VI BÖLÜM
SOVET LEGĠONLARI.
LEGĠONLARIN TƏġKĠLĠ
Alman-sovet müharibəsinin ilk illərindən hərbi əsirlər və mülki əhali də
daxil olmaqla könüllü dəstələr yaradılmağa başladı. Müharibənin ilk aylarında
həmin könüllülərdən, əsasən, arxa cəbhədə sürücü, atsaxlayan, mətbəx işçisi və
müxtəlif sahələrdə istifadə edirdilər. Döyüş bölgələrində isə onlar patronlar daşıyır,
rabitə və minatəmizləmə işlərində çalışırdılar. İlkin fəaliyyət dövründə alman hərbi
hissələrindəki belə könüllüləri “xivi” (Almancanın qısaldılmış forması
“Nilvswillige” - könüllü köməkçilər, daha dəqiqi – “köməyə hazır olanlar”)
adlandırırdılar və müharibənin sonunadək onları belə də çağırdılar. (254, s-5)
1942-ci ilin sonlarına qədər belə “xivi”lər Şərq cəbhəsindəki alman hissələrində
əhəmiyyətli dərəcədə hiss olunurdular. Qeyd olunmalıdır ki, “Xivi”lərin hüququ
artdıqca onlar legionerlər - könüllülər, könüllü vuruşanlar olaraq qəbul edilməyə
başladı. (333, s. 703)
Qeyd edək ki, könüllülərə münasibət Almaniya hökumətində heç də
birmənalı deyildi. Üçüncü reyxin liderləri bolşevik rejimində böyümüş insanlara
tam etibar etmirdilər. Məsələn, Göbbels özünün 29 səhifəlik məruzəsində təklif
edirdi ki, bütün şərq xalqlarını bolşevizmdən azad olmaq və onları azad, işıqlı
gələcək uğrunda mübarizədə əməkdaşlığa çağırmaq lazımdır. (254, s. 311)
Alfred Rozenberq isə belə bir ideya ilə çıxış edirdi ki, Ukrayna və
Pribaltika xalqlarını xüsusi olaraq ayırmaq, onlara mədəniyyət mərkəzləri və
universitetlər açmaq, torpağa sahiblik hüququ vermək, kommunistlərə qarşı
könüllü hərbi birliklərini formalaşdırmaq üçün imkan yaratmaq lazımdır. (254, s.
331)
Rozenberq sonradan daha bir təkliflə də çıxış etdi. Belə ki, o, 1942-ci ilin
fevralın 15-də şərq xalqlarının din sitayişini təmin edən qərar layihəsini təqdim
etdi. O, təsdiqləyirdi ki, belə bir addım böyük təlimati effekt verəcək. Lakin
sənədlə tanış olan Borman başqa bir ideya irəli sürdü: bəlkə yeganə bir Şərq kilsəsi
qurub yalnız ümumi bir din yaradaq? Yaradacağımız belə ümumi din müqavimət
hərəkatı üçün güclü mərkəzə çevrilməyəcəkmi?! Ən yaxşısı budur ki, hər xalq öz
Allahına ibadət etsin. Beləliklə, Hitler Rozenberqin yox, Bormanın təklifıni qəbul
etmişdi.
Bundan başqa, Hitler din xadimlərini (rahibləri) ümumiyyətlə sevmirdi.
Hərbçilərin çoxu isə yerli əhaliyə silah verməyin əleyhinə çıxış edirdilər. İşğal
edilmiş bölgələrdəki əhaliyə və əsir düşmüş insanlara münasibətdə Alfred
Rozenberq daha obyektiv mövqe tuta bilirdi. Bəs adı tez-tez hallanan Alfred
Rozenberq kim idi?
Alfred Rozenberq Pribaltika almanı idi və fanatikcəsinə antikommunist,
antisemit mövqedə dayanır və Nasist Partiyasının ideoloqu sayılırdı. (241, s.31) A.
Rozenberq məşhur “XX yüzilliyin mifı” əsərini yazmış və xristian dininə mənfi
münasibət bəsləyirdi. Digər nasional-sosialistlər kimi Rozenberq də protestant
kilsəsinə üstünlük verir və onu öz ideyalarının ifadəçisi sayırdı. (241, s.302) A.
Rozenberq bütün ölkələri və xalqları bolşeviklərə qarşı səlib yürüşünə çağırmaq
niyyətində idi. (372, s.422) Lakin Alfred Rozenberqin təşkilatçılıq bacarığı o qədər
də yüksək deyildi. (268, s.48) Alman-sovet müharibəsindən üç həftə sonra Hitler
Bormanın təklifı ilə Rozenberqi işğal edilmiş Şərq (sovet) torpaqlarının reyxsnaziri
təyin etdi. Bu təyinatın iki səbəbi vardı: birincisi, Rozenberq əslən pribaltikalı idi;
ikincisi, bu vəzifə Rozenberqə vəd olunub verilməyən Xarici İşlər naziri kürsüsünü
əvəz etməli idi.
1941-ci ilin iyulun 16-da almanların qələbəsi hiss olunduqda Hitler
keçirdiyi bir konfransda işğal bölgələrini bölmək planı ilə çıxış etdi. Məlum oldu
ki, barlı-bərəkətli Ukraynaya komissar Şərqi Prussiya qaulyayteri Erix Kox, Krıma
Alfred Froenfeld, Brandenburq Vilhelm isə Moskvaya, yaxud Belorusiyaya təyin
olunacaq, Rozenberqə isə Qafqaz komissarı vəzifəsi veriləcəkdir (lakin məlum
olduğu kimi Qafqazı sovetlərdən azad etmək mümkün olmadı).
Lakin Alfred Rozenberqin Bormanla münasibətinin yaxşı olmaması
həmişə ikincidən zərbələr almaqla nəticələnirdi. Rozenberq şikayətlənirdi ki,
sonuncu dəfə 1941-ci ildə Fürerlə təkbətək görüşmüşdür. 1942-ci ildə isə Hitler
onu üç dəfə qəbul etmiş və hər görüşdə Borman iştirak etmişdir. Həqiqətən də,
artıq Rozenberqə ciddi ehtiyac duyulmurdu, çünki Şərqdəki bölgələrə başqaları
nəzarət edirdi. Rozenberq ölümü ərəfəsində yazırdı: “Şərqdə yeni Avropa qaydaları
yaratmaq istəyirdim, lakin məsul vəzifələrdə olanlar Bormanın və Hitlerin təsiri
altında idilər. Hitler isə onlara qarşı çıxmırdı”. (312, s.316) Hitler özünün
idarəetmə qaydalarında Darvinin “Güclülər zəifləri əritməlidir” təbii prinsipinə
üstünlük verirdi.
İşğal edilmiş bölgələrə münasibətdə Rozenberqin fıkirlərini Göbbels də bu
və ya digər formada dəstəkləyirdi. Məsələn, Göbbels (baxmayaraq ki, onlar köhnə
rəqib idilər) uzun müddət Ukraynaya muxtariyyət verilməsi ideyasını dəstəkləyirdi.
Bununla əlaqədar o, Şərq bölgələrindəki yerli əhalinin ümumi rəğbətini qazanmaq
üçün xüsusi planını təklif edirdi. Lakin bu plan da qəbul edilmədi, çünki Hitler
məğlublarla barışığa getmək istəmirdi. Onun fikrincə, onları yalnız zorla
köçürmək, qovmaq, paylamaq, məhv etmək lazımdır. Sonradan işğal
bölgələrindəki köklü xalqların bəzilərinə alman vətəndaşlığı verilməsi təklifı də
səsləndi. Dansiq qaulyayteri Albert Forsterin məlumatına görə, irq nəzəriyyəsində
nüfuzu olan professor Qyunter Şərqi Prussiyaya səkkizgünlük səfəri zamanı belə
qənaətə gəlib ki, polyaklar alman vətəndaşlığını almağa layiqdirlər. İrqi
yüksəltmək üçün isə əvvəlcədən müəyyən rayonlarda SS-in xüsusi bölmələrini
yerləşdirmək lazımdır. Lakin həm Hitler, həm də Borman belə “qan qarışığına”
qarşı çıxırdılar. Avropada “250 milyonluq Alman” dövləti yaratmaq istəyən Hitler
işğal etdiyi bölgələrdə xalqları hər şeydən məhrum etmək istəyirdi: həm torpaqdan,
həm də azadlıqdan.
Belə olduqda, Rozenberq Pribaltikaya müəyyən məhdudiyyətlərlə
muxtariyyət verilməsi layihəsini təqdim etdi. Borman Rozenberqin layihəsinə
kəskin etirazını bildirdi və göstərdi ki, o heç zaman “Pribaltika Birləşmiş
Ştatları”nın yaradılmasına imkan verməyəcək. Bundan əlavə, bütün bu torpaqlar
üçüncü reyxin ayrılmaz tərkib hissələridir.
Bormanın bu mövqeyinə baxmayaraq Himmler gizlicə eston və latışları
SS hissələrinə cəlb etdi. Himmler bu fikirdə idi: əgər vuruşmaq və həlak olmaq
lazımdırsa, onda bunun irqi ayrı-seçkiliyə aidiyyatı yoxdur. (312, s.369) Eyni
zamanda Himmler tərkibində əlli minə qədər ukraynalı, qazax, tatar və başqa
millətlərin nümayəndələri olan bir neçə tabur yaratdı. SS reyxsfüreri göstərirdi ki,
partizanlara qarşı mübarizə aparmaq üçün onun hissələri kifayət sayda deyildir.
Artıq bu zaman Vermaxtda könüllü dəstələrin – “xivi”lərin yaradılması razılığına
gəlmişdi.
Getdikcə daha çox könüllülər – “xivi”lər alman hərbi hissələrinə xidmətə
cəlb edilirdilər. Yalnız bir piyada diviziyasının təchizat xidmətinə 700-ə qədər
“könüllü köməkçilər” gətirilmişdi. 79-cu piyada diviziyası komandirinin əmri ilə
azad olunmuş hərbi əsirlərə diviziyanın təchizat işinin yarıdan çoxu tapşırılmışdı.
Bundan əlavə bir piyada alayı və könüllü-hərbi əsirlərdən sayı yüzdən ibarət olan
bir minatəmizləyən bölük formalaşdırmalı idi. Burada 10 alman kadr zabiti də
çalışırdı. Hərbi hissələrin tərkibinə daxil olan könüllülər aşağıdakı göstəricilərini
qeyd etməli idilər: ad və familiyasını, anadan olma tarixini, sonuncu yaşayış yerini
və şəxsi əşyalarını. Hər bir “könüllü” alman əsgəri qədər pay alır, sonradan isə
rəsmi şəkildə ona pul və əlavə güzəştlər verilirdi.
İlkin vaxtlarda köməkçi vəzifələrə daxil edilən bəzi “xivi”lər tədricən
mühafizə dəstələrinə keçirilir, alman döyüş hissələrində silah alıb müharibədə
döyüşürdülər. Alman hərbi hissələrində “könüllü xivi”lərin sayı da getdikcə artırdı.
Məsələn, 1942-ci ildə piyada diviziyasında 10708 alman şəxsi heyəti olduğu halda,
könüllülərin sayı 2005 nəfər idi.
Quru qoşunlardan əlavə, könüllülər Silahlı Qüvvələrin digər sahələrinə də
cəlb edilirdilər. “Könüllülər” Almaniyanın Hərbi-Hava Qüvvələrində də texniki
işlərə cəlb olunurdular. Hərbi-Dəniz Qüvvələrində, zenit və artilleriya hissələrində
də çoxlu sayda “xivi”lər vardı. Müharibə illərində Vermaxtın formasını geyinmiş
sovet vətəndaşları alman ordusu ilə birgə əksər ölkələrdəki döyüşlərdə iştirak
etmişdilər. Bu məsafə Norveçdən başlamış Şimali Afrikaya qədərki böyük bir
ərazini əhatə edirdi. (254, s.6) 1945-ci ilin fevralına olan məlumata görə Alman
ordusundakı “xivi”lərin sayı belə idi: quru qoşun hissələrində 600 min, Hərbi-Hava
Qüvvələrində 50 mindən 60 minə qədər, 15 minə qədərisə kriqsmarində. (254, s.6)
Arxa cəbhə rayonlarında mühafizə dəstələrinin çatışmadığını nəzərə alıb
general-leytenant Paulyusun 1942-ci ilin yanvarın 9-da verdiyi əmrə əsasən yerli
sakinlərdən, könüllülərdən kömək və sovet hökumətinə düşmən münasibətdə
olanlardan köməkçi mühafizə hissələri yaratmaq planlaşdırıldı. Qeyd edək ki,
çoxsaylı mühafizə və əkspartizan qrupları Vermaxtın yerli komandirləri tərəfindən
yaradılırdı. (1, s.6) 1942-ci ilin yazında alman ordularının yerləşdiyi arxa
rayonlarda çoxlu sayda köməkçi hissələr formalaşırdı. Onların funksiyasına
aşağıdakılar daxil idi: dəmiryolu stansiyalarının, körpülərin, maşın yollarının, hərbi
əsir düşərgələrinin və digər obyektlərin qorunması.
Belə könüllü birliklər “Şimal” ordu qruplarında “Yerli döyüş birlikləri”
“Mərkəz” ordu qruplarında “Xidmət qaydası”, “Cənub” ordu qruplarında isə -
“Köməkçi mühafizə dəstələri” adlanırdı. (254, s.6)
Sovet partizanlarının fəaliyyəti gücləndikcə almanlar yerli əhalidən və
hərbi əsirlərdən təşkil edilmiş mühafizə hissələrinin sayını artırırdılar. 1942-ci ilin
iyununda diviziya qərargahlarında könüllülərdən ibarət əkspartizan bölükləri
yaradılmağa başlandı. Yaradılan kiçik köməkçi polis hissələri bölük və taburlara
daxil edilir, standart paltarlar geyinir, alman zabitlərinin rəhbərliyi altında hazırlıq
keçib tam döyüş birliklərinə çevrilirdilər. Belə hissələr obyektlərin qorunmasında,
həm də partizan rayonlarında cəza əməliyyatlarının keçirilməsində iştirak edirdilər.
Alman hərbi hissələrinin və birliklərinin qərargahları nəzdində çox sayda olmayan,
qırıcı yaxud ovçu dəstələri yaradılır, onlar avtomat silahla təchiz olunur və partizan
dəstələrini axtarıb məhv etməyə göndərilirdi. Belə dəstələrə daha etibarlı və yaxşı
hazırlıqlı döyüşçülər daxil edilirdi. (254, s.7)
1942-ci ilın sonlarında Şərq cəbhəsində olan hər bir alman diviziyasının
tərkibində bir, yaxud iki şərq bölüyü, taburu vardı. (254, s.7) Bundan əlavə, arxa
rayonlardakı ordu hissələrinin sərəncamında bir neçə şərq taburları, mühafizə
diviziyalarının tərkibində isə şərq süvari diviziyaları və eskadronları vardı. (254, s.
7)
Şərq taburlarının çoxu standart nömrələr daşıyırdı: 601-621; 626-630;
632-650; 653, 564, 656, 661-669; 674, 675 və 681. Digər batalyonlar isə ordu
nömrələri (510, 516, 517, 561, 581, 582), korpuslarda (308, 406, 412, 427, 432,
439, 441, 446-448, 456) və diviziyalarda (207, 229, 263, 268, 281, 285); 1943-cü
ilin iyun ayında alman komandanlığının məlumatına görə 78 şərq taburu, 1 alay və
122 ayrıca bölük (mühafizə, qırıcı, təsərrüfat və s.) yaradılmışdı ki, buradakı
adamların sayı 80 min idi. (254, s.7)
Könüllülərdən təşkil olunan hərbi hissələrin sayının bəzi mənbələrdə 180
olduğu göstərilirdi. (348) Bu hissələrdən 75-i rus, 216-sı kuban, don və terek
kazakları, Türküstan və Tatarıstan (Tatarıstan və Krım tatarları) - 42, gürcülərdən -
11, Şimali Qafqaz xalqlarından-12, azərbaycanlılardan - 13, ermənilərdən - 8 hissə
yaradılmışdı. 1945-ci ilin 24 yanvarına olan məlumata görə taburlardakı könüllülər
milli mənsubiyyətlərinə görə belə bölünmüşdülər: latışlar - 104 min, litvalılar -
36.800, azərbaycanlılar - 36500, gürcülər - 19000, Şimali Qafqaz xalqları -15 000,
tatar (Tatariya)-12500, Krım tatarları -10 000, estonlar -10 000, ermənilər - 7000,
kalmıklar - 5000. Rusların sayı haqqında məlumatı admiral Denikin “hökuməti”
belə açıqlayırdı: 1945-ci ilin mayın 20-nə olan məlumata görə 599-cu rus
briqadasında - 13 000, 600-cüdə 12 000, 650-cidə 18 000 vardı. (348) Qeyd edək
ki, bu rəqəmlər yalnız döyüşdə iştirak edənlərin göstəricisidir. Almanların tərəfındə
isə əsirlikdə olanların sayı 4-5 milyona qədər idi.
Hər bir taburun tərkibində 3-4 atıcı bölük vardı və hər bölükdə 100-200
nəfər təmsil olunurdu. (1, s.7) Eyni zamanda aşağıdakı taqımlar təşkil edilmişdi:
idarə, minomyot, tankəleyhinə, artilleriya. Bu taqımlar bölük qərargahının
tərkibinə daxil idi. Silahlanma qaydası belə idi: 76,2 mm-lik çaplı 2-4 silah (2-4
çaplı 76,2 mm), 45 mm-lik çaplı 2-4 tankəleyhinə top, 2-4 tabur və 4-12 rota
minamyotları, dəzgah və əl pulemyotları, tüfəng və avtomatlar. Tabur və bölüklərə
komandirliyi alman zabitləri edirdi. Komandir müavinliyinə isə sabiq Qızıl Ordu
zabitləri və ya mühacir-zabitlər təyin edilirdi. Çox nadir hallarda eskadron və bölük
komandirliyinə qeyri-almanlar gətirilirdi. (254, s. 8)
“Mərkəz” Ordu qrupları komandanlığı 1942-ci ilin iyunun 1-də
Bobruyskda tərkibində iki – “Berezina” və “Dnepr” (sentyabrdan isə 601 və 602-ci
şərq taburları) olan və ümumi sayı 1000-dən çox əsgər və zabiti birləşdirən 1-ci
könüllü Şərq alayını yaratdı. Alman zabitlərinə bu alayı formalaşdırmaqda
mühacir-zabitlər kömək edirdilər. İyunun 20-də Bobruyskda daha bir ehtiyat tabur
da yaradıldı. (254, s.8) Bundan başqa orada “Prilyat” şərq taburunu (604-cü),
süvari eskadronu və bir neçə artilleriya taburu yaradıldı. Alayın ehtiyatında bir
zabit məktəbi də fəaliyyət göstərirdi. Başqa şərq taburlarından fərqli olaraq
“Berezina”, “Dnepr” və “Prilyat” taburlarının komanda tərkibi keçmiş sovet
zabitlərindən idi və alman heyəti alayın və taburun qərargahında əlaqələndirici və
təlimatçı olaraq fəaliyyətdə idilər. (254, s.8)
Şərq cəbhəsindəki ordu qruplarının və ordu hissələrinin fəaliyyətini
koordinasiya etmək üçün xüsusi təyinatlı şərq qoşunları komandirlərinin
qərargahları yaradılmağa başladı. Ümumilikdə 701-704, 709-712, 721, 741 saylı
11 briqada qərargahı və 750-755 saylı 6 alay qərargahı yaradıldı. Qərargah
nəzdində qərargah zabiti vəzifəsi təsis olundu və onlar şərq qoşunlarının döyüşə
hazırlığı ilə məşğul olurdular. Qərargah zabiti vəzifəsinə keçmiş Qızıl Ordu
komandirləri təyin olunurdular. Onlar şərq taburlarının inam və etibarına nəzarətdə
komandirlərə kömək göstərir, eyni zamanda təbliğatın qurulmasına, şəxsi heyətin
ideya və döyüş hazırlığının yüksəldilməsinə cavabdeh idilər. (254, s.8)
Alman komandanlığı yerli köməkçi dəstələrdən işğal edilmiş ərazilərdə
əvvəlcə mühafızə dəstələri olaraq istifadə edirdi. Alman komandanlığı belə
birliklərdən yalnız sakit rayonlarda faydalanmağa çalışsa da, yerlərdə vəziyyətin
mürəkkəbləşməsi ilə həmin qüvvələri partizanlar əleyhinə mübarizəyə
istiqamətləndirməyə məcbur oldu. (254, s.9) Belə birliklər partizanlara qarşı
mübarizədə almanlara böyükköməklik göstərirdilər. Belə ki, yerləri yaxşı
tanıdıqlarına və dil bildiklərinə görə alman hissələri ilə müqayisədə bu dəstələrin
təsiri böyük idi.
Bəzi hallarda isə almanlar məcburiyyət qarşısında qalıb bir neçə şərq
taburlarını cəbhəyə göndərirdilər. Qeyd edək ki, belə taburlar hərdən sovet
təbliğatının təsirinə düşüb Qızıl Ordusu tərəfınə keçirdilər. Məsələn, 1943-cü ilin
rəsmi sovet məlumatına əsasən 14 min silahlı rus əsgəri sovet partizanları ilə
birləşməyə üstünlük vermişdi. 1943-cü ilin fevralında Vitebskə göndərilən 825-ci
Volqa-Tatar taburunun legionerləri 800-dən çox alman zabitini güllələyib
partizanlar tərəfə keçmişdilər. 1943-cü ilin sentyabrın 13-də Obolon rayonu
ərazisində də 2 alman ordusu tərkibində olan Türküstan taburu da alman zabitlərini
öldürüb Sovet ordu hissələrinə qatılmışdılar. 1943-cü ilin sentyabrında isə Kursk
döyüşünün nəticələri müzakirə edilərkən Hitler məğlubiyyətin başlıca səbəbini
könüllü hissələrin “satqınlığı”nda görmüş və demişdi: “Bu mənə bəsdir. Əmr
edirəm ki, bütün hissələri tərksilah edib, bu dəstələri Fransanın şaxtalarına
göndərin”. (348)
Lakin alman komandanlığı nümayəndələri Hitleri bu sərt qərardan
çəkindirə bilmiş və təklif etmişdilər ki, həmin taburları ikinci dərəcəli döyüş
bölgələrinə keçirsinlər və yalnız şübhə doğuran hissələri tərksilah etsinlər. (254, s.
10)
Bu hadisələrdən sonra almanlar milli hissələri Şərq cəbhəsindən
uzaqlaşdırıb Avropanın işğal bölgələrinə göndərdilər. Ayrı-ayrı legion taburları
əsasən Fransanın cənubundakı Kastr və Mand şəhərlərində məskunlaşdılar.
Azərbaycanlılar Mand şəhərində qaldılar və Lion şəhərindəki 1-ci və 2-ci könüllü
kadr alaylarına birləşdilər.
Qərbdəki alman taburlarının şərq hissələri ilə əvəz edilməsi haqqındakı
qərar 1943-cü ilin sentyabrın 25-də verilmiş, oktyabr ayının 10-da isə şərq
hissələrinin Fransa, İtaliya və Balkanlara köçürülməsi əmri həyata keçirilmişdi.
(254, s.10) Həmin vaxtlarda 5-6 min könüllülər etibarsız adlandırılaraq tərksilah
edilmişdi.
Legionerlər pis silahlanmalarına baxmayaraq cəsarətlə döyüşdülər. Lakin
yaxşı silahlanmış müttəfıq qoşunları ilə müqayisədə onlar zəif döyüş qabiliyyətinə
malik idilər. Könüllülər ciddi müqavimət göstərsələr də, ya məhv edilir, ya da geri
çəkilirdilər. (254, s. 11)
Qərb cəbhəsində isə yaxşı silahlarla təchiz edilməmiş legion taburları
ingilis-amerikan qoşunları tərəfindən məhv edildi. Qərb cəbhəsindəki digər
taburları isə almanlar Noyhammerdəki tədris bölgəsinə topladılar. Burada
azərbaycanlılardan, gürcülərdən, ermənilərdən və şimali qafqazlılardan ibarət 12-ci
(Qafqaz) qırıcı - tankəleyhinə birlik yaratdılar. Həmin birlik sonradan Odel
cəbhəsində və Berlinin müdafiəsində iştirak etdilər (254, səh. 42).
1944-cü ilin 29 sentyabra olan məlumata görə Qərb bölgəsindəki şərq
taburlarının itkisi 8,4 min nəfər olmuşdu ki, onlardan 7,9 mini itkin düşmüşdü.
Şərq qoşunlarının belə aşağı döyüş qabiliyyətliliyinə görə Qərb Baş komandanlığı
qərargahının əmrinə əsasən həmin hissələr tərksilah olunub tikinti, istehkam
işlərinə göndərildi. (254, s.ll)
Bundan əlavə, 1941-ci ilin oktyabr-noyabrından başlayaraq 1942-ci ilin
martında Noyhammerdə xüsusi təyinatlı “Berqman” (“Dağlı”) Qafqaz taburu
yaradıldı. Taburun tərkibində təbliğat qrupu və beş atıcı bölük (1,4 və 5-ci gürcü,
2-ci şimali qafqaz, 3-cü azərbaycan) vardı. Taburun ümumi sayı 1200-ə çatırdı və
onlardan 900-ü qafqazlı, 300-ü isə alman idi. Taburdakı legionerlərə yalnız yüngül
silahlar verilmişdi: əl pulemyotları, bölük minomyotları, tankəleyhinə silahlar və
alman istehsalı olan karabinlər. Taburun komandiri vəzifəsinə Könisberq
universitetinin professoru, “Şərq məsələləri üzrə” nüfuzlu mütəxəssis sayılan, kadr
zabiti ober-leytenant T. Oberiender təyin edilmişdi.
1942-ci ilin avqust-sentyabrında “Berqman” taburunun xüsusi hazırlanmış
dəstələri kəşfiyyat-təxribat aksiyaları aparmaq üçün paraşütlə Sovet Ordu
hissələrinin arxasına atıldı. Bu dəstələrdən biri - 10 alman və 15 qafqazlı Qroznının
neft istehsal edilən obyektlərini ələ keçirmək cəhdində olsa da, baş tutmadı. Belə
ki, həmin ilin sentyabr ayının 25-27-də alman qoşunlarının Qroznıya daxil
olmasının qarşısı alındı və həmin dəstə isə özləri ilə bir neçə yüz azərbaycanlı və
gürcülərdən ibarət Sovet ordusundan qaçan əsgərləri də götürüb geri döndülər.
1942-ci ilin sentyabrından “Berqman” taburu Mozdok-Nalçik-Mineral
sular rayonlarında sovet partizanlarına qarşı döyüşdülər. Həmin ilin oktyabrın 29-
dan isə taburu ön cəbhəyə döyüşə göndərdilər.
1943-44-cü illərdə “Berqman” taburu alman qoşunları ilə birgə
Perekopskda Krıma daxil olmağa çalışan Qırmızı Ordu hissələrinə qarşı
vuruşdular. Sonradan həmin hissələr Yunanıstan və Polşa ərazilərinə göndərildilər.
Məsələn, azərbaycanlılardan ibarət olan II tabur Polşada yerləşirdi və 1944-cü ilin
avqustunda Varşava üsyanının yatırılmasında iştirak etdilər.
1942-ci ilin yanvarında isə 1-ci (450-ci) “Türküstan legionu” taburu
formalaşmağa başladı ki, burada da müəyyən sayda azərbaycanlılar vardı. Taburun
yaradıcısı və birinci komandiri mayor A. Mayer-Mader idi. Mayor A. Mayer-
Mader Birinci Dünya müharibəsində kəşfiyyatçı olmuş, uzun illər Şərq ölkələrində
işləmiş və xüsusən Çində general Çan Kay Şinin hərbi məsləhətçisi olmuşdu. Türk
xalqlarının psixologiyasına və adət-ənələrinə yaxından bələd olan Mayor-Mader
müəyyən səbəblərə görə 1942-ci ilin avqustunda vəzifəsindən uzaqlaşdırıldı. O,
1943-cü ilin sonlarında SS rəhbərliyinə öz xidmətini təklif etdi və ona SS hissələri
tərkibində Türküstan alayı yaratmaq tapşırıldı. Yaradılan alayın bazası üzərində
“Yeni Türküstan” diviziyası formalaşdırmaq da nəzərdə tutulurdu ki, buraya
Türküstan və Volqa tatarları taburları ilə yanaşı 818-ci Azərbaycan taburu da daxil
idi. (255, s. 14)
1944-cü ilin martında Mayer-Maderin başçılıq etdiyi 1-ci SS Şərq-
Müsəlman alayı Qərbi Belorusiyanın Yuratişki şəhərinə göndərildi. Oradakı
döyüşlərdə Mayer-Mader müəmmalı şəkildə yoxa çıxdı. (Bəzi məlumatlarda
partizanların mühasirəsində öldüyü, digərində isə esesçilərin özü tərəfındən
gülləndiyi göstərilir). Mayer-Maderin ölümündən sonra SS tərkibindəki 1-ci Şərqi-
Müsəlman alayı olduqca zəiflədi və Billinqin komandir təyin edilməsi də
əhəmiyyətli təsir göstərmədi. (255, s. 14)
Türk və Qafqaz xalqlarına məxsus hərbi əsirlərin sayı getdikcə
artdığından daha bir Şərq legionlarını formalaşdırma mərkəzinı yaratmaq qərara
alındı. 1942-ci ilin mayında cəbhədə daha çox itkiyə məruz qalmış 162-ci piyada
diviziyasının bazasında belə bir mərkəz yaradıldı. Bundan əlavə, Poltava vilayəti
ərazisində yeni tədris düşərgəli mərkəzlər də yaradılmağa başlanıldı: Romnada
Türküstan legionu, Prilukda azərbaycan, Qadyaqda gürcü, Loxviçdə və
Mirqorodda erməni. Yaradılan Mərkəzdə qərargah rəisi vəzifəsinə albay (1942-ci
ilin sentyabrın 6-dan isə general-mayor) O. fon Nidermayer təyin edildi. General
mayor O. fon Nidermayer Almaniyada Rusiya və Müsəlman Şərqi üzrə ən yaxşı
mütəxəssislərdən sayılırdı. 1943-cü ilin mayına qədər isə Ukraynada Şərq
legionlarının əlavə 25 taburunu formalaşdırmaq mümkün oldu ki, onlardan 6-sı
azərbaycanlılardan təşkil edilmişdi. (Bir tabur 4-cü diviziyada, iki tabur 73-cüdə,
bir tabur 97-ci də, bir tabur 101-cidə, bir tabur 111-cidə). 1943-cü ilin mayında
Ukraynadakı şərq legionlarının formalaşması mərkəzi general-mayor fon
Nidermayerin komandanlığı altındakı 162-ci türk piyada diviziyasının təcrübə
bazasına çevrildi. Diviziya ikialaylı təşkilata malik idi (303-cü Türküstan və 314-
cü Azərbaycan alayı, artilleriya alayı, arxa hissələr və bölmələr) və şəxsi heyətin
50 faizini almanlar təşkil edirdi.
162-ci diviziya formalaşma prosesi başa çatdıqdan sonra 1943-cü ilin
sentyabrında əvvəlcə Sloveniyaya, sonradan isə İtaliyaya göndərildi və
müharibənin sonuna qədər mühafızə xidmətində, partizanlarla mübarizədə,
həmçinin amerikan-ingilis qoşunlarına qarşı döyüşlərdə iştirak etdilər. Diviziyaya
başçılıq edən fon Nidermayeri sonradan general-mayor R. fon Hayqendorf əvəz
etdi.
1944-cü ilin iyulunda isə Berlində SS qoşunları Baş qərargahının yanında
xüsusi olaraq şərq könüllü birlikləri ilə işləmək üçün Frits Arltın rəhbərliyi altında
III şöbə yaradıldı. Elə həmin vaxt Belorusiyada iki qafqaz polis taburunun (70 və
71-ci) əsasında SS şimali qafqaz və Qafqaz alayları formalaşmağa başladı. 1945-ci
ilin fevralında SS türk qafqaz birlikləri iki əsas etnik qrupa bölündü. Çünki
Himmlerin fıkrincə, bu qruplar gələcəkdə yeni legionların formalaşıb alaylara və
hətta diviziyaya çevrilməsi üçün baza olmalı idi.
1-ci şərqi-müsəlman alayı qalıqlarından və onlara birləşən bəzi qruplardan
isə sonradan SS tərkibində şərqi-türk birlikləri yaradıldı. 1945-ci ilin martında
azərbaycanlılardan ibarət döyüş qruppası da buraya birləşdirildi. Birliyin
komandiri vəzifəsinə Avstriya-macar ordusunun keçmiş zabiti olan, Birinci Dünya
müharibəsində Ənvər Paşanın hərbi məsləhətçisi və Yerusəlim müftisi yanında SS
Rabitə naziri kimi tanınıb İslam adını - Harun-əl Rəşidbəyi qəbul edən V.
Hinterzats idi. (255, s. 15)
Beləliklə, Şimali İtaliyada yerləşən azərbaycanlı, gürcü və şimali qafqazlı
döyüşçü qruplarından SS tərkibində, ümumi sayı 2500-dən ibarət olan “Qafqaz
döyüşçüləri Birliyi” yaradıldı. (Bu birlik həm də “Qafqaz süvari diviziyası”
adlanırdı). Diviziyanın müvəqqəti komandiri vəzifəsinə baltik almanı Toerman
təyin edilmişdi. Döyüş alaylarına isə əski mühacirlərdən olan gürcü knyazı P.
Çulukidze, azərbaycanlı albay İsrafil bəy İsrafilov və K. Ulaqay başçılıq edirdilər.
Onların hər biri SS ştandartenfürer vəzifəsini daşıyırdı.
Şimali İtaliyada SS Qafqaz birliklərindən başqa 6500-ə qədər qaçqın -
kişi, qadın və uşaq da yerləşirdi ki, onlara Qafqaz Milli Komitəsinin sədri Adıgey
knyazı general Sultan Keleq-Girey rəhbərlik edirdi.
Qeyd olunmalıdır ki, piyada qoşunlarının generalı Olbrixt tərəfindən
imzalanmış qərarda legionlar “öz vətənini bolşevizmdən azad etmək və əqidə
azadlığı uğrunda mübarizə aparanlar” adlandırılır, onları xarici legionlara aid
etmək barədə xəbərdarlıq edilirdi.
Bütün rəhbər vəzifələr Qızıl Ordudakı xidmət dərəcəsi və müddəti nəzərə
alınmadan yalnız “hərbi cəhətdən yararlılığa və hazırlığa görə müəyyənləşdirilməli
idi. Azsaylı xalqların nümayəndələrinin təhsil səviyyəsi kifayət qədər
olmadığından Legionovoda dəstə rəhbərləri (baş zabit) və taqım və bölük
rəhbərlərinin (zabit) təhsil alması üçün Şərq legionlarının zabit məktəbi yaradıldı.
(393, s. 48)
İlk vaxtlar legionerlərə xaki rəngli alman hərbi forması və dərəcə nişanları
vermək nəzərdə tutulmuşdu. Ancaq 1942-ci il 24 aprel tarixli qərarda bu məsələyə
yenidən qayıdıldı və seyimlərinin alman əsgərlərinin geyimi ilə fərqli olması
xüsusı qeyd edildi. Beləcə legionerlər alman hərbi formasını qazandılar və ruslar,
ukraynalılar, beloruslardan fərqli olaraq kazaklar kimi alman rütbə nişanları
daşımaq hüququ əldə etdilər. Onların rütbə göstəricisi olan ənənəvi döş nişan və
baftaların çiyin nişanları və ulduzları tamamilə fərqli idi. Legionlarda müvəqqəti
qrup rəhbərləri, taqım və bölük rəhbərləri hərbi dərəcəsinə görə deyil, hərbi
mövqeyinə görə seçilirdi. Hər hansı bir çatışmayan cəhətə görə vəzifədən
uzaqlaşdırılanda onlar nişanlarını da təhvil vermək idilər.
Alman zabitləri bütün legionerlərin rəisi idilər, alman leytenantları isə
bölük başçısı idilər. 1942-ci il 24 aprel qərarı ilə bölük və vzvod rəhbəri və ya onun
müvəqqəti icraçısı olan legionçular kiçik alman zabiti hesab edilə bilərdilər (393, s.
49).
Doğrudur, belə qruplar təşkil edilə və lazım olduqda istənilən həcmə
qədər böyüdülə, batalyon sıralarında qala və heç vaxt cəbhəyə göndərilməyə
bilərdilər. Hitlerin bu qadağanı tezliklə bir qədər dəyişdirildi və 1942-ci ilin
avqustunda təkrarən verildi. Həmin qərara əsasən, Orta Asiyadan, Yuxarı Volqa
ərazilərindən, Zaqafqaziya və Krımdan olan etnik, dil, dini, mədəni, siyasi
cəhətdən fərqləri nəzərə alınmaqla Qızıl Ordunun müharibə əsirləri “Türk xalqları”
adı altında birgə döyüşçülər kimi qəbul edilirdi. Görünür, Vermaxtın uğurlu
hücumları və hər iki türk generalı Ərdən və Ərdilətin xidmətləri təsirini
göstərmişdi.
Məhz bu cür təşəbbüslər Hitlerin hüsn-rəğbətınə səbəb olurdu və o, öz
nitqində “günahsız müsəlmanları - yəni həqiqi türkləri” Sovet İttifaqının etibarlı
antibolşevik xalqı hesab edirdi. (393, s. 50) Legionlar təşkil olunarkən onlara
verilən rütbələr və fərqləndirici əlamətlər də xüsusi əhəmiyyət kəsb edirdi. Belə
ki, Şərq legionlarında hərbi rütbələr və işarələr haqqında olan 2380 saylı əmr 1942-
ci ilin iyunun 2-də verildi. Həmin əmrin əsasında daşıdığı vəzifəyə müvafiq olaraq
8 rütbə müəyyənləşdirildi: legioner, manqa komandirinin müavini, manqa
komandiri, taqım komandirinin müavini, taqım komandiri, bölük komandirinin
müavini, bolük komandiri, tabur komandiri.
Zabit vəzifəsini göstərən rütbələr paqonda nazik gümüşü xətlə verilirdi.
Yaxalığın rəngləri də legionları fərqləndirirdi: açıq-göy türküstanlılara, yaşıl
qafqazlılara, moruğu gürcülərə, boz rəng isə ermənilərə aid idi.
Şərq legionlarının digər fərqli işarələri qola bağlanan sarğılar idi. Bu
haqda olan müvafıq əmr 1944-cü ilin iyulun 1-də verilmişdi.
1943-cü ilin mayın 29-da Baş Qərargahın təşkilat şöbəsinin 14124 saylı
əmri ilə rəngli nişanlar boz, lakin rəngli xətlərlə əvəz olundu. Belə ki, türküstanlılar
üçün açıq-göy, azərbaycanlılar üçün yaşıl, gürcülər üçün moruğu, ermənilər üçün
sarı, şimali qafqazlılar üçün qəhvəyi rəng müəyyənləşdirildi. (255, s. 18)
Bununla əlaqədar tutduğu vəzifəsindən asılı olmayaraq şəxslərin əvvəlki
rütbələri olduğu kimi saxlanıldı: könüllü, yefreytor, unter-zabit, feldfebel,
leytenant, ober-leytenant, kapitan, mayor, podpolkovnik, albay. 1943-cü ilin
dekabrından isə bu sıraya üç general rütbəsi əlavə olundu: general-mayor, general-
leytenant və general.
1944-cü ilin fevralın 20-də könüllü birləşmələr generalının və Baş
Qərargahın təşkilat şöbəsinin həmin ilin martın 14-də olan əmrinə əsasən şərq
hissələrinin heyətinə Vermaxtda qəbul edilmiş bütün geyimlərdən istifadəyə icazə
verildi. Burada fərqləndirici yeganə əlamət legionerlərin qoluna bağlanan işarələr
idi. Şərq legionlarının müxtəlif hissələrində milli rəmzlərin əksi olan bayraqlardan
da istifadəyə icazə verilsə də, Vermaxta məxsusluğu göstərilirdi. Şərq legionlarının
hissələrində ilkin təlim keçən könüllülər polşalılara, hollandlara, fransızlara,
çexoslovaklara məxsus geyimlərdən də istifadə edirdilər. Belə hallarda onlar
qollarına üstündə “Alman vermaxtının xidmətində” sözləri yazılmış ağ sarğı
bağlayırdılar.
1944-cü ilin yayında yaradılmış SS tərkibindəki türk və qafqaz
hissələrində olan legionerləri digərlərindən fərqləndirən sol qollarına bağladıqları
sarğıdakı haşiyəli qartal nişanı idi. Bəzi hallarda isə SS qafqaz hissələrinin əsgər və
polislərinin papaqlarında alman döyüşçü jandarmasının emblemi olan çələngdə
qartal nişanı da vurulurdu. (255, s. 20)
SS qafqaz döyüşçü birlikləri qollarına xüsusi sarğılar bağlamasalar da,
paltarlarının yaxalıqlarında Qafqaz xəncər və qılıncı əks olunurdu.
Beləliklə, müharibənin ilk aylarında almanlara əsir düşən və könüllü
olaraq keçən sovet vətəndaşları ayrı-ayrı döyüş hissələrində sovet dövlətinə,
mövcud bolşevik rejiminə qarşı mübarizəyə başladılar.
Dostları ilə paylaş: |