NƏSİman yaqublu



Yüklə 0,96 Mb.
səhifə4/14
tarix26.02.2017
ölçüsü0,96 Mb.
#9865
1   2   3   4   5   6   7   8   9   ...   14

... İçimdə ağrılar, acılar göynəyə-göynəyə yazıq xoca­lı­ları soraqlayıram.
GİROVDA KİMLƏR OLUB?

Qaldıq əlində bir sürü ərbai-vəhşətin, Olduq əsiri pənceyi-qəhrü müsibətin!

MƏHƏMMƏD HADİ

И

nsanın ən böyük faciəsidir Vətəndə əsir olmaq! İn­sa­na vurulan sağalmaz yara, zəhərli neştərdir vətən tor­pa­ğın­da əsirlik həyatı yaşamaq! Vətən torpağının bir gün ağır həbs­xana divarlarına çevriləcəyini düşünmək mümkünmü? Və­tən torpağında parlayan günəşin düşmən nəfəsi ilə bo­ğu­la­cağını, qara həbsxana qapısının qara dərdə çevrilib o gü­nə­şi görünməz edəcəyini xəyala gətirmək olardımı? Və­tən övladlarının qəhri-müsibətdə qovrulub-qovrulub su­suz­luq əzabından öləcəyini fikirləşərdikmi heç? Doğma Və­tən­də, qaranlıq həbsxana zülmətində bir parça çörəyə möh­tac qalacağımızın həqiqət işığından çox-çox uzaq ol­du­ğu­nu sanardıq.



Amma bunlar hamısı Xocalı faciəsində müsibət dolu hə­qi­qətə döndü. Adamlar doğma Vətənində əsir düşdü, həbs­xa­na zülmətində işgəncə çəkdi, bir parça çörəyə həsrət qal­dı, susuzluq əzabında qovruldu. Döyüldü, söyüldü, təh­qir olundu öz yurdunda insanlar. Vətən torpağı onlardan öt­rü bir məzarıstanlığa, məhbəsə çevrildi. Bəli. Oldu bu fa­ciə­lə­rin hamısı! Bəli, tapdandı insanların namusu, qeyrəti, vic­danı öz Vətənində, öz yurdunda! İnsanlar məşəqqətlər alo­vunda yanıb qovruldu...

Ey zülmün hər üzünü görən, Vətən məhbəslərində iş­gən­cələr çəkən xocalılar, sizi soraqlayıram! Neçə günün gi­rov­lu­ğunda başınıza gətirilən oyunları açıb bir-bir da­nı­şın. Danışın ki, qoy gələcək nəsillər, sağ qalan övladlarımız hə­qi­qətləri bilib erməniyə nifrətlər yağdırsın! Çətin də olsa, ağ­rı­lı da olsa danışın o həqiqətləri!

Qasımov Məhəmməd Salman oğlu. 60 yaşında. 48 gün girovda qalıb. - Ermənilər Xocalıya hücum edəndə qaç­dıq Dəhraz tərəfə. Dəhrazda bizi mühasirəyə alıb tut­du­lar. Bir yaşlı qadını və cavan oğlanı yerindəcə gül­lə­lə­di­lər. Sonra bizi Naxçıvanikə gətirib saldılar mal pəyəsinə. Az keçməmiş gəlib aramızdan on üç adamı seçib apardılar gül­lə­ləməyə. O güllənin səsini də biz eşitdik. Bir müddət pə­yə­də saxladıqdan sonra bir yük maşınına mindirib bizi gə­tirdilər Stepanakertə. Orda bizi maşından düşürəndə bir er­mə­ni kobudluqla çeşməyimi alıb dedi: "Gedərsən, Kürün o tayında verərlər çeşməyini!". Sonra bizi saldılar həbsx­a­na­ya. Həbsxanada hansı işgəncələri çəkmədik? On günə ki­mi dilimizə heç nə dəymədi. Çörək, su həsrətiynən gö­zü­mü­zü dikirdik qapıya. Qapının nə vaxt açılacağını səbir­siz­lik­lə gözləyirdik. Amma qapını açıb içəri girənlər bizə nə su gətirirdi, nə də çörək. Başlayırdılar təpikləməyə, döy­mə­yə, qol, qabırğamızı sındırmağa. Elə döyürdülər, elə ha­la salırdılar ki, saatlarla yerdə döşəli qalıb tərpənə bil­mir­dik. Düz on gündən sonra gətirib hərəmizə 70 qram çö­rək, hər üç adama da bir stəkan su verdilər. Bir də gö­rür­dün ki saat 2-də, 3-də ermənilər sərxoş halda gəlib içəri gi­rir, pis söyüşlər söyüb, istədikləri işgəncəni verirdilər. Qal­dığımız yer də olduqca soyuq idi. Pəncərə sınıq ol­du­ğun­dan külək içəridə vıy-vıy vıyıldayırdı. Hamımız so­yuq­dan titrəyirdik. Yerə salmağa bir adyal da ver­mə­miş­di­lər ki, heç olmasa gecə rahat yata bilək. Bütün gecəni, gün­dü­zü oyaq qalırdıq. Yatmaq olardımı soyuqdan? Ya­nı­mız­da Qaradağlıdan yazıq bir kişi vardı. Bizdən çox qabaq onu tutub bura salmışdılar. Yazığın susuzluqdan ciyəri ya­nır­dı. Gecənin bir vaxtında halı lap pisləşdi. "Su, su" deyib inil­də­məyə başladı. Dözə bilmədim. Gedib qapını döydüm ki, bir az su versinlər yazığa. Nəzarətçi erməni qapının o ta­yın­dan məni söyüb təhqir etdi və təkrar qapını döydükdə gə­lib öldürəcəyini bildirdi. Yazıq kişi "su, su" deyə-deyə ca­nı­nı tapşırdı. Bir dəfə xaricdən - Qırmızı Aypara Cə­miy­yə­tindən bir dəstə adam gəlib vəziyyətimizlə maraq­lan­dı. Halımızı, görkəmimizi görəndə təəssüflə başlarını bu­la­dılar. Ermənilər isə bizə əvvəlcədən xəbərdarlıq edirdilər ki, gələn qonaqlara şikayətlənməyək. Əksinə, ermənilərdən ra­zı­lıq edək ki, guya bizə yaxşı baxırlar. Əgər belə de­mə­səy­dik, ermənilər bizə elə işgəncələr verərdi ki... Düz 48 gün ermənilərin əsarətində əzab çəkdim. 48 gündən sonra mə­ni bir erməni ilə dəyişdilər.

...Məhəmməd kişi ölümlə üz-üzə dayanıbmış kimi bu söhbəti edirdi. Əlində təsbehin iri dənələrini birdən elə möh­kəm sıxırdı ki, barmaqları ağarırdı. Sınıxmış, düşkün bir görkəmdə idi Məhəmməd kişi. Ağsaqqal vaxtında, müd­rik görkəmində olan bu ağır təbiətli kişi əzab çə­kə-çəkə başına gələnləri danışırdı. Həyatdan, ya­şa­yışdan, insan­lar­dan, hər şeydən bezikmiş halda idi Məhəmməd kişi.

Allahverdiyev Mirzə. 40 yaşında. 18 gün girovda qa­lıb. - Biz həmin gün Noragül istiqamətində postda da­yan­mış­dıq. Amma "Finski" evlər yananda geri çəkildik. Fev­ra­lın 26-da onların çoxu Beşmərtəbə deyilən binaya toplan­mışdı. 100- ə qədər adam vardı orda. Sonra çıxıb Boz Dağ istiqamətində irəlilədik. Fevralın 28- də ermənilər mü­ha­sirəyə alıb tutdular bizi. Həmin saat əl-ayağımızı bağ­la­yıb başladılar döyməyə, işgəncə verməyə. Sonra apar­dılar Əsgərana. Orda milis idarəsinin həbs otağında bi­zi saxlayırdılar. Amma hansı əzabları vermirdilər bizə. Bir neçə qızıl dişim vardı. Yerə yıxıb əl-ayağımı bağ­la­dı­lar. Başladılar kəlbətinlə dişlərimi sökməyə. Kəlbətinlə dar­tır, çəkiclə vururdular dişimə. İnildəyir, zarıyırdım ağ­rı­dan. Yalvarır, yaxarır, bu işgəncəyə son qoymağı xahiş edir­dim. Ağrının dəhşətindən huşumu itirdim. Neçə saat huş­suz qaldığımı bilmirəm. Amma gözümü açanda hiss et­dim ki, qızıl dişlərimi sındırıb götürüblər.(Dişin kö­tü­yü­nü Bakıda həkimlər çıxarıb müalicə etdilər). Ermənilərin ver­di­yi işgəncə yalnız qızıl dişlərimi sındırmaqla bitmədi. Sö­yüş, təhqir, təpiklə vurmaq, döymək hər gün olurdu. Gi­rov­luq­da qaldığım 18 günün elə bir vaxtı olmadı ki, mənə işgəncə verməsiniər. Yaman vəhşi idi ermənilər. Gözlərini qan tutmuşdu. Ürəklərində heç bir insaf, ədalət yox idi. Bi­zi döyməkdən, təpikləməkdən ləzzət alırdılar. Bir dəfə isə məni çılpaq soyundurub dubinka ilə döydülər. Ürəkləri so­­yu­­madığından götürüb ikinci mərtəbədən atdılar məni ye­rə. Bütün bədənim əzilmişdi. Necə kinli, qəzəbli idi bu er­mə­nilər bizə qarşı? Edik adında bir erməni vardı. Hər gün içər­i girib mənə özünəməxsus xüsusi işgəncə verirdi: Ağır çək­mələri ilə əllərimin üstünə çıxıb tapdalayır, əzir və bun­dan ləzzət aparırdı. Mənim iniltim, qışqırtım ona təsir də etmirdi, əksinə, kefi açılırdı... Ermənilər tez-tez bizə de­­yirdilər: "Sizi qıracağıq, buralardan taman qovacağıq. Do­nuzlarımızı gətirib Kürdə suvaracağıq". Hər gün bizə bir par­ça çörək, bir balaca qabda da su verirdilər. O çörəyi, su­yu verəndən sonra gəlib möhkəm döyürdülər. On səkkiz gün girovda qalandan sonra məni dəyişib Ağdama gə­tir­di­lər. Öyrəndim ki, anamı da ermənilər bir neçə gün girov sax­la­yıb, qızıl üzüyünü alıb buraxıblar. Qardaşım Elşəni isə mənim günümə salıblar. Girovda işgəncələr verib qızıl diş­l­ərini söküblər. Öyrəndim ki, ermənilər iki qardaşımı öl­dü­rüblər.

...Mirzə ağır dərd içində danışır bu söhbəti, ya­na-yana deyir başına gələn faciəni. Mirzə öz faciəsini dərd alo­vunda söyləsə də qardaş ölümünə dözə bilmir, elə fikri də, baxışları da hardasa uzaqlarda, səsi-sorağı hələ də çıx­ma­yan doğmalarının yanındadır. Mirzə qardaş ölümünə göy­nə­yir, erməni vəhşiliyinə nifrət edir, indi ağır xəstəlik ha­lı keçirir, həkimin ciddi müayinəsindədir. Həkim ona sa­kit yerdə yaşamağı, əsəbiləşməməyi, səs-küylü yerdən uzaq­laşmağı tapşırıb. Amma Mirzə sakit yer hardan tapsın? İn­san üçün ən sakit yer vətən torpağı, dədə- baba yurdudur. O yurd indi düşmən pəncəsində can verir, əzab çəkir. O yur­dun gülü, gülzarı soldurulub, yerində bayquşlar uyuyur. Hə­kimin növbəti tapşırığını da yerinə yetirə bilmir Mirzə: yə­ni əsəbiləşir. Üzdən yox. Daxildən çırpınır, əsəbi və­ziy­yə­t­də olur. Elə o əsəbi vəziyyətdə də mənə deyir: baxın, başımın ortasına diqqətlə baxın. Görün ermənilər neçə yerdən vurub deşiblər... Sonra Mirzə cibindən əzilmiş bir tibb müayinə kağızı çıxarıb mənə göstərir, deyir: Bax görün ermənilər başıma nə oyunlar açıb.TİBBİ MÜAYİNƏ KAĞIZI VERİLİR ALLAHVERDİYEV MİRZƏYƏ SEMAŞKO TƏCİLİ YARDIM XƏSTƏXANASI - Döş qəfəsinin əyilməsi, sağ VII qabırğasının sı­nı­ğı, sağ əlin II barmağında infeksiyalaşmış, kəsilmiş yara, üst dişlərin çıxarılması...



Aslanov Qəyyum. 53 yaşında. 45 gün girovda qa­lıb. - Fevralın 26-da səhər tezdən ermənilər bizi tutdu. Ya­nı­mız­da on beşə kimi qadın, qız vardı. Onları bizdən ayırıb apar­dı­lar. Stepanakertdə milisin kameralarında saxla­yır­dı­lar bizi. Hər gün 100 qram çörək, bir balaca qabda su ve­rir­dilər. Bizə elə işgəncələr edirdilər ki, dillə deyiləsi müm­kün deyil. Bir o qədər döyüb vururdular, amma ürək­lə­ri soyumurdu. Necə kinli imiş bu ermənilər! Bir dəfə gecə saat 11-də məni yerə yıxıb əl-qolumu bağladılar. Bir-iki qı­zıl dişim vardı. Başladılar dəmir çəngəllə dişlərimdəki qı­zıl­ları sökməyə. Üç dəmir çəngəl sındırdılar ağzımda. Ağ­zım para-para olmuş, bütün qanla dolmuşdu. Əynim­də­ki paltar qan ləkəsindən qıpqırmızı idi. İniltim, qışqırtım er­mə­nilərin heç vecinə də deyildi. Axır ki, minbir işgəncə ilə qızıl dişlərimi söküb çıxardılar. Huşumu itirib yerdə ölü ki­mi qaldım. Bir neçə gün soyuq döşəmədə halsız-huşsuz və­ziyyətdə uzandım. Sonra yavaş-yavaş özümə gəldim. Am­ma ermənilər bununla da sakitləşmir, məndən əl çək­mir­di­lər. Tək məndən yox, orda əsirlikdə qalan bütün azər­bay­canlıları döyüb işgəncə verirdilər. Bir dəfə erməni­lər­dən biri mənə qəzəblə dedi: "Mən Şuşada həbsxana da ya­tan­da, sizinkilər məni incidirdilər. İndi əvəzini səndən ç­ıx­acam". Erməni ağır çəkmələri ilə məni təpikləməyə baş­la­dı. Elə ağır zərbələr vururdu ki, yerdə qıvrıla-qıvrıla qa­lır­dım. Erməninin məni nə qədər təpiklədiyini bilmirəm. Çün­ki artıq huşum başımdan çıxmışdı və bütün bədənim key­ləş­mişdi. Yalnız ara-sıra sancıların tutduğunu hiss edir­dim. O təpikləmədə dörd qabırğamı sındırmışdı er­mə­ni. Yanımızda Ələsgər adlı bir kişi vardı. Ayağına güllə də­yib parçalamışdı. Yazığın ayağı irinin, qanın içində idi. Onun ayağını sarımağa qoymurdular. Soyuqdan da tir-tir tit­rə­yirdi. Aclıq bir yandan, soyuq da bir yandan, aldığı ya­ra da bir yandan, yazıq dözə bilmədi. Gecənin bir vax­tın­da ağrı, əzab içində keçindi. Ələsgərin ölümündən sonra ge­dib qapını döydük ki, gəlib meyidi aparsınlar. Amma er­mə­ni­lər bununla da bizə əzab verirdilər, gəlib meyidi apar­mırdılar. Bütöv bir gün Ələsgərin meyidi qaldı kame­ra­mızda. Soyuqdan donub ölsəm də, əynimdəki paltarı sal­dım Ələsgərin üstünə. Bax bizə elə zülmlər edirdi er­mə­nilər. Bir Allahverdi vardı yanımızda. O da işgəncələrə dö­zə bilmədi. Dünyasını dəyişdi. İki nəzarətçi gəlib meyidi apar­dı. Çox hiyləgər, bic idi ermənilər. Bir dəfə gətirib bizə yun adyal payladılar. Məlum oldu ki, Beynəlxalq Qırmızı Ay­p­ara Cəmiyyətindən yanımıza gəliblər. Ona görə də on­la­rın gəlməyinə 10 dəqiqə qalanda guya qayğımıza qa­lır­mış­lar kimi, gətirib adyal vermişdilər. Gələn qonaqlar soru­şur­du ki, sizi incitmirlər burda? Cavab verirdik ki, yox, in­cit­mirlər, yaxşı baxırlar. Başqa nə cavab verəydik? Er­mə­ni­lər əvvəlcədən tapşırmışdılar: əgər şikayətlənsək, öl­dü­rə­cə­klər, hamımızı qıracaqlar. Ona görə də gələnlərə heç nə de­yə bilmirdik. Amma bir dəfə gələn qonaqlara göstərmək üçün xəlvətcə, guya bilməyə-bilməyə pencəyimi qaldırdım ki, oradakı qan laxtasını görsünlər. Qonaqlar qan laxtasını gö­rüb başlarını buladılar. Ermənilər də işin nə yerdə ol­du­ğu­nu bildilər. Qonaqlar gedəndən sonra məni döyüb bir ha­la saldılar ki, sözlə deyiləsi deyil. Hər dəfə də təpiklə vur­duqca deyirdilər: "Sən bizdən şikayət etmisən!". Er­mə­ni­lər tez-tez bizə deyirdi: sevinin ki, hələ sizi gül­lə­lə­mə­mi­şik,­ öldürməmişik! Amma yanımızdakıları hərdən gəlib gül­lə­ləməyə aparırdılar. Özü də içəri girib hamımıza bir-bir ba­xıb qışqırırdılar: "Onu, onu bu gün aparıb güllələyin". Hey­siz-halsız yoldaşlarımızı aparıb heç nədən qətlə ye­ti­rir­di­lər. Novruz bayramına bir neçə gün qalanda ermənilər is­tehza ilə xəbərdarlıq edirdilər: "Sizə yaxşı bayramlıq payı ve­rə­cəyik!". Doğrudan da martın 22-də ermənilər bizə "bay­ra­mlıq payı" verdilər. Bizi qaldırıb göyə çırpdılar dö­şə­mə­nin üstünə. Elə çırpılırdıq ki, döşəməyə, zərbdən taxta da mismardan qopurdu. Eləcə başımıza müsibət gətirir­di­lər. Bir dəfə yenə məni möhkəm döydülər. Huşumu itirib ye­rə yıxıldım. Bir müddət huşsuz qalandan sonra hiss et­dim ki, nədənsə boğuluram və başım da bərk üşüyür. Gö­zü­mü açanda gördüm ki, içində qar olan vedrəni başıma ke­çi­rib­lər. Axır ki, bir gün məni də dəyişdilər və o cəhən­nəm­dən xilas oldum. Ağdama gələndən sonra öyrəndim ki, qar­da­şım Qulunu ermənilər öldürüb. Qızım Gülsalahdan da heç bir xəbər yoxdur. İtkin düşüb. Özümün də halım yaxşı de­yil. Böyrəklərim tez-tez sancır, çəngəllə çıxarılan diş­lə­ri­min yeri incidir, başım bərk ağrılar verir. Halım pisdir, çox pisdir. Əsəblərim isə tamam korlanıb.

Girov xocalılardan kimi dindirirəmsə nifrətlə danışır er­mə­nilərdən. Kimdən bir söz soruşuramsa əsəbiləşir, dil­xor olur, o faciəli günləri - əsirlik həyatını yada salmaq is­tə­mir, qaçır, uzaqlaşır, gah da dərdli-dərdli başını bulayıb de­yir: Nə olsun axı? Lap danışdım, nə fayda? Belə deyir gi­rov xocalılar, belə deyir erməni əsarətində zülmün hər üzü­nü görmüş xocalılar. Amma sonradan sakitləşir, başqa bir dünyanın adamına çevrilib dərd içində üzülə-üzülə o ötən dəhşətləri danışırlar.

Nəbiyev Niftalı İbad oğlu. 47 yaşında. 48 gün girov qa­lıb. - Fevralın 25- də saat 10-da Əsgəran istiqamətindəki sən­gərdə idik. Hər tərəfi ermənilər ağır texnika ilə mü­ha­si­rə­yə aldılar. Bir qədər atışdıqdan sonra gedib qadınları, uşaq­la­rı da götürüb Dəhraz tərəfə çəkildik. Hər tərəfdən mü­h­­asirədə olduğumuzu hiss edirdik və hər yandan bizə atırdılar. Üç gün ac-susuz meşədə qaldıq. Sonra ermənilər bizi mühasirəyə alıb tutdular. Yanımızda 300-ə qədər qa­dın, uşaq vardı. Hamımızı yığıb apardılar donuz fermasına. Milli ordu paltarında 13 nəfəri seçib apardılar. Az keç­mə­miş güllə səsləri eşitdik. Bildik ki, o yazıqları güllələyiblər. Üç gün qaldıq donuz fermasında. Yeməyə heç nə vermirdilər. Elə hərdən gətirib camaata azca çiy buğda paylayırdılar. Üç gündən sonra gəlib aramızdan iyirmi adamı seçdilər. Qışqırırdılar ki, iyirminizdə əlləri yuxarı vəziyyətdə çölə çıxın. Bizi "Kamaz"a doldurub gətirdilər Stepanakertin milis idarəsinə. Orda bizi möhkəm döydülər. Sonra qeydiyyata aldılar. Bir-bir üstümüzü yoxlayıb kameraya saldılar. Mənim paltarımı yoxlayanda paltomun cibindən patron tapdılar. Dedilər ki, sən milli ordu əsgərisən. Məni lüt soyundurdular. Dubinka ilə başladılar döyməyə. Ermənilərdən biri əlində balta mənə sarı gəldi, qorxdum ki, balta ilə başımı kəsəcək. Amma xoşbəxtlikdən kəs­mədi. Balta ilə paltomu kəsib doğradı. Sonra da sürüyüb at­dılar kameraya. Gecə saat 1-2 olardı. Bu dəfə başqa er­mə­ni "boyevikləri" içəri girib hirslə qışqırdılar: "Ara, bizim tor­paqda siz axı nə edirsiniz?" Başladılar bizi döyməyə. İki qı­zıl dişimi vurub sındırdılar. Hər gün, hər gün bu vəziyyət tək­rar olunurdu. Ermənilər gah ayıq başla, gah sərxoş və­ziy­yətdə gəlib bizi şil-küt edirdilər. Yeməyə bir parça çö­rək, içməyə də yeddi adama bir qab su verirdilər. Ya­nı­mız­da Qaradağlıdan olan girovlar vardı. Yazıqları bit bas­mış­dı. Bütün günü yazıqlar qaşınır, dırnaqları ilə dərilərini qo­parırdılar. Yanımızda Nəbiyev Əli adlı bir kişi vardı. Ya­zıq elə zarıya-zarıya öldü. Ermənilər yaman zülmkar idilər. Qa­dağan etmişdilər ki, gecələr də bir-birimizlə danış­ma­yaq. Qorxa-qorxa, pıçıltı ilə danışırdıq. Qaldığımız ka­me­ra­da dəhşətli soyuq olurdu. Yatanda bir-birimizə, kü­rək-kürəyə söykənib yatırdıq. Döşəmə beton olduğundan daim rütubət vardı. Nəzarətçilər əlində bıçaq dəhlizdə gə­zi­şir, səs eşidən kimi içəri girib bizi əzişdirirdilər. Ayaq­la­rı­mızdakı corabları da tutub çıxarmışdılar. Yanımdakı yol­da­şımın iyimi min pulunu, qızılını almışdılar. Sopnra min bir çətinliklə bizi dəyişdilər. Amma indi halım getdikcə pis­ləşir. Qabırğamı da vurub batırıblar. Ciddi müalicəyə eh­tiyacım var. Görək axırı nə olacaq.

...Niftalı kişi bu ürəkparçalayan söhbəti, başına gə­ti­rilən ağır müsibətləri danışdıqdan sonra cibindən bir ka­ğız çıxarıb mənə uzatdı: Baxın, bu həkimin verdiyi ka­ğız­dır. Xəstəliklərimin bir qismi yazılıb burda.

HƏKİMİN MÜAYİNƏ KAĞIZINDAN:

Döş qəfəsinin ciddi zədələnməsi.

Ağ ciyərdə soyuqlama.

Ayaqda ağır keyləşmə.

Qabırğaların vurulub sındırılması.

Girovda qalanlarla hər söhbətdən sonra yalnız bir fik­rin torunda çırpınıram: erməni zülmü, erməni dəhşəti, er­məni vəhşiliyi! İçərilərindəki xeyirxahlıq və mərhəmət his­sinin çürüyüb zəhərli əqrəbə çevirdikləri bu erməniləri in­sanlar, bəşər övladı bağışlayacaqmı görən? Ermənilərə bu qeyri-insani rəftarlarına görə hansı adı vermək olar? Ka­fir, yalnız kafir adına layiqdir bu ermənilər.

KAFİR ERMƏNİ!

Erməni kafirdir! Erməni zülmkardır! Erməni insan qanı içəndir! Kafir erməni aydınlıqları qaranlıqlara döndərəndir! Kafir erməni yer zündə zalımlıq, işgəncə bitirəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cəhənnəmə döndərəndir! Böyük Allah adına, müqəddəs insan adına ləkədir erməni! O cinayətlərinə və Allah kəlamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır!

Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Adı nurlu Məhəmmədin övladları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyıb zülmkar ermənini, kafirlik libasına bürünmüş bu qorxunc varlığı yaşadığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünüzü gözləyin ey insanlar! Ey adı nurlu Məhəmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!

Müqəddəs "Quran" kitabı kafirlərin cəzası haq­da: "Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, et­dikləri əməllərin ən şiddətli cəzasını verəcəyik!". Fussilət ["Mü­fəssəl izah edilmiş"] surəsi.

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən bö­yük faciəsi - Xocalı qırğını baş verdi. Günahsız adamların na­haqcasına qanı axıdıldı. Adamlar diri-diri yandırıldı o mə­şum gecədə. Kimsəsiz, köməksiz adamlar elin­dən-obasından didərgin salındı. Soyuq çöllərdə, qarlı me­şə­lərdə qara meyidlər sıralandı o gün! Erməni zülmü, er­mə­ni sitəmi ilə Azəri türkləri qanına qəltan edildi!

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN

Bəhmənov Müşviq Vaqif oğlu. 22 yaş. Milli ordu əs­gə­ri­dir. - Kəllənin güllə yarasından ölmüşdür.

Mehdiyev Murad Şəfa oğlu. 26 yaş. - Döş qəfəsinin gül­lə yarasından ölmüşdür.

Xəlilova Zərifə Zəkara qızı. 27 yaş. - Döş qəfəsinin güllə yara­sından ölmüşdür.

İbrahimov Əlixan Xəlil oğlu. 35 yaş. Milli ordudan. - Kəl­lənin güllə yarasından ölmüşdür.

Əbdülov Yelmar İsgəndər oğlu. 43 yaş. Fəhlə. - Kəllənin gül­lə yarasından ölmüşdür.

Əliməmmədov Faiq Şahmalı oğlu. 24 yaş. Fəhlə. - Döş qə­fəsinin güllə yarasından ölmüşdür.

Əliyev İsa Əbdüləli oğlu. 59 yaş. Fəhlə. - Kəllənin güllə ya­rasından ölmüşdür.

Abbasov Əntiş Heydər oğlu. 42 yaş. - Qarın və döş qəfəsinin güllə yarasından ölmüşdür.

Məmmədov Talış. 50 yaş. Fəhlə. - Döş qəfəsinin ön sət­hindən güllə yarasından ölmüşdür.

Vəliyev Ələsəf Zakir oğlu. 45 yaş. Fəhlə. - Qarının ön sət­hinin və sağ budun güllə yaralarından ölmüşdür.

Cəcərova Pəri Muxtar qızı. 36 yaş. - Döş qəfəsinin arxa sət­hinin güllə yarasından ölmüşdür.

Məmmədov Şöhrət İbiş oğlu. 36 yaş. - Döş qəfəsinin ön səthinin və sağ bud nahiyəsinin güllə yarasından ölmüşdür.

Çobanova Nəzakət Tapdıq qızı. 8 - 10 yaş. - Qarının ön divarının güllə yarasından ölmüşdür.

Orucova İzafə Əli qızı. 27 yaş. - Başın və döş qəfəsinin güllə yaralarından ölmüşdür.


ANA BALASINI BOĞUR...



Ah əvət, həp dəyişdi ruhi-bəşər,

Hökm edər imdi başqa fəlsəfələr.

H. CAVİD



D

əyişir, dəyişir ruhi bəşər! Dəyişir bütün var­­lıq, yer, dün­ya, insan! Dəyişir gördü­yü­müz aylı, ulduzlu kainat! Də­yişib sönür, sol­ğun çırağa dönür hər alovlu istəyimiz, mü­qəddəs arzu­muz! Bəs öyrəşdiyimiz ruhu bəşəri dəyişən, hök­mü verən ki­midir, kim! O qüvvətə, o gücə sahib kimdir axı! Əlbəttə ki, insan! Əlbəttə ki, onun istəyi, əqli, dü­şün­cə­si, zülmü, rə­him­dilliyi. İnsanı dəyişən də, başqalaşdıran da onun özü­dür, öz hökmüdür!



...Bax bu qadın da insanın zülmkar hökmü ilə dəyişib. Se­vinmə, cocuğunu bayaqdan bağrına basıb duz kimi ya­la­yan bu qadın əsrin ən böyük cinayətini edib. Məc­bu­riy­yət­dən, min bir işgəncənin, namusun toxunulmazlığından atıb bu addımı qadın!

Müşgünaz əsəbi halda deyir: - Bəli, öz əllərimlə bax bu beşikdə yatan qızımı boğmuşam. Başqa çıxış yolum yox idi. Nə qədər ağır olsa da, işgəncəli olsa da mən bu addımı at­dım. Öz doğma övladımı, iki yaşlı qızımı boğdum. Ca­ma­atı və özümü murdar ermənilərin əlinə verməməkdən öt­rü uşağımı boğdum əllərimlə. Çünki uşağ ağlayır, qış­qırır­dı, sakitləşmək bilmirdi. Baxdım ki, belə getsə ermənilər gə­lib gizləndiyimiz yeri tapacaqlar. Yazıq uşaqda da günah yox idi. O şaxtanın, soyuğun qabağında ac-susuz necə dö­zəy­di? Evdən də elə tələsik çıxmışdıq ki, heç bir şey götürə bil­məmişdik. Yanımızda iki günə yüzə qədər adam var idi. Ço­xunun əl-ayağı yalın, çılpaqdı. Yeməyə də heç nəyimiz yox­du. Acından hamımız qar yeyirdik. Balaca uşaqların ço­xu şaxtaya dözə bilmir, donurdu. Uşaqlar ağlaşırdı. Üç gü­nə kimi qaldıq meşədə. Həmişə də ümidlə gözləyirdik ki, bi­zim­kilər gəlib xilas edəcək. Amma bizi nə axtaran vardı, nə də soraqlayan. Meşədə qaldığımız sonuncu günü qızım sa­­kit­ləşmək bilmir, qıyya çəkib ağlayırdı. Hiss etdim ki, be­­lə getsə ermənilər uşağın səsini eşidib gəlib bizi tuta­caq­lar. Həm də görürdüm ki, adamlar uşağın belə qışqırıb ağ­lamağına narazı baxır, eh­ti­yatlanırlar. Daha dözə bil­mə­dim. İçimdə hönkü­rə-hönkürə, ürə­yimə dağ basıla- basıla əl­lərimlə uşağı boğdum. Qızım bir az çırpınıb dayandı. Da­ha ölmüşdü qızım. Daha səsi kəsil­miş­di bədbəxt ba­la­mın. Doğma ciyərparamı bağrıma basıb ağ­layırdım. Bu ci­na­yətimi özümə bağışlaya biləcəkdimmi? Əgər sağ-sala­mat burdan qurtarsam, sonralar əzab çək­mə­yə­cəm­mi? Ya­zıq balamın o nurlu üzü gözüm önündən çəkilib ge­də­cək­mi? Heç vaxt, heç zaman bunu özümə bağışlaya bil­məz­­dim. Mütləq bu cinayətə görə özümü cəzalandıracaqdım. Dəh­­raza tərəf getməyə başladıq. Gedəndə uşağı da özümlə gö­tür­düm ki, aparıb bas­dı­raram. Dəhrazın yanında er­mə­ni­lər bizi tutdu. Aparıb sal­dılar mal pəyəsinə. Uşağın me­yi­dini qo­yub yanıma otur­muş­dum soyuq torpağın üstündə. Hər­dən qəribə qorxu içində uşa­ğımın meyidinə baxırdım. Və bərk peşmançılıq hissi ke­çi­rirdim. Düşünürdüm ki, na­haq­dan, çox nahaqdan ciyər­pa­ramı öldürdüm, onsuz da e­r­mə­nilər bizi tutacaqdı. Gərək boğ­mayaydım körpəmi. Elə bu ağrılı fikirlər içində üzül­dü­yüm vaxt birdən balaca Sa­la­tınım tərpəndi, vurnuxmağa baş­la­dı. Heyrətdən donub ye­rimdə qalmışdım. Hələ də inana bil­mirdim ki, o hərəkətə gə­lən, dirilən, bayaqdan ölü san­dı­ğım Salatınım özümə qa­yıtdı. Tez bükdüyüm paltarı kənara atıb şirin-şəkər ba­la­mı duz kimi yalamağa başladım! Zavallı, bəd­bəxt uşağım! Az qalmışdı ki, bala qatili olub bütün öm­rüm boyu əzab çə­kim. Allah məni dərddən yaxşı qurtardı. Ya­zıq Salatınımı qu­caqlayıb ağlayırdım. Balam dirilmişdi, yeni­dən dünyaya gəl­mişdi. Sevinirdim, yaman sevinirdim. Sa­la­tınımın özü­mə qayıtmağına. Amma düşünürdüm ki, gö­rən ermənilər bi­zi sağ buraxacaqmı? İndicə dirilib yenidən dün­yaya gələn balamı öldürməyəcəklər ki? Bəlkə hər ikimizi qət­lə ye­ti­rə­cək­lər? Kim bilir? Ümidim çox azdı sağ bura­xıl­ma­ğımıza. Az keçməmiş ermənilər içəri girib bütün qızıl­la­rı­mızı, pul­la­rımızı aldılar. Sabahı günü bizi Abdal-Gülablıya gə­tirib də­yişdilər...

Müşgünaz xanımla Bakı şəhər Təcili Yardım xəs­tə­xa­na­sında oturub söhbət edirdik. Başına gələn faciəni ağrı için­də danışır Müşgünaz xanım. Meşədə qaldığı üç günün so­yu­ğu, şaxtası ona şikəstlik gətirib. Ayağı donduğundan iki bar­mağını kəsiblər, 4-cü dərəcəli əlildir. Onun dər­di-ağrısı bu əlil­liklə bitib qurtarmır. Neçə doğma qohumu, əziz adamları hə­lə də erməni əsarətindədir. İki qaynını, iki qay­nı arvadını er­mənilər öldürüb. Müşgünaz xanımın on iki­yə qədər qo­hu­mu­nu ermənilər girov saxlayır. O, hər gün həs­rətlə onlardan han­sı birininsə qayıdacağı ümidindədir? Onun­la söhbət edən­də yanaşı çarpayıda uzanmış balaca qız uşa­ğı şirin-şirin qığıl­da­yır. Müşgünaz xanım acı-acı gü­lüm­sünüb deyir: - Bax bu uşa­ğı boğmuşdum. İntəhası Al­lah saxladı.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin