Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə34/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   30   31   32   33   34   35   36   37   ...   175
batır,  həyatının  ötüb-keçməsinə  isə  etinasızlıq  göstərir.  Abram 

Nussimbaum da, az qala, hər gün cibində qalan pulunu he-

sablayır,  tezliklə  tamam  müflis  olacağını  düşünüb  rahatlıq 

tapmırdı.

  Leo  bu  söhbətlərdə  iştirak  eləmirdi,  amma  Almaniyaya 

getmək barədə qərarı eşidəndə qəlbində vəcdə oxşar duyğu 

hiss elədi. Başlıcası, bir yerdə dayanmamaq, harasa getmək, 

yeni yerlər görmək, yeni adamlara rast gəlmək idi.

 Dayısı gəldiyi kimi də qəfildən yox oldu. Deyilənə görə, 

okeanın  o  tayına  –  Amerikaya  üz  tutmuşdu.  Amma  Oskar 

Slutskin  öz  vəzifəsini  yerinə  yetirib  bacısı  oğlunun  taleyini 

həll eləmişdi.




164

***


  Ermonların  səxavətindən  “Paris-Hamburq”  qatarının  bi-

rinci dərəcəli vaqonuna bilet almışdılar. Demək olar, bütün 

yayı Parisdə keçirmək, doyunca gəzmək Leonu əməlli-başlı 

xoşbəxt eləmişdi. Amma Batumda duyduğu çatışmazlığı bur-

da da özünü bildirmişdi: cəsarətsiz idi, ən vacib məqamlarda 

özünü itirir, qətiyyətli ola bilmirdi. Tez-tez küçələrdə, park-

larda rus mühacirlərindən olan qızlara rast gəlir, onlara uzun-

uzadı  tamaşa  eləyir,  tanış  olmaq  məqamı  çatanda  dili-ağzı 

daşa dönürdü. Əlbəttə, Almaniyada belə olmayacaq, Leo bu 

zəifliyinin öhdəsindən gələcək, çox qəlblər fəth eləyəcək.

 Əlində monokl vardı, onu nəyə görə aldığını bilmirdi, gö-

rünür,  dayısının  monoklunu  görüb  bunun Almaniyada  çox 

vacib  olduğunu  fikirləşmişdi.  Hərdən  atasının  solğun  sufə-

tinə, bəzən də frau Şultenin fərəhdən çiçək kimi açılmış girdə 

üzünə  baxırdı:  dayəsi  Vətən  saydığı  yerə  gedirdi,  bəlkə  də 

uzun illərdən sonra doğmalarını tapacaqdı. 

 Əslində, Parisdə də yaşayıb-oxumaq olardı, amma görü-

nür, xalasıgil bu qəfil yükdən canlarını qurtarmağa çalışırdı-

lar – hər halda, üç nəfərin qayğısına qalmaq asan məsələ de-

yildi. Dil öyrənməyə qalsa, Leo fərasətsiz deyil, bir neçə aya 

fransızcanı mənimsəyə bilər, sadəcə, alışmaq, çox danışmaq 

lazımdı. Bununla belə, Almaniyada oxuması məsləhət görü-

lübsə, buna da etirazı yoxdu, ondan ötrü daha asan olacaq. 

Üstəlik, dayısının dediyinə görə, Almaniyada rus müha cirləri 

daha çoxdu, münasibət yaratmaqda çətinlik çəkməyəcəklər.

Pəncərədən cəmi üç il əvvəl başa çatan amansız mühari-

bənin  kədərli  izləri  –  səngərlər,  bomba  çuxurları,  yararsız 

hala  düşmüş  toplar  görünürdü.  Məğlub  ölkənin  sərhədini 

keçəndən sonra o izlər daha aydın nəzərə çarpırdı. Əlbəttə, 

qarışıqlıq, inqilab qorxusu barədə deyilənlər doğrudusa, gö-

rünür, Almaniyada  həyatları  o  qədər  də  yaxşı  keçməyəcək. 

Bunların  ucbatından  Türküstanı,  Buxaranı,  İranı  dolaşmalı 

olmuş,  sonra  Bakıdan  Tiflisə,  Tiflisdən  Batuma,  Batumdan 



165

Konstantinopola,  Konstantinopoldan  Romaya  qaçmışdılar, 

indi “inqilab” kəlməsini eşidəndə əti çimçəşirdi.

