  öz 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin