NƏSĠman yaqublu


II BÖLÜM    SSRĠ DÖVLƏTĠNĠN MÜHARĠBƏ TƏHLÜKƏSĠNĠ YARATMASI



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   2   3   4   5   6   7   8   9   ...   17

II BÖLÜM 
 
SSRĠ DÖVLƏTĠNĠN MÜHARĠBƏ TƏHLÜKƏSĠNĠ YARATMASI. 
STALĠNĠN MÜHARĠBƏYƏ HAZIRLIQ PLANI 
 
Şübhəsiz  ki,  İkinci  Dünya  hərbi  ilə  bağlı  çoxlu  araşdırmalara,  dərin  və 
məzmunlu  təhlillərə,  birtərəfli  faktlara  əsaslanmayan,  hadisəni  bütün  genişliyi  və 
obyektivliyi ilə əhatə edən tədqiqatlara ehtiyac vardır. 
Uzun  illər  boyu  sovet  mənbələrində  müharibənin  başlıca  günahkarı  olaraq 
Almaniya  dövləti,  Hitler  göstərilmişdir.  Bu,  həqiqətənmi  belədir?  İkinci  Dünya 

hərbinin başlanmasında, müharibə təhlükəsinin yaradılmasında Sovet dövlətinin və 
Stalinin günahı olubmu? 
Qeyd  edək  ki,  Sovet  dövləti  mövcudluğunun  ilk  illərindən  müharibə 
təhlükəsinin yaranmasında, onun Avropa və digər dünya dövlətlərinə yayılmasında 
maraqlı  olmuşdur.  İki  sistem  (kapitalist  və  sosialist)  arasında  gərginliyin 
artmasında  SSRİ dövləti daima  öz  maraqlarından  çıxış edərək dünyada  müharibə 
təhlükəsinin  mövcudluğuna  və  qalmasına  şərait  yaratmışdır.  Bu  faktların  təsdiqi 
yalnız  qərb  dövlətlərində  son  illərdə  nəşr  edilən  kitablarda  deyil,  eləcə  Leninin, 
Stalinin  əsərlərində,  çıxışlarında,  Sov.  İKP  Mk-nın  plenumlarının  və 
qurultaylarının materiallarında rats gəlmək mümkündür. 
1989-cu  ildə  Brüsseldə  Viktor  Suvorov  adlı  bir  müəllifin  “Buzqıran”  adlı 
maraqlı  kitabı  nəşr  edildi.  Sovet  dövlətində  peşəkar  kəşfiyyatçı  olub,  sonradan 
xaricə getmiş V. Suvorovun bu kitabı qərb oxucularının ciddi marağına səbəb oldu. 
Elə bu marağın nəticəsi idi ki, “Buzqıran” kitabı 18 dəfə yenidən nəşr edildi. İkinci 
Dünya  müharibəsinə  və  Sovet  dövlətinin  siyasətinə  tamamilə  yeni  mövqedən 
yanaşan müəllif oxuculara məlum olmayan faktları açıqlayırdı. 
İkinci  Dünya  müharibəsini  hansı  dövlət  başladı?  Sovet  hökümətinin  bu 
suala  cavabı  müxtəlif  illərdə  ayrı-ayrı  ifadələrdə  əksini  tapmışdır.  1939-cu  ilin 
sentyabrın 18-də Sovet höküməti rəsmi olaraq müharibənin başlanmasında Polşanı 
günahlandırdı.  1939-cu ilin 30 noyabrında  isə  Stalin  “Pravda” qəzetində  daha  bir 
neçə “günahkarı” sadaladı: “İngiltərə və Fransa hazırkı müharibənin məsuliyyətini 
öz üzərinə götürərək Almaniyaya hücum etmişdir”. (320) 
1941-ci  ilin  mayın  5-də  isə  məzunlarla  görüşdəki  çıxışında  Stalin  daha  bir 
günahkarın  da  adını  çəkdi:  Almaniya.  Sovet  Ordusunun  tanınmış  tarixçilərindən 
olan, general-leytenant P.A. Jilin  sonralar  yazırdı:  “Müharibənin  günahkarı  yalnız 
alman imperialistləri deyildi, eləcə də bütün dünya idi”. (278) 
I Dünya müharibəsindən sonra Versal Sülh Müqaviləsinin şərtlərinə əsasən, 
Almaniya  dövləti  məğlub  edilmiş  və  böyük  təzminatlar  qarşısında  qalmışdı. 
Almaniya dövlətinə böyük sayda ordu saxlamaq qadağan edilmişdi. 
Belə şəraitdə Almaniya dövlətinə ilkin kömək edən Sovet höküməti – Stalin 
oldu. Stalin öz ölkəsinin ərazisində alman zabitlərinin tanklarla, ağır artilleriya və 
döyüş  təyyarələrində  məşq  etməsinə,  hazırlıq  kurslarına  şərait  yaratdı.  Məhz 
Stalinin əmri ilə alman zabitlərinə tədris sinifləri, döyüş meydanları,a tıcılıq yerləri 
ayrıldı.  Stalinin  göstərişi  ilə  alman  zabitləri  dünyada  ən  nəhəng  tank  zavodlarına 
buraxıldı. (334, s.12) 
Stalinin  bu  hərəkətləri  sülh  şərtlərinə  uyğun  gəlmirdi.  Onun  alman 
zabitlərinə,  ordu  mütəxəssislərinə  belə  şərait  yaratması  alman  militarizminin 
güclənməsinə səbəb olurdu. 
Sovet  İttifaqı  isə  mövcudluğunun  ilk  illərindən  müharibə  təhlükəsi 
yaratmaqda  idi.  Əslində,  Versal  Sülh  Müqaviləsinin  şərtlərini  kobudcasına  pozan 

Sovet  höküməti  müstəqil  dövlətlərin  (Azərbaycanın,  Gürcüstanın,  Ukraynanın  və 
b.) ərazilərini işğal etmiş, orada kommunist rejimi yaratmışdı. 
Sovet  İttifaqının  yaradıcılarından  olan  V.İ.  Lenin  Stalindən  də  qabaq  öz 
çıxışlarında  yeni  müharibələrə  hazırlaşmağın  vacibliyini  bildirirdi:  “Biz 
müharibənin  bir  sahəsini  qurtardıq,  ikinciyə  hazırlaşmalıyıq”.  (334,  s.  22)  V.İ. 
Lenin  Sovet  dövlətinin  Hərbi  kommunizm  siyasətinə  (NEP  siyasəti)  başlamasını 
həm də bununla izah edirdi. 
SSRİ-nin yaradılması ilə bağlı verilən bəyannamədə isə Ümumdünya Sovet 
Sosialist Respublikalarının vacibliyinə toxunulurdu və bildirilirdi ki, bütün dünya 
SSRİ  tərkibinə  daxil  olmayana  qədər  sayı  artırmaq  lazımdır.  Əslində,  bu 
bəyannamə  ilə  Hitlerin  “Mənim  mübarizəm”  kitabı  arasında  çox  oxşarlıq  vardır. 
Çünki, bu bəyannamə digər  dövlətlərə açıq müharibə elan edirdi. Bundan əvvəl isə 
Lenin Sovetlər ölkəsi üzərinə hərbi hücum təhlükəsinin aradan qalxmadığını belə 
bildirirdi:  “  yadda  saxlamaq  lazımdır  ki,  bizə  hər  zaman  və  hər  cür  hücum  edilə 
bilər”. (187, s.338) 
Şübhəsiz  ki,  bu  illərdə  Sovet  ölkəsinin  daxili  vəziyyəti  ağır  idi.  Aparılan 
müharibələr  nəticəsində  ölkənin  xalq  təsərrüfatı,  sənayesi  dağılmışdı.  Taxıl  və 
ərzaq çatışmazlığı, aclıq hər yanı bürümüşdü. Hərbi kommunizm siyasəti isə yeni 
şəraitə  uyğun  gəlmirdi.  Sovet  dövlətinin  zorla  işğal  etdiyi  respublikalarda  isə 
bolşevik rejimi əleyhinə üsyanlar, müqavimət hərəkatı genişlənirdi. 
1922-ci  ildə  İtaliyanın  Genuya  şəhərində  Sovet  Rusiyası  və  Almaniya  da 
daxil olmaqla bütün Avropa dövlətlərinin iqtisadi və maliyyə konfransını çağırmaq 
qərarına gəldilər. (187, s.359) Qeyd edək ki, konfransda Birinci Dünya hərbi başa 
çatdıqdan  sonra  “Versal-Vaşinqton”  sülh  sistemi  ilə  beynəlxalq  münasibətlər 
sisteminin  hərbi  siyasi  tərəflərini  formalaşdıran  böyük  dövlətlər  Avropanın  həll 
olunmamış maliyyə iqtisadi problemləri ilə məşğul olmağa girişdilər. (149, s.263-
264) 
Konfransda  Antanta  ölkələri  ilə  Almaniya  arasında  kəskin  ziddiyyət 
yarandı.  Almaniya  Versal  müqaviləsi  üzrə  onun  üzərinə  qoyulmuş  təzminat 
tədiyələrini  yüngülləşdirməyə  çalışırdı.  Lakin  Antanta  ölkələri  Almaniyaya 
inanmırdılar.  Və  maraqlı  idi  ki,  Almaniya  yenidən  dünya  bazarına  daxil  olur,  öz 
mallarını  digər  ölkələrə  nisbətən  xeyli  ucuz  satırdı.  Belə  şəraitdə,  konfransda  
Sovet  Rusiyası  Almaniyanı  müdafiə  edən  yeganə  dövlət  oldu.  Alman  hakim 
dairələri isə belə qənaətə gəldilər ki, Sovet Rusiyası ilə yaxınlaşmaq Almaniyanın 
mövqeyini  möhkəmlədər,  Antantanın  bəzi  güzəştlərə  getməsinə  nail  olmaqda 
kömək edər və Rusiya ilə ticarət üçün geniş imkanlar verər. (187, s. 360). 
Bu  qarşılıqlı  yaxınlaşma  şəraitində  Genuyanın  yaxınlığındakı  Rapalloda 
sovet-alman  müqaviləsi  imzalandı.  Sovet  Rusiyası  ilə  Almaniya  bir-birinə  olan 
tələblərdən  Versal  müqaviləsi  üzrə  Rusiyaya  verilmiş  olan  təzminat  tələbi 
hüququndan,  köhnə  borcların  verilməsindən,  milliləşdirilmiş  mülkiyyətin  əvəzi 
verilməsindən qarşılıqlı surətdə imtina etdilər. (187, s. 360). 

Maraqlıdır  ki,  bu  müqaviləni  bağlamaqda  Sovet  höküməti  dövlətlər 
arasındakı ziddiyyətləri daha da kəskinləşdirdi. 
Sovet  İttifaqının  apardığı  beynəlxalq  siyasət  sülh  uğrunda,  qarşılıqlı  və 
işgüzar  sazişlər  uğrunda  mübarizəyə  yönəlmirdi.  Lenin  öz  çıxışlarında  tez-tez 
xatırladırdı  ki,  dünya  proletariatının  qələbəsinin  ləngiməsinə  qətiyyən  imkan 
vermək olmaz.  Çünki,  kapitalist  ölkələrində  antaponist ziddiyyətlər  mövcuddur. 
Bu ziddiyyətlər dərinləşdikcə proletariatın qələbəsini mümkün edəcək. V. İ. Lenin 
yazırdı: “Dünya mübarizəsinin nə kimi qəti nəticə verəcəyi haqqında heç bir şübhə 
ola  bilməz.  Bu  mənada  sosializmin  qəti  qələbəsi  tamamilə  və  şübhəsiz  təmin 
olunmuşdur”. (284, s. 517) 
Göründüyü  kimi,  hələ  Leninin  fikirlərində  dünyaya  hegemonluq  iddiaları 
qəti olaraq səslənməkdə idi. 
1924-cü ilin iyun-iyul aylarında Moskvada Kominternin 5-ci konqresi oldu. 
(187,  s.  390).  4-cü  Konqreslə  5-ci  Konqres  arasındakı  dövrdə  Qərbi  Avropa  
ölkələrində  sinfi  döyüşlər  fəhlələrin  məğlubiyyəti  ilə  qurtarmışdı.  Odur  ki, 
beynəlxalq  şəraiti  təhlil  etmək  əsasında  Kominternin  5-ci  Konqresi  kommunist 
partiyalarının  yeni  şəraitdə  mübarizə  taktikasını  hazırladı.  Kapitalist  ölkələrinin 
kommunist  partiyalarını  bolşevikləşdirmək  başlıca  vəzifələrdən  biri  oldu.  (4,  s. 
391) 
Konqresdə  proletar  diktaturası  uğrunda  mübarizənin  qələbəsi  üçün  bütün 
ölkələrin fəhlə kütlələrinin birliyini təmin etmək məqsədi ilə vahid cəbhə taktikası 
əsas olaraq qaldı. 
Beləliklə, Sovet İttifaqı dünyada hegemonluq yaratmaq ideyası və əməli ilə 
əslində beynəlxalq gərginliyi daha da artırırdı. Sovet İttifaqının bu sahədə ən çox 
bəhrələndiyi  bir  taktika  vardı:  guya  bütün  dövlətlərdəki  fəhlələrin  birliyini  təmin 
edən  Komintern  ciddi  təhlil  olunduqda,  Kominternin  Sovet  dövlətinin  əlində  öz 
hegemonluğunu  reallaşdırmaq  üçün  istifadə  etdiyi  bir  vasitə  olduğu 
görünməkdədir. Kominternin adı ilə Sovet İttifaqı öz məkrli və hiyləgər siyasətini 
məharətlə həyata keçirirdi. 
Sovet  İttifaqı  Kominterndən  öz  məqsədlərinə  uyğun  faydalanır,  lazım 
gəldikdə isə imtina etməyi bacarırdı. Məsələn, 1937-ci ilin repressiyalarında SSRİ-
də  gedən  məhkəmə  proseslərində  iştirak  etmək  üçün  İkinci  İnternasionalın 
rəhbərləri Madlena Pazın təşəbbüsü ilə çıxış etsələr də, Stalin buna razılıq vermədi. 
(197,  s.155)  Stalinə  özünün  qondardığı  məhkəmələrdəki  haqsızlığı  kimlərinsə 
görüb şahidlik etməsi sərf etmirdi. O, qanlı əməllərini həyata keçirmək üçün qapalı 
məhkəmələrə, 15-20 dəqiqəliyə oxunan “ölüm hökm”lərinə üstünlük verirdi. 
Qeyd  edək  ki,  həmin  dövrdə  onun  adı  ilə  bağlı  gedən  və  məhv  edilən 
insanların acı taleyinə  dözə bilməyən  L. Trotski təhlükəsizliyinin təmin olunması 
şərti ilə Stalini açıq mühakiməyə çağırdı. Lakin Stalin Trotskinin bu təklifini qəbul 
etmədi. 

Sovet  İttifaqı 1926-30-cu illərdə  də  özünütəcrid siyasətini  davam etdirirdi. 
Bu siyasəti isə belə əsaslandırırdı: “Bütün ölkələrin imperialistləri Sovet İttifaqının 
möhkəmlənməsini  və  inkişaf  etməsini  kapitalizm  sistemi  üçün  təhlükə  hesab 
edirdilər.  Kapitalist  dövlətləri  ilə  SSRİ  arasında  münasibtlər  gərgin  vəziyyətdə 
qalmaqda idi”. (187, s. 404) 
Belə  şəraitdə  Sovet  İttifaqı  Almaniya  ilə  münasibətlərini  hər  vasitə  ilə 
qorumağa  və  ondan  Avropada  gərginlik  yaradan    bir  ocaq  kimi  istifadə  etməyə 
çalışırdı.  Bununla  əlaqədar qərb dövlətlərinin  –  İngiltərənin, Fransanın, İtaliya  və 
Belçikanın  1925-ci  ildə  Lokarnada  imzaladığı  saziş  Sovet  İttifaqını  ciddi  narahat 
etdi.  Sovet  İttifaqı  atılan  bu  addımı  antisovet  blokunun  yaranması  kimi 
qiymətləndirdi.  Bu  narahatçılığın  nəticəsi  olaraq  1926-cı  ildə  SSRİ  ilə  Almaniya 
arasında bitərəflik müqaviləsi imzalandı. (187, s.405) 
Qeyd edək ki, Sovet İttifaqının Almaniyada 1923-cü ildəki çevriliş cəhdləri 
də  boşa  çıxmışdı.  Sovet  dövlətinin  rəhbərliyi  çevrilişin  vaxtını  1923-cü  ilin 
noyabrın  9-na  təyin  etsə  də,  bu,  baş  tutmadı.  Çevrilişin  planı  isə  Moskvada 
hazırlanıb təsdiqlənmişdi. 
Stalinin  şəxsi  katibi  Boris  Bajanov  yazırdı  ki,  Almaniya  inqilabına  böyük 
miqdarda vəsait ayrılmışdı. Sonradan isə qərar alındı ki, ümumiyyətlə, istəniləndən 
də  çox  vəsait  ayrılsın.  Sovet  İttifaqında  yaşayan  bütün  alman  mənşəli 
kommunistlər bu işə səfərbər edilmişdi. Onları xüusi olaraq hazırlayıb Almaniyaya 
gizli  fəaliyyətə  göndərirdilər.  Sovet  dövlətinin  rəhbərliyində  təmsil  olunan  Xalq 
Komissarlar  Soveti  sədrinin  müavini  V.Şmidt,  Unşlixt,  Radek,  Pyatakov  və 
başqaları bu işə cəlb edilmişdilər. (334, s.25) 
Sovet  dövlətinin  Almaniyada  səlahiyyətli  nümayəndəsi  Ksretinski  çox 
güclü  və  gizli  casusluq  şəbəkəsi  yaratmışdı.  Almaniyada  Sovet  nümayəndəliyi 
inqilabi çevrilişin  mərkəzinə  çevrilmişdi.  Səlahiyyətli  nümayəndəliyin  vasitəsi ilə  
Moskva  Almaniyaya  müxtəlif  ədəbiyyatlar,  silahlar,  döyüş  ləvazimatları 
göndərirdi.  (334,  s.  25)      Çevrilişin  baş  tutmamasının  çox  səbəbləri  olsa  da,  bir 
problem xüsusi vurğulanırdı. Almaniyadakı xalq kütləsi kommunistlərin arxasınca 
getmədi, sosial-demokratları müdafiə etdilər. 
Bu məğlubiyyətdən sonra Stalin 1927-ci ilin noyabrında belə bir şüarla çıxış 
etdi: “Sosial-demokratların axırına çıxmasaq, kapitalizmlə qurtara bilmərik”. (321) 
Beləliklə, Stalin sosial-demokratları öz  məkrli planının  həyata  keçməsində 
başlıca maneə kimi görürdü. 
Sovet  İttifaqı  Avropada  böhranın,  aclığın,  ümumilikdə  gərginliyin 
artmasında  maraqlı  idi.  Belə  hallarda  o,  yaranmış  gərgin  şəraitdən  və 
ziddiyyətlərdən istifadə edə bilirdi. 1928-ci ilin avqustunda Moskvada Kommunist 
İnternasionalının  6-cı  Konqresi  keçirildi.    Konqresdə  dünya  iqtisadi  böhranının 
artmasına işarə edilərək bildirildi: “Böhranın qarşısını almaq imkanını kapitalistlər 
müstəmləkələrin  yenidən  bölüşdürülməsi  üstündə  yeni  müharibələrdə  və  SSRİ 
əleyhinə müharibədə görürdülər”. (187, s.429) 

Əsl həqiqətdə bu, Sovet dövlətinin uydurması idi. Əslində, Sovet dövlətinin 
öz  daxilində  mövcud  kommunist  rejiminə  qarşı  silahlı  üsyanlar,  müqavimət 
hərəkatları davam edirdi. 
6-cı  Konqresdə    daha  bir  məsələyə  toxunuldu:  SSRİ-ni  müdafiə  etməli, 
müstəmləkə  xalqlarının  imperialist  köləliyinə  qarşı  üsyanlarına  kömək  etməli, 
xüsusən Çin inqilabına yardım göstərməli. (187, s.429) 
Göründüyü  kimi,  Sovet  dövləti  konqresin  işindən  öz  siyasəti  üçün 
faydalanırdı. 
Konqresin qərarları dünyada gərginliyin daha da artırılmasına xidmət edirdi: 
“Beynəlxalq  kommunist  hərəkatının  möhkəmlənməsi,  kommunist  partiyalarının 
leninçi  birliyinin  möhkəmlənməsi,  kütlələrin  kapitalizmlə  mübarizə  üçün 
səfərbərliyə alınması”. (187, s. 429) 
1929-1932-ci  illərdə  Sovet  İttifaqı  beynəlxalq  vəziyyətin  gərginləşməsi 
istiqamətində  bir  şüara  da  üstünlük  verirdi:  Sosializm  quruluşunun  kapitalizm 
quruluşundan üstün olması!”  (187, s.438) “Sovet  İttifaqı Kommunist Partiyasının 
tarixi”  kitabında  bu  fikir  belə  açıqlanırdı:  “İrticaçı  kapitalist  dairələrində 
müdaxiləçilik əhval-ruhiyyələri yenidən canlandı, SSRİ-də sosializm qurulucuğuna 
mane olmaq, birinci beşillik planın yerinə  yetirilməsini pozmaq səyi qüvvətləndi. 
Sovet  İttifaqına  qarşı  müharibəyə  başlamağa  cürət  etməyən  imperialistlər  SSRİ 
xalq  təsərrüfatında  ziyançılığın  təşkil  olunmasına  kömək  edir,  böhtan 
kampaniyasını  genişləndirirlər.  Roma  Papasının  başçılığı  ilə  ruhanilərin  etdiyi 
antisovet  çıxışın  ardınca,  guya  Sovet  İttifaqının  təbliğ  etdiyi  dempinq  münasibəti 
ilə kinli təbliğat başlandı. Sonra guya SSRİ-də icbari əmək tətbiq edildiyi haqqında 
qondarma  əfsanə  işə  salındı.  Sovet  ölkəsinə  qarşı  yağdırılan  böhtanın  həddi  yox 
idi.  Bir  çox  kapitalist  ölkələrinin  (ABŞ,  Fransa,  Polşa,  Belçika)  hakim  dairələri 
antisovet  təbliğatından  sovet  ixracını  azaltmaq  üçün  istifadə  edirdilər.  Sovetlər 
ölkəsinə qarşı əsl iqtisadi müharibə aparılırdı”. (187, s. 462) 
Sovet  dövləti  azad  yaşayış  sistemindən  və  demokratik  dövlət 
quruculuğundan  uzaqda  dayanıb  yalnız  ölkələrlə  münasibətlərin  gərginləşməsini 
daha  önə  çəkirdi.  Bəlkə  elə  buna  görə  idi  ki,    Stalinin  çıxışlarında  Avropanın 
müharibəyə cəlb edilməsinə üstünlük verilirdi. Stalin göstərirdi ki, belə vəziyyətdə 
rəqiblər didişib, bir-birini haldan salıb yorulacaqlar. Onda biz Qızıl Ordunun bütün 
gücünü götürəcəyik. 
Bu  illərdə  Sovet  İttifaqı  güclü  silah  istehsal  edir,  hərbi  gücünü  artırırdı. 
Əslində  Sovet  dövləti  müharibəyə  hazırlıq  planını  müvafiq  qaydada  davam 
etdirirdi.  Belə  ki,  1933-cü  ildə  alman  albayı  Heyne  Quderian  Xarkovdakı 
lokomotivqurma  zavodunda  olarkən  öyrəndi  ki,  burada  parovozdan  başqa  tanklar 
da istehsal edirlər. Zavodda hər gündə 22 tank istehsal olunurdu. (334, s.31) 
1933-1937-ci  illərdə  beynəlxalq  şəraitdə  bir  sıra  səciyyəvi  xüsusiyyətlər 
yarandı.  Belə  ki,  SSRİ-də  sosializmin  tam  qələbəsi  başa  çatması  elan  edildi, 
Almaniyada  faşist  diktaturası  quruldu.  Sovet  dövləti  ilə  ABŞ  arasında  rəsmi 

münasibətlər  yarandı.  1933-cü  ilin  yanvarında  isə  Hitler  kommunistlərə  amansız 
divan tutub çoxlarını məhv etdi. 
1935-ci  ildə  isə  İtaliya  dövləti  Həbəşistanı  zəbt  etmək  üçün  müharibəyə 
başladı.  1936-cı  ildə  Almaniya  və  İtaliya  İspaniyada  vətəndaş  müharibəsini 
alovlandırdı. (187, s. 474) 
1936-cı  ildə  Almaniya  ilə  Yaponiya  “Antikomintern  müqaviləsi”  deyilən 
müqavilə  bağladılar  və  bir  ildən  sonra  İtaliya  da  ona  qoşuldu.  Əslində  bu,  üç 
təcavüzkarın bloku idi. Hitlerçilər kommunizm əleyhinə “səlib yürüşü”nə çağırmaq 
pərdəsi  altında,  dünyanı  yenidən  bölüşdürmək  məqsədi  ilə  dünya  müharibəsinə 
hazırlıq görürdülər”. (187, s.474) 
1933-cü  ildə  Sovet  İttifaqı  Millətlər  Cəmiyyətinə  daxil  oldu.  Lakin  bu 
təşkilatdan  da  SSRİ  dövləti  öz  məqsədləri  üçün  istifadəyə  çalışdı.  Bununla  bağlı 
Sovet  dövlətinin  planı  belə  açıqlanırdı:  “Az  sonra  SSRİ  Millətlər  Cəmiyyətinə 
daxil  olmaq  dəvətini  aldı  və  Sovet  hğküməti  Millətlər  Cəmiyyətindən  təcavüzə 
qarşı mübarizə üçün, mükəmməl bir alət olmasa da, hər halda bir alət kimi istifadə 
etmək məqsədi ilə bu dəvətə razılıq verdi”. (187, s.475) 
Sovet  İttifaqının  digər  ölkələrin  kommunist  partiyaları  ilə  birlikdə  ümumi 
cəbhə yaratmaq ideyası tam olaraq dəstəklənmirdi. Çünki o dövrdə fəhlələrin çoxu 
sosial-demokratiyanın ardınca gedirdi. 
Maraqlıdır  ki,  sovet  tarixi  dərsliklərində  və  kitablarında  faşizmin 
yaranmasında  əsas  günahkar  olaraq  Almaniyada  sağ  sosial-demokratiyanın 
başçıları  göstərilirdi.  Guya  onlar  kommunistlərlə  əməkdaşlıqdan  boyun  qaçıraraq 
fəhlələrin  birliyini  pozdular.  Və  onların  xain  taktikası  faşist  diktaturasının  əmələ 
gəlməsinə  çox kömək etdi.  (187, s.476) Qeyd edək ki,  sonrakı dövrdə  sağ alman 
sosial-demokratiyası  başçıları  öz  partiyasını  saxlamaq  ümidində  olsalar  da,  lakin 
fəaliyyətləri qadağan edildi. 
Bu şəraitdə 1935-ci ilin yayında Kommunist İnternasionalının 7-ci Konqresi 
toplandı.  Konqresin  işində  başlıca  məsələ  faşizm  və  yeni  müharibə  hazırlığı 
əleyhinə mübarizə məsələsi idi. (187, s.478) Konqres proletar birliyi zəminində elə 
geniş antifaşist xalq cəbhəsi yaratmaq irəli sürdü ki, həmin cəbhədə kəndlilər, xırda 
burjuaziya  vəz  iyalılar  fəhlə  sinfinin  ətrafında  birləşsin.  Konqres  bütün  xalqları 
təcavüzə  qarşı,  imperialist  zülmünə  qarşı,  istiqlaliyyəti  uğrunda  mübarizə  aparan 
ölkələrə  yardım etmək üçün öz  qüvvələrini səfərbərliyə  almağa  çağırırdı.  (187, s. 
478) 
Göründüyü  ki,  Sovet  dövləti  Komintern  kürsüsündən  məharətlə  istifadə 
edib,  hələ  müharibə  başlamazdan  xeyli  əvvəl  Almaniyadakı  vəziyyəti 
gərginləşdirirdi. Sovet İttifaqının zorla işğal altında saxladığı milli respublikalarda 
isə  qanlı  terror  rejimi  yaradılır,  minlərlə  insan  məhv  edilirdi.  Lakin  Almaniya  və 
digər  dövlətlər  Sovet  İttifaqına  qarşı  hər  hansı  bir  “komintern”  yaradıb  müharibə 
gərginliyini artırmırdı. 

Bəzi  Qərb  tədqiqatçıları  haqlı  olaraq  yazırlar  ki,  Hitleri  Stalin  yaratdı. 
Stalinlə ciddi mübarizə aparan L. Trotski 1936-cı ildə yazırdı ki, Stalinsiz Hitler də 
olmazdı, Gestapo da olmazdı. 
Hitlerin 
hakimiyyətə 
gəlməsi 
ərəfəsində 
stalinçilər-kommunistlər 
fikirləşirdilər ki,  əgər Hitler hakimiyyəti ələ  keçirərsə, onda  fəhlələr onu süpürüb 
atacaqlar. Aparıcı kommunistlərdən olan Remmel Rexstaqda deyirdi: “Qoy Hitler 
hakimiyyətə  gəlsin,  o,  tezliklə  bankrot  olacaq  və  bizim  dövrümüz  başlayacaq”. 
(207, s. 202) 
Stalinçi-kommunistlər  Hitlerin  hakimiyyətə  gəlməsinə,  əslində,  şərait 
yaradırdılar.  Məgər  Hitlerin  hakimiyyətə  gəlməsinə  razı  olan  fəhlə  sinfi  onu  qısa 
zamanda devirə bilərdimi? Bu, mümkün deyildi. Buna oxşar vəziyyət İtaliyada da 
baş verdi. Mussolini də İtaliyada hakimiyyətə gəldi və faşizm rejimi uzunmüddətli 
qalmaqda  davam  etdi.  Kommunist  Remmel  isə  Rexstaqdakı  çıxışında  bu  fikirləri 
əsaslandırırdı:  “Biz  sabahkı  günün  qalibləriyik.  Biz  Hitlerin  hakimiyyəti  ələ 
keçirməsindən narahat deyilik”. (207, s.203) 
Maraqlı idi ki, Stalin Hitlerə ciddi rəqib kimi də baxmırdı. Bu dövrdə Hitler 
açıq  şəkildə  bildirirdi  ki,  o,  bolşevizmi  məhv  edib  Şərqi  ələ  keçirmək  
niyyətindədir. Stalin onun sözlərini üsyançı bir şəxsin fikirləri olaraq qəbul edirdi. 
Bu  dövrdə  Stalin  səhv  edərək,  başlıca  qərb  rəqibi  rolunda  Fransanı  görürdü. 
Mancuriyanı yenicə işğal etmiş Yaponiyadan isə ehtiyatlanırdı. (207, s.217) Stalin 
düşünürdü  ki,  Almaniyanı  yenidən  silahlandırmaq  cəhdində  olan  Hitler  tezliklə 
Fransa  ilə  ziddiyyət  aparacaq  və  bununla  Fransa  SSRİ-yə  qarşı  düşmən 
münasibətindən  uzaqlaşacaq.  Təsadüfi  deyildi  ki,  Stalinin  əlində  silah  olan 
Komintern  ikimənalı  şəkildə  alman  kommunistlərini  Hitlerin  Versal  əleyhinə 
mübarizəsini dəstəkləməyə həvəsləndirirdi. (207, s.217) 
Stalin  fikirləşirdi  ki,  bu  kampaniya  Hitleri  Qərbin  bolşeviklərə  qarşı 
apardığı  səlib  yürüşünə  başçılıq  etməsindən  çəkindirəcək.  Əslində,  nə  Fransa,  nə 
də  Yaponiya  tərəfindən    SSRİ-yə  qarşı  müharibə  təhlükəsi  reallaşa  bilməzdi. 
Bununla  bağlı  L.Trotski  yazırdı:  “Heç  bir  normal  burjua  parlament  höküməti 
hazırkı şəraitdə Sovet İttifaqına qarşı müharibəyə cəhd göstərməz. Belə cəhd ölkə 
daxilində saysız problemlər ortaya çıxarır”. (207, s.217) 
Beləliklə, Stalin Hitlerin Almaniyada hakimiyyəti ələ keçirməsində maraqlı 
idi və o, bununla SSRİ-ni müharibə təhlükəsindən yayındırmaq istəyirdi. Halbuki, 
bu illərdə Sovet İttifaqı dünyanın ən güclü hərbi dayağı olaraq qalırdı. 
Stalinin Avropada müharibə təhlükəsi yaratmağına onun bir zaman silahdaşı 
olmuş L. Trotski tez-tez toxunurdu. Fransa təslim edilərkən, demək olar ki, bütün 
Avropa Hitlerin hərbi maşınının ağırlığı altında qalarkən L. Trotski yazırdı: “II və 
III internasionallar... aldatdılar və fəhlə sinfini ruhdan saldılar. Beşillik demokratik 
dövlətlərin  və  kollektiv  təhlükəsizlioyin  xeyrinə  olan  təbliğatdan  və  Stalinin 
qəflətən Hitler düşərgəinə keçməsindən sonra fransız fəhlə sinfi çaş-baş qaldı. İndi 
SSRİ  uçurum  qarşısındadır.  Şərqi  Avropada  Stalinin  əldə  etdiyi  ərazi  üstünlüyü 

Hitlerin  əldə  etdiyi  güc  və  ehtiyatla  müqayisədə  azdır  və  o,  bundan  Sovet 
hökümətinin əleyhinə istifadə edir”. (207, s.488) 
Stalin  Hitleri  müdafiə  edirdi.  Almaniya  Kommunist  Partiyasının  qadağan 
edilməsinə  baxmayaraq,  Stalin  buna  heç  reaksiyada  vermədi.  O,  nəinki  etirazını 
bildirmədi,  əksinə,  SSRİ-nin  səlahiyyətli  nümayəndələrinin  (Litvinov,  Krestinski, 
Molotov) vasitəsi ilə nasist rejiminin ilk aylarından Sovet siyasətinin  Almaniyaya 
münasibətinin  dəyişməyəcəyini  bildirirdi.  Bundan  əlavə,  Almaniya  höküməti  
məqamlarına  Sovet  dövlətinin  Almaniya  dövləti  ilə  1926-cı  ildə  bağladığı  
neytrallıq müqaviləsinin vaxtını uzatmaq fikrində olduğunu çatdırırdı. 
1934-cü  ilin  yanvarında  Ümumrusoya  Kommunist  (b)  Partiyasının  16-cı 
Qurultayında çıxış edən Stalin deyirdi: “Əlbəttə, biz Almaniyada faşizm rejiminin 
mövcudluğundan  vəcdə  gəlməkdən  uzağıq.  Lakin,  iş  burda  faşixmdə  deyildir, 
çünki,  məsələn,  İtaliyada  faşizm  bu  ölkə  ilə  münasibətləri  yaxşılaşdırmağa  mane 
olmadı”. (207, s. 562) 
Bir müddətdən sonra Sovet dövləti artıq Almaniyanın 1938-ci ilin martında 
Avstriyanı  zəbt  etdiyini  görüb  kollektiv  tədbirlərdə  iştiraka  hazırlığı  haqqında 
bəyanat  verdi.  Lakin,  Qərb  dövlətləri  Sovet  dövlətinin  bu  bəyanatını  ciddi  qəbul 
etmədilər. Burada müxtəlif səbəblər olsa da, bir səbəb də Sovet dövlətinin sürətlə 
silahlanma siyasəti ilə verilən bəyanatın məzmun uyğunsuzluğu idi. 
Çünki, Stalin Rusiya ilə Almaniya arasında uzunmüddətli hərbi əməkdaşlıq 
edib gücünü artırırdı. Məsələn, 1934-cü ildə ordudakı əsgərlərin sayı 562 mindən 
940 minə qaldırıldığı halda, 1935-ci ildə bu rəqəm 1 milyon 300 minə çatdı. Quru 
qoşunlarının  və  Hərbi  Dəniz  Qüvvələrinin  büdcəsi  1933-cü  ildə  1  milyard  420 
milyon  rubl  olduğu  halda,  1938-ci  ildəb  u  rəqəm  23  milyard  200  milyon  rubla 
qədər artırıldı. 1940-cı ildə isə hərbi məsrəflərə ayrılan vəsait ikiqat olaraq çoxaldı. 
Müdafiə  sənayesinin  xammalla  özünütəmini  artırıldı:  Uralda  yeni  hərbi  zavodlar 
tikildi.  Hərbçilərin  maaşının  artırılması,  müxtəlif  güzəştlərin  ayrılması  çoxlarının 
hərbi tədris müəssisələrinə marağını artırdı. (207, s. 568) İkinci Dünya müharibəsi 
təhlükəısini  yaratmaqda  günahkar  sayılan  Stalinin  və  Hitlerin  istər  xarakter 
baxımından,  istərsə  diktatorluq  xüsusiyyətləri  ölçüsündən  oxşar  cəhətləri  çox  idi. 
Məsələn,  1934-cü  ildə  hər  iki  diktator  millətin  birliyinə  nail  olunması  haqqında 
müraciətlə çıxış etdilər. Çünki, hər iki cəmiyyətdə müxalifət, demək olar ki, məhv 
edilmişdi və yox idi. Hər iki rejim baş verən istənilən hadisəyə şübhə ilə yanaşırdı. 
İstər Sovet İttifaqında, istərsə də Almaniyada təhlükəsizlik xidmətinin güclü 
aparatı  fəaliyyət  göstərirdi.  Stalin  daha  çox  terrora,  Hitler  isə  təbliğata  üstünlük 
verirdi. Hər iki ölkədə dövlətin sükanı arxasında partiya əsas güc olaraq dayanırdı. 
Eyni  zamanda,  hər  iki  ölkədə  partiya  həmkarları,  gənclər  təşkilatını  (Komsomol, 
“Hitler Yuqend”) birləşdirirdi. (207, s. 574) 
Almaniyada  “Hitler  Yuqend”  (Hitler  Gənclər  İttifaqı)  nasist  partiyası 
tərəfindən 1926-cı ildə Baldur fon Şirakın rəhbərliyi ilə yaradıldı. 1936-cı ildə 10 
yaşından 18 yaşına  qədər olan bütün gənclər (qızlar və  oğlanlar)  məcburi şəkildə 

“Hitler  Yuqend”ə  qəbul  edilirdilər.  Təşkilatın  rəhbərliyi  birbaşa  Hitlerə  tabe  idi, 
fəaliyyəti isə NSDAP  tərəfindən maliyyələşirdi. (207, s. 574) 
Sovet  İttifaqında  isə  komsomol  (Kommunist  Gənclər  İttifaqı)  1917-ci  ildə 
Petroqradda  yaradıldı  və  1918-ci  ildə  isə  ilk  qurultayı  keçirildi.  Komsomol 
kollektivləşmədə,  beşillik  planın  yerinə  yetirilməsində  Kommunist  Partiyasının 
dayaöı kimi başlıca rol oynadı. 1931-ci ildə isə sayı üç milyon olan komsomolun 
sıraları genişlənib 1936-cı  ildə  dörd milyona  çatdı.  1939-cu ildə  isə  komsomolun 
sıralarında  9  milyon  gənc  vardı.  Nasist  rejimində  olduğu  kimi,  kommunist 
rejimində də komsomola daxilolma (əvvəl oktyabryat, sonra pioner, daha sonra isə 
komsomol)  məcburi idi.  Bununla  bağlı M. Ə. Rəzulzadə  komsomolu  “hökümətin 
kapkanı” (tələsi) adlandırırdı. 
Həm  sovet  dövlətində,  həm  Almaniyada  həmkarlar  öz  başlıca 
əhəmiyyətlərini  itirmişdilər.  Sovet  dövlətindəki  Həmkarlar  fəhlələrin  maraqlarını 
ifadə  etmək, əmək  şəraitini  yaxşılaşdırmaq, onların tələblərini ödəmək  funksiyası 
ilə  yox,  daha  çox  fəhlələrin  rəislərin  əmrini  yerinə  yetirməsinə  nəzarət  edirdilər. 
əmək intizamını müşahidə edir, əməyin məhsuldarlığının artırılmasına çalışırdılar. 
Almaniyada  isə  həmkarlar  təşkilatı  buraxılmış  və  onların  əmlakı  Alman 
əmək  Cəbhəsinə  verilmişdi.  Bütün fəhlələri  və  işçiləri 25 milyon olan bu  nəhəng 
təşkilata üzv yazılmağa  məcbur edirdilər. (207, s.576) 
Hitler və  Stalin  yaratdıqları rejimin hər vasitə ilə  mədəniyyət  və  incəsənət  
xadimləri  tərəfindən  müdafisəinə  çalışırdılar.  1933-cü  ilin  mayında  teatr 
direktorlarının  yığıncağında  Göbbels  bildirdi  ki,  “mədəni  həyatın  bütün 
hadisələləri  düşünülmüş  siyasi-ideoloji  təbliğat”la  əlaqəli  olmalıdır  və  “bu 
sahəədki  bütün  yəhudi-liberal”  istiqamətlər  kökündən  dəyişməlidir.  (207,  s.577)  
Məhz  bu  siyasətin  yürüdülməsindən  sonra  Almaniyanın  tanınmış  yazıçıları, 
şairləri, bəstəkarları, alimləri təqiblərə məruz qaldı, çoxları isə ölkəni tərk etdi. 
Eyni vəziyyət Sovet dövlətində də yaradılmışdı. Ədəbiyyat, incəsənət, teatr 
dövlətin  siyasətinin  ifadəçisinə  çevrilmişdi.  Yaradılan  PYİA-nı  (Proletar 
Yazıçıların  İnqilabi  Assosiasiyası)  Buxarın  inqilabi  avanqardçılığın  qurbanları 
adlandırırdı.  1934-cü  ildə  Stalin  M.  Qorkinin  irəli  sürdüyü  “Sosializm  realizmi” 
prinsipini  dəstəklədiyini  bildirdi.  Həmin  prinsipə  görə  “Sovet  insanlarının 
xarakterinin  təsviri  bütün  ədəbiyyat,  dramaturgiya  və  incəsənət  növlərində  əksini 
tapmalı”  və  xoşbəxt  gələcəyə  inanan  müsbət  qəhrəman  obrazı  yaradılmalıdır. 
Əslində  həm  Stalin,  həm  də  Hitler  öz  hakimiyyətlərini  möhkəmləndirmək  üçün 
mədəniyyət sahəsindən və incəsənət, ədəbiyyat adamlarından, onların əsərlərindən 
məharətlə bəhrələnirdilər. 
İngilis  tarixçisi  Alan  Bullok  yazır  ki,  ideologiya  (sözün  geniş  mənasında 
baxışlar  və  inamlar  sistemi)  hər  bir  siyasi  partiyada  vardır.  Stalinin  və  Hitlerin 
ideoloji rejimlərini bir xüsusiyyət fərqləndirirdi: bu baxışlar sistemi hər bir ölkənin 
vətəndaşı üçün vacib idi və ondan uzaqlaşmaq həqiqi mənada cinayət sayılırdı. 

Kommunist və nasist ideyaları arasında çox paralellər aparmaq mümkündür. 
Məsələn, Hitler rejimində “irq”, “burjuaziya, yəhudi” anlayışları tez-tez səsləndiyi 
halda, Stalin rejimində “xalq, proletariat, qolçomaq” sözləri az səslənmirdi. 
Stalin  və  Hitler  aldadıcı,  lakin  populist  şüarlara  daha  çox  üstünlük 
verirdilər.  Stalin  “bir  ölkədə  sosializmin  qurulub  kapitalist  ölkələri  üzərində 
qələbəsi”ndən  danışırdısa,  Hitler  alman  xalqı  üçün  təhqiredici  Versal  sülhü 
şərtlərinin ləğvi vacibliyini bildirirdi. 
Stalin  sinfi  mübarizəyə  üstünlük  verir,  ölkədə  təmizləmə  aparır,  fəhlə-
kəndlilərə,  proletariata  üstünlük  verirdi,  (ilk  illərdə  ziyalı  təbəqəsi  heç 
xatırlanmırdı) kütləvi qırğınlar törədirdi. 
Hitler  isə  “irqi  təmizləmə”  istiqamətində  mübarizə  aparır,  çoxlu  insanları 
qətlə yetirirdi. 
Stalin  sağlığında  “marksizm-leninizm”dən  məharətlə  istifadə  edir, 
məqsədini  həyata  keçirirdi.  Ölkədə  isə  Stalini  “ata”,  “rəhbər”  obrazında  təbliğ 
edirdilər. 
Eyni  situasiya  Almaniyada  təkrarlanırdı.  Nasist  partiyasının  əksər  üzvləri 
“bizim ideologiyamız – Adolf Hitlerdir” deyirdilər. 
Beləliklə,  Sovet  dövlətinin  20-30-cu  illərdəki  siyasəti  sözdə  müharibə 
əleyhinə olsa da, əməldə, fəaliyyətdə bu təhlükəni yaradırdı. 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin