ELBRUSU ATA-ANA DAĞI YANDIRIR
Elbrus Əliyevlə Naftalanda görüşürük. Naftalana xocalıları soraqlayıb gəlmişəm. Eşitmişəm zavallı xocalıların bir dəstəsi də burda sığınacaq tapıb. Sanatoriyanın həyətinə girən kimi çoxlu uşaq görürəm. Bunlar qaçqın uşaqlarıdır. Qaçqın uşaqlar hər şeyi unudubmuş kimi qaçır, oynayır, qışqırışırdılar.
Elbrus Əliyev astadan, ağır bir tərzdə o qanlı hadisəni xatırlayır: - Milli orduda bölmə komandiri idim. Doğma Xocalının keşiyini çəkirdik. Özüm Noragüldə 2-ci postda dayanırdım. Bizdən 200 metr aralıda isə 1-ci post qoyulmuşdu. O günə kimi ermənilər tərəfdən böyük təhlükə olacağı hiss olunurdu. Amma yuxarıdan bizə heç bir kömək gəlmirdi. Özümüz bütün imkanlarımızdan istifadə edib postlarda qeyrətlə dayanırdıq. Həmin gün, yəni fevralın 25-də Ağdamdan məlumat almışdıq ki, saat 5-də bizimkilər hücuma başlamalıdırlar. Biz də səbirsizliklə hücumun başlanmağını gözləyirdik. Amma Ağdamdan səs-soraq çıxmırdı ki, çıxmırdı. Axşamüstü Noragüldən bizimkilər ratsiya ilə daha bir xəbər göndərdilər: İki "qırxayaq" göndəririk. (Ratsiyada ermənilər başa düşməsin deyə gizli parollarla danışırdıq: "BTR"-ə "qırxayaq" deyirdik, avtomat atanda "yağış yağır", minomyot və toplarla atanda isə "dolu yağır" deyirdik). Az keçməmiş gördük ki, BTR-in biri gəlib durdu 1-ci postun yanında. Təəccübləndik ki, bəs ikincisi niyə yoxdur? Nədənsə şübhələndik. Ürəyimizə damdı ki, bu yəqin ermənilərindir. Amma BTR-i nə ilə vuracaqdıq? Olan silahımız yalnız avtomat idi. Artıq ermənilərin ağır texnikası gəlib bütün əlverişli mövqeləri tuturdular. Mövqelərdə tam bərkiyəndən sonra üç ocaq qaladılar. Ocaq alovlanan kimi Stepanakert tərəfdən dəhşətli səs qopdu: ermənilər gülləni üstümüzə yağış kimi yağdırmağa başladılar. (Sonradan başa düşdük ki, ermənilərin qaladığı ocaqlar öz adamların abir işarə imiş ki, onların dayandığı yerə atmasınlar. Çünki onlar bizdən çox da uzaqda dayanmamışdılar). Elə bir vəziyyət yaranmışdı ki, tərpənmək, hərəkət etmək olmurdu. Çətinliklə, böyük əziyyətlə çəkildik yaşayış yerlərinə. Az keçməmiş gördük ki, aeroprt tərəfədəki evlər yanır. Adamlar baş götürüb hara gəldi qaçırdılar. Yolda onlarca adamın meyidi vardı. Gecə saat üçə on dəqiqə işləyəndə biz də Xocalıdan çıxdıq. Şelli istiqamətində getməyə başladıq. Bu vaxt araxamızca gələn ermənilər BTR-lərin projektorlarını adamların üstünə salıb qırırdılar. Telman adlı bir həmyerlim vardı. Ailəsi ilə qaçıb kolun dibində gizlənmişdi. Ermənilərin piyadaların döyüş maşını ilə necə güllə atdılarsa, kolun dibində gizlənən bütün ailəni parça-parça etdi. Ailədən yalnız bir qız təsadüfən sağ qalıb. Biz hamımız kolun dibində gizlənmişdik. Bir böyük kol vardı. Gör nə qədər adam yığışmışdı ora: 18 qadın, 5 uşaq, 6 kişi. 29 adam girmişdi böyürtkən kolunun içinə. Kişilər yenə dözüb dayanırdılar. Qadınların və uşaqların halı lap dözülməz idi. Körpələr isə çığırıb ağlayırdılar. Bu həddindən artıq qorxulu idi. Ermənilər hər an uşağın səsini eşidib gəlib bizi qırardılar. Qadınların çoxu uşaqları üzüqoyulu qarın üstünə qoyurdular ki, ağlamasınlar. Yanımızda bir qadının üç aylıq uşağı vardı. Uşaq ağlayır, sakitləşmək bilmirdi. O biri qadınlar deyindilər ki, bəs bu uşaq bizi ermənilərə qırdıracaq. Qadın dözə bilmədi. Doğma balasını boğub qoydu qarın üstünə. Hamı sakit halda boğulmuş uşağa baxırdı. Uşağın ölümünə anası da, o biri qadınlar da təəssüflənir, acıyırdılar. Və heç kim öz doğma övladının qatilinə çevrilmiş ananı günahlandırmırdı. Vəziyyətin ağırlığını yaxşı başa düşürdülər. Birdən elə bil ki, möcüzə baş verdi. Qarın üstündəki boğulmuş uşaq çırpınıb cana gəldi və yenə ağlamağa başladı. Adamlar uşağın sağ qalmağına çox sevindilər. Amma hamısı dedi ki, daha uşağa dəymə. Qadın başladı uşağın ağzına tüpürməyə ki, ağlamağını kəssin. Düz saat 7-yə kimi qadın uşağın ağzına tüpürdü. Kolun dibində gizləndiyimiz zaman birdən tükürpəndirici bir uşaq səsi eşitdik. Baxnda ürəkağrıdan bir mənzərə gördük: beş-altı yaşlı bir uşaq ata və anasının meyidi üstünə sərilib hönkür-hönkür ağlayır, qıyya çəkirdi. Ermənilər şübhəsiz ki, uşağı görürdülər. Amma qəsdən vurmurdular uşağı, çünki uşaq ağlayır, qıvrılır, əzab çəkirdi. Bundan isə ermənilər ləzzət alırdılar. Artıq gəlib çıxmışdıq Qaraqaya tərəfə. Gördük ki, bizim tərəfdən bir tank gəlir. Sevindik ki, axır xilas olduq. Lakin az sonra tankı vurub dağıtdılar. Yenə qaldıq orda, bir dərənin içində. Axşamüstü möhkəm qar yağırdı. Hamımız büzüşüb oturmuşduq qayanın içində. Bu vaxt Azərbaycan dilində səs eşitdik: "Gəlin, gəlin yanımıza, biz azərbaycanlıyıq, biz ağdamlıyıq!". Bildik bu ermənilərdir. Sonra bir müddət də keçdi. Gördük milli ordumuzun uşaqları xəstələri, yaralıları aparırlar. Gəlib bizə də kömək etdi əsgərlərimiz. Gəldik Ağdama. Qardaşım Sərxanla birlikdə getdik atamın və anamın meyidini gətirməyə. Üç kilometrə kimi meyidləri sürümüşdük. Çünki ermənilər hər zaman bizi vura bilərdilər. Ata və anamın meyidlərini gətirib Ağdamda - qardaşlıq qəbiristanlığında basdırdıq...
İndi bütün bu faciələrdən sonra oturub qəmli-qəmli düşünürəm: Dünyada hansı xalqın başına bu oyunlar açılıb. Hansı xalq öz müqəddəs torpağında belə dəhşətlərdən sarsılıb? Yaxud hansı xalqın yetirdiyi canlı yer üzünün belə vəhşiliklərini törədib qatilə çevrilə bilər? Bəli, hər xalqın yaxşısı da, pisi də var. Hər xalqın zalımı da, cəlladı da var, mərhəmətlisi, xeyirxahı da. Amma dünyanın ermənilər kimi qatil, qəddar insanı heç bir xalqda yoxdur. Hər xalqın qatilində insaf da var, müruvvət də. Hər xalqın qatili nalə çəkib ağlayan körpəyə belə gülləni atmazdı. Balanın gözü qarşısında atanı diri-diri yandırmazdı. Ağsaçlı ananı təpikləyib sürüməzdi, beli bükülmüş qarıya silah qaldırmazdı. Cavanların diri-diri dərisini soymazdı. Yox, etməzdi bunu heç bir xalqın qatil oğlu. Bu dəhşətləri yalnız erməni törədə bilərdi. Türk qanına həris, türk millətinə həris erməni! İndi bu qəddarlığından, çirkin əməllərindən sonra səni yalnız bu cür adlandırıram: Kafir! Kafir erməni! Sən öz cəzana çatacaqsan! Kafir erməni!
KAFİR ERMƏNİ!
Erməni kafirdir! Erməni zülmkardır! Erməni insan qanı içəndir! Kafir erməni aydınlıqları qaranlıqlara döndərəndir! Kafir erməni yer üzündə zalımlıq, işgəncə və ağrı bitirəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cəhənnəmə döndərəndir! Böyük Allah adına, müqəddəs insan adına ləkədir kafir erməni! O cinayətlərinə və Allah kəlamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır.
Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyıb zülmkar ermənini, kafirlik libasına bürünmüş bu qorxunc varlığı yaşadığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünüzü gözləyin ey insanlar! Ey adı nurlu Məhəmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!
Müqəddəs "Quran" kitabı kafirlərin cəzası haqda: "Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri [cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları] gün onlara məzəmmətlə belə deyiləcəkdir: "Siz dünya həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız [dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı.] Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və [allahın itaətindən çıxmış] fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandınlacaqsınız!". Əl-Əhqaf ["Qumsal təpələr"] surəsi.
Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı qırğını oldu. Yüzlərlə günahsız insanın qanı axıdıldı. Yüzlərlə insan nahaqcasına qətlə yetirildi. Qadının da, kişinin də, körpənin də, ağsaqqal, ağbirçəyin də nəsibi ölüm oldu o gecə...
MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN
Mehdiyev Şəfa Baba oğlu. Fəhlədir. 54 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olmuşdur.
Xəlilova Lalə Tahir qızı. Şagirddir. 14 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olmuşdur.
Səlimov Mikayıl Bahadur oğlu. Fəhlədir. 22 yaşında. - Kəllənin qəlpə yarasından həlak olub.
Əliyev Arif Xanlar oğlu. Milli ordunun əsgəridir. 22 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olub.
Əmirov Təvəkkül Baxış oğlu. Fəhlədir. 40 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olub.
Nağıyev Yusif Şirin oğlu. 64 yaşında. Fəhlədir. - Döş qəfəsinin güllə yarasından həlak olub.
Naməlum kişi meyidi. 22 - 27 yaşında. - Başından güllə yarası alıb. Güllə beynini dəlib keçmişdir.
Naməlum kişi meyidi. 20 - 30 yaşında. - Başın qəlpə yarası. Kəllə sümüyünün kobud sınığı.
Naməlum kişi meyidi. 25 - 30 yaşında. - Başın və üst dodağın kəsilmiş yaraları, boyunun en səthinin güllə yarası.
Naməlum kişi meyidi. 20 - 25 yaşında. - Döş qəfəsinin arxa səthinin qəlpə yarası, sifətin, boyunun və döş qəfəsinin ön səthinin kəsilmiş yaraları.
Naməlum qadın meyidi. 14 yaşında. - Başın güllə yarasından həlak olmuşdur.
Allahyarova Qəmzə Qaraş qızı. 55 yaşında. Evdar qadındır. - Qarının güllə yarasından həlak olmuşdur.
Allahverdiyeva Teyyubə Nəbi qızı. 50 yaşında. Evdardır. - Başın güllə yarasından həlak olub.
Məmmədov Vaqif Şəmil oğlu. 39 yaşında. Fəhlədir. - Başın güllə yarasından həlak olub.
Mahmudova Roza Cəfər qızı. 60 yaşında. Evdardır. - Qarının güllə yarasından həlak olub.
Çobanov Tapdıq Xədicə oğlu. 44 yaşında. Fəhlədir. - Başın güllə yarasından həlak olub.
Orucov Fazil Ənvər oğlu. 31 yaşında. Fəhlədir. - Döş qəfəsinin güllə yarasından həlak olub.
"BÜTÜN AİLƏM QIRILIB"
Bu ağır yük çəkilməz,
Bu ağular içilməz.
M. HADİ
N
ə bu ağular içilər, nə bu yük çəkilər! Nə bu göz yaşları quruyar, nə qaranlıq ömrüm açılar! Nə ötənlər geri dönər, nə itənlər qayıdar! Könül arzularım bir də pərvazlanıb o yerlərə uçmaz! Sevgili övladlarım yüyürə-yüyürə bir də üstümə qaçmaz! Ömür-gün yoldaşım o xoş təbəssümüylə bir də məni qarşılamaz! O günəşlər çıxmaz, o ulduzlar parlamaz daha! O quşlar oxumaz, o çiçəklər ətirlənməz daha! O yurda, o ocağa qayıtsam da üzüm gülməz, könlüm sevinməz! İçim qan ağlar, qan! Onlarsız ömrüm heçdir, günüm, yaşayışım zəhərdir! Məni yaşadan yalnız onları tapıb quru torpağa basdırmaq istəyidir. Sonra neynərəm yaşamağı? Məgər bu yaşamaqmı? Bu cəhənnəm alovunda sürünmək, əzab çəkməkdir! Bütün günü onları, yalnız onları düşünürəm. O 25 fevral gecəsindən sonra günün, ayın ömrümdən necə keçib getdiyini bilmirəm. Mənə görə hər şey - bütün ətraf aləm, bütün canlılar qaranlıq tor içindədir. Adamları da, dostları, tanışları da qəribə tor içində görürəm. Və bir parlaq işıq ziyası görünmür ki, o qaranlığı yarıb aydınlaşdırsın. Bu zülmət torunda çırpınmağıma son qoysun. Mənim günüm ahu-fəğan içində, qəm nəfəsində keçir...
Nazim astadan, olduqca astadan danışır. Nazim başına gələn faciəni ucadan söyləyə bilmir. Olsun ki, Nazimin taqəti də kəsilib, gücü də tükənib və qüvvəti qalmayıb ki, başına gələn faciəni söyləsin. Amma çətin də olsa, ağrılı da olsa istəyirəm ki, Nazim o dərdi danışsın bir-bir: - Fevralın 25-də Noragül istiqamətində döyüşürdük. Düşmənin güclü həmləsinin qarşısını almaq qeyri-mümkün idi. Hər yandan ölüm nəfəsli güllələr saçır, od-alov yağırdı. Postda dayanmaq olmazdı. Ona görə də Xocalının içərilərinə çəkildik. Saat dörddən sonra Xocalıda demək olar ki, heç kim qalmamışdı. Amma yollarda, küçələrdə meyidlər görünürdü. Gəlib zapravkanın yanına çatdıq. Zapravkadan az aralıda dayandıq. Dostumuzu - Zamini çağırdıq. Səs gəldi. Sən demə erməni imiş. Bizə atəş açdılar. Yıxıldıq yerə. Güllə dostumuz Allahverdinin ayağından dəydi. Orda qala bilməzdik. Təhlükəli idi. Qayıtdıq şəhərə. Fabrikin yanında dayanıb nə edəcəyimizi bilmirdik. Fabrikin yanındakı evdən səs gəlirdi. Xəlvətcə yaxınlaşıb baxdıq. Azərbaycanlılar idi. 50-yə qədər adam vardı. Onlarla birlikdə şəhərdən tezliklə çıxmaq qərarına gəldik. "Xanabad arxı" deyilən yerə çatanda ermənilər bizi mühasirəyə aldılar. Çətinliklə "Xanabad arxını" tullanıb aradan çıxdıq. Sonra qorxudan hərə bir tərəfə qaçdı. Qaldım tək. Bir az da qabağa gedib meşəyə çatdım. Fevralın 26-da axşam saat beşə kimi dayanıb yanan yurduma - Xocalıya baxmışam. Xocalı yanıb alovlanırdı. Dəhraz tərəfə çatanda çoxlu xocalını gördüm. Gecəni birlikdə qalıb səhərə kimi dözdük. Sonra yetmiş adam bir yerə, yetmiş də bir yerə bölündük. Fevralın 27-də gecə saat dörddə Dəhraz kəndinin üst tərəfinə çıxdıq. Dörd nəfərlər birlikdə kəndi keçib girdik Gülablıya. Gülablıdan da gəlib çıxdıq Ağdama. Ağdama çatan kimi ailəmi, uşaqlarımı soraqlamağa başladım. Heç kim onlar haqda məlumat verə bilmirdi. Sonradan öyrəndim ki, həyat yoldaşımı da, uşaqlarımı da Xocalıda öldürüblər. Həyat yoldaşımın bacısı da orda qətlə yetirilib.
...Nazim ağır dərd içində başına gələnləri danışır. Yenə sakit, ağır-ağır. Nazim bu böyük müsibətini danışdıqca yadıma bayaq bir neçə xocalının sözləri düşür: - Hamımızın başına müsibətlər gətirilib. Nazimin dərdi isə çox böyükdür. Heç inanmırıq ki, sizə o faciəni danışmağa razılıq versin...
Amma Nazim danışır o faciəni. Sıxıntı və məhrumiyyətlər içərisində boğulsa da ürəyini göynədən o müsibəti danışır. Ona görə danışır ki, qoy hamı bilsin dünyada erməni vəhşiliyi deyilən bir qorxu var. Və hamı bu qorxulu ermənilərdən ehtiyatlı dolansın.
Nazimin son dediyi söz bu oldu: - Heç olmasa meyidlərini tapsaydım, bir az sakitləşərdim. Ya da heç olmasa sümüklərini yığıb bir yerdə basdırardım ki, rahatlanım, bir and yerim olsun!
Yox, Nazim, sən sakitləşməyəcəksən. Sən heç zaman sakitlik tapmayacaqsan. Doğma övladlarının - Çinarın, Çingizin, sevimli həyat yoldaşının meyidlərini tapıb basdırsan da rahatlanmayacaqsan. Çünki bu elə bir dağdır ki, göynərtisi sinəndə, içərində daim sızıltı verəcək. O dərd sağalan deyil! 11 yaşlı Çinarının boyunu görməyən, 6 yaşlı Çingizinin şən gülüşlərini eşitməyən, vəfalı ömür-gün yoldaşının isti qayğısına əbədilik möhtac qalan sakitləşərmi? Bu, qətiyyən mümkün deyil. Elə bu ağrıdandır ki, saçların da vaxtsız ağarıb, qəm kölgəsinə bürünüb. Elə bu müsibətinin böyüklüyü, ağırlığı qarşısında təslim olub təskinləşdirici söz də deyə bilmirəm. Faciənə, bu böyük ağrına varlığımla yansam da sükut içində bir nöqtəyə baxıb susuram. Nədənsə qəm çanağına dönmüş gözlərinlə baxmaqdan ehtiyatlanıram. Mənə elə gəlir ki, sənin bu ölçüyəgəlməz müsibətində günahkaram. Yalnız mənəmmi günahkar? Yüzlərlə, minlərlə azərbaycanlı sənin və bütün xocalıların faciəsində günahkardır. Bütün azərbaycanlılar günahkardır.
QIRX DOQQUZ QOHUMUN AĞRISI
Ələkbərov Vəkili bayaqdan gözləyirəm. Söhbəti hardan başlayacağımı, hansı suallar verəcəyimi isə bilmirəm. Çoxdandır ki, xocalılarla söhbət edirəm, ağır dərdlərini dinləyirəm. Həmişə də ilkin anda böyük sarsıntılar içində qalıram. Çünki yaralı, zavallı xocalılar o ağır günün müsibətini elə bircə sözlə deyirlər: qardaşım ölüb, anamı öldürüblər, oğlum güllələnib, qızım donub, qohumlarım girovdadır və s. böyük müsibətlər içində yanan xocalılar əzab çəkir fevral faciəsini xatırlamağa.
Amma bayaqdan yolunu gözlədiyim Vəkilin faciəsinin böyük olacağını düşünməzdim. Vəkil o ağır gündə 49 doğma adamını itirib. Nəhayət ki, görüşürük, söhbət edirik Vəkillə. Vəkil ağır dərd içində danışır: - O faciəli hadisədə 49 adamım həm itkin düşüb, həm də qırılıb. Bacımın uşaqları, xalauşaqlarım, anam... ölənlər birdirmi, ikidirmi? Fevralın 25-də gecə saat 2-ə kimi ermənilərin o od-alov yağan hücumunun qarşısında dayana bildik. Gecə saat ikidə artıq mümkün olmadı, Xocalıdan çıxdıq. Biz Xocalıdan çıxanda gözəl yurdumuz od tutub yanır, hər yan uçulub dağılırdı. Yolda meyidlər vardı. 100-ə yaxın adamla Kətik meşəsinə gəlib çatdıq. Gecəni qaldıq meşədə. Sabahı günü Şelli istiqamətinə getdik. Yolda anamı vurdular. (20 gündən sonra gedib yazıq arvadın meyidini gətirdik). Naxçıvanik yolunda gördüm ki, bizdən bir qədər aralıdan bir milis maşını keçdi. Camaatı tələsdirdim ki, yolu tez keçin, yoxsa qıracaqlar. Böyük çətinliklə ordan çıxıb Ağdama gəldik...
Vəkil o fevral faciəsini xatırlayanda bir adamın da igidliyindən xüsusi danışır: Tofiq Hüseynovun. Tofiq Hüseynov Vəkilin həm xalasıoğlu, həm də yeznəsidir. Tofiq Hüseynov o ağır gündə axıra kimi döyüşüb, mərdlik göstərib. Tofiqin ölümündən sonra üç balası yetim qaldı. Qardaşı, ata-anası, həyat yoldaşı da o faciədə həlak oldu Tofiqin. Tofiq Xocalıda batalyon komandiri idi. Doğma torpağı olan Xocalı uğrunda döyüşdə qəhrəmanlıqla dünyasını dəyişdi.
Vəkil ölənlərinin ağrısını çəkə-çəkə indi də girovda qalan doğmalarının yolunu gözləyir. Ömründən ötən hər günü minbir işgəncə və əzabla yola salır. Vəkil böyük dərd içindədir. Vəkil 49 yaxın adamının ağrısını çəkir. 41 yaşında 49 adamın matəmini saxlayır, intizarını çəkir.
YEDDİ ADAMIM YOXDUR...
Xocalıda kimi dindirirsənsə, ağır dərdi alovlanır, gözlərinə qəribə qəm buludu çökür. Xocalılar böyuk faciə içində yaşayır. Elə ailə yoxdur ki, fevral faciəsi ona dəyib toxunmasın. Xocalıdan elə bir adam tapmaq olmaz ki, qanlı fevral faciəsi ona bədbəxtlik gətirməsin, qəlbini didib parçalamasın. Hər kəsin dərdi özünə görə böyükdür, ölçüyəgəlməzdir. İnsan ölümündən də sonsuz ağrı nə ola bilər?
46 yaşlı Surxayın da faciəsi böyükdür: 7 yaxın adamını itirib o faciədə. Özü isə təsadüfən sağ qalıb. Düşmən gülləsi o qanlı faciədə xoşbəxtlikdən yan keçib ondan. (İndi çox qəribədir ki, danışıb söhbət etdiyim xocalıların çoxu sağ qaldığına görə özünü qınayır və bu sözü deyirlər: Kaş o günü biz də onlarla birgə öləydik. O vaxt ölsəydik, indi bu müsibətləri çəkməzdik).
İndi böyük qəm içindədir Surxay. Görünüşündən qırx altı yaşlı adama oxşamır. Qırx altı yaşın hökmündən çox-çox uzaqda dayanır. Başına gələn faciə onu vaxtsız-vədəsiz qocaldıb. 60-70 yaşın dolaylarında görünür indi o. (Ümumiyyətlə görüşüb söhbət etdiyim xocalıların çoxu yaşından qoca görünür. Dərd onları bu günə salıb).Surxay o faciəni də sakit halda danışa bilmir...
Quliyev Surxay: - Fevralın 25-də ermənilər hər yandan bizi mühasirəyə aldılar. Həmin günü qorxudan kim hara gəldi qaçırdı. Ölənlərin, itənlərin sayı- hesabı yox idi. Gecə saat 2-də biz Xocalıdan çıxdıq. Abdal-Gülablı istiqamətində gedirdik. Ağbulağa çatanda 300-ə qədər adam gördük orda. Ara necə qarışdısa oğlumu itirdim orda. Nə qədər axtardımsa tapa bilmədim. Adamların çoxu başı- açıq, ayaqyalın idi. Çoxları isə meşələrdə donub ölürdülər. Ən dəhşətlisi balaca uşaqların aclıqdan və soyuqdan göyə yüksələn iniltiləri idi. Biçarələri susdurmaq isə mümkün deyildi. Yazıqlar hardan biləydilər ki, yaxınlıqda quduz ermənilər var və onların səsini eşidib, gəlib adamları qıra bilərlər. Çox adam gözümün qabağında soyuğa dözə bilməyib dondu. Heç bir kömək də edə bilmədik. Min bir çətinliklə gəlib çıxdıq Ağdama. Ağdama çatanda bildim ki, başımıza hansı faciələr gəlib. Öyrəndim ki, qardaşım Quliyev Zəkarət və onun oğlu həlak olub. Qardaşım oğlu Əkbərin 7 yaşlı qızı, o biri oğlu da həlak olub. Qardaşım arvadı Quliyeva Şuradan da indiyə kimi xəbərimiz yoxdur. Qardaşım oğlu Əkbəri 24 gün axtarandan sonra Ağcabədinin Şotanlı kəndində tapdıq. Hamımızın, hamımızın itkisi çoxdur. Heç kim deyə bilməz ki, birinin dərdi o birindən böyükdür. Hamı eyni oda, eyni alova düşüb...
Surxay söhbətinin axırında ağrılı bir söz işlətdi: "hələ müsibətimiz Xocalıya yığışandan sonra olacaq". Surxay bu sözləri deyib gözlərini uzaqlara dikdi. Mən isə onun nəyə işarə etdiyini yaxşı başa düşürdüm.
Hə, Surxay qardaş, bildim ürəyinizdən keçənləri. Demək sizin - bütün xocalıların ağrısı hələ qabaqdadır. İndi doğmalarınızın ölümünə yana-yana bir odlu fikir də rahat buraxmır sizi: o yurd, o torpaq boşalandan sonra ora necə qayıdacaqsınız? O torpağa o adamlarsız necə ayaq basacaqsınız? Fəlakətiniz, müsibətiniz onda başlayacaq sizin! Boşalmış o yiyəsiz evləri görəndə alışıb yanmayacaqsınızmı? Ağsaqqalsız, ağbirçəksiz qalmış Xocalı sizə soyuq, yad bir yer kimi görünməyəcəkmi? O xaraba qalmış yurdlar sizi qovmayacaqmı torpaqdan? Yetim uşaqları atasız, anasız görəndə necə sakitlik tapacaqsınız?
Doğrudan da, hələ sizin müsibətiniz qarşıdadır, Surxay qardaş!
"BEŞ ADAMIMI ÖLDÜRÜB ERMƏNİLƏR"
Əvvəl danışmaq istəmir, uzaqlaşır bu söhbətdən. Müxtəlif bəhanələrlə boyun qaçırır o faciəni yada salmaqdan. Amma inadkarlıq edirəm, Rövşəni dilə tuturam ki, bu faciəni mütləq danışmaq lazımdır. Ona görə lazımdır ki, xalq, camaat hamı bilsin o qırğının böyüklüyünü, insanlara hansı iztirablar verdiyini! Rövşən yenə imtina edir söhbətdən və astadan, kədərli bir səslə deyir: eeh, qardaş, hər şey olub keçdi, danışmağın nə mənası?
Axır ki, Rövşən danışır o şahidi olduğu hadisəni.
Paşayev Rövşən: - Əvvəllər Stepanakertdə(Xankəndində) yaşayırdıq. 1988-ci ildə ermənilər Stepanakertdəki evimi yandırdılar. 1988-ci ildə gəldik Xocalıya. Xocalıda pis, yaxşı, özümüzə güzəran düzəltdik. Xocalıdakı qohum-qardaş da köməklik göstərdi. (Əslimiz Xocalıdandır). Elə yavaş-yavaş özümüzə gəlirdik ki, burdan da ermənilər gəlib bizi qovdular. Fevralın 25-də gecə ermənilər hər yandan Xocalını atəşə tutdular. Elə güllələr atırdılar ki, düşdüyü yer alovlanıb yanırdı. Tez uşaqları və yaxın qonşuları betonun altına yığdıq. Sonra gördük ki, bura da təhlükəlidir. Və bir də gördük ki, ermənilər hər yandan şəhərə girir. Adamlar isə baş götürüb qaçır. Biz də yığışıb meşəyə getdik. 4 gün qaldıq meşədə. Cəmisi 8 adam idik. Yanımızda olan iki arvad donub öldü. Atamı güllə ilə vurdular. Qardaşımı da güllə ilə vurdular. Atamı vuranda bir müddət yaralı qalıb sonra canını tapşırdı. Qardaşım paltarını cırıb atamın ayağına sarıdı. Amma heç bir köməyi olmadı... Artıq meşədə qala bilməzdik. Yolu da tanımırdıq. Üz tutub hara gəldi gedirdik. Qarlı, buzlu yollarla gəlib çıxdıq Şuşanın aşağılarına. Yaxşı ki, ermənilər bizi əsir almadı. O yoldan bir də qayıdıb gəlmişik geriyə. Saatlarla meşədə dolaşıb Ağdama çıxmaqdan ötrü yol axtarmışıq. Gündüzlər meşənin üstündə vertolyot uçur, harda adamların olduğunu axtarırdı. Erməni vertolyotlarının səsini eşidən kimi kolun, kosun dibində, ağac kovuşunda gizlənirdik. Meşələr isə meyidlərlə dolu idi. Axır ki, yol tapıb gəldik Şelliyə. 7 gündən sonra gedib atamın, qardaşımın, qaynanamın, qaynımın meyidlərini gətirdim. Meyidləri sürüyə-sürüyə gətirirdik ki, ermənilər görüb bizə güllə atmasın. Sonra anamı axtarmağa başladım. Axır ki, tapdım. Öyrəndim ki, ermənilər anamı Əsgərana girov aparandan sonra barmaqlarını kəsmək istəyirmişlər. Sonra ermənilər bizimkilərlə razılaşıb iki erməni meyidinə çoxlu azərbaycanlı dəyişiblər. Anam da eləcə xilas olub. Amma anam danışır ki, ermənilər elə vəhşiliklər edirdi ki, Əsgəranda. Adamiarı diri-diri yıxıb başını kəsirdilər. Əsgəranda çoxlu sırğalı zənci varmış. Bibimoğlu Elbrus isə indiyə kimi Xankəndində girov saxlanılır.
Rövşən bu faciəli söhbəti danışanda deyir: Bax həyat yoldaşımın atası, anası, qardaşı orda öldurülüb!
Başı böyük müsibətlər çəkmiş və indinin özündə ağrılar içidə qovrulan Rövşəndən, onun matəmə bürünmüş ailəsindən əzabla ayrılıram. Rövşənin balaca uşağı isə bərkdən ağlayır. Bilirəm ki, uşaq acından belə nalə çəkir. Axı Rövşənin və onun ailəsinin dolanışığı çox ağır, çox çətindir. Qəddar ermənilər Rövşənin və onun bütün qohumlarının var-dövlətini tutub alıblar...
...Pilləkənləri düşəndə hələ də körpənin naləsini, ürək parçalayan ağlamasını eşidirdim. Və düşünürdüm ki, bu gün Vətənimiz Azərbaycanın hər yerində yüzlərlə köməksiz, ac-susuz Xocalı uşağı ağlayır, fəryad qoparır.
"QARDAŞIMDAN VƏ AİLƏSİNDƏN XƏBƏRSİZİK"
Heç vaxt fikirləşməzdim ki, bir gün Naftalana gəlib başı faciələr çəkmiş xocalıları axtaracağam. Dünyanın bu sehirli guşəsinə həmişə adamlar dərddən, şikəstlikdən xilas olmaq üçün üz tutublar, pənah gətiriblər. Naftalan çoxuna ömür verib, həyat, sağlamlıq bəxş edib.
İndi biçarə xocalılar bu məşhur sağlamlıq və müalicə diyarına gəliblər. Amma xocalılar bura sağalmağa, ağır xəstəliklərdən yaxa qurtarmağa gəlməyiblər. Onların dərdi elə dərd deyil ki, burda sağalsın, şəfa tapsın. Xocalılar heç zaman sağalmayacaq bir dərdə düçar olublar. Onlar buraya müvəqqəti yaşamağa gəliblər, erməni vəhşiliyindən qaçıb burda sığınacaq tapıblar. Yurdsuz, evsiz-eşiksiz adamlar burda dərd içində alovlanır, itənlərinin, ölənlərinin xiffətini çəkirlər. Xocalılar başlarına gətirilən o böyük faciəni sıxıntı içində danışırlar.
Dostları ilə paylaş: |