Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə156/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   152   153   154   155   156   157   158   159   ...   175
əmlakımı, bu əmlakın harda olmasından asılı olmayaraq, xüsusən 

da  Bakı  neft  yataqlarındakı  payımı,  hazırda  İtaliyanın  Pozitano 

(Salerno) şəhərində olan xanım Alisa Şulteyə (doğum soyadı xanım 

Dette) vəsiyyət edirəm. Bununla yerdə qalan bütün başqa vərəsələr 

varislikdən istisna və məhrum edilirlər. Xanım Alisa Şulte (doğum 

soyadı  xanım  Dette)  mənim  vəfatımdan  sonra  yaranan  maliyyə 

xərclərini öz məsləhətinə və məqsədinə müvafiq həll etmək iqtida-

rındadır. 

 Əsəd bəy (Leo Nussimbaum adlanan) 

 (Lev Nussenbaum adlanan)” 


557

 “Bunu saxlayın, frau Şulte, – kağzı frau Şulteyə uzatdı, – 

bağışlayın, gücüm ancaq bir parça kağıza çatdı”.

 “Bu nədi, oğlum?” – Dayə kağızı açmadan soruşdu.

 “Vəsiyyətnamədi, – Leo kədərlə gülümsündü, – hər şeyimi 

sizə vəsiyyət elədim”.

 “Hələ bunun haqqında düşünmək vaxtı deyil, Leo”, – frau 

Şulte ağlamsındı.

  “Şərqdə  deyirlər,  vəsiyyət  yüngüllükdü...”  –  Leo  üzünü 

pəncərəyə çevirib nəzərlərini mavi səmaya dikdi...

 Hə, ömür bitir. Ondan yüzdən artıq məqalə, cürbəcür dil-

lərdə çap olunmuş on altı kitab, Nyu-York haqqında sənədli-

bədii esse, faşist senzurasından keçməyən “Roma üzərinə yü-

rüş” əsəri, “Qafqaz tarixi” tədqiqatı, Şərq nağılları üslübunda yaz-

dığı yazılar, Bakıda və Berlində qələmə aldığı şeirlər, bir də nə vaxt-

dan bəri apardığı avtobioqrafik qeydlər qalır...

 Bütün bunları on beş il ərzində yaradıb...

 Ömür bir neçə il də möhlət versəydi...

 ...Əhməd Cəmil Məzhər-Vakka Mazzara dostunun bu ad-

dımından  çox  narazı  qalmışdı,  ona  elə  gəlirdi  ki,  indiki 

vəziyyətdə Əsəd bəyin varisi ancaq özü ola bilər. Amma eybi 

yoxdu, bu gonbul, kütbeyin qarı onun caynağından qurtara 

bilməz, dostu öləndən sonra hər şeyi əlində saxlayacaq. Bu 

narahatlıqla da artıq əvvəlki kimi tez-tez yoxa çıxmırdı, bəzən 

hərbi, bəzən mülki geyimdə gəlib ətrafdakıları heyrətə salır, 

dostunun əzablarını yüngülləşdirmək qayğısına qalır, özünü 

artıq qoca dayədən başqa kimsəsi olmayan məşhur yazıçının 

hamısı hesab eləyirdi. Onun sayəsində Əsəd bəyin otağında 

beyin dumanlandıran hava vardı. Xəstə onu görəndə dünya-

dan qopmuş təbəssümlə gülümsünür, kabus kimi danışırdı.

 “Gəldinmi, Cəmil! Mənə həşiş ver. Sən daha mənə sədaqətli 

olan  ən  yaxın  dostumsan.  Öləndə  məni  üzü  qibləyə  doğru 

dəfn eləyərsən, neçə illərdi müsəlman adı daşıyıram, heç ol-

masa, öləndən sonrasa o adın haqqını verim”.

 Onun gözləri parıldayır, dərin çuxurunda od kimi atəş sa-

çırdı: cəmi bir neçə il əvvəl şöhrəti dünyanı başına götürmüş 



558

Muhamməd Əsəd bəy indi tamam unudulmuşdu, hətta nəşr 

olunmuş kitablarının qonorarını belə ala bilmirdi.

 “Qurban Səid mənəm! – o Əhməd Cəmilə deyirdi, – Baro-

nessa  indi  mənim  məktublarıma  cavab  vermir,  Afinada  öz 

Platonuyla məşğuldu. Barı, sən məni atma, Cəmil!”

 Əhməd Cəmil onu sakitləşdirməyə çalışırdı: əlbəttə, atma-

yacaq, kitablarının nəşrilə məşğul olacaq, haqqını qaytarma-

ğa çalışacaq, bundan arxayın ola bilər.

 Pima Andrea dostunu yoluxmağa gələ bilməsə də, İtaliya 

radiosunda işləyən dostu Ezra Paunddan Əsəd bəyin taleyilə 

maraqlanmağı  xahiş  eləmişdi:  bəlkə,  ondan  ötrü,  məsələn, 

fars dilində veriliş açmaq olar, Əsəd bəy Şərq məsələləri üzrə 

ekspert kimi iştirak eləyib qonorar ala bilər. Ezra Paund söz 

vermişdi, amma hələ işlər istədiyi kimi getmirdi.

 Almaniyanın Sovet İttifaqına hücum eləməsi Əsəd bəyi, az 

qala,  vəcdə  gətirmişdi:  bu,  şübhəsiz,  son  illərin  ən  vacib 

xəbəridi!  Fürer  bolşevizmin  və  kommunizmin  kökünü 

kəsəcək, Lev Nussimbaum Bakıdakı mülklərini geri alacaq! 

Mütləq belə olacaq!

  Bundan  bir  neçə  həftə  sonra  Daxili  İşlər  Nazirliyinə  və 

Hərbi  Nazirliyə  məktub  yazıb  bolşeviklərlə  qarşı  mübarizə 

aparmasına icazə vermələrini xahiş elədi: Stalin onun evini, 

əmlakını əlindən alıb, o Afrikaya, Asiyaya, Amerikaya səyahət 

eləyib, kitablar yazıb, qəlbi mübarizə əzmilə döyünür.

  Amma  o  ilin  payızı  Əsəd  bəydən  ötrü  ağlasığmaz 

işgəncələrlə doluydu: qanqrena artıq sağ qıçına da keçmişdi, 

ağrıların  şiddətindən  şüurunu  da,  ağlını  da  itirir,  çox  vaxt 

ətrafında baş verən hadisələri qavramırdı. Çəlimsiz bədəninə 

gündə otuza qədər ağrıkəsiçi iynə vyururdular, çətinliklə ta-

pılan  morfi  ağrılardan  az  da  olsa,  nəfəs  dərməyə  kömək 

eləyirdi. Görənlər onu hərəkət eləyən kabusa oxşadırdılar. 

  O  günlərin  birində Armin  Veqner  Vətənə  qayıtmaq  ərə-

fəsində onunla vidalaşmağa gəlmişdi. Çox oturmadı, halın-

dan xəbər tutub, beş-on kəlmə danışıb, bir qədər maddi yar-



559

dım  eləyib  getdi.  Sonralar  gündəliyində  təəssüratını  belə 

təsvir  eləyəcəkdi:  “Asiyalı  sifəti,  nazik,  uzun  barmaqlar...  xəstə 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin