Neriman Qurban indd


XXXIV FƏSİL QÜRBƏT AĞRILARI  Yusif Vəzir



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə29/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   25   26   27   28   29   30   31   32   ...   175
gör  avropalılar  necə  nəzakətlidilər,  –  atama  dedim,  –  onlar  bizi 

evimizdən, Vətənimizdən çıxardılar, burdasa bizi aparıcı dövlətlərin 

nümayəndələri və elm xadimləri gözləyirlər”. “Hə, hə, – atam ca-

vab verdi, – biz hələ də Avropadan çox geridəyik.” Gəmidən ayrılıb 



beynəlxalq dərəcəli böyük otellərdən birinə getdik və yolda Avropa 

tərzində plakat gördük: “Petits Şants”da bu gün dünyanın ən bö-

yük tamaşası olacaq”...

 


135

***


  Qalata  qülləsinin  yaxınlığındakı  “Pera  Palas”  otelində 

nisbətən  ucuz  nömrədə  yerləşdilər.  Frau  Şultenin  çarpayısı 

pərdəylə  ayrılmışdı,  buna  Abram  Nussimbaum  xeyli  dil 

tökəndən sonra nail olmuşdu. Oteldə nə qədər qalacaqlarını 

bilmirdi,  əlbəttə,  şimaldan  və  şərqdən  axın-axın  gələn 

mühacirlərin  doluşduğu,  üstəlik,  müttəfiq  əsgərlərinin  qay-

naşdığı, yerli camaatın kədərli və qəzəbli olduğu bu şəhərdə 

uzun müddət qalmaq fikrində deyildi, mümkün qədər qısa 

müddət ərzində daimi dayanacaq yerini müəyyənləşdirməli, 

şalvarının  astarındakı  saxlancı  tükənənəcən  gəlir  mənbəyi 

tapmalıydı. Dəbdəbəli otelin ən ucuz nömrələrindən birində 

yerləşmək üçün dil tökməsi onu utandırırdı. İndi də fikri-zik-

ri  gələcəklə  bağlıydı,  paroxodda  rastlaşdığı,  bu  oteldə 

yerləşmiş  bir  neçə  tale  yoldaşıyla  uzun-uzadı  neyləməli  ol-

duqlarını müzakirə eləyir, çıxış yolları arayırdı.

 Amma Leonu bütün bunlar maraqlandırmırdı, başlıcası, 

indi aləmin qəlbinin döyündüyü şəhərə, dünyanın ən qədim 

imperiyasının  paytaxtına,  suların  əhatəsindəki  yeddi  təpə 

üzərində əzəmətlə dikələn möcüzəli şəhərə gəlib çıxmışdı, bu 

şəhər qala divarları, qüllələri, sarayları, cameləri, kilsələri, si-

naqoqları,  bazarları,  körpüləri,  dəniz  mənzərələrilə  onu 

vəcdə  gətirir,  üstəlik,  heyrətamiz  dərəcədə  tanış  gəlirdi. 

Oteldə yerləşib aclığını öldürəndən dərhal sonra frau Şulte-

nin gözündən yayınıb özünü bayıra atmışdı, az qala, təngnəfəs 

halda enişli-yoxuşlu küçələri dolaşır, şərqlə qərbi hər addım-

da  xatırladan  cürbəcür  geyimli  adamlara  göz  qoyur,  tanış-

yad dillərdə söylənən sözləri eşidirdi.

  Qalata  qülləsindən  dənizə  tərəfə  gedəndə  elə  səkidəcə 

oturmuş,  təxminən  həmyaşıdı  olan  oğlan  soyuqdan  əllərini 

ovuşdura-ovuşdura onu səslədi:

 “Hey, arkadaş, levrek istiyormusun? – Sonra gülümsəyib 

mırıq dişlərini göstərdi. – Çox keyfli balık!”




136

  Deyilənləri  başa  düşdü.  Bakıda  bu  cür  uşaqlarla  tez-tez 

qarşılaşardı:  “Ey,  ay  oğlan,  balıq  istəmirsənmi?  Çox 

ləzzətlidi!” “Levrek” də, yəqin, kütüm-filan kimi, balığın nö-

vüydü. Əlilə “yox” işarəsi verib yoluna davam elədi. Əlbəttə, 

bu dili öymədiyinə görə, təəssüf hissi keçirirdi, Konstantino-

polda yaşamalı olsa, bir-iki kəlməylə baş çıxara bilməz.

  Burda,  xəyallarının  şəhərində  yaşamağısa,  çox  istərdi. 

Əlbəttə,  Avropaya,  hətta  Amerikaya  getməyi  də  arzulayır. 

Amma Avropayla Amerika hələ gözləyər. Hər halda, on dörd 

illik  ömrünün  on  üç  ilini  Bakıda  –  Şərqlə  Qərbin  qəribə  və 

təkrarsız  tərzdə  çulğaşdığı  şəhərdə  keçirmişdi,  böyüdüyü 

mühit Avropa qəlibinə sığışsa da, ruhunda Şərqin təsiri daha 

üstün idi. Hər səhər yuxudan İçərişəhər məscidlərindən uca-

lan  azan  səslərilə  oyanmışdı,  gündə  neçə  dəfə  o  sehrli  səsi 

eşitmişdi, Əsədullayevlərin, Aşurbəyovların, Dadaşovların... 

evlərində zahirən Qərb, batinən Şərq mühitinin şahidi olmuş-

du. Görünür, Qərbli olmaq üçün uzun illər əziyyət çəkməli 

olacaq.

 “Leo, görürəm ki, sənin bu şəhərdən getmək fikrin yoxdu, 

– Abram yarıtəəccüb-yarıtəəssüflə oğluna baxırdı. – Fikrimcə, 

burdan  mümkün  qədər  tez  çıxmalıyıq.  Bu  gün  eşitdim, 

ingilislər  Sultanı  məcbur  eləyiblər  ki,  millətçilərin  başçısı 

Mustafa Kamal Paşa barədə ölüm fitvası verdirsin. Ola bilsin, 

xilafət  qoşunu  adı  altında  millətçilərə  hücum  eləsinlər.  Bir 

sözlə, havadan müharibə iyi gəlir, oğlum”.

  Leo  iri  gözlərini  geniş  açıb  atasına  baxır,  son  illərdə, 

xüsusilə  Türküstan,  Buxara  və  İran  macəralarından  sonra 

onun  necə  sürətlə  qocaldığının  fərqinə  varırdı.  Saçı  xeyli 

ağarmışdı, sifəti kədərliydi, gözlərinin altı qaralıb torbalan-

mışdı.

  “Əlbəttə,  məmnuniyyətlə  qalardım.  Düzdü,  deyirsiniz, 



Avropada əmin-amanlıqdı, qayda-qanun var, amma, məncə, 

burda  da  yaşamaq  daha  maraqlıdı;  müttəfiq  əsgərləri, 

mühacirlər,  xilafətçilər,  millətçilər...  var,  bazarlar,  qəhvə-

xanalar, meyxanalar, vağzallar dolub-daşır...”




137

  “Mən  səni  təhsilin  barədə  düşünürəm,  Leo,  –  Abram 

kədərlə oğlunu süzdü. – Altı sinfin yarısını məktəbə getmədin 

– xəstə oldun, kefin istəmədi, qarışıqlıq yarandı, qaçaq düş-

dük. Artıq on beş yaşına girmisən. Təhsilini başa vurmalısan, 

oğlum. Avropaya can atmağımın səbəbi budu. Mənim başıma 

bir iş gəlsə, sənin halın necə olar?”

 “Ümidvaram, bir şey olmaz, tezliklə Avropaya gedərik, – 

frau Şulte ona ürək-dirək vermək məqsədilə söhbətə qoşuldu. 

– Yəqin, Leo da bu barədə düşünür”.

 ...O günlərin birində qımızıların Gürcüstana girdiklərini, 

yerli  bolşeviklərin  köməyilə  milli  hökuməti  yıxdıqlarını 

eşitdilər. Bu amansız zərbəydi, belə çıxırdı ki, artıq Gürcüstan 

pasportları  da  qüvvədən  düşüb,  Avropaya  getmək  üçün 

başqa  çıxış  yolu  axtarmaq  lazım  gələcək.  Bir  il  əvvəl 

Azərbaycan vətəndaşıydı, əgər səfarət hələ bağlanmamışdı-

sa, ordakılardan kömək uma bilərdi. Bunu onun ağlına frau 

Şulte salmışdı.

  Səhəri  gün  Leo  ilə  birgə  bəxtini  sınamaq  üçün  çıxdı. 

Oteldən səfarətin hardasa Sultanəhməd camesi tərəflərdə ol-

duğunu demişdilər. Bundan ötrü Qalata körpüsündən keçib 

Sirkəcidə faytona minməli, camenin yanında düşüb soraqlaş-

malı  oldular.  Səfarətin  binasını  tapandasa,  məlum  oldu  ki, 

cəmi  iki-üç  ay  əvvələcən  işləyirmiş,  sonra  bağlanıb,  kimin 

harda olduğunu bilən yoxdu.

 “Qismətimizə bir bax, – Abram Nussimbaum sürüşməmək 

üçün  ayaqlarını  yerə  ehtiyatla  basa-basa  geri  qayıdanda 

kədərlə  deyirdi.  –  Daha  faytona  minməyə  də  imkanımız 

yoxdu, oğlum. Bir az ehtiyatım qalıb, o da bilet puluna çata-

çatmaya. Bir də qiymətli kağızlarım var, o kağızlar da burda 

kimə lazımdı axı?”

 Leo onu, elə bil, eşitmirdi, gözlərini geniş açıb Sultanəhməd 

camesinin nəhəng günbəzinə, səmaya sancılmış minarələrinə, 

Ayasofyanın əzəmətli gözəlliyinə, Topqapının soyuq gün işı-

ğında bərq vuran damına baxırdı. Bu zənginliyi qoyub Avro-

paya getmək nəyə gərək idi?




138

 “Gərək sabah bizimkilərdən kimisə tapım. Dünyanın hara-

sında olur olsun, yəhudi yəhudiyə əl uzatmalıdı, Leo, bunu 

yadında saxla. Yəqin ki, bu çətin vəziyyətdən qurtaracağıq, 

buna ümidimi itirməmişəm”.

  Abram  aradabir  dayanır,  dincini  alır,  oğlunun  üzünə 

baxırdı. Leonun görkəmində şəfqət-filan tapmayıb ovqatı təlx 

olur, təzədən yoluna davam eləyirdi. Yox, oğlu öz aləmi ilə, 

öz fantaziyalarıyla yaşayır, atasının nələr çəkdiyini heç vaxt 

duymayacaq. Bu da taleyin bir zərbəsidi. 

 Sirkəçidə Qalata körpüsünü keçib otelə çatanda hava qa-

ralmışdı. Abram Nüssimbaum güclə bir fincan qəhvə içib ya-

tağa  yıxıldı.  O  yıxılanda  bir  həftə  yerindən  qalxa  bilmədi. 

Frau  Şulte  ikisinin  də  qayğısını  öz  üzərinə  götürdü,  Leo 

məktəbə  gedən  il  Abramın  hədiyyə  elədiyi  həmayili  satıb 

həkim çağırdı, otelin borcunu ödədi, güzəran xərclərini təmin 

elədi. Onun bu sədaqəti xəstəni lap kövrəltmişdi.

 “Siz bizim xilaskar mələyimizsiniz, frau Şulte, – deyirdi, – 

bu  sədaqətimiz  diqqətdən  kənar  qalmayacaq.  Əmin  ola 

bilərsiniz”.

 “Bu barədə danışmayın, – frau Şulte qayğıyla onun yorğa-

nını düzəltdi. – İndi insan səhhətindən başqa dəyərli bir şey 

yoxdu...”

***


 Çıxış yolunu xəstəni yoluxmağa gəlmiş tanış mühacir – ru-

siyalı ağqvardiyaçı göstərdi: sən demə, müttəfiq qoşunları ko-

mandanlığına  müraciət  eləmək,  bolşeviklərin  zülmündən 

qaçdığını söyləyib, Avropaya getmək üçün icazə almaq olar-

mış. Bu ümid, elə bil, Abrama ikinci həyat vermişdi. Cəmi üç 

gün  sonra  yatağından  qalxdı,  olan-qalan  abırlı  paltarını 

təmizlətdi, şalvarının astarından vaxtilə Bakıda firma sahibi 

olduğunu sübut eləyən sənədləri çıxarıb Leoyla komandanlı-

ğa yollandı.

 Leo atasının onları qəbul eləyən ingilis zabitinə şəxsiyyətini 

sübuta yetirmək üçün necə dil tökdüyünə, rusca sənədləri o 



139

tərəf-bu  tərəfə  çevirən  soyuq  görkəmli  zabitin  tərəddüdlü 

hərəkətlərinə göz qoya-qoya fikirləşirdi ki, indi hər şey onun 

dodaqları  arasında  çıxacaq  bircə  kəlmə  sözdən  asılıdı. 

Əslində, o sözün oğlandan ötrü elə bir fərqi yox idi, amma 

atasının  xətrinə  Avropaya  getməkdən  də  boyun  qaçırmaq 

fikrində deyildi. 

 Axır ki, zabit onları uzun-uzadı süzüb qərarını verdi.

 “Buraxılsın!”

 Leo atasının bu sözləri eşidəndə ağlayacağını, ya da yıxıla-

cağını  düşünürdü,  amma  Abram  Nussimbaum  bu  sevincə 

mətanətlə tab gətirdi, zabitə uzun-uzadı təşəkkür eləyib uzat-

dığı kağızı cəld qoynunda gizlətdi.

 Elə o gün də bir neçə həftədən sonra İtaliyaya yola düşəcək 

gəmiyə bilet aldılar. Düzdü, bu dəfə ikinci dərəcəli kayutda 

gedəcəkdilər – Abram daha qənaət eləməyi öyrənmişdi, şal-

varının lap yüngülləşmiş astarından get-gedə daha çox asılı 

olduğunu  başa  düşürdü.  Bununla  belə,  artıq  dirçəlmişdi, 

xoşbəxt görünürdü.

 Leosa həmin məqamlarda, elə bil, qəfildən böyüdüyünü, 

yetkinləşdiyini duyurdu. Bu vaxtacan başına gələnlər uşaqlıq 

macəralarıydı, indisə on beş yaşına girmişdi, hisslərindən baş 

açmağı bacarırdı. Dərk eləyirdi ki, taleyin hökmüylə Qərbə 

getməli olsa da, ruhundakı Şərqi heç vaxt unuda bilməyəcək. 

Artıq yazın girdiyinin, ağır qışdan sonra bu əzəmətli şəhərin 

tumurcuq-tumurcuq, 

yarpaq-yarpaq, 

çiçək-çiçək 

gözəlləşdiyinin fərqinə varırdı.

  O  bir  həftəni  şəhərdə  ömrünün  son  günlərini  yaşayan 

adam kimi dolaşır, gördüyü hər şeyi yaddaşına köçürməyə, 

ruhuna hopdurmağa çalışırdı...

 Avropanı fəth eləyəndən sonra mütləq bura qayıdacaqdı...

 Yəqin, Qərb onun Şərqi daha yaxından duymasına kömək 

eləyəcəkdi...

 Hələ ki, irəlidə uzun yol, naməlum amma cəlbedici gələcək 

vardı...



140


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin