NƏSİman yaqublu



Yüklə 0,96 Mb.
səhifə2/14
tarix26.02.2017
ölçüsü0,96 Mb.
#9865
1   2   3   4   5   6   7   8   9   ...   14

Yanvarın 29-da Xocalıdan sonuncu vertolyot uçub. Fev­ralın 12-də Gəncədən daha bir hərbi vertolyot Xocalıya gə­lib. Amma bu "gəlişlər" Xocalı camaatını təhlükədən xi­las etmirdi. Qarşıdan dəhşətli bir faciənin qara tufanı gə­lir­di. Yerli camaat təhlükəni duyurdu. Xocalının qeyrətli igid­ləri isə mərdliklə, vətənpərvərliklə şəhidlik camı içib yur­dun keşiyini çəkirdilər. Düşmənin tankının, topunun qa­bağında bu igidlər boş əllə dayanmışdılar. Avtomatla zi­rehli tanka, BTR-ə nə etmək olardı ki?

Fəlakət yaxınlaşırdı. Fevralın 25-i günü hamının unu­dub yaddan çıxardığı Xocalı camaatı doğma yurdda son saat­larını yaşayırdı.

ŞÜBHƏLİ MƏLUMAT

Xocalı rayon icra hakimiyyətinin başçısı Elman Məm­mədov qəribəliklə deyir:

" - Fevralın 25-də axşam saat 9-a işləmiş mənə zəng vurd­ular ki, Xocalının fin evləri yerləşən tərəfindən bir BMP keçdi. Sonra dedilər ki, Ağdamdan xəbər verilib ki, 4 tank gələcək, atmayın. Bu yalan məlumatın mənbəyini hələ də müəyyənləşdirə bilməmişəm". Məhz həmin BMP-nin keçməsindən sonra Xocalının altı tərəfdən mühasirəsi başladı. İki saata kimi mühasirə davam etdi.

"14", "90" GİZLİ ÇAĞIRIŞDIR

Mühasirə halqası daraldıqca Xocalıdan hər yana - yəni bizimkilərə "14", "90" gizli çağırışları ilə həyəcan dolu xəbərlər göndirilirdi: Bizi qırırlar, kömək edin! Bizi qırırlar, kömək edin!

Təxminən axşam saat 22.00-23.00 radələrində dəhşətli atışma başlandı. Amansız ermənilər rus hərbçilərinin köməyi ilə altı tərəfdən Xocalıya hücum etdilər. Əslində bu hücumda əsas məqsəd yalnız Xocalını almaq deyildi. Bu hücumda vəhşi ermənilər qatil rus hərbçilərinin köməyi ilə həm də nifrət etdikləri Azəri türklərini qırır, ürəklərindəki nifrət alovunu söndürürdülər. Xocalı faciəsi içərimizi didib parçalasa da, bir acı həqiqəti üzə çıxardı: Ermənilər bizə düşməndir! Fürsət düşən kimi xalqımızı qırır. Onlara heç zaman inanmaq olmaz!

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən bö­yük faciələrindən biri olan Xocalı soyqırımı oldu. Yüzlərlə günahsızın na­haq­dan qanı axıdıldı. Bu nahaq qanı axıdan kafir ürəkli, ka­fir düşüncəli erməni idi. Kafirlik insan xislətinə uyuşmayan bir alçaqlıqdır. Kafir geci-tezi cəzasına çatacaq.

Müqəddəs "Quran" kafirlərin cəzası haqda: "Ka­­firlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri ey­­­bə­cər kökə düşəcək [qaralacaq] və onlara: "Sizin dün­ya­da istədiyiniz əzab budur!" deyiləcəkdir". Əl-mülk ["ha­ki­miy­yət"] surəsi.

YAZIQ XOCALILAR

Kafir ermənilər fevralın 25-dən 26-na keçən gecə kim­səsiz xocalılara divan tutdu. Adamlar gecənin qa­ran­lığında, güllə, mərmi yağışının dəhşətində ayaqyalın, ba­şı­açıq baş götürüb dağlara, meşələrə qaçırdı. Şəhər alovlanıb ya­nırdı. Hamı qaçırdı. Dəhşət və qorxu içində baş götürüb ar­tıq xarabalığa çevrilən doğma yurdlarından üz döndərib ge­dirdilər. Vətən dedikləri o müqəddəs torpaq erməni ka­fir­lərin əlinə keçirdi. Yazıq xocalılar hələ bilmirdilər ki, on­ların əsil faciəsi qabaqdadır. Qaçmaq hələ faciə deyildi. Qaç­maq əslində xoşbəxtlik idi ki, düşmən gülləsindən sağ çı­xırdılar. Dolu evlərini, var-dövlətlərini qoyub gedirdi xo­calılar. Kiminin qoca və xəstə anası qalırdı yanan evlərdə, ki­minin də varı, dövləti, pulu. Kimi də həsrətlə, ürəkacısı ilə dayanıb ani olaraq güllə mərmisindən od tutub alov­la­nan gəlinlik cehizinə baxırdı. Bu qaçaqaç alovunda ana ba­ladan ayrı düşürdü, qardaş bacıdan. Qocalar, qarılar bu qa­çaqaç cəhənnəminin əzabına dözə bilməyib soyuq tor­pa­ğa döşənib deyirdi: "Gəl, gəl öldür məni kafir erməni! Gəl, məni öldürüb rahatlıq tap! O mənim evim, eşiyim, va­rım, dövlətim, apar nə istəyirsən! Amma cəzanı ala­caq­san! Allah qisasımızı yerdə qoymayacaq! Sevinmə erməni, se­vinmə! Gün gələr ki, haqqın qapısı açılar, Allah sənin də cə­zanı verər! Tökdüyün nahaq qanların rəngi gözünü tutar! Se­vinmə erməni, sevinmə! Bu torpaq. Bu yurd sənə qal­ma­yacaq! İgid oğullarımız sənin murdar nəfəsini bu tor­paq­da boğub məhv edəcək! Cəhənnəm alovunda haqqın hök­mü ilə diri-diri yandırılacaqsan! Köməksiz qocaların torpaqda çırpınmağına baxıb se­vinmə! Körpələrin göylərə yüksələn nalələrini dinləyib kö­nül xoşluğu tapma! Ağbirçəkləri əzabla öl­dü­rüb ləzzət aparma! Övladın gözü qarşısında atanı ağaca sa­rıyıb, əl-ayağını kəsməyinlə öyünmə! Çiçək qızlarımızın pak namusunu ləkələyib, heysiyyatına toxunmaqla qür­rə­lən­mə! Yox erməni, sevinmə! Sən bu vəhşiliyinə və zalımlığına görə cəzalanacaqsan!".

...Qocalar, qarılar soyuq torpaqda can verir, yanan yurd­larına baxıb hıçqırırdılar.

Xocalının mərd və qeyrətli oğulları bu qeyri-bərabər vu­ruşda amansız düşmənlə döyüşür, layiqli müqavimət gös­tərirdilər. Düşmən olduqca qüvvətli idi. Muzdlu rus hərb­çiləri də qatil ermənilərə hər cür kömək göstərirdilər.

Yazıq və kimsəsiz Xocalı camaatı isə qaçıb qalın me­şələrə, soyuq, qarlı dağlara pənah aparırdı.

Həmin günü Xocalıya möhkəm qar yağırdı. Buzlu, şax­talı çöllərdə Xocalı camaatı inildəyir, əzab çəkirdi.

BEŞMƏRTƏBƏ DÖYÜŞÜ

Xocalının igid oğulları döyüşür, doğma yurdlarını düş­mənə asanlıqla təslim etmirdilər. Ən yaraşıqlı bina­la­rın­dan biri olan Beşmərtəbədə çoxlu Xocalı camaatı top­laş­mışdı. Onlar mərdliklə düşmənin həmlələrini dəf edir­di­lər. Hətta fevralın 26-sı günündə də Beşmərtəbədəki ca­maat düşmənə müqavimət göstərmiş, doğma yurdlarındakı son sığınacağı ermənilərə təslim etmək istəməmişdilər. La­kin düşmən güclü və çox idi. Bir də köməyə gələn qüvvə də yox idi.

Beləcə, Beşmərtəbə də süquta uğradı.

Xocalının igid oğulları son sığınacağı da tərk etdilər.

Fevralın 25-dən 26-na keçən gecə elə adamlar oldu ki, evinə od vurulduğundan qaça da bilmədi, diri-diri yan­dı.

Qaçanların taleyi isə acınacaqlı oldu. Zülmün, iş­gən­cənin hansı üzünü görmədi bu xocalılar? Çoxunu qatil er­mənilər mühasirəyə alıb qırdı, çoxunu girov götürüb ba­şına min bir müsibət gətirdi. Çoxu da qarın, şaxtanın soyuğuna dözə bilməyib dondu. Canını qurtaranların ilk pə­nah gətirdiyi yer Ağdam idi. Ağdam həmin o çətin gün­lər­də xocalıların ümid qapısına çevrilmişdi.

Sağ qalan xocalıları, başı müsibətlər çəkmiş xo­ca­lı­la­rı soraqlaya- soraqlaya Ağdama gedirəm.

AÇILMAYAN DÜYÜNLƏR

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəh­şətli faciələrindən biri baş verdi: Azərbaycanın Xocalı şə­hə­rində erməni faşistləri ilə rus hərbçiləri dinc əhalini vəh­şi­cəsinə qətlə yetirdilər. Yeddi minə yaxın sakinə divan tu­tuldu.

AĞDAMDA ÖLGÜNLÜK VAR

Ağdamda bir ölgünlük hiss olunur. Küçələrdə az-az gözə görünən adamlar qaşqabaqlı və qanıqaradırlar. Qapıların çoxundan qıfıl asılıb. Şəhər sanki matəm içindədir. Hərbi libaslı adamlar isə daha tez-tez gözə dəyir.

YAZIQ XOCALILAR!

Səhər erkən yazıq xocalılar Xalq Cəbhəsi binasının qar­şısına toplaşırlar. Qocalı, cavanlı, hamısının beli bü­kü­lüb. Onlar bura zəif bir ümid işığıyla gəlirlər: bəlkə qırı­lan­larımızdan, itənlərimizdən bir soraq verildi. İtən, qırılan da ki, bir deyil, beş deyil... Xocalılara baxıram. Kimi quru tor­pağın üstə oturub, kimi də ümidsiz, hissiz halda gözünü bir nöqtəyə dikib. Xocalılara baxıram və dərdin bö­yük­lü­yün­dən içərim alışıb yanır. Qəfildən dəhşətli bir fikir sil­kə­ləyir məni: deyəsən, bu xocalıların yalnız gözləri baxır, ya­şamaq üçün gərəkli olan bütün istəkləri boğulub, məhv edi­lib. Yurdu zəbt olunan, evi, eşiyi dağıdılan, qohu­mu-qardaşı qətlə yetirilən adamın əhvalı bəs necə olsun?

AĞDAM XALQ CƏBHƏSİNDƏ

AXC Ağdam şöbəsinin sədri Allahverdi bəyi1 xo­ca­lılar hər yandan dövrəyə alıblar. Bu gün o, Xocalıdan me­­yidləri gətirməlidir. Ermənilərlə bu haqda razılıq əldə olu­nub. Xocalılar əli qoynunda dayanıb meyidlərin nə vaxt gətiriləcəyini gözləyirlər. İyirmi günə yaxındır ki, onlar belə işgəncəli ömür yaşayır, meyid gözləyirlər!

Allahverdi bəyin başı bərk qarışıq olsa da, ara-sıra söh­bət edə bilirəm. O, Xocalı qırğınının "açılmayan dü­yü­nün­dən" ilk məlumat verir: "Qırğının qarşısını ala bilərdik. On­ları xilas etmək üçün əməliyyat planımız da vardı. Am­ma...".

Ağdamda bu "amma"ları hələ çox eşidəcəyəm. Və çox­ları bu sözü təkrar edib deyəcək: "Xocalıları qırğından qur­­tarmaq üçün əməliyyat planı hazırlanmışdı. Amma...".

Əməliyyat planını pozan, adamları qırğından qur­tar­mağa maneçilik törədən kim idi axı?

BAŞ HƏKİMİN QƏRİBƏ İFADƏSİ

Ağdam rayon xəstəxanasının baş həkimi Tariyel Ey­vazovla söhbətdən daha acı faktlar öyrəndim. Baş hə­ki­min dedikləri: - Həmin gün tapşırıq verilmişdi ki, xəs­tə­xa­na­nı, operasiya stollarını hazır vəziyyətdə saxlayaq. Ağır və­ziyyətdə olanları Bakıya çatdırmaq üçün iki vertolyot da ay­rıl­mışdı...

Qəribədir! Qırğın hələ başlanmayıb. Amma onu qar­şılamağa hazırlıq görülür.

BİR HAŞİYƏ: Ermənilərin Xocalıda tutub iyirmi gü­nə qədər girov saxladıqları Yaqub Məmmədovun ifa­də­si: - Ermənilər bizə dedilər ki, iki gün əvvəldən bütün xo­ca­lı­lara və "sizinkilərə" (yəni rəhbərlərinizə) çatdırmışdıq ki, ora hücum olacaq. Hətta gününü də demişdik.

Qəribə məntiqdir. Ermənilər hücumun vaxtını, gü­nü­nü də çatdırır "bizimkilərə", xəstəxana hazırlıq və­ziy­yə­ti­nə gətirilir...

Düyünlər hələ də dolaşıqdır.

MEYİDLƏRİ GƏTİRMƏYƏ GEDİRİK

"UAZ" maşınında dördümüzük: Allahverdi bəy, kö­məkçisi, sürücü və mən. Arxadakı "Kamaz"da isə 16 nə­fər əyləşib, meyidləri yığmaq üçün. Meyid yığmaq üçün adam tapmaq da çətindir. Çoxunun ürəyi gəlmir getməyə.

Allahverdi bəy əvvəlcədən ermənilərlə danışıb. Ra­zı­lığa gəliblər ki, iki girov erməninin əvəzinə meyidləri və bir azərbaycanlı girovu dəyişsinlər. Saat 12- də ermənilərlə müəy­yənləşdirilmiş yerdə görüşməliyik.

BİR ƏLAVƏ. Ağdam rayon Xalq Cəbhəsinin sədri Al­lahverdi bəy haqqında çoxları razılıq və minnətdarlıqla da­nışır. Məhz onun bacarığı, səyi nəticəsində çoxları əsir­lik­dən buraxılıb, yüzlərlə meyidi gətirib basdırmaq müm­kün olub.

Ağdamın qurtaracağında post qoyulub. Bura "Qatır Məm­məd" adı ilə məşhur olan Yaqubun dəstəsinin nə­za­rə­tin­dədir. Postun kənarında isə üstündə Yaqubun həlak olan oğ­lu Canpoladın adı yazılmış tank dayanıb. Öyrənirəm ki, Ya­qub bəy qəhrəmanlıqla həlak olan oğlunun meyidini dü­nən ermənilərdən alıb basdırıb. Neçə müddət idi ki, er­m­ə­nilər meyidi vermirdilər.

ERMƏNİ QULDURLARI İLƏ GÖRÜŞ

Əsgəran yoluna çatırıq. Qarşıda ermənilərin postu qo­yulub. Ratsiya ilə xəbər verməyimizə baxmayaraq sü­rü­cü maşının işığını yandırıb-söndürərək işarə verməyə baş­ladı. Allahverdinin köməkçisi maşından düşüb onlara tə­rəf getdi. Allahverdi bəy qazılmış yolu göstərib dedi: - Bax buranı ermənilər qazıb. Axıra kimi yolu qazmaq is­tə­yirdilər ki, tank keçməsin. Mən onlarla danışıb qoy­ma­dım. Amma belə getsə axıra kimi qazacaqlar. Belə olmaz axı! Silahımız azdır, texnika çatışmır. Bax, gedib çətinliklə Əs­gəranı almışdıq. Yağışın altında gecə saat 12-yə kimi er­mənilərlə döyüşdük. Kömək olmadığından geri çə­kil­mə­yə məcbur olduq, o Qaraqayanı görürsünüzmü? Ora da əli­mizdə idi. Amma saxlaya bilmədik.

Allahverdi bəy narazı halda danışır. Qaraqayadan isə ermənilər Ağdama güllə atırlar.

...Ermənilərin sarı rəngli "UAZ"ı on metrliyimizdə da­ya­nır. Allahverdi bəy düşüb, maşına sarı gedir. Mənə isə düş­məməyi, maşında oturmağı tapşırır. Kənardan görüşü mü­şahidə edirəm. Ermənilərin komandiri Vladik maşından dü­şüb Allahverdi ilə görüşür. Özü də mehribanlıqla, heç nə ol­mamış kimi səmimi görüşür.

KİÇİK HAŞİYƏ. Allahverdi bəyin Vladiklə çox­dan­kı tanışlığının nəticəsində belə görüşürlər mümkün olur: Ermənilər öz girovlarını qəbul edir, bizimkiləri isə ve­rir­lər.

Maşından beş nəfər əlavə silahlı quldur düşür və düş­­mən hesab etdikləri azərbaycanlılarla görüşürlər. Kə­nar­dan baxanda ermənilərin bu davranış və hərəkətindən "qul­durluq, vəhşilik" əlaməti yağmır. Amma bu xain xəs­tə­lərin içərisində bizi hər zaman sancmağa hazır olan zə­hər­li bir ilan yatır.

Bu vaxt maşından qara paltarlı heysiz-halsız bir kişi dü­şürülür. Qısa danışıqdan sonra qara paltarlı kişi əy­ləş­di­yim maşına tərəf gəlir. Gözlərində kədər qarışıq sevinc ifa­dəsi var. Maşına əyləşən kimi sorğu-suala tuturam:

Ermənilər nə vaxt tutmuşdu sizi?

Xocalıdan bizi qovub çıxaran günün sabahısı Dəh­raz kəndində girov götürdülər.

Harda saxlayırdılar sizi?

İyirmi gün idi ki, Stepanakertdə saxlayırdılar. Ba­şı­mıza olmazın oyununu açdılar. Gündə əl boyda çörək, ya­rım stəkan su verirdilər. Heç bilmirəm ki, oğul- uşağımdan kim­lər qaldı, kimlər qırıldı.

Əlli iki yaşlı Yaqub kişi bu sözləri deyib acı-acı hön­kürdü. Yazıq görkəmli, başı min bir faciələr çəkmiş bu ada­mın halına baxdıqca içərim alışıb yanırdı.

Az aralıda isə ermənilər dayanmışdı. Allahverdi bə­yin dediyinə əməl etməyib maşından düşüb onlara sarı ge­dirəm. İstəyirəm ki, onlarla azacıq da olsa söhbət edib bu vəh­şiliklərini heç olmasa üzlərinə deyim.

ERMƏNİ QULDURLARI İLƏ SÖHBƏT

Komandir Vladik: - Ara, hər şeyi sakitcə, "po çelo­ve­çeski"(yəni insancasına-red) eləmək olar də...

Axı Xocalı faciəsində hər şey bu dediklərinizdən uzaq oldu.

Quldurlardan biri: - Oradakıları ruslar öldürdü. Qa­lan­ları da gecə görməyib bir-birlərinə atıblar.

Bəs başları kəsilən, əlləri, qulaqları kəsilənlər necə?

Quldurlardan biri: - Biz belə şey etməmişik. Amma si­zin­kiləri görürsənmi, danışmışıq güllə atmayaq, lakin atır­sı­nız.

Bayaq rusları dediniz, vuruşmaq üçün sizdən çoxmu pul alırlar?

Quldurlardan biri: - Sizdən necə alırlarsa, bizdən də o qədər alırlar. Bizdən də alırlar, sizdən də alırlar bu ruslar.

Başqa bir quldur: - Amma biz də bezmişik. Bəzən ye­məyə çörək də tapmırıq.

Görüş qurtarır. Erməni Vladik zarafatla deyir:

Allahverdi, maşındakıların sayını dəqiq deyin ha, yox­sa artıq adamı Stepanakertə aparacağıq.

Vladikin ironiya ilə dediyi sözlər içərimi kəsib doğ­rayır: Vətənimdə, torpağımda at oynadana bir bax!

"Kamaz"dakı azərbaycanlılar ermənilərin müşayiəti ilə Xocalı meyidlərini gətirməyə gedirlər. Biz isə Ağdama qa­yıdırıq.

MEYİD GÖZLƏYƏNLƏR

Bayaqdan sıxıntı içərisindəyəm. Meyid göz­lə­yən­lə­rə yaxınlaşıb sorğu-sual etməkdə çətinlik çəkirəm. Nə­ha­yət, özümdə bir qüvvə tapır, dərd içində boğulub, alışıb ya­nan zavallılara yaxınlaşıram.

Əliyeva Zoya: - Oğlumdan xəbər-ətər yoxdur. Ana­mı meşədə girov götürmüşdülər. Bir erməni girovu ilə də­yiş­dirildi. Oğlum, görən, salamatdımı, ay Allah...

Əliyeva Afət: - Bacımın oğlu Ülfəti gözləyirəm. Rus dili institutunda oxuyurdu...

Fərzəliyeva Hürü: - Oğlanlarım beş gün aeroporta keşik çəkdilər, indi heç birindən xəbərim yoxdur.

Bəsti Bəndəliyeva: - Qoca nənəmdən, babamdan heç bir xəbər yoxdur.

Vidadi Əliyev: - Qaynatam altı nəfər ailə üzvü ilə bir­likdə gəlməyib. Haradadırlar, başlarına nə oyun gəldi?...

Çaxalov Vəhdi (mesxeti türkü): - Qardaşım uşaq­la­rı­nın beşi də yoxdur. Heç bir xəbər öyrənə bilməmişik.

SAĞ QALAN KİMLƏRDİR?

Hamı Yaqubu qucaqlayıb bağrına basır. Hön­kür-hönkür ağlayır. Neçə gündür ermənilərin əsir saxladığı Ya­qub onlar üçün qardaş kimi doğmadır, əzizdir. Dağılan yurd­larından daha bir adamı sağ görmək xocalıları necə ol­sa da, dərddən alışıb yansalar da sevindirir. Yox, tə­bəs­sümlə deyil, ağlaya-ağlaya, göz yaşı içərisində sevinirlər. Ya­zıq xocalılar, zavallı, biçarə millətim!

Sorğu-sual başlayır:

- Ay Yaqub, mənim Halayımı görmədin?

- Halay orda, yanımdeydi, Niftalı da, qardaşı da or­day­dılar.

- Ay Yaqub, Anarı görmədin?

- Anar da ordeydi.

- Ay Yaqub, Muradı görmədin bəs?

- Yox, Muradı görmədim. [Sual verən qadın dolux­sun­muş halda yana çəkilir.]

- Ay Yaqub, Mobili görmədin, çörək bişirən Mo­bili?

- Hə, Mobil ordadı.

- Ay Yaqub, Məşədi müəllimin olğunu görmədin?

- Yox, onu görmədim, vallah.

Yaqubu üzük qaşı kimi dövrəyə alıblar. Kiminə ümid­li xəbər verir, kiminə də yox. Yaqub yalnız bir yerdə sax­landığı 70 xocalının taleyindən xəbərdardır. Bəs qalanı! Yüz­lərlə, minlərlə günahsızın taleyi necə olacaq?

Yaqubun söhbətindən məlum olur ki, Xankəndinin həbs­xana və zirzəmilərində çoxlu azərbaycanlı işgəncə çə­kir. Onları bəs necə xilas etməli? Öz torpağımızın havasını əsir­likdə udan yurddaşlarımıza kömək əlimizi necə uza­daq?

MƏSCİDDƏ

Ağdam məscidinin qabağı adamla doludur. İndicə ma­şınla gəlib xəbər verdilər ki, meyidləri gətirirlər. Hamı sə­birsizliklə və həyəcanla gözləyir. Meyid gözləmək nə bö­yük dərd imiş!..

Maşın məscidin həyətində dayanır. Camaatı ma­şın­dan uzaqlaşdırırlar. Arvadları isə yaxına buraxmırlar. Birin­ci meyidi düşürəndə qadınlardan biri nalə çəkir: Ay Al­lah, yandım! Yandım!

Nalə, ağlaşma, ah-fəryad göyə yüksəlir. Meyidləri xə­rəklərlə düşürüb maşına yığırlar. Meyidlərə baxdıqca dəh­şət bürüyür məni: yazıq xocalıları nə günə salıblar! Ki­minin ayağı kəsilib, kiminin burnu, qulağı, çoxlarının dişi [yə­qin qızıldişli olanları] kəlbətinlə qoparılıb. Balaca bir qız uşağının meyidinə isə sakit baxmaq olmur. Yazıq uşa­ğın üzünü vəhşi quşlar dimdikləyib deşik-deşik edib. Yaşlı bir qadının ayağının biri kəsilib, o biri ayağında isə yamaqlı co­rab var. Bir cavan oğlanın meyidi lap dəhşətlidir: başının ya­rısı paralanıb, yoxdur.

Meyidləri maşından düşürüb məscidə yığırlar. Me­yid­lər aparıldıqca kənarda dayanan bir Xocalı ağsaqqalı dərd­li-dərdli deyir:

- Bax, o, Bahadırın meyididir. Səlimov Bahadırın. O Zə­rifin meyididir. O da Xəlilin meyididir. Baxan kimi ta­nı­dım.

...Xocalılar ağır dərd içində otaqlara girib meyidlərə ba­xır. Kimi doğmasını axtarır, kimi oğlunu, kimi qızını... Qə­fildən bir nalə eşidilir: - Ay Rza, mən səni belə sax­la­ma­mışam, ay Rza! Səni nə hala salıblar, ay Rza!

Qadının ürəkparçalayan səsi bütün Ağdama yayılır...

MEYİD GƏTİRƏNLƏRİN DEDİKLƏRİ

Meyidləri gətirənlərə yaxınlaşıram. Hamısının üst-başı toz-torpaqdır. Ağır da olsa, çətin də gəlsə onları söh­bətə tuturam: - Meyidlərin hamısını gətirə bildiniz, yox­sa qalanı oldu?

Baxış kişi: - Yox, ay bala, meyid doludu, dolu. Hara ba­xır­san meyid görünür.

Vəliyəddin kişi: - Biz yalnız donuz fermasının üs­tün­dəkiləri yığa bildik. Qalanı qaldı. Ermənilər deyir hələ me­şənin içində o qədər meyid var ki...

AÇILMAYAN DÜYÜNLƏR

Xocalılar haqlı olaraq ittiham edirlər:

- Əgər bizi qorumayacaqdılarsa, niyə başımızın al­tın­a balış qoyub arxayın salırdılar: deyirdilər ki, qorx­ma­yın, sizi qoruyuruq?

Təşkil edib arvad-uşağı niyə çıxartmadılar?

- Xocalıda sonuncu vertolyot yanvarın 28-də gəlib. Bu xəbərdarlıq deyildimi böyüklərimizə.

- Həmin günü ermənilərin hücum edəcəyini bizim rəh­bərlər bilirmiş, niyə tədbir görməyiblər?

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən bö­yük faciələrindən biri - Xocalı qırğını oldu. Minlərlə ada­mın günahsız qanı töküldü. Hamı bilə-bilə, hamı görə-görə.

Ağdamda gördüklərim məni dəhşətə gətirir. Sıxıntı və əzab içində Ağdamdan ayrılıram. O meyidləri isə unuda bil­mirəm. Gözümü yuman kimi məzhun və yazıq sifətli in­sanlar gözüm özünə gəlir. O əli kəsilmiş ağsaqqal qocanı ne­cə yadımdan çıxarım? Bir ayağı kəsilmiş ananı, burnu qo­parılmış balaca qız uşağını yaddan çıxara bilərəmmi? Bə­dəni deşik-deşik edilmiş milli ordu əsgərinin o halını ne­cə unudum?

Ağdamdan ağır dərd içində ayrılıram. Qulaqlarımda isə bayaq Ağdam məscidində eşitdiyim o dəhşətli fəryadlar tək­rarlanır: "Ay Rza, mən səni belə saxlamamışdım. Səni kim bu hala saldı, ay Rza!"

Ağdamda gördüyüm o dəhşətlərdən sonra hələ uzun müd­dət özümə gələ bilməyəcəyəm.

KAFİR ERMƏNİ

İndi sənə nifrət edirəm. Əlimə düşsən səni par­ça­la­ya­ram, təəssüf də etmərəm! Sən zalımsan, sən qəddarsan! Sən in­sanlıq adına ləkəsən! Kafir erməni! Sənin hər görünüşün təhlükədir, ölüm təhlükəsi! İnsan qanı içən, ka­fir erməni! Ağsaqqal, ağbirçək bilməyən erməni! Sən o kafirliyinin, zülmkarlığının cəzasını mütləq ala­caq­san!

Müqəddəs "Quran" kitabındaıı: "Kafirlər cə­hən­nəm oduna atıldıqları zaman onlara belə deyiləcəkdir: "Ey ka­fir olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq dün­yada törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz". Ət- Təh­rin ["Qadağan"] surəsi.

MƏHKƏMƏ-TİBB EKSPERTİNİN RƏYİ

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xo­calı şəhərində erməni quldurları tərəfindən qətlə ye­tiri­lən şəxslərin xəsarətinin təhlili:

"Xocalı hadisəsi zamanı bizim birliyin ekspertləri tə­rəfindən məhkəmə tibbi müayinədən 181 meyid ke­çi­ril­miş­dir. Həmin meyidlərdən 130 nəfəri kişi, 51 nəfəri isə qa­dındır. Müayinə olunan meyidlərdən 13 nəfəri azyaşlı ol­muşdur. Xəsarətlərin əmələ gəlmə mexanizminə görə bölün­məsi aşağıdakı qaydada olmuşdur:

Qəlpə təsirindən - 20

Güllə təsirindən - 151

Küt alət təsirindən - 10

Xəsarətlər yerləşdiyi nahiyələrə görə aşağıdakı kimi ol­muşdur:

Baş nahiyəsi - 40

Döş qəfəsi - 74

Qarın nahiyəsi - 17

Ətrafları - 11

Bununla yanaşı müayinə olunmuş meyidlərdən 3 nə­fərində ətrafların donması, 33 nəfərində işgəncə əla­mət­ləri, yəni başın dərisinin soyulması, qadınlarda döşlərin kə­silməsi, burun və qulaq qığırdaqlarının kəsilməsi, qa­dın­ların cinsiyyət üzvlərinə odlu silahdan atəş açılması əla­mətləri aşkar edilmişdir. Eyni zamanda göz almalarının çı­xarılması, dişlərin sındırılması, kişilərin cinsiyyət üzv­lə­ri­nin kəsilməsi müşahidə olumuşdur. Müayinə olunmuş 31 me­yiddə isə kombinə olunmuş, yəni bədənin müxtəlif na­hi­yə­lərinin güllə yarası və küt alətlə, kəsici-deşici alətlə ye­tirilmiş xəsarətlər olmuşdur. Müayinə olunmuş me­yid­lər­dən 13 nəfərində bədənin bütün səthini əhatə edən yanıq kö­mürləşmə aşkar edilmişdir. Eyni zamanda müayinədən ke­çən meyidlərdən 10 nəfərində güllə yarası ilə birlikdə on­ların üzərindən hərbi texnikanın keçməsi əlamətləri ol­muş­dur.

Baş məhkəmə tibb eksperti,

Professor R. M. Yusifov.


ŞƏHİD XOCALILAR, ŞAHİD XOCALILAR



Verin! Verin də əvət, susdurun bu fəryadı,

Aman! Əsirgəməyin mərhəmətlə imdadı.

Verin! Verin! Gözü yollarda bir yığın bəşərin,

Nə heyrət ah! Əsərsizmi bunca ahu ənin!?

H. Cavid.

B

u fəryadları susdurmaq olarmı! Göylərə yüksələn na­lələri sakitləşdirmək mümkün­dür­mü? Gözü yollarda qa­lan yüzlərlə kimsəsizə hansı təsəllini verməli? Necə söy­lə­mə­li ki, oğulun başı kəsilib, qızın cismi yandınlıb, ananın ağ­birçəyi qana bulanıb, bacının namusu ləkələnib! Necə, ne­cə söyləməli bu dəhşətləri? Necə deməli ki, körpə qız uşaq­larının isməti tapdanıb? Bunu hansı ürəklə, hansı vic­dan­la söyləməli? İnsan adına sığışmayan bu vəhşiliyi hansı xalq sakitliklə dinləyər, qəbul edər? Ömrümüzü, günü­mü­zü məzarıstanlıq ağrısına saldı bu hadisə! Bundan sonra ya­şa­­­ya­ca­ğımız ömür xəcalət bürküsündə can verib iztirab çə­kə­cək. Üzümüzdə təbəssümün azacıq işığı dolaşsa da, içi­­miz qəm­xanaya çevrilib göz yaşları ilə göynəyəcək. Dü­şün­dük­cə, yada saldıqca yanıb-yanıb iztirablar içində qovru­laca­ğıq!



Şəhid xocalılarla Ağdamdakı o ürəkağrıdan "görüş­dən" sonra şahid xocalıları axtarıram. Şahid xocalıların ağ­­rı­sını, acısını dinlədikcə bir qorxulu həqiqət dumanına bü­r­­ünürəm: şahid xocalılar sağ qalıb yaşasa da bu ömür de­yil, dolanışıq, güzəran deyil. Şahid xocalıları yaşadan yal­nız bir qəribə istəkdir: Bəlkə tapıldı! Şahid xocalılar diri də olmasa, bəlkə doğmalarının meyidini görmək, öz əlləri ilə torpağa basdırmaq ümidi ilə yaşayırlar. Şahid xocalılar ya­man ağrılı gün yaşayır. Şahid xocalıların aldığı ümidli xəbərlər də var: kimlərisə qatil ermənilər hələ öldürməyib, girov saxlayır. Şahid xocalılar hər gün Xankəndinin gülləli, mərmili yollarına boylanıb istəklilərinin qayıdacağını gözləyirlər.

Üzgün Xocalı kişisi. Səni hər gün tozlu yollarda otu­ran görürəm, Xocalı kişisi! Üzgün halda, ağrılı bir gör­k­əmdə, cırıq paltarda tozlu yollar içində oturub ahu-madar bir olan oğlunu gözləyirsən! Səni bir ümid ya­şa­dır, Xocalı kişisi! Oğlunun ya dirisini, ya ölüsünü görmək! Son­ra özün demişkən, həyat, yaşamaq səni düşündürmür. Ya­zıq Xocalı kişisi! Hər gün ac-susuz tozlu yollarda da­ya­nıb oğul həsrəti ilə alovlanırsan! Sənin bu halını, bu yazıq və miskin görkəmini heç zaman unuda bilməyəcəyəm, Xo­calı kişisi!


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin