xilas komitəsi” yaradıb, qırmızılara müqavimət təşkil eləməyə
çalışır; deyirdilər, Əksinqilabla Mübarizə Təşkilatının rəisi
Nağı bəy Şeyxzamanlı həbs olunmuş qardaşı Məmmədbağır
bəyi xilas eləyə bilmədən çox çətinliklə Gəncəyə qaçlb, sonra
Tiflisə yollanıb, indi harda olduğunu bilən yoxdu...
Kinlə, nifrətlə, dərdlə dolu olan adamlara təskinlik vermək,
onları yerləşdirmək, gündəlik ehtiyaclarını ödəmək məşəq-
qətə çevrilmişdi. Üstəlik, bir az imkanlı şəxsləri sular durula-
nacan imkansızları himayəyə götürmək üçün dilə tutmaq la-
zım gəlirdi.
Sularsa durulmaq bilmirdi...
Bolşeviklər hərbçilərə, generallara ilk günlər toxunmamış,
xüsusi əmr vermişdilər ki, poqonlarınızı çıxarın, indi Qızıl
Orduda xidmət eləyəcəksiniz. Amma iyulun 15-də hamısını
həbs eləmiş, Nərimanov Əliağa Şıxlinski və Səməd bəy Meh-
mandarov, Firidun bəy Vəzirovu, Həbib bəy Səlimovu xilas
eləsə də, Əbdülhəmid bəy Qaytabaşı, Məmməd bəy Sulkeviç,
İbrahim ağa Usubov, Feyzulla Mirzə Qacar, Əmir Kazım
Mirzə Qacar, Firudin Əbunəzirovu... Nargin adasına aparıb
güllələmiş, boyunlarına daş bağlayıb suya atmışdılar.
Qarabağda Nuru Paşanın başçılığıyla üsyan baş ver-
mişdi...
119
Az sonra Zaqatalada qiyam baş qalxmışdı...
Deyilənə görə, Müsavatın gənclik qolu Azərbaycanın
Müstəqilliyi Təşkilatı yaradıb gizli fəaliyyətə keçmişdilər.
Amma təcrübəsiz cavanların qorxunc bolşevik qüvvələrinə
qarşı duruş gətirəcəyinə inana bilmirdi.
“Böyük dövlətlər “Paris konfransında istiqlaliyyətini tanı-
dıqları ölkənin təcavüzə uğramasına izin verməzlər”, – o
günlərdə görüşdüyü Xariciyyə Nazirliyinin müşaviri Refik
Əfəndi Yusif Vəzirə ürək-dirək verirdi.
Buna inanmaq istəyirdi, amma ölkəsindən istilanın da-
vam eləməsi barədə xəbərlər gəldiyinə görə daha Qərbə ümid
bəsləmirdi.
İyulda Mir Abdullanın ikinci məktubu gəldi. Məktub çox
kədərliydi. Miri yazırdı, maddi vəziyyətləri olduqca ağırla-
şıb, üstəlik, Vətəndə baş verənlərə görə, Əlimərdan bəy də,
Ceyhun bəy də çox pərişandılar, var-güclərilə çalışırlar ki, bu-
nun təcavüz olduğunu böyük dövlətlərin başçılarına çatdır-
sınlar. Yazırdı, Maarif Nazirliyi ayrılmış məbləği göndərə
bilmədiyinə görə, Əlimərdan bəy tələbələrin ehtiyaclarını
hələ ki, nümayəndəliyin büdcəsindən ödəyir, amma o vəsait
tükənəndə vəziyyət lap çətin olacaq; yazırdı, Hacı Zeynalab-
dinin səxavətindən yayda tətilə gəlmələri artıq baş tutmaya-
caq, çünki Hacı malını-mülkünü şura hökumətinə bağışlayıb,
daha bizimlə bağladığı müqavilə qüvvədən düşüb; yazırdı,
Aslan Nansi universitetinə dəyişilmək fikrinə düşüb, əyalətdə
yaşamaq bir qədər ucuz başa gəlir; yazırdı, hələ səhhəti qay-
dasındadı, özünə fikir verir, narahat olmağa əsas yoxdu.
Mir Abdulla mayın 28-də Cümhuriyyət bayramını qeyd
eləyəndə çəkdirdikləri ümid dolu şəkli də göndərmişdi. Bu
cavanların hamısı yadındaydı: birinci cərgədəki İsrafil
Əşrəfovu, Fərman Nərimanbəylini, Tağı Rzayevi, oturanlar-
dan Cəbrayıl Rəhimovu, Abbas Muradovu, Abbas Əjdər bəy
Axundovu, Ağaəli Yusifzadəni, Teymur bəy Aslanovu, Zey-
nalabdin bəy Hüseynbəyovu, İsgəndər Rzazadəni, Mirzə-
120
hüseyn Quliyevi, Rəşidbəy Topçubaşovu tanıdı. Aslan və Mir
Abdulla arxa cərgədə Murad bəy Teymurxanov, Mir Zeyna-
labdin Mirqasımov, Mustafa ağa Vəkilov, Məhəmməd bəy
Muradov, Bayram Hacıyev, Mustafa Mustafayev, Xaspolad
bəy Hacıyev, Əli Xudaverdiyev, Məhəmmədrza Seyidəliyev,
Balağa Ağayevlə yanaşı dayanmışdılar. Görünür, digərləri
başqa şəhərlərdə oxuyurdular, gəlməyə imkanları olmayıb.
Miri üzə vurmasa da, hiss elədi ki, çox ehtiyacı var, necə
olur-olsun, ona pul göndərməlidi. Ürəyi parçalanır, əlacsız-
lıqdan hönkürmək istəyirdi. İndiki vaxtda əli bir yana çatmır,
bolşevik istilasından qaçanların, öhdəsində olan altı nəfərin
qarnını doyurmaqdan, sağ qalmalarını birtəhər təmin elə-
mədən başqa bir şey düşünə bilmirdi.
Elə həmin vaxt məlum oldu ki, fürsət gözləyən daşnakla-
rın “Nemezis” planı işə düşüb. Ötən ilin oktyabrında Daşnak-
sütyun firqəsi İrəvanda qurultay keçirib Osmanlının və
Azərbaycanın altı yüz əlli nəfərini siyahıya almış, “erməni
xalqının başına gələnlərin baiskarı” kimi qiyabi ölüm hökmü
çıxarmışdı. Ardınca yaradılan üç-beş nəfərlik terror qrupları
artıq həmin şəxsləri izləyib öldürürdülər.
Mayın 31-də Nəsib bəy Yusifbəyli Kürdəmirdəmi, Sığ-
naqdamı, iyunun 19-da Fətəli xan Xoyski və Həsən bəy Ağa-
yev Tiflisdə qətlə yetirildi. Xəlil bəy Xasməmmədovun bəxti
üzdəymiş, yara alsa da, yanındakılar atəş açan Misak Kira-
kosyanı yaralamışdılar, Aram Yerkanyansa qaçıb aradan çıx-
mışdı...
Deyilənə görə, “Nemezis”in İstanbulda da qolu yaradıl-
mışdı, “Çakamamart” adlanırdı. Belə çıxırdı, mühacirətə
gələn kəslər heç vaxt əmin-amanlıqda olmayacaqdılar...
***
O günlər əməkdaşların vəzifələrinə davam eləmələri vic-
dan məsələsiydi, Yusif Vəzir bunu çox gözəl başa düşürdü...
Tələbələr də həsrətlə gözlədikləri yay tətilinə gedə
bilməmişdilər. İndi heç gündə bir qarın yeməyi belə tapa
121
bilmirdilər. Tez-tez səfarətə baş çəkir, Yusif Vəzirin göstərişi
üzrə Qamət Əfəndinin tədarük elədiklərilə aclıqlarını öldü-
rür, sonra təsadüfi iş axtarmağa gedirdilər. Cəmi bir neçə ay
əvvəl böyük ümidlərlə gəlmiş cavanların bu cür ümidsizliyə
qapılması ürəyini şan-şan eləyirdi.
Gələn qaçqınlar da Vətəndən bir-birinin ardınca ağlasığ-
maz xəbərlər gətirirdilər: XI Ordu xüsusi şöbəsinin rəisi
cəllad Semyon Pankratovun əmrilə Milli hökumətdə olanla-
rın bir çoxunu, adlı-sanlı ziyalıları həbs eləmişdilər, kimsənin
öldü-qaldısından xəbər tutmaq olmurdu. Pankratovun 99
nəfərdən ibarət qətl siyahısında Cəfər Cabbarlı, Üzeyir
Hacıbəyov da varmış. Həbs olunanlar həbsxanadan çörəyin
arasında Nəriman Nərimanova məktub göndərib vəziyyətdən
hali eləyirlər. Nərimanov son məqamda onların, həm də
Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin buraxılma-
sına nail olub...
İyulun ortalarında Cahangir bəy tutqun halda otağına gi-
rib masanın üstünə qəzetlər atdı:
“Qaçqınlar gətiriblər... Bir görün nələr yazırlar...”
Yusif Vəzir bolşeviklərin “Kommunist” qəzetini açıb
dinməzcə oxudu. 29 iyun nömrəsində yazmışdılar: “Gəncə
Dostları ilə paylaş: |