  Frau  Şulte  onun  qəlbində  almanlara  hörmət  oyatmışdı, 

atasının  təlqinlərisə  elə  hey  o  hörmətə  nəsə  əlavə  eləyirdi. 

Dörd il əvvəl daşnak-bolşeviklər Bakını mühasirəyə alanda 

evlərinə sığınan alman zabitlərini xatırlayırdı: o zabitlər rus-

lara əsir düşənəcən yaşadıqları həyatdan söhbət açırdılar. Biri 

on  iki  yaşlı  Leoya  Getenin  “Şərq  divanı”ndan  şeirlər  də 

söyləmişdi. Hərdən həmin şerin misraları yaddaşından boy 

verirdi.

 Əlbəttə, Berlinə yox, Hamburqa gedirdilər, orda inqilab, 

yaxud çevriliş ola bilməzdi. Laxendə qatardan düşüb Ham-

burq xəttinə keçəndə Leonun narahatlıq duyğusu ötüb keç-

mişdi. Bakıdakı kimi tör-töküntülü “inqilab əsgərləri”, meşin 

gödəkcəli,  meşin  kepkalı,  beli  mauzerli  çekistlər  gözə 

dəymirdilər. Yükçülər sakitcə, çamadanlarını və bağlamaları-

nı götürüb Hamburqa gedən qatara apardılar.

Nə Essendə, nə Krefelddə, nə Bremendə – qatarın az-çox 

dayandığı  stansiyaların  heç  birində  bolşevikləri  xatırladan 

adamlara  rast  gəlmədilər.  Hamburqdan  da  Friz  adalarının 

birinə – dayısının cənnət adlandırdığı yerə faytonla getməli, 

bərəylə keçməli oldular. Belə çıxırdı ki, artıq gəlib arzularının 

son  mənzilinə  çatmışdılar.  Bundan  sonra  onları  sakit  həyat 

gözləyirdi.

  Hamburqdan  o  “cənnət  məkan”a  qədər  olan  yolda  Leo 

atasının  qərarına  heç  olmasa,  burda  münasibət  bildirmək 

istədi.  Həddən  artıq  sakit  həyat  ondan  ötrü  deyildi,  Leo 

coşqun, qaynar, həyəcan doğuran həyat intizarındaydı; buna 

görə də Hamburqda məskən salmaq, lap Münhenə, Berlinə 

getmək onu daha çox təmin eləyərdi. Amma düşündüklərini 

dilinə gətirməyə cəsarət eləmədi: atasının axır vaxtlar həddən 

artıq sıxıntı çəkdiyini duyurdu; bir vaxtlar puluna qızırğalan-

mayan Abram Nussimbaum indi qəhvə pulunu verəndə belə, 

əli əsirdi. Şübhəsiz, Leo bunu nəzərə almalı, oxumalı, qazan-

mağa başlayıb atasını həyatın girdabından qurtarmalıydı.




166

 Dayısı Oskarın ağızdolusu təriflədiyi məktəb öz qapılarını 

Leonun  –  uzaq  Bakıdan,  Şərqdən  Avropanı  fəth  eləməyə 

gəlmiş oğlanın qarşısında açacaqdımı? Əlbəttə, Abram Nis-

sumbaum əlində olan vəsaitlə oğlunun təhsil haqqını ödəyə 

bilməzdi, üstəlik, daha iki nəfərin – özünün və frau Şultenin 

güzəranını  da  təmin  eləməliydi.  Frau  Şulteni  buraxmaq  ol-

mazdı, Leonun coşqun təbiətini, sərhəd tanımayan fantaziya-

larını ancaq o ram eləyə bilirdi, həm də məişət məsələlərində 

naşı olan atanın qayğısını da biçarə qadın çəkirdi. Bu azmış 

kimi, Almaniyaya gəlib çıxsa da ahıl çağlarını yaşayan tənha 

qadının getməyə, sığınmağa yeri də yox idi. Tanrı, elə bil, on-

ların bir-birindən muğayat olmalarını məsləhət görmüşdü.

  Amma  Leo  Avropaya  çatıb  bir  adaya  sığınacağını  heç 

xəyalına da gətirə bilməzdi...

  Avropa  onun  yaddaşına  azad,  qaynar,  qayğısız  bir  yer 

kimi həkk olunmuşdu...

Qarşıda onu nələr gözləyirdi...

 Sonralar ilk kitabının son səhifələrində yazacaqdı: “Həmin 

anda mənim üçün Avropa başladı. Qoca Şərq isə öldü...”



167


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin