vəziyyətə salan yeganə şey açıqsözlülüyümdü, – sonralar yazacaq-
dı. – Mən həmişə öz sözümü açıq ifadə eləyirəm və heç nədən qorx-
muram”.
İndi bayırdakıların qışqırtılarının get-gedə uzaqlaşmasın-
dan belə görünürdü ki, Zeynal bəy istəyinə nail olub. Artıq
Xəlil bəyin rəngi bir qədər açılmış, çiyinləri dikəlmişdi.
...Bu qiyam təsirsiz ötüşmədi. Xəlil bəy bir neçə dəfə yar-
dımla gəldi, amma məbləğlər o qədər az idi ki, imdad
gözləyən yüzlərlə qaçqının cüzi ehtiyatlarını belə ödəmirdi.
Onun var-dövlətini gizlətdiyindən şübhələnənlər səfarət-
xanaya gəlməsindən xəbər tutub iki dəfə də həmlə elədilər.
Belə məqamlarda Yusif Vəzirin sabiq hökumət üzvündən çox
basqına gələnlərin tərəfini saxlaması Xəlil bəyə təsir eləyirdi.
Fikrincə, milli mübarizə hələ bitməmişdi, bu mübarizədə Yu-
sif Vəzir onların yanında olmalıydı. Əlimərdan bəy Parisdən
bolşevizmə qarşı müqavimətin zəruriliyi barədə təlimatlar
göndərirdi, indi bütün güclərini buna yönəltmə liydilər.
...O kədərli payız günlərin birində Sultanəhməd camesi-
nin yanında milyonçu Bala bəy Aşurbəyovla rastlaşdı.
Bolşeviklərin əlindən möcüzə nəticəsində qurtarıb Tiflisə,
sonra Batum yoluyla ümidgah saydığı bu şəhərə gəlib çıxmış,
qızı Saranı Janna D’Ark fransız pansionatına düzəltmişdi.
Vaxtilə qohumu Bəşir bəyin səxavət göstərib verdiyi təqaüd
yadındaydı, çətinliyə düşsə, köməyə hazır olduğunu dönə-
dönə xatırlatdı. Bununla belə, görünür, Balabəy onun
vəziyyətini duymuşdu, kədərlə gülümsədi:
“Vətənin havasını almaq üçün hərdən görüşsək,
bəsimizdi...”
Onda qəhərin dalğa-dalğa qalxıb boğazını tutduğunu
sezdi...
Vətəndənsə hələ də qara xəbərlər gəlirdi: Pankratovun ye-
rini Baba Əliyev, sonrasa Eyyub Xanbudaqov tutmasına bax-
mayaraq, Milli Hökumətdə işləyənlər təqiblərdən yaxa qurta-
ra bilməmişdilər. Ən kədərlisi də bu idi ki, istiqlal tərəfdarı
126
olan köhnə dostlarının bəziləri bolşeviklərə işləməyə razı ol-
muşdular: Ağahüseyn Kazımov xalq səhiyyə komissarı olub,
Cəmil bəy Ləmbəranskini və Əmir bəy Aslanovu da yanına
aparmışdı; Cəmil bəy Vəzirov Xalq Poçt-Teleqraf və Rabitə
Yolları Komissarlığına başçılıq eləyirdi; Firuz bəy Ordubads-
ki Xalq Ərzaq Komissarlığında sığınacaq tapmışdı; bolşeviklər
- Bahadur Vəlibəyov Naxçıvanda, Mustafa Quliyev Lənkə-
randa İnqilab Komitəsinin sədriydilər; Möhsün İsrafilbəyli
Xalq Hərbi Dəniz İşləri Komissarlığı xüsusi idarəsinin
rəisiydi. Amma, əlbəttə, ən böyük məsuliyyəti daşıyanlardan
biri Müvəqqəti Hərbi-İnqilabi Şuranın üzvü Qəzənfər
Musabəyov idi...
Yeni quruluş altı ay ərzində əlli minə yaxın adamı qətlə
yetirib, müqavimət ocaqlarını amansızcasına söndürüb yerini
bərkidəndən sonra o aldanmış biçarələri bir-bir aradan
götürəcəkdi...
...Noyabrda xəbər tutdu ki, Stalin Bakıya gəlib, Lahıcda
həbs olunub həbsxanaya salınmış Məmməd Əmini azad etdi-
rib, özüylə Moskvaya aparıb, guya orda böyük vəzifəyə təyin
eləyəcək. Bu səbrini daşdıran son damlalardan oldu. Bundan
sonra öz həyatı barədə düşünməliydi...
***
Səbir kasasının lap sonuncu damlası da dekabrda doldu.
Qarlı bir qış günündə Xəlil bəy səfarətdə peyda oldu...
“Əlimərdan bəyin təyinatıyla mən Cümhuriyyətimizin İs-
tanbuldakı səfiri təyin olunmuşam”, – onun sifətində inamlı,
bir qədər də özündənrazı ifadə vardı.
Yusif Vəzir heyrətləndi: Sülh heyətinin başçısı olan şəxsin
bu cür təyinat verməsi görünməmiş iş idi. Əlimərdan bəy
parlamentin sədri olsa belə, xariciyyə nazirinin və nazirlər ka-
bineti sədrinin səlahiyyətinə aid olan məsələləri həll eləmək
fikrinə düşməzdi. Burda nəsə başqa mətləb vardı.
127
“Amma fikrimiz budur ki, siz vəzifənizə davam eləyəsiniz,
mənsə Əlimərdan bəyin İstanbuldakı nümayəndəsi kimi çalı-
şım”.
Sükut çökdü. Yusif Vəzir Zeynal bəylə baxışdı, bir-birini
sözsüz-sovsuz başa düşdülər.
“Möhtərəm Xəlil bəy, bilmək olarmı ki, bu səfarətxana
hansı vəsaitlə fəaliyyətinə davam eləyəcək?” – Onun səsində
maraqdan çox istehza vardı.
“Əlimərdan bəy Gürcüstan heyətindən borc pul alıb, sizin
maaşlarınız, səfarətxananın kirayə haqqı ödənəcək, bunları
mən öhdəmə götürürəm”, – Xəlil bəy nəzərlərini ondan
çəkmədən cavab gözlədi.
Sükut bu dəfə daha uzun sürdü. Yusif Vəzir masasının
arxasından qalxıb pəncərənin qarşısına getdi, papiros yandı-
rıb sümürə-sümürə pərdələrin arasından kədərli qış
mənzərəsinə baxdı. Əlində iri bağlama olan qadın küçəni ke-
çirdi, asta-asta addımlayıb yüngül dumanda yox oldu.
“Belə isə, – sağ əlini jiletinin yaxasından çəkmədən dönüb
Xəlil bəyin gözlərinin içinə baxdı, – mən siyasətdən getdiyimi
bəyan eləyirəm. Bu gündən səfir deyiləm, səfarətin işlərini də
cənabınıza təhvil verirəm”.
Xəlil bəyin sifətində təəccüb peyda oldu, göz bəbəkləri bö-
yüdü, nəsə demək istədi, amma udqunub susdu.
“Bu qərarımı tezliklə xariciyyə nazirinə də, Sədrəzəm
həzrətlərinə də çatdıracağam, sonrası sizin səlahiyyətinizdədi,
necə məsləhət bilirsiniz, o cür də eləyin”.
“Bu mübarizə meydanından qaçmaqdı”, – Xəlil bəyin
səsində tənə vardı.
“Olsun, – Yusif Vəzir istehzayla gülümsədi, – mən onsuz
da siyasət adamı deyildim, amma bacardığımı da əsirgə-
mədim, üç ildə nələr çəkdiyimi bir Allah bilir. Artıq otuz dörd
yaşındayam, başqa cür yaşamaq istəyirəm”.
Söhbət, əslində, bitmişdi. Xəlil bəy qalxdı, təəssüflə başını
bulaya-bulaya, sağollaşmadan qapıya doğru getdi.
128
“Hər şey bitdi, – Yusif Vəzir yeriyib Zeynal bəylə üz-üzə
dayandı. – Sən də, Mirzə Qədir də qərar verməkdə sərbəstsiniz.
Mən bundan sonra neyləyəcəyimi fikirləşməliyəm”.
Sultanəhməd camisində ucalan azan səsi, elə bil, olub-
keçənlərə son nöqtəni qoyurdu. Axşamın toranında səs
həmişəkindən kədərliydi...
|