XI FƏSİL
AH, BU AYRILIQLAR...
Yusif Vəzir
İstanbul, Paris
Oktyabr 1921-ci – mart 1923-cü il
...İndi tənhalığını həm cismən, həm də mənən hiss
eləyirdi...
Ətrafı boşalmışdı: Cahangir bəylə Mirzə Qədir Vətənə qa-
yıtdılar, Zeynal bəy Anadoluya yollandı, Xəlil bəy
Xasməmmədov Parisə getdi, Behbud bəy Cavanşir qətlə yeti-
rildi, Şəfi bəysə mübarizə qayğılarıyla yaşayır. Bəhram bəy
Əli bəy Hüseynzadə və İstanbulda qalmış dörd tələbəylə gö-
rüşüb nümayəndələrlə birgə Avropaya yola düşəndən sonra
lap kimsəsizlədi.
Görəsən, Vətənə qayıdanların başına nə gəldi? Mirzə
Qədir hamıyla dil tapmağı bacarırdı, geniş əlaqələri vardı,
amma Cahangir bəydən nigaran idi, indi salamatdısa, buna
ancaq şükür eləmək olar...
Görəsən, Zeynal bəy haralardadı, gedib çatıbsa, yəqin ya
ermənilərə, ya yunanlara qarşı döyüşlərdədi...
168
“Əziz yoldaşı, böyük mürşidi Məmməd Əmin Rəsulzadəyə”
həsr elədiyi “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitabı da
çapdan çıxdı. Ceyhun bəy məktubunda “Azərbaycan
ədəbiyyatına bir nəzər” əsərini Lüsyen Büvye adlı bir
şərqşünasın fransızcaya çevirdiyini, yaxın vaxtlarda “Revyü
dü müzülman” jurnalında çap ediləcəyini yazmışdı; kitab
barədə Fuad Köprülünün “İqdam” qəzetində, Əbdülhəq Şi-
nasinin “İrəli” qəzetində təqdir dolu yazıları çap olunmuşdu;
professor Fridrix fon Kraelitz “Osmanlı tarixi barədə” məc-
muəsinin ilk saylarında tədqiqatını səxavətlə dəyərlən dirmiş,
müəllifin gələcəyinə ümidlərini ifadə eləmişdi.
Amma bütün bunlar da gözlədiyi sevinci gətirmədi.
Məmləkətini bu ölkədə tanıtmaq istəmişdi, indi o ölkədə qır-
mızı istila hökm sürürdü, millətçilərin qırılanı qırılmış, sağ
qalanları həbsxanalara doldurulmuşdu. Vəd verilən
müstəqilliyin saxta olduğu elə ilk aylardaca aşkara çıxmışdı,
heç bir il keçmədi ki, işğalı rəsmiləşdirdilər – Şuralar İttifaqı
yarandı – bu da bolşevik imperiyasının pərdələnmiş gözalda-
dan formasıydı.
Behbud xanın qatilinin məhkəməsini də izləyirdi. Torlak-
yanın müdafiəçiləri iddia eləyirdilər ki, guya 1918-ci ilin sent-
yabrında birləşmiş Azərbaycan-türk hərbi qüvvələri Bakını
bolşevik-erməni dəstələrindən təmizləyəndə şəhərdəki bü-
tün erməniləri qətlə yetiriblər, o vaxt daxili işlər naziri olan
Behbud xan Cavanşir də nəinki soyqırımına imkan yaradıb,
hətta baş nazir Fətəli xan Xoyskiylə birgə imzaladığı əmrdə
“erməniləri qanundanxaric” elan eləyib, bununla da qırğını
qanuniləşdirib. O vaxt Bakıda olan “Daşnaksütyun” partiya-
sının üzvü Misak Torlakyan, guya millətinin düşdüyü
dəhşətli vəziyyətdən sarsılıb, üç il keçəndən sonra “erməni
soyqırımının təşkilatçısı” Behbud xan Cavanşiri İstanbulda
görəndə həmin dəhşətləri xatırlayıb, onu öldürməkdən özü-
nü saxlaya bilməyib.
O yanvar günlərində rastlaşdığı, Torlakyanın məhkə mə-
sində ingilis dilindən tərcüməçi olan Sürəyya Ağaoğlu deyir-
169
di ki, qatilin otuz bir şahidi var, onu qurtarmaq üçün
əllərindən gələni eləyirlər, qurbanınsa qohumlarından başqa
şahidi yoxdu, təkcə Bəhram bəylə gələn Səməndər Axundzadə
könüllü şahidlik elədi, qatilin tərəfdarlarının iddialarını puça
çıxardı. Amma bir çox qüvvələr qatilin tərəfindədi:
“Cılız zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror onun
üçün ölüm cəzası istədi. Tələb bizi də heyrətləndirdi. Bu gənc
zabitdən belə cəsarəti gözləmirdik. Lakin həmin prokuror
iyirmi dörd saatın ərzində məmləkətdən uzaqlaşmağa
məcbur edildi. Əvəzinə gələn yeni prokurorsa müttəhimə
bəraət tələb elədi. Təbii ki, qatilə bəraət verildi, elə həmin
gecə də yerli ermənilər tərəfindən vəkililə birgə Amerikaya
qaçırıldı”.
...Bütün bu ağrıların içində hərdən sevindirici xəbərlər də
alırdı. Sultanın müttəfiqlərin başını qatmaq, Anadoluda baş
verənlərdən diqqətlərini yayındırmaq səyi nəticə verirdi.
Millətçilərin işğala qarşı döyüşməkdə qətiyyətli olduqlarını
görən müttəfiqlər Sultan əleyhinə təbliğata rəvac verib onu
xalqın gözündən salmağa çalışsalar da, məcbur qalıb öz ney-
trallıqlarını elan elədilər, bu da yunanların darmadağın edilib
məmləkətdən qovulmasını sürətləndirdi. Belə görünürdü ki,
Cümhuriyyət elanı qaçılmazdı, elə Sultan da bununla barışıb.
Həmin məqamda Sultanın sığındığı Yıldız Sarayında yanğın
olmuşdu. Qamət Əfəndinin danışdığına görə, Sultan sakitcə
yanğına tamaşa eləyirmiş; onun bu halına təəccüblənən kəsə
kədərlə deyib: “Məmləkətim yanır, övladım, bir saray yanmaqla
Dostları ilə paylaş: |