VII FƏSİL
CÜMHURİYYƏTLƏ VİDALAŞMA
Yusif Vəzir
İstanbul
Aprel-dekabr 1920-ci il
Artıq ikinci il idi ki, yazı belə dözülməz sıxıntılarla keçirir-
di. Ötən il Kiyevdə, Simforopolda eynilə bu duyğularla yaşa-
mış, dünyanın üzünə baxa bilməmişdi. Paltosunu, paltarının
bir dəstini satmalı olmuş, nümayəndəsi olduğu hökumətdən
diqqət gözləyə-gözləyə Ağməsciddə qəzetlərə məqalə yazıb
qəpik-quruş qazanmışdı. İndi də özünü hey danlayırdı ki, ba-
şına gələn başmaqçı olar, sən heç başmaqçı-filan olmadın,
yenə səfarət kimi ağır yükün altına girdin, halbuki, boyun qa-
çıra, Bakıda rahat bir iş ala bilərdin, uzağı dərs deyib
çörəkpulu qazanardın, amma Nəsib bəy Yusifbəylinin dövlət
qurmaq barədə dediklərini dərhal qəbul eləyib elçilik təklifilə
razılaşdın.
...Hər şey bircə həftə ərzində baş verdi. Aprelin iyirmi
dördündə xəbər tutdular ki, bir gün əvvəl Ankarada millət
vəkilləri yığışıb, Böyük Millət Məclisinin iclasını keçirib,
111
Mustafa Kamal Paşanı Məclisə sədr seçiblər. Deyilənə görə,
orda sultana və xəlifəyə sədaqətlərini bildirmiş, qurban kəsib
dua oxumuşdular. Cəmi iki həftə əvvəl camaat Şeyxülislamın
onları lənətlədiyini, ölümlərinə fitva verdiyi barədə danışırdı-
lar, indi belə məlum olurdu ki, millətçilər heç də dinsiz
deyillərmiş, yeganə istəkləri məmləkətin qurtuluşuymuş.
“Məncə, müttəfiqlər Osmanlının əvvəlki hüdudlarında
qalmaması üçün əllərindən gələni eləyəcəklər”, – Cahangir
bəy həmin gün narahatlığını bildirdi.
“Amma artıq danışıqları Sultanla yox, Böyük Millət
Məclisilə aparmağın zərurətini də anlayacaqlar. – Yusif Vəzir
üzünü Zeynal bəyə tutdu. – Sən nə fikirdəsən?”
“Mənə elə gəlir, bundan sonra millətçilərlə əlaqə yarat-
maq üçün yollar axtarmalıyıq, – Zeynal bəy dik onun üzünə
baxdı. – Mən indi məmnuniyyətlə orda olmaq istərdim”.
“Bundan ötrü Bakıdan təlimat almalıyıq, özbaşına hərəkət
eləmək olmaz”, – Cahangir bəy razılaşmadı.
“Bəlkə, məni Bakıya göndərəsiniz, vəziyyətə aydınlıq
gətirəm? – Mirzə Qədirin səsi onları, az qala, diksindirdi. –
Yoxsa yanlış bir söz dedim?!”
“Yox, niyə ki? – Yusif Vəzir özünə gəlib başını tərpətdi. –
Əksinə, bu barədə mən də fikirləşmişdim. Amma ayın axırı-
nacan gözləyək, kuryer qayıtmasa, başqa əlac qalmır”.
...Bir neçə gündən sonra da Zeynal bəy başılovlu özünü
Yusif Vəzirin otağına saldı.
“Çox dolaşıq xəbərlər almışam...” – nədən başlaya
bilmədiyindən susdu.
“Nə xəbərlər? – Qəfildən ürəyinin döyüntüsü qulaqların-
da gurultuya çevrildi, dözə bilməyib dikəldi.
“Guya, qırmızıların On birinci ordusu Bakıya doğru yola
düşüb. Xəlil Paşa da gələnlər arasındadı, deyilənə görə,
Azərbaycandan keçib Mustafa Kamal Paşanın köməyinə
gələcəklər”.
112
Ortaya ağır, dözülməz sükut çökdü. Yusif Vəzir, elə bil,
taqətsizləşib kreslosuna çökdü, titrək barmaqlarıyla qutudan
papiros götürüb yandırdı.
“Qırmızıların millətçilərə kömək eləyəcəyi cəfəngiyata
oxşayır. Bunun arxasında başqa bir niyyət olmasın?”
“Nə deyim, təki söylənənlər doğru olsun, Bakıda bir fəsad
törətməsinlər”, – Zeynal bəy çiyinlərini çəkdi.
Az sonra Cahangir bəy də, Mirzə Qədir də gəlib çıxdılar,
söylənənləri çək-çevir elədilər, amma Qafqazda, əslində, nə
baş verdiyini kimsə səhih bilmirdi.
“Əgər bu xəbər gəlib İstanbula çatıbsa, bəlkə, elə qırmızı-
ların ordusu Bakıya girib”, – Cahangir bəyin səsində sınıqlıq
hiss olunurdu.
“Səhər təcili Xariciyyə Nazirliyinə gedib bu xəbəri
dəqiqləşdirməyə çalışmalıyıq. Mən Mustafa Rəşid Paşayla
təmasa girmək üçün cəhd göstərəcəyəm. İndiki vaxtda onu
məqamında tapmaq müşkül işdi”, – Yusif Vəzir fikirli-fikirli
susdu, sonra üzünü Zeynal bəyə tutdu. – Zeynal bəy, siz
milliyyətçi çevrələrlə əlaqə qurmağa çalışın, bəlkə nəsə
öyrənə bildik”.
Mirzə Qədir susdu, görünür, belə vaxtda Bakıda olmağın
xeyri-şəri barədə götür-qoy eləyirdi.
Yusif Vəzir, əslində, təhlükənin ilin əvvəlindən mövcud
olduğu qənaətinə gəlmişdi. Hökumət Rusiya bolşeviklər par-
tiyasının fəaliyyətinə qadağa qoyanda onlar cildlərini dəyişib
Azərbaycan Kommunist-Bolşevik Partiyasını yaratmağı
qərara almış, fevralda qurultay keçirib Mirzə Davud Hüsey-
novu özlərinə sədr seçmişdilər. Amma hamı bilirdi ki, Mosk-
vadan idarə olunan bu zatların əsl başçısı Anastas Mikoyandı,
özləri də hökuməti ələ keçirmək tapşırığı alıblar. Yoxsa Zey-
nal bəy demişkən, o soysuz Əliheydər Qarayev parlamentdə
hökumətə elə meydan oxuyub, hakimiyyəti dəyişəcəklərini
iddia eləməzdi, yoxsa milli xəttə zidd olanlar birləşib Nəsib
bəyin kabinəsinin istefasına nail ola bilməzdilər, Əksinqi labla
113
Mübarizə Təşkilatına Mirzə Davudun agentləri Mir Fəttah
Musəvi, Mir Cəfər Bağırov, Lavrenti Beriya tipli qatı
bolşeviklərin sızması, Çingiz İldırım kimi qızğın bolşevikinsə
Hərbi Donanmaya komandan təyin olunması da səhv idi.
Hər halda, Zeynal bəy haqlıydı, bu xəyanət zəncirində
firqə yoldaşı Məmmədhəsən Hacınskiyə sanballı həlqə düş-
müşdü. Görünür, zəif xarakterini nəzərə alıb hökuməti onun
əlilə yıxmağı qərara almışdılar. Məmmədhəsəni hələ Rusiya
imperiyası dağılmamışdan, yenicə açıq fəaliyyətə keçmiş Mu-
safat firqəsinə girəndən tanıyırdı, həmin vaxt fəallıq göstərirdi,
parlamentə də o fəallığı sayəsində yol tapmışdı. Elə birinci
hökumətdə də xariciyyə naziri kreslosunda oturmuşdu.
Kiyevdə və Simferopolda çəkdiyi olmazın əzabların günahını
məhz onda görməyi üçün əlində kifayət qədər fakt vardı:
Məmmədhəsən Kiyev səfarətinin təşkili və təminatı üçün
əlini ağdan-qaraya vurmamışdı, bununla bağlı yazdığı
məktublarına yalnız ibarəli cavablar vermişdi, vəssalam. Ağ-
lasığmaz əzablardan sonra gəlib Bakıya yetişəndə xəcalət
çəkmədən bütün günahları hökumətin maliyyə nazirinin
üzərinə yıxmışdı. Adamdan soruşarlar ki, bir səfarətin
məsələsini yoluna qoya bilmirsənsə, o boyda nazirliyi necə
idarə eləyirsən?
Hökumətin qurulması Hacınskiyə tapşırılanda Yusif Vəzir
xəstəydi, Cahangir bəylə Zeynal bəy məsləhətləşib bu xəbəri
hələlik ona bildirməməyi qərara almışdılar. Üstəlik, Bakıdan
Fətəli xanla Məmmədhəsənin arasındakı münaqişənin şiddət-
ləndiyi barədə xəbərlər gəlirdi. Fətəli xan Rusiyaya münasi-
bətdə sərt mövqe ortaya qoymağın, Məmmədhəsənsə, əksinə,
Rusiyayla həlim davranmağın, bolşevikləri hökumətə cəlb
eləməyin tərəfdarıydı. İndi ona hökumət qurmağı etibar
eləmək, fikrincə, Müsavatın ağlagəlməz səhviydi, sonu fəla-
kətlə nəticələnəcəkdi. Bolşeviklərin hökumətdə iştirakdan
boyun qaçırdıqlarını eşidəndə fəlakətin ilk əlamətini duydu:
artıq hökumət böhranı yaradıb, Rusiyadan kömək istəyib, ilk
114
mərhələni başa vurmuşdular, indi Qırmızı Ordunun sərhədi
keçməyinə heç nə mane ola bilməzdi. Üstəlik, martın əvvəl-
lərində Əksinqilabla Mübarizə Təşkilatı ləğv edildiyin dən
satqınlar meydan sulayırdılar.
Cahangir bəy deyirdi, guya, Hacınski hökumət qurmağı
ona görə uzadır ki, vaxt udsun, Qarabağdakı nizami ordu-
muz özünü Bakıya yetirib şimaldan gözlənən təhlükəyə qarşı
hazır olsun. Amma Zeynal bəyin fikrincə, Məmmədhəsəni
dövlətin, hökumətin taleyi yox, öz taleyi düşündürür,
bolşeviklərdən şəxsi gələcəyinə zəmanət almaq üçün əlləşir.
Elə o günlərdə Hacınskinin hökumət qurmaq səlahiy-
yətindən imtina elədiyini, ardınca Müsavatdan çıxıb bolşe-
viklər partiyasına girdiyini eşidəndə fəlakətin qaçılmaz oldu-
ğunu hiss eləmişdi...
***
Bəd xəbəri aprelin son günü günorta saatlarında Cahangir
bəy gətirdi. Xariciyyə Nazirliyindən dostları vasitəsilə Bakıda
baş verənlərdən xəbər tutmuşdular, görünür, bu Tiflislə te-
leqraf rabitəsi sayəsində mümkün olmuşdu: Hacınskinin im-
tinasından sonra bolşeviklər hakimiyyəti təhvil vermək
barədə Əliheydər Qarayev vasitəsilə parlamentə ultimatum
göndəriblər, əks təqdirdə hakimiyyətin Qırmızı Orduya
təhvil verilməsi üçün əlindən gələni eləyəcək, parlamentdə
təmsil olunan siyasi partiyalar qadağan olunacaq. Parlamentsə
ayın 27-də axşam Məmmədyusif Cəfərovun sədrliyilə iclas
keçirib. Məmməd Əmin deyib ki, iclas açıq olsun, qoy millət
hansı şəraitdə qərar qəbul elədiyimizdən xəbərdar oldun.
Məmmədhəsən Hacınski millət vəkillərini ultimatuma boyun
əyməyə çağırıb. Uzun və gərgin müzakirələrdən sonra rus or-
dusunun Bakıya girmədən birbaşa Anadoluya getməsi,
Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün saxlan-
ması, milli ordunun buraxılmaması, siyasi partiyaların sərbəst
fəaliyyət göstərməsi, Kommunist (bolşeviklər) Partiyasının
115
yaratdığı hökumətin müvəqqəti xarakter daşıması və
Azərbaycanın gələcək idarə formasını tezliklə demokratik
şəkildə təşkil ediləcək parlamentin müəyyənləşdirməsi şərtilə
ultimatum qəbul edilib. Qərarın əleyhinə bircə nəfər – yalnız
Ağa Hacı Aşurov səs verib. Dərhal da Yalamada gözləyən ac-
yalavac, qənimət intizarında olan ordu ley kimi Bakının
üzərinə şığıyıb. Şəhərdə talanlar var, imkanı olan qaçır. Bir
neçə gündən sonra mühacirlərin ilk dalğası İstanbula da
yetişəcək.
Bu amansız zərbəydi, xeyli müddət düşünüb-daşınmaq
iqtidarını əlindən aldı. Şübhəsiz, kuryer bu səbəbdən qayıt-
mırdı; hökumət səfarətlə məşğul olacaq vəziyyətdə deyilmiş.
Artıq ölkədə bolşevik rejimi bərqərar olurdu, həmin rejimdəsə,
şübhəsiz, ona yer yox idi, dönə-dönə bolşevizmin Azərbaycana
buraxılmamısını dilə gətirmiş, üstəlik, yazmışdı, bunu heç
vaxt bağışlamazdılar.
Öhdəsindəki altı nəfərlə, üstəlik, himayəsində olan on bir
tələbəylə vəsaitsiz, ümidsiz, gələcəksiz qalmışdı, neyləyə-
cəyini kəsdirə bilmirdi. Əlac ona qalırdı ki, kirayələdikləri
binanın üst qatını boşaltsınlar, kirayə haqqını bir qədər azal-
dıb, gündəlik xərclərini ödəmək üçün yollar axtarıb, vəziy-
yətin aydınlaşmasını gözləsinlər.
Geri çağırmadığına görə Fətəli xandan nə qədər incisə də,
indi ürəyində ona haqq qazandırırdı: bolşeviklərə bu qədər
meydan vermək olmazdı; üstəlik, öz firqəsinə qarşı qəzəbliydi,
fikrincə, ən böhranlı məqamda yetərincə qətiyyət göstərib
Əliheydər kimilərini yerlərində oturtmamışdılar.
Küləkli son aprel axşamı Zeynal bəylə ürəkləri qan ağla-
ya-ağlaya hara getdiklərinin fərqinə varmadan yarıqaranlıq
küçələrlə addımlayırdılar. Yusif Vəzir Zeynal bəyin qəfil yoxa
çıxdığından bir qədər sonra xəbər tutdu. Ayaq saxlayıb dö-
yükdü, nə baş verdiyini dərk eləməyə çalışdı. Axır ki, onun
beş-on addım arxadakı dükandan çıxdığını gördü.
“İndi pulum var, gedək Hilmi Əfəndinin yanına, bir az
dərdimizi dağıdaq”.
116
“Neylədin yenə?” – Yusif Vəzir təəccüblə onu süzdü.
“Heç, saatımı satdım, – Zeynal bəy acı-acı gülümsədi, –
indi vaxtın məndən ötrü mənası yoxdu”.
“Amma vaxt bu günlə başa çatmır, – Yusif Vəzir ona ürək-
dirək verməyə çalışdı. – Əksinə, vaxtımız, daha doğrusu,
vaxtsızlıq bundan sonra başlayır. Bir də ki, hər şeyin itirildiyini
Dostları ilə paylaş: |