NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

X BÖLÜM 
 
AZƏRBAYCAN LEGĠONERLƏRĠNĠN MƏTBU FƏALĠYYƏTĠ. 
“AZƏRBAYCAN”, “HÜCÜM” QƏZETLƏRĠ,  
“MĠLLĠ BĠRLĠK” JURNALI 
 
İkinci  Dünya  Hərbində  sovet  xalqlarını  təsir  dairəsində  saxlamaq    
məqsədi ilə Almaniya dövləti xüsusi təbliğat vasitələrindən məharətlə istifadə etdi. 
Müharibənin  gedişində  və  Hitlerin  ilk  aylardakı  qələbələrində  alman  təbliğatının 
əhəmiyyəti  silahın  gücündən  az  olmadı.  Təbliğat  Nazirliyi  bu  sahədəki  işini 
gücləndirmək,  əl  elanı,  kitabça  və  plakatlar  hazırlamaq  üçün  öz  fəaliyyətini 
“Vineta”  təşkilatı  ilə  genişləndirdi.  1941-ci  ilin  22  iyunundan  bir  həftə  əvvəl  on 

ikiyə  qədər  rus,  ukraynalı,  qafqazlı  və  türk-tatar  bir  yerə  toplanaraq  Qızıl  Ordu 
əsgərlərini  fərariliyə  dəvət  edən  çağırışlar  hazırladılar.  Bu  heyət  Göbbelsin 
tabeçiliyində 
olan 
oberregierungstar 
Eberhard 
Taubert 
tərəfindən 
istiqamətləndirilirdi.  Təbliğat  Nazirliyi  əl  elanları  və  radio  yayımlarından  istifadə   
etməklə yanaşı, partiya natiqlərinin danışıqlarından, filmlərdən və toplantılardan da 
bəhrələnirdi.  Elanların  təyyarələrlə  sovet  bölgələrinə  yayılması  işi  “Vermaxt-
təbliğat”  dairəsi  ilə  birgə  aparılırdı.  Müharibənin  başlanğıcında  sovet  əsgərlərini 
komandirlərini öldürüb almanların tərəfinə keçməsinə çağıran səkkiz milyon ədəd 
vərəqə  çap  olunub  cəbhə    bölgələrinə    atılmışdı.  Vərəqələrdə  göstərilirdi  ki,  bu 
hərəkətin  qarşılığında  almanlar  sovet  əsgərlərinə  yaxşı  münasibət  bəsləyəcəklər. 
(395, s. 168) 
Qeyd  edək  ki,  müharibənin  ilk  aylarında  bir  çox  Qızıl  Ordu  zabitləri  bu 
vərəqələrdən  istifadə  edərək  sərbəst  şəkildə  almanların  tərəfinə  keçmişdilər. 
Müharibənin  zamanı  uzandıqca  vərəqələrin  də  məzmununda  dəyişikliklər 
yaranırdı.  Belə  ki,  vərəqələrdə  xalqın  dini  hisslərinə  müraciət  olunur,  kilsə  və 
məscidlərin yenidən açılacağı vəd edilirdi. Çərkəzlərin, gürcü və azərbaycanlıların 
yaşadığı  bölgələrə  atılan  vərəqələrdə  isə  kəndli  və  fəhlələr  kolxoz  və  fabriklərin   
Qızıl  Ordu  tərəfindən  dağıdılmasına  qarşı  mane  olmağa  çağırılırdı.  Bilavasitə 
vərəqələr  hazırlamaqla  məşğul  olan  “Vineta”  təşkilatının  şefi  Taubert  Şərq 
Nazirliyinə tabe olsa da, bu sahəyə rəhbərliyi Təbliğat Nazirliyi aparırdı.  Bundan 
əlavə,  vərəqələrin  hazırlanmasına  sonradan  Xarici  İşlər  Nazirliyi  də  cəlb 
olunmuşdu. Taubertin 1943-cü ilin iyulunda Göbbelsə yazdığı bir məlumatda iki il 
ərzində Şərq Nazirliyi üçün təyyarələrdən atılmaq məqsədi ilə 500 milyon vərəqə 
və  kitabça  hazırlandığı,  60  milyon  ədədin  isə  çapda  olduğu  göstərilirdi.  Bundan 
əlavə,  türküstanlıların,  azərbaycanlıların  və  gürcülərin  öz  dillərində  “Almaniya 
hürriyyət gətirir” məzmunlu kitabçalar da yayılırdı. 
Qeyd edək ki, “Vineta” təbliğat şöbəsi Göbbelsin başçılıq etdiyi Təbliğat 
Nazirliyində  yaradılmışdı  və  Berlində  yerləşirdi.  Şöbənin  üç  xidmət  növü  vardı: 
Fəal  Təbliğat,  Helman  bürosu,  Radioverilişlər  redaksiyası.  Fəal  təbliğat  xidməti 
əsasən  sovet  hərbi  qulluqçularının  almanlar  tərəfinə  keçməsinə  kömək  göstərən 
çağırış vərəqələri, plakatlar, qrammofon valları hazırlayırdı. 
Helman  bürosu  işğal  bölgələrindən  Almaniyaya  gətirilmiş  SSRİ 
vətəndaşları  arasında  kütləvi  tədbirlər  hazırlanması  ilə  məşğul  olurdu. 
Radioverilişlər  xidməti  isə  SSRİ  xalqları  dillərində  gündəlik  verilişlər  hazırlayıb 
yaymlayırdı.  Radioverilişlər  xidməti  rus,  ukrayna,  belorus,  Pribaltika  və  Qafqaz 
redaksiyalarından ibarət idi. Radioverilişin Qafqaz redaksiyasına professor Şayber, 
sonralar  Qafqaz  almanı  Lents  rəhbərlik  etmişdir.  Qafqaz  redaksiyası  da  milli 
redaksiyalara bölünürdü: Azərbaycan, gürcü, erməni, Şimali Qafqaz, türkmən, tatar 
və kalmık. Hər bir redaksiyada rəhbərdən əlavə, hərbi  əsir və mühacirlərdən olan   
beş nəfərə qədər tərcüməçi və diktorlar işləyirdilər. Onlar öz dilində radio ilə hər 
gün  Vermaxtın  Ali  komandanlığının  cəbhə  xidmətindəki  vəziyyətlə  bağlı 

məlumatlarını,  alman  qəzetlərinin  icmalını,  tarix,  mədəniyyətlər  haqqındakı 
verilişlərini səsləndirirdilər. 
Qeyd  edək  ki,  radioverilişin  Azərbaycan  redaksiyasına  əvvəllər  Şamaxı 
rayonundan  olan,  sovetləşmədən  sonra  Türkiyəyə  mühacirət  etmiş,  Tuğay 
Məmmədov  başçılıq  etmişdir.  Sonradan  Azərbaycan  redaksiyasına  rəhbərlik  Şəki 
rayonundan olan Ənvər Qazıyevə tapşırılmışdı. Redaksiyada çalışanlar 300 marka 
əmək  haqqı,  hər  çıxışa  görə  əlavə  10  marka  müəllif  haqqı  alırdılar.  Redaksiya 
proqramları  sırasında  “Anaya  məktub”,  “Novruzgülü”,  “Milli  müstəqillik”, 
“Azərbaycan nə uğrunda döyüşür” adlı verilişlər də vardı. (100) 
Almaniya  dövləti  vərəqə  və  kitabçalardan  başqa  türk-tatar  və  Qafqaz 
xalqları  üçün,  siyasi  parçalanma  məqsədi  daşıyan  radio  təbliğatından  da  istifadə 
edirdi. Taubertin məlumatlarına görə, Təbliğat Nazirliyinin xətti ilə, Sov. İKP-nin 
Stalinə  qarşı  olan  “Leninçi”  qrupunu  müdafiə  xarakteri  daşıyan  “Leninçi” 
radiostansiyası da qurulub fəaliyyət göstərirdi. Bu radionu işlətməkdə məqsəd Sov. 
İKP-ni  bölmək,  qruplar  yaratmaq,  qrapları  bir-birinə  qarşı  qoyub  sovet  dövlətini 
zəiflətmək  idi  (395,  s.  170-171).  Belə  saxta  “Leninçi”  proqramlar  sonradan 
Sovetlər  Birliyində  danışılan  hər  dildə  yayımlanır,  ehtiyaca  görə  gündə  bir  və  ya 
iki  dəfə  efırdə  verilirdi.  Ümumilikdə  isə,  nasistlər  həmin  illərdə  yeddiyə  qədər 
radiostansiyadan istifadə edirdilər. (237, s. 303) 
1941-ci ilin 23 oktyabrında alman radiosu türkcə belə bir yayım vermişdi: 
“Azərbaycanlılar!  Milis  təşkilatına  girin!  Əlinizə  tüfəng,  makinalı  tüfəng  və 
cəbbəxana  keçirməyə  çalışın!  Görəvinizi  (vəzifənizi  -  N.  Y.)  yapın!”  Lakin,  bu 
müraciət Türkiyənin “Xəbər” qəzetində təhrif edilərək aşağıdakı şəkildə verilmişdi: 
“Azərbaycanlılar!  Tüfənglər  və  makinalı  tüfənglərlə  silahlanın,  gizli  təşkilatlar 
qurun!  Məğlub  edilmək  üzrə  olan  düşmənləriniz  bolşeviklərə  qarşı  savaşın. 
Onlardan  qorxmayın!  Yurdunuzun  qurtarılması  üçün  savaşın  və  bu  şəkildə  milli 
hissiyyatınızı isbat edin!” (395, s. 172) 
Qeyd  edək  ki,  radio-müraciətlərdə  yol  verilən  belə  yanlışlıqlar  alman 
dairələrini narahat etmiş, Xarici İşlər Nazirliyinin bu işə  müdaxiləsi güclənmişdi. 
Şərq  təmsilçisi  Verner  Otto  fon  Nentiq  belə  yanlışlığın  aradan  qaldırılması  üçün 
Təbliğat Nazirliyi ilə əlaqəyə girmişdi. 
Qeyd etdiyimiz kimi, hərbi əsirlərə və legionerlərə münasibət də tədricən 
dəyişir  və  getdikcə  onlara  daha  çox  hüquqlar  verilirdı.  Artıq  1942-ci  ildən 
başlayaraq  hərbi  əsirlərin  yerləşdiyi  düşərgələrdə  və  legionlarda  poçt  işi  təşkil 
edilmiş,  qəzetlər  nəşr  olunmağa  başlamışdı.  Düşərgələrdə  “Kliç”,  “Zarya”  adlı 
qəzetlər nəşr edilir, həm də siyasi təbliğat xarakteri daşıyırdı. (371) 
Ayrı-ayrı  xalqların  təmsilçiləri,  legionerləri  öz  dillərində  qəzetlər, 
jurnallar,  kitablar  nəşr  edirdilər.  Məsələn,  ruslar  “Könüllü”  (“Dobrovoleç”) 
qəzetini nəşr edib legionerlər arasında yayırdılar. 
Azərbaycan  legionerlərinin  yayımladığı  “Azərbaycan”,  “Hücum” 
qəzetləri,  “Milli  Birlik”  dərgisi  Vermaxt  tərəfindən  maliyyələşdirilir,  Azərbaycan 

legionerlərinin fəallığı ilə çap edilirdi. Bundan əlavə, legionerlər arasında  yayılan 
“Siqnal”  jurnalı  rus  dilində  çap  edilsə  də,  azərbaycanlıların  döyüş 
qəhrəmanlığından bəhs edən çoxlu yazılar nəşr olunurdu. “Azərbaycan” qəzeti isə 
1942-ci  ilin  may-iyun  aylarından  Berlində  (Ünvan:  Berlin,  W8,  Behrenstrabe  65, 
111)  nəşr  edilməyə  başladı.  “Azərbaycan”  qəzeti  Şərq  Nazirliyinin  xüsusi 
himayədarlığı  ilə  nəşr  edilirdi.  Qeyd  edək  ki,  qəzetin  ilk  saylarında  türk-osmanlı 
şivəsinə  üstünlük  verən  mühacirlərə  azərbaycanlı  legionerlər  etiraz  etmiş,  onun 
müasir Azərbaycan dilində, latın əlifbası ilə nəşrinə nail olmuşdular. Sonradan isə 
qəzet  Təbliğat  üzrə  Baş  İdarənin  himayəsinə  keçirilmişdi.  Qəzet  Berlində  nəşr 
edilirdi,  6-8  səhifədən  ibarət  idi  və  tirajı  10  mindən  20  minə  qədər  qalxırdı. 
Qəzetdə  Məcid  Musazadə  (Qarsalanlı)  redaktor,  Cəmil  İsgəndərli  redaktor 
müavini,  Əliheydər  Süleymanov  arxiv  işçisi,  Mövsüm  Babayev  təlimatçı,  Xaliq 
Babayev  mətbəə  işləri  üzrə  texniki  əməkdaş,  Zahid  Ağayev  icraçı  katib,  Əli 
Adıgözəlov  korrektor  vəzifəsində  çalışırdılar.  Bəzi  məlumatlara  görə  Sovet 
Azərbaycanında  sonralar  “Mixaylo”  kimi  məşhurlaşmış  Mehdi  Hüseynzadə  də 
legioner  olmuş  və  “Qürbətzadə”  təxəllüsü  ilə  həmin  mətbuat  orqanlarında  çıxış 
etmişdir. Qəzet 1945-ci ilin mart ayına qədər nəşr edilmişdir. (96) 
Qeyd edək ki, qəzetdə milli istiqlalımız, milli tariximiz, adət və ənənəmiz, 
ədəbiyyatımız,  folklorumuzla  bağlı  çoxlu  yazılar  çap  edilirdi.  Qəzetin  1942-ci 
ildəki  20  dekabr  tarixli  sayında  (N28)  “Milli  Azərbaycan”  başlıqlı  bir  məqalədə 
yazılırdı:  Taburlarımızın  başları  üzərində  dalğalanan  üçrəngli  bayraq  -  bu 
Azərbaycanın bayrağıdır. Milli Azərbaycan bayrağı”. Qəzetin eyni sayında “Göy-
Qırmızı-Yaşıl”  (Milli  Azərbaycan  bayrağı).  “Milli  Azərbaycan  bütün  xalqın 
Azərbaycanıdır”, “Siniflər yox, millətlər var” kimi milli Azərbaycan ideolojisinin 
əsaslarını anladan məqalələr çap olunurdu. (16) 
Keçmiş  legioner,  Azərbaycan  Milli  Mərkəzinin  Başqanı  M.  Kəngərli 
“Azərbaycan”  qəzetinin  fəaliyyəti  ilə  bağlı  yazırdı:  “3  yanvar  1943-cü  ildə 
“Müqəddəs  arzu,  böyük  ümid”  məqaləsində:  “23  illik  əsirlikdən  sonra  istiqlalçı 
azərbaycanlıların yeni il arzularını əlimizdə silah olaraq həqiqiləşdirmək şərəfi biz 
legionerlərə  nəsib  olmuşdur”  yazılırdı.  Eyni  nüsxədə  Qurban  bayramı  münasibəti 
ilə  yazılan  “Qurbanlarımız  qəbul  olsun”  məqaləsində  “Biz  milli  Azərbaycanın 
qurbanlarıyıq”  deyilirdi.  1943-cü  ilin  10  yanvarındakı  sayda  “Bir  kərə  yüksələn 
bayraq,  bir  daha  enməz!”  məqaləsində  bu  sətirlər  vardı:  “Eyni  ilin  28  Mayısında 
Milli  Azərbaycan  Cümhuriyyətinin  istiqlalını  elan  etmiş  olan  Milli  Azərbaycan 
Şurasının rəisi Rəsulzadə Məhəmməd Əmin Millət Məclisinin iclasını açırdı. Natiq 
Milli hökumət  və  Milli Məclis üzvlərindən başqa, izdihamlı əhali tərəfindən dəxi 
diqqət və həyəcanla dinlənilən sözlərini, üzünü milli bayrağa çevirərək, bu cümlə 
ilə  bitirmişdir:  -  Bir  kərə  yüksələn  bayraq,  bir  daha  enməz!”.  Bu  tarixi  xatirələri 
nəql etdikdən sonra qəzet legionerlərə xitabla bunları əlavə edir: “Əziz arkadaşlar! 
Baxınız, 23 il sonra, eyni bayraq, türklüyümüzün, müsəlmanlığımızın, əsri (müasir) 
adamlar olduğumuzun, bir sözlə, hürr və müstəqil bir millət olduğumuzun əlaməti 

olan bu müqəddəs bayrağı biz legionerlər, biz millət və vətən yolunun canfədaları 
indi başlarımızın üstündə və qollarımızda daşıyırıq!..” 24 yanvar 1943-cü il tarixli 
nüsxədə Milli Azərbaycan Komitəsi haqqında dərc olunan bir informasiyada Milli 
Azərbaycan  Komitəsinin  alman  hökumət  məqamlarının  məlumatı  ilə  fəaliyyətə 
başladığı  xəbər  verilir.  Bu  xəbərə  görə,  “Adlon”  otelində  azərbaycanlıların  bir 
toplantısı  olduğu  və  bu  toplantıda  möhtərəm  Məhəmməd  Əmin  Rəsulzadənin 
təfsilat verdiyi bildirilir. Milli Komitənin Proqramı: “Azərbaycanın milli haqlarını 
qorumaq,  vətənin  xilas  və  istiqlalı  üçün  mübarizə  etmək,  Qafqasiyalı  millətlərin 
dostluqları  və  siyasətcə  bir  yerdə  yaşamaları  üçün  çalışmaq  və  Almaniya  ilə  sıx 
surətdə işbirliyi təmin etməkdən ibarətdir”- deyilir. İqtibasları, əlimizdə təsadüfən 
mövcud  olan  nüsxələrdən  dərc  edirik.  Bu  nüsxələr  arasında  bir  də  “Azərbaycan” 
qəzetinin  25-ci  istiqlal  ildönümünə  təsis  etdiyi  30  may  1943-ci  il  tarixli  nüsxəsi 
vardır.  Bir  kərə  nüsxənin  səhifəsını  başdan-başa  böyük  manşetlərlə  -  nasist 
Almaniyanın təhəmmül edəməyəcəyi, fəqət müstəqil Azərbaycan dövründə məşhur 
olan – “insanlara azadlıq, millətlərə istiqlal!” şüarı bəzəyir. Sonra idarə tərəfindən 
“Azərbaycanın  qəhrəman  oğullarına”  -  deyə  bir  xitab  vardır.  Bu  xitab  belə  bitir: 
“Davamız  haqlıdır.  Haqq  bizimlədir.  Yaşasın  cəsur  legionerlərimiz,  yaşasın  milli 
istiqlal!”  Eyni  nüsxədə  “Azərbaycan  istiqlalının  susdurulduğu  27  aprel  -  Azəri 
türklərinin  qaragünü  münasibəti  ilə  milli  şefimiz  hörmətli  M.  Ə.  Rəsulzadəyə 
redaksiyamız adından yazdığımız bir məktuba hörmətli şefin cavabını dərc edirik” 
müqəddiməsiylə  Emin  bəyin  bir  məktubu  dərc  edilmişdir.  Məktub  belə  bitir: 
“Yaşasın  milli  Azərbaycan,  yaşasın  milli istiqlal idealına bağlı qalan  Azərbaycan 
legionerləri!” Məktubun bir cümləsi çox mənalıdır, deyilir: “Milli istiqlal uğrunda 
canlarını  verməyə  hazır  fədailərin  şəxsinə  qarşı  göstərdikləri  etimada  layiq  bir 
xidmətdə  bulunmaq imkanını əldə  etmək,  milli davaya  sərf etdiyim  həyatımın ən 
sədaqətli anını təşkil edəcəkdir!” Bu nüsxə başdan-başa istiqlal, milliyyət, türklük, 
demokratiya  və  Azərbaycan istiqlalını canlandıran  xatirələr və  aktual  məqalələrlə 
doludur.  “28  Mayıs  Azərbaycan  tarixinin  əhəmiyyəti”,  “Azərbaycan  istiqlalı 
uğrunda  mübarizə”  kimi  başlıqlar  nüsxənin  hər  səhifəsində  gözə  çarpmaqdadır. 
Qəzetin  ədəbiyyata  ayırdığı  səhifədə  milli  şairimiz  Əhməd  Cavadın  “Milli 
bayrağımıza!” xitab edən şeri yanında atəşli istiqlal şairimiz Gültəkinin, Sananinin, 
legioner  şairlərdən  Daşqın,  Süleyman,  Mustafa  Həqqi,  Azəri  və  başqa  şairlərin 
istiqlal, milliyyət, türklük və bu ideallar uğrunda mücadilədən bəhs edən həyəcanlı 
parçaları dərc edilmişdir. Bu nüsxə rəsmlidir. Rəsmlər istiqlal dövrü böyüklərinin: 
Milli  Şura  başqanı  möhtərəm  M.  Ə.  Rəsulzadə,  Milli  Məclisin  ikinci  rəisi 
Həsənbəy Ağaoğlu, hökumət rəisləri Fətəlixan Xoylu ilə Nəsib bəy Yusifbəylinin 
fotolarını; parlament binası, milli əsgərlərdən bir qrupu, istiqlal dövrünə aid kağız, 
pul  və  sair  bu  kimi  xatirələri  canlandırmaqdadır.  Bütün  bu  yazı  və  rəsmlərin 
arasında  özəl  bir  çərçivə  içində  28  Mayıs  1918-ci  ilin  İstiqlal  Bəyannaməsinin  5 
maddəsi dərc olunmuşdur”. (145, s. 25-27) 

Azərbaycan  legionerlərinin  Berlində  nəşr  edilən  “Azərbaycan”  qəzetinin 
1943-cü  ilin  avqust  (32(60)  sayındakı  materiallar,  məlumatlar,  yazılar  olduqca 
maraqlıdır.  Bu  yazılar  legionerlərin  həyatını,  fəaliyyətini  öyrənməkdə  ilkin 
mənbədir.  Qəzetin  həmin  sayındakı  yazılarda  göstərilirdi:  “Nöqsanlarımız 
haqqında”kı  məqalədə  yazılırdı:  “Etiraf  etməliyik  ki,  Azərbaycan  legionerləri 
arasında  milli  şərqilər  oxumaq  işi  o  qədər  də  qabaqda  deyildir.  Son  zamanlarda 
bəzi  legionerlərimiz  tərəfindən  yazılan  bir  neçə  əcaib  mahnılar  oxunurdusa,  indi 
bəzi alaylarımızda  legionerlərimiz  “Qarabağ  şikəstəsi”  və  ya  “Kəsmə  şikəstə”  ilə 
addımlayırlar.  Bəzən  də  vaxtı  ilə  Sarı  Aşığın  “Yaxşı”  adlı  sevgilisi  üçün  yazdığı 
sözləri də oxuyurlar. Əcəba, tara  və  ya  kamançaya layiq olan həzin can yandırıcı 
bir musiqi ilə addımlamaq olarmı? Əlbəttə yox! Legionerlərimizin oxuduğu ağı və 
şikəstələrin toylarda, məclislərdə oxunanlardan fərqi orasındadır ki, legionerlərimiz 
mahnının  əvvəlində  gələn  “əziziyəm”,  axırında  isə  “ay  anam  qurbanı,  gəl  qadan 
alım”  sözlərini  demirlər.  “N”  legionunun  legionerləri  belə  bir  mahnı  ilə 
fərqlənirlər: 
... Aşağıdan gəlir bir cüt erməni,  
Bir cüt yaxası var, üstü düyməli.  
(Yaxa da cüt olarmı?)  
Qaçma ingilisim, tutaram səni, 
 Şəkər loxması tək udaram səni... 
Ümumiyyətlə,  belə  mahnını  “inşa”  edən  “şairin”  ehtimal  ki,  türkcə 
qrammatikadan  heç  xəbəri  yoxdur.  “Avtor”  şəkilçinin  (suffiksin)  nə  olduğunu 
bilmir. 
Yenə belə bir şərqiyə də rast gəlirik:  
... Ay domenrota, Davay pulemyota... ...  
Bu  yaxınlarda  “N”  legionunda  mollalardan  biri  belə  bir  marş  “icad” 
etmişdir: 
... Əmri bizə hauptman verir
Komandanı bizə feldfebel verir... 
Biz gözəlcə bilirik ki, legionerlərimiz arasında qüvvətli talanta (istedada-
N.  Y.)  sahib  olanlar  vardır.  Onları  bu  işə  cəlb  etməklə  belə  nöqsanları  aradan 
qaldırmaq  olar.  Nöqsanlarımızı  aradan  qaldıralım  və  legionerlərimiz  üçün  elə 
mahnılar yazalım ki, o, apardığımız milli azadlıq mübarizəmizdə bizə ilham və ruh 
versin. 
Bu  çağırış  birinci  növbədə  Ucadağlıya,  Dənizə,  Daşqına,  Əzimliyə, 
Divaniyə, Zahidliyə və sair bunlar kimi gənc qüvvələrimizə daha çox aiddir. (Leg. 
Qürbətzadə)”. (7) 
“Hissəmiz  ilk  vuruşda  qalib  çıxdı”  məqaləsində  isə  yazılmışdı:  “Bizim 
taburda  legionerlərə  böyük  qayğı  göstərilir.  Cənab  oberleytenant  Lövven  tabur 
nəfərləri ilə hər gün görüşür, ayrı-ayrılıqda onlarla söhbətlər aparır və legionerlərin 
vəziyyətini hər cəhətdən daha da yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmir. O, 

xəstələri də  unutmur. Hər gün onların yanma  gedir və qiymətli hədiyyələr aparır. 
Taburumuzda  olan  almanlar  və  azərbaycanlılar  bir-birləri  ilə  mehribancasına 
yoldaşlıq  və  dostluq  edirlər.  Hətta  hər  bir  alman  növbəti  məzuniyyətə  gedərkən 
özləri ilə bir azərbaycanlı da aparır. Bunun üçün taburumuzda imkan vardır. Budur, 
yefreytor Şefler məzuniyyətə getdiyi zaman legioner Məhəmmədi və ştabsfeldfebel 
Şonner isə legioner Əzizovu özü ilə birlikdə aparmışdır. Belələri taburumuzda az 
deyildir.  Bunlarla  yanaşı  olaraq  taburumuz  öz  hərbi  və  taktiki  təlim  işlərini 
müvəffəqiyyətlə  davam  etdirir.  Legionerlər  müasir  alman  hərbi  texnikasına 
məharətlə yiyələnmişlər və döyüş bacarıqlarını qat-qat artırırlar”. (7) 
Legioner Mirzənin “Uzun və xoşbəxt həyat arzu edirlər” başlıqlı yazısında 
isə  bildirilirdi:  “İstirahət  günü  idi.  Bütün  legionerlər  gəzməyə  getmək  üçün 
hazırlaşırdılar.  Bu  arada  incəsənət  dərnəyinin  konsert  vermək  üçün  legionumuza 
gəlməsi  düzəldi.  Tabur  komandanı  cənab  oberleytenant  Lövven  də  burada  idi. 
Onun anadan olmasının 55 illiyi bu gün tamam olurdu. Konsert olduqca təntənəli 
keçdi. Hər kəsdə böyük sevinc və ruh yüksəkliyi hiss olunurdu. Konsertdən sonra 
cənab oberleytenant Lövven çıxışında bildirdi: “Vətənini bolşevik əsarətindən xilas 
etmək  uğrunda  qəhrəmancasına  vuruşan  azərbaycanlı  legionerlərin  göstərdiyi 
mərdlik məni hədsiz dərəcədə ruhlandırır. Öz vətəniniz Azərbaycanda azad olaraq 
belə  şənlikləri  keçirməyi  arzu  edirəm”.  Onun  bu  çıxışından  sonra  legionerlər 
arasında  böyük  canlanma  başlandı.  Sonra  yemək  məclisi  düzəldi.  Ober-leytenant 
legionerləri sevdiyi kimi, legionerlər də onu hədsiz dərəcədə sevir, ona uzun illər 
xoşbəxt yaşamağı arzu edirlər”. (7) 
Qəzetdə  şer  və  hekayələrə,  şairlərimizin,  yazıçılarımızın  əsərlərindən 
nümunələrə və əsərlərinin təhlilinə də yer verilirdi. “Böyük milli və lirik şairimiz 
Hüseyn  Cavid”  məqaləsində  yazılmışdı:  “Azəri  türk  ədəbiyyatının  milli  və  lirik 
şairi,  mənzum  və  mənsur  dram  əsərlərinin  yaradıcısı,  müasir  ədəbi  varlığımızın 
parlaq  tacı  olan  Hüseyn  Cavidi  tanımayan  bir  azəri  türkü  və  onun  inci  kimi 
qiymətli şerlərini sevə-sevə  oxumayan bir çox qabaqcıl türk ziyalısı belə  yoxdur. 
Cavid təkcə Azərbaycan, Qafqaz deyil, eyni zamanda, bütün Orta Asiya millətləri, 
Kazan,  Krım,  İdil-Ural  tatarları,  Türkiyə  və  İran  xalqları  arasında  belə  özünü 
yaxşıca  tanıtmış  və  müasir  şərqin  diqqətəşayan  şairləri  sırasına  daxil  olmuşdur”. 
Sonra  Hüseyn  Cavidin  “Uçurum”  əsərindən  Əkrəm  ilə  İldırımın  mükaliməsindən 
parçalar  verilmiş,  “Şeyx  Sənan”dakı  Şeyx  Hadi  və  Şeyx  Kəbirin  dialoqu  təsvir 
olunmuş,  maraqlı  təhlil  aparılmışdır.  Məqalənin  sonu  bu  sözlərlə  yekunlaşır: 
“Bədii drama əsərində mövcud quruluşun iç üzünü tərənnüm edən elə bir məfkurə 
heç  bir  zaman  dinsizlər,  allahsızlar  və  vicdansızlar  hakimiyyətinin  müti  və  kor 
“nəzəriyyəçi”  və  “alimləri”nin  hər  cür  humanistlik  və  insani  duyğulardan  kənar 
olan  bu  cəllad  bolşevik  “tənqidçiləri”nın  xoşuna  gələ  bilməzdi.  Bunun  üçün  də 
sovet  bolşevik üsul-idarəsi və bu idarəni başlıca olaraq kəndilərinə  (özlərinə) xas 
bilən  rus-bolşevik-yəhudilər  və  onların  Azərbaycan  xalqı  içərisindəki  satqınçı  və 
alçaq  agentləri  olan  bir  sıra  vətən  xainləri  daima  Hüseyn  Cavidə  hücum  edərək, 

onun ədəbi varlığını baltalamış və şairi arası kəsilməyən təqiblərlə yaxalamışlardır. 
Xüsusən, Azərbaycanda “NEP” dövrünün qurtarması ilə əlaqədar olaraq, bu təqib 
və  hücumlar  özünü  daha  şiddətlə  göstərməyə  başlamış  və  şairi  dəfələrlə  “QPU” 
podvallarını (zirzəmilərini - N. Y.) ziyarət etməyə məcbur etmişdir. Hələ 1917-ci il 
inqilabının müdhiş dəhşətləri ilə həyəcana gəlmiş və xalqımıza azadlıq deyil, zülm 
və  işgəncə  gətirən  belə  bir  amansız  tufandan  mütəəssir  olmuş  şair  Azərbacanda 
doğan  aprel  tufanı  ilə  əlaqədar  olan  (situasiyaya)  qarşı  üsyan  bayrağı  qaldıraraq 
yazmışdı: 
Elə bir əsr içindəyəm ki, cahan  
Zülm dəhşətlə qıvrılıb yanıyor,  
Üz çevirmiş də Tanrıdan insan, 
 Küfri haq, cəhli mərifət sanıyor.  
Dinləməz kimsə qəlbi, vicdanı,  
Məhv edən haqlı, məhv olan haqsız...  
Başçıdır xalqa bir yığın cani,  
Hər münafıq, şərəfsiz, əxlaqsız”. (7) 
“Azərbaycan”  qəzetinin  saylarında  belə  maraqlı  yazılar  tez-tez  dərc 
olunurdu. 
Qəzetin  1943-cü  ilin  14  noyabrında  çap  edilmiş  46(74)-cı  sayında  isə 
Berlində  keçirilən  Milli  Azərbaycan  Qurultayı  haqqında  geniş  məlumatlar  dərc 
olunmuşdur.  Qəzetdə  qurultaya  göndərilən  təbriklərin  mətni  və  çıxış  edənlərin 
məruzələri  ilə  də  tanış  olmaq  mümkündür.  Bundan  əlavə,  çıxışçıların  fotoları  da 
verilmişdir ki, bu da həmin şəxsləri tanımaq, öyrənmək baxımından maraqlıdır. 
Qeyd  edək  ki,  qəzetin  46-cı  sayının  1,  2,  3,  4,  5-ci  səhifələrində  Milli 
Azərbaycan  Qurultayının  materialları  verilib.  5-ci  səhifənin  sonunda  legioner 
Miskinin  “Ey  cavanlar”  şeri  çap  olunmuşdur.  Bədii  və  sənətkarlıq  baxımından 
yüksək olmasa da, tarixiliyinə görə əhəmiyyətli olan həmin şerdə vətənin azadlığı 
ideyası əsas götürülmüşdür: 
Sən bir cəsur türk oğlusan, qəhrəman! 
Azad elə öz yurdunu düşmandan!” (8) 
Qəzetin  “Cəbhələrdə  vəziyyət”  başlığındakı  yazılar,  məlumatlar  6-cı, 
sonuncu  səhifədə  verilmişdir.  “Almaniya  silahlı  Qüvvələri  Baş  Komandanlığının 
məlumatı”nda  bildirilirdi:”  2  noyabr  -  Düşmən  Krımda,  Kerç  şəhərinin  hər  iki 
tərəfinə  çıxmaq  istəmişdir.  Düşmən  mühasirə  edilmiş,  dar  bir  sahəyə 
sıxışdırılmışdır.  Başqa  yerlərdə  düşmənin  cəhdi,  ona  böyük  itki  verilməklə  puça 
çıxarılmışdır.  Sahilə  çıxmış  qoşunlar  məhv  edilmişdir.  Dneprin  aşağı  axımından 
cənuba doğru, Noqay səhralarından Dneprə tərəf soxulmuş düşmən motorlu hissəsi 
ilə döyüşlər davam edir. Bolşeviklərin alman hissələrini ayrı salmaq  və  mühasirə 
ciddi-cəhdləri  məğlubiyyətə  uğramışdır.  Dnepropetrovskinin  cənubi-qərbində 
Dnepr  dirsəyində  düşmənin  hücumu  olmuşdur.  Bu  zaman  hücum  edən  40  sovet 
tankından 28-i məhv edilmişdir. 

Krivoy-Roqun  şimalında  qoşunlarımızın  əks-hücumları  müvəffəqiyyətlə 
nəticələnmişdir.  Müdafiəmizə  soxulmuş  düşmən  arxasından  kəsilmiş  və  məhv 
edilmişdir.  Təxmini  hesablamalara  görə,  oktyabrın  27-dən  sonra  5000  əsir 
tutulmuş, 357 tank, 378 top və 500-dən artıq avtomaşın ələ keçirilmiş və ya məhv 
edilmişdir. Kəskin müqavimət göstərən düşmən hissələri xüsusilə ağır itki verməyə 
düçar olmuşlar. Cənubi İtaliya cəbhəsinin cənub-qərbində düşmən böyük qüvvətlə 
qoşunlarımızın  mövqelərinə  hücum  etmişdir.  Alman  bombardmançıları  dünən 
Cənubi İngiltərə sahilində olan bir neçə limanlar üzərinə axın etmişdir. 
Krımın  şimal  girişində,  Xersonun  bir  məntəqəsində  və  Dneprin  böyük 
düşərgəsində  düşmənin  güclü  tank  və  piyada  qüvvətlərilə  döyüşlər  gedir.  Sovet 
qoşunları ağır itkilər verir. 
Bir  bölgədə  hücum  edən  40  sovet  tankının  23-ü  məhv  edilmişdir.  Kiyev 
altında və onun şimalında sovet qoşunları tankların yardımı ilə hücumlarını davam 
etdirmişlər.  Onlar  bir  neçə  yerdə  cəbhəni  yarmağa  müvəffəq  olmuşlar.  Ağır 
döyüşlər davam edir. Veliki Luki altında 32 sovet tankı məhv edilmişdir. 
Şimal  Buzlu  dənizi  üzərində  hava  döyüşlərində  və  zenit  artilleriyasının 
atəşilə 16 sovet təyyarəsi vurulmuşdur. Bizim itkimiz olmamışdır. 
Alman təyyarələri 5 noyabr gecəsi London şəhərini bombalamışlar. 
6  noyabr  -  Krımda,  Kerçin  hər  iki  tərəfində  və  Pereqor  keçidində  gedən 
ağır  döyüşlərdə  alman-rumın  hissələri  tərəfindən  sovet  qoşunlarının  hücumları 
püskürtülmüşdür. 
Dneprin  aşağı  axımında,  Xerson  və  Niqopol  məntəqələrində  bizim 
müdafıə 
mövqeyimizə 
edilən 
düşmən 
hücumları 
püskürtülmüşdür. 
Dnepropetrovskinin  cənubunda  düşmənin  kəskin  müqavimətinə  baxmayaraq, 
hücum edən qoşunlarımız irəliyə doğru hərəkət etmişlər. İlin əvvəlindən indiyədək 
44-cü tank piyada diviziyası “Das Reyc” düşmənin 2000 tankını məhv etmişdir. 
Sovetlər  Kiyevdən  şimalda  döyüşə  yeni  qüvvələr  gətirmişlər.  Yarma 
təhlükəsindən sağınmaq üçün bizim qoşunlar Kiyev məntəqəsindən geri alınmışlar. 
Alman hava qüvvələri tərəfindən şərq cəbhəsində noyabrın 3-dən 5-dək 140 sovet 
təyyarəsi məhv edilmişdir. Öz itkimiz 6 təyyarədir. 
Təcili  məlumatlarda  deyilir  ki,  alman  hava  qüvvələri  Aralıq  dənizinin 
qərbində  düşmən  yığnaqlarına  ağır  bir  zərbə  vurmuşdur.  Bombardman  təyyarə 
birləşmələri  Şimali  Afrika  sahilində  düşmənin  qoşunla  dolu  olan  22  nəqliyyat  və 
onlan  mühafızə  edən  8  qırıcı  gəmisinə  hücum  etmişlər.  Çoxlu  bombardman  və 
torpedləmə nəticəsində cəmi 140 000 ton sututumu həcmində olan 13 nəqliyyat və 
iki də qırıcı gəmi elə zədələnmişdir ki, onları məhv olmuş hesab etmək olar”. (6) 
Bundan  əlavə,  Berlində  Azərbaycanın  Milli  Birlik  Məclisinin  orqanı 
olaraq “Milli Birlik” jurnalı da nəşr edilirdi. Aylıq olaraq çap edilən jurnalda (1000 
nüsxə  tirajla)  rəsmi  məlumatlarla  yanaşı,  Azərbaycanın  tarixi,  müstəqilliyi  ilə  də 
bağlı yazılara rast gəlmək mümkün idi. Jurnalın redaktoru Cəlil İsgəndərli, aparıcı 
müəllifləri Ənvər Qazıyev, Cabbar Məmmədov və Lətif Kərimov idi. (96). 

Bundan  əlavə,  Azərbaycan  legionerlərinin  fəallığı  ilə  ana  dilimizdə  bəzi 
kitablar  da  nəşr  edilmişdir.  Belə  ki,  N.  Nərimanovun  “Bahadır  və  Sona”  əsəri, 
Ceyhun  Hacıbəylinin  tərtib  etdiyi  “Atalar  sözü”,  Lətif  Kərimovun  “Azərbaycan 
şerləri almanaxı”, Cabbar Məmmədovun isə “Azərbaycanda milli hərəkat” (1920-
1941-ci illərdə Azərbaycan xalqının mübarizəsinə aid) kitabı nəşr edilmişdir. (96). 
Legionerlərin  fəaliyyətindən,  döyüş  şücaətindən  bəhs  edən  yazılara 
“Siqnal”  jurnalında  da  rast  gəlmək  mümkündür.  “Siqnal”  jurnalı  1940-cı  ildən, 
Berlində  (Ünvan:  Berlin  SW68,  Koxtrasse  22-26)  ayda  bir  dəfə  rus  dilində  nəşr 
edilirdi.  Jurnalın  baş  redaktoru  Vilhelm  Reets  idi.  Jurnalın  1944-cü  ildə  çap 
olunmuş  12-ci  sayında  aşağıdakı  başlıqlı  yazılar  vardı:  1)  “Şəhərdə  döyüş. 
Azərbaycan  könüllüləri  şərqdəki  gizli  təşkilatlarla  mübarizə  aparırlar”. 2) “O  biri 
tərəfə. İngilis, Amerika qəzet və jurnallarından”. 3) “Xırdalanmayan rubl”  - N. S. 
Leskovun hekayəsi.  4) “Böyük imperiya  -  Alman dövlətinin taleyi”. 5) “Leyli və 
Məcnun”  -  Nizami  Gəncəvinin  əsərlərindən”.  6)  “Naperekor  vraqam  -  Alman 
dəmiryolçularının  həyatı  və  mübarizəsi”.  7)  “Orqanın  səsi  -  Emmanuiel 
Reyndlyayın  məqaləsi”.  8)  “Öz  torpağında”  –  “Xüsusiyyətçi  kəndçi  -  ölkənin 
çiçəklənməsinin  girovudur”.  9)  “Volqa  oğlu”  -  Könüllü  öz  döyüşçü  yoldaşı 
haqqında”. (344) 
Jurnalın 4-cü səhifəsində mayor Əbdürrəhman Fətəlibəyli Düdənginskinin 
qəhrəmanlığı,  döyüş  şücaəti  haqqında  məqalə  və  onun  zabit  formasında  fotosu 
verilmişdir. Mayor haqqındakı məqalə bu sözlərdə yekunlaşır: “Mayor döyüşən və 
öz  xalqının  inamlı  oğludur.  Belə  insanların  yolu  bir  dəfə  və  həmişəlik 
müəyyənləşir. Xaraktersiz  siyasi opportunizmi inkar edən  mayor deyir:  “Biz  türk 
mənşəli xalqıq, belə olmuşuq və həmişəlik də qalacağıq”. (344, s.4) 
Avropanın  yaşayıb  qalması  uğrunda  Almaniyanın  apardığı  mübarizədə 
böhran  yaranmış  və  bəzi  müttəfiqlər  inamlarını  dəyişdilər,  nəticədə  cəbhələrdəki 
ordu  hissələri  geri  çəkildilər.  Lakin  heç  zaman,  bir  saniyə  belə,  mayor 
Fətəlibəylinin  və  onun  döyüşçülərinin  qətiyyətində  tərəddüd  yaranmadı. 
Azərbaycan dağlarında “inam” sözü müqəddəsdir və bundan ötrü öz canlarını belə 
əsirgəmirlər. 
Öz sevimli və uzaq vətəninin yeni işıqlı həyatı uğrunda bolşevizmə qarşı 
mübarizə bayrağı qaldıran belə adamlardır”. (344, s.4) 
Bundan  əlavə,  jurnalda  Xorvatiya,  Almaniya,  İngiltərə,  Norveç,  Çin  və 
Hindistana  aid  müxtəlif  məzmunlu  fotolar  verilmişdir.  Xorvatiyaya  aid  verilmiş 
foto  belə  izah  olunmuşdur:  “Yaşayış  məntəqəsi  Titonun  quldurlarından 
təmizlənmişdir.  Şəxsi  qvardiyanın  döyüşçüsü  beşguşəli  quldur  ulduzu  üzərində 
qələbə əlaməti olaraq divara Xorvat hərəkatının rəmzi olan “U” hərfini həkk edir”. 
(344, s.5) 
Jurnaldakı  işarələnmiş  3-cü  fotonun  izahı  belə  təsvir  olunurdu:  “Bütün 
ölkədə  xalq  dəstələri  yaratmağa  çağrılmışdır.  Bu  foto  Adolf  Hitlerin  çağırışından 

sonra  çəkilmişdir.  Yaxınlarda  formalaşmağa  başlamış  dəstələr  öz  faydasını 
verməyə başlamışdır”. (344, s.5) 
Beləliklə, Almaniyada fəaliyyət göstərən, vətənlərini bolşevik istilasından 
xilas  etməyə  çalışan  azərbaycanlılar  həm  öz  dillərində  mətbu  orqanlar  çıxarır, 
qəzet,  jurnallar,  kitablar  çap  edirdilər,  həm  də  başqa  qəzet  və  jurnallarda  onların 
qəhrəmanlığı və uğurlu döyüşləri haqqında məlumatlar dərc olunurdu. 
Qeyd  edək  ki,  Azərbaycan  İrtibat  qərargahına  verilmiş  məhdud 
səlahiyyətlərə baxmayaraq, Ə. Fətəlibəylinin zəkası və tükənməz enerjisi sayəsində 
qısa  bir  zamanda,  o  zaman  Azərbaycan  legionunun  orqanı  olaraq  nəşr  edilən 
“Azərbaycan” qəzeti yanında sivillər məsələləri ilə məşğul olan “Mittelsteile”, yəni 
təltif,  tərcümə  və  nəşriyyat  işlərinə  nəzarət  edən  elmi  şöbə  könüllülərin  milli 
tərbiyə  işləri  ilə  uğraşan  “Milli  Birlik”  məcmuəsi  nəşrə  başlamış  və  fəaliyyət 
göstərmişdi.  Bütün  bu  fəaliyyətlər  qısa  bir  zamanda  müsbət  və  fəxr  olunacaq 
nəticələr verməyə başlamış, Azərbaycan legionuna daxil olan birliklərdə yüksək bir 
milli ruhun yaranmasına təkan vermişdi. (404) 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin