IX BÖLÜM
1943-CÜ ĠLDƏ BERLĠNDƏ MĠLLĠ AZƏRBAYCAN
QURULTAYININ KEÇĠRĠLMƏSĠ. QURULTAYIN QƏBUL ETDĠYĠ
QƏRARLAR
1943-cü ilin noyabrın 6-da Almaniyanın Berlin şəhərindəki “Kayserof”
mehmanxanasında Milli Azərbaycan Qurultayı keçirildi. (8) Azərbaycan Milli
Qurultayının keçirilməsində əsas təşəbbüskar Ə. F. Düdənginski idi. Belə ki, o,
Almaniyadakı müxtəlif azərbaycanlı qurumların nümayəndələrilə danışıqlardan
sonra, həmin qrupların birləşdirilib vahid orqan yaradılması ideyasını Vermaxt
qərargahında irəli sürür və bu fikir qəbul edilir. (Qeyd edək ki, həmin vaxt
Almaniyada Milli Azərbaycan Komitəsi, Gənc Azərbaycanın Millətçilər Qrupu və
digər qruplar vardı). SSRİ-yə və bolşevizmə qarşı yönələcək bu birləşmədən
Almaniya dövləti də öz maraqlarına uyğun faydalanmaq istəyirdi. Bu məqsədlə
də Almaniya hökuməti Azərbaycan Milli Qurultayının keçirilməsinə şərait yaratdı.
Avropanın müxtəlif ölkələrindən dəvət olunmuş azərbaycanlılar, cəbhələrdən,
döyüş bölgələrindən gələn əsgər və zabitlər, qonaqlar Milli Azərbaycan
Qurultayının keçirildiyi ilk günü salona toplaşmışdılar. Mehmanxana salonu çoxlu
sayda adamlarla dolmuşdu. Salon üçrəngli milli Azərbaycan və Almaniya
bayraqları ilə bəzədilmişdi. Qurultaya Berlindən gəlmiş nümayəndə Tuqay bəy
ayağa qalxaraq ağsaqqallardan birinin tədbiri açmasını xahiş etdi. Sürəkli alqışlar
altında tanınmış Azərbaycan hərbçisi, bir zamanlar Gəncə üsyanına başçılıq etmiş
Cahangir bəy Kazımoğlu kürsüyə qalxıb Milli Azərbaycan Qurultayını açıq elan
etdi. Cahangir bəy öz çıxışında qurultayın milli istiqlal tarixində oynadığı mühüm
rol və əhəmiyyətini qeyd etdikdən sonra, tədbirin çağırışına təşəbbüs edən
vətəndaşlarımıza və milli məsələlərimizin həllinə imkan yaradan dost almanlara
toplantıdakılar adından təşəkkürünü bildirərək dedi: “Yurddaşlarım! Azərbaycanın
azadlığı və istiqlalı uğrunda bundan 23 il əvvəl bolşevik istilaçılarına qarşı
mübarizəyə girən və mübarək vətənin hər qarış torpağını qanı ilə boyayan Milli
Azərbaycan Ordusunun köhnə bir zabiti olaraq mən, o ordunun davamçıları olan
qəhrəman legionerlərimizin nümayəndələrini salamlamaqdan böyük bir zövq
duyuram. Azərbaycan xalqı bir çox dəfələr öz milli hüququnu silah ilə müdafiə
etmək məcburiyyətində qalmışdır. Cavad xanın milli istiqlal uğrundakı qəhrəman
mübarizəsi, bolşevizmə qarşı edilən Gəncə, Şəki, Zaqatala, Qarabağ üsyanları və
digər bir çox silahlı çıxışlar azadlıq yolunda aparılan bu mübarizələrin parlaq
nümunələridir. Bu gün də bizim qəhrəman legionerlərimiz, Böyük Almaniyanın
müzəffər ordusu ilə çiyin-çiyinə, yalnız öz istiqlaliyyəti üçün deyil, eyni zamanda
bəşər mədəniyyətinin mühafizəsi üçün mübarizə edirlər. Bolşevizmə qarşı
mübarizə hər millətin müqəddəs borcudur və biz azərbaycanlılar bu borcumuzu
yerinə yetirməkdən böyük bir xoşbəxtlik hiss edirik.
Vətəndaşlar! Hərb qəti bir mərhələyə girir və biz, millətlərin taleyini
həlledəcək olan hadisələrə hazır olmalıyıq. Aramızda milli birlik və intizam
yaratmaq bizim üçün ən lazımlı bir vəzifədir. Bu məsələdə qurultayımız öz sözünü
söyləməlidir. Biz daima öz milli hüququmuz uğrunda mübarizə etdik və edəcəyik.
Bu mübarizə üçün biz, bütün xalqın etimadını qazanan avtoritetli və qüvvətli bir
təşkilata malik olmalıyıq. Bu günkü toplantımızın əsaslı məsələlərindən biri bu
milli təşkilatı qurmaq olacaqdır. Ona görə qurultayımızı idarə etmək üçün
vətəndaşların bir Rəyasət Heyəti seçmələrini rica edirəm”. (91)
Qurultayda Cahangir bəyin giriş sözündən sonra döyüş meydanından yenicə
gəlmiş zabit Süleymanov söz alaraq, Rəyasət Heyətinin seçilməsini təklif etdi.
Abbas bəy Atamalıbəyova tapşırıldı və o, kürsüyə qalxıb Qurultaya sədrlik etdi və
qısa, lakin dərin mənalı nitq söylədi. Rəyasət Heyətinin sədri Abbas bəy
Atamalıbəyov çıxışında dedi: “Əziz vətəndaşlarım! Bu gün Azərbaycan milli
hərəkatı tarixində ən görkəmli günlərdən biridir. Uzun bir fasilədən sonra azəri
türkləri yenidən səslərini ucaltmaq və xalqımızın nəsillərinin, uğrunda vuruşduqları
milli idealları gur səslə söyləmək imkanına malik olmuşlardır. Bu imkanı biz, bu
gün böyük Almaniyanın paytaxtı Berlində əldə etdiyimizdən, bu iş üçün böyük
alman xalqına, onun rəhbərinə və şanlı legionerlərimizin çiyin-çiyinə vuruşduqları
qəhrəman əsgərlərinə öz dərin təşəkkürümüzü izhar edir və salamlarımızı yetiririz.
Vətənimizin azadlığı və istiqlalı uğrunda mübarizədə xalqımız bir çox
qəhrəmanlıqlar göstərmişdir. Ən yüksək ideallarımız uğrunda şəhid olanları
xatırlamalıyıq və mən onların əziz xatirələrini yada salmaq üçün hamınızın ayağa
qalxmanızı təklif edirəm. (Qurultay nümayəndələri ayağa qalxarkən salonda tam
bir səssizlik və hörmət vardı). İkinci növbədə isə, düşüncələrimiz - orada, doğma
vətənimizə, ana-bacılarımızın, ata və qardaşlarımızın qaldığı yerə çevrilməlidir.
Onlara səmimi salamlarımızı yetirməklə, ümid verməliyik ki, tezliklə biz, azad
edilmiş xoşbəxt vətənimizdə öz əziz qohumlarımız və yaxın dostlarımızla
görüşəcəyiz. Daha sonra düşdüyümüz - vəziyyət və şəraitdən asılı olaraq, burada -
bizim aramızda bulunmayan və öz təbriklərini belə göndərə bilməyən
vətəndaşlarımız olmalıdır. Bunlar - Türkiyədə, İranda və həmçinin başqa ölkələrdə
olan çoxsaylı mühaciratımızdır. Lakin əgər onlar cismən burada deyildilərsə də,
ruhən və fikrən bizimlə birdirlər və bizim burada söylədiyimiz fikir və ideallarda
bütünlüklə və tam qəlblə şərikdirlər. Onların arasında illər boyu bu idealların
təntənəsi uğrunda çalışan şəxslər vardır. Mən bunlardan 1.Məhəmməd Əmin
Rəsulzadə; 2.Xəlil bəy Xasməmmədli; 3.Mustafa bəy Vəkilli; 4.Mir Yaqub bəy
Mehti; 5.Şəfi bəy Rüstəmbəyli; 6.Adil xan, Ziyad xan və Abduləli bəy Əmircanın
qurultayımızın fəxri üzvləri hesab edilməsini təklif edirəm. (Hər tərəfdən alqış
dalğaları yüksəldi. Təklif bir səslə qəbul edildi). Mən istiqlal uğrundakı milli
mübarizəmizin tarixi üzərində dayanmayacağam. Bu haqda indicə şücaətli
mayorumuz Fətəlibəyli sizə öz siyası məruzəsini söyləyəcəkdir. Mən yalnız qeyd
etmək istərdim ki, son 23 il tariximizin ən qara dövrü olmuş, xalqımız yadelli
bolşevik hakimlərinin əsarəti altına düşmüşdür. İştə buna görə, minlərlə
vətəndaşlarımız könüllü olaraq Qızıl Ordu sıralarından qaçır və bu gün milli legion
sıralarında alman əsgərləri ilə yan-yana qəhrəmancasına vuruşurlar. Azərbaycan
xalqının öz ənənəvi idealları uğrunda mübarizəsi mütəşəkkil olmalıdır. Yalnız,
bütün qüvvətlərmizin milli birlik ideyası ətrafında sıx sıralarla və intizamla
toplanması bizi milli ideallarımızın təntənəsinə və vətənimizin gələcək xoşbəxt
həyatına apara bilər. Bu gün toplanmış olan qurultayın məqsədi bu milli birliyi
yaratmaq və onu həyata keçirməkdən ibarətdir. Sıx toplanmış və öz ideya
cəbhəsində möhkəm duran millət hər zaman dostların ruh yüksəkliyinə, hörmətinə
səbəb olur və düşmənləri onunla hesablaşmağa məcbur edir. Azərbaycanlıların
müstəqil həyat sürmək və öz doğma torpaqlarının azad sahibləri olmaq tələbi -
müqəddəs və parçalanmaz bir haqdır. Bir çox yüzillik ənənələr bizi, Şimali Qafqaz,
Gürcüstan və Ermənistan xalqları ilə bağlamışdır. Gələcək, bu xalqlar ailəsini
vahid dostluqda daha sıx bağlamalı və bağlayacaqdır. Bu, yalnız tam bərabərlik və
qarşılıqlı hörmət əsasında ola bilər. Azərbaycanlılar heç bir zaman unutmamış və
unutmazlar ki, onlar türk irqinə və türk qanına mənsub xalqdır. Bunun üçün də
qohumluq və hüsn-rəğbət hissi onları digər türk xalqları ilə də bağlayır. Bu xalqlar
içərisində Türküstan, İdil-Ural və Krım xalqları da bizim kimi eyni şərait daxilində
bolşevik zülmündən azad olmaq istəyi ilə öz istiqlaliyyəti uğrunda mübarizə
edirlər. Biz, bu mübarizədə onlara ürəkdən müvəffəqiyyətlər diləyirik. Bu gün
qurultayımızın açılışı münasibətilə, öz sevincini izhar etmək və sizi səmimi qəlblə
salamlamaqla, xalqımızın və əziz vətənimizin səadəti üçün qurultay işlərinin
uğurlu olacağına inanıram. Yaşasın Müstəqil Azərbaycan!
Yaşasın Böyük Almaniyanın qalibiyyəti və bu qalibiyyətə bağlanan
ümidlər”. (24)
Abbas bəy çıxışından sonra sözü Mayor Fətəlibəyliyə verdi. O, dedi: “Biz
çar valilərinə, bolşevik əsirlərinə dözmədiyimiz kimi, hər hansı bir millətin
hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə
onlar idarə edəcəkdir”. (117).
Mayor Fətəlibəyli Düdənginski siyasi məzmunda maraqlı və əhatəli çıxış
etdi. Mayor Fətəlibəylinin çıxışı bir saat on dəqiqə çəkdi. Onun çıxışı tez-tez
səmimi alqışlarla kəsilirdi. Hörmətli mayor “Azərbaycan müstəqil olmalıdır”
sözləri ilə nitqini qurtararkən hər tərəfdən gurlaşan alqışlar və “yaşasın azad vətən”
sözləri yüksəldi.
Qurultayın axşam toplantısında çıxışlar davam etdirildi. Berlin
nümayəndələrindən Tuqay bəy, Abdulla Babayev, İsrafil bəy, Fuad bəy, Molla
Axundov, bölük komandanlarından Orucov, Balakişiyev və SS hissələri adından
Bağırov, Əliyev və digərləri çıxış etdilər.
SA qrupu adından çıxış edən A. Babayev qurultayın tarixi əhəmiyyəti,
onun qarşısında duran mühüm vəzifələri qeyd etdikdən sonra, legionerlərimizin
cəbhədəki qəhrəmanlıqlarına toxunaraq demişdir: “Azəri türklərinin qəhrəman
oğlu mayor Fətəlibəylinin iştirak etdiyi birinci Aslan taburunun bir il içərisində
çoxlu sovet partizan dəstələrini, 353-cü sovet diviziyasını, qızıl bayraqlı 40-cı
briqadanı və 119-cu nişançı briqadanı darmadağın etməsi kimi qəhrəmanlıqları
millətimizin istiqlalı uğrundakı milli mübarizə tariximizdə yeni səhifələr açmışdır.
Azəri türklərinin digər cəbhələrdə iştirak edən bütün tabur, 44 və SA kimi xüsusi
hərbi hissələrinin cəbhənin arxasında partizanlarla və istərsə də cəbhələrin ön
nöqtələrindəki, vuruşmalarda göstərdikləri böyük qalibiyyətlər nəticəsində onlar
özlərinə tarixi qəhrəmanlıqlar qazanıblar” (83).
Babayev nitqinə davam edərək, ayrı-ayrı vətən qəhrəmanlarının döyüş
meydanlarındakı fəaliyyətlərindən bəhs etdi və sözü legionerləri idarə edən
rəhbərlərə ünvanlayaraq dedi: “Millətin rəhbəri, millətin yetişdirdiyi inanılmış
adam olmalıdır. Rəhbər öz həyatını öz milləti üçün fəda edən və millətinin gələcək
səadətini doğru düşünən bir şəxs olmalıdır. Rəhbər Adolf Hitler kimi olmalıdır. O,
öz sevimli milli ordusunun sadə bir əsgəridir və eyni zamanda millətini dözülməz
bir vəziyyətdən qurtarmaq üçün qarşısına gələn hər cür çətinliklərdən
çəkinməyərək öz düzgün rəhbər göstərişlərilə məqsədinə nail olmuşdur. Rəhbər,
Türkiyənin rəhbəri Kamal Atatürk kimi olmalı ki, türk milləti ölüm-dirim
mübarizəsində olurkən onun başına keçdi və onu xilas etdi. Bizim də bütün
həyatını milli işə vermiş qocaman nümayəndələrimiz bu gün yeni nəsillə birlikdə
Azərbaycanın istiqlalı uğrunda vuruşurlar. Öz milli mənliyini bilən millətlər tarix
boyu bütün mübarizələrdə daima qalib olur. Əks-təqdirdə ancaq özgə millətlərin
ovundan başqa bir şey olmurlar. Biz azəri türkləri milli birliyimizin daha möhkəm
olması ilə daima fəxr edirik. Biz, heç bir zaman başqa millətlərin qulu olub, uzun
müddət yaşamamışıq. Daima öz milli istiqlalımız uğrunda vuruşmuş və onu
almışıq. İstiqlalı xoşla verməzlər, onu öz milli qüvvələrimizin birliyi ilə almalıyıq.
Bu müharibədə məğlubiyyətimiz, millətimizi bolşevik cəlladlarının əlində ölümə
vermək; qalibiyyətimiz isə tam və müstəqil olaraq yaşamaq haqqını almaq
deməkdir. Bu məqsədə nail olacağımıza heç bir şübhə yoxdur. Çünki, bu yoldakı
mübarizələrdə tək deyilik. Böyük alman xalqının silahlı qüvvələri də, bütün
müttəfiq millətlər də bizimlə bərabərdirlər.
Yaşasın tarixi dostumuz olan böyük alman xalqının köməkliyi ilə doğma
vətənimizin istiqlalı uğrunda sədaqətlə vuruşan azəri türkləri!” (83)
Sonra söz Fuad Əmircana verildi. O, dedi: Daxildə və xaricdə gedən bu
amansız mübarizəmizin bir tək ilham mənbəyi vardı: 28 may!
Böyük qurultayın möhtərəm nümayəndələri!
Sözə başlamazdan əvvəl, əsl irqimizə və qəhrəman millətimizə xas milli bir
həyəcan içərisində keçən bu toplantının tarixi əhəmiyyəti üzərində bir daha
durmağı lazım bilirəm. 28 May 1918-ci ildə azəri xalqının bir ovuc millətçi övladı,
türk və İslam dünyasında ilk dəfə olaraq, müasir cümhuriyyət rejiminə əsaslanan
istiqlalımızı elan etdikləri vaxt, bədbəxt vətənimizin mühüm bir hissəsi, bu gün
olduğu kimi, düşmən işğalı altında idi. Lakin, onlar ümidlərini qırmadılar və
atalarının qəhrəmanlıqlarından ilham alaraq, vətəni düşməndən azad etməyə
müvəffəq oldular.
27 Aprel 1920-ci ildən sonra cərəyan edən hadisələrin bir çoxlarımız canlı
şahidləriyiz. Kiçik millətlərə həyat haqqı tanımaq istəməyən qəddar imperializmin,
insanların üzünü hicabla qızardan vəhşi zehniyyəti nəticəsində vətənimiz yenidən
istilaya uğradı və xalqımız üçün iztirab və məhrumiyyətlə dolu ağır bir həyat
başladı. İçlərində, 28 Mayı yaratmış olan millətçilərdən bir çoxlarının da daxil
olduqları minlərlə azəri türk ziyalısı, sürgünlərdən və güllələnmək təhlükəsindən
qaçaraq, böyük bir müşkülat içərisində istilaçı düşmənə qarşı qanlı və amansız bir
mübarizə başladı. Gəncə, Qarabağ, Zaqatala, Şəki üsyanları və digər bir çox
üsyanlar, Solovkinin buzlu cəhənnəmlərində və NKVD-nin qanlı zirzəmilərində
ölən minlərcə azəri gənci, azad yaşamaq istəyən qəhrəman bir millətin, sarsılmaz
istiqlal arzusunun coşqun ifadəsi idi.
Daxildə və xaricdə gedən bu amansız mübarizənin bir tək ilham mənbəyi
vardı: 28 May. Yetişən gənc nəsillər bu inam və ruhla böyüdülər və nəhayət, bütün
dünya millətlərinin taleyini həll edə biləcək olan tarixin bu ən böyük mübarizəsi
başladığı vaxt minlərlə, on minlərlə azəri gənci, istiqlal mübarizəsini davam
etdirmək üçün silahlarını əbədi düşmənə qarşı çevirməkdə bir an belə tərəddüd
etmədilər. Şərq cəbhəsində, ucsuz-bucaqsız rus çöllərini qarsıb-qovuran bu odlu
qan səhrası içərisində qəhrəmanlığın ən yüksək zirvəsinə ulaşan azəri türk
legionerlərinin qəhrəmanlığı bütün türk dünyasını həyəcan və təqdirlə təqib
edərkən, onların ancaq və ancaq vətənlərinin azadlığı və istiqlallarının bərpası
uğrunda vuruşduqlarından da heç kəs şübhə edə bilməzdi. Nəsillərdən-nəsillərə
keçən bu sarsılmaz istiqlal arzusunun yeni və qüvvətli bir nümayiş şəklini aldığı
üçündür ki, 28 May 1918-ci ildən tam 25 il 8 ay sonra, yenə eynən o günkü kimi,
bədbəxt vətənin düşmən işğalı altında bulunduğu bir zamanda toplanan bu günkü
qurultay, milli tariximizin ən mühüm hadisələrindən biridir və bu anda mən
legionlardan gələn qəhrəman nümayəndələr - sizlərə, yalnız sizlərə xitab edirəm:
sizlər, milli tariximizin ən parlaq səhifələrinə bir yenisini daha əlavə edən sonsuz
qəhrəmanlığınızla, milli mənfəətlərinizi düşmən qarşısında nasıl şiddətlə müdafiə
etdinizsə, eləcə milli arzularınızı da dostlara mərdcə bir şəkildə bildiriniz. Bunda
tamamilə haqlısınız. Çünki, düşmən sizin azadlıq naminə ölüm saçan zərbələriniz
altında nasıl titrədisə, dost da sizin istiqlal eşqiniz qarşısında hörmətlə əyilməlidir.
Çünki, bu azadlıq və istiqlal sizin ən müqəddəs haqqınızdır. Bütün tarix boyunca,
uğrunda ata-babalarınızın qan tökdükləri bu müqəddəs məfkurəni sizlərlə birlikdə
bütün qüvvətilə ruhumda hiss etdiyim üçündür ki, bu anda, sözlərimin bütün
məsuliyyətini yalnız və yalnız öz boynuma alaraq deyirəm ki, içində bulunduğunuz
vəziyyət və şərait hər nə olursa-olsun, hər yerdə fəxrlə və mərdanə bir şəkildə
deyiniz ki, azəri türkləriyiz, içimizdə əsl türk qanı axır. Bu qan heç bir irqin
qanından aşağı deyildir. Vətənimizin hər qarış torpağı, əcdadımızın, uğrunda
axıtdıqları bu mübarək qanla yoğrulmuşdur. Tariximiz başdan-başa şərəf və
qəhrəmanlıq səhifələri ilə doludur. Bu gün dünyanın başına bəla kəsilən rus
ayısına, Moskov mujikinə dövlət qurmağı bizim dədələrimiz öyrətmədilərmi?
Dünyanı titrədən Topal Teymurlarla Yavuzların, qəhrəmanlığın timsalları olan
Cavad xanlarla Şeyx Şamillərin damarlarında bizim irqimizin qanı axmırdımı? Və
nəhayət, Avropa dərin bir cəhalət və təəssüb içində üzürkən, bizim babalarımız
mədəniyyətin ən parlaq nümayəndələrindən biri olan Şirvanşahlar dövrünü
yaratmadılarmı? Bu parlaq keçmiş, bu tarix boyunca axıdılan qan və sönməyən bu
azadlıq kənar, təsirsiz qala bilərmi? Bu hərbin nəticəsində ümumi düşmənin məhv
olacağından heç bir an şübhə etmirik və bu inamladır ki, düşmənin məhv
edilməsində bizə yardım göstərən bu dost məmləkət paytaxtından bütün dünyaya
elan edirik ki, biz yalnız və yalnız istiqlalımız üçün hərb edirik. Bizi bu müqəddəs
məfkurədən vaz keçirəcək heç bir bəşəri qüvvət yoxdur. Ya bu istiqlalı yenidən
alacaq və ya atalarımızın cızdıqları yolda şərəflə öləcəyik. Bu mübarizəmizdə bizə
yardım göstərən hər kəs dostumuz, istiqlalımıza mane olmaq istəyən hər kəs
düşmənimizdir. Biz qul olaraq yaşamadıq və yaşamayacağız.
Möhtərəm vətəndaşlar! Ağır güniər yaşayırıq. Vətəndən uzaq düşməyimiz
vəziyyətimizi daha da ağırlaşdırır. Cəbhədə millətimizə xas qəhrəmanlıqlar
göstərdikdən sonra, bir müddətdən bəri aramızda olan mayor Fətəlibəyli yorucu iş
və günün nəhayətində içini çəkərək: “ah, - dedi, - əgər vətənin kiçik bir dayağı
üzərində olsa idik, işimiz nə qədər asan olardı. O zaman qəhrəman legionerlərimlə
istiqlalın nə cür alındığını mən göstərərdim”. Vətənsevər mayorun hisslərini yaxşı
anlayaraq və hamımız da bunu hiss edirik və yenə hamımız zənə qədər şübhə
etmirik ki, heç də uzaq olmayan bir gündə vətənin mübarək torpaqlarına ayaq
basacağız. O gün üçün hazır olmalıyıq. Əgər oraya bir ruh, bir inam, bir məfkurə
ilə getməsək, yeni bir 27 aprel faciəsinin səbəbkarı oluruq və tarix bizi heç bir
zaman əfv etməz. Bunun üçündür ki, milli ideya ətrafında sağlam və qüvvətli bir
birlik təmin etmək bizim üçün ən böyük bir vəzifə olmalıdır. Azadlıq və
istiqlalımızın ən böyük zamini ancaq bu birlik ola bilər.
Bu gün vətən xaricində qalmış olan, böyüyündən kiçiyinə qədər hər bir
azərbaycanlı milli mənfəətləri hər şeyin üstündə tutmalı və bu birliyi
qüvvətləndirməyə çalışmalıdır. Ancaq o zaman bu qan və od yurdundan azad və
müstəqil bir Azərbaycan doğacaq. Fəqət biz tariximizi dolduran şanlı dastanlardan
və 28 Mayı hazırlayan və yaradan böyük vətənpərvərlərin ruhlarından ilham alaraq
sönməyən bir idealla hədəfimizə doğru qoşacağız. O zaman böyük şairin dediyi
kimi:
Doğacaqdır sənə vəd etdiyi günlər, haqqın,
Kim bilir bəlkə yarın, bəlkə yarından da yaxın. (122)
Albay İsrafilbəyli isə çıxışında bildirdi:
“Əziz qardaşlar! Öz xalqının vətən azadlığı uğrundakı mübarizə tarixini
bilməyənlər, ata-anasını tanımayan cocuqlara bənzərlər.
Vətənin xilası yolunda xalqımızın mübarizələri haqqında mən bir neçə söz
demək istərdim, lakin, mayor Fətəlibəyli öz məruzəsində bunu o qədər geniş təsvir
etdi ki, ona hər hansı bir söz əlavə etməyi artıq sayıram.
Mənim əzizlərim! Bununla belə siyasi konyuktura və şərq cəbhəsindəki
hərbi vəziyyətdən bir az danışmağı hər halda lazım bilirəm. Avropa qüvvələrilə
bolşevik tiran qüvvətləri arasında gedən böyük mübarizə həlledici mərhələyə
girmişdir.
Şərq cəbhəsinin, Aralıq dənizinin, Atlantik və Sakit Okeanın geniş
sahillərində milyonlarla insan qan və həyatını qalibiyyət üçün qurban verir. Bir
dəqiqə belə olsun sakitləşmir. Öz vətənimizin azadlıq və şərəfini hər şeydən uca
tutmuş və tutacaq olan biz azərbaycanlılar da bu mübarizədə iştirak edirik.
Xalqımızda bolşeviklərə qarşı nifrət və barışmamazlıq hisslərı o qədər böyük
olmuşdur ki, bunun nəticəsində 20 il içərisində - yəni 1920-1940-ci illər arasında
40-dan artıq qanlı üsyanlar baş vermişdir.
Bolşeviklərin ölkəmizi şərəfsizləndirdiklərinə, ailələrimizi dağıtdıqlarına,
səfərbərliyə alaraq Almaniyaya qarşı etdiklərinə və Azərbaycanın ən yaxşı
oğullarını güllələtdiklərinə bizim xalq soyuqqanlılıqla baxa bilməz.
Budur, 1941-ci il gəldi; bolşeviklər xalqımızın təkcə silah daşımağa qadir
olan erkəklərini deyil, həm də qadınlarını səfərbərliyə alaraq Almaniyaya qarşı
vuruşlara göndərdilər. Vətənin ən şüurlu övladları tərəfindən təşviq edilmiş
azərbaycanlılar alman xalqı və əsgərləri ilə polad əlaqədə çiyin-çiyinə əzablar
çəkmiş vətəni bolşeviklərdən azad etmək və ona yeni gün qazandırmaq üçün ilk
fürsətdən istifadə edərək, Almaniya tərəfinə keçdilər. Bizə yaxşıca məlumdur ki,
qadınlarımız, qocalar və uşaqlar dözülməz əzab və aclıqdan qırılıblar. Xalqımızın
gələcəyi legionerlərimizin mübarizəsindən asılıdır. Xalqımızın çiçəkləri olan
gənclərimiz Almaniya tərəfində olduğundan vətənimizin taleyi də bizdən asılıdır.
Ona görədir ki, başçısı mayor Fətəlibəyli oian fəallarımızın təşəbbüsü ilə xaricdə
yaşayan bütün azərbaycanlıları birləşdirmək məqsədilə bu qurultay çağırılmışdır.
Hal-hazırda həm bütün fıziki, həm də mənəvi qüvvələrimizi birləşdirmək gərəkdir.
Biz legionerlər-azərbaycanlılar öz böyük müttəfiqimizi inandırmalıyıq ki, heç bir
məhrumiyyət və çətinlik bizim qəti qələbəyə olan iradə və inamımızı sarsıda
bilməz. Qələbə, dolayısı ilə istiqlal ibadətlə, xahişlə, qələmlə əldə edilmir; o, ancaq
silahla, qan axıtmaqla qazanılır. Şərq cəbhəsində strateji geri çəkilmə
manevrlərimiz qələbəyə olan inamımızı sarsıda bilməz. Çünki, bu aşağıdakılar bizə
yaxşı məlumdur: bolşeviklərin hazırlıq və məqsədlərindən vaxtında xəbərdar olan
Alman Baş Komandanlığı düşmənin bu təzyiqlərini xeyli qabaqlara çıxmış xətlərdə
qarşılamamağı, cəbhə xəttini qısaltmaqla vaxtı mütləq çatacaq olan gələcək əks-
hücumlar üçün çoxlu diviziyalara qənaət etməkdən ötrü ona yumşaq müqavimət
göstərməyi qət etmişdir. Biz azərbaycanlılar, bütün qüvvələrimizi bir yerə
toplayaraq şanlı qələbəyə çatmaqdan ötrü öz üzərimizdə nəhəng işlər aparmalıyıq.
Yaşasın qalibiyyət!” (136)
“N” bölüyünün komandanı legioner Balakişiyevin çıxışında göstərilirdi:
“Əziz vətəndaşlar!
Burada toplaşan Milli Azərbaycan Qurultayı nümayəndələrini taburumuzun
qəhrəman əsgər və zabitləri adından təbrik etməklə bəxtiyaram. Arkadaşlar! Hər
millətin dostu və düşməni vardır. Bizim millətin düşməni isə bolşevik-Rusiyadır.
Rusiya bizim müqəddəs Vətənimizin sinəsini yüz illər boyu didmiş və hal-hazırda
didməkdədir. Rusiya Azərbaycan kimi zəngin bir ölkədən heç zaman əl çəkmək
istəmədiyi və istəməyəcəyi üçün düşmənimizdir. Tarix artıq gözlərimizi açdı. Biz
dost və düşmənlərimizi tanıdıq. 1920-ci ildə müstəqil dövlətimizi də məhv edən
həmin düşməndi. O zaman milli hökumətimiz silahsız olduğu üçün məğlub edildi.
Lakin, indi biz silahlıyıq. Bu silahı əlindən yerə qoyub, düşmənə boyun əyən
namussuzdur. Biz, şərəfli türk övladlarıyıq. Biz, düşmən qarşısında diz
çökməyəcəyik. Önümüzdə iki yol var: ya ölüm, ya qalibiyyət! Əlimizdə silah
varkən ölməyəcəyiz, öldürəcəyiz! Nə olur-olsun biz qalibiyyətlə hansı qütbdən
olursa vətənə dönəcəyiz. İstiqlal bazarlarda satılmır, onu qan bahasına almaq
gərək. Biz o istiqlalı şəhid qanlarımızla alacağız. Biz, evlərimizə ay-yıldızlı milli
bayraqla müzəffər olaraq qayıdacağız. Yaşasm qalibiyyət!” (8)
Baş molla Axundov öz çıxışında göstərirdi: “Azad surətdə çıxış etməyə
imkan tapmış ilk molla olaraq sizi bütün legionerlər adından təbrik edirəm.
Hörmətli arkadaşlar! Hələ 1362 sənə bundan əvvəl möhtərəm peyğəmbərimiz
Məkkədə müqəddəs İslam dinini təbliğə başlarkən kafirlərin onu sıxışdırdıqları
hamımıza məlumdur.
O zaman sevgili peyğəmbərimiz öz əshabları ilə bərabər Mədinəyə
mühacirət etməyə məcbur olmuşlardı. Haman o çətin vaxtlarda belə
peyğəmbərimiz öz əshabları ilə bərabər vətənə dönəcəklərinə, həm də müzəffər
olaraq dönəcəklərinə heç bir zaman şübhə etmədilər: çünki, işləri haqq işi, ədalət
işi idi. Əfəndilər, mən də bütün legionerlərimizin və mühacirlərimizin sevgili
Azərbaycana dönəcəyinə, həm də müstəqil qalibiyyətlə dönəcəyinə bir an belə
şübhə etmirəm; çünki, haqq və ədalət bizimlədir. Mən bu müharibədən vətənə
sağlam və qalibiyyətlə dönəcəyimizə ona görə inanıram ki, artıq bizim təşkilatımız
möhkəm və sarsılmaz olmuşdur. Var olsun işbirliyi - əlbirliyi! Yaşasın qalibiyyət!”
(8)
Qurultayda çıxış edənlərdən leytenant Süleymanov Karpatlardakı
azərbaycanlılar adından qurultay nümayəndələrini səmimiyyətlə salamladı və dedi:
“Məqsədimiz birdir. Vətən xilası! Bu xilas vətən azadlığı uğrunda çalışan azəri
türklərinin əlbirliyi ilə qazanılacaqdır”. (8)
Qurultayın axşam toplantısında isə Zülqədər bəy Parisdəki mühacir azərilər
adından Milli Azərbaycan Qurultayına salam gətirmiş olduğunu bildirdi. Zülqədər
bəy nitqinə davam edərək dedi: “Vətəndən uzaqda keçən 23 illik bir zamanda onu
unutduğumuz bir an olmadı. Vətənin də, bizlərin də xilas ümidi sizlərdə, siz
legionerlərdədir. 23 ildən bəri gözləri yolda qalan bizlər, sizdən, siz azəri türk
gənclərindən ümid gözləyirik. Bu inamımızda yanılmayacağıq. Yaşasın istiqlal!”
(8)
Noyabrın 6-da axşam toplantısındakı çıxışlardan sonra, qərar oxundu və bir
səslə qəbul edildi. Toplantı gənc şair Ə. Şirvaninin “İstiqlal” və Daşqının “Vətən
qəhrəmanına” şerlərini oxumalarından sonra aşağıdakı andın bütün qurultay
nümayəndələri tərəfindən qəbul edilməsi ilə yekunlaşdı: “Milli Birlik Məclisi üzvü
sifəti ilə vətənimizin düşməndən xilası və milli istiqlalımızın yenidən bərpası
yolunda, millətin şərtsiz hakimiyyətinə qeyri-müvafiq bir məqsəd təqib
etməyəcəyimə və istiqlal prinsiplərindən ayrılmayacağıma söz verir, şərəfim,
namusum üzərinə and içirəm”. (8)
1943-cü ilin noyabrın 7-də səhər vaxtı qurultay nümayəndələri Berlin
şəhərindəki şəhid əsgər abidəsi üzərinə gül çələngi qoydular. Yüzlərlə legioner,
müasir geyimli azərilər ilk qarın düşdüyünə baxmayaraq, dərin bir hörmət
duyğuları içərisində dayanmışdılar. Hər kəs, yüksək rütbəli alman zabitləri və
mayor cənablarının şəhid əsgər abidəsinə gətirdikləri çələngi gözləri ilə müşaiyət
edirdilər. Mərasim çox maraqlı keçdi.
Qurultayın 7 noyabr axşam toplantısı daha parlaq və təntənəli surətdə
davam etdirildi. Axşam toplantısında bir çox yüksək rütbəli əsgər və xüsusi
dəvətlilər içərisində general-leytenant Helmic, ober-leytenant Ridel, ober-leytenant
Bohme, böyük müfti Əminəl Hüseyn cənabları da vardı.
Abbas bəy qurultay nümayəndələrini və dəvətliləri almanca təbrik etdikdən
sonra, Azərbaycan legionu üzrə təmsilçi ober-leytenant Bohme çıxış etdi və sonra
mayor Fətəlibəyli öz siyasi nitqini rusca söylədi.
Ober-leytenant Bohme beynəlxalq və tarixi hadisələrdən bəhs etdikdən
sonra bolşevizmə qarşı əlbir aparılan mübarizələrdən və bu mübarizələrdə
azadlıqsevən ayrı-ayrı millətlərin, o cümlədən azəri türklərinin iştirakından
danışdı: “Avropa qitəsinin mühafızəsinə yaxından kömək etmək üçün bir çox
dövlətlər Almaniya ilə birləşdilər. Bu dövlətlər sırasında Qafqaz xalqları,
azərbaycanlılar da vardır. Azərbaycan xalqı tarix boyu irsi xasiyyətə dönmüş
mübarizələrdə öz vətənləri uğrunda varlıqlarını və qanlarını tökmüşlər. Alovlu
vətən məhəbbəti, xalq sevgisi siyasi azadlıq uğrunda əsrlər boyu mübarizə edən bu
xalq, almanlar tərəfinə keçdikdən sonra da alman əsgərləri ilə çiyin-çiyinə Stalinə
qarşı ciddi mübarizəyə başladılar. İndi Azərbaycan legionunun təşkilindən 19 ay
keçir. Bu vaxt içərisində “N” qədər səhra taburu təşkil olunmuş və şərqə tərəf
istiqamət əmri almışlar. Birinci dörd tabur 1942-ci ildə Qafqaza göndərildi. Onlar
cəbhədə yaxşı vuruşdular. Bu taburların mənəviyyatının olduqca yüksək olduğunu
komandanların göstərişlərindən də təyin etmək mümkündür. Vətən sevgisi və geri
çəkilmə legionerlərimiz üçün olduqca çətin idi. Onlar vətənlərinə yaxın yerləri
buraxıb geriyə dönmək istəmirdilər. Lakin, onlar yenə də geri çəkilmə
çətinliklərinə igidcəsinə dözdülər. Bu taburlardan bir neçəsi Krımda və arxada
cəbhənin cənub və orta bölgələrində dəmir və şose yol xətlərini, hərbi cəhətcə
böyük əhəmiyyəti olan yerləri dəstələrdən mühafızə etməklə məşğuldurlar. İlin
ikinci yarısının sonunda təşkil edilmiş 2 səhra taburu “N” məntəqəsində dəstələrlə
mübarizəyə göndərilmişlər. Həmin taburlardan yaxşı xəbərlər eşidilir.
Azərbaycanlılar əsgəri xidmətdə dəyərcə başqa millətlərdən fərqləndi və qabağa
çıxdılar. Bütün bunlar azərı türklərinin vuruşqan, vətənsevən əsgər olduqlarını
və lazım gəldikdə ölməyi belə bacardıqlarını isbat edir. Azərbaycanlılar yaxşı
bilirlər ki, vətən və istiqlal uğrunda vuruşmalar daima yaxın yerlərdə deyil, bəzən
uzaqlarda da ola bilər. Legioner harada olursa-olsun - şərqdə, qərbdə, cənubdamı,
qarşısına çıxan ingilismi, amerikalımı, o bilir ki, qarşısında vətənini və azadlığını
ona vermək istəməyən düşmən durur. Azərbaycan legionunun komandanı sifətilə
mən və alman heyəti inanırıq ki, azəri türkləri harada olur-olsun öz əsgəri
vəzifələrini Şərqdəki kimi layiqincə yerinə yetirəcəklər. Legionerlərimizin, alman
zabit və əsgərlərinin baş komandanımız Adolf Hitlerə olan məhəbbətləri,
sədaqətləri azərbaycanlıların gələcəkdə azad vətənlərini görəcəklərinə böyük bir
rəhndir. O xalq ki, belə bir böyük ideala və inama malikdir, böyük Allah həmişə
ona məqsədinə yetməkdə kömək edəcəkdir. Lakin, bu iki xalq bu müharibədə qalib
gəlməli və daima müstəqil yaşamalıdırlar.” (8)
Nitqlərdən sonra Azərbaycan Milli Qurultayı adından alman xalqının
fürerinə təbrik teleqramı göndərildi. 10 dəqiqəlik fasilədən sonra ober-leytenan
Ridel alman xalqının füreri Adolf Hitler adından general Heyendorfun göndərdiyi
təbrik teleqramlarını oxudu. Təbrik teleqramında yazılmışdı: “Möhtərəm mayor
bəy! Legionerlər və Azərbaycan vətənsevərləri adından göndərdiyiniz təbrik
teleqramına qarşı təşəkkür izhar etməyi və həmçinin sizi qəlbən təbrik etməyi
Fürer mənə tapşırdı. Sizə sadiq mayor bəy Fətəlibəyli Düdənginskiyə. Hörmətlərlə
(Fürerin adı ilə). Meissner. Kaiserhof oteli, Berlin W8, Vosstr.l. 7.XI.43” (8)
Mayor Fətəlibəyli Düdənginskinin Hitlerə göndərdiyi teleqram isə aşağıdakı
məzmunda idi: “Böyük Almaniya xalqının Fürerinə. Azərbaycanlı legioner və
vətənsevərləri Sizə, Böyük Almaniya dövlətinin Fürerinə, bəşəriyyət kulturunun ən
qorxunc düşməni olan bolşevizmə qarşı xalqların azadlıq mübarizəsinin başçısına,
bu qəti vuruşmaq imkanını yaratdığına görə təşəkkürlərini bildirməyi şərəf sanırlar,
öz vətənlərinin və bütün Qafqazın azadlığı və istiqlalı üçün çarpışan
azərbaycanlılar alman sılahının qələbəsinə və yeni, ədalətli nizamın qurulacağına
əmindirlər. Bütün azərilər son nəfərimiz qalıncaya qədər vəzifələrimizi şərəflə
yerinə yetirəcəyimizə və sizin yüksək etimadınızı doğruldacağımıza inanmanızı
arzu edirlər. Dərin hörmətlərlə, Milli Azərbaycan Qurultayı adından: Mayor
Fətəlibəyli”. (8)
Sonra Qurultaya dəvət olunmuş mühacirətdə yaşayan qonaqlara söz verildi.
Şimali qafqazlılar adından Əhmədnəbi bəy Maqoma, gürcülər adından Qablinai,
ermənilər adından Camalyan, Türküstanlılar adından Vəli bəy Qəyyum, İdil-
Urallılar adından Şəfi bəy Elmas Milli Azərbaycan Qurultayını hərarətlə təbrik
etdilər.
Əhmədnəbi bəy Maqoma (Şimali Qafqaz Milli Komitəsi sədri) çıxışında
dedi: “Əziz azərbaycanlı qardaşlar! 25 illik ayrılıqdan sonra birinci dəfə iştirak
etdiyiniz Milli Azərbaycan Qurultayını Şimali Qafqaz Milli Komitəsi adından
təbrik edirəm. Siz, ey bütün Azərbaycan xalqı kimi sovet hakimiyyəti ilə
barışmayan gənc azərilər - şərəfli legioner və mühacir nümayəndələr; biz,
bolşeviklərin Qafqazda göründükləri ilk andan azorbaycanlıların başladıqları
qəhrəman mübarizəsini həyəcanla izlədik. Gəncədə xalqının namus və azadlığı
uğrunda cəsurcasına şəhid olmuş şanlı Azərbaycanın qəhrəman oğlu Cavad xanın
vətənindəki üsyan, Azərbaycanın milli iradəsinin həqiqi təzahürü oldu. O iradə ki,
o, böyük alman ordularının yardımı ilə Moskva zorakıları və müstəmləkəçilərinə
qarşı mübarizəni davam etdirmək üçün Azərbaycan legionerlərini almanlar tərəfə
keçməyə sövq etdi.
Azərbaycan və Şimali Qafqazın qardaş xalqları Qafqazın digər xalqları ilə -
erməni və gürcülərlə birlikdə öz tarixləri boyu onların milli varlıq və istiqlallarını
hədələyən hücumları püskürtmüşlər. Birinci Pyotrun vəsiyyətlərinə əsasən rus
imperializminin isti dənizlərə doğru yönəldiyi zamandan bəri Şimali Qafqaz
coğrafi vəziyyətindən dolayı əsrlər boyu bərabər olmayan qüvvələrlə Rusiyaya
qarşı mübarizə etməli oldu. İstiqlal uğrunda “Qafqaz müharibəsi” adı ilə bütün
tarixdə məşhur olan bu qanlı mübarizədə Azərbaycan xalqının iştirakı ilə bizi
Qafqazda hər cür rus təsirini dəf edən ayrılmaz bir ailədə birləşdirdi. Müstəqil
Qafqaz Cümhuriyyətlərinin parlaq mövcudiyyəti illərində Azərbaycanla Şimali
Qafqaz arasındakı əlaqə daha da möhkəmləndi və onların gələcək əməkdaşlıq
həmrəyliyini təyin etdi. Şimali Qafqaz və Azərbaycanın süqutundan sonra, hər iki
ölkənin vətənsevərləri Gürcüstana çəkilərək, Dağlı - Azərbaycan Komitəsi təşkil
etdilər və onun silahlı dəstələri gürcü orduları ilə birlikdə Gürcüstana hücum edən
Qızıl Orduya qarşı müharibələrdə iştirak etdi. Qafqazın keçmişi və xüsusilə Qafqaz
cümhuriyyətlərinin Qızıl Ordu zərbələri altında təkə-təkükdə məhv edilməsi
göstərdi ki, Qafqaz xalqları yalnız sıxı vəhdət, əlbirliyi ilə müdafiə, xarici siyasət
və təsərrüfat ümumiliyi şəraitində yaşaya bilər. Qafqazın dörd xalqının bütün əsas
siyasi cərəyanları Qafqaz birliyinin bu ideya və həmrəyliyini anladılar.
Bolşevizmin keçmişin səhvləri sayəsində indiyə qədər bizim müqəddəratımızı ələ
salır, ölkəmizi talayır və xalqımızı məhv edir. Böyük dahi Adolf Hitlerin müdrik
başçılığı ilə alman ordusunun SSRİ-yə qarşı çıxdığı, Qafqaz xalqları üçün allahsız
sovet rejimindən xilas olmaq imkanı yaratdı. Almaniyanın hüsn-rəğbəti və
qonaqsevərliyi sayəsində bu gün siz azərbaycanlılar - legionerlər, digər Qafqaz
legionerləri kimi, alman əsgərlərilə bir sırada bizim ümumi vətənimiz olan Qafqazı
bolşevizmdən və Rusiyadan azad etmək üçün döyüşə girişmişsiniz. Dostlarımızın,
qohumlarımızın və Qafqazın gələcəyi sizin hərəkatınızdan asılı olduğu bu həlledici
tarixi anda sizi inandıra bilərəm ki, Şimali Qafqaz oğulları ümumi idealımız
uğrundakı mübarizələrdə qarşıya çıxa biləcək çətinliyi sizinlə bölüşdürməyə
hazırdır. Yaşasın Azərbaycan və Qafqaz xalqlarının sıxı birliyi!” (154) Vəli
Qəyyum isə (Türküstan Milli Komitəsinin prezidenti) çıxışında dedi:
“Azərbaycanlı qardaşlarımızın bu günkü qurultayını Milli Türküstan Birlik
Komitəsi adından səmimi ürəklə təbrik edirəm! Türküstan xalqı bu qan
qardaşlarımıza böyük qalibiyyətlər diləyir. Azərbaycanın, Qafqazın düşməni
Rusiyadır. Bu düşmən bizim Türküstanda 60-70 illərdən bəri bütün varlığımızı yox
edib, kişilərimizi güllələyib öldürən, tarixi-mədəni varlığımızı yandıran düşməndir.
İllərdən bəri öz istiqlalımızı almaq üçün çarpışmaqdayız. Bu yolda qanlar tökdük.
Azərbaycan da, Qafqaz da istiqlalını almaq üçün qan tökür və tökməkdədir. Bizdə
olan qanlı faciələr Azərbaycanda da olmuşdur. Ona görə, sizlərin düşməni bizim də
düşmənimizdir. Bizim düşmənimiz sizin də düşməninizdir. Biz istiqlal üçün
vuruşurkən azərbaycanlıları, qafqazlıları özümüzün ən yaxın dostumuz və
müttəfiqimiz hesab edirik. Bu, səmimi sözdür. Qoy bunu qan qardaşlarımız
bilsinlər.
Bu gün Türküstan milli əsgərləri düşmən harada olursa - orada da
vuruşmaqdadırlar. Azərbaycan, alman, Qafqaz əsgərlərilə bizim əsgərlərimiz
birgədirlər. Bizim əsgərlərimiz Qafqazda Kalmık çöllərində düşmənə qarşı əl-ələ
verib vuruşdular. Birgə qan tökdük. Bu qan, azadlıq yolunda tökülən qandır. Bu
qan, bizdən millət işinə sədaqətli olmağımızı istəyir. Bu qan, bizi bir-birimizə
kəskin və ayrılmaz surətdə bağladı. Bunu hamı bilir. Neçin biz vuruşuruq? Bizlər
yalnız istiqlal, vətən, millət azadlığı almaq üçün vuruşuruq. Bizim şüarımız:
istiqlal, istiqlal, yenə istiqlaldır! Bu şüar nə bu gün, nə də dünən doğulmadı. Bu
şüar, babalarımızın şüarıdır. Bu şüar, ruslar ana yurdumuza murdar ayaqlarını
basdığı gündən başlayıb ortalığa atılan milli şüardır, istiqlal şüarıdır. Bizdə bundan
başqa şüar yoxdur. Bu günkü qurultay milli hərəkatda, azərbaycanlı
qardaşlarımızın milli tarixində qoy müqəddəs yerini alsın! Bütün işlərinizdə
qalibiyyətlər diləyirəm. Yaşasın Azərbaycan istiqlalı! Yaşasın Qafqaz istiqlallı!”
(194)
Şəfi Elmas da öz (İdil-Ural tatar Milli Komitəsi başçısı) çıxışında dedi:
“Azərbaycanlı qardaşlarım! Bu gün bu təntənəli toplantıda çıxış edərək İdil-
Ural tatar Milli Komitəsi adı ilə sizi təbrik etməyi böyük şərəf sayıram.
Mən, öz qan qardaşlarım azərbaycanlılarla yalnız tarix üzrə deyil, həm də
1918-20-ci illərdə Bakıda yaşadım və müstəqil Azərbaycan dövlətinin bərabər
hüquqlu bir vətəndaşı pasportunu daşımaq şərəfinə nail olduğum zamanlardan da
tanışam. Mən həyatımda çoxlu ağır günlər görmüşəm: ata-anamı və əqrəbamı hələ
cocuq ikən itirdim; lakin bunların heç biri - 1920-ci ildə qırmızı rus dəstələrinin
Azərbaycana girib müstəqil Azərbaycan bayrağını endirdiklərini və onun yerinə
qırmızı bir cındırı asdıqlarını gördüyüm gün qədər ağır olmamışdır. Mən hələ o
zaman - o müsibətləri gördüyüm zamanlarda, qırmızıların Azərbaycan milli
bayrağını daimi olaraq məhv edə bilməyəcəklərinə arxayındım.
Hərgah Azərbaycan 1920-ci ildə rus işğalçılarına qarşı təkcə, bərabər
olmayan döyüşlər aparmağa məcbur edilmişdisə, indi o, yalnız deyildir. Öz
azadlığı uğrunda çarpışan qan qardaşları İdil-Uralçılar, türküstanlılar və əsrlərlə rus
zülmü altında inləyən digər xalqlar da sizinlə bərabər ayağa qalxmışlar. Onlar da
silaha sarılmış və böyük alman xalqı ilə bərabər rus hakimlərinə qarşı həyat
uğrunda mübarizə edirlər. Yaxın gələcəkdə buna bənzər bayramların vətəndən
minlərlə kilometr uzaqlarda deyil, azad və müstəqil Azərbaycan dövlətinin
paytaxtında - Bakıda keçiriləcəyinə qəti inamımız vardır. Gənc Azərbaycan
Ordusuna və onun rəhbərlərinə eşq olsun! Rus təpikləri altında inləyən millətlərin
qurtarıcısı böyük Adolf Hitlerə eşq olsun!”(8)
Milli Azərbaycan Qurultayının axşam toplantısı Azərbaycanın milli marşı
və alman milli himninin xor oxunması və milli oyunların ifası ilə yekunlaşdı.
Noyabrın 8-də Milli Azərbaycan Qurultayının səhər toplantısında ayrı-ayrı
məsələlərlə bağlı da bir çox çıxışlar oldu. Axşam isə qurultay nümayəndələrinə
ziyafət verildi və qurultay nümayəndələri bir-birini salamlayaraq ayrıldılar.
Milli Azərbaycan Qurultayı beş maddədən ibarət olan qərar qəbul etdi: 1)
1918-ci il, 28 Mayıs - 1920-ci il 27 aprel (nisan)ə qədər davam etmiş Milli
Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir; 2)
Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində,
millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı (yürütdüyü) şanlı və
qanlı mübarizə yalnız bu istiqlalın bərpası uğrunda olmuşdur; 3) Qurultay, bu ağır
şərait daxilində aparılan mübarizədə canlarını vətənin azadlığı uğrunda fəda etmiş
şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edər; 4) Dünyanı sarsıdan bu İkinci
Cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın
bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi
düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün
bolşevizmə qarşı qəti döyüş aparan və (yürüdən) və tarix boyu türk xalqlarının
dostu olan Almaniyaya bağlamışdır; 5) Qurultay əsrlər boyu olduğu kimi, bu gün
də Azərbaycan xalqı ilə Qafqaz qonşuları və qardaş Şimali Qafqaz, Türküstan, İdil-
Ural və Krım xalqları ilə eyni qayə və ideal birliyi müşahidə edir və onlarla
işbirliyini zəruri sayır”. (178, s. 13) Milli Azərbaycan Qurultayı azərbaycanlılarda
böyük ruh yüksəkliyi yaratdı. Onların qurultayda keçirdiyi təəssüratlar
legionerlərin nəşr etdiyi “Azərbaycan” qəzetində belə təsvir olunurdu: “Böyük,
lakin, Azərbaycanın ümumi sahəsinə görə əlbəttə çox kiçik olan bir salonda, sanki
bütün Azərbaycan seyr edilir. Hələ rəsmiyyətə keçilməmişdir. Yurddaşlar topa-
topa ora-burada danışırlar. Danışıq tərzləri haman Azərbaycanın müxtəlif
hissələrini adama xatırladır. Budur Nuxalı şivəsi, budur, qarabağlı, gəncəli,
qazaxlı, şamaxılı, bakılı, sairə və sairə... Vətənin doğma oğullarına nəzər
yetirdikcə, onun canlı mənzərələrini ümumi bir şəkildə seyr etmək olur. Hər
topadan ancaq vətən və ana səsləri eşidilməkdədir. Vətən və ana!.. Bunlar necə
böyük adlardır. Fəqət, hələlik nə qədər uzaq, uzaqdadırlar. Vətəndən uzaqlaşdıqdan
sonra bir-birilərini ölmüş, itmiş hesab edən bir çox köhnə tanışlar budur, təsadüfən
tapışırlar. Hətta bir çox yaxın qohumlar dəxi tapışıb, olmazın hərarətlə görüşürlər.
Görüşən, öpüşən, qucaqlaşan dost-qohumlar yenə də ilk söz olaraq vətən, ana deyə
xüsusi hallaşmalardan əvvəl, söhbətlərinə ictimai bir məzmun verirlər. Daha sonra
azəri türkünə məxsus olan mehriban ifadələr: Nuxa “ay, ağzını yeyim”ləri,
Qarabağ “bıy, başına dönüm”ləri ümumi bir gurultuya çevrilərək, bütün salonu
guruldadır. Ruh verici bir ahənglə eşidilən musiqi səsləri bu şən gurultuların
kəsilməsinə ani bir səbəb olur. Qurultayın xüsusi deyilə biləcək hissəsi hələlik
qurtarır. Rəsmi təntənəli hissələrə başlanır. Necə böyük təntənə!
23 il əvvəlki Gəncə qəhrəmanı bu gün Berlindən səslənir. Qurultayı
Azərbaycanın sınanmış qocaman əsgərlərindən olan Cahangir bəy açır. Qurultay
gündəliyinin ən əsas və canlı məsələsinə başlanır. Qəhrəmanlıqları əsl döyüş
meydanlarında sübut edilmiş olan mayor Fətəlibəylinin geniş və olduqca atəşin
məruzəsi eşidilir.
Hamı onu diqqətlə dinləməkdədir. Bütün gözlər cəsur mayora doğru
çevrilmişdir. Bütün nəzərlərdə isə, haman məruzəni tam həvəslə təqib etmək üzrə,
uzun bir tarix canlanmaqdadır. Qədim Azərbaycan... Qəhrəman Babəklər... Ölməz
Nizamilər... Şanlı Şirvanşahlar...Unudulmaz Cavad xanlar... Tarixi şəxslər birər-
birər xatırlanır. Tarixi hadisələr isə sıra ilə nəzərdən keçirilir... Lakin, məharətli
natiq ilə birlikdə bütün dinləyicilər öz fikirlərini iki məsələ ətrafında daha da
həyəcan və təsirlə birləşdirirlər: bu günkü Azərbaycan, sabahkı Azərbaycan!
Hamı Azərbaycandan nisbətən yaxın bir zamanda çıxmışdır. Odur ki, bu
günkü Azərbaycanın vəziyyəti yenə də 23 ildən bəri görünən kimidir. Bu, hər kəsə
aydındır. Sabahkı Azərbaycan məsələsi isə əvvəlcə xülyavi bir düşüncəyə
çevrilərək, fikirləri məşğul edir. Lakin, haman bu xülyalı fikirlər həqiqi
təsəvvürlərlə əvəz edilir. Böyük Mirzə Fətəli Axundzadənin “xalq, ey zalım,
səltənətdən çəkil, deyər, öz əlilə konstitusiya yazar, şərq tam cənnətə dönər!” kimi
dahiyanə sözləri xatırlana-xatırlana gələcək Azərbaycan haqqında ümumi bir
təsəvvür yaranır. Mayorun “millətimizin səadəti üçün Azərbaycanı azərbaycanlılar
idarə etmiş və yenə də edəcəklər” sözləri isə bütün təsəvvürləri aydınlaşdıraraq,
yaxın gələcəyimizin qəti mənzərəsini canlandırır. Fikirlərdə tam bir aydınlıq,
qəlblərdə böyük bir inam vardır. Qurultay iştirakçıları vətənin məharətli mayorunu
əvvəlcə şiddətlə alqışlamışdılarsa, indi kəsilməz alqışlar altında onun xitabət
kürsüsündən enməsini təqib edirlər. Legiondan gələnlər əl vura-vura bir-birlərini
dirsəkləyib, “bizim mayor, bizim aslan” deyə fərəhlə səslənirlər. Başqa hərbi
hissələrdən olanlar: “Azərbaycan oğulları özlərini hər yerdə və hər cür şəraitdə
göstərmişlər və göstərirlər”- deyə qürurlanırlar. Sivil paltarında olanlar isə “biz
azəri türkləriyik. Demək ümumi türklüyümüzün ənənələrini biz dəxi davam etdirir,
“Qorxmazlar”, “İgidlər”, “Dönməzlər” yetişdiririk” deyir, sevinirlər...
Bütün çıxışlarda keçmiş ənənəvi qəhrəmanlıqdan, bu günün layiqli
igidliklərindən və gələcək həqiqi ümidlərdən bəhs edilir. Həm də bu bəhslərin
hamısı milli bir məzmun daşımaqdadır. Ruhlar milli, çıxışlar da millidir. Sovet
iclaslarının zəhlə aparan adətləri kimi burada heç bir quru tərif və heç bir çığırtıqlı
yoxdur. Səmimi qəlb ifadələri hər çıxışda hiss edilməkdədir. Milli duyğu hər
çıxışın əsasıdır. Arkadaşlıq, hörmət və ləyaqət hər çıxışın məğzidir. Budur, əsl yeni
Azərbaycan burada yaranmaqdadır. Çünki, onun gələcək həqiqi yaradıcıları indi
buradan başlamışdırlar. Yorulmaz fəallarımızdan Fuadın etdiyi xüsusi və canlı
çıxışı azərilər qəlbinin tam içindən xəbər verərək, onların həm keçmiş, həm də
indiki mübarizələrinin aydın mənasını əks etdirir. O, deyir: “Allah azərilərə xüsusi
şəkilli ayaqlar qayırmışdır. Onlar istiqlal adı olmayan bir yol üzərində yeriyə
bilmirlər”. Bir azəri oğlu, bütün azəri türklərinin əsl ürək sözlərini bu cür ifadə
edir. Bu atəşli ifadələr hər çıxış edənin tam qəlbindən gələrək, dinləyicilərin dəxi
tam qəlblərinə qədər yetişir. Qəlblərdə sevinc, gözlərdə fərəh vardır. Bu sevinc və
fərəh dalğaları böyük salonun qalın divarlarından keçir, elektromaqnit dalğaları
kimi, uzaqlara - Qafqaza qədər yayılır. Orada da möhtəşəm Qafqaz dağlarını dəxi
aşaraq, doğma Azərbaycanımıza çatır. Dinlə Azərbaycan, dinlə! Danışan sənin
oğullarındır. Onlar sənin, ancaq sənin haqqında danışırlar. Lakin, təkcə danışma
nədir, onlar sənin, ancaq sənin uğrunda vuruşurlar.
Dinlə, doğma yurd, dinlə! Qorxmaz yurddaşlarımız hələlik buradan
səslənirlər. Lakin, tarixin daha böyük xoşbəxt günündə adi bir salonu titrədən
qurultay o zaman sənin geniş sahən üzərində öz şanlı iclaslarını açıq elan
edəcəkdir. Xalq öz dili ilə danışacaq, Xalq öz əli ilə yazacaq. O, nədən danışacaq?..
O, nədən yazacaqdır?.. Ah, qocaman Vətən, bizim ağ saçlı qocalarımızdan kiçik
balalarımıza qədər bunu hər kəs bilirmi? Təsadüfən bilməyən vardırsa, qoy
vətəndən uzaqlardakı bu Milli Azərbaycan qurultayı salonundan yüksələn səsləri
bir daha dinləsinlər. O zaman ən uca səsin “İstiqlal, istiqlal!” olduğu eşidiləcəkdir.
Ürəkdaş”. (8)
Qeyd edək ki, Berlində Milli Azərbaycan Qurultayının keçirilməsi
azərbaycanlıların vahid bir təşkilat ətrafında birləşməsinə ciddi təsir göstərdi.
Dostları ilə paylaş: |