791) Qida borusunun zədələnməsinə daha çox rast gələn səbəb hansıdır?
A) Endoskopiya
B) Narkoz zamanı traxeyanı intubasiya edərkən
C) Traxeostomiya
D) Spontan cırılmada
E) Yad cisim
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
792) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?
A) İsti su
B) Qələvi
C) Fosfor preparatı
D) Spirt
E) Turşu
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
793) Kardianın xərçəngi diaqnozunda radikal müalicə hansı sayılır?
A) Şua terapiyası
B) Şişin elektrokoaqulyasiyası
C) Kombinə olunmuş müalicə
D) Cərrahi müalicə
E) Kimyəvi terapiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
794) Ağ ciyərin dağılması üçün nə xasdır ?
A) Pnevmotoraks
B) Hemopnevmotoraks
C) Hemotoraks
D) Qanqusma
E) Rentgenoloji olaraq ağ ciyərin tündləşməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
795) Ön-yan torakotomiya ilə aparılan sağ ağ ciyərin yuxarı payının rezeksiyası zamanı 2-ci seqmentin arteriyası hansı elementin işlənməsindən sonra əldə edilir və bağlanılır?
A) Yuxarı pay bronxu
B) 1, 2 və 3 seqmentlərin venaları
C) Yuxarı ağ ciyər venası
D) Ağ ciyər arteriyasının ön şaxəsi
E) Ağ ciyər arteriyasının ön şaxəsi və yuxarı payın seqmentar venaları, yuxarı pay bronxu
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
796) Boyunda döş limfa axarının əldə edilməsi və drenə olunması üçün hansı kəsiklərdən istifadə edilir?
A) Jdanov və Şevkunenko kəsikləri
B) Struçkov kəsiyi
C) Şevkunenko və Byerk kəsikləri
D) Boquş və Byerk kəsikləri
E) Byerk və Jdanov kəsikləri
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
797) Çəp payarası şırım sağda və solda döş qəfəsinin divarına hansı nahiyyəsinə proyeksiya olunur?
A) 3-cü döş fəqərəsinin ox çıxıntısından 6-cı qabırğanın qığırdağına qədər
B) 3-cü döş fəqərəsinin ox çıxıntısından döş sümüyünün xəncərvari çıxıntısına qədər
C) 4-cü döş fəqərəsinin ox çıxıntısından döş sümüyünün xəncərvari çıxıntısına qədər
D) 2-ci döş fəqərəsinin ox çıxıntısından 6-cı qabırğanın qığırdağına qədər
E) 3-cü döş fəqərəsinin ox çıxıntısından 7-ci qabırğanın döş sümüyünə birləşən yerinə qədər
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |