NƏSİman yaqublu



Yüklə 0,96 Mb.
səhifə5/14
tarix26.02.2017
ölçüsü0,96 Mb.
#9865
1   2   3   4   5   6   7   8   9   ...   14

Müşgünaz xanımla xudahafizləşib palatadan çıxıram. Çı­­xanda dönüb bir də balaca Salatına baxıram. Salatın dün­ya­nın bütün qəmlərindən, ailəsinin, özünün başına gə­lən faciə­lər­dən xəbərsiz halda, xoş bir halda gülümsünür, ba­laca əlləri ilə paltarını dartışdırırdı.

...Gülümsə, gülümsə Salatın! Ağır dərd içində yanıb alov­­lanan anana baxanda həmişə gülümsə! Gülümsə ki, ana­nın da qəlbi sakitlik tapsın. Fikirdən, xəyaldan uzaq­laş­sın. Hər ya­na baxıb kədər görən anan sənin təbəssümünə bü­rünsün. Anan bu otuz iki illik ömründə çox dəhşətlər gö­rüb, Salatın! Sən tezliklə böyü. Yaşa dol! Anana arxa, hə­yan ol! Onun dərd­lərini yüngülləşdir, fikir çəkməyə qoy­ma! Ölənlərinin, itən­lərinin ağır faciəsi qoyma ananı üzüb haldan salsın! Sən onun yanan çırağı, şölələnən ümi­di­sən! Həmişə bax elə tə­bəs­süm­lə, qayğısız gülüşlərlə ana­nın ömrünü bəzə! Sən xoşbəxt bir həyat yaşayacaqsan. Ya­ğı düşmənin də qara nəfəsi yur­du­muz­dan çəkilib gedə­cək! Sən bu faciələrdən çox-çox sonralar xə­bər tutacaqsan! İn­di isə gülümsə, üzünə qonan təbəssümü sil­mə! Gülümsə ki, təbəssümün ananın ağrılarına məlhəm olsun!


AEROZOL İÇƏN QADIN



Mən istəməm yaşamaq, hər ümidim oldu təbah,

Ürəkdə qaldı bütün dərdü həsrətim, eyvah!..

H. CAVİD

Ц

midlər qılınclanıb doğranırsa. Yaşamaq müm­­kün­mü? Şirin ürək arzuları ağu pərdə­si­nə bürünüb acıya, zə­hə­­rə dönürsə, necə döz­mə­li? Göylərin intəhasızlığından üs­tünə hər zaman dərd ya­ğırsa nə etməli? Ucalara yenicə pər­vazlanan könül qu­şu­nun qanadları yarıda qırılırsa, bağ­rı­na düşmən neştəri san­cılırsa ahu-fəğan etməməlimi? Za­lım insanların zül­mün­dən, qəlb evinə atdığı tikanlı ox­lar­dan hıçqırtı ilə ağ­la­mamalımı?



Ağlamalı, ağlamalısan bacım bu zülmü sitəmə! Göz yaş­larını sellər, sular kimi axıdıb qan gölməçələrinə dön­müş torpağımıza axıtmalısan. Elə yanıqlı nalələr çək­mə­li­sən ki, ağrısından yer-göy silkələnsin! Haqsızlığın, kö­mək­sizliyin üstünə yağdırdığı fəlakətləri qoy hamı görsün! Gör­sünlər ki, dörd balan, dörd ümidin, dörd gül cocuğun bir qaranlıq küncə çəkilib o faciəli günün ağrısında inil­də­yir! Ata həsrəti ilə bu dörd cocuq yanıb-yanıb külə dönür!

Üz-üzə oturmuşuq. Əvvəl çətinlik çəkirsən, o ağrılı gü­nü xatırlamaq istəmirsən. Əlbəttə ki, asan deyil o fevral ge­cəsinin dəhşətinə qayıtmaq! O gün ömrünə qara matəm ki, yas kimi çöküb! Səni bu dərdli görkəmdə, qara libasda gör­mək istəməzdim, türk bacım! Bu pərişan halına bax­dıq­ca, zalım, səni bu dərdə salan baisə nifrətlər yağdırıram!

Hələ sən çıxıb gedəndən sonra acı taleyinlə bağlı hə­qi­qətləri biləndə hansı sarsıntıları keçirəcəyəm! Biləcəyəm ki, bayaq danışdığın o faciə ömür taleyinin yalnız bir par­ça­sıy­mış.

Söhbət edirəm səninlə, acı taleyini dinləyirəm. Qə­fil­dən bu sözləri deyirsən: "31 yaşımda qalmışam dörd uşaqla tək-tənha". Bu sözdən necə sarsıldığımı indi deyə bil­mi­rəm. 31 yaşda saçların necə də ağarıb sənin! 31 yaşda saçın be­lə ağarmağını ilk dəfə görürdüm! O dəhşətli, o faciəli gün­dən sonra bu hala düşmüsən! İnsanın saçı dərdin çox­lu­ğundan, fikrin ağırlığından, sarsıntının böyüklüyün­dən be­ləcə ağarır!

İndi çətin də olsa danış o faciəni bacım!

Hənifəyeva Roza. 31 yaşında. - Gecə ermənilər hü­cum edəndə qəfildən qaçaqaç düşdü. Hamımız qorxu için­də çıxdıq evdən. Gördük ki, hamı baş götürüb qaçır. Biz də qo­şulduq onlara. Evimizdən heç nə götürə bilmədik. Qa­ra­qa­yaya təzəcə çatanda ermənilər üstümüzə qumbara at­dı­lar. Yoldaşım yeddi yerdən yaralandı və orda da keçindi. Part­layışdan qaynımın oğlunun qolu kəsildi. Onu da er­mə­ni­lər öldürdü. 22 yaşı vardı bədbaxtın. Qaynım arvadını da öldürdülər. Yanımızda olanlardan da çoxu öldürüldü? Qor­xudan qaçıb kolun dibində gizləndim. Bir müddət qal­dım orda. Sonra gəlib çıxdım Ağdama. Dörd uşağım atasız qa­lıb. Böyük uşağımın 10 yaşı, kiçiyinin isə 5 yaşı var...

Roza bacı bu ağır dərdi danışıb gözlərini yerə dikir. Su­sur eləcə. Mən də həyəcan içindəyəm və başqa sual verə bil­mirəm. Matəm libaslı bu yazıq qadın xudahafizləşib ge­dir.

O gedən kimi otaqda oturan tibb bacıları İmanova Sə­fayə və Əminova Aytəkin deyir: Bax, bu qadın yol­da­şı­nın ölümünə dözə bilmirdi. Bir dəfə aerozol içmişdi. Çə­tin­liklə sağaltdılar.

Roza xanım heç şübhəsiz ki, sevimli həyat yoldaşına sə­daqətini, əbədi sevgisini bildirmişdi. Sübut etmişdi ki, lap ucalıqlarda, insanın bütün istəklərinin fövqündə da­yanan bir qüvvət var: sevgi, sədaqət, vəfa! Roza xanım 31 yaşına qədərki ömrünü sevib yaşayıb. 4 övlad gətirib dün­ya­ya. Və özünə qəsd etməyi ilə çoxlarının anlayıb qavra­ma­dığı bir həqiqətlə yaşayıb: İnsan sevib yaşamalıdır! İn­san sevib ailə qurmalıdır! Sevgisiz, məhəbbətsiz ailənin so­nu heçdir. Elə bu sevginin, məhəbbətin böyüklüyü Roza xa­nımı ümidsiz, sonsuz etməyib: dörd övlad bəxş edib ona. Dörd ümid, dörd dayaq verib ona! İndi saralıb solmuş ömür bağ­çasında dörd yaraşıqlı gül bitirib!

Roza xanım! Dərd ağır da olsa dözüb dayanın. Dörd ba­lanın, dörd ciyərparanın kiməsizlik, yetimlik toruna düş­məməyi naminə yaşayın, özünüzə daha qəsd etməyin. Üs­tünüzə çökmüş ağır qəm yükünü bir kənara atıb kişi qey­rə­ti ilə, türk qadınına məxsus olan bir namus və cəsarətlə öv­lad­larınıza həyan olun! Ömür- gün yoldaşınızın vaxtsız ölü­münə alovlanıb yansanız da bu dərdə dözün, tab gətirin! Dörd gül balanızın xatirinə dözün! Əgər onları böyütsəniz, bo­ya-başa yetirsəniz mərhum həyat yoldaşınızın ruhu da şad olacaq! Onun ruhu həmişə sizinlədir. Həmişə yanı­nız­da, lap yaxınlığınızda gəzib dolaşır. Pak və təmiz adam­l­a­rın, günahsız insanların, nahaqdan qətlə yetirilənlərin ruhu öl­mür ki, yaşayır. O ruhu incitməməkdən, sıxıntılar içində qoy­­mamaqdan ötrü həyatınıza qəsd etməyin. Bütün gü­cü­nü­zü toplayıb namus və qeyrətinizlə, mərhum həyat yol­da­şınızla məhəbbətinizlə o dörd balanızı böyüdün!

Dünya yaxşı insanlardan xali deyil. Xeyirxah adamlar ta­pılacaq ki, uşaqlarınızın təhsilinə, oxumağına köməklik edə­cək, əl tutacaq!

Siz özünüzü qoruyun, yaşayın və Nahidəni, Fər­qa­nə­ni, Dilbəri, Salmanı böyüdün!


"ATAMI DİRİ-DİRİ YANDIRDILAR"



Qopuyor hər tərəfdə min fəryad,

Seyr edin iştə hər tərəf bərbad.

Kürreyi-ərzi qaplamış həyəcan,

Verilir hər dəqiqə min qurban.

H. CAVİD.


H

ər tərəfində min fəryad qopan o faciəli gündə sənin gör­düyün dəhşət daha böyük idi! Bu elə bir dərd dağıdır ki, yüz illərin seli, suyu axıb gəlsə də yuyub apara bilməz. Za­lımın, kafirin, erməninin kirli dırnaqları sənin gözün önün­də günahsız adamları didib-parçalayır, al qanına qərq edir­di. Sən qəribə təəccüb içərisində dayanıb insan qanı içən­lərə baxırdın. Və inana bilmirdin ki, yer üzünün belə in­saf­sız, qatil, mərhəmət andından uzaqda dayananları var. Xeyr, bunları bilmirdin. Bu acı həqiqətlərdən xəbərsiz idin. Sə­nin uşaq dünyandakı paklıq, məsumluq və təmizlik bu lə­kəni götürməmişdi. Və indi gözün önündə günahsız yurd­daşlarının qızıl qanı axıdılıb gölməçələrə döndükcə san­ki qorxunc bir yuxu görürdün. Çırpınırdın, solub öl­gün­ləşirdin bu dəli və qanlı röya buludunda. İçin- için ağ­la­yıb o uşaq dünyandakı təsəvvürün, təmizliyin çirklənib bu­landığına təəssüflər edirdin. Amma insanlarda rəhm­dil­li­yin tam əriyib getdiyinə inanmadığına görə bir təəccüblü, bir cəsarət dolu hərəkət etdin. Sevimli atanı öldürmək istə­yən ermənilərin yerə atılıb ayağını qucaqladın, fəryad qo­par­dın: öldürməyin, öldürməyin atamı! Öldürməyin, bu­ra­xın onu! Belə dedin, belə yalvardın ermənilərə sən! Dü­şün­dün ki, sənin o yalvarış və ürəkparçalayan səsin da­ğı-daşı dəlib keçirsə, bu insafsızları da rəhmə gətirəcək. Am­ma səni heç kim eşitmədi. Sənin yanıqlı nalələrinə heç kəs cavab vermədi. İnildəyən, halına yanan yenə doğma atan oldu. Məftillə ağaca sarınmış atan öz dərdini unudub sə­nin halına yandı. Özünün şeytanların əlindən sağ çıxa­ca­ğı­na inamını itirmişdi. Bircə səndən nigaran idi.

Hə, məsum qızcığaz! Yadındamı sonra nələr oldu? Da­ğı-daşı dəlib keçən yalvarışın qarşısında kafir ermənilər sə­ni götürüb kənara atdılar və istehza ilə başladılar gül­mə­yə. Yerə döşənmiş halda qorxulu sifətli canlılara baxırdın. Bir­dən canlılar hərəkətə gəlib məftillə ağaca sarınmış atana ya­naşdılar. Onlardan biri qabdakı benzini atanın ayaq­la­rına tök­dü. Qəfildən hadisənin nə yerdə olduğunu anla­dın. Yer­dən sıçrayıb dəli bir qüvvə ilə özünü atanın üstünə at­dın. Onu əllərinlə qucaqlayıb qorumaq istədin. Ürək­par­ça­la­yan bir səslə dedin: "Dəyməyin, dəyməyin atama! Bu­ra­xın onu!". Yenə səni heç kim eşitmədi. Xain və xalım əllər bu dəfə səni daha uzağa tulladı. Yerə döşənmiş halda əzilən bə­dəninin əzabına bürünmüş vəziyyətdə nigarançılıqla ata­na baxdın. Ermənilər ayaqlarına benzin tökülmüş atanı yan­dırdılar. Yandırmazdan qabaq atana dedilər: "Ucadan de ki, bu torpaq ermənilərindir!" Atan qətiyyətlə dedi: "Yox, bura bizim topaqdır!".

Atanı yandırdılar. Əvvəl ayaqlarını yandırdılar. Atan dö­zə bilmədi. Məftilə sarınmış bədəni bir neçə dəfə çır­pı­nıb, çırpınıb dayandı. Başı çiyninə düşdü. Sonra ermənilər ben­zin töküb atanı bütöv yandırdılar. Artıq atan yox idi. Sarın­mış məftildə onun meyidi görünürdü. Sən hıç­qı­ra-hıçqıra bu dəhşətli hadisəyə baxırdın. Sənin göz yaşların axır­dı. Ata həsrətli acı göz yaşları. Amma ermənilərin üzü gü­lürdü, təbəssümlü idilər. Elə o xoş təbəssümlə sənə ya­xın­laşıb dedilər: "İndi çıx get, indi gedə bilərsən! Səni öl­dür­mürük!" Sən yazıq bir halda sakitcə ayağa qalxdın. Son də­fə bayaq atan bağlanan ağaca baxdın. Sevimli atan yox idi artıq.

Onun qaralmış, qorxulu görkəmə düşmüş meyidi gö­rü­nürdü. İçini acı neştər doğraya-doğraya dönüb bir də tə­bəs­sümlə gülümsünən ermənilərə baxdın. Hər çeyi başa düş­dün. Hər şey sənə bəlli idi. Ermənilərin niyə təbəssüm için­də olduğunu da anladın. Ermənilər türk atanı, mərd Tə­vəkkülü öldürdüyünə görə sevinirdilər.

Amma bilirsənmi ermənilər niyə ğldürmədi səni? Əs­lində onlar ölüm dağını vurmuşdular sənə. Və indi səni azad buraxırdılar ki, ğlüm oxu bütün ömrün boyu qəlbinə san­cılıb incitsin səni. Daim əzab içində qovrulasan. Atanın o zillətli ölümü ilə fəlakətlər burulğanında boğulasan!

Sən ölüm zəhərini içmiş halda ağır addımlarla ge­dir­din. Arxadan isə üzü təbəssümlü, içərisi nəşəli, əqidəsi türk qa­nına həris olan ermənilər baxırdı. Sevinirdi, gülürdü er­mə­nilər!

Amma dərdin, fəlakətin bununla da bitmədi qız­cı­ğaz! Doğ­ma bacını Xocalıda öldürmüşdülər. Əziz atanı me­şədə ağa­ca bağlayıb yandırmışdılar. İndi də sevimli ana­nın ölü­mü­nü görəcəkdin. Ata həsrətli, bacı yanğılı qəl­binə yeganə hə­yan olacaq adam anan ola bilərdi. Amma Allah ananı da çox gördü sənə. Vaxtsız, vədəsiz ana nə­vazişindən ayrı düş­dün.

Atanın meyidindən ayrılıb yolda ana və bacınla, bala­ca qardaşınla, həmyerlilərinlə qarşılaşdın. Anan da, nə­nən də, hamı sənin sağ gəlib çıxmağına sevindilər. Qor­xu içində, şaxtanın, qarın soyuğunda yol getdiniz. Yağı düş­mən isə hər yanda dolu idi. Vəba xəstəliyi kimi daraş­mış­dılar hər ya­na. Qəfildən güllə səsləri eşidildi. Hər tərəf­dən adam­la­rın başına od yağırdı. Yazıq və köməksiz in­sanlar ot kimi bi­çilib yerə sərilirdi. Sevimli anan qabaqda ge­dirdi. Bacın Ni­garı qucağına almışdı. Körpə qardaşın Vü­salı da Əntiqə nənən kürəyinə şəlləmişdi. Ölənlər ölür, qalan­lar hara gəldi qaçırdılar. Qarşıda bir xəndək vardı. Qa­çıb o xəndəyə gir­diniz ki, ölüm alovundan xilas olasınız. Sən demə aman­sız ölüm elə xəndəkdə pusqu qurub göz­lə­yir­miş. Xəndəyə gi­rən kimi düşmən gülləsi ananı haqladı. Gül­lə beynini de­şib keçmişdi. Anan yerindəcə qaldı. Ba­la­ca Nigar qu­ca­ğından düşüb yerdə çabaladı. Nənən Əntiqə üzü­nü cırıb özü­nü al qana qərq etdi. Sən isə için-için ağ­la­ya-ağlaya bu gün şahidi olduğun ikinci dəhşətli ölümə ba­xır­dın. Baş ve­rən dəhşətlər sənə qara yuxu kimi gəlirdi. San­ki uzaq, çox bir uzaq dünyaya köçmüşdün. Hər şey du­man və qaranlıq için­də görünürdü sənə.

Düşmən gülləsi sakitləşən kimi sevimli ananın me­yi­di ilə vidalaşıb yola düzəldiniz. Ayrılanda Əntiqə nənən bərk ağ­layırdı, çox bərk. Nənən sevimli və istəkli qızını itir­miş­di. Yəni sənin ananı itirmişdi. Yazıq bir görkəmdə sən də vi­dalaşdın ananla. Bu ikinci belə "vidalaşman" idi. Ba­yaq atan­dan ayrılmışdın, indi də anandan uzaqlaşırdın. Am­ma ina­nıtdın ki, nə zamansa yenə öz doğmalarına qo­vu­şa­caq, on­larla görüşəcəksən? Hə, qızcığaz, bu inamın səni tərk et­mirdi, səndən ayrılmırdı. Elə indinin özündə də səni ya­şa­dan, ruh verib hala, hərəkətə gətirən o inam deyilmi? Hə?

...Pirşağıda, "Qızılqum" sanatoriyasında sizinlə söh­­bət edirəm. Nənən Əntiqə yaşayışın çətinliyindən giley­­lə­nir. Sonra deyir ki, qorxuram başıma bir iş gələ, bu ya­zıqlar kim­səsiz qalalar. Nənən Əntiqənin gözündə tez-tez yaş gilə­lənir. Yeznəsinin faciəsi, qızının, nəvəsinin ölü­münü ne­cə unutsun zavallı nənən. Sizinlə söhbət edi­rəm. Gül ki­mi gözəl-göyçək uşaqlarsınız. Ağrınız isə bö­yük­dür, bö­yük. Bu vaxt balaca qardaşın, istəkli Vüsal əl­lə­rini oynadır. Şi­rin-şirin gülümsünür. Səkkiz aylıq qar­daşın hə­yatın, ya­şa­yışın çox istiliyindən məhrum olub. Atasız, ana­sız hə­ya­tın ona heç bir xoşluğu ol­ma­­yacaq. Amma bala­ca qar­da­şı­nı­zı qorumalı, yaşatmalısınız. O hamımızın ümi­di, işıqlı sa­bahıdır. Xalqımızın taleyi, gə­lə­cə­yi elə vüsal­la­rın əlində ol­mayacaqmı? Vüsal əziz atanın ye­rin­də qalan ümid ağa­cı­dır. Görürsənmi, Allah da ocağınızı boş qoy­­ma­dı. Vüsalı si­zə bəxş etdi ki, eviniz kişisiz olmasın. Oca­ğı­nız sön­mə­sin. Alovlanıb yansın. Vüsalı atan, anan dörd qız­dan sonra tap­mışdı. Özü də nəzir-niyazla. O gö­zə­gö­rün­məz dua ilə, yal­varışla. Qoruyun Vüsalı, saxlayın onu.

İndi gəl səninlə də vidalaşaq Xəzəngül! Sən bu on il­lik öm­­ründə çox məşəqqətlər görmüsən, çox ağrılar çək­mi­sən. Am­­ma dözümlü ol! Dərdin qabağında sarsılma! Nə­nənə kö­mək et, qardaşını, bacını sev, əzizlə!


ATA ÖVLADINI GÖRMƏDİ



Cocuqlar ağlayırdı, gözləri boranlı durmuşdu,

Qadınlar ağlayırdı, dilləri əfğanlı durmuşdu...

M. HADİ.

C

ocuqlar ağlayırdı! Cocuqlar göz yaşı tökürdü! Co­cuq­lar dünyanın qovğalarından, zülm və sitəmlərindən xə­bər­siz idi. Cocuqlar bilmirdi ki, bəşər simasına hər gün zil­lətlər, səfalətlər qonur, qəm, kədər, məlalət insanın nə­si­binə çevrilir. İnsanların gözü yağ­murlu, yaşlı, baxışları qəm kölgəsinə bürünür. Bütün səa­dət qapıları hirslə, qə­zəb­lə insanların üzünə çırpılır. Şey­tanlar, iblislər amansız hökm­ləriylə ədavətlər doğurub, qanlar axıdıb bəşər öv­la­dını səfalətlərə sürükləyir! Co­cuqlar dünyaya gəlirdi atasız, ata üzü görmədən.



Ata üzü görməyən cocuqları qeyrətli qızlarımız bağ­rına basıb həyat işığına bürüyür. Mərdlik, qeyrətlilik, Hə­cər­lik nümayiş etdirirdi. Dünyanın bəlkə də ən böyük fa­ciəsi övladın ata üzünü görməməsidir. Elə uşaqlara hansı şə­raitdə böyüməyindən asılı olmayaraq bir söz deyilir: qəl­bi sınıq! O xoşbəxtlik içində yaşayıb ömür keçirsə də ata­sızlıq ağrısı həmişə simasında dolaşıb pərişanlıq gətirir ona. Bu övladın, uşağın çəkdiyi ağrılardır. Bəs ana hansı məh­rumiyyətlərə düçar olur? Bəs ana hansı qəm atəşində alov­lanıb yanır? Dünyaya gətirəcəyi körpəsi atasız qalan ana necə mərd olmalı, dözümlü olmalı, sarsıntılarını giz­lət­məlidir ki, bətnindəki körpəsinə xətər yetməsin? Bu qey­rəti, hünəri hər qadın bacararmı?

...Xəbəri eşidəndə qəfildən sarsılıram. Ehtiyatla, qor­xa-qorxa qarşımda dayanan qadına baxıram. Və düşü­nü­rəm ki, əzablardan qovrulacaq, hönkür-hönkür ağlayacaq bu qadın... Amma o sakitcə dayanıb tövrünü də pozmadan ba­xır. Qəribə mərdanəlik, hünər, qeyrət görürəm onun ba­xışlarında. Əvvəl təəccüblənirəm, qadının o böyük dərdə dö­züb dayana bilməyinə. Sonra hər çey aydın olur mənə. Bi­li­rəm ki, qadın ata üzü görmədən dünyaya gələn kör­pə­si­ni yaşatmaqdan ötrü özünü belə sındırmır, üzüntülü hala sal­mır. Qadın qəribə inamla, hünərlə içəri ağrılarını boğub sı­xır, üzə çıxmağa qoymur. Onun ğmrünə onsuz da iti balta ça­lı­nıb. Ömür bağçasındakı gülləri vaxtsız-vədəsiz solub, sa­ra­lıb. Arzuları çiliklənib sınıq-sınıq olub. Bir də pər­vaz­la­­nacaq, qanad açacaqmı o arzular? Bu mümkünmü yəni? Yox, qadın bütün həqiqətləri bilir. Ömründən ötən sevgili, mə­­həbbətli günlərin bir də geri qayıtmayacağına inanır. O gün­lər xoş xatirəyə dönüb ömür bağçasından bir röya kimi uçub getmişdi. Qadın bunların hamısını bilir, yaxşı bilir.

Ömür-gün yoldaşı Habilin adını isə dodağı tit­rə­yə-tit­rəyə çəkir. Habil doğma torpağı Xocalını qoru­yan­da düş­mən gülləsinə hədəf oldu. Doğma yurduna on­da erməni aya­ğı dəyməmişdi. Və Habil də o murdarların bu tor­pağa gir­mə­məyindən ötrü igid eloğluları ilə yurdunun ke­şiyini çə­kir­di. Gecəli-gündüzlü gedib postlarda da­ya­nır­dı. Amma bir gün düşmən aman vermədi. Onda yoldaşı ha­milə idi, uşaq gözləyirdi. Övlad üzü görmədi Habil. Hə­yat yoldaşı Adi­lə isə dözüb dayandı bu ağır dərdə. Onun yur­dunu boş qoy­madı. Elə bil Allahın da ürəyi yandı bu ca­van ailəyə. Bir oğlu oldu Habilin. İndi Adilə xanım bö­yük məhəbbətlə öz ağrılarını unudub övladını böyüdür.

Həmin o faciədə Adilə xanımın həyat yoldaşı mər­hum Ha­bilin qohumlarının başına böyük müsibətlər gəldi. Er­mə­­nilər Xocalıya hücum edəndə Habilin qoca nənəsi çox yaş­lı olduğundan qaça bilməyib. Qalıb Xocalıda. (Şübhəsiz ki, qəddar ermənilər köməksiz qarını çoxdan qətlə yet­ir­ib­lər). Habilin 23 yaşlı qardaşı Mobili isə ermənilər girov gö­­tü­rüb. İki ay əvvəl Əsgəranda görən olub. Sonradan heç bir xəbər alınmayıb. Başqa qardaşı Etibarı isə ermənilər öl­­dü­rüb. Etibarın bir uşağı vardı o dünyadan köçəndə. İkin­­ci övladı isə onun ölümündən sonra dünyaya gəldi. Eti­­ba­rın həyat yoldaşından bir müddət onun ölüm xəbərini giz­­lətdilər. Demək istəmədilər. Çünki qadın uşaq göz­lə­yir­di. Uşaq olandan sonra hadisəni danışdılar. Qadın acı göz yaş­­ları tökdü.

Beləcə, Abışovlar ailəsində ikinci övlad da ata üzünü gör­­mə­dən dünyaya göz açdı.

...Hə, Adilə xanım, siizn də, qaynınızın da yoldaşının da taleyi gülmədi. Ömrünüzün çiçəklənən zamanında bəx­ti­­niz qara geyindi. Bu fələyin hökmüdür, amansız, zalım hök­­mü­dür. Amma dözüb dayanın bu ağır dərdə. O atasız kör­­pə­ləri böyüdüb ərsəyə çatdırın! Allah bu şərəfli və sa­vab işdə sizə kömək olsun!


ATASIZ, ANASIZ ƏDALƏT



O titrəşib-mələşən yavrular neçin çabalar!

H. CAVİD

A

tasızlıq odunda, anasızlıq alovunda qov­ru­lub yanan öv­ladlar necə tərpəşib ça­ba­la­ma­sın? Atanın, ananın faciəli ölü­mü necə yan­dır­masın onları? İnsana atadan, anadan da ya­xın, doğma olan, bir qüvvət və güc verəcək kimsə varmı?



Böyüklər dünyanın ağrılarını duyub anlayanlar son­suz bir dərdə mübtəla olublar. Tutduqları faciənin bö­yük­lü­yü­nü, sağalmazlığını yaxşı anlayırlar.

Uşaqlar isə hələ çox həqiqətlərdən xəbərsizdir. Bö­yü­dük­­cə, yaşa dolduqca o qanlı hadisəni daha dərinliyi ilə du­ya­caqlar. Atanın, ananın ölüm dağı içərilərini göynətsə də, hələ tam dərk edə bilmirlər fevral faciəsini, ata-ana it­kin­­liyini. Hiss edirlər ki, o xoş təbəssümlü, o isti nəfəsli adam­­lar daha yoxdur. Şirin nəvazişlər də eşidilmir, gündə min kərə səslənən "qurban olum" kəlmələri də qırılıb itib­dir. İstəkli doğmalarının nə zamansa qayıdacağına olan ina­m­­larını itirmir onlar.

Hə, oğlan, neçə gündür ki, səni soraqlayıram. Neçə müd­­dətdir ki, səninlə görüşməyə can atıram. Hər dəfə gəlib qa­­pı­nı döyəndə qohumların eyni sözü deyir: ya gəlib get­mi­­sən, ya da sabah gələcəksən.

Axır ki, görüşürəm səninlə. Bu görüş məndən ötrü ne­cə ağır olsa da istəyirəm ki, bütün o faciələri, gözünlə gör­dü­yün o dəhşətləri sənin öz dilindən eşidim. İndi sakitcə otu­rub fikrə getmisən, lap o yaşlı adamlar kimi başını əllə­ri­nin arasına almısan. Nə fikirləşirsən Ədalət? Yoxsa bu sək­kiz illik ömründə sənə minbir işgəncə və zülm gətirən za­lım həyat haqqında düşünürsən? Axı sənin dərd çəkən vax­tın­dırmı? Sən indi deməli, gülməli, səkkiz yaşlı uşaq­la­rın minbir oyununun sirli-sehirli aləmində yaşamalısan. Ana nəvazişi ilə isinməli, ata nəfəsi ilə qanadlanmalısan. Yox, yox, Ədalət, sənin dərd çəkən vaxtın deyil!

Amma zalım fələk vaxtsız, vədəsiz təbəssümlü uşaq oyun­la­rını kədərə boyadı. Qəm dənizində boğuldu çiçək ar­zu­ların. Atadan, anadan, doğma qardaşdan məhrum ol­dun.

...O qanlı hadisədə ermənilər Xocalıya hücum edəndə süf­rə arxasında çörək yeyirdiniz. Amma yeməyiniz yarım­çıq qaldı. Bu Xocalıda sonuncu şam yeməyiniz oldu. Evi­niz aeroport tərəfdə olduğundan da təhlükəni daha dəhşəti ilə görürdünüz. Hazırlıq görmədən, isti paltar geyinmədən çö­lə qaçdınız. Gecənin qaranlığında göydən ələnən soyuq qa­rın altında baş götürüb naməlum istiqamətə qaçırdınız. Yol­da ölüb qalanları, güllə yarasından soyuq torpağın üs­tün­də çırpınanları görürdün. Hamı vahimə və dəhşət içində qış­qı­rırdı. Yüzə qədər adamla gəlib meşəyə çıxdınız. Hara ge­də­cəyinizi isə bilmirdiniz. Meşənin soyuq qarı ilə do­la­nır­dı­nız. Sən isə ayaqyalın idi. Evdən çıxanda ayaq­qa­bı­la­rı­nı da geyə bilməmişdin. Ona görə pal-paltarla ayaqlarını sa­rı­yırdın. Üç gün meşədə qaldığınız müddətdə acı-acı dü­şü­nür­dün: niyə bizi gəlib xilas etmirlər? Niyə bizimkilər ar­xa­mızca gəlmir? Niyə erməniləri qovmurlar? Axı hər tərəf er­mə­ni ilə doludur. Əgər bizimkilər gəlib döyüşsə, er­mə­ni­lə­rin başı qarışar, biz də sağ-salamat mühasirədən çıxa­rıq.

Eh, düşünürdün oğlan, düşünürdün. Sənin dü­şün­dük­lə­rin ilə sonradan öyrənib biləcəyin faktlar arasında dərin, di­bi görünməyən bir uçurum var. "Bizimkilər" minlərlə sə­nin kimisinin faciəsi üzərində təhlükəli oyun aparırdılar. Or­ta­lıqda qalıb əzilən, bəlalara düçar olan sənin kimi ta­le­siz­lər idi, oğlan.

...O qarlı meşədə olduğunuz zaman xain ermənilər hər yandan atəş açdılar. Yanındakı adamlardan onlarca gü­nah­sızı həlak oldu. O qanlı güllələr sevimli ananı, meh­ri­ban atanı, əziz qardaşını qətlə yetirdi. Sən qorxub al qan için­də çırpınan doğma adamlarının arasında gizləndin. Özü­nü itirmişdin dəhşətdən. Hərdən qorxa- qorxa soyuq qar üstündə halsız, hərəkətsiz düşüb qalmış əzizlərinə ba­xır­dın. İmkan axtarırdın ki, bu fəlakətli yerdən qaçıb uzaq­la­şa­san. Heç olmasa qohumlarına xəbər verəsən ki, gəlib doğ­ma­larının meyidlərini aparsınlar.

Sənin yalnız quruca gözlərin baxırdı, oğlan! Qalan bü­tün hissin, düşüncən ölüb donuqlaşmışdı. Ermənilər çı­xıb gedəndən sonra kolun-kosun dibində gizlənib sağ qalan adam­larla Ağdama gəldin. Yolda isə onlarla yəmyer­li­lə­ri­nin meyidini gördün. Qonşuların Əli kişinin, Mürşüd ki­şi­nin, Ema xalanın meyidi də o soyuq meşədə qaldı. Ağ­dam­da isə xalan soraqlayıb səni tapdı. Atanın, ananın, qar­da­şı­nın meyidlərinin harda qaldığını söylədin onlara. İki gün­dən sonra gedib meyidləri gətirdilər.

Bir gün isə qohumların səni də götürüb Bərdənin "Ye­ni həyat" kolxozu qəbiristanlığına apardılar. Ora sənin üçün müqəddəs səcdəgaha çevrilmişdi artıq. Orada doğ­ma­la­rın, sevimli adamların uyuyurdu. Atan, anan, qardaşın - hər üçü soyuq məzarıstanlıqda yanaşı basdırılmışdı. Sol­ğun məzarları görəndə özünü saxlaya bilmədin. Soyuq qə­bir­lə­rə atılıb acı-acı ağladın. O yer, o məzarıstanlıq bundan son­ra yaşayacağın ömürdə həmişə səni səsləyəcək, özünə çə­kə­cək. Çünki orda sevimli və doğma adamların uyuyur.

Hə, Ədalət, sarsıntıların, başına gələn faciələr öl­çül­məz­dir. Dərdinə sakit qulaq asa bilmirəm. Əlimdə qələm tit­rə­yir, sinəmdə ürək parçalanır. Gözümdə yaş gilələnir. Sən indi mənə ən doğma və qanı bir qardaş kimisən! Səni özü­mə nə qədər yaxın, əziz bir adam sayıram. Və ba­car­dı­ğım hər şeyi edib sənin yaralarına az da olsa məlhəm qoy­ma­ğa çalışacam. Biz yenə görüşəcəyik səninlə, Ədalət!

QARAXANIN ATA-ANA DƏRDİ

Xocalı faciəsində ata-anadan məhrum olanlar on­lar­ca­dır. Atasızlıq, anasızlıq dərdi çox xocalını ağır dərd için­də saxlayır. Belə adamlardan biri 32 yaşlı Əliyev Qa­ra­xandır. Qaraxan deyir: - Gecə ermənilər Xocalıya hücum edən­də biz postda idik. Gecə saat 11-də artıq Xocalıdan çıx­mağa məcbur olduq. Hər yandan od-alov yağırdı ba­şı­mı­za. Camaat baş götürüb hara gəldi qaçırdı. Yolda çoxlu me­yid vardı. İki gün qaldıq meşədə. Yalnız qar yeyib do­la­nır­dıq. Sonra meşədən çıxdıq ki, Ağdama gedək. Nax­çı­va­nik yolunda ermənilər bizi gülləyə tutdular. Atam da, anam da orda həlak oldular. Minbir çətinliklə gəlib Şelliyə çat­dıq. Sonradan gedib hər ikisinin meyidini gətirib Ağ­dam­da dəfn etdik.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin