Ağrı-acı içərimi kəsə-kəsə o qanlı fəlakətdə təsadüfən sağ qalan şahid xocalıları soraqlayıram. Hərbi qospitalda ilk görüşüb söhbət etdiyim adam Xocalı sakini Bəxtiyar Aslanovdur.
"ATAMI, ANAMI, QARDAŞIMI, QOCA NƏNƏMİ ERMƏNİLƏR ÖLDÜRDÜ"
Bəxtiyar ağrıdan qıvrılır, əzab çəkir. Kəsilən sağ ayağının ağrısı onu haldan salır. Ağrını özündən uzaqlaşdırmaq üçün tez-tez əlləri ilə dəmirdən möhkəm yapışır, sıxır. Bəxtiyar şikəst ayağının ağrısını bu üsulla sakitləşdirsə də, içəri dərdinin göynərtisini saxlaya bilmir. Sağ qalan körpə uşaqlarının taleyindən isə xəbərsizdir. Bəxtiyar ağrı içində o dəhşətli hadisəni xatırlayır:
- Fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya girdilər. Qarşılarına nə çıxırdısa ağır texnikanın köməyi ilə vurub dağıdır, yandırırdılar. Məcbur olub postları tərk etdik. Hər vasitə ilə çalışırdıq ki, camaatı xəlvəti yolla Ağdama çatdıraq. Adamları bir dərəyə toplayıb bir-bir təhlükədən qurtarmağa başladıq. Yüzə qədər adamı güllənin altından sağ çıxardıq. Amma ölənlərin sayı da çox idi. Bir də ətrafıma baxanda gördüm ki, hamı gedib, tək qalmışam. Hiss etdim ki, mühasirədəyəm. Bu vaxt bir nəfər erməni azərbaycanca qışqırdı ki, çıx, təslim ol, səni öldürməyəcəyik. Ermənini səsindən tanıdım. Karo idi. O da məni tanıyırdı. Çoxdan ədavətimiz vardı. Məni şübhəsiz ki, sağ buraxmazdı. Odur ki, atışmağa başladım. 3 minə kimi patronum vardı. Yarğan tərəfdə yenə başladım vuruşmağa. 8 saata kimi döyüşdüm. Axşam yarğanla sürünüb armud ağacının yanına getdim. "Noçnoye videniye" ilə məni gördülər. 20 metrə kimi süründüm. Qəfildən ayağımın isindiyini hiss etdim. Hərəkətsiz halda qarın üstünə uzandım. 6 -7 erməni öldüyümü bilib hazırlıqsız halda mənə tərəf gəlirdilər. Yaxşı ki, silah əlimdə hazır vəziyyətdə idi. Qəfildən çevrilib avtomatla onlara atəş açdım. Onları öldürdükdən sonra sürünməyə başladım. 20 kilometrə kimi süründüm. Bu vaxt qar üzərində qaraltı gördüm. Aclıq və soyuq taqətimi kəssə də qaraltıya tərəf sürünürdüm. Ona çatanda dəhşətdən donub qaldım: bu, doğma atamın meyidi idi. Acı-acı ağladım atamın ölümünə. Qaçanda ermənilər onu vurub öldürmüşdü. Qəribə hal keçirirdim. Nə edəcəyimi bilmirdim. Ermənilər məni görə bilərdilər. Qarşıdakı meşəyə sürünmək lazım idi. Amma atamın meydini necə qoyub gedim? Basdırmaq imkanı olsaydı, bir az arxayınlaşardım. Çətinliklə də olsa atamın meydindən ayrılıb meşəyə tərəf süründüm. Meşədə Elman müəllimgillə rastlaşdım. Onlar da bir yol axtarır, çıxa bilmirdilər. Axır ki, meşədən çıxmağa başladılar. Təbii ki, məni özləri ilə apara bilməzdilər. Mənə qumbara verib getdilər. Yenə sürünməyə başladım. Gəlib bir qaz borusuna çatdım. Elə həmin andaca huş məni apardı. Nə qədər huşa getdiyimi bilmirəm. Gözümü açanda bir qaraltının mənə tərəf gəldiyini gördüm. Tez qumbaranı çıxarıb ona atdım. Həmin adam öldü. Bildim ki, o erməniymiş. Bir müddət keçəndən sonra öz uşaqlarımız gəlib məni tapdı. Əvvəl Ağdama, ordan da Bakıya gətirib parçalanmış ayağımı kəsdilər. İndi bilmirəm ki, yaşayışım necə olacaq, şikəst ayaqla nə edəcəyəm! Şikəst ayaqla bir də necə ev quracağam? Doğmalarımın faciəli ölümünə necə dözəcəyəm?
Bəxtiyar ümidsiz bir halda danışır. Və hərdən də donuq baxışlarıyla dizdən kəsilmiş ayağına baxır. Həyat yoldaşı isə bayaqdan ağlayır, göz yaşı tökür. İçin-için ağlayır, bu xocalılı bacım. Elə ağlayır ki, ömür-gün yoldaşı Bəxtiyar görməsin. Özü azmı dərd içindən alovlanıb yanır? Üç balasından nigaran ana göz yaşına bürünmüş halda şikəstlik əzabında qovrulan igid Bəxtiyarına baxır. Atasız, anasız, qardaşsız, ayaqsız, yurdsuz qalan tale yoldaşına baxır!
Çətinliklə də olsa Bəxtiyardan ayrılıram. Palatalardan, cərrahiyyə otaqlarından inilti və fəryad eşidilir. Kiminsə ayağı, əli kəsilir, kiminsə bədənindən güllə çıxarılır, kimsə aldığı yaradan xilas yolu tapmayıb dünyasını dəyişir.
ŞİKƏST ANALAR, ŞİKƏST BACILAR
Bakı şəhər Təcili Yardım xəstəxanasında Xocalının ən ağır yaralıları yatır. Burda yatanlardan çoxunun günlərlə meşədə qaldığından ayaqlarını şaxta vurub. Qaralmış, donmuş ayaqları isə həkimlər yalnız kəsməklə müalicə edirlər.
Xəstəxana çarpayılarında şikəst xocalılar əzab çəkir, dərddən qovrulur. Ağır da olsa palataların qapısını açıb şikəst kişilərin, qadınların, qızların halını soruşuram. Amma bu qapı mənə görə dünyanın ən çətin açılan ağır qapısı oldu. Hətta mənə elə gəldi ki, qapı açılmaq istəmir. Dərdlərin, fəryad və nalələrin ağırlığı çöküb qapıya. Və indi qapı o dərdli adamların ağırısına dözə bilməyəcəyindən açılmaq istəmir.
Amma çətinliklə də olsa qapını açıb içəri girirəm. Dərdli adamların dərdini dinləyirəm.
Abdullayeva Sənəm. 29 yaşlı. Hər iki ayağının barmaqları kəsilib. IV dərəcəli əlildir.
- Yoldaşım milli orduda idi. Hadisə başlayanda, təxminən saat 11-də qorxudan girdik quyuya. Gecə saat ikiyə kimi qaldıq orda. Atışmanın dayanmadığını görüb quyudan çıxdıq. Başıaçıq, ayaqyalın meşəyə qaçdıq. Tələsdiyimizdən isti pal-paltar da götürə bilməmişdik. Dədəmin əlində bir tək lülə vardı. İməkləyə-iməkləyə getdik qayanın dibinə. Nənəm balaca uşaqları arxasına şəlləmişdi ki, güllə dəyməsin. Dörd-beş saat gedəndən sonra hamımız yorulub əldən düşdük. Hərəkət etməyə halımız yox idi. Min bir çətinliklə ocaq qaladıq. Qəfildən gördüm ki, nənəm yerə uzanıb öz-özünə sayıqlayır: "Balalarımı yandırırlar, balalarımı yandırırlar, qoymayın, balalarımı yandırırlar". Nənəm can verirdi. Az keçməmiş yazıq arvad keçindi (Sənəm bacı hönkürtü ilə ağlayır). Sonra çətinliklə nənəmin meyidindən ayrıldıq. Bir gün yol getdik. Qorxu içində, soyuqdan donmuş halda gedirdik. Növbəti dəfə oturub dincələndə dədəm yerə uzandı. Elə bildik ki, yorulub yatır. Bir müddət fikir vermədik. Birdən ürəyimə nə isə damdı. Dədəmi silkələdim. Tərpənmirdi. Dəhşət içində başa düşdüm ki, ölüb... Dədəmin də meyidini soyuq və qarlı torpaqda qoyub yolumuza davam etdik. Birdən ermənilər hər yandan üstümüzə töküldülər. Paltarlarımızı, sırğalarımızı dartıb aldılar. Dörd yaşlı qızımın qulağında sırğa vardı. Erməni əlindəki bıçaqla onun da sırğalarını kəsib götürdü. (Qızım o vaxtdan, o əli bıçaqlı ermənini görəndən qorxu keçirir. Çünki zavallı uşaq elə bildi ki, erməni bıçaqla onun başını kəsəcək). Üstümdə on min manat pul vardı. O pulları da bizdən aldılar. Sonra bizi traktora mindirib Pircamallı kəndinə gətirdilər. Bir gün orda qalandan sonra bizi Xankəndinə apardılar. Yolda Vəliyəddin adlı bir oğlanın qolunu burub qırdılar. Xankəndində təpiklə vururdular bizi. İsa adında bir kişi gedib əvəzimizdən döşəməni yuyurdu. Bir erməni tez-tez bizə deyirdi ki, sizə iynə vuracaqlar. Hamımız qorxu içində yaşayırdıq. Tez-tez orda qulağı sırğalı zənciyə oxşayan adamlar görürdük. Öyrəndik ki, onlar xarici ermənilərdir. Hamısı hündürboylu, əjdaha kimi idilər. Bizə çox əzab verirdilər. Uşağım acından ağlayırdı. Yerli bir qoca erməni gözətçilərə deyirdi: o uşağa çörək verməyin. Qoyun acından ölsün. Qoca erməni elə nifrət bəsləyirdi ki, bizə. Xankəndində bir müddət qaldıqdan sonra bizi gətirdilər Əsgərana. Orda isə girov ermənilərlə dəyişib Ağdama gətirdilər. Elə o vaxtdan qızım Vüsalə həmişə gecələr qorxudan qışqırır: "Erməni məni öldürür, erməni məni öldürür". O faciədən sonra bizi müalicə üçün Bakıya gətirdilər. Bakıda öyrəndim ki, başımıza daha hansı müsibətlər gətirilib. Bibimdən və üç oğlundan hələ heç bir xəbər tutmamışıq. Əmim də, oğlu da öldürülüb. Xalam oğlu öldürülüb. Bacım Xədicənin iki ayağı topuqdan kəsilib. Heç iyimi üç yaşı tamam olmamışdı. Yaxın qohumlarımın sağ qaldığını, yaxud da öldürüldüyünü bilmirəm. Qohumlarımın adı: l.Kifayət, 2.Əhmədov Eldar, 3.Əhmədov Rafiq, 4.Əliyev Rüfət, 5.Qarayev Usubəli, 6.Əhmədova Durna, 7.Əhmədova Sürəyya, 8.Əliyeva Çiçək, 9.Cabbarov Azad.
Sənəm bacı hadisəni göz yaşı içində danışır. Soraqladığı adamların da adını qəhərdən boğula-boğula deyir. Sənəm bacı anasının, atasının soyuq çöllərdə qalan meyidlərindən də xəbərsizdir, nigarandır. Görəsən, doğmalarının meyidini gətirib torpağa basdıran olacaqmı? Sənəm bacı həm də öz acı taleyinin ağrısına bürünüb: şikəst ayaqları imkan verəcəkmi ki, biçarə övladlarını böyüdüb başa çatdırsın. O, ağrı içindədir, nigarançılıq ağrısında, şikəstlik ağrısında.
Gözünün yaşı dayanmayan, axıb yanaqlarına, xəstəxana mələfəsinə tökülən Sənəm bacının ağrılarını dinləyəndə birdən yaxınlıqdakı çarpayıda uzanmış balaca qız uşağı ağlaya-ağlaya, hirslə başını yolmağa başladı. Sənəm bacı hönkürtü içində dedi: - Qızım Vüsalədir. Hər iki ayağının barmaqları kəsilib. İndi hirsindən saçını yolur...
YAZIQ VÜSALƏ!
Sənə baxıram, balaca Vüsalə, sənə! Hirsindən hıçqıra-hıçqıra ağlayırsan! Acı göz yaşların sellər, sular kimi axır. Gör hansı əzabları çəkibsən bu dörd illik ömründə. Dörd yaş ömrün hansı çağıdır ki, axı? İndi sənin qaçıb oynayan, deyib gülən vaxtındır. İndi yaşıdlarınla sevinib, şadlanıb şer söyləyən, mahnı oxuyan vaxtındır. Sən indi qayğısız, kədərsiz, qəmsiz bir ömür yaşamalı idin! Dörd yaş ömrün hansı vaxtıdır ki, axı, belə üzüntülü qəmlə yüklənibsən! Sənin indi dərd çəkən vaxtındırmı, Vüsalə! İndi yaz çağıdır, güllərin, çiçəklərin min bir ətir qoxuyan zamanıdır. Quşların xoş nəğmələri hər yanı bürüyüb. Sən isə bu gözəlliklərdən məhrumsan! Çölə dartınırsan, oynamaq, demək, gülmək istəyirsən. Amma bacarmırsan. Hər iki ayağının şikəstlik sarğısına bürünüb. Ona görə də hirsindən saçlarını yolursan. Başın da keçəlləşib. Dözə bilmirsən dərdə, Vüsalə! Amma sağalacaqsan, böyüyəcəksən, ümid, inam verirəm sənə, Vüsalə! Bir də əlimdən nə gəlir ki, axı! Amma daha ağlama, Vüsalə, saçlarını da yolma! Axı anan yazıqdır, əzab çəkir! Sən qatilin, zalım erməninin zülmünə uğramısan! Sənin ahın, körpə nalən o kafir ermənini zülmə, sağalmaz dərdə düçar edəcək! Gəl indi ayrılaq, amma ağlama, saçını da yolma, Vüsalə! Anan yazıqdır!
ON İKİ GÜN MEŞƏDƏ
Xocalı hadisəsində qadınlarımız əsil mərdlik, mübarizlik, Həcər qeyrəti göstərdilər. Düşmən əlinə keçməməkdən ötrü günlərlə qarlı, buzlu meşələrdə ac- susuz, haldan düşüb soyuq torpağın üstündə qaldılar. Aclıq ac qılıncını başları üstündə oynatdığı zaman dözüb ağac qabığı yedilər, qar yedilər. Belə etdilər ki, az da olsa qüvvətə gəlib yağı düşmənə, xain erməniyə sinə gərə bilsinlər. Erməniyə təslim olmaqdansa soyuq meşələrdə donub ölməyi üstün tutdular. On iki günün o dəhşətli anlarında ümidlərini də itirmədilər. İnanırdılar ki, onları bu məhrumiyyətlərdən qurtaran tapılacaq. Hərdən göyün lap yüksəkliyindən vertolyotlar uçanda ürəklərində qəribə bir ümid qığılcımı alovlanırdı: Bəlkə bizimkilərdir! Bəlkə bizi axtarırlar! Ola bilməz ki, axı, bizi yaddan çıxarsınlar. Beləcə ümid işığı onları tərk etmirdi. Amma neçə dəfə qəribə təsadüf onları ölümdən - erməni əlinə düşmək təhlükəsindən xilas etmişdi. Əli avtomatlı ermənilər qar kimi ağ paltar geyinib meşələri gəzir, biçarə xocalıları axtarırdılar. Kolun-kosun arasına girib çətinliklə də olsa gizlənirdilər. Gecələr isə tez-tez erməni kimi quduz, ac yalquzaqlar üstlərinə hücum çəkirdilər. Yenə təsadüflər onları xilas edir, qoruyurdu. Beləcə günlər ötür, onlar sanki soyuq meşənin daimi sakininə çevrilirdilər. Meşədən çıxmağa isə cəhd göstərmişdilər. Amma hər dəfə erməniləri görüb geri qayıtmışdılar. Hətta bir neçə dəfə xain və qatil ermənilər onları qəsdən azərbaycanca səsləyib demişdilər: "biz azərbaycanlıyıq, qorxmayın, hardasınız?" Yalandan, yalandan onları çağırmışdı ermənilər. Onların bu yalan çağırışına aldanıb gedən də olmuşdu, getməyən də.
On iki gün bu qadınlar meşədə qalıb, iztirablı anlar keçiriblər. On iki günün soyuğu, şaxtası onlara çox müsibətlər, bəlalar gətirib.
Qasımova Ayna. 51 yaşlı. İki ayağını da şaxta dondurub. - On iki gün meşədə qaldıq. İşgəncələr çəkdik o on iki gündə. Yediyimiz ağac və itburnu qabığı idi. Tez-tez qar da yeyirdik. Gecələr yaman vahiməli və qorxulu keçirdi. Bizi Allah saxlayırdı təhlükələrdən. On iki gündən sonra min bir zülmlə gəlib çıxdıq Yaqubun postuna. Ordan Ağdama gətirdilər. Ağdamda nə qədər çalışdılarsa ayaqqabılarımızı ayağımızdan çıxara bilmədilər. Ayaqlarımız tamam donmuşdu. Sonra ayaqqabılarımızı bıçaqla kəsdilər. Vəziyyətimiz çox ağır idi. Ağdamda sistem qoyub Bakıya müalicəyə göndərdilər.
Sona Əliyeva. Ayaqlarını don vurub. Barmaqlarını kəsiblər. On iki gün meşədə qalıb. - Yoldaşımı elə Xocalının özündə ermənilər güllə ilə vurub ağır yaralamışdılar. Yolu gedə bilmirdi. Heç getmək də istəmirdi. Deyirdi siz çıxıb gedin, mənimlə işiniz yoxdur. Çətinliklə də olsa həyat yoldaşımı da götürüb meşəyə getdik. Düz üç gün yazıq kişi yaradan əzab çəkdi, qıvrıldı ağrıdan. Dördüncü gün keçindi. Can verəndə tez-tez su istəyirdi. Mən qar verirdim, o su istəyirdi. Son nəfəsində dedi ki, əlini sal cibimə, pasportu, pulu götür. Ürəyim gəlmədi pasportunu çıxaram. Pulu da götürmədim. O pul boğazımdan keçərdimi heç? Yazıq Malik əzab içində canını tapşırdı. Bir gödəkçəsi vardı, atdıq üstünə. Sonra nə edəcəyimizi bilmədik. Ömür-gün yoldaşımı bu vəziyyətdə qoyub necə gedəydim? Yenə bir yerdə torpağa basdırsaydım, az da olsa rahatlanardım. Amma bura təhlükəli yer idi və biz uzaqlaşmalıydıq. Ömür-gün yoldaşımdan ağrı içində ayrıldım. Yazıq tez-tez deyirdi ki, sən özünü qoru, sağ qal ki, uşaqları başsız qoymayasan. Yazıq üç uşağım atasız qalmışdı. Öz taleyim isə hələ naməlum idi. Bilinmirdi ki, qarşıda necə hadisələrlə üzləşəcəm. Yoldaşımdan sonra daha səkkiz gün meşədə qaldıq. Qar yeyirdik, itburnunun qabığını yeyirdik. Məşəqqətli günlər yaşayırdıq. Yenə Allaha şükür ki, erməni əlinə keçmədik, gəlib çıxdıq Ağdama. Hər iki ayağımı şaxta vurub. Ayaq barmaqlarımı kəsiblər.
Bu altmış iki yaşlı kişinin aqibəti də acınacaqlı olub. O yalnız soyuq və buzlu meşənin məşəqqətlərini yaşamayıb. Bu əzab ilə yanaşı erməni əsirliyində də işgəncə çəkib. İndi isə xəstəxanada müalicə olunur.
Talıbov Səməd. 62 yaşlı. Hər iki ayağını şaxta vurub. - Fevralın 25-dən 26-na keçən gecə ermənilər qəflətən evlərimizi atəşə tutdular. Özü də hara atırdılarsa od tutub yanırdı. Adamlar qorxudan baş götürüb gecənin qaranlığında hara gəldi qaçırdı. Biz də bir dəstə adamla meşəyə qaçdıq. 120-130-a qədər adamla Kətiyin soyuq meşəsində qaldıq. Adamların çoxu ayaqyalın, başıaçıq idi. Çoxu yuxudan yarımçıq durub qaçmışdı. Bir müddət meşədə qaldıqdan sonra Haray kəndinə tərəf hərəkət etdik. Gördük bir dəstə adam gəlir. Dedilər ki, getməyin, orda hamını qırırlar. Yenə qayıtdəq meşəyə. Böyüklər soyuğa, şaxtaya, aclığa dözə bilirdilər. Amma uşaqlarla çox çətin idi. Ağlayıb qışqırırdılar ki, çörək, çörək verin! Yazıq uşaqlar neyləsin? Aclığa necə dözəydilər? Üç gün ac, susuz qaldıq meşədə. Üçüncü gün Naxçıvanik istiqmətinə hetdik. Bir yoxuş vardı, oranı qalxmağa başladıq. Bir də gördük ki, ermənilər hər yandan bizi dövrəyə alıblar. Bizi döyə-döyə, təpikləyə-təpikləyə gətirib saldılar mal tövləsinə. Gördük ki, bizdən başqa 50 - 60 adam da var burda. Bir az keçmiş ermənilər içəri girib kişiləri, arvad-uşaqları avtomatın qundağı ilə vurub əzməyə, şil-küt etməyə başladılar. Sonra qadınların, qızların pulunu, qızılını aldılar. Bir az keçmiş bir dəstə erməni içəri girib qışqırdı ki, kişilər hamısı ayrılıb arxamızca gəlsin. Bizi aparıb başqa bir tövləyə saldılar. Sonra bir neçəmizi çıxarıb həyətdə odun daşıtdırdılar. Odunluqdan az aralıda dörd-beş adamın meyidini gördük. Onları ermənilər güllələmişdi. Biz tövlədə olanda gözünü qan tutmuş bir cavan erməni dəstəsi ilə içəri girib bizi söyməyə, təhqir etməyə başladı. Sonra da hirslə qumbara çıxarıb bizə atmaq istədi. Əgər yanındakılar tez tərpənib mane olmasaydılar bizi çoxdan öldürmüşdü. Bir dəfə ermənilər yenə gəlib bizi təpikləyir, döyürdülər. Bir cavan məhsəti türkü vardı. O yazığı o qədər döydülər ki, axırda dözə bilməyib dedi: "İt oölu, niyə məni döyürsən?" Ermənilərdən biri avtomatın bütün güllələrini boşaltdı oğlanın qarnına. Zülmkar idilər, yaman zülmkar idilər. Vuranda, döyəndə kimin hünəri vardı ki, səsini çıxarsın. Həmin saat güllələyərdilər. Ermənilər bizi döyəndə deyirdilər: "Axı niyə vaxtında burdan köçüb getməmisiniz? Biz rəhbərlərinizə üç gün qabaqdan xəbərdarlıq etmişdik". Girovluqda gördüyüm dəhşətləri heç zaman unutmayacağam. O üç gün üç il qədər ağır gəldi mənə. İndi yadıma düşəndə öz- özümə əsəbiləşirəm. Amma nə edim? Nə qədər cavan oğlanları güllələdilər, qadınların, qızların namusunu tapdaladılar...
Heç zaman donan əl, donan ayaq görməmişdim. Eşitmişdim ki, soyuqdan, şaxtadan insanın bədəni donur. Amma donmanın dəhşətli nəticəsindən xəbərsiz idim.
İndi ürəyim göynəyə-göynəyə Salmanın qaralmış ayaq barmaqlarına baxıram. Barmaqlar qapqara, kömür kimidir. Barmaqlar elədir, sanki əl vursan qopub düşəcək. O barmaqlar hərəkətdən düşüb daha, bir neçə günə həkimlər onu kəsəcəkdir.
Qasımov Salman. 15 yaşında. Hər iki ayağını şaxta dondurub. 12 gün meşədə qalıb. - Ermənilər Xocalıya girəndə hamımız qaçdıq meşəyə. Əvvəl 300-ə qədər adam idik. Gülablı tərəfə gedirdik. Orda ermənilər camaatın qabağını kəsdi. Atışmada Abdullanı öldürdülər. Adamlar qaçıb dağılışdılar. 11 adam qaldıq. Tofiqin də anası yanımızda öldü. Mən paltomu onun üstünə saldım. Sonra mühasirədən çıxmaq üçün irəli getdik. Amma hara gedirdiksə ermənilərin əhatəsində olduğumuzu hiss edirdik. Yediyimiz də ancaq qar idi. Hamımız haldan düşmüşdük. Keçdiyimiz yerlərdə çoxlu meyid vardı.
Görüşdüyüm xocalıların hamısının acı taleyinə yanıram. Onları özümə ən yaxın, doğma adam bilirəm. Xocalılar hamısı sakit, köməksiz adam təsiri bağışlayır mənə. Amma Gülalı kişinin o yazıq görkəmini heç unuda bilmirəm. Gülalı kişiyə çəkilən dağ da ağır dağdır.
Mehralıyev Gülalı. 57 yaşında. Hər iki ayağını şaxta vurub. - Altı günə kimi meşədə qaldıq. Ac-susuz meşənin içində qızımla məşəqqətlər çəkdik. Gecə meşənin vahiməsi, soyuğu, şaxtası, daima gözlənilən erməni qorxusu yazıq qızımın bağrını yardı. Nakam bala dözə bilmədi, keçindi [Gülalı kişi için-için ağlayır]. Qurumuş bir halda qızımın meyidinin yanında oturdum. Bədbəxt qızıma baxıb acı göz yaşı tökürdüm. Balamın iyirmi yaşı vardı. Səkkiz ay idi ki, toyu olmuşdu. Dişimnən, dırnağımdan yığıb qızıma cehiz almışdım, 12 min manatlıq mebel alıb, toyunu etmişdim. İndi yazıq balam torpağa döşənmişdi. Halsız, hərəkətsiz uzanmışdı. Zavallı qızımdan çətinliklə də olsa ayrıldım. Meşə ilə gedirdim. Şelli istiqamətinə üz tutmuşdum. Qəfildən aralıda erməniləri gördüm. Qaçıb girdim bir kötüyün içinə. Ermənilər xoçbəxtlikdən görmədilər məni. Bir müddət kötüyün içində qaldım. Qorxudan çıxa bilmirdim. Sonra min bir çətinliklə Ağdama gəlib çıxdım. Amma qızımın meyidindən nigaranam. Bircə meyidi gətirib basdırsaydım, rahatlanardım. Meyidin yeri yaxşı yadımdadır. Ora gedən kimi tapa bilərəm. Amma ora getmək mümkün olacaqmı?
Xəstəxanada ayağından şikəst olan, barmaqları kəsilən çoxlu Xocalı cavanları yatır. 13 yaş, 15 yaş, 16, yaş, 18 yaş... Ömrün şikəstlik adına uyğun olmayan bir işgəncəli dövrünü yaşayır bu cavanlar.
Qarayev Vüqar. 18 yaşında. Hər iki ayağını şaxta vurub. 6 gün meşədə qalıb. - Gecə saat 11-də evdən çıxdıq. Meşədə çoxlu adam vardı. Uşaqlar ağlaşır, qışqırışırdılar. Arvadlar uşaqların ağzına dəsmal tıxayırdılar ki, səsləri eşidilməsin. Sonra ermənilər mühasirəyə alıb çoxunu girov tutdular. Babək adlı bir oğlan vardı. Yolu gedə bilmirdi, təngnəfəs olurdu. 3 kilometrə qədər onu mən apardım. Sonra qüvvəm çatmadı. Ayaqlarımı şaxta vurmuşdu. Bədənim heç elə bil ki, mənim deyildi. Düz iki gün sürünmüşəm. Mənə elə gəlirdi ki, erməninin üstünə gedirəm. Amma mənim üçün daha heç bir fərqi yox idi. Onsuz da tam haldan düşmüşəm. Xoşbəxtlikdən döyüşçülərimizin postuna gəlib çıxdım. Məni tez içəri aparıb çay-çörək verdilər...
Şikəst xocalılarla hər görüşə gedəndə qorxu hissi və qəribə həyəcan keçirirdim. Onların bu faciəsində nədənsə özümü günahkar sayırdım. Doğrudanmı biz bu faciədə günahkarıq? Onların dünyada insandan ötrü ən böyük fəlakət olan şikəstliyinə bais bizik? Bu doğrudurmu, həqiqətdirmi? Necə olur ki, onların bu fəlakətinə indi ağrıyır, yanıb alovlanırıq. Göz yaşı içində ürəyimiz hıçqıra-hıçqıra bu zavallıların acı taleyinin qəminə bürünürük. Hə, niyə məhz edirik bu "canıyananlığı"? Niyə indi xocalılara qardaş deyirik, bacı deyirik, ata anamız sayırıq? Bəs o qanlı faciədə harda idik? Meşənin soyuğunda, düzlərin palçığında, dağların qarında bu zavallılar vurnuxanda, həyatla ölüm arasında dayananda harda idik? Günlərlə kolun-kosun arasında yazıq xocalılar gizlənib ümid baxışlarıyla yollara boylananda niyə səsimiz çıxmırdı? Xocalılar danışır ki, on iki gün ac-susuz meşələrdə qalıb donmuşuq. Bu on iki gündə onları xilas etməyə niyə cəhd göstərməmişik? Laqeydlik, biganəlik, soyuq ruhla yanaşmışıq xocalıların taleyinə. İnsanlar qırılandan, şikəstlik toruna düşəndən sonra göz yaşı axıdırıq, düşməni lənətləyirik. Düşmən düşməndir, söyməklə, döyməklə öz düşüncəsini dəyişməyəcək!
Erməni bütün əsrlər boyu türkə düşmən olub və çətin ki, ürəyindəki kini silib atsın. Çünki o kin-küdurət erməniyə ulu babalarından miras qalıb. Ermənidə türkə nifrət hissi bir günün, iki günün bitirdiyi hiss deyil, bu neçə əsrin qisas vulkanıdır ki, xain erməni onun püskürəcəyini səbirsizliklə gözləyir.
...İndi şikəst xocalıların acı taleyini gördükcə bu xəyanətkar varlıq haqqında - erməni haqqında yalnız bir sözü deyə bilirəm: Kafir! Erməni kafirdir! Kafiri isə ən böyük cəzalar gözləyir...
KAFİR ERMƏNİ!
Erməni kafirdir! Erməni zülmkardır! Erməni insan qanı içəndir! Kafir erməni aydınlıqları qaranlıqlara döndərəndir! Kafir erməni yer üzündə zalımlıq, işgəncə və ağrı bitirəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cəhənnəmə döndərəndir! Böyük Allah adına, müqəddəs insan adına ləkədir kafir erməni! O cinayətlərinə və Allah kəlamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır.
Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyıb zülmkar ermənini, kafirlik libasına bürünmüş bu qorxunc varlığı yaşadığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünüzü gözləyin ey insanlar! Ey adı nurlu Məhəmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!
Müqəddəs "Quran" kitabı kafirlərin cəzası haqda: "Kafirlər cəhənnəmə girdikdə Allah onlara belə buyurar: Bu günə yetişəcəyinizi unutduğunuza görə indi əzabı dadın! Biz də sizi unutduq! Cəhənnəmdə köməksiz buraxdıq. Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!" Əs-Səcdə ["Səcdə"] surəsi.
Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı qırğını baş verdi. Yüzlərlə günahsız insanın qanı axıdıldı o gün. Ağbirçək anaların ağ saçı qırmızı qana boyandı. İgid oğulların diri-diri başı kəsildi. Dilsiz körpələrin bədəni güllələrlə deşik-deşik edildi. Pak və çiçək qızlarımızın namusuna toxunuldu o qanlı gecədə...
MƏHKƏMƏ-TİBB EKSPERTİNİN RƏYİNDƏN
Orucov Telman Ənvər oğlu, 36 yaşında. - Başın kəsilmiş yarası, döş qəfəsinin zədələnməsi, döş qəfəsinin güllə yarası.
Hüseynov Həbib Həmzə oğlu, 54 yaşında. - Aşağı ətraf sümüklərinin qəlpəli, açıq sınıqları.
Şükürov Vaqif Rəsul oğlu, 24 yaşında. - Döş qəfəsinin güllə yarası.
Əliyeva Səhər Çərkəz qızı, 60 yaşında. - Kəllənin qəlpə yarası.
Babayeva Aqibə Xasay qızı, 34 yaşında. - Baş və döş qəfəsinin güllə yarası.
Hüseynova Maral Kamil qızı, 6 yaşında. - Qarnının ön səthinin güllə yarası.
Naməlum qız uşağı. Atasının adı Muraddır, 3 yaşında. - Döş qəfəsinin və qarnının ön səthinin güllə yaraları.
...Beləcə insanlar qətlə yetirilir, işgəncə əzabı ilə dünyalarını dəyişirdilər. Ermənilər həmin gecə insanları diri-diri yandırır, başlarını kəsir, gözlərini çıxarır, dərilərini soyurdular... Məhkəmə-tibb ekspertinin rəyi ilə tanış olduqca onları, o qanlı gecənin şahidlərini soraqlayıram. Soraqlayıb tapdığım adamlar göz yaşı içində başına gələn faciələri danışır. Düçar olduqları zülmün, sitəmin ölçüsüzlüyündən sızlayırdılar. Özü də qəribə təəccüb içində bu vəhşilikləri sadalayırdılar. İnsanın bu qədər zülmkar və quduz xislətli olduğuna xocalılar inana bilmirdilər. Erməninin hər vəhşiliyini gözləri ilə görsələr də, hələ də çaşqınlıq içində yanırdılar.
Dostları ilə paylaş: |