412) Kəllədaxili təzyiqə nəzarətə nə göstəriş deyil?
A) Beyin ödemi,orta strukturların yerdəyişməsi
B) Kontuzion ocaqlar,hematomalar
C) Bazal sisternaların kompressiyası
D) Xəstənin komatoz vəziyyəti , agır kəllə beyin travması
E) Bütün sadalananlar
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
413) Hansı kəllədaxili təzyiqin ölçülməsi məsləhətdir?
A) Fərq yoxdur
B) Mədəcikdaxili
C) Toxuma daxili
D) Subdural
E) Epidural
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
414) Onurğanın sütunu boyun nahiyəsi travmasının ən çox rast gələn səbəbi nədir?
A) Güllə yaralanmaları
B) Yüksəkdən yıxılmaq
C) Suya baş vurmaq
D) İdman travması
E) Hamısı düzdür
Ədəbiyyat: R.S.Həsənov,S.A.Etibarli Neyrocərrahlıq,S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
415) Onurga beyninin yuxarı boyun seqmentlərinin zədələnməsinin əsas kliniki simptomları hansılardır?
A) Aşağı süst paraplegiya,sidik ifrazına imperativ çağırılar,aşağı ətraflarda trofik pozğunluqlar
B) Aşağı ətrafların periferik paralici, mərkəzi tipli çanaq pozğunluqları,C6-D1 dermatomlarında hipesteziya
C) Spastik tetraplegiya,döş-körpücük-məməyəbənzər ,trapesiyaşəkilli əzələlərin parezi ,mərkəzi tipli çanaq pozgunluqları,C2-C4 seqmentlərində səthi hissiyyatın itməsi
D) Spastik tetraplegiya,döş-körpücük-məməyəbənzər ,trapesiyaşəkilli əzələlərin parezi ,mərkəzi tipli çanaq pozgunluqları
E) Spastik tetraplegiya,döş-körpücük-məməyəbənzər ,trapesiyaşəkilli əzələlərin və diafraqmanın parezi , zədələnmə yerindən aşagı bütün hissiyyatın itməsi ,mərkəzi tipli çanaq pozgunluqları
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
Dostları ilə paylaş: |