Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə36/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   32   33   34   35   36   37   38   39   ...   175
nə olacaq”. 

  Bakıyla  Ankara  arasında  əlaqələr  də  get-gedə 

möhkəmlənirdi. Deyilənə görə, Mustafa Kamal Paşanın Şərq 

Cəbhəsi komandanı Kazım Qarabəkir Paşa vasitəsilə xahişilə 

Nərimanovdan borc istəmiş, o da neft, kerosin, yağ, benzin, 

üstəlik,  beş  yüz  kilo  qızıl  göndərmiş,  Paşanın  təşəkkürü 

müqabilində  yazmışdı:  “Paşam,  bizdə  qardaş  qardaşa  borc 

verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, 



170

hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”. Lap bu 

yaxınlardasa keçmiş sosialist İbrahim Əbilovu Ankara səfiri 

təyin eləmişdi. 

  1922-ci  ilin  yanvarında  Ankaraya  Moskvadan  da  elçi 

göndərildiyini eşitdi. Elçi də Qırmızı Ordu Baş Qərargahında 

kəşfiyyat və siyasi nəzarətlə məşğul olan Qeydiyyat İdarəsinin 

ilk rəisi polkovnik Semyon Aralov idi. Ankara da Bakıya yax-

şı  tanıdığı  Məmduh  Şövkət  Esendalı  göndərmişdi.  Deməli, 

Osmanlının süqutu özünün son mərhələsinə yaxınlaşırdı. 

 Əlbəttə, həmin məqamlarda ən çox narahat olduğu Miri-

nin vəziyyətiydi. Bəhram bəy İzmirin azad olunması barədə 

xəbərlərin camaatı küçələrə tökdüyü günlərin birində gəldi. 

Dediyinə görə, səfəri çox əziyyətli keçmiş, Parisə ancaq payı-

zın  ortalarında  gedib  çıxmışdı;  Parisdə,  Romada,  Berlində, 

Vyanada olmuş, hər yerdə tələbələrin acınacaqlı halını gör-

müşdü; dediyinə görə, İtaliyada 3, Fransada 27, Almaniyada 

49, Avstriyada 1 tələbənin oxuduğunu təsbit eləmiş, İngiltə-

rəyə  gedib  çıxa  bilməmişdi;  4  nəfər  də  İstanbul  universi-

tetindəydi; indi Bakıya tələsir ki, bunlar barədə Nərimanova 

məruzə eləsin, o binəvaların dövlət hesabına təhsil almalarına 

nail olsun.

 Bəhram bəy ehtiyatlı adam idi, Əlimərdan bəy və Ceyhun 

bəylə  görüşüb  ağrımayan  başına  dəsmal  bağlamaq 

istəməmişdi;  amma  Mir  Abdullanı  və  Aslanı  görmüşdü, 

dediyinə görə, Miri bir qədər solğun görünsə də, pis deyil, 

dərslərinə davam eləyir; deyirdi, inşallah, bir neçə ay çəkməz 

ki, yoldaş Nərimanov məsələnin həllinə nail olar, o cavanlar 

asudə oxuyub məmləkətlərinə qayıdarlar.

 “Bəs siz necə, Yusif bəy, – Bəhram bəy ehtiyatla soruşurdu, 

– bundan sonra necə yaşamaq fikrindəsiniz?”

 “Bu sual özümü də çox düşündürür, – Yusif Vəzir onun 

fikrini  öyrənmək  istəyən  kimi,  gözlərinin  içinə  baxdı.  – 

Müraciətimə cavab vermədilər, Behbud bəy də qətlə yetirildi, 

öz  istəyimlə  qayıtmağın  hansı  nəticələrə  səbəb  olacağınısa 

bilmirəm. O biri yandan da qardaşımın halı məni çox üzür”.



171

  “Nərimanov  yoldaşa  məktub  yazsanız,  elə  bilirəm  ki, 

nəticəsi yaxşı olar”, – Bəhram bəy ümid vermək istədi.

 “Bəlkə də, – Yusif Vəzir ayağa durub otaqda fikirli-fikirli 

gəzindi,  sonra  pəncərə  qarşısında  dayanıb  bayırdakı  payız 

mənzərəsinə baxdı. – Amma Nərimanov yoldaş hamını qoru-

maq iqtidarında deyil. Bir də ki, inanmıram, keçmişimi unut-

sunlar, müvəqqəti unutsalar da, nə vaxtsa yada düşəcək, olar-

olmaz şeylərlə rastlaşacağam”.

 Sübhi qəhvə məcməyisini gətirdi. Xeyriyyə xanımın əlinin 

məharəti dərhal özünü bildirdi.

  “Heç  Avropada  da  belə  gözəl  qəhvə  dəmləmirlər”,  – 

Bəhram bəy kədərli söhbəti dəyişmək fürsəti tapıb fincanını 

götürdü. 

 “Vətənə qayıtmaq gözəl duyğuydu, – Yusif Vəzir də gəlib 

onunla  üzbəüz  oturdu,  beynindən  “Vətən  düşmənlərin 

əlində  olsa  belə”  sözlərini  keçirdi,  amma  dilinə  başqa  şey 

gətirdi. – Sizi ən yaxın vaxtda yola düşən gəmiylə yola salma-

ğa çalışarıq”.

 Bəhram bəyi yola salandan bir neçə gün sonra da Mir Ab-

dulladan  məktub  aldı.  Yazırdı  ki,  diplomumu aldım, qayıt-

maq,  ya  burda  qalmaq  barədə  düşünürəm;  yazırdı  ki,  yeni 

hökumətin  nümayəndəsi  bizə  ümid  verib,  nəticəsinin  necə 

olacağını bilmirik; yazırdı ki, Aslanı ancaq yay tətilində bir 

neçə günlüyə görə bilib, o qədər uzaq olmasa da, yolxərcinə 

qənaət  eləmək  məcburiyyətindədilər;  yazırdı  ki,  Əlimərdan 

bəy  hey  bizimlə  maraqlanır,  mümkün  olan  köməyi  eləyir, 

amma onun özü də çətin günlər keçirir, ən çox maraqlanansa 

Ceyhun bəydi, əlinə pul çatan kimi bizdən əsirgəmir. Axırda 

yazmışdı ki, səndən və bacılarından ötrü çox darıxmışam...

***


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